Press "Enter" to skip to content

Azərbaycanda dövlətin antiinflyasiya siyasəti və onun tənzimlənməsi istiqamətləri

 Dövlət büdcəsində hərbi xərclərin artımı inflyasiyanı

Hökumətin antiinflyasiya tədbirləri

inflyasiya ilə mübarizə və ya hər iki istiqaməti özündə birləşdirən yanaşma var.

Əslində inflyasiya hökumətin əlində davamlı iqtisadi inkişaf və sosial rifahın

yaxşılaşdırılmasına yönələn bir alət olanda daha ideal mənzərə yaranır. Tənzimlənən

inflyasiya hökumətin makroiqtisadi rıçağı, tənzimlənməyən inflyasiya isə

makroiqtisadi tarazlığı pozmağa yönələn iqtisadi tendensiyadır. Hökumət inflyasiya

əleyhinə mübarizədə əsasən aşağıdakı istiqamətlərdə fəaliyyət göstərməlidir:

Azərbaycan Respublikası Prezidentinin 31 may 2005-ci il tarixli “Azərbaycan

Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi haqqında” fərmanına

əsasən, iqtisadiyyatda maliyyə-fiskal intizamın gücləndirilməsi, əmtəə bazarlarında

rəqabət şəraitinin yaxşılaşması, qeyri-neft ticari sektorunun əhəmiyyətli genişlənməsi

və maliyyə-kapital bazarlarının inkişafının sürətlənməsi makroiqtisadi sabitliyi

qoruyub saxlaya bilər. Əslində prezident fərmanı inflyasiya əleyhinə yuxarıda

təsnifləşdirdiyimiz monetar, fiskal və inzibati istiqamətləri özündə ehtiva edir.

Monetar siyasət

Monetar siyasətə cavabdeh olan Milli Bankın fəaliyyətinin əsas məqsədi oz

səlahiyyətləri daxilində qiymətlərin sabitliyinin təmin edilməsidir. Bu arada nəzərə

almaq lazımdır ki, manatın dollar qarşılığında revalvasiyası (bahalaşması) və

inflyasiya bir-birinə zidd olan iki proses olaraq Milli Bank tərəfindən tənzimlənir.

Ölkənin ödəmə balansında böyük profisitin yaranması nəticəsində valyuta bazarına

təkcə 2006-cı ildə 1 milyrad dollar həcmində əlavə valyuta təklifi manatın

möhkəmlənməsinə şərait yaradıb. Xarici valyuta təklifinin tələbi üstələməsi manatın

ABŞ dollarına qarşı məzənnəsini keçən il 5 faizdən çox möhkəmləndirib, proses bu il

də davam edib. Nəzərə almaq lazımdır ki, ölkəyə gətirilən valyutanın əsas hissəsi

hökumətə məxsus neft dollarlarıdır. Buna görə də Milli Bank budcənin kassa icrasını

fasiləsiz təmin etmək məqsədilə hökumətin valyuta gəlirlərini manata dəyişdirir,

valyuta təklifinin əsas hissəsini sterilizasiya edir. Milli Bank bu məqsəd üçün keçən il

valyuta bazarından büdcəyə məxsus 0,9 milyard dollar, bu il isə 1,7 milyard dollar

Hesablamalar göstərir ki, manatın real effektiv məzənnə indeksi aşağıdır. Buna

baxmayaraq, hökumət manatın nominal məzənnəsini artırmaqla real mübadilə

dəyərinə uyğunlaşma prosesini sürətləndirmək istəmir. Çünki manatın kursunun

qalxmasına imkan verməklə hökumət inflyasiyanı bir qədər də sürətləndirə bilər.

Manatın real məzənnəsinin cari tədiyyə balansının ortamüddətli tarazlıq səviyyəsinə

təsiri qiymətləndirilməlidir. Cari hesablar üzrə müsbət saldonun 2006-2007-ci

illərdəki göstəricilərinin təhlili göstərir ki, real effektiv məzənnə nə dərəcədə aşağıdır.

