Press "Enter" to skip to content

İki pasportunuz varsa, Azərbaycan vətəndaşlığınızı itirərsinizmi? Bir çox sualınıza cavablar

Onun fikrincə, ehtiyac yaranarsa, gələcəkdə qanun müzakirəyə çıxarıla bilər: “Əgər bu rəqəm nə vaxtsa həddi aşsa, o zaman müzakirə olunub ona uyğun qərar qəbul oluna bilər”.

Ana səhifəyə daxil olmaq üçün tələb olunan parolu necə silə bilərəm?

Veb səhifədə qeydiyyatdan keçərək özünüzə şəxsi profil yaradıqdan sonra öz profilinizdən müraciət edə bilərsiniz.

Bakalavr pilləsinin 1-ci kursunda təhsil alan tələbələr istisna olmaqla bakalavr (yalnız əyani) və magistr (əyani və ya qiyabi) pilləsi üzrə təhsil alan tələbələr

Təqaüdçü olan tələbə sonradan SOCAR-da işlə təmin oluna bilər. İşlə təmin olunan təqaüdçüyə “Gənc mütəxəssis” statusu verilir. Gənc mütəxəssis SOCAR-da güzəştli şərtlərlə mənzil almaq imkanı qazanır (mənzil növbəsinə dayanmağa əsas verən səbəblər olduğu halda). Məzun aşağıdakı şərtlər daxilində işə qəbul olunur: ən azı son 2 tədris ilində təqaüdçü olmalıdır və Ödənişli təcrübə proqramında ən azı 1 (bir) dəfə iştirak etməli və təcrübə yerindən müsbət rəy almalıdır (təcrübəni neçənci kursda keçməsindən asılı olmayaraq).

Bakı Ali Neft Məktəbi istisna olmaqla, Azərbaycan Respublikası ali təhsil müəssisələrini (bakalavriat və ya magistratura pilləsi üzrə) son 2 (iki) tədris ilində SOCAR Təqaüdçüsü statusu ilə bitirmiş və SOCAR-ın həyata keçirdiyi Ödənişli təcrübə proqramında ən azı bir dəfə iştirak etmiş və təcrübə yerindən müsbət rəy almış məzunlar, müvafiq vakansiya olduğu təqdirdə, SOCAR-da müsabiqədənkənar işlə təmin olunan gənclər.

  1. qadın məzunlar üçün – 1 il;
  2. kişi məzunlar üçün:
    1. hərbi xidmətlə olarsa – 2 il;
    2. hərbi xidmətlə olmazsa – 1 il.

    Profilinizdən Daxili Təqaüd Proqramına müraciət etdiyiniz zaman aşağıdakı sənədləri (.rar, .zip formatında) yükləməyiniz tələb olunur:

    1. Şəxsiyyət vəsiqəsi (hər iki üzü);

    2. Tələbə bileti;

    3. Rəsmi transkript (möhürlü və imzalı).

    Siz işə qəbul şərtlərinə cavab verirsinizsə, işə müraciət edəndən sonra gözləmə siyahısı qüvvədə olduğu müddətdə Sizə vakansiya olduğu təqdirdə müvafiq iş təklif olunacaqdır. Iş yerini və ya vəzifəni SOCAR təklif edir. Əlavə olaraq qeyd edək ki, SOCAR tərəfindən təklif olumuş işdən imtina edən məzun Gözləmə siyahısından çıxarıla bilər.

    SOCAR təqaüdü 2010-cu ilin noyabr ayından aylıq 100 manatdır. Təqaüd Müsabiqə keçirilən tədris ilinin sentyabr-iyun ayları (10 ay) üzrə verilir

    Müsabiqə hər tədris ilinin 1-ci semestri başa çatdıqdan sonra 1-2 ay ərzində elan olunur. Müsabiqəyə qeydiyyatın dəqiq müddəti hər dəfə elanlar bölməsində göstərilir

    Proqramda ixtisasların dəqiq yox, təxmini adları qeyd olunub. Əgər sizin ixtisasınız mahiyyətcə siyahıdakı ixtisaslara aid edilə bilərsə, namizədliyiniz qəbul olunacaq.

