Press "Enter" to skip to content

II. ALQIŞLAR, QARĞIŞLAR, ANDLAR

Qolların bağlı qalsın.

Alqışlar v qarğışlar kitabı

ALQIŞ VƏ QARĞIŞLAR – Alqış, öygü, qarğışlar sosial situasiyalarda ayrı-ayrı vəzifələr yerinə yetirirlər. Məs., qarğışlar konfliktlərin dil ekvivalenti olub konfliktləri çılpaqlaşdırma, dərinləşdirmə vasitəsinə çevrilirlər. Tipik qarğışlar konfliktlərdə tərəflərin emblematik göstəriciləri də olurlar.

Eyni baxımdan KDQ-dəki alqışlara, nəvazişlərə, bəyəntili, öygülü sözlə21 rə də yanaşmaq olar. Bu zaman da dil faktlarının polifunksionallığı görünəcək.

KDQ-dəki deyimlərin mədəniyyətlərdə özəl estetik vəzifələri də var.

Azərbaycan folklorşünaslığında qarğış və alqış ilkin araşdırmalardan keçirilib. Ancaq belə araşdırmaların nəticələri etnoqrafik, etnopsixoloji, kulturoloji planda tədqiq olunmayıb. KDQ mətninin transformativ modeli və ya tekst quruculuğu alqış, qarğış, öyütmələr, nəvazişlər strukturundan doğur. Mətni götürüb onun iri-iri bloklarını alqış, qarğış sxemlərinə reduksiya etmək olar.

Məsələn, “təsadüfi seçmə” prinsipi ilə yanaşsaq “Dirsə xan oğlı Buğac xan boyu”nda ilkin parça belədir: “Bir gün Qamğan oğlı xan Bayındır yerindən durmışdı. Şami günlügi yer yüzinə dikdirmişdi. Ala sayvanı gög yüzinə aşanmışdı. Bin yerdə ipək xalıçası döşənmişdi” (D-10 1 ).

Bu cümlələrdə öygü, alqış ruhunun yüksək üslubu aydınca duyulur. KDQnin döyüş səhnələrinin təsvirində teztez alqış, öygü estetikasına rast gəlirik:

“Yoxsa, a Qazan, ayağımdan sərmüzə atayınmı?
Qara dırnaq ağ yüzimə çalayınmı?
Güz alması kibi al yanaqlarım yırtayınmı?
Çənbərümə alca qanım dökəyinmi?
Ağır şivən sənin orduna qomayınmı?
“Oğul”, “oğul” deyübəni bozlayayımmı?” (D-139 2 )

KDQ-də söyüş konstruksiyasına da təsadüf edilir:

“İlaqırdı söyləmə, mərə itüm kafir!
İtümlə bir yalaqda yundım içən azğun kafir!
Altındağı alaca atın nə ögərsin?
Ala başlu keçimcə gəlməz mana!
Başındakı tuğulğanı nə ögərsin, mərə kafir!
Başımdağı börkümcə gəlməz mana!
Altmış tutam göndərini nə ögərsin, murdar kafir,
Qızılcıq dəgənəgimcə gəlməz mana!” (D-40 13 )

Bu fraqmentdən söyüş ilə bağlı bir maraqlı fakt da ortaya çıxır. Söyüş, adətən, təhqirin, mə’nəvi yaralamanın, zərbənin gücünü artırmaq amacı güdür. Ona görə də söyüşlər hədəf kimi insandan onun ləyaqəti ilə bağlı, onun öyündüyü şeyləri götürür.

KDQ-də dünyadan seçilmiş nəsnə və olaylar, bu nəsnə və olaylara hədəflənmiş hərəkətlər (söyləmlər) əsasən alqış, qarğış, öygü aktlarıdır.

II. ALQIŞLAR, QARĞIŞLAR, ANDLAR

Anadan əmdigin süd burnundan zədən-zədən gəlsin.