Balassa-Samuelson effekti ölkənin qiymət səviyyəsinin ABŞ qiymət səviyyəsinə

nisbəti ilə alıcılıq qabiliyyəti pariteti əsasında ölkənin adambaşına ÜDM-nin ABŞ-ın

eyniadlı göstəricisinə olan nisbəti arasında reqressiya əlaqəsini göstərir. 2006-cı ilin

göstəricilərinə görə, Azərbaycanda adambaşına düşən gəlirin əsaslandırdığı ölkə

qiymətlərinin ABŞ qiymətlərinə nisbətən səviyyəsi aşağıdır. Bu məntiqdən çıxış edən

BVF-nin hesablamaları göstərir ki, Azərbaycanda real effektiv məzənnə 15 faiz

Milli Bankın sterilizasiya tədbirləri manatla pul bazasını təkcə 2006-cı ildə 133 faiz

artırıb. Bu isə özlüyündə inflyasiya mənbəyi sayıla bilər. Təəssüf ki, hökumət dollar

təzyiqinin qarşısını almaq üçün əsas alət kimi sterilizasiyanı görür. Amma bu alət bir

tərəfdən bazardan dollar almaqla manatın bahalaşmasına (deməli, həm də

inflyasiyaya) imkan vermirsə, digər tərəfdən manatla pul bazasını genişləndirməklə

tələbin təklifdən üstünlüyünü şərtləndirir və inflyasiya yaradır. Buna görə də təklif

edərdik ki, hökumət sterilizasiyanın bu labirintindən çıxmaq üçün Makedoniyalı

İsgəndər kimi “Qordi düyünü”nü kəssin. Dövriyyədəki pulların inflyasiya

yaratmaması üçün cilovlayıcı tədbirlər təkcə not və ya dövlət qısamüddətli

istiqrazlarının emissiyası ilə məhdudlaşmamalıdır. Milli Bank əhalinin artan

gəlirlərinin yığıma meyllənməsini təşviq etməli, kommersiya banklarının məcburi

ehtiyat normasını artırmalı, qeyri-nəğd əməliyyatların xüsusi çəkisinin əhəmiyyətli

artımına nail olmalıdır. Valyuta liberallaşması prosesi sonadək aparılmalı, ölkədən

valyutanın ixracına məhdudiyyətlər aradan tam götürülməlidir ki, inflyasiya yaradan

izafi pul kütləsinin bir qismi də ölkədən bu yolla çıxarıla bilsin. Beləliklə, dövriyyədə

yaranan pullar “zərərsizləşdirilə” bilər.

Yeri gəlmişkən, Milli Bankın uçot siyasəti alətinin effektivsizliyi və pərakəndə

ticarətdə inhisarçılıq səbəbindən manatın mübadilə kursunun artımının qiymətlərə

təsiri istənilən səviyyədə deyil. Eyni zamanda daha aktiv valyuta və uçot siyasəti

maliyyə sabitliyi və rəqabət nöqteyi-nəzərindən riskləri artıra bilər. Buna baxmayaraq,

hökumət inflyasiyanı cilovlamaq üçün uçot dərəcəsinin və mübadilə kursunun

artımına getməkdən başqa yol görmür. Artıq ilkin addım olaraq Milli Bank yenidən

maliyyələşdirmə dərəcəsini 9,5 faizdən 12 faizə qaldırıb. 2007-ci il ərzində manatla

pul kütləsinin artmasına rəğmən, Milli Bank manatın kursunun xarici valyutalara

bağlanması siyasətini (crawling peg) başlıca alət olaraq saxlayacaq.

Fiskal siyasət

Hökumət fiskal siyasətin real effektiv mübadilə kursuna təsirini kompensasiya etmək

üçün kapitalın leqallaşdırılması, gömrük administrasiyasının təkmilləşdirilməsi,

inhisarların qiymət artımına son qoyulması istiqamətində fəaliyyətini

2007-ci ildə dövlət büdcəsi məcmu tələbin genişlənməsində mühüm amil olub. İcmal

büdcənin qeyri-neft kəsirinin qeyri-neft Ümumi Daxili Məhsula nisbətinin isə 2006-cı

ildəki 33 faizdən 2007-ci ildə 37 faizədək artması proqnozlaşdırılır. Bu o deməkdir ki,

neft gəlirləri əsasında qeyr-neft sektorunun maliyyələşməsinə yönələn vəsaitin daha

iri piroqu idxal mallarının alınmasına yönələcək və inflyasiya idxalına rəvac verəcək.

