Press "Enter" to skip to content

Azerbaycan tarixi anar isayev

– 1981-ci ilin may ayında ilk kasetim çıxdı. O vaxt şəkilli kaset yox idi. Cəmi bir səsyazma studiyası var idi. Mahnılarımız bir studiyada yazılırdı və səsyazma məntəqələrində köçürüb camaat arasında yayırdılar. İlk kasetim bir həftəyə Azərbaycanın bütün nöqtələrinə yayıldı. Oxuduqlarımın əksəriyyəti toy mahnıları idi.

Şamo İsayev: “Çox çətinliklə evimizi tapdı, çəkdi”


Modern.az
-ın “Gözdən iraq” rubrikasının ikinci qonağı bir zamanların populyar müğənnisi Şamo İsayevdir.

– Şamo müəllim, necəsiniz?

– Təşəkkür edirəm, sağ olun.

– Niyə görünmürsünüz?

– 1997-ci ildən səhhətimdə problemlər var. Qrip oldum, səhhətimdə ağırlaşma baş verdi. Ona görə də efirlərə getmirəm.

– Deyəsən bir müddət də boğazınızda problem var idi.

– Yox. Sadəcə olaraq qripin ağırlaşması baş vermişdi.

– İndi özünüzü necə hiss edirsiniz?

– Şükür, yavaş-yavaş özümü idarə edirəm.

– İxtisasca həkimsiniz.

– Bəli, Tibb Universitetini bitirmişəm. Bitirdiyim vaxtdan 2005-ci ilə qədər təcili yardım sistemində işləmişəm.

– Yəni məşhur vaxtlarınızda da təcili yardımda işləyirdiniz?

– Bəli. Növbəli iş rejimi idi. Bir gün işdə olurdum, üç sutka evdə . Bu rejim mənə münasib olduğuna görə işləyirdim.

– Bəs təcili yardımdakı işinizlə hansısa çəkiliş üst-üstə düşəndə necə olurdu?

– Çalışırdım ki, iş toqquşmasın. Operativ şöbənin böyük həkimi idim. Növbədə iki həkim olurduq. Bir-iki saatlıq rəhbərlikdən icazə alırdım, çəkilişə gedirdim.

– Bir vaxtlar oxuduqlarınız çox populyar idi.

– 1981-ci ilin may ayında ilk kasetim çıxdı. O vaxt şəkilli kaset yox idi. Cəmi bir səsyazma studiyası var idi. Mahnılarımız bir studiyada yazılırdı və səsyazma məntəqələrində köçürüb camaat arasında yayırdılar. İlk kasetim bir həftəyə Azərbaycanın bütün nöqtələrinə yayıldı. Oxuduqlarımın əksəriyyəti toy mahnıları idi.

– Musiqidə “ara mahnıları” deyilən anlayış var. Sizin də oxuduqlarınızın əksəriyyəti toy mahnılarıdır. Sizcə, musiqinin bu bölgüsü doğrudur?

– O mahnılar efirdə səslənmədiyinə görə deyirdilər ki, “ara mahnılarıdır, bunları oxumayın”. Vallah indi görürsən ki, kasetlərdə, efirlərdə kim hansı mahnını istəyir, çıxardır da, oxuyur da. O vaxt ara mahnıları çox sevilirdi.

– İndi həmin mahnılara “bozbaş mahnılar” deyirlər.

– Bilirsiniz, illər ötdükcə, insan yaşlandıqca fərqli düşünməyə başlayır. İnsan yaşlananda istəyir ki, bəstəkar mahnıları, aşıq mahnıları, muğamlar oxusun ki, qınamasınlar. İstəyirəm deməsinlər ki, “bu nədir oxuyur”. Həmişə çalışmışam ki haqqımda belə sözlər deməsinlər. O cür yüngül mahnılardan özüm də qaçmışam. Sadəcə həmin illərdə kasetdə oxuduğun toy mahnılarını məclislərdə də istəyirdilər, məcbur olurdun ki, oxuyasan.

– Özünüzü ara müğənnisi hesab edirsiniz?

– Mən necə ara müğənnisi ola bilərəm ki?!

– Demirəm, soruşuram.

– 1981-ci ildən peşəkar müğənni kimi ayda bir dəfə, bəzən iki-üç dəfə Dövlət Televiziyasının müxtəlif konsert proqramlarında çıxış eləmişəm. Otuz beş mahnım Azərbaycan radiosunun fondunda qorunur. Peşəkar müğənniyəm, böyük saraylarda oxumuşam.