Anan ağlar qalsın.

Anan yasına otursun.

Arzun gözündə qalsın.

Arvaddan- uşaqdan yarımiyəsən.

Asan işin çətinə düşsün.

Aşın ocaqda asılı qalsın.

Atan-anan harayına yetməsin.

Aydınlıq üzünə həsrət qalasan.

Balan başuva bəla olsun.

Balan üzüvə dursun.

Balan xoş gün görməsin.

Balavi ilan çalsın.

Balavin vay xəbəri gəlsin.

Başın daşlı, gözün yaşlı olsun.

Başın qada-bəladan ayılmasın.

Bayramın qərə gəlsin.

Boğazıva yara çıxsın.

Bolluq üzünə həsrət qalasan.

Bostanuvun tağı yansın.

Bostanuvi çor vursun.

Bulağa gedənin qayıtmasın.

Buğun dodağında qurusun.

Canına od düşsün.

Cavanlığın yalan olsun.

Cavanlıqdan xeyir görmiyəsən.

Çörək gözünü tutsun.

Çörək atlı olsun, sən piyada.

Çörəyin boğazında qalsın.

Çörəyin para olsun, günün qara.

Damın başuva uçsun.

Darlığa düşəsən, qurtaranın tapılmasın.

Dava-dalaş yaxandan əl götürməsin.

Dədəvin evi viran qalsın.

Dərdivə dərman tapılmasın.

Dərddən baş açmiyəsən.

Dilənçi kökünə düşəsən.

Dilin ağzında çürüsün.

Dilin “la ilahə illəllah”a dönməsin.

Dilinin bəlasına gələsən.

Dolu quyudan boş çıxsın.

Durduğun yerdə işə düşəsən.

Evin başuva uçsun.

Evində ağ gün görmiyəsən.

Evində bayquşlar banlasın.

Evindən uşaq səsi gəlməsin.

Evinə şivən düşsün.

Evinin qapısı bağlı qalsın.

Əlin əllərdə üzülsün.

Əlin daş altda qalsın.

Əlin boşa çıxsın.

Əlin qoynunda qalsın.

Əlindən tutanın olmasın.

Əməyim gözünü tutsun.

Əməyindən xeyir görməyəsən.

Ər deyib ərsiz qalasan.

Ərinnən ərlik görmiyəsən.

Ər deyə-deyə əriyəsən.

Ərin ölsün, balaların yetim qalsın.

Ər qəzəbinə tuş olasan.

Ətin itlərə pay olsun.

Əzrayıl əzizlərivi əzizləsin.

Əzrayıl qapuvu tanısın.

Əzizlərin qara geysin.

Falın umduğunu deməsin.

Fələk səni darda qoysun.

Fələkdən xoş gün görmiyəsən.

Fələk dadına yetsin.

Fırtınadan baş açmayasan.

Firsətin əldən getsin.

Fitrəyə möhtac qalasan.

Gedənin gəlməsin, nasazın durmasın.

Gedişin olsun, gəlişin olmasın.

Gözlərin ovcuva düşsün.

Gözüvə ox batsın.

Gözün yollarda qalsın.

Gözüvə qara su damsın.

Gün işığına həsrət qalasan.

Günün gündən qara keçsin.

Harayın sinəndə qalsın.

Hayına hay verən olmasın.

Həlal malın yadlara qismət olsun.

Həlal süfrəyə həsrət qalasan.

Həlal tikə boğazında qalsın.

Həlal ömür sürməyəsən.

Həlal gün görmiyəsən.

Hənirtin kəsilsin, qapın bağlı qalsın.

Həqq sənə qənim olsun.

Həqq sözün ayağa düşsün.

Xanımanında it ulasın.

Xanım-xatunun dul qalsun.

Xeyir qapını döyməsin.

Xeyiratın qəbul olmasın.

Xəstəlığına dərman tapılmasın.

Xirməninə od düşsün.