Nəticədə 2007-ci ildə də əmtəə və xidmətlərə tələbin artım tempi əmtəə və

xidmətlərin təklifinin artım tempini üstələyir. Proqnozlaşdırılan makro-fiskal çərçivə

2007-ci ildə pula tələbin 60 faizdən çox artmasını şərtləndirir. Nəticədə alternativ

inflyasiya hesablaması inflyasiyanı artıq ilk 10 ayda 22,15 faiz göstərir. Məcmu

tələbin miqyasını deyil, onun strukturunu dövlət büdcəsinin təkrar bölgü

funksiyasından istifadə etməklə dəyişib inflyasiya yaratmadan əhalinin təbəqələşmə

dərəcəsini azaltmaq olar.

Dövlət büdcəsinin ölkədə ÜDM-ə nisbətən daha sürətlə artımı makroiqtisadi

səviyyədə tələb-təklif tarazlığına və inflyasiyaya təsir göstərir. Bir tərəfdən investisiya

layihələri ilə təklif yaradan dövlət büdcəsi, başqa yandan sosialyönlü xərcləri ilə tələb

formalaşdırır. 2008-ci ildə ilk dəfə investisiya xərcləri sosial xərcləri üstələyəcək.

Amma bu ilədək büdcənin tələb yaradan xərcləri təklif yaradan məsrəflərindən çox

olub və makro səviyyədə tələbin təklifdən üstünlüyünü təmin edib. Bir məqam daha.

Adətən investisiya xərcləri dərhal təklif yaratmır, laqlarla gecikmə olur. Dövlət

büdcəsinin proqnozlaşdırılması zamanı bu amil nəzərə alınmalıdır.

Pul kütləsinin artımının qeyri-neft sektoru üzrə əmtəə və xidmət təklifini üstələməsi

inflyasiya yaradır. Bu iki kəmiyyət arasında pozitiv korelyasiyanın olması cədvəl

məlumatlarından da görünür. M2 artımının qeyri-neft sektoru artımına nisbəti ilə

inflyasiya dərəcəsi arasında pozitiv əlaqə var. M2 aqreqatının artım sürəti qeyri-neft

ÜDM-ni üstələdikcə inflyasiya sürətlənir.

M2 artımının qeyri-neft sektoru artımına nisbəti ilə inflyasiya dərəcəsi arasında əlaqə

M2 artımının qeyri-neft

sektoru artımına

Dövlətin investisiya xərcləmələrinin inflyasiya yaratmasını qiymətləndirmək üçün

sıxışdırma və multiplikasiya effektinə nəzər yetirmək lazımdır. Bu necə baş verir?

Dövlət xərcləmələrini artırdıqda əhalinin gəlirləri də artır və onlar daha çox əmtəə və

xidmətləri almağı planlaşdırırlar ki, bu da pula olan tələbatın genişlənməsinə gətirib

çıxarır. Nəticədə Azərbaycan şəraitində pulun faiz dərəcəsi və qiymətlər yüksəlir ki,

bu da öz növbəsində əmtəə və xidmətlərə tələb həcmini azaldır. Xüsusilə borc

götürməyin daha baha olması üzündən yaşayış və işgüzar investisiya əmtəələrinə tələb

azalır. Dövlət xərclərindəki artım tələbi artırdıqca, investisiyanı da sıxışdırır. Vergi-

büdcə genişlənməsinin faiz dərəcələrini artırması səbəbindən məcmu tələbdəki azalma

sıxışdırma effekti adlanır.

