Press "Enter" to skip to content

Şamil vəliyev füyuzat ədəbi məktəbi

�� – Təbii ki, dəyişikliklər, yeniliklər olacaq. Bayaq dediyim kimi, informasiya epoxasında yaşayan tələbələrimizin informasiya-kommunikasiya texnologiyaları ilə sərbəst davrana bilməsi üçün müəyyən işlər görməliyik. Amma bu işi mükəmməl bilib də ictimai əxlaq və davranış normalarına biganə qalmaq olmaz. Bu gün “Mən jurnalistəm, nə istəsəm onu da edə bilərəm” düşüncəsi ilə hərəkət etmək doğru sayıla bilməz. Axı cəmiyyət təkcə jurnalistlərdən ibarət deyil.

Şamil vəliyev füyuzat ədəbi məktəbi

� ” Jurnalistika həmişə ictimai dialoqa xidmət edib “

� Professor Şamil Vəliyev : ” Jurnalistika Azərbaycanda yeganə fəaliyyət sahəsidir ki , özünə və tarixinə tənqidi münasibət formalaşdırıb “

� Bu gün cəmiyyətin mətbuat nümayəndələrindən böyük gözləntiləri var. İnsanlar jurnalistlərdən peşəkarlıq , dolğun və qərəzsiz informasiya , obyektiv mövqe gözləyir . Ümidlər doğrulmayanda isə ətrafımızda baş verən nöqsanları tənqid etməyə borclu olan jurnalistlərin özləri tənqid atəşinə tutulurlar . Oxucunun , tamaşaçının ən çox gileyi də bəzi mətbuat nümayəndələrinin peşəkarlıq səviyyəsinin günün tələbləri baxımından qənaətbəxş olmamasıdır .

�� Son illər müxtəlif ali məktəblərimizdə jurnalist kadrları hazırlansa da , mətbuatdakı qələm əhlinin uğuru və problemi daha çox Bakı Dövlət Universitetinin ünvanına yazılır , diqqətlər ali təhsilimizin flaqmanına yönəlir . Biz də bu üzdən

�� Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı , filologiya elmləri doktoru , professor, əməkdar jurnalist Şamil Vəliyevi həmsöhbət seçdik .

� � Bu yaxınlarda dekan vəzifəsinə seçilən Şamil Vəliyev mətbuat tariximizin ən az öyrənilmiş dövrlərini yorulmadan tədqiq edən görkəmli alimlərimizdən biridi . Şamil müəllimin qələmə aldığı ” Füyuzat ədəbi məktəbi “, “XX əsr Azərbaycan ədəbi tənqidində poeziya problemləri ” kitabları , o cümlədən ” Əlibəy Hüseynzadənin dinə münasibəti “, ” Yaşıl qələm ” unudulmadı “, ” Naməlum məktublar ” və s. kimi əsərləri elmi ictimaiyyət tərəfindən yüksək dəyərləndirilir və qiymətli mənbə sayılır . �

�� – Jurnalistika fakültəsinin dekanı vəzifəsinə seçilməniz münasibəti ilə Sizi təbrik edirik . Çox çətin bir dönəmdə – jurnalist peşəkarlığının azlığından giley-güzar , tənqid eşidilən bir zamanda vəzifənizin icrasına başlayırsız .

�� – Təbriklərə görə çox sağ olun . Ən qocaman ali təhsil ocağımız olan Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı vəzifəsinə seçilmək şərəfli bir işdi . Bu işdə çalışmaq böyük məsuliyyət tələb edir . Mən bu çətinliyi və sorumluluğu dərk edirəm . Üzərimə düşən məsuliyyətin öhdəsindən gələcəyimə də əminəm . Özümü tanıyandan jurnalistikaya bağlıyam . Alim kimi elmi araşdırmalarımın əksəriyyəti də mətbuatımızın tarixi ilə əlaqəli olub . Jurnalistikanın , bu sahədə çalışanların peşəkarlıq məsələsinin tənqidinə gəlincə , bir tənqidşünas , bu sahənin tarixi , nəzəriyyəsi , sənətşünaslıq məsələlərini araşdıran alim kimi məsələyə elmi cəhətdən yanaşıram . Tənqid spesifik təfəkkür tipidi . Ona görə də sağlam tənqid nə qədər çox olsa , cəmiyyətdə dialoq mədəniyyəti də bir o qədər formalaşar və inkişaf edər . Düzdü , bizim mentalitetdə tənqidə bir qədər fərqli və qeyri-düzgün yanaşma var. Əslində tənqid bir fikri başqası üçün nağdlaşdırmaq , onun malı etmək deməkdi . Jurnalistika Azərbaycanda yeganə fəaliyyət sahəsidi ki , ictimai fikirdə özünə və tarixinə tənqidi münasibət formalaşdırıb . Milli mətbuatımızın banisi Həsən bəy Zərdabiyə qədər Azərbaycanda tənqid çox zəif olub . Yalnız Zərdabi və Mirzə Fətəli Axundzadə tənqidi bir elm sahəsinə çevirə biliblər .

�� Bu baxımdan mətbuat cəmiyyəti tənqid etmək , onu öz-özünə tanıtmaqla məşğul olmalıdı . Milli mətbuatımızın maarifçilik qolunun formalaşması cümhuriyyət yaratmaqla , cəmiyyətin özünü təsdiq etməsi ilə nəticələndi və cəmiyyəti buna hazırlayan da məhz cümhuriyyətəqədərki mətbuatımız oldu . Bu, tarixi bir proses olduğundan bundan qaçmaq mümkün deyil . Çox təəssüf ki , sovet ideologiyası dövründə bu ənənəni qorumaq mümkün olmadı . Siyasi quruluş , əlifba , təfəkkür dəyişdiyindən tarixlə müasirlik arasında dərin bir boşluq əmələ gəldi . Belə məsələlərə konseptual yanaşmalıyıq , bilməliyik ki , biz cəmiyyətə nə verə bilərik , cəmiyyət də bizdən nə umur . ��

�� Bu gün mətbuat azadlığı ilə bağlı məsələlərdə kimlərsə necə deyərlər , velosiped icad etməyə cəhd göstərir . Amma milli mətbuat tariximizin qadağan olunan səhifələrini araşdıranda məlum olur ki , Əhməd bəy Ağaoğlunun , Məmməd Əmin Rəsulzadənin , Əli bəy Hüseynzadənin mətbuatın bu və ya digər məsələləri ilə bağlı sanballı məqalələri var.

�� Müasir yazarlarımızın bəlasına çevrilən eqoizm Azərbaycanda ” Əkinçi”yə qədər də mövcud olub . Lakin ” Əkinçi”dən sonra mətbuatda özünü cəmiyyətə həsr etmək ənənəsi başlayıb . Həsən bəy Zərdabi qəzet çap etmək üçün mülkünü satıb , Əhməd bəy Ağaoğlu , Məhəmmədağa Şahtaxtlı fədakarlıq ediblər . İndiki insanların yanaşması ilə bu barədə düşünəndə .

�� – Ölkənin müxtəlif ali məktəbləri jurnalist kadrları hazırlayır . Amma nədənsə peşəkarlıq məsələləri ilə bağlı giley-güzar olanda nəzərlər ilk növbədə Bakı Dövlət Universitetinin bu gün rəhbərlik etdiyiniz jurnalistika fakültəsinə yönəlir . Sizcə bunun səbəbi nədi ?