    Müsabiqə təşkilatçıları da başa düşür ki, “kafi” qiymətlərlə oxuyan tələbələr arasında da istedadlı gənclər ola bilər. Çoxumuz tələbəlik illərində “kafi” qiymətlər də alan, lakin hazırda yaxşı mütəxəssis kimi tanınan və ya “əla” və “yaxşı” qiymətlərlə oxuyub, lakin iş yerində özünü təsdiqləməyən bir neçə şəxsin adını çəkə bilərik. Amma bunlar istisna hallarıdır. İstisnalar isə qaydanın doğruluğunu təsdiqləyir. Bir analogiya gətirək. Məlumdur ki, torpağın altında istənilən yerdə karbohidrogenlər var. Bəs onda niyə hər yerdə neft və ya qaz çıxarılmır? Çünki, ehtiyatların konsentrasiyası hər yerdə eyni deyil. Bəzi yerlərdə onun sənaye istismarı səmərəlidir (yəni, konsentrasiyası çoxdur), bəzi yerlərdə isə – səmərəsiz (konsentrasiyası çox azdır və ya sıfra yaxındır). Hər bir işə başlamazdan əvvəl onun səmərəsi hesablanır (bu pulla da ifadə oluna bilər, başqa göstəricilərlə də). Yalnız o işə başlamaq olar ki, orada sərf olunan resursların dəyəri əldə etdiyin nəticələrin dəyərindən az olsun. Daha dəqiq desək, biznesin əsas məqsədi minimum məsrəflə maksimum gəlir əldə etməkdir. İstənilən müsabiqə bir biznes layihəsidir (xüsusilə də kommersiya təşkilatı tərəfindən keçirilən müsabiqə). Bu layihəyə də resurslar sərf olunur və onun nəticələri ilə müqayisə olunur. Aydındır ki, “əla” və “yaxşı” qiymətlərlə oxuyan tələbələr arasında bilikli (və deməli, gələcəkdə yaxşı mütəxəssis ola biləcək) gənclərin xüsusi çəkisi “kafi” qiymətlərlə oxuyan tələbələrə nisbətən daha çoxdur. Bu səbəbdən də yuxarıda qeyd etdiyimiz analogiyaya əsasən bu kontingentlə işləmək səmərəlidir. Əgər nə vaxtsa, nəticələrin dəyəri resurslardan az olarsa, onda müsabiqəni keçirməyə ehtiyac qalmayacaq. Əvvəlki semestrlərdə 1-2 “kafi” qiymətinin nəzərə alınmaması şərti isə təsadüfi “kafi” qiymət alan tələbələr üçün stimul yaratmaq məqsədi daşıyır. Çünki təsadüfü qiymətlər, bir qayda olaraq, 1-ci kursda (ali məktəb həyatına adaptasiya ilə bağlı) olur. Bir məsələni də unutmaq lazım deyil. Yaxşı oxumaq yalnız bilik göstəricisi deyil, bu həm də məsuliyyət göstəricisidir. Müasir işçi üçün bu çox vacib göstəricidir.

    Müsabiəqənin məqsədi gələcəkdə yaxşı, perspektivli mütəxəssis ola biləcək tələbələri seçmək və digərlərini belə olmağa həvəsləndirməkdir. Yaxşı mütəxəssis olmaq üçün isə yalnız universitetdə “yaxşı” və “əla” qiymətlərlə oxumaq kifayət deyil.

    Komissiya müsahibə zamanı tələbənin ixtisas biliyini, həmçinin ixtisasını SOCAR-ın fəaliyyəti ilə əlaqədar olaraq nə dərəcədə mənimsəməsini qiymətləndirir. Bundan əlavə namizədin fikrini ifadə etmə, məsuliyyətlilik, davranış, özünəinam, inandırma, liderlik və s. keyfiyyətlərini də nəzərə alınır. Bu meyarlara cavab verməyəcəyi təqdirdə, ən yaxşı qiymətlərlə təhsil alan tələbələr belə müsabiqədə təqaüdçü seçilməyəcəklər.

