Press "Enter" to skip to content

Ana dili gününə həsr olunmuş tədbir

2023-03-06 10:05:53

4 saylı məktəbdə Ana dilinə həsr olunmuş tədbir keçirilib

2023-cü il fevralın 20-də Dərbənd şəhər 4 saylı tam orta məktəbində Beynəlxalq Ana Dili gününə həsr olunmuş tədbir keçirildi.Tədbiri Azərbaycan dili müəllimləri İsayeva Səlimə Əlibala qızı,Seyidova Dilarə Fərhadovna,Babayeva Nəzirə Rafiqovna və tabasaran dili müəllimləri İbrahimova Kaxrabat Maqomedşafiyevna və Ramazanova Razida Nazirovna hazırlamışdılar.

Tədbirdə ibtidai sinif şagirdləri,5-ci,6-cı,7-ci və10-cu sinif çox fəal iştirak etdilər.
Şagirdlər Azərbaycan, tabasaran və rus dillərində ana dili haqqında şerlər söylədilər,mahnılar oxudular, atalar sözləri və bayatılar danışdılar.
Dil haqqında səhnəcik göstərildi.
Tədbirin sonunda Səlimə müəllimə və Dilarə müəllimə Dağıstan xalq şairi Rəsul Həmzətovun 100 illik yubileyinə həsr etdikləri müəllif şerlərini oxudular.

Tədbirdə məktəbin direktoru Heydər Təlhətoviç,dərs hissə müdirləri Maida Əlibəyova,Naida Tahirova, qonaqlar —Rusiya və Azərbaycan yazıçılar birliyinin üzvü şairə, müğənni, Azərbaycan Dövlət Dram teatrının aktrisası Zeynəb Dərbəndli, Dağıstan respublikası bələdiyyə xidmətinin Əməkdar işçisi, ,, Döyüş Şöhrəti»muzeyinin mütəxəssisi Mirzəbalayeva Gülpəri Şabanovna müəllimlər iştirak etdilər.
Tədbir çox maraqlı və yüksək səviyyədə keçdi.

Ana dili gününə həsr olunmuş tədbir

2020-02-22 10:27:00

Beynəlxalq Ana dili gününə həsr olunmuş tədbir keçirildi

21 fevral 2020-ci il tarixində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Bakı Dövlət Universitetinin 100 illiyi münasibəti ilə keçirilən mərasimdəki nitqindən irəli gələn vəzifələrin icrası ilə bağlı Nizami rayonu 312 nömrəli məktəbin tədbirlər planının 1.2 bəndinə , məktəbin fəaliyyət planının 1.3.9, 1.3.10 bəndinə müvafiq olaraq Azərbaycançılıq ideaları ,milli mənəvi dəyərləri təbliğ etmək Azərbaycan dili , Ədəbiyyatı,Tarixi Mədəniyyəti və İncəsənətinə məhəbbət hissini aşılamaq məqsədi ilə məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi Cəbiyeva Elmiranın təşkilatçılığı ilə Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbir keçirildi.Tədbirdə valideynlər ,müəllimlər və media nümayəndələri iştirak etdi. Tədbir Azərbaycan Respublikasının dövlət himni ilə açıldı bir-birini əvəzləyən möhtəşəm kompazisiyalar , bədii qiraət nümunələri ,səhnəciklər , rəqslərlə yadda qaldı.İstedadlı şagirdlərin Səməd Vurğunun “Vaqif“dramından, Cəlil Məmmədquluzadənın “Anamın kitabı” tragikomediyasından, Azərbaycan məqaləsindən ,Dədə Qorqud Dastanından, İlyas Əfəndiyevin Xurşudbanı Natavan pyesindən hazırlanmış səhnələr insanın ürəyini titrədirdi.Xüsusi hazrlanmış “Varvarizimlərə son “ sosial çarxı ilə nitqimizdə ana dilimizdə qarşılığı olduğu halda yerli-yersiz əcnəbi sözlərin işlədilməsinin yol verilməz olduğunu bir daha vurğuladılar. Cəbiyeva Elmira çıxışında bildirdi ki, bu gün Ana dilimizi sevə-sevə öyrədənlərin günüdür, biz həmişə dilimizin gözəlliklərini saflığını şagirdlərimizə çatdırıb onlara sevdiririk.Bu gün bizim tədris proqramında dilimizi tam şəkildə ifadə etmək öyrətmək üçün geniş imkanlar var lakin biz yalnız proqramla kifayətlənmirik əli silahlı əsgər kimi, qanımızla canımızla dilimizi təlim tərbiyə prosesinin hər anında sevdiririk. Məktəbin direktoru Xatirə Hacıyeva öz çıxışında bildirdi ki, məktəbimizdə müxtəlif tarixi hadısələrin əlamətdar günlərin milli bayramların qeyd edilməsi ənənə şəklindədir hər il fəaliyyət planında şagirdlərin milli ruhda yetişməsi üçün bunlar nəzərəalınır . Ana dili günü ilə də bağlı silsilə tədbirlərimiz keçirilmişdir belə ki fevral ayında bütün təşkilat saatlarımız”Ana dilim milli qeyrət sinvolum””Ana dilimiz qürur mənbəyimizdir ” “Ana dilimiz milli sərvətimizdir ” mövzularına həsr olunmuş dəyirmi masalar rəsm referat müsabiqələri keçirilmişdir.Bu bildirdi ki dilimizə qayğı ölkə prezidentinində daim diqqət mərkəzindədir.Xalqın hər bir nümayəndəsi öz dilinin təmizliyi uğrunda mübarizə aparmalı, onu yad ünsürlərdən qorumalıyıq və unutmamalıyıq ki dilimiz varsa biz də varıq.

Bu bölməyə aid digər xəbərlər

Azərbaycanda repetitor yanından qayıdan məktəbli qız QAÇIRILDI

2023-03-10 13:27:10

Bakıda tanınmış pedaqoqla görüş keçirilib

2023-03-09 16:25:02

FHN Bərdədə orta məktəbdə təlim keçirib

2023-03-08 15:23:00

Bəzi regionlarda olimpiadalara hazırlıq dərsləri keçiriləcək

2023-03-06 15:42:00

Rus dili müəllimləri kütləvi şəkildə ixtisaslarını dəyişir

2023-03-06 10:05:53

13 yaşlı qız sinif yoldaşını bıçaqlayıb

2023-03-06 09:11:00

Yuxarı sinif şagirdlərinin infosessiyası keçirilib

2023-03-04 16:09:00

Bıçaqlanma baş vermiş məktəbdən xəbər var

2023-03-03 20:33:08

İnternatlarda uşaqları alçaldan ifadələr işlədilirmiş

Comments are closed, but trackbacks and pingbacks are open.