Xoş günə həsrət qalasan.

İlin qara gəlsin.

İncəlib sapa, saralıb çöpə dönəsən.

İstəyin ürəyində qalsın.

İşin rast gəlməsin.

İşıq üzünə həsrət qalasan.

İt azarına düşəsən.

İzini-tozunu nişan verən olmasın.

Qada-bəlaya tuş olasan.

Qadam sənə gəlsin.

Qadam düşsün əzizlərivin ürəyinə.

Qapuvi açan olmasın.

Qarnun qavallara çəkilsin.

Qazanc üzü görmiyəsən.

Qazancun qazan doldurmasın.

Qazancun mirasuva qalsın.

Qərə yer səndən uca dursun.

Qıfılın bağlı qalsın.

Qızın elçiyə həsrət qalsın.

Qızını qızdırma aparsın.

Qızın qərəvi geysin.

Qohum – qardaşdan yarımiyəsən.

Qolların bağlı qalsın.

Meyidin arada qalsın.

Mənə arzuladığın öz başuva gəlsin.

Mərdmazara tuş olasan.

Min bir bəlaya tuş olasan.

Mirdəşir üzüvi yusun.

Naçar günə qalasan.

Nahaq qana düşəsən.

Nağafil gülləyə rast gələsən.

Namərdə tuş olasan.

Ocağın kor qalsın.

Oda-alova tuş olasan.

Oğul əməyi dadmiyasan.

Oğul üzünə həsrət qalasan.

Oğul qazancı görmiyəsən.

Oğlun itkin getsin.

Oğlun nişanlı üzü görməsin.

Oxuduğun başuva dəysin.

Oxuduğun sənə qənim olsun.

Oxun daşa dəysin.

Ödün ağzından gəlsin.

Ölün ara yerdə qalsın.

Paltarın bükülü qalsın.

Pənah duranın olmasın.

Pis günə qalasan.

Rahatlıq üzi görmiyəsən.

Rahat yerin qəbir evi olsun.

Sabaha səlamət çıxmayasan.

Salavat sənə qənim olsun.

Səni görüm axşama çıxmiyəsən.

Səni görüm ağlar qalasan.

Səni görüm əlin hər yerdən üzülsün.

Səni görüm xoş günə həsrət qalasan.

Səni görüm el üzünə, ev üzünə həsrət qalasan.

Səni görüm iki gözündən olasan.

Səni görüm ilan kimi mələyəsən.

Səni görüm balandan çəkəsən.

Səni görüm boya-başa çatmayasan.

Səni görüm oğul bəhrəsi yemiyəsən.

Səni görüm cavan öləsən.

Səni görüm dilin ağzında çürüsün.

Səni görüm sonsuz qalasan.

Səni görüm şadlığın şivən olsun.

Səni görüm qapılar açıb girmiyəsən.

Səni görüm qapı-qapı dilənəsən.

Səni görüm qapın üzüvə bağlı qalsın.

Səni görüm gün işığına həsrət qalasan.

Səni görüm lal olasan, lal öləsən.

Səni görüm mən deyən dərdə düşəsən.

Səni görüm nağafil gülləyə tuş olasan.

Səni görüm heç tərəfdən yerimiyəsən.

Səni görüm yaman dərdə düşəsən.

Sözün ağzında qalsın.

Suya həsrət qalasan.

Susuzluqdan dilin qabar töksün.

Şər qapundan uzaq olmasın.

Şivənun yerə-göyə sığmasın.

Şövkətun tar-mar olsun.

Taxıl üzü görmiyəsən.

Taxılın tayada çürüsün.

Taleyin üzünə gülməsin.

Tanışın Əzrayıl olsun.

Tazə ilə çatmiyəsən.

Təxtin alt-üst olsun.

Təklik təsəllin olsun.

Təndirin boşuna tüstülənsin.

Tikən boğazında qalsın.