    Müsabiqənin 2-ci turunda – müsahibələrdə hər bir Komissiya üzvü tələbələri fərdi şəkildə qiymətləndirir. Bütün kurslar üzrə müsahibələr başa çatdıqdan sonra Komissiya üzvləri qiymət cədvəllərini (qiymətlər 5 ballıq sistemdə onda bir dəqiqliklə verilir) imzalayaraq, bir nüsxəsini Təlim və inkişaf şöbəsinə (TİŞ) təqdim edirlər, digər nüsxəsini isə özlərində saxlayırlar. TİŞ-də müsabiqə nəticələri ümumiləşdirilir: bütün tələbələr üzrə Komissiya üzvlərinin verdiyi ballar bir cədvələ qeyd olunur, hər bir tələbə üzrə orta bal (balların cəmi müsahibədə iştirak etmiş Komissiya üzvlərinin sayına bölünməklə, yüzdə bir dəqiqliklə) tapılır, hər kurs üzrə tələbələr orta bala nəzərən çoxdan aza doğru sıralanır. Hər kursdan 4,00 baldan aşağı olmamaq şərti ilə ən çox orta bal toplamış 40 nəfərədək namizəd cədvəldə təqaüdçü kimi qeyd olunur. Cədvəl tanış olmaq və yoxlanmaq üçün Komissiya üzvlərinə göndərilir. 3-4 gün müddətində hər hansı Komissiya üzvünün iradları olarsa, onlar imzalanmış və TİŞ-ə təqdim olunmuş müvafiq qiymət cədvəli ilə tutuşdurulur. Cədvəlin məlumtları dəqiqləşdirildikdən sonra Komissiyanın yekun iclası keçirilir və təqaüdçülərin siyahısı təsdiqlənir. İclasın növbəti günü bu siyahı SOCAR-ın saytında elan olunur.

    Prosedurlar aşağıdakı kimidir:

    1. Mənzil təmin edilmək üçün “Neftçi” mənzil-tikinti kooperativinə (MTK) üzv olmaq lazımdır.
    2. Daxili Təqaüd Proqramı qalibləri kimi işə düzələnlər Kooperativə növbədənkənar üzv olma hüququna malikdirlər (digər işçilər müəyyən staj senzindən sonra üzv ola bilərlər).
    3. MTK-ya üzv olmaq üçün xüsusi elanı gözləmək lazımdır (elanda binanın yeri və ərizə qəbulu müddəti qeyd olunur). Elanlar bütün idarələrdə bir çox yerlərdə asılır. Hər tikilən bina üçün ayrıca elan verilir. Elan tikiləcək binanın layihəsi hazır olduqdan sonra verilir.
    4. MTK-ya üzv olmaq istəyən müvafiq elandan sonra SOCAR rəhbərliyinə ərizə ilə müraciət etməlidir. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:
          1) ailə üzvlərinin şəxsiyyət vəsiqələrinin surətləri;

          2) yaşayış yerindən arayış (forma 2);

          3) işlədiyi müəssisə rəhbərinin vəsatəti;

          4) əmək kitabçasının surəti;

          5) ailə üzvlərinin adına yaşayış sahəsinin olub-olmaması haqqında DƏDRX-dən arayış;

        6) nikah və doğum haqqında şəhadətnamələrin surəti.
    5. Təqdim olunan sənədlər Baş ofisin Yaşayış sahələri üzrə iş şöbəsi (YSİŞ) tərəfindən araşdırılır. Araşdırmanın nəticəsinə əsasən, inşa ediləcək yaşayış binasındakı mənzillərin say və sahəsinə müvafiq olaraq MTK üzvlüyünə namizədlərin siyahısı hazırlanır. Siyahı ərizələrin daxil olma tarixinə nəzərən tərtib edilir və müvafiq qaydada təsdiqləndikdən sonra MTK-ya təqdim olunur. Müraciətə baxılmanın nəticəsi barədə ərizəçiyə yazılı məlumat verilir.
    6. Siyahısı MTK-ya təqdim edilmiş şəxslər göndərişin daxil olduğu tarixdən 15 gün müddətində MTK ilə Pay qoyuluşu müqaviləsi bağlamalıdırlar.
    7. MTK ilə Pay qoyuluşu müqaviləsini bağlayan, birdəfəlik üzvlük haqqını (10 manat) ödəyən şəxs MTK-nın Ümumi Yığıncağının qərarı ilə MTK-nın üzvü sayılır.
    8. Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan namizəd 2 otaqlı mənzilə sahib ola bilər.
    9. 2 otaqlı mənzilin dəyərinin 50%-i SOCAR tərəfindən, 50%-i isə özü tərəfindən ödənilir.
    10. Namizəd öz istəyilə 2 otaqlı mənzilin sahəsinin 50 %-indən çox olmamaq şərti ilə əlavə sahə (yəni, 3 otaqlı mənzil) seçə bilər. Əlavə sahənin dəyəri üzv tərəfindən tam həcmdə ödənilir.
    11. Mənzilin dəyəri tikinti müddətində MTK-ya ödənilməlidir. Mənzilin dəyərinin MTK üzvü tərəfindən ödəniləcək hissəsi 10 ilədək müddətə illik 4% olmaqla kreditləşdirilə bilər. Əlavə seçilmiş sahənin dəyəri tikinti müddətində ödənilməlidir və bu məbləğ kreditləşdirilmir.
    12. Kooperativə üzv olanlar minimum 3 il olmaqla, pay haqqını tam ödəyənədək SOCAR-da işləməlidir.
    13. Aşağıdakı hallarda Kooperativ üzvlüyünə xitam verilir:
          1) SOCAR rəhbərliyinə Kooperativdən çıxmaq barədə ərizə verdikdə;

