Press "Enter" to skip to content

Ana dilinin tədrisi metodikası

O, sözün əsl mənasında xeyirxah, qayğıkeş insan, hamının əlindən tutub kömək etməyə, həm də təmənnasız etməyə çalışan, bu cəhətdən heç kəslə müqayisə edilə bilməyən əvəzsiz şəxsiyyət idi. Elm aləminə daxil olmaq üçün hər kim onun ətəyindən yapışırdısa, o, iki əlilə tutub onu yüksəklərə qaldırmaq istəyirdi. Bu məsələdə onun üçün qohum da, tanış da eyni idi. Kimin haralı olması onu heç maraqlandırmazdı.

Ana dilinin tədrisi metodikası

Abdullayev A ğaməmməd Səməd oğlu

Ömrünü xalqının maariflənməsinə, savadlanmasına sərf etmiş ziyalılardan söz düşəndə alim-metodist Ağaməmməd Abdullayev hörmətlə yad edilir. Onun Azərbaycan dilinin tədrisi sahəsində geniş xidmətləri olub. Professor A.Abdullayev Azərbaycan dilinin tədrisi metodikası elminin yaradıcısı, orta və ali məktəb dərsliklərinin, elmi-metodik vəsaitlərin, yüzlərlə elmi-publisistik və metodik məqalənin müəllifidir.

O, 1909-cu ildə Bakının Novxanı kəndində dəmirçi ailəsində dünyaya gəlib.

Ağaməmməd Abdullayev zəhmətkeş və məhsuldar alim idi. 50 illik əmək və elmi fəaliyyəti dövründə 80-dən çox böyük həcmli monoqrafiya, dərslik və dərs vəsaitinin, 500-dən artıq elmi-publisistik məqalənin müəllifi olub. Onu həmişə iş başında görmək olardı.

Ağaməmməd müəllim Azərbaycanda metodika elminin əsas bayraqdarı sayılırdı. O, SSRİ adlanan məkanda fənlərin tədrisi metodikası sahəsində ilk pedaqoji elmlər doktoru elmi adı alan dörd nəfərdən biri idi. Böyük alim həm orta, həm də ibtidai məktəblər üçün ana dilinin tədrisi metodikası elminin proqramını və dərsliyini yaradıb.

1958-ci ildə çap etdirdiyi “Azərbaycan dilinin tədrisi tarixinə dair” monoqrafiyası arxivlərdə uzunmüddətli gərgin əmək nəticəsində yaradılmış ölməz əsərdir. Alim bu əsərində Azərbaycanda ana dili tədrisinin zəngin tarixə malik olduğunu göstərməyə çalışıb.

N.Tusi adına ADPU-da ilk dəfə müstəqil Azərbaycan dili və onun tədrisi metodikası kafedrasını yaradan görkəmli alim ömrünün sonunadək bu kafedraya rəhbərlik edib. Böyük təşkilatçılıq qabiliyyətinə malik olan bu şəxsiyyət M.F.Axundov adına Azərbaycan Dövlət Pedaqoji Dillər İnstitutunun rektoru (1966-70-ci illər) olarkən yaratdığı iki-üç dilli fakültələr bu günlə səsləşir. Vaxtilə Mərkəzi Komitə Azərbaycan dilini rus və xarici dillərlə yanaşı öyrətməyi bəyənmədiyi üçün öz ərizəsi ilə institut rəhbərliyindən uzaqlaşan alim Azərbaycan dilini, onun tədrisini həmişə yüksək dəyərləndirib. A.Abdullayev “Azərbaycan dili və ədəbiyyatının tədrisi” məcmuəsində uzun müddət redaktorluq edib.

O dövrdə Azərbaycanda metodist alimlərin, elmlər namizədi və doktorlarının yetişməsində professor misilsiz xidmətlər göstərib. Bu alimlərin bəzilərinin elmi rəhbəri, digərlərinin məsləhətçisi, ya da opponenti olub. Onun rəhbərliyi ilə 50-dən artıq azərbaycanlı doktorluq, namizədlik dissertasiyaları müdafiə edib.

O, sözün əsl mənasında xeyirxah, qayğıkeş insan, hamının əlindən tutub kömək etməyə, həm də təmənnasız etməyə çalışan, bu cəhətdən heç kəslə müqayisə edilə bilməyən əvəzsiz şəxsiyyət idi. Elm aləminə daxil olmaq üçün hər kim onun ətəyindən yapışırdısa, o, iki əlilə tutub onu yüksəklərə qaldırmaq istəyirdi. Bu məsələdə onun üçün qohum da, tanış da eyni idi. Kimin haralı olması onu heç maraqlandırmazdı.