Torpağın göyə sovrulsun.

Torpağında ot bitməsin.

Torpaq qənimin olsun.

Torpaq səndən uca dursun.

Toyun yasa dönsün.

Toyun yarımçıq qalsın.

Uğruva yamanlıq çıxsın.

Umduğuna əlin çatmasın.

Ulusun viran qalsın.

Umud əlin heç yana çatmasın.

Uşaq üzünə həsrət qalasan.

Uşaq üzü görmiyəsən.

Uşaq dağı ilə dağlanasan.

Uşaqların boya-başa çatmasın.

Uşaqların biri-birinin üzünü görməsin.

Ürəyin vərəm bağlasın.

Ürəyindən qərə-qərə qanlar axsın.

Ürəyinə xal düşsün.

Ürəyinin başı yansın.

Üzün tüpürcəkli olsun.

Üzün qara olsun.

Üzün qibləyə dönməsin.

Üzünü mirdəşir yusun.

Üzüvə daş yapışsın.

Üzüvə sarı yara çıxsın.

Varın vayına qismət olsun.

Varın özüvə qismət olmasın.

Varından xeyir görmiyəsən.

Varın əlindən çıxsın.

“Vay” yaxandan əl çəkməsin.

“Vay”ın vaylara qarışsın.

Yarana məlhəm tapılmasın.

Yanar çırağın sönsün.

Yasdıqdan baş qaldırmayasan.

Yersiz, yurdsuz qalasan.

Yurdunda bayquş banlasın.

Zəhmətin zaya getsin.

Zəlil günə qalasan.

Adın Əliyə and olsun.

Allaha and olsun.

Allah, sənə and olsun.

Allahın adına and olsun.

Allahın birliyinə and olsun.

And olsun o bizi yaradan Allaha.

And olsun o bizi yoxdan yaradan Allaha.

And olsun Hüseynin nahəqq tökülən qanına.

And olsun on iki imama.

And olsun yediğımız duz-çörəyə.

And olsun həqq-səlama.

And olsun Əlinin qəzəb oğlu Abbasa.

Atamın əziz canı üçün.

Atamın goru həqqi.

Atamın qəbrinə and olsun.

Balalarımın canına and olsun.

Başuva and olsun, başun üçün.

Bir balamın canı üçün.

Bu qibləyə and olsun.

Bu bərəkətə and olsun.

Bu bərəkət gözümüzü tutsun.

Canımdan xeyir görməyim.

Cavan canıma and olsun.

Çörək gözümü tutsun.

Çörək, sənə and olsun.

Çörəyə həsrət qalmış olum.

Çörəyi ayaxlamış olum.

Dayımın ruhuna and olsun.

Dədəmin goruna and olsun.

Dədəmin əziz canı üçün.

Dədəmin əziz başı üçün.

Dünyaya kor baxım.

Evimə-eşigimə od düşsün.

Evimə səlamət çatmayım.

Evimə-eşigimə kor baxım.

Əbülfəzl Əbbas, sənə and olsun.

Əlinin zərbətlənən başına and olsun.

Əlinin həqq yoluna and olsun.

Əmdigim o həlal südə and olsun.

Əmimin əziz canı üçün.

Əziz canuva and olsun.

Əzizlərimin canına and olsun.

Getdigim beyitə and olsun.

Gözə görünməz Allaha and olsun.

Günü sabaha çıxmayım.

Həqiqətə and olsun.

Həzrət Abbas, sənə and olsun.

İki gözdən olum.

İnandığımıza and olsun.

İmanım yalan olsun.

İşığa kor baxım.

Qağamın qarasın geymiş olsun.

Qardaşımın əziz canı üçün.

Qardaşımın başı üçün.

Qıldığım namaza and olsun.

Qıldığım namaz belimdən vursun.

Qurana əl basım.

Quran mənə qənim olsun.

Quran, sənə and olsun.

Quranı yandırmış olum.