          2) SOCAR ilə əmək münasibətlərinə xitam verildikdə (3 il işləmə öhdəliyinin yerinə yetirilməsi və pay haqqının tam ödənilməsi halları istisna olmaqla);

          3) Kooperativlə bağlanmış müqavilə öhdəlikləri üzv tərəfindən yerinə yetirilmədikdə;

        4)Kooperativ qanunvericiliyə uyğun olaraq ləğv edildikdə.
    14. Kooperativ üzvlüyünə xitam verilmiş şəxsə ödənilmiş pay haqqının qaytarılması tərəflər arasında bağlanmış müqavilə ilə tənzimlənir.

    SOCAR işçiləri mənzil məsələləri ilə bağlı suallarını Baş ofisin Yaşayış sahələri üzrə iş şöbəsinin mütəxəssislərinə verə bilərlər. Əlaqə telefonlar: 11-063; 11-251; 11-272; 10-074. .

    Test imtahanından sonra nəticələr təhlil edilir və keçid balları ilə əlaqədar olaraq SOCAR-ın Müsahibə Komissiyası üçün təkliflər hazırlanır. Müsahibə komissiyası təklifləri müzakirə edir və yekun qərar verir. Keçid balları ixtisas qrupları üzrə tələbələrin yığdıqları ballar əsasında azı 10-15 gün ərzində müəyyən olunur.

    QEYD: Müvafiq ixtisas qrupu üzrə rəqabətlilik (yığılan ballar) yüksək olduqca, həmin ixtisas qrupunun keçid balı da daha yüksək müəyyən olunur və ya əksinə.

    Bakı Ali Neft Məktəbi istisna olmaqla, Azərbaycan Respublikasında yerləşən bütün ali təhsil müəssisələrinin tələbələri proqrama müraciət edə bilərlər.

    • Tələbənin ixtisası ilə əlaqədar;
    • SOCAR-ın fəaliyyət istiqamətləri ilə əlaqədar;
    • SOCAR-ın ölkə daxili və xaricindəki layihələri ilə əlaqədar;
    • Azərbaycanın neft tarixi və sənayesi ilə əlaqədar;
    • Tələbənin fərdi davranış keyfiyyətləri (liderlik, inandırma, davranış, məsuliyyətlilik və s.) ilə əlaqədar;

    İki pasportunuz varsa, Azərbaycan vətəndaşlığınızı itirərsinizmi? – Bir çox sualınıza cavablar

    VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.99%-dən
    İkili vətəndaşlıq, yoxsa iki vətəndaşlıq? – bu sual qəribə səslənsə də, bir çoxları ikili vətəndaşlıq yox, iki vətəndaşlıq ifadəsinə üstünlük verir. Çünki bəziləri həm Azərbaycan, həm də digər ölkələrin vətəndaşlığını daşıyırlar. Azərbaycan qanunvericiliyinə görə, ikili vətəndaşlıq qanunsuzdur. “İki vətəndaşlıq” ifadəsi isə qanunvericilikdə yoxdur.

    BAKU.WS BBC News Azərbaycancaya istinadən xəbər verir ki, Aynur Həsənovanın özü Azərbaycan vətəndaşı olsa da, oğlu həm Azərbaycan, həm də Türkiyə vətəndaşıdır. Onun oğlu Türkiyədə anadan olub, Azərbaycana gələndə isə buranın da vətəndaşlığını alıb.

    Aynur Həsənovanın oğlu hazırda iki ölkənin vətəndaşıdır?

    “Adətən, Azərbaycan pasportunu istifadə edirik. Bir dəfə sərhədçilərə səhvən oğlumun Türkiyə pasportunu verdim, amma mənə heç nə demədilər. Heç soruşmadılar ki, bu nədir, niyə iki pasportu var”.