Sıxışdırma effektinin əksinə multiplikasiya effekti mövcuddur. Əgər dövlət

büdcəsindən xərclənən vəsait özündən artıq həcmdə əmtəə və xidmət istehsalına

gətirib çıxarırsa, onda multiplikativ effekt yaranır. Azərbaycanda dövlət

investisiyalarının multiplikativ effekt yaratması və inflyasiya törətməməsi üçün

sərmayələr qeyri-neft sektoruna (xüsusən də ticari bölmə) səmərəlilik və şəffaflıq

prinsipləri əsasında yatırılmalıdır. Əks təqdirdə, sıxışdırma effekti yaranacaq və

korrupsiya yolu ilə dövlət investisiyalarının bir hissəsi nəğd dövriyyəyə qayıdıb

ÜDM-in və büdcə xərclərinin artım templərinin illər üzrə dəyişməsi

ÜDM-in artım tempi

Büdcə xərclərinin artım tempi

İnhisarçılıq əleyhinə mübarizə

Azərbaycan gömrüyündə ölkəyə gətirilən ət və ət məhsullarının kiloqramı 0,54

manata (bazar qiymətindən 9 dəfə ucuz), kərə yağı 0,97 manata (bazar qiymətindən 6

dəfə ucuz), bitki yağı 0,44 manata (bazar qiymətindən 5 dəfə ucuz) qeydə alınır.

Siyahını uzatmadan deyə bilərik ki, bu səbəbdən Azərbaycanın gömrük statistikası

əsas ticarət tərəfdaşlarımızın rəsmi rəqəmlərindən fərqlənir. Təkcə keçən il Türkiyə

ilə idxal-ixrac dövriyyəsində 240 milyon ABŞ dolları “kənarlaşma” var. Bu,

Azərbaycanda gizli iqtisadiyyat, korrupsiya və ən əsası, inhisarların fəaliyyətinin

nəticəsidir. Azərbaycanda inhisarlar, duapoliyalar, oliqopoliyalar qiymət artımında

başlıca rol oynayır. Bu hal Azərbaycan Respublikasının Konstitusiyasına və bir sıra

qanunvericilik aktlarına ziddir. Konstitusiyanın 15-ci maddəsində göstərilir:

“Azərbaycan dövləti bazar münasibətləri əsasında iqtisadiyyatın inkişafına şərait

yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və

haqsız rəqabətə yol vermir.” Azərbaycanda inhisarçılıq fəaliyyətinin iqtisadi artıma

mənfi təsirini minimuma endirmək, kiçik və orta sahibkarlığın inhisarçılıqdan əziyyət

çəkməsinə son vermək, bazarlara giriş imkanlarının məhdudlaşmasının qarşısını

almaq, inhisar qiymətlərinin inflyasiyaya rəvac verməsini əngəlləmək üçün tam

hüquqi-normativ əsas yaradılmayıb. “Antiinhisar fəaliyyəti haqqında” qanun isə qəbul

edilməsindən keçən 15 il ərzində aktuallığını qismən itirib və bəzi hallarda

hakimiyyət strukturlarının qanunsuz əməllərinə şərait yaradır. Hökumət inhisarların

inflyasiya yaratmasının qarşısını almaq üçün “Rəqabət Məcəlləsi”ni qəbul etməli və

inhisarlarla mübarizənin mexanizmini işləyib tətbiq etməlidir.

Bu məqalə Amerika Birləşmiş Ştatları İnkişaf Agentliyinin (USAİD) vasitəsilə

Amerika xalqının dəstəyi ilə dərc olunmuşdur. Məqalənin məzmununa yalnız

İqtisadi Tədqiqatlar Mərkəzi məsuliyyət daşıyır və bu məqalə USAİD və

Birləşmiş Ştatlarının mövqeyini mütləq əks etdirmir.

İqtisadi Tədqiqatlar Mərkəzinin

“Alternativ inflyasiya metodologiyasının işlənilməsi” layihəsi üzrə

Tədqiqat Qrupu

Azərbaycanda dövlətin antiinflyasiya siyasəti və onun tənzimlənməsi istiqamətləri