�� – Bakı Dövlət Universitetinin jurnalistika fakültəsi yarandığı gündən peşəkar kadrların istehsalı ilə məşğul olub . Burada görkəmli alimlər , nüfuzlu ziyalılar çalışıblar . Qazanılan təcrübə nəticəsində fakültənin ətrafında peşəkar bir komanda toplaşıb . Çox sevinirəm ki , jurnalistikamızın patriarxı Şirməmməd Hüseynov bu gün bizimlə bir yerdədi . Qeyd etdiyiniz kimi , digər ali məktəblər də jurnalist hazırlığı ilə məşğul olur . Amma jurnalistikanın tədrisi ilə məşğul olan universitetlərin lideri Bakı Dövlət Universitetidir . Həqiqətən , bizim fakültə jurnalist hazırlığı ilə məşğul olan digər ali məktəblərin fəaliyyətinə istiqamət verir . Həmin tədris ocaqlarında bizim müəllimlərin hazırladıqları proqramlardan , dərs vəsaitlərindən istifadə olunur . Ona görə də bütün diqqətlərin məhz bizim fakültəyə yönəlməsinə təbii baxıram .

�� Çox sevindirici haldır ki , Qafqaz Müsəlmanları İdarəsinin Bakı İslam Universiteti də daxil olmaqla daha bir neçə ali məktəbdə jurnalistika fakültələri açılır . İnanıram ki , gələcəkdə bu şəbəkə daha da genişlənəcək .

�� XXI əsr informasiya epoxasıdı və kadr hazırlığında da diqqət bu məsələyə yönəlməlidi . Təkcə informasiya epoxasında yaşayan yox , həm də dövrün tələbinə adekvat cavab verməyi bacaran jurnalist kadrları hazırlanmalıdı . Çünki jurnalistika həmişə ictimai dialoqa , cəmiyyətdaxili ünsiyyətə xidmət edir . Ona görə də bu sahənin paradiqmaları ilə cəmiyyətin digər təbəqələrinin də məlumatlı olması lazımdı . Belə olanda cəmiyyət həqiqi informasiya ilə yalanı ayırmağı bacaracaq , heç kim yalançı informasiya ilə meydanda at oynada bilməyəcək . Yalan dəyirmanında üyüdülən çirkli , təhlükəli informasiyaya cəmiyyət adekvat cavab verəcək , peşəkar jurnalistin dəyəri bilinəcək . Əks halda yazı yazmağı bacaran hər kəsin özünü cəmiyyətə jurnalist kim sırıması qaçılmaz olacaq .

�� – Qərb jurnalistikasından fərqli olaraq bizdə ixtisaslaşma çox ləng gedir . Daha dəqiq , heç getmir . Dünən kriminaldan yazan bu gün iqtisadi mövzu ətrafında düşüncələrini oxucuya sırımaq istəyir . Xüsusi ilə dini mövzuda yazan jurnalistlərin bu sahəni dərindən bilməmələri ciddi problem yaradır .

�� – Bütün dünyada olduğu kimi biz də sahə jurnalistikasının inkişafına nail olmalıyıq . Bu gün hamımızın tanıdığı ayrı-ayrı jurnalistlər var ki , yalnız bir sahədən-iqtisadiyyatdan , idmandan və ya səhiyyədən yazırlar . Məsələ bundadır ki , bu iş indiyə qədər bir məktəb şəklində tədris edilməyib və indi biz buna çalışmalıyıq . Qərbdə bu sistemə çoxdan üstünlük verirlir . Tutaq ki , kənd təsərrüfatından yazan jurnalistin aqrar sahədən məlumatı olmalıdı . Dini bilikləri olmayan jurnalist necə bu sahədən yaza bilər ? Yeri gəlmişkən , Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini , fakültəmizin müəllimi Qəmər xanım Cavadlının bu yaxınlarda ” İslam dəyərləri kütləvi informasiya vasitələrində ” mövzusunda müdafiə etdiyi elmi iş böyük maraqla qarşılandı . Qəmər xanımın bu sanballı araşdırması dini mövzuda yazmaq istəyən jurnalistlər üçün qiymətli mənbə ola bilər .

�� Bayaq qeyd etdiyim kimi, sahə jurnalistikasına diqqəti artırmalıyıq. Bakı Dövlət Universitetinin rektoru, hörmətli akademik Abel Məhərrəmovla bu barədə söhbətlərimiz, fikir mübadilələrimiz olub. Rektor bizə hər cür dəstək verməyə hazır olduğunu bildirib. ���

�� – Yeni dekanın gəlişindən sonra fakültənin fəaliyyətində hansı yeniliklər olacaq?

�� – Təbii ki, dəyişikliklər, yeniliklər olacaq. Bayaq dediyim kimi, informasiya epoxasında yaşayan tələbələrimizin informasiya-kommunikasiya texnologiyaları ilə sərbəst davrana bilməsi üçün müəyyən işlər görməliyik. Amma bu işi mükəmməl bilib də ictimai əxlaq və davranış normalarına biganə qalmaq olmaz. Bu gün “Mən jurnalistəm, nə istəsəm onu da edə bilərəm” düşüncəsi ilə hərəkət etmək doğru sayıla bilməz. Axı cəmiyyət təkcə jurnalistlərdən ibarət deyil.

�� Zamanında cəmiyyətə, mətbuata yenilikləri gətirməyi bacaran Əli bəy Hüseynzadə yazırdı ki, bizə islam etiqadlı, türk hissiyyatlı, müasir qiyafəli, Avropa qafalı yeni insanlar lazımdı. Biz də bu gün məhz bu tipli vətəndaş, kadr hazırlamalıyıq. �

�� Yeni texnikanı, texnologiyanı mükəmməl mənimsəyən gələcəyin jurnalisti əgər xalqının tarixini, soy-kökünü dərindən bilmirsə, milli-mənəvi, əxlaqi və dini dəyərlərə əməl etmirsə, heç vaxt cəmiyyətə fayda verə bilməz. Biz bu keyfiyyətlərin vəhdətinə nail olmalıyıq. Dekan kimi arzularım çoxdu və arzularıma uyğun da davranmağa çalışacam.

�� Etibar CƏBRAYILOĞLU

�� Ədalət.-2012.-2 iyun.-S.9.

füyuzat

    1. ilk nəşrinin 1906-cı il dərc olunduğu, “molla nəsrəddin”lə hər daim baş-başa gedən romantik publisistləri ətrafına yığan mətbuat orqanımızdır. Cəmi bir il fəaliyyətdə olduğu dövr ərzində 32 say çıxarmağa müvəffəq olan bu jurnal, əslində, “Həyat” və “irşad”ın dəyərlərinə sahib və sadiq olan digər bir Əli bəy Hüseynzadə imzalı orqan idi.
    Jurnalın ilk sayında məram və məqsədlərini açıqlayan Əli bəy Hüseynzadə “Həyat və meyli-füyuzat” məqaləsində füyuzat kəlməsinin mənasını açıqlayaraq yazırdı:

“Məcmuəmizə “Füyuzat” adı təsadüfi verilmiyor, bu nam həyatdan təbii olaraq təvəllüd ediyor. “Füyuzat” ləfzon “feyz”in cəmil-cəmi olub rifah və bərəkətə, bolluğa, maddi və mənəvi nemətlərin bolluğuna, tərəqqiyyat və kəmalatın şəniəyyi-təcəllisinə dəlalət edərsə də, fəqət əsl məfhumu səadət və ələlxüsus səadəti-mənəviyyədir, həqiqi zövq və səfalərdən ibarət bir səadəti-mənəviyyədir. Həyat isə mənayi batinisilə daimi bir meyli-səadət, bir meyli-füyuzatdır”.