    Aynur Həsənova deyir ki, iki vətəndaşlığın olması onlar üçün rahatlıq yaradır və ümumiyyətlə, ikili vətəndaşlığın qəbul olunmasını istəyir: “Bibilərim, dayılarım, digər qohumlarım hamısı Rusiyada işləyir. Nə olsun ki, ikili vətəndaşlıq yoxdur?! Orda rus pasportunu göstərirlər, burda Azərbaycan. Bu olmasa, orda yaşamaq olmaz”.

    Kimlər Azərbaycan vətəndaşı sayılır?

    Konstitusiyanın vətəndaşlıq hüququ maddəsinə əsasən, Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan vətəndaşıdır.

    “Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır”.

    Konstitusiya nə deyir?

    1995-ci ildə Konstitusiya qəbul olunanda 53-cü maddə vətəndaşlıq hüququnu təmin edirdi. Həmin maddədə deyilirdi ki, “Azərbaycan Respublikasının vətəndaşı heç bir halda Azərbaycan Respublikası vətəndaşlığından məhrum edilə bilməz”.

    2016-cı ildə keçirilən referendumla konstitusiyaya dəyişiklik edilir və 53-cü maddədə qeyd olunan “heç bir halda” sözü çıxarılaraq “onun qanunla müəyyən edilmiş itirilmə halları istisna olmaqla” sözləri əlavə olunur.

    Eyni maddənin ikinci bəndində isə deyilir ki, “Azərbaycan Respublikasının vətəndaşı heç bir halda Azərbaycan Respublikasından qovula və ya xarici dövlətə verilə bilməz”.

    Hansı hallarda vətəndaşlıq itirilə bilər?

    Vətəndaşlıq haqqında qanunun 16-cı maddəsində şəxsin hansı hallarda vətəndaşlığı itirə bilməsi qeyd olunur.

    “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, aşağıdakılar Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir:
    1) Digər dövlətin vətəndaşlığını könüllü əldə etmək;
    2) Xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etmək;
    3) Dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranış;
    3-1) Terror fəaliyyətində iştirak və ya konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətləri həyata keçirmək;
    3-2) Dini ekstremist fəaliyyətdə iştirak, o cümlədən dini düşmənçilik zəminində dini məzhəbləri yayılmaq və ya dini ayinlərin icrası adı altında xarici dövlətdə silahlı münaqişədə iştirak etmək və ya həmin münaqişəyə digər şəxsi cəlb etmək, yaxud bu məqsədlə sabit qrup yaratmaq, habelə dini təhsil adı altında xarici dövlətdə hərbi təlim keçmək;
    4) Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxsin vətəndaşlığa qəbul olunmaq üçün zəruri olan məlumatı qəsdən saxtalaşdırması və ya saxta sənəd təqdim etməsi.

    “5 min manatadək cərimə və ya 480 saatadək ictimai iş”

    “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanuna 2014-cü ildə edilmiş dəyişikliklərdə deyilir ki, xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan vətəndaşları bir ay müddətində bu barədə müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat verməlidirlər.

    Cinayət Məcəlləsi məlumat verməyən şəxsləri üç min manatdan beş min manatadək cərimələmək və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər ilə cəzalandırmağı nəzərdə tutur.

    Bu qanuna görə, Azərbaycan vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi Azərbaycan vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir.

    Lakin bu qanun 2014-cü ilədək alınan ikinci vətəndaşlığa aid deyil. Yəni bu müddətə qədər alınan ikinci vətəndaşlıq cinayət məsuliyyəti müəyyən etmir.

    Vətəndaşlıqdan könüllü imtina edən olubmu?

    Dövlət Miqrasiya Xidməti BBC News Azərbaycancaya bildirib ki, 2018-ci il iyun ayına olan məlumatlara görə, 2300-dən çox Azərbaycan vətəndaşı xarici dövlətin vətəndaşlığını könüllü qəbul etməsi haqqında məlumat verib.

    Onlardan 1509 nəfəri “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanununa 2014-cü ildə edilmiş dəyişikliklərin qüvvəyə mindiyi tarixdən sonra xarici ölkə vətəndaşlığını əldə edib, qurumun açıqlamasında deyilir.

    Qurum qeyd edir ki, onlara daxil olan könüllü müraciətlər əsasən Türkiyə və Rusiya vətəndaşlığını qəbul etmiş şəxslərdən gəlib.

    Dövlət Miqrasiya Xidməti özü araşdırırmı?