– Son dəfə efirdə nə vaxt olmusunuz?

– Təxminən iki il əvvəl “Ay Zaur” proqramına çəkilmişəm.

– Yenilikləriniz var?

– İndi belədir ki, efirə getdinsə, təzə mahnıların olmalıdır.

– Köhnə mahnılarınızı da yeni aranjimanda ifa edə bilərsiniz.

– Əlbəttə, bu da yaxşıdır.

– Deyirlər ki, indi efirlər pulludur. “Ay Zaur”a çəkilmək üçün pul vermişdiniz?

– Zaur sağ olsun, neçə dəfələrlə təkid elədi. Mən də məcbur oldum, ansamblın uşaqlarından xahiş elədim, bizim evdə neçə dəfə məşq elədik. O da gəlib çox çətinliklə evimizi tapdı, çəkdi. Qonaqlarımın biri Nüşabə xanım idi, digəri gənc muğam ifaçısı Elməddin.

– Nə vaxtsa efirə çıxanda pul vermisiniz?

– Hələ ki AzTV-dən başqa heç bir telekanala getməmişəm.

– Bəs mahnılarınızın efirdə verilməsinə?

– Ay kişi, mən niyə pul verməliyəm? Özəl telekanalların proqramından xəbərsizəm.

– Sizi efirə dəvət etmirlər, yoxsa özünüz getmirsiniz?

– Düzünü deyim ki, “Xəzər” telekanalından üç dəfə zəng edib verilişlərə çağırıblar. Amma səhhətimə görə getməmişəm.

– İndi toylara gedirsiniz?

– Neçəyə gedirsiniz?

– 2000-ci ildən Yasamaldakı “Elit” şadlıq evində işləyirəm. Allah bərəkət versin, pis qazanmıram. Kim də neçəyə gedirsə, xeyirli olsun.

– Onlar məlumdur. Mən sizin toy qiymətinizi soruşuram.

– Mən qıraq toylara az-az gedirəm. Gedəndə də razı yola salırlar.

– Sizin razı qalmağınız üçün nə qədər pul olmalıdır?

– Onu deyə bilmərəm.

– 500-1000 manat arası?

– Allah bərəkət versin. Azı bilməyən çoxu heç bilməz.

– Deməli, 1000 manat azdır?

– Gənc ifaçıları dinləyirsinizmi?

– Televiziyada konsertlər olanda qulaq asıram.

– Kimləri bəyənirsiniz?

– Muğam ifaçıları xoşuma gəlir.

– Bəs estrada?

-Estrada da istedadlılar çoxdur.

– Sənət dostlarınızla ünsiyyətiniz varmı?

– Telefonla əlaqə saxlayırıq. Çox vaxt Vasif Məhərrəmli ilə. Nüşabə Ələsgərli bizim ailə dostumuzdur, evimizin qızıdır. Başqa sənət yoldaşlarımla da ya məclislərdə görüşüb hal-əhval soruşuruq, ya da telefonda.

– Telefon demişkən, deyəsən mobil telefon da işlətmirsiniz.

– Mobil telefonum var e. Sadəcə oğlumun maşınında qalır. Zəng olanda da oğlum cavab verir.

– İnternetə girə bilirisiniz?

– Özüm yox, oğlum bacarır.

– Nə əcəb öyrənməmisiniz? Həkimlər də, müğənnilər də internetə girə bilirlər. Siz isə həm həkimsiniz, həm müğənni.

– Özüm maraqlanmıram. Ə, nə var e orda?

– Elə bil nədənsə küskünsünüz.

– Səhnədən, efirdən?

– Allaha min şükür ki heç nədən narazı deyiləm. Tanrının verdiyi qismətdir ki, səhhətimdə problem yaranmışdı. İndi işimə gedib gəlirəm. Ailəmin, övladlarımın, nəvələrimin arasındayam.

Modern.az

azerbaycan tarixi anar isayev

Anar İsayev – Tarix fənni TEST TOPLUSU – 2-ci hissə cavabları

Life TV 27.187 views 3 years ago

Tarix və Ədəbiyyatı necə yadda saxlayaq – Təcrübədən keçirdiyim metodlar

Alish Niftaliyev AZE 51.341 views 2 years ago

4-cü DƏRS – MANNA DÖVLƏTİ

Anar İsayev 2.861 views 2 years ago

Azərbaycan Səlcuq imperiyasının tərkibində. Atabəylər dövləti.