“Həyat” qəzetindən bizə məlum olan “türkləşmək, müasirləşmək, islamlaşmaq” ideyaları Əli bəy Hüseynzadənin redaktorluğu ilə bərabər “Füyuzat”da da öz əksini tapmışdı. Bu cür mübarizpərvər sözlər, şəksiz ki, “Füyuzat” jurnalının nəşrini həmin dövr üçün labüd edirdi. Belə ki, qeyd etdiyim kimi, eyni ildə nəşrə başlayan “Molla Nəsrəddin” və “Füyuzat” jurnalları əqidə və məslək etibarilə eyni mövqeyə fokuslanmışdılarsa belə, forma, stil, müdafiə etdikləri dil baxımından aralarında fərqlərdən ibarət uçurumlar yaradırdı.

Həmin dövr üçün bu ədəbi-bədii və nəzəri-estetik qarşıdurma, əslində, milli mədəniyyətin intibahına müsbət təsir göstərdi. Belə ki, əks iki qütbü təmsil edən bu romantik və realist jurnallar daha sonradan yaranmış olan 2 ədəbi məktəbə – “Molla Nəsrəddin” ədəbi məktəbi və “Füyuzat” ədəbi məktəbinə başçılıq edir və “molla nəsrəddinçi” və “füyuzatçı” terminlərini nəinki mətbuatımıza, həmçinin ədəbiyyatımıza, dramaturgiyamıza gətirirdi.

“Molla Nəsrəddin” ilə “Füyuzat”ı fərqləndirən məsələlərdən biri dil məsələsi idi. Bir tərəfdə (nəsrəddinçilər) lakonik, satirik, xalq danışıq dilinə yaxın yazanlar, digər tərəfdə (füyuzatçılar) osmanlı türkcəsini mənimsəmiş, elmi və akademik yazmağı sevən publisistlər var idi.

Füyuzatçıların ağır dil ilə yazmasını tənqid edənlərin çoxluq təşkil etməsi publisistlərin, demək olar ki, hər nömrədə dil mövzusuna toxunmaqlarına sövq edirdi.

Hələ 9-cu nömrədə Əli bəy Hüseynzadə “Turani” təxəllüsü ilə “Türk dilinin vəzifeyi-mədəniyyəsi” məqaləsində türk dilini ərəb dilindən, fars dilindən fərqləndirən əsas məqamlara toxunub:

“Bir türk ədibi diyor ki, ərəbin dili din və məzhəb dili oldu. Fars dili şer və ədəb dili oldu. Türk dili isə dövri-cədid üşün tərəqqi və mədəniyyət dili olur. Bu həm zamanın, həm də məkanın iqtizaatındandır. Zamanca mədəniyyəti-islamiyyənin üçüncü dövrü, yəni dövri-əxiri başlıca türk tarixindən ibarət olduğu kibi, məkanca dəxi bu gün kürreyi-ərz üzərində türk dilindən daha müntəşir bir dil yoxdur”.

Jurnalın 16-cı nömrəsində isə Həsən Səbri Ayvazov “Lisan qovğası” məqaləsində ərəb, fars sözlərinin işlədilməsinə qarşı çıxan insanlardan məntiqli arqument gözlədiyini bədii suallarla əks etdirib:

“Diyorsunuz ki, açıq yazmaq üçün sırf tatarca yazmalı, türk, ərəb, fars sözlərini lisanımızdan çıxarmalı. Pək eyi, ərəbi, farsi sözlərini tərh edəlim. Ya bunların yerinə nə qullanalım? əksəri-cəridələrimizin yazdıqları kibi ruscayımı istemal edəlim?”

indi bir sual çıxır ki, bu müəllim bəyəm səhv deyirdi? əslində, yox, amma hələ “həyat” fəaliyyət göstərərkən iki baş redaktor – ə. hüseynzadə ilə əhməd bəy ağaoğlunun arasını vuran da yenə bu dil məsələsi idi. kiçik bir flashback edərək deyim ki, nəhayətində, əhməd bəy ağaoğlu “həyat”dan ayrılır və “irşad”ı yaradır.

“Anlaşılmaz yazmaq” sözləri bir qədər bizə incəsənətdə Fransız Dekadentləri xatırlada bilər. ilk dəfə XIX əsrin axırlarında Fransada meydana meydana çıxan dekadentizm cərəyanı simvolizm, sürrealizm, kubizm kimi cərəyanları özündə ehtiva edir. Rus tənqidçisi V.V.Stasov “Şeir aləminin sərgisindən” adlı məqaləsində deakdentizmin ilk dəfə Fransada yaranması və fərqləndirici cəhərlərinə dair yazır: “Dekadentlər fransız səmiyyətinin müasir durumuna müxalif olanlardır. Onların poeziyasının xarakterik xüsusiyyəti – aydın olmamaq, qeyri-müəyyənlik, yalnız ürəyin hərəkətinə və həssaslığına aid olan sirli suallara can atma nəticəsində yaranan mistisizmdir.”

Dekandentlərin 1885-ci ildə “Le Dekadent” adlanan ilk jurnalları çap olunur. Zamanında heç də hamı tərəfindən qəbul olunmayan dekadentizm imperializm dövrünün mürtəce cərəyanı kimi inkar olunmuşdur.
Onları füyuzatçılarla əlaqələndirlən əsas səbəb bu idi: Füyuzatçılar qəliz yazı tərzləri ilə xalqı öz ardınca aparmağı, onları maarifə səsləməyi əsas məqsədi halına gətirmişdi. Dekadentlər də yenə qəliz ekspressionist mövqeyləri ilə seçilirdilər. Fəqət dekadentizim öz məşhur “sənət sənət üçündür” şüarları ilə təbəqələşmənin ciddiliyini biruzə verir və sənətin yalnız cəmiyyətin yuxarı təbəqə şəxsləri üçün olduğunu qeyd edirdi.

“Füyuzat” haqqında çox yazmaq olar, ümumilikdə SSRi dövründə tədqiqatına icazə verilməyən və “Molla Nəsrəddin”lə müqayisədə Osmanlı tərəfdarı olduğu üçün “lazımsız”, “seperatçı”, “xain” adlandırılan bir mətbuat orqanı kimi yalnız son 20 ildə bu haqda danışmaq və araşdırmaq mümkün olub.

hal-hazırda müasir “füyuzat” jurnalı “Milli irsi Mədəni Tarixi Araşdırmalar fondu”nun tərkibində fəaliyyət göstərir. orada da maraqlı məqalələr olur “füyuzatçılar” , yaxud 1900-ların sosial-iqtisadi vəziyyəti və ya axc dövrü haqqında. nə qədər adekvat olurlar, onu deyə bilmərəm, amma keyfiyyətli məqalələr var, bu, dəqiqdi.

bundan başqa bdunun jurnalistika fakültəsində də bir “füyuzat mərkəzi” fəaliyyət göstərir. o da formal xarakter daşıyır, əslində, tədbirlər-filan olanda gəlib orada keçirirlər, bu qədər.