    Dövlət Miqrasiya Xidməti vurğulayır ki, onlara ikili vətəndaşlıq alıb bu barədə Azərbaycanda aidiyyatı orqanlara xəbər verməyənlər haqda şəxslərdən, dövlət orqanlarından, o cümlədən, xarici ölkələrin müvafiq dövlət orqanlarından məlumatlar daxil olur.

    Lakin bununla belə, 1999-cu ildə təsdiq edilmiş “Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında Əsasnamə” nəzərdə tutur ki, müvafiq hüquqi hərəkətlər yalnız xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan vətəndaşının özünün bu barədə Xarici İşlər Nazirliyinə və ya birbaşa Dövlət Miqrasiya Xidmətinə müraciətindən sonra həyata keçirilə bilər.

    Dövlət Miqrasiya Xidməti bildirib ki, müəyyən edilən məlumatlar Baş Prokurorluğa göndərilir.

    Qurum 2018-ci ilin iyun ayınadək 293 nəfər barədə məlumatı tədbir görülməsi üçün Azərbaycan Baş Prokurorluğuna təqdim edib.

    “Uşaqlara vətəndaşlıq verilirsə. “

    Bəzi ölkələrin qanunlarına görə, bu ölkədə doğulan xarici ölkə vətəndaşlarının uşaqlarına avtomatik vətəndaşlıq verilir. Dövlət Miqrasiya Xidməti deyir ki, bu kimi hallarda “vətəndaşlığı könüllü əldə etmək” müddəası olmadığı üçün Azərbaycan vətəndaşlığının itirilməsi kateqoriyasına şamil edilmir.

    “Kimdən pasport istədimsə. “

    Adının açıqlanmasını istəməyən müsahibimiz deyir ki, o, üç ölkənin vətəndaşıdır və bununla indiyədək heç kəs maraqlanmayıb: “Kimdən pasport istədimsə verdi, gözümü açanda gördüm ki, üç pasport var evdə, vəssalam”.

    “20 mindən çox vətəndaşlığı olmayan şəxs”

    Miqrasiya hüququ üzrə ekspert Əlövsət Əliyev BBC News Azərbaycancaya bildirib ki, o, ikili vətəndaşlığın qadağan olunmasının Azərbaycan üçün ziyanlı hal olduğunu düşünür.

    “Vətəndaşlıq haqda Avropa Konvensiyası, BMT Konvensiyaları var. Dünya bu gün vətəndaşsızlıq hallarının qarşısının alınması ilə mübarizə aparır. Dünyanın və beynəlxalq təşkilatların əsas istəyi odur ki, insanlar vətəndaşlığı olmayan şəxs vəziyyətinə düşməsinlər”.

    Onun sözlərinə görə, vətəndaşlığı olmayan şəxs asılı vəziyyətə düşür, onun səyahət etmək, sərhədləri keçmək hüququ pozulur: “Bu gün Azərbaycanda 20 mindən çox vətəndaşlığı olmayan, yaxud şəxsiyyətini təsdiq edən sənədi olmayan şəxs – vətəndaşlığı olmayan şəxs vəziyyətində olan adamlar yaşayır. Yaxşı olar ki, Azərbaycan bu cür hallarla mübarizə aparsın”.

    “İkili vətəndaşlıq və Dağlıq Qarabağ”

    Əlövsət Əliyev hesab edir ki, Azərbaycan kimi ölkələrdə ikili vətəndaşlığın qadağan olunması arzuolunan deyil. O hesab edir ki, bu, xaricdə olan azərbaycanlıların Azərbaycana olan marağını azaldır.

    “Bu gün Azərbaycanın Dağlıq Qarabağ problemi var və o, öz siyasətini xaricdə tanıtmaqla öz haqlılığını sübut edə bilər, başqa ölkələrə, beynəlxalq təşkilatlara təsir göstərə bilər. Bu, o halda mümkün ola bilər ki, Azərbaycan vətəndaşı həm də Almaniya, ABŞ, Böyük Britaniya vətəndaşı olsun və Azərbaycanın maraqlarını orda təmsil etsin. İkinci vətəndaşlığın olmaması isə insanlarda Azərbaycana laqeyd münasibət yaradır”.