Ağaməmməd müəllimin həyatı və fəaliyyəti nəinki böyüməkdə olan nəsil, eləcə də orta nəsil üçün örnəkdir.

İlham Əzimov,

elmlər doktoru

Ana dilinin tədrisi metodikası

Həddindən artıq orfoqrafiya səhvlərinə yol verilmiş bu kitabda düzgün yazılmamış belə sözlər olduqca çoxdur.

Müəlliflərin cümlələri tərtib edərkən xalis ləzgi sözləri əvəzinə daha çox alınma sözlərdən istifadə etmələri təəssüf doğurur. Məsələn: “чуьнгуьр”, əvəzinə “саз”, “гъуьлягъ” əvəzinə “мурдар”, “кIекIец” əvəzinə “аса”, “чIалахъ хьун” əvəzinə “инанмиш хьун”, “кардик кутун” əvəzinə “башламишун”, “дяве къарагъна” əvəzinə “дяве башламиш хьана”, “хуьрер кутуна” əvəzinə “хуьрер дуьзмишна”.

Kitabı ərsəyə gətirənlər ləzgi ədəbi dilində bir çox ifadələrin neçə işləndiyini bilmirlər. Məsələn, “şeiri əzbərdən söyləmək” ifadəsi ləzgicə “шиир хуралай кIелун” kimi yazılmalıdır. Kitabda “кIелун” əvəzinə “лугьун” yazılıb. Halbuki “лугьун” sözü mahnıya aiddir. “Yaz gəldi” ifadəsi ləzgi dilində “гатфар алукьна” və yaxud “гатфар атана” kimi işlənir. Müəlliflər isə bunu “гатфар гьахьна” kimi yazıblar. “Cana gəlir” ifadəsi “чандал хкведа” əvəzinə “чандал къведа” kimi, “qovurğa qovurur” ifadəsi “калар акъугъарда” əvəzinə “калар юзада” kimi təqdim edilib. Müəlliflərin metodika elmindən uzaq olduqlarını göstərmək üçün bircə misal gətirmək kifayətdir. “İntonasiya ilə oxumaq” ifadəsi kitabda beş cür verilib: “интонациядихъ кIелун”, “интонациядивди кIелун”, “интонациядалди кIелун”, “интонацидивди кIелун”, “интонациядал кIелун”. Ləzgi dilində rus dilindən alınmış sözlərin necə yazıldığını bilməyən müəlliflər “группа” əvəzinə “груп”, “орфографиядин” əvəzinə “орфографидин” və s. yazırlar.

Daha çox təəssüf doğuran hal odur ki, kitabın tərtibçiləri ləzgi dilinin qrammatikasından yetərincə xəbərdar deyillər. Ayrı-ayrı nitq hissələrinin tədrisi ilə bağlı bölmələrdə çoxlu səhvlərə yol verilib. İsmin cəm halından söhbət gedəndə, göstərirlər ki, bu halı -ар, -яр, -ер kimi üç şəkilçi əmələ gətirir. Halbuki ləzgi dilində 8 şəkilçi, göstərilənlərdən əlavə -эр, -лар, -лер, -аяр, -иер şəlikçiləri də ismin cəm halını əmələ gətirir. -Ер və -ар şəkilçiləri ilə bağlı çəkilən misallar da səhvdir. Məsələn: “вирт”, “мет”, “хъурхъ” isimlərinin cəm halı “виртер”, “метер”, “хъвархъар” kimi verilib. Halbuki bu isimlər cəm halına keçəndə tək halın sonundakı samitlər dəyişir. Çəkdiyimiz misallarda “т” “тI” ilə, “хъ” isə “къ” ilə əvəz olunur. Ona görə də bu isimlər cəm halında belə yazılmalıdır: “виртIер”, “метIер”, “хъуркъар”.

“Feil” bəhsində də ciddi qüsurlar var. Felin gələcək zamanının tərifi düzgün verilməyib. Başqa dillərdən fərqli olaraq ləzgi dilində keçmiş zamanın üç növünün – yenicə ötmüş keçmiş zaman, çoxdan ötmüş keçmiş zaman, davam edən keçmiş zaman növlərinin olduğu nəzərə alınmayıb. “Ава” və “ама” köməkçi feillərinin hansı hallarda özlərindən əvvəl gələn sözlərə bitişik, hansı hallarda ayrı yazıldığını bilməyən müəlliflər onların yazılışında kobud səhvlərə yol verirlər.