Məscidi yıxmış olum.

Minbəri yandırmış olum.

Od-ocağa and olsun.

Oğlumun ölüsün görüm.

Oğlumun əziz canı üçün.

On iki imam haqqı.

O qiblə ərəbiyə and olsun.

Ölənlərimin göri həqqi.

Ölənlərimin ruhuna and olsun.

Səni and verirəm o Allaha.

Sənin başına and olsun.

Səni-məni yaradana and olsun.

Sənin o əziz canın üçün.

Şah çırağ, sənə and olsun.

Üzünə kor baxım.

Ürəyindəki niyyətə and olsun.

Yalan desəm axşama çıxmayım.

Yalan desəm, o bir balamın nəşini qucaqlayım.

Yalan desəm, bu işıqlı dünyaya kor baxım.

Yalan desəm canımdan xeyir görməyim.

Yalan desəm, dilim kəlmeyi-şəhadətə dönməsin.

Yalan desəm, dilim “La ilahə illəllah”a dönməsin.

Yalan desəm, Quran belimdən vursun.

Yalan desəm, Quran gözlərimi tutsun.

Yalan desəm, evimə sağ qayıtmayım.

Yalan desəm, ömrümdən xeyir görməyim.

Yalan desən, şirin canuva mürüd olasan.

Yalan desən, dilin qurusun.

Yalan desən, canından çəkəsən.

Yalan desəm, Quran sənə qənim olsun.

Yalan desən, xoş günə həsrət qalasan.

Yaradan, sənə and olsun.

Yedigimiz duz-çörəyə and olsun.

Yeri-göyü yaradan bir Allaha and olsun.

III. SAYALAR, HOLAVARLAR

Salam əleyk, say bəylər.

Bir-birindən yey bəylər.

Saya gəldi, gördünüz,

Salam verdi, aldınız.

Alnı təpər quzunu,

Saya yaxşı sayadı

Onun gözəl sözləri,

Saya, saya sayalar,

Dağ döşündə qayalar.

Bu saya kimdən qalıb?

Siz sayadan qorxmusuz,

Səfa yurda qonmusuz.

Səfa olsun yurdunuz,

Ac getsin avanınız,

Tox gəlsin çobanınız.

Bu saya yaxşı saya,

Hamıya yaxşı saya.

Həm çeşməyə, həm çaya,

Həm Ülkərə, həm Aya,

Həm yoxsula, həm baya.

Saya, saya, sayadan,

Bu saya kimdən qalıb,

Adəm atadan qalıb.

Adəm ata gələndə,

Musa çoban olanda.

Qızıl öküz duranda.

Dağda çoban olanda,

Buğda sünbül salanda,

Dünya bünyad olanda,

Gün tərasın atanda.

Əzəl atasın deyim,

Sonra anasın deyim.

Qoyun var kərə gəzər,

Qoyun var kora gəzər,

Gedər dağları otlar,

Gələr evləri bəzər.

Aclıqdan biz gəzərik,

Qoyun baxar dağlara,

Sel tək axar dağlara.

Arandan dönən sürü,

Yayda çıxar dağlara.

Sürünün gözi qoyun,

Dolan gəl düzi, qoyun.

İldə bir əkiz gəti,

Sevindir bizi qoyun.

Dağlardan yendi qoyun,

Dolaşdı bəndi qoyun.

Süd-qaymağı bol elə,

Sevindir kəndi qoyun.

Nənəm, o şişək qoyun,

Nənəm, o qaşqa qoyun.

Minmisən eşqə qoyun,

Yeyən sənin ovcundan,

Çıxıbdı köşkə qoyun.

Nənəm qumral tat qoyun.

İldən ilə art, qoyun.

Gəl, olma namərd, qoyun.

Nənəm o saçaq qoyun,

Bizlərdən qaçaq qoyun.

Sənə yaman baxanın,

Gözünə piçaq qoyun.