    “Azərbaycan heç tək vətəndaşlığa da hazır deyil”

    Cənab Əliyev ikili vətəndaşlığı müsbət hal kimi qəbul etsə də, hesab edir ki, Azərbaycan buna hazır deyil:

    “Azərbaycan heç tək vətəndaşlığa da hazır deyil. “Azərbaycan xaricdə yaşayan vətəndaşlarının qeydiyyatını apara bilmir. Azərbaycanın 2 milyondan çox vətəndaşı fərqli ölkələrdə yaşayır. Onlardan azı 1.7 milyonu seçici hüququna malikdir, amma sonuncu seçkilərdə məlum oldu ki, Azərbaycanın xaricdə yalnız 13 min seçicisi var. Xarici ölkələrdə 40-dan çox seçki məntəqəsi yaradılmışdı və onlarda cəmi 13 min Azərbaycan vətəndaşının səs verməsi nəzərdə tutulurdu. Bu o deməkdir ki, xaricdə konsulluq qeydiyyatına düşən azərbaycanlıların sayı bu qədərdir”.

    Ekspert bunu “Azərbaycanın fəlakəti” adlandırır və deyir ki, Azərbaycan xaricdə yaşayan 2 milyondan çox vətəndaşının yalnız 13 min nəfərinin taleyi haqda məlumatlıdır, qalanlarının isə harda və hansı formada qeydiyyatda olmasından xəbərsizdir: “Nə qədər ki, Azərbaycan xaricdə yaşayan soydaşlarımız haqda məlumatlı deyil, bu onu göstərir ki, ikili vətəndaşlığa da hazır deyil”.

    “Azərbaycan ona görə istəmir ki. “

    Əlövsət Əliyev hesab edir ki, Azərbaycan ikili vətəndaşların ölkəyə mümkün təsirini istəmir:

    “Rusiyada 1.7 milyon Azərbaycan vətəndaşı həm də Rusiya vətəndaşıdır. Azərbaycan düşünür ki, bu vətəndaşlara Rusiya təsir göstərər və həmin şəxslər də Azərbaycanın siyasətinə ciddi təsir göstərə bilərlər. Avropada 1 milyona yaxın azərbaycanlı varsa, bu, çox böyük seçici səsi deməkdir və onlar eyni zamanda Avropa ölkələrinin vətəndaşları olsalar həmin ölkələr bu vətəndaşlar vasitəsilə seçkinin nəticələrinin dəyişməsinə, ölkədəki siyasi vəziyyətə təsir göstərə bilər”.

    Ə. Əliyev söyləyir ki, ikili vətəndaşlığın qadağan edildiyi zaman 20-yə yaxın millət vəkilinə müraciət edib ki, bu, qanunsuzdur və insanların hüquq və azadlıqlarının pozulmasıdır: “Mənə çoxlu zənglər gəldi ki, siz bilmirsiniz, xaricdə ikili vətəndaşlığı olan şəxslər Azərbaycanın siyasətinə ciddi təsir göstərə bilər, ikili vətəndaşlıq Azərbaycanda hakimiyyət dəyişikliyinə səbəb ola biləcək qədər qorxulu bir şeydir”.

    Ekspertin sözlərinə görə, xarici ölkənin vətəndaşlığını alan şəxs Azərbaycana bu haqda xəbər verdikdən sonra onu vətəndaşlıqdan çıxara da bilərlər, çıxarmaya da. O, bundan sonrakı prosedurun Dövlət Miqrasiya Xidmətinin səlahiyyətinə verildiyini deyir.

    O hesab edir ki, vətəndaşlıq haqqında qanun “pis vəziyyətə” salınıb və bu, xaricdə yaşayan vətəndaşlara çox ciddi problemlər yaradır.

    Ə. Əliyev problemin həllini kütləvi şikayətlərdə və dövlət məmurlarını özbaşınalıqdan çəkindirmək cəhdlərində görür.

    Kütləvi vətəndaş itkisi mümkündürmü?

    Əlövsət Əliyev düşünür ki, Azərbaycan xarici ölkənin vətəndaşını alan şəxsləri vətəndaşlıqdan kütləvi çıxarmaq yolunu seçməyəcək.

    O hesab edir ki, Dövlət Miqrasiya Xidməti vətəndaşlıqdan çıxarma hallarını dayandırmalı, Azərbaycan isə bu qanuna yenidən baxmalıdır: “Düşünürəm ki, vətəndaşlıqdan çıxarılan şəxslər min nəfərə çatsa, hətta beş yüzü keçsə, Azərbaycan buna getməyəcək və hətta qanunu dəyişmək məcburiyyətində qalacaq”.

