Press "Enter" to skip to content

Pulsuz Online Təhsil

Qəbul İmtahanlarında Yüksək nəticə göstərmək üçün sınaq imtahanlarında iştiraketmək vacibdir. Bunun bir-neçə səbəbləri var. 1. Sınaqlarda i.

Öyrənməyi sevin!

DOS s özü ingiliscə Disk Operating System olub Azərbaycan dilinə tərcüməsi “Disk əməliyyat sistemi” deməkdir. DOS komputerlər üçün nəzərdə tutulmuş kiçik və sadə bir əməliyyat sistemi növü olub,əsas vəzifəsi disket və sabit disk kimi saxlama mühitlərinin idarə edilməsidir.Komputerlərin digər funksiyaları:qrafika,səs,yazma,şəbəkədə gəzinmə,yaddaşa nəzarət,çoxlu istifadəçi və çoxlu iş xüsusiyyətləri DOS tərəfindən yerinə yetirilə bilir.DOS sistemləri 90-cı illərin ortalarına qədər demək olar ki,hər personal komputerdə öz vəzifəsini yerinə yetirmişdir.Bu gün computer dünyasının çox sahəsində qrafik əməliyyat sistemlərindən istifadə olunsa da,DOS sadə və kiçik olmaq üstünlüyü ilə müxtəlif əmrlər və nəzarət etmə sistemlərində öz həyatına davam etməkdədir.DOS-un tarixi komputerlərin tarixi ilə başlayır.DOS-da qrafik bir istifadəçi pəncərəsi olmadığından hər bir əməliyyat əmrlərlə və az sayda olan parametrlərlə həyata keçirilir.Bu da onun bu günlərdə unudulmasına gətirib çıxarır.

Windows XP

Windows XP Maykrosoft şirkətinin personal komputerlər və server sistemləri üçün Windows NT-nin kernel sistemi üzərində qurulmuş olan 6-cı əsas distributividir.Windows XP 25 oktyabr 2001-ci il tarixində satışa təqdim edilmişdir.XP adı ingilis sözü olan “experience” sözündən gəlir və Azərbaycan dilində mənası “təcrübə” deməkdir.Windows XP hal-hazırda dünyada ən çox istifadə edilən əməliyyat sistemidir.Windows XP əvvəlki distributivlərindən fərqli olaraq tamamilə 32 bitlik Windows NT və Windows 2000 kernel sistemi üzərində qurulmuşdur.Onu da qeyd etmək lazımdır ki,Windows əməliyyat sisteminin əvvəlki versiyaları aşağıdakılardır:

  • Windows 1.0
  • Windows 2.0
  • Windows 3.0
  • Windows 95
  • Windows 98
  • Windows NT

Bu kernel system 16 və 32 bitlik tətbiqləri işlədə bilir və göy ekran səhvlərini azaldır.Windows əməliyyat sistemi ailəsinin Cairo,Nashville,Neptune,Odyssey kimi versiyaları satışa çıxarılmayaraq ləğv edilmişdir.Maykrosoft şirkəti Windows XP-in satışını 30 iyun 2008-ci il tarixindən etibarən dayandırmışdır:amma bəzi mini noutbuklarda hələ də qurulu olaraq XP gəlməkdədir.Windows XP Service Pack 2-nin də satışı 2010-cu ildə bitmişdir.Windows XP Service Pack 3 isə 2014-cü ilə qədər satılacaqdır.