ümumiyyətlə, füyuzatçılar haqqında çox şey danışmaq olar. əhməd kamalından, həsən səbri ayvazovundan, hacı ibrahim qasımovundan, yaşıl qələm ictimai birliyi, yaxud füyuzatçı mətbuat orqanlarından və sairə.

mənbə: şamil vəliyev, “füyuzat ədəbi məktəbi” kitabı,
“Füyuzat” jurnalının transliterasiyası

İrəvan ədəbi mühitinin XIX əsr və XX əsrin 20-ci illərini əhatə edən dövrünün tarixi özünəməxsusluğu

İrəvan ədəbi mühiti ümumi Azərbaycan mədəniyyətinin mühüm və ən çox da ermənilərin heç bir əsası olmadan qədim Oğuz yurdunun əzəli, həm də əbədi dədə- baba torpaqlarım, İrəvan xanlığının tarixi ərazilərindəki yaşayış məskənlərinin adlarının erməniləşdirilməsini həyata keçirməklə, guya bu torpaqlarin “həqiqi” sahibi olduqları barədə dünya ictimaiyyətində cəfəng uydurmalarla yanlış təsəvvür yaratdıqları indiki şəraitdə bu ədəbi mühitin tədqiq olunması son dərəcə böyük əhəmiyyət kəsb edən sahələrdəndir.
Xalqımızın dünya mədəniyyəti xəzinəsində adları fəxrlə çəkilən çoxsaylı yazıçı, şair, publisist, alim və saz-söz sənətkarlarının həyatı, fəaliyyəti, ictimai- siyasi mübarizəsi və yaradıcılıq inkişafı İrəvan ədəbi mühit timsalında formalaşmışdır.
XIX əsrin birinci qərinəsinin mürəkkəb hadisələri Azərbaycan xalqının taleyində ağır məşəqqətlər, qırğınlar, talanlar, işğallar və köçürmələrlə xarekterizə olunması, Qafqazın, həmçinin ikiyə bölünən Azərbaycanın rus çarizmi tərəfindən işğalı və İrandan, Türkiyənin müxtəlif ərazilərindən köçürülən ermənilərin [A. C. Гpибoeдов 1989: 387] Araz çayı sahillərində məskunlaşdırılması həyata keçirildiyi bir şəraitdə[H. H.Шавров] 1911:63, 64] çarizmin yeritdiyi bu siyasətin nələrlə nəticələnəcəyini qabaqcadan qiymətləndirən ziyalıların öncül dəstəsinin nümayyəndələri yetişməkdə idi.
Rusiyanın Zaqafqaziyada yeritdiyi siyasəti Azərbaycan xalqının mənəvi sarsıntıları ilə yanaşı, onun mədəni həyatında bir sıra diqqətəlayiq yeniliklərin yaranmasına da səbəb olmuşdu. Azərbaycanda realist ədəbiyyatın inkişafı, yeni tipli məktəblərin, gimnaziya, seminariya və teatrların açılması mədəni yeniliklərdən idi.
XIX əsrdə Zaqafqaziyada xalqların rus inqilabçı-demokratları ilə əlaqəsi olan yeni fikirli ziyalıların zamanın ictimai-siyasi ziddiyətlərindən baş çıxardan bütöv bir dəstəsi yetişmişdi. Ümummilli ədəbi-ictimai fikrimiz Mirzə Fətəli Axundzadə realist ədəbi ənənələrinin davamiylə, “Molla Nəsrəddin” ədəbi məktəbi ilə səciyyəvidir. Həmin dövrün başlıca cəhəti olaraq, “ədəbiyyatımızda yeni düşüncə tərzi, milli realist- maarifçilik[Nazim Axundov 1959:8] məfkurəsi, eləcə də publisistika, mətbuat milli taleyin, gerçəkliyin həqiqətləri kimi əks olunmuşdur. ”[Şurəddin Məmmədli 2003:143] XX əsrin əvvəllrində müstəqil ideya-estetik konsepsiya formalaşdırmağa müvəffəq olan “Molla Nəsrəddin” və “Füyuzat” jurnallarının adları ilə bağlı satirik və romantik ədəbiyyat məktəbləri milli mədəniyyət tariximizə bir sıra parlaq nümunələr bəxş etmək yolunda əvəzsiz rol oynamaqda idi. [Şamil Vəliyev 1999:3, 5]
“Tiflis ədəbi mühiti ədəbi mühiti öz əhəmiyyəti və zənginliyi ilə Azərbaycan ədəbiyyatşünaslarınin diqqətini həmişə cəlb etmişdir. Onlar Tiflisdəki Azərbaycan ədəbi mühiti ilə bağlı sənətkarların həyat və yaradıcılığına dair çoxlu tədqiqat əsərləri yazmışlar. Bu mühit haqqında geniş təsəvvür yaradan ədəbiyyatşünas alim Əziz Şərif, xalq yazıçısı Mirzə İbrahimovun Cəlil Məmmədquluzadəyə həsr etdiyi “Çöyük demokrat”, Şıxəli Qurbanovun “Puşkin və Azərbaycan poeziyası”, “XIX əsrdə Azərbaycan-rus ədəbi əlaqələrinin inkişaf mərhələləri”. Şamil Qurbanovun “XIX əsrin sonu, XX əsrın əvvəllərində Azərbaycan-rus ədəbi əlaqələri”, “Açılmamış səhifələr . Alməmməd Alməmmədovun “XX əsrin əvvəllərində Azərbaycan-rus ədəbi əlaqələri , Dilarə Əliyevanın “Azərbaycan-gürcü ədəbi əlaqələri tarixindən” adlı elmı-tədqiqat əsərlərində Tiflis ədəbi mühitinin işıqlandırılmasına, onun Azərbaycan ə əbiyyatının inkişafındakı roluna, qarşılıqlı ədəbi əlaqələr tarixinə dair geniş fıkir və zəngin material vardır. Qocaman jurnalist Qulam Məmmədlinin ”Molla Nəsrəddin” adlı salnaməsi və “Azərbaycan teatrının salnaməsi” kitabları da Tiflis ədəbi mühitini işıqlandıran faktlarla zəngindir” Ümumi Azərbaycan ədəbi mühitinin aparıcı qollarından biri olan Irəvan ədəbi mühiti ədəbi simalarının yaradıcılığı timsalında namizədlik və doktorluq dissertasiyaları müdafiələri edilmişdir. Bu iş indi də davam etdirilir. Həmin dissertasiyalarda əhatə edilən dövrün ictimai-siyasi hadisələri, ermənilərin xalqımızın başına açdığı amansız vəhşiliklər, qəddarlıqlar, qırğınlar, işğallarar barədə tarixi faktlara söykənən həqiqətlər öz əksini tapmışdır.
İrəvan ədəbi mühitinin nəzərdə tutulan dövründə İrəvan xanugının tarixi özünəməxsusluğunu görkəmii sənət adamlarının həyat və yaradıcılığı timsalında araşdırılması əsas məqsəd kimi qarşıya qoyulmuş, məktəbdarhq, kitab nəşri, maarifçilik, rəssamlıq, nəccarlıq, teatr truppalarının yaradılması, mətbuatın inkişaf etdirilməsi sahəsində vaxtı ilə həyata keçirilən, ötən əsrlərin Qafqazh bağlı mətbu orqanlarında öz əksini tapan, lakin dövrün ictimai-siyasi durumunun qanunlarının qoyduğu qadağaların tələbləri baxımından araşdırılmayan, yalnız və yalnız arxiv sənədlərində yatıb qalan maraqlı məlumatların üzə çıxarılması əsasən təmin olunmuşdur. Mühitin ictimai-siyasi və ədəbi tarixinə nəzər yetirilmiş, həm yazılı, həm də şifahi xalq ədəbiyyatının nümayəndələrinin İrəvan xanlığının əhatə etdiyi ərazilərdə yaradıcılıqlarının bu və ya digər cəhətlərinin bədii nümunələr əsasında səciyyələndirilməsi, sənətkarlıq məsələlərinin təfsiri tədqiqatın əsas predmetidir. İrəvan ədəbi mühitinin bu və ya digər məsələlərinin, araşdırılması lazım olan bütün məqamların əsasən elmi təhlilə cəlb olunması, ədəbi-bədii prosesin tarxı zəmində ümumi mənzərəsi barədə bəzi məsələlərin şərhi maraq doğurur. Burada Azərbaycanının ayrı-ayrı ərazilərini əhatə edən ədəbi mühitlərinin ümumi prinsirləri həm nəzəri, həm də praktik prinsipləri əsas götürülmüş, ədəbi-tarixi, tarixi-müqayisəli, müqayisəli-tipoloji metodlardan istifadə olunmasına daha çox diqqət yetirilir. Azərbaycanın ədəbi mühitlərinin araşdırılması baxımından yazılmış monoqrafiya və dissertasiyaların elmi-nəzəri metod və prinsipləri bir istiqamət kimi əsas paritet təşkil edir.