    Millət vəkili Fazil Mustafa düşünür ki, vətəndaşıqdan çıxarılma kütləvi hal almayacaq: “Azərbaycanda hamı miqrasiya etmir. Xarici ölkələrdə yaşama icazəsi alanlarla vətəndaşlıq alanların statusları fərqlidir. Hamı vətəndaşlıq ala bilmir. Ona görə də, bu, böyük rəqəm etməz. Məsələn, Rusiyada çox sayda azərbaycanlı var, amma onların hamısına vətəndaşlıq vermirlər”.

    Onun fikrincə, ehtiyac yaranarsa, gələcəkdə qanun müzakirəyə çıxarıla bilər: “Əgər bu rəqəm nə vaxtsa həddi aşsa, o zaman müzakirə olunub ona uyğun qərar qəbul oluna bilər”.

    Millət vəkili ikili vətəndaşlığın tərəfdarıdır, ancaq hesab edir ki, Azərbaycanın buna hazır deyil: “İkili vətəndaşlıq olmalıdır ki, xaricdəki azərbaycanlılara öz vətənlərinə gəlib-getmək imtiyazı verilsin, onlar Azərbaycanla bağlarını itirməsinlər və xarici ölkədə Azərbaycanı lazım olanda təmsil edə bilsinlər”.

    O, bu istiqamətdə müəyyən addımların atılmasını zəruri hesab etsə də, müəyən çətinliklərin olduğunu deyir: “İkili vətəndaşlıq xarici ölkələrdə yaşayan çox sayda soydaşlarımızın hüquqlarının qorunması baxımından faydalıdır. Amma indiki şərtlərdə bunu gerçəkləşdirmək üçün müəyyən çətinliklər var. Azərbaycan ikili vətəndaşlığa hazır deyil. Məsələnin iqtisadi tərəfi var, Azərbaycan müharibə aparan dövlət kimi hüdudlarını çox da azad iqtisadi zona və başqa modellərə aça bilmir”.

    F.Mustafa söyləyir ki, əgər Azərbaycanda azad iqtisadi zona modeli tətbiq edilsəydi, geniş hərtərəfli və iqtisadiyyat da tamamilə hamı üçün açıq şəraitdə olsaydı, onda bu modeli düşünmək olardı: “İkili vətəndaşlıq daşıyan bir çox adamın həm də öz ölkəsinə investisiya qoymasını stimullaşdırma baxımından faydalı olardı. İndiki şərtlərdə, müharibə aparan ölkə üçün bunun əlverişli tərəfi görülmür”.

    Ana səhifəyə daxil olmaq üçün tələb olunan parolu necə silə bilərəm?

    “Şəxsi kabinet”ə daxil olmaq üçün tələb edilən parolu unudan şəxslərin nəzərinə!

    Dövlət İmtahan Mərkəzinin (DİM) elektron xidmətlərindən faydalanmaq istəyən istifadəçilər yaratdıqları “Şəxsi kabinet”ə daxil olmaq üçün tələb edilən parolu unutduqda şəxsiyyət vəsiqəsinin fərdi identifikasiya nömrəsini (FİN) və qeydiyyat zamanı daxil olunan e-mail ünvanını “parolu unutmuşam” bölməsində müvafiq sahələrə daxil edib “E-mail göndər” düyməsini basmaqla parolu yenidən əldə edə bilərlər.

    DİM-dən bildiriblər ki, parol elektron poçt ünvanına göndəriləcək. Parolu məxfi saxlamaq və itirməmək lazımdır.

    “Məktəblərdə şagirdlərə qarşı zorakılıqlar əleyhinə profilaktik mexanizmlər hazırlanıb”

    – Nazir

    Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə 450 fərdi ev tikiləcək –

    ƏƏSMN tender elan edib

    DYP-dən xəbərdarlıq:

    “Lüzumsuz siqnal verən sürücülər cərimələnəcək”

    “Respublika üzrə pensiyalar martın 16-dək tam ödəniləcək” –

    DSMF

    Bakı şəhərinin Baş Planının hazırlanması üçün məlumatlar toplanıb –

    Hesabat

    Nazirlər Kabineti:

    ““Təhsil-Tələbə Krediti” sistemi yaradılacaq”

    “Məmur olmaq istəyən 1855 namizəddən 70 nəfər imtahana gəlməyib”

    Ailə Məcəlləsinə əlavələr qəbul olundu –

Comments are closed, but trackbacks and pingbacks are open.