Sayların yazılışında da ciddi noqsanlar var. Ləzgi dilində düzəltmə saylar birinci sözə ни bağlayıcısı əlavə olunmaqla ayrı yazılır. Məsələn: къанни цIуд. Kitabda bu və digər miqdar sayları bitişik yazılıb.

Metodik vəsait məzmun baxımından da kasaddır. Burada şagirdlərə həqiqətə uyğun olmayan məlumatlar verilir. Məsələn, Şusa ilə bağlı mövzunun sonunda müəlliflər yazırlar: “Шуша шегьер алай чкадин гьава шуьше хьиз михьи тирвиляй анал шегьер кутуна ва Шуша тIвар гана”. Cümlənin tərcüməsi belədir: “Şuşa şəhərinin yerləşdiyi yerin havası şüşə kimi təmiz olduğundan orada şəhər salındı və ona Şuşa adı verildi”. Tarixdən məlum olduğu kimi, Pənah xan bu qalanın yerini təmiz havaya görə yox, əlverişli müdafiə mövqeyinə görə seçmişdi. Şəhəri Pənah xan tikdirdiyi üçün ona Pənahabad adı verilmişdi. Xalq arasında Şuşaya “Pənah xanın qalası”, “Pənahabad qalası”, “Qala”da deyirdilər. Sonralar şəhərin adı “Şişə”, “Şəhri Şişə” kimi işlənməyə başladı. Molla Pənah Vaqifdən başlamış Mirzə Ələkbər Sabirədək Azərbaycanın bütün şairləri öz əsərlərində şəhərin adını “Şişə” kimi yazıblar. Rus dilində isə ona “Şuşa” deyildi.

Göründüyü kimi, “Şuşa” toponiminin “Şüşə” sözü ilə heç bir əlaqəsi yoxdur. Həsən İxfa Əlizadənin “Şuşanın tarixi” (Qarabağnamələr. Bakı, 1991) əsərində göstərildiyi kimi, şəhər “Qarabağ dağlarından birinin ən yüksək zirvəsi olan bir yamac üzərində” salınıb. Şübhəsiz, Şişə adı da bununla əlaqədardır. Yəni uca yerdə, şiş yerdə salınmış qala. Nadir Məmmədov özünün “Azərbaycanın yer adları” (Bakı, 1993) kitabında haqlı olaraq qeyd edir ki, “Şiş” xalq coğrafi terminidir və “dağın, təpənin zirvəsi, ən yüksək nöqtəsi” mənasında işlənir.

Müəlliflərin qeyri-peşəkarlığı onların tərcümə etdikləri bəzi sitatlarda da üzə çıxır. 22-ci səhifədə ulu öndər Heydər Əliyevin millət və xalq haqqında dediyi bir fikir səhv tərcümə edilib: “Эгер миллетди, халкьди вичин дидед чIалал рахазвачтIа, ам кардик кутазвачтIа, адакай менфят къачузвачтIа, а халкьдикай халкь, миллетдикай миллет жедач”. Əslində həmin sitat belə olmalıdır: “Халкьдикай халкь, миллетдикай миллет ийизвайди адан дидед чIал я. Лайихлу дидед чIал авачир, дидед чIал кардик кутаз тежезвай, дидед чIалакай менфят къачуз тежезвай халкьдикай, миллетдикай, халкь, миллет жедач”.

Metodik vəsaitin müəlliflərinin onu hazırlayanda kifayət qədər lazımi ədəbiyyatdan istifadə etmədikləri aydın görünür. Əgər onlar ləzgi alimi H.Ramaldanovun ana dilində qələmə aldığı “Ləzgi dilini öyrənməyin metodikası”, “Ləzgi dilində yazıb-oxumağın metodikası” kitablarından, A.A.Toxi-Qodi adına Dağıstan Elmi-Tədqiqat İnstitutunun son illər ləzgi dilinin tədrisi ilə əlaqədar hazırladığı metodik vəsaitlərdən yararlansaydılar, belə ciddi səhvlərə yol verməzdilər.

Haqqında söhbət açdığımız, başdan-başa nöqsanlı vəsaiti metodikadan kənar metodika kitabı adlandırmaq olar. Onun təsadüfi adamlar tərəfindən hazırlandığı heç bir şübhə doğurmur. Elə isə, belə kitab kimə lazımdır?

Ümid edirik ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəhbərliyi bu məsələni ciddi nəzarətə götürəcək, ləzgi dilini aşağılayan keyfiyyətsiz və yararsız dərsliklərin, metodik vəsaitlərin çapına yol verməyəcək, bu işi yalnız dili mükəmməl bilən və müəyyən təcrübəyə malik peşəkarlara həvalə edəcəkdir.

Comments are closed, but trackbacks and pingbacks are open.