Nənəm o kurdi qoyun,

Otladı durdi qoyun.

Ay qaranlıq gecədə,

Görübdi qurdi qoyun.

Nənəm o ağbaş qoyun,

Qarlı dağlar aş qoyun.

Yağından pilov olur,

Quyruğundan aş qoyun.

Nənəm o qızıl qoyun,

Yollara düzül qoyun.

Ömr elə yüz il qoyun.

Nənəm o nazlı qoyun,

Qırqovul gözlü qoyun.

Qatığı üzlü qoyun.

Nənəm qaraqaş qoyun,

Qarlı dağlar aş qoyun.

Ay qaranlıq gecədə

Çobana yoldaş, qoyun.

Nənəm o gəlin qoyun,

Qalxıbdı telin, qoyun,

Yeyən sənin sayəndə

Gətirib gəlin qoyun.

Nənəm o qəmər qoyun,

Quzusu əmər qoyun.

Yeyən sənin sayəndə

Bağlayıb kəmər qoyun.

Nənəm o dəli qoyun,

Dolaşıb gəli qoyun.

Toxuyur xali qoyun.

Nənəm, qoyunun ağı,

Gedib dolanar dağı.

Otlar qara qiyası,

İçər sərin bulağı,

Acı olar dırnağı.

Dadlı olar qaymağı

Qarılar tutar yağı,

Gəlin yeyər quymağı.

Çobana vurar dağı,

Qızlara cehiz ağı,

Çobana çarıq bağı,

Uşağa bələk bağı.

Toxlu kəsən yad olar,

Çobana fürsət olar.

Sürüdən ayrı düşən,

Yüz qurda qismət olar.

Sürüdə var az qoyun.

Kef-damağı saz qoyun.

Çoban qurddan çəkinsə,

Çölə çıxanmaz qoyun.

Yerin dağ olsun, çoban,

Kefin çağ olsun, çoban.

Sürüni yaxşi saxla,

Üzün ağ olsun, çoban.

Açdım, yazılar gördüm.

Nə tamarzılar gördüm.

Çoban dağdan enəndə,

Çoxlu quzular gördüm.

Göydəki göy bulutlar,

Yanındakı boz köpək,

Ağzı qara canavar,

Saya, saya, sayadan,

Qoyun gəlir qaydan.

Sayaçıya pay verin

Dağdan yenən sürüdi,

Dağı duman bürüdi.

Gəlin, südi az qaynat,

Qazanda süd çürüdi.

Qoyunun yüzi gəldi,

Dolandı düzi gəldi.

Bir əmlik quzi gəldi.

Can quzi, canım quzi,

Tüki çalar qırmızi.

Qonurdi onun gözi,

Biri gəlinin olsa,

Biri də çobanınki.

Sürünün gözi qoyun,

Dolan gəl düzi qoyun.

İldə bir cüt bala ver,

Sevindir bizi qoyun.

Nənəm, qoyunun özi,

Döşündə bəslər quzi.

Solunda yatar, buzlar,

Sağında baxıb gözlər.

Əli çanaqlı qızlar,

Qoyunun yolun gözlər.

Çoban, qoyunu gətir,

Oni bərəyə yetir.

Ağ biləkli gəlinlər,

Bal qeymağı yesinlər.

Yeyər, yeyər gərnəşir,

Buynuz vurar döyüşür.

Qoyunsuz yerdə durma.

Qoyunlu evlər gördüm.

Qurulmuş yaya bənzər.

Qoyunsuz evlər gördüm,

Qurumuş çaya bənzər.

Qoyun deyər: “Mən heç otdan doymaram,

Payız oldu, çör-çöpünü qoymaram.

Hər bir evi yunum ilə bəzərəm,

Ağır-ağır xalılarım var mənim,

Gülli-gülli xalçalarım var mənim”.

Comments are closed, but trackbacks and pingbacks are open.