İrəvan ədəbi mühiti ümumi Azərbaycan ədəbi mühitləri içərisində özünəməxsusluğu ilə seçilən mühitlərdəndir. Tədqiqatda İrəvan ədəbi mühitinin XIX əsrdə və XX əsrin 20-ci illərindəki dövrünün amansızlıqlarına və məşəqqətlərinə məruz qalan, bunların nəticəsində deportasiyalara, köçürmələrə, qırğınlara düçar olan soydaşlarımızın vətən, torpaq, doğma yurd eşqi barədə yaddaşlardan, ədəbi nümunələrdən götürülən materiallar, söyləmələr, hadisələr, həmçinin bu mühitlə bağlı araşdırmalar öyrənilib nzərdən keçirilmişdir.
Mövcud durumundan hər hansı vasitə ilə çıxarmaq üçün ədəbi-bədii mübarizədə əllərindən gələni əsirgəməyən mütəfəkkirlərin, Tiflisdə və İrəvanda fəaliyyət göstərən “Molla Nəsrəddinçilərin”, o cümlədən ilk yazılı mətbuat abidəsi kimi İrəvanda işıq üzü görən “Lək-lək”, “Bürhani-həqiqət jurnalları ətrafında cəmləşənlərin yaradıcılıqları, tərcümeyi-halları, Qərbi Azərbaycan ədəbi mühitinin sözü gedən dövrünün sənət həyatı, istər yazılı, istərsə də şifahi ədəbiyyatın ənənə, novatorluq və bu anlayışların qarşılıqlı əlaqəsi, ədəbiyyatın, incəsənətin, mədəniyyətin inkişafı sahəsində araşdırmaların nəticələri barədə elmi-nəzəri qənaət və mülahizələr irəli sürülmüşdür. Bütün bunlar tədqiqatın elmi yeniliyi sayıla bilər.
İrəvan xanlığı yaradılan zamandan, yəni 1410-cu ildə Pir Hüseyn Əmir Sədi xandan başlamış, ta 1828-ci ilə Hüseynqulu xana və qardaşı Həsən xana qədər xanlıq taxtında əyləşən 49 nəfər xanın hamısı Azərbaycan türkləri olub. Bu bir daha göstərir ki, İrəvan xanlığının ərazisinin əsl sahibləri Azərbaycan tüıkləridir.
Həmin dövrlərdə İrəvan xanlığında bir sultanlıq və on beş mahal olmuşdur. Bu mahallarda irili-xırdalı 2300 yaşayış məntəqəsinin 1500-dən çoxunda büsbütün Azəri türkləri yaşayırdı. 1828-ci ildə xanlıqda 310 erməni məskəni vardı ki, bu da xanlıqda yaşayan Azərbaycan türklərinin cəmi 25 faizini təşkil ediıdi və etnik müxtəlifliyi baxımından belə idi.
. Rusların işğal etdiyi ərazilərdən, xüsusən də İrəvan və Naxçıvan xanlıqlarından 240 min əhali, özü də rus istibdadına boyun əyməyən və rus təəbəliyini özlərinə təhqir sayan varlı təbəqə İrana və Türkiyəyə köç elədi. İrəvanın boşalmış ərazilərdə isə dərhal İrandan və Türkiyədən qaçan küıdlər və ermənilər məskunlaşdılar.
“Türkmənçay müqaviləsi”ndə öz əksini tapan bir neçə şərtlə yanaşı hər iki dövlət -İran və Rusiya dövlətləri, İrandan və Türkiyədən Rusiyaya, Azərbaycandan isə İran və Türkiyəyə köçən müsəlmanların yerləşdirilməsini öz üzərinə götürdü. Və beləliklə, həmin müqaviləyə əsasən, çox az bir vaxtda İrəvandan 40 minə, Türkiyədən isə 80 mindən çox erməni İrəvan quberniyasına və Gəncə quberniyasının dağlıq ərazilərinə köçürüldü. Bu azmış kimi 1828-ci ildə çarın 21 mart tarixli fərmanı ilə İrəvan quberniyası ərazisində erməni mahalı yaradıldı.
Həmin vur-haydan, köçhaköçdən, o zaman Vedibasar mahalı az da olsa, yan keçmişdir. Və bunun da əsl səbəbkarı o zaman burada böyük hörmət və nüfuz sahibi Mahmud ağa və onun oğlu Şəfər bəy olmuşdur. Mahmud ağa başqa bəylərə, bəyzadələrə və xanzadələrə qoşularaq İrana köç etməmiş, əksinə Göyçəli Vəli ağadan nümunə götürərək oğlu Şərəf bəyi özünə layiq sovqatlarla İrəvana – Qədim Azərbaycan şəhərini özünə qərargah edən və adını tarix səhifəsinə “Paskeviç- İrəvanski” kimi yazdıran rus generalının hüzuruna göndərmişdir. Şərəf bəy generala layiqli hədiyylər verdikdən sonra, rus təəbəliyini qəbul edərək, bəylik silkini, bəylik xənədanını, malını-mülkünü qorumaqla yanaşı, Azərbaycanlılar yaşayan kəndlərin də İrana köç etməsinin qarşısını aldı. Bu həmin Mahmud ağa və Şərəf bəydir ki, onların şəcərə rişələrindən və qol-budaqlarından düzü-dünyanı dolduran məşhur “Hacılar nəsli” törəmiş və həmin törənin biri də ömürü mübarizələrdə və doğma xalqına sədaqətlə xidmətdə keçən Eyyub ağa və onun oğlu Maqsud Hacıyev olmuşdur” [Məmməd Əfşan 2008: 18,-17].
Şəhər dirçəldi, əhali bərpa olunmuş evlərə qayıtmağa başladı”[Əsgər Zeynalov 1999: 6, 7][Ermənistan azərbaycanlılarının coğrafiyası 1995: 5]. XYIII əsrin ortalarında İrəvan xanlığının yaradılıdığı, xanlığın əsasının Mir Mehdi xan tərəfindən qoyulduğu, ərazisinin Ağrı vadisi, Dərələyəz və Göyçə gölü arasındakı torpaqlarda yerləşdiyi və naiblər tərəfindən idarə olunan on beş mahalı əhatə etdiyi, İrəvan şəhərinin bu xanlığın mərkəzi olduğu, buranın daimi aboregtn əhalisinin hamısını türklər təşkil etdiyi təkzibolunmaz tarixi faktdır.
Özünü imperiya elan etmiş Rusiyada bu dövlətin siyasi strategiyasını əks etdirən I Pyotrun “Vəsiyyətnamə”si yazılmış, beyinləri şiəlik təriqəti ilə zəhərlənmiş fars feodalları Azərbaycanın varlığı ilə heç cür hesablaşmaq istəmir. Həticədə formal bır müharibədən sonra XIX əsrin əvvəllərində Azərbaycan ikiyə bölündü, həm coğrafi, həm də dövlət müstəqilliyini itirdi. 1918-ci ilin mayın 28-nə Şimali Azərbaycanda milli dövlət yaranana qədər müstəqilliyimiz, milli varlığımız laylaların, bayatıların ümidinə qaldı, muğamın ürəkparçalayan hücrələrində daldalandı, həsrətlə, gizli-gizli Araza göz yaşı axıtdı [Nizaməddin Şəmsizadə 2008:100-101]. Hələ 1896-cı ildə Dərbəndi ələ keçirən Rus qoşunları bir neçə istiqamətdə Zaqafqaziyada hərəkata başlayaraq, ilk növbədə Gürcüstanı Rusiyanın tabeliyinə qəbul etdi. Təəssüf ki, Quba xanı Fətəli xanın xanlıqların vahid dövlət kimi birləşdirmək barədəki uzaqgörən, inadkar mübarizəsi o dövrdə kifayət qədər gücü olan Azərbaycan xanlıqları “mənəmlik” iddiasından yurdu yağıya qurban etdi. “Mənəm-mənəm” deyən xanlardan yalnız ikisi – Gəncə xanı Cavad xan və İrəvan xanı Hüseynqulu xan axıra qədər ruslara müqavimət göstərdilər. Gürcü əsilli rus generalı Sisianovla[Azərbaycan tarixi 1994:571, 572] Cavad xanın məktublaşması bu baxımdan ibrətamizdir.
1805-ci ildə Gəncə yaxınlığında Kürəkçay müqaviləsinin imzalanması, 1813- cü il oktyabrın 12-də Qarabağın Gülüstan kəndində Rusiya və İran arasında tarixə Gülüstan müqaviləsi kimi daxil olan ikinci sülh müqaviləsinin bağlanması Azərbaycanın iki imperiya arasında bölüşdürülməsinin əsasını qoydu.
Ruslar Arazın o tayındakı vilayətləri tutandan sonra heç vaxt bu bölgənin insanlarına etimad göstərmədilər. Ermənilərə qol-qanad vermək nəticəsində onlar Rusiyanın iqtisadi, mədəni, siyasi, hərbi sahələrində iştirak edərək nüfuz qazandılar. Lakin bütün bu himayədarlıqlara və cəmiyyətin ermənilərin xeyrinə dəyişdirilməsinə baxmayaraq, ta 1918 – ci ilə qədər ermənilər nəinki Qafqazın heç bir məntəqəsində əhalinin əksəriyyətini təşkil etmirdilər, əksinə, erməni yazıçısı Anahid Ter Minasyanın dediyi kimi, fərqli təsir dairəsindən də faydalanmırdılar. Adıçəkilən yazıçı əlavə edir: “Tiflis konqresinin əsas nigarançılıqlarından biri Qafqazda konkret erməni milli nüfuzunun çatışmamazlığı idi. Yerli idarəçilik muxtariyyəti əldə etmək üçün xahişnamə ilə bərabər, zemstvolar təsis etmək üçiin pərakəndə erməni camatını əhatə edən çox məhdud miqyasda əyalət vahidlərinin planı da təqdim edildi”. (2. Anahid Ter Minasyan. “Müasir tarixdə Qafqaz . səh. 63)
“İrəvan vilayətindəki 211 azəri kəndi xarabalığa çevrildi və 100 minlərlə insan qətliam olundu. Beləliklə, təxminən 300 min İrəvan azərisi məhv edildi. ” (3 – Mənije Turabzade və. “Mərkəzi Asiyada və Qafqazdakı dəyişiklərin mahiyyəti” səh. 71). Müsəlmanların soyqırım və təmizlənməsi sonralar da amansızlıqla davam etdirildi.
General Paskeviçın komandanlıq etdiyi çar ordusu hissələrinin 1827-ci il martın 13-də Eçmiədzinə daxil olması, həmin ilin iyunun 7-də Naxçıvanı tutması, iyulun 7-də Abbasabad qalasının süqut etməsi, İrəvan sərdarı Hüseynqulu xanın müqavimət göstərməsinə baxmayaraq, 1827-ci il sentyabrın 20-də Sərdarabad qalası, oktyabrın 1-də isə İrəvan qalası[Qlinka S. N. 1995] xaç yürüşünün sonuncu qurbanlığı oldu.
Qeyd olunmalıdır ki, İrəvan etnik arealından söhbət gedərkən bu etnik arealın onun coğrafiyasından daha geniş olduğunu söyləmək olduqca zəruridir. Son deportasiyayadək Ermənistan adlanan Qərbi Azərbaycan ərazisinin əksər bölgələrində tarixən daimi yaşayan azərbaycanlılardan əlavə, İrəvan xanlığındakı müxtəlif yaşayış məskənlərində doğulan, boya-başa çatanların çoxusu Azərbaycanın müxtəlif rayonlarında, habelə Sovetlər ittifaqının bir sıra şəhərlərində zərurət üzündən məskumlaşmışlar. İrəvan xanlığı təkcə coğrafi məkan deyil, həm də güclü ədəbi-estetik informasiya məkanıdır. Bu xanlığın adı çıkiləndə, ilk növbədə, Gərnibasar, Göyçə, Dərəçiçək, Dərələyəz, Ağbaba mahalları -saz-söz yada düşür. Bu mahallar türk əxlaqı və mədəniyyətinin oparıcı ocaqları, “ana sazımızın beşiyi, bədii sözümüzün çağlayan çeşməsi yada düşür”. İndi əlçatmaz olan adı çəkilən bu ərazilər başdan-başa erməniləşdirilmişdir. Bu, yaşayış məskənləri, yer, çay, dağ adlari, məscid, məhəllə və bağ adları coğrafiyaçıların, siyasətçilərin yaddaşlarda Qarabağ məsələsinin həllinə yönəldilən aktual söhbətlərdə və bir də bu adların, yerlərin həsrətini çəkən ixtiyar qocaların ara-sıra söhbətlərində yaşayır. Lakin Qərbi Azərbaycan və İrəvan mövzusu yaradıcı ziyalıların yaradıcılığında, alimlərin, tədqiqatçıların tədqiqatlarında gündəmdədir.
Mərhum alim, coğrafiya elmləri doktoru, prof. E. Q. Mehrəliyevin soydaşlarımızın mütaliəsinə təqdim etdiyi “İrəvanilər” [Çaşıoğlu nəşriyyatı, Bakı, 2000] kitabının müqəddiməsində gürcü xalqının mütəfəkkirlərindən İlya Çavçavadzedən gətirdiyi sitatda göstərir ki, “Millət öz tarixini unudanda onun süqutu başlayır. Tarix millətin bütün varlığını ürəyinin dərinliyində gəzdirir və bununla da hər bır millətin mətanəti, qüdrəti, gələcəyi üçün topladığı qüvvə və ehtiyatı güzgü kimi özündə əks etdirir” [Şurəddin Məmmədli 2003: 22 ], İlya Qriqoryeviç Çavçavadze 1902: 2 3], Amralı İsmayılov-2006: 12 Görkəmli şəxslərin fəaliyyəti nəinki özləri haqqında, eləcə də millətin bu və ya digər dövlətlərdə nəyə qadir olduğundan xəbər verir. Odur ki, “İrəvanilər” kitabçası Azərbaycan tarixində, ədəbiyyatında və mədəniyyətində rolu olan çəxsiyyətlərin məkani təxəllüsü ilə diqqəti çəkir.
Erməni tarixşünası M. Vartanyan 1914-cü ildə Cenevrədə çap olunau Erməni hərəkatının tarixi” monoqrafiyasında qeyd edir ki, Türkiyə erməniləri rus ermənilərinə görə erməni mədəniyyəti, dili, tarixi və ədəbiyyatı baxımından çox güclü və sərbəst idi. XIX əsrin əvvəllərində ermənilik bir millət olaraq , hələ Avropada bilinmirdi, . milliyətsiz, sərsəri kımı tanıyırdılar”. 1813-cü ildən sonra nıs sərkərdələri tərəfindən İranda Rusiyanın səlahiyyətli səfiri olan A. S. Qriboyedovun köməyi ilə İrandakı ermənilərə mərhəmət göstərilərək, onları İranın Loristan vilayətindən Azərbaycanın geniş ərazisinə – Zəngəzura, Qarabağa, Vedibasara, Dərələyəzə, Zəngibasara, Göyçə mahalına köçürmüşlər və bunun nəticəsində də milli tərkib dəyişilmişdir. (Əmralı İsmayılov, Bakı, 2006.12)
Biz müsəlmanlara çox təsir etməyə çalışırdıq ki indiki vəziyyətlə barışsınlar. Hətta biz onlara bildirirdik ki, ermənilər bu ərazidə çox qalmayacaqlar. Amma onlar təlaş içində deyirdilər ki, ermənilər bu torpaqları həmişəlik ələ keçirəcəklər. [A.C.Qriboyedov, 1989: 387]
Rus qoşunlarının 1827-ci ilin 1 oktyabrında İrəvanı çətinliklə zəbt etdikdən sonra bədnam Türkmənçay müqaviləsinə (1828) əsasən İrəvan xanlığı Rusuyaya birləşdiriləndə azlıq təşkil edən ennənilər də azərbaycanlılarla dinc əməkdaşlıq şəraitində yaşamışlar.
Köçürülmə və nəzərdə tutulmayan xərclər üçün onlara 14. 000 çerivon qızıl və 400 rubl gümüş verilmişdir. Lazarev (milliyətçə ermənidır – Z.M.) Rusiyaya 40. 000 nəfər yeni təbəə köçürmüşdür[C. Qlinka,1831: 92]. Paskeviçin vaxtında erməniləri dəvət etmək üçün palkovnik Ermənilərin Azərbaycan torpaqlarına, azərbaycanlıların daha sıx yaşadıqları ərazilərə kütləvi şəkildə köçürülməsini rııs tədqiqatçıları və alimləri hələ XIX əsri əvvəllərində geniş əks etdirmişlər. 1826-1828 ci illərdə müharibədən keçən iki il ərzində İran və Türkiyə erməniləri Yelizavetpol (Gəncə) və İrəvanın ən yaxşı torpaqlarında, Göyçə gölünün sahillərində, Vedibasar mahalında və sair yerlərdə sistemli köçürülərək məskunlaşdırılması həyata keçirilmişdir. [H. H.Şavrov, 1911:63, 64] Rusiya torpaqları adlandırılan Azərbaycana ermənilərin köçürülməsinin təşkilindən söz açan müəllif; üç ay yarım ərzində 8. 000-dən çox ailənin Arazı keçdiyini qeyd etmişdir. Lazarev İrana göndərilmişdir. Karapet adlı Ərzurumdan olan bir keşiş özü ilə 70. 000 erməni gətirmişdir. müsəlman dövlətlərindən Rusiyaya ermənilərin köçürülməsi tasiləsiz olaraq davam etdirilmişdir. [V.L. 1904: 87]. İrəvan xanlığının süqutundan sonra yerli kübar azərbaycanlı ailələrinin biı hissəsi doğma yerləıinı tərk etmiş, həmin dövrdə İrəvanda doğma yurd-yuvasını tərk edən ailələri nəzərə almasaq, azərbaycanlılar 1807 ailə və ermənilər isə 567 ailə olmuşdur. Burada 4 xan, 41 bəy və sultan- azəri ailəsi, 8 məlik və ağa-erməni ailəsi, 50 axund və molla, 13 keşiş yaşamişdır.
İrəvan xanlığını yalnız azərbaycanlı xanların idarə etdiyini tarixi fakt olaraq erməni alimləri etiraf etməli olmuşlar Tarixi öz xeyirlərinə saxtalaşdırmaqda mahir olan erməni onların Yerevan adlandırdıqları paytaxt şəhəri İrəvanı 1504-cü ildə Şah İsmayılın tapşırığı ilə vəziri Rəvan xan tikdirmişdir. Şah ismayıl vəzirin gördüyü işi yüksək qiymətləndirərək şəhərə onun adını vermişdir. İrəvan xanlığı Azərbaycanın on səkkiz xanlığından biri kimi 438 il yaşamışdır..
Ermənistan respublikasının ensiklopediyasında verilən məlumatda göstərilir ki, İrəvanı 438 il azərbaycanlı xanlar idarə etmişlər. Erməni tarixçisi Havanes Şahxatunyan tam dəqiq xronologiya tərtib etmiş və orada göstərmişdir ki, azərbaycanlı hakimlər 1390-cı ildən başlayaraq 1828-ci ilə qədər İrəvan bölgəsində hökmran[Ermənistan Ensiklopediyas III cild, 571] olmuşlar. Havanes Şahxatunyan tarixi araşdırmalarında bu hakimlərin adlarını və hakimiyyətdə olduqları illəri ardıcıllıqla əks etdirmişdir. Bu siyahıda 49 nəfər xanın adını qeyd etmiş, əvvəlinci xan Əmir Sədd(1390-1410), sonuncular isə(l806-1827) Hüseyn xan və Həsən xan qardaşları olmuşdur.
Rus qoşunları ermənilərin təhriki və fəal iştirakı ilə İrəvan üzərinə hücumlarda məğlub edilmiş, bir neçə illik döyüşlərdə xanlığı təslim olmağa məcbur edə bilməmişdi. İrəvan xanlığının sonuncu hakimləri olan Hüseyn xan və Həsən xan qardaşları şəhəri alınmaz qalaya çevirərək birləşmiş erməni-rus ordularını məğlubiyyətə uğratmışlar. Nəhayət, 1827-ci ildə təcrübəli rus generallarının başçılıq etdiyi birləşmiş qoşunlar həlledici döyüşdə qalib gəlmiş və çar hökuməti İrəvan xanlığını ləğv etmişdi. Bundan sonra xaricdə yaşayan ermənilərin İrəvan xanlığı ərazisinə köçürülmələrinə başlanmışdır. Mərhələ-mərhələ həyata keçirilən bu mənfur siyasətin davamı olaraq 1918-ci ilin mart soyqırımı ermənilərin Azərbaycan torpaqlarını işğal etmək planının tərkib hissələrindən biri adlandırmaq olar. Soyqırımı nəticəsində onlar Qərbi Azərbaycan torpaqlarını odlara qaladılar, əhalini didərgin saldılar, Göyçəni, Zəngəzuru, zəbt etdilər. Qana və özgə torpaqlarına susamış vandal ermənilər Azərbaycana qarşı mənfur siyasətlərini iyriminci yüzillik boyu[İbad İbrahimov 2009, 115] və indinin özündə də davam etdirmişlər. [“Respublika” qəzeti, 2 aprel 2008]
İndiki Ermənistan ərazisi Azərbaycan torpağı olmuş, burada yaşayanlar isə azərbaycanlılar olmuşlar, larixdən məlumdur ki, Türkiyə və İranın Rusiya ilə dəfələrlə olan müharibələri zamanı Rusiyanın bu iki müsəlman ölkələrlə həmsərhəd olan ərazilərini ələ keçirib özü üçün müdafiə bazası yaratsın. Bu işdə ona sədaqətlə xidmət edə biləcək, satqınlığı, cəsusluğu, ikiüzlülüyü bacaran elə adamlar yerləşdirsin ki, onlar bu müsəlman dövlətlərinə qarşı düşmən olub, Rusiyanın mənafeyini müdafiə etsin. Belə xarakterli millət ermənilər idi. 1812-ci ildə Rusiya-Türkiyə müharibəsi zamanı ermənilər Türkiyənin məğlub olması, Krımın zəbt edilməsi işində Rusiya hökumətinə və onun qoşun hissələrinə hər cəhətdən ən yaxından kömək etmişdilər. Ermənilərin sədaqətlə xidmət edəcək millət olduğuna əminliyi yəqin edən Rusiya dövləti 1813-1826-1827-ci illər müharibələrində Türkiyə və İranla apardığı müharbələrdə qələbə əldə etdi və Qafqazda böyük torpaqlar ələ keçirdi. Fürsəti əldən verməyən Rusiya dövləti İrəvan və Naxçıvan xanlıqları torpaqlarından qovulmuş azərbaycanlıların torpaqlarında İrandan (40 min)və Tiirkiyədən(90 min) gətirdiyi erməniləri yerləşdirmişdir. Həmin dövrdə Rus çarı I Nikolay əmr verib İrəvan və Naxçıvan xanlıqlarını erməni vilayəti elan etmişdi.
Uzun illər Ermənistanın müxtəlif rayonlarında rəhbər vəzifələrdə işləmiş, erməni psixologiyasına, erməni məkrinə və erməni şərinə yaxından bələd olan görkəmii siyasi və ictimai xadim Talib Musayev özünün “Nurlar” çapdan çıxan “Ermənilər və faciələrimiz” kitabında maraq doğuran faktları təfərrüatı ilə qələmə almışdır. [Talib Musayev. 2008, 18, 21]

Mündəricat

  • 1 İSTİFADƏ OLUNAN ƏDƏBİYYATIN SİYAHISI
  • 2 Xülasə
  • 3 Summary
  • 4 Резюме

İSTİFADƏ OLUNAN ƏDƏBİYYATIN SİYAHISI [ redaktə ]

1. Abbas Hacıyev. “Tiflis ədəbi mühiti”. B., Yazıçı, 1980, səh., 6.
2. Azərbaycan tarixi(Z. Bünyadovun və Y. V. Yusifoun redaksiyası, Ic, Bakı,1994, səh 571, 572.
3. Azərbaycan Respublikası DA. Fond 28. siy. 1, iş 116.
4. Aмpaли Тcмaилов, Taйны и явъ Apмянствa,«Myaллиь» нешрий,Бaкy, 2006. Cтp., 12,
5. Axundov N. ”Molla Nəsrəddin” jurnalının nəşri tarixi”. Bakı. 1959, səh. 8.
6. Azərbaycan tarixi(Z. Bünyadovun və Y. V. Yusifoun redaksiyası ilı). I cild, Bakı, 1994, səh 571, 572.
7. Beличко B.Jl.Kaфкaз.Pyccкoe дeлo и междуплеменные вonpocы.C.Пeтepбypr,1904,ст., 87.
8. “Vedibasar” qəzeti, N 07(122), 01-15 aprel 2008.
9. Vəliyev Şamil. Füyuzat ədəbi məktəbi, Bakı-Elm-1999, 3-5.
10. Qlinka S. N. Ermənilərin Azərbaycana köçürülməsi. Bakı, 1995.
11.Глинкa C. H. Пepeceпения apмянъ азepбaйджских переделы POCCИИ. M., 1831, CT.,92.
12. Гpибoeдова А. C. Гope oт yмa. Пиcмa изаписки. Баку, «Maapиф», 1989. CT.. 387.
13. Ermənistan Ensiklopediyası, III cild, cəhifə 571.
14. Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası, Bakı, 1995, 5.
15. Ədəbi irsimizə qayğı, Nərgiz Qurbanov. “Respublika” qəzeti, N 123(2551) 9 iyun 2009.
16. İbad İbrahimov. Alınmaz qala. Gəncə “Gəncə Poliqrafiya” ASC, 2009, səh,115.
17. Mahmudov M. VII-XII əsr ərəb dilli Azərbaycan alimləri. Bakı. AMEA- mn nəşri. 1983-ci il. səh. 188-191
18. Məmmədli Şurəddin. Azərbaycan ədəbiyyatının Borçalı qolu. Tiflis, 2003, səh., 143, 22
19. Məmməd Əfşan. “Əzablı və uğurlu yollar yolçusu-Maqsud müəllim (sənədli roman) “Səda Bakı 2008 səh 16-17.
20. Musayev Talib. Ermənilər və faciələrimiz. Bakı. 2008, səh., 18, 21.
21. Nizaməddin Şəmsızadə. seçilmiş əsərləri. I cild, Bakı, “Elm”, 2008, səh,100,101.
22.“Respublika” qəzeti, 2 aprel 2008, səhifə 4.
23. Çavçavadze. İlya Qriqoryevıç «Aрмянские yченые и вопиющие камни ». Tифлиc, 1902, cтp., 2, 3.
24. Zeynalov Əsgər, İrəvan ziyalıları, Bakı, 1999, s. 6-7.
25. Шавров H. H. Hoвaя yrpoзa pyccкому вeлy в Кафказъе: npeдсдоящая pacnpoдaжa Myraни инородцам. C. Петербypr, 1911. Cтp. 63,64

Xülasə [ redaktə ]

Yazıda Irəvan ədəbi mühitinde Kürəkçay və Gülüstan sülh müqavilələrindən sonra Azərbaycan xalqına, onun mədəniyyətinə, ədəbiyyatına, incəsənətinə edilən haqsızlıqlar, Ermənistan adlandırılan Qərbi Azərbaycan ərazısındən Azərbaycan türklerinin öz yurdlarından zorla çıxarılnası, buralarda Erməniləşdirme siyasetine kovuşma yolları açıklanmaktadır.

  • Açar sözlərt: Azərbaycan, Kürəkçay, Gülstan, İrəvan, Ermənistan.

Summary [ redaktə ]

Tragedies of Azerbaijan nation, Its culture literature, art that tookplace aftet JKuraçay and Gulustan treaties and the problems of achievement of armenisation policy accrued after the forsed deportation of Azerbaijanis from their native territories of İrevan khanliği, yoday called Armenia.

  • Keywords: Azərbaycan, Kürəkçay, Gülüstan, İrəvan, Qərbi Azərbaycan.

Резюме [ redaktə ]

В статье рассказывается о влиянии Иреванской литературной среды после заключения Курекчайского и Гюлистанского договора на культуру, литературу, искусство азербайджанского народа и изгнание из родных очагов проживания, называемого Западным Азербайджаном.

  • Ключевые слова: Азербайджан, Курекчай, Гюлистан, Иреван, Западный Азербайджан.
  • Elmi məqalələr
  • Ziyəddin Məhərrəmov

Comments are closed, but trackbacks and pingbacks are open.