Bütün ölkələrdə inflyasiyanın öz yaranma səbəbləri var. Lakin bu prosesdə müxtəlif faktorların olması ölkənin konkret iqtisadi şəraitindən asılıdır. Sənayecə inkişaf etmiş ölkələrdə (xüsusən ABŞ və əksər qərb ölkələrində) inflyasiyanın artım tempini çox dar ölçüdə saxlamaq mümkün olur. Bu siyasətin məqsədyönlü olması üçün inflyasiya mexanizminin elementlərindən düzgün istifadə etmək lazımdır. Manatın məzənnəsinin kəskin dəyişməsinin qarşısını almaq, qeyri – neft sektorunun rəqabət qabiliyyətinin aşağı düşməsinə və xarici ticarət şəraitinin pisləşməsinə, inflyasiya təhlükəsini artıran manat emissiyasına yol verilməməlidir. Manatın sabitliyini və inflyasiyanın cilovlanmasını təmin edən sərt pul – kredit siyasəti elə aparılmalıdır ki, bu siyasətin iqtisadiyyata olan mənfi təsirini minimuma endirmək mümkün olsun. Buna nail olmaq üçün möhkəm iqtisadiyyata söykənən əsl maliyyə sabitliyi olan mikromaliyyə sabitliyinin yaradılması zəruridir.

Hər bir hökumətin əsas vəzifəsi – onun tərəfindən keçirilən antiinflyasiya kursu və inflyasiya gözləməsinin stabilliyinin dəyişilməzliyinə əhalini inandırmaqdır. Əgər bu həll edilərsə və etibar bərpa olunarsa, onda hakimiyyət ictimai fikirləri idarə edərək vacib antiinflyasiya məqsədlərinə hətta bunun üçün zəruri resurların kifayət qədər olmadığı şəraitdə nail olmağın real imkanlarını əldə edir.

İnflyasiyaya müxtəlif cür təriflər verilir. ABŞ iqtisadçıları inflyasiyanı qiymətlərin ümumi səviyyəsinin qalxması kimi səciyyələndirirlər. (“Ekonomiks” I,II cild kitabına istinadən). Bəzi müəlliflər pul tədavülü sferasının həddən artıq kağız pulla dolmasını inflyasiya hesab edirlər. Lakin inflyasiyanın ən ümumi, geniş tərifi belədir: İnflyasiya tədavülə əmtəə dövriyyəsinin tələblərindən artıq pul kütəsinin buraxılması nəticəsində əmtəələrin qiymətlərinin artması və pul vahidinin qiymətdən düşməsi deməkdir (S. İbadov “İqtisadi nəzəriyyə kitabına istinadən). İnflyasiya qiymətlərin ümumi artımı formasında baş verir. Pulun alıcılıq qabiliyyəti aşağı düşür. Başqa cür desək, pulun dəyəri düşür. Pulun qiymətdən düşməsi əmtəə qiymətinin artmasına gətirib çıxardı. Bununla da inflyasiya meydana çıxır. ( Bu söz latın dilindən “qabarma” kimi tərcümə olunur.)

Antiinflyasiya siyasəti – qiymətlərin ümumi səviyyəsinin sabitləşməsinə yönəlmiş makroiqtisadi siyasətdir. İnflyasiya kəskinliyin yumşaldılmasına yönəldilmişdir.

Hər bir dövlət mümkün olan vasitələrlə inflyasiyanın qarşısını almaq, heç olmasa onun sürətini azaltmaq məqsədilə antiinflyasiya tədbirləri həyata keçirir. Bu proramlar iqtisadiyyatın sabitləşdirilməsində zəruri tədbir hesab olunur. Proqramın əsasını inflyasiyanın səbəblərinin və amillərinin obyektiv təhlili, onu aradan qaldırmağa, yaxud sürətini azaltmağa imkan verən tədbirlər kompleksi təşkil edir. Dövlətin antiinflyasiya siyasəti əsasən, iki formada olur: radikal və adaptasiya.

Radikal siyasət – inflyasiyanı törədə səbəbləri aradan qaldırmağa yönəldilmişdir.

Adaptasiya siyasəti – inflyasiyaya uyğunlaşmaq və onun mənfi cəhətlərini azaltmaqla həyata keçirilir. Adaptasiya siyasətində bütün bazar subyektləri (dövlət, firmalar) öz fəaliyyətlərində inflyasiyanı, əsasən, pulun alıcılıq qabiliyyətinin düşməsini nəzərə alırlar. Firmalar inflyasiya şəraitində qoyulan kapitalın tez geri qayıtmasını mümkün edən layihələrə üstünlük verirlər. Göründüyü kimi adaptasiya siyasətində inflyasiyanın mənşə səbəbləri nəzərə alınmır.