Sitarə Müzəffər – Tarix 28.132 views 1 year ago

5-ci dərs – Azərbaycan Tarixi – İSKİT DÖVLƏTLƏRİ

Anar İsayev 1.317 views 2 years ago

Tarixə hansı vəsaitdən hazırlaşım 2-ci hissə Video 2021 Anar İsayev MsT testləri, Taim Online tarix

Tərlan Dadasov 2.353 views 7 months ago

Tarixi necə öyrənək? (Öyrənməyi öyrənmək)

Sitarə Müzəffər – Tarix 48.113 views 1 year ago

Tarix Anar İsayev cavablar

İsbandiyarlı 60.050 views 1 year ago

Əlaçı – Rekord (Tarix üzrə) Rəvan Mustafayev

Sherlock Holmes 103.843 views 3 years ago

Tarix Fənnini Öyrənmək üçün 7 Taktika. |Öyrənmək yolları| ��������������

Dilshad’s Life 146.532 views 1 year ago

Ağqoyunlu dövləti. XV əsrdə sosial-iqtisadi həyat.

Sitarə Müzəffər – Tarix 20.013 views 1 year ago

Tarix testi | Anar İsayev Mst | Azərbaycan tarixi 1-A variantı

Tərlan Dadasov 3.785 views 6 months ago

2021-2022-Cİ İL TƏDRİS İLİ ÜÇÜN NƏŞRLƏRİMİZ SENTYABRIN 1-DƏN BÜTÜN KİTAB EVLƏRİNDƏ!

Anar İsayev 4.253 views 1 year ago

Səlcuq, Monqol və Qızıl Ordu dövlətləri

Sitarə Müzəffər – Tarix 25.366 views 1 year ago

Feodal dövlətlər (Şirvanşahlar, Sacilər və Salarilər)

Sitarə Müzəffər – Tarix 29.662 views 1 year ago

Mst testi 3-A | Anar İsayev tarix testləri

Tərlan Dadasov 3.229 views 6 months ago

Tarix 1-Ci Hisse Anar Isayev Yeni neşr | CAVABLAR 2022

Test cavablari 6.994 views 3 months ago

2-ci DƏRS Azərbaycan tarixi TUNC VƏ DƏMİR DÖVRLƏRİ

Anar İsayev 2.204 views 2 years ago

Bir vaxtların məşhur müğənnisi Şamo İsayev: “Hamı məni unudub”

Milli.Az xəbər verir ki, Trend Life-ın əməkdaşı bir vaxtlar adı Məmmədbağır Bağırzadə, Səxavət Məmmədov, Qədir Rüstəmov kimi şəxslərlə yanaşı çəkilən Şamo İsayevi axtarıb tapıb. Məlum olub ki, o, səhhətindəki problemlərə baxmayaraq, köhnə sənətilə məşğuldur.

“1996-cı ilin sonlarında gözlənilmədən xəstələndim. Qrip ayaqlarımda problem yaratdı və müalicəyə başlamalı oldum. Bundan sonra fəal yaradıcılıqla məşğul ola bilmədim. Son 12 ili Bakı restoranlarından birində çıxış edirəm. Musiqiçilərlə yanaşı əyləşərək xalq mahnıları, muğamlar, təsniflər ifa edirəm”, – deyə Ş.İsayev bildirib.

Efirlərdə, KİV-də görünməməsi, heç bir fəxri adının olmaması haqda sualı Ş.İsayev belə cavablandırıb: “Yəqin, hamı məni unudub. Efirdə son dəfə bir neçə il əvvəl – “Ay Zaur” verilişində olmuşam”.

Toy biznesi haqda da danışan ifaçı bildirib ki, toylarda əvvəlkitək böyük hörmətlə qarşılanır: “Toy ifaçını əsl ifaçı edir. Bu, böyük məktəbdir. Toy görməmiş ifaçı mükəmməl müğənni ola bilməz. Mən heç zaman fonoqramla oxumamışam və bu gün də 5-6 saat canlı ifa etmək iqtidarındayam”.

Comments are closed, but trackbacks and pingbacks are open.