Macintosh qısaca Mac olaraq tanınır və adını Macintosh alma növündən alır.Mac personal komputerlər istehsal edən Apple Computer İnc. şirkətinin bir məhsulu olan əməliyyat sistemidir.Macintosh-un istehsalına 1984-cü ildə başlanılmışdır.Onu da qeyd edək ki,Apple şirkəti siçan və qrafik interfeysdən ilk dəfə istifadə edən şirkətlərdəndir.Macintosh-dan əvvəl Apple şirkətinin Lisa,Apple II,Apple III kimi sistemləri olsada 1986-cı ildə onların fəaliyyəti dayandırılmışdır və bütün məhsullar Macintosh adı altında toplanmışdır.Macintosh-un PowerPC arxitekturasını istifadə etdiyi 1994-2005-ci illəri arası onu x86 sinifli komputerlərdən ayıran ən məşhur xüsusiyyəti RİSC (Reduced İnstruction Set Computer) olmuşdur.Macintosh seriyalı komputerlər Apple şirkətinin öz məhsulu olan Mac OS əməliyyat sistemindən istifadə edirlər.Mac OS əməliyyat sistemi öz aralarında Mac OS Classic və Mac OS X deyə iki qrupa ayrılırlar.İki əməliyyat sistemi də bir-birindən tamamilə ayrı işləyirlər.Onu da qeyd edək ki,2009-cu ilin avqust ayında Mac OS X əməliyyat sisteminin ən son versiyası olan Snow Leopard satışa təqdim edilmişdir.Bununla da Apple şirkətinin istehsalı olan komputerlərdə sürət və performans dəfələrlə artmışdır.Apple şirkətinin istehsalı olan personal komputerlərə Maykrosoft və İntel şirkətinin istehsalı olan avadanlıqlar və ya proqram sistemləri yükləmək mümkün deyildir.

UNİX 1969-cu ildə Ken Tompson və Denis Riçi tərəfindən Bell Laboratori- yalarında yaradılmış olan çox istifadəçili və çox vəzifəli quruluşu dəstəkləyən bir əməliyyat sistemidir.UNİX törəməli əməliyyat sistemləri çox prosessorlu bahalı komputerlərdən bir prosessorlu sadə ev komputerlərinə qədər bir çox cihaz üzərində işləyə bilən test edilmiş sistemlərdir.Lakin,xüsusilə strukturu ilə çox prosessorlu serverlərdə adətən standart halına gəlmişdir.UNİX-in əsası 1965-ci ildə MİT,AT&T Bell Labs və GE-nin birlikdə yaratdıqları MULTİCS (Multiplexed Operating and Computing System) layihəsi ilə atılmışdır.MULTİCS layihəsinin əsas hədəfi çox istifadəçili komputer sistemlərinə icazə verərək eyni vaxtlı məlumat paylaşmasını təmin edə bilməkdi.1969-c ildə layihə qarışıq bir şəkil almağa başlamış və AT&T Bell Labs layihədən çəkilmişdir.Bell şirkətində araşdırmaçı olaraq işləyən Ken Tompson MULTİCS proqramını stimulyasiya edən bir fayl sistemini kodlamaqla UNİX-in ilk distributivi olan UNİCS-i (Uniplexed Operating and Computing) meydana çıxardı.Bu versiya Assembler ilə yazılmışdı.1973-cü ildə Ken Tompson C dilinin yaradıcısı olan Denis Riçi ilə birlikdə əməliyyat sisteminin kernel sistemini C dili ilə təkrar kodlayaraq UNİX 5.0 versiyasını yaratdılar.Beləliklə də,UNİX C dilinin sayəsində müxtəlif avadanlıqlara uyğun olaraq təkrar dəyişdirilə bilən kodlardan ibarət bir əməliyyat sisteminə çevrilmişdir.

Linux UNİX-ə texniki mənada bənzəyən redaktə qabiliyyətli müstəqil bir əməliyyat sistemidir.Kernelin kodları GNU Ümumi Cəmiyyət Lisenziyası çərçivəsində müstəqil olaraq dəyişdirilə istifadə edilə bilər.Linux hər hansı bir komputer sistemində problemsiz işləmə qabiliyyətinə malikdir. Çox geniş bir təchizat dəstəyinə malik olan Linux netbuk,noutbuk,server komputerləri,is stansiyaları,ağıllı telefon,stolüstü komputerlər kimi hər bir platformada tam bir uyğunlaşma içərisində işləmək qabiliyyətinə malikdir.Linux adətən server və iş stansiyalarında istifadə olunsa da onu şəxsi komputerlərdə də istifadə edənlər çoxluq təşkil edir.Təbii ki,bu halda redaktə edilən kodların və azad proqram anlayışının təsiri böyükdür.Windows XP və Mac OS sistemlərinə nəzərən daha rahat bir struktura malik olan Linux xüsusilə server satışlarında rəqibləri ilə müqayisədə daha üstündür.Mint,Ubuntu,openSUSE,Pardus,Mandriva kimi son versiyaları ilə Linux əməliyyat sisteminin istifadəçi faizi gündən-günə artmaqdadır.

Sun OS əməliyyat sistemi əvvəllər iş stansiyaları və server komputer sistemləri üçün Sun Microsystems şirkəti t ərəfindən istehsal olunan UNİX əməliyyat sisteminin bir versiyası idi.Sun OS adı adətən Sun OS əməliyyat sisteminin 1.0 və 4.1.4 versiyalarına istinad edilir.Bu versiyalar açıq redaktə edilə bilinən kodlu idi.Sun OS sistemi 5-ci versiyasından başlayaraq Solaris brendi altında satışa çıxarılmağa başlanıldı.Sun OS 1 və 2 versiyası Sun-2 sistemindən,Sun OS 3 versiyası Sun-2 və 3 sistemindən,Sun OS 4 versiyası isə Sun-3,Sun-386i,Sun-4 sistemindən daha doğrusu arxitekturalarından istifadə edir.Bu əməliyyat sisteminə yeni SPARC prosessor faylı əlavə edildikdən sonra birinci Sun-4m arxitekturalı multiprosessorlu komputerlər (SRARCserver 600MP seriyası) meydana gəlməyə başladı.Sun OS 4-ün axırıncı versiyası 4.1.4 olmuşdur və 1994-cü ildə buraxılmışdır.2003-cü ildən bəri isə Solaris şirkətinin ən məşhur məhsulu Sun OS 5 əməliyyat sistemidir və bu sistem sadəcə olaraq Solaris adı ilə dünyada tanınır.

Garnet OS kimi də tanınan Palm mobil əməliyyat sistemi 1996-cı ildə PDA-lar üçün Palm İnc şirkəti tərəfindən istehsal edilməyə başlanılmışdır.Palm OS əllə toxunula bilən (touchscreen) qrafik istifadəçi interfeysi ilə asan i stifadə olunması üçün istehsal edilmişdir.Bu,şəxsi məlumatların idarə edilməsi üçün əsas proqramlar dəsti ilə təmin edilir.Palm əməliyyat sisteminin son versiyaları smartfonlarda istifadə üçün nəzərdə tutulmuşdur.2007-ci ildə Palm əməliyyat sistemi ticarət markası aldıqdan sonra Garnet OS deyə yenidən adlandırıldı.Garnet OS sisteminin varisi olan ACCESS 2009-cu ildən Access Linux Platform deyə tanınmağa başladı və gələcəkdə istehsal olunacaq cihazlar üçün Palm Os ilə Web OS sistemləri arasında keçidlər etməyə başladı.Palm OS rəsmi olaraq Cef Hokinsin rəhbərliyi altında Palm Computing şirkəti tərəfindən istehsal olunur.Palm Computing şirkəti sonralar 3Com-a çevrilən US Robotics Corp tərəfindən Palm İnc-ə çevrildi.

Pulsuz Online Təhsil

Əməliyyat sistemləri (UNİX, MS DOS, Windows, MAC OS) onların funksiyaları əmrləri, fayl sistemləri FAT, NTFS, faylların ad genişlənmələri, MS DOS-un əmrləri və s. məlumatları bu slayddan öyrənə bilərsiniz.
Slaydı yükləmək üçün link: Əməliyyat Sistemləri (ƏS)-PDF

Gönderen Rəşadət Şərifov zaman: 11:43

Hiç yorum yok:

Yorum Gönder

Axtarış Sistemi

Çox Oxunanlar

Qəbul İmtahanlarında Yüksək nəticə göstərmək üçün sınaq imtahanlarında iştiraketmək vacibdir. Bunun bir-neçə səbəbləri var. 1. Sınaqlarda i.

Kompyuterin yaranma tarixi, EHM-İN nəsilləri, Fərdi kompyuterlər, Daxiletmə və xaricetmə qurğuları haqda bu təqdimatdan məlumat əldə edə bil.

v İnformatika və onun əsas anlayışları. İnformatika fundamental elm kimi, onun predmeti və əsas tərkib hissələri. İnformasiya anlayışı və .

Alqoritmləşmənin əsasları mövzusunu bu linkdən yükləyə bilərsiniz: Alqoritmləşmənin əsasları-PDF Açar sözlər: informatika , alqoritm .

İnformatikanın əsas anlayışları, informasiya anlayışı onun xassələri formaları və s. Həmçinin say sistemləri bir say sistemindən digər say s.

Bloq Arxivi

  • ▼2014 (23)
    • ►Ağustos (3)
    • ►Temmuz (8)
    • ►Nisan (3)
    • ▼Şubat (9)
      • İnformatika Testləri
      • Kompyuter Şəbəkələri.
      • Windows Əməliyyat Sistemi
      • Əməliyyat Sistemləri (ƏS)
      • kompyuter və onun texniki təminatı
      • İnformatika Qısa Kurs
      • PROQRAM TƏMİNATI
      • Alqoritmləşmənin əsasları
      • İnformatika Əsas anlayışlar Say sistemləri

      Etiketlər

      Blogger

      Magistra Hazırlaşanlar Üçün Seminar

      Əziz Tələbələr bilirik ki beyninizdə MAGİSTRATURA ilə bağlı çoxsaylı suallar var.
      -Magistra Necə Hazırlaşım?
      -Hansı Kitablardan İstifadə Edim?
      -Neçə Ay Hazırlaşsam Bəs Edər?
      -Hansı İxtisasları Seçə Bilərəm?
      -Hansı İxtisas Mənim Üçün Daha Yaxşıdır?
      -İxtisasımı Dəyişə Bilərəmmi?

      Bunlar o sualların çox kiçik bir hissəsidir. Sizi narahat edən bütün suallara 17 Avqust 53 nömrəli məktəbdə (BDU-nun yaxınlığı) keçirəcəyimiz seminarda aydınlıq gətirəcəyik. Suallarınızı bu sahədə təcrübəsi olan peşəkarlar cavablandıracaq.Seminarda iştirak pulsuzdur və bütün tələbələr iştirak edə bilər.

      Qeydiyyatdan keçmək üçün adınızı, soyadınızı, təhsil aldığınız univeristetin adını yazıb 055 390 35 98 nömrəsinə göndərin.

      Pulsuz Magistr Hazırlığı (Online)

      Əməliyyat sistemləri (UNİX, MS DOS, Windows, MAC OS) onların funksiyaları əmrləri, fayl sistemləri FAT, NTFS, faylların ad genişlənmələri, MS DOS-un əmrləri və s. məlumatları bu slayddan öyrənə bilərsiniz.
      Slaydı yükləmək üçün link: Əməliyyat Sistemləri (ƏS)-PDF

      Hiç yorum yok:

      Yorum Gönder

      Ən çox baxılanlar

      Qəbul İmtahanlarında Yüksək nəticə göstərmək üçün sınaq imtahanlarında iştiraketmək vacibdir. Bunun bir-neçə səbəbləri var. 1. Sınaqlarda i.

      v İnformatika və onun əsas anlayışları. İnformatika fundamental elm kimi, onun predmeti və əsas tərkib hissələri. İnformasiya anlayı.

      Bloq Arxivi

      Blogger

      Magistra Hazırlaşanlar Üçün Seminar

      Əziz Tələbələr bilirik ki beyninizdə MAGİSTRATURA ilə bağlı çoxsaylı suallar var.
      -Magistra Necə Hazırlaşım?
      -Hansı Kitablardan İstifadə Edim?
      -Neçə Ay Hazırlaşsam Bəs Edər?
      -Hansı İxtisasları Seçə Bilərəm?
      -Hansı İxtisas Mənim Üçün Daha Yaxşıdır?
      -İxtisasımı Dəyişə Bilərəmmi?

      Bunlar o sualların çox kiçik bir hissəsidir. Sizi narahat edən bütün suallara 17 Avqust 53 nömrəli məktəbdə (BDU-nun yaxınlığı) keçirəcəyimiz seminarda aydınlıq gətirəcəyik. Suallarınızı bu sahədə təcrübəsi olan peşəkarlar cavablandıracaq.Seminarda iştirak pulsuzdur və bütün tələbələr iştirak edə bilər.

      Qeydiyyatdan keçmək üçün adınızı, soyadınızı, təhsil aldığınız univeristetin adını yazıb 055 390 35 98 nömrəsinə göndərin.

Comments are closed, but trackbacks and pingbacks are open.