İnflyasiyanın neqativ sosial və iqtisadi nəticələri müxtəlif ölkələrin hökumətlərini müəyyən iqtisadi siyasət aparmağa vadar edir. Dövlət tərəfindən pul kütləsinin tənzimlənməsinə həmişə diqqət yetirilmişdir. Antiinflyasiya siyasətinin pul-kredit, büdcə, vergi tədbirləri, sabitlik proqramları və fəaliyyətin tənzimlənməsi üzrə gəlirlərin bölüşdürülməsi və s. kimi zəngin çeşidləri vardır. Antiinflyasiya siyasətinin xarakterini qiymətləndirərkən, üç ümumi yanaşmanı ayırmaq olar. Birinci (keynsin müasir tərəfdarları tərəfindən təklif olunur.) çərçivədə fəal büdcə siyasəti nəzərdə tutulur. Bu zaman dövlət öz xərclərini məhdudlaşdırır və vergiləri artırır. Nəticədə tələbat azalır, inflyasiyanın tempi aşağı düşür. Lakin eyni zamanda istehsalın və investisiyaların azalması baş verə bilər. Bu da durğunluğun yaranmasına gətirib çıxara bilər. Hətta ilkin olaraq qoyulmuş məqsədlərə zidd olaraq, işsizlik inkişaf edə bilər.

İkinci yanaşma iqtisadi nəzəriyyənin monetarizm tərəfdarları tərəfindən tövsiyə olunur. Çevik təsir göstərən pul – kredit tənzimlənməsi mövcud iqtisadi vəziyyət üçün ön plana çəkilir. Bu növ tənzimlənmə zamanı pul miqdarı və borc faiz dərəcələri dəyişir. Bu yanaşmanın tərəfdarları hesab edirlər ki, dövlət ödəniş qabiliyyətinin məhdudlaşdırılması üçün antiinflyasiya tədbirləri görməlidir. Çünki işsizliyin təbii səviyyəsinin azaldılması yolu ilə iqtisadi artımın stimullaşdırılması və süni məşğulluğun dəstəklənməsi inflyasiya üzərində nəzarətin itirilməsinə doğru aparır.

Bir çox ölkələrin hökümətləri 60-cı illərdən başlayaraq nəzarətdən çıxan inflyasiyanı cilovlamaq üçün qiymət, gəlir siyasətini aparmışlar və əmək haqqlarını məhdudlaşdırmışlar. Bu da üçüncü metodun əsasını təşkil edir. Çünki bu siyasət inflyasiya ilə bazar siyasəti üsulları ilə deyil, inzibati üsullarla mübarizə aparır və həmişə qarşıya qoyulmuş məqsədə çatır.

Antiinflyasiya tədbirlərinin həyata keçirilməsində böyük təcrübəyə malik olan qərb ölkələrində uzunmüddətli və qısamüddətli siyasətin əlaqələndirilməsi məqsədə uyğun göstərilir.

Uzunmüddətli siyasət özündə ilk növbədə dövlət xərclərinin azaldılması və vergilərin artırılması hesabına büdcə kəsrinin azaldılması üzrə tədbirləri birləşdirir. İkincisi, pul kütləsinin illik artımı üçün pul dövriyyəsi sahəsində tədbirlər, xüsusilə sərt limitlərin müəyyənləşdirilməsidir. Bu da inflyasiyanın səviyyəsinə nəzarət etməyə imkan verir. Üçüncüsü, iqtisadiyyata inflyasiyanın büdcə kəsrinin maliyyələşdirilməsi üçün qısamüddətli kredit və borclar şəklində təsirinin azaldılmasıdır.

Qısamüddətli antiinflyasiya tədbirləri inflyasiyanın tempinin müvəqqəti azaldılması üçün yönəldilir. Bu məqsədlə dövlət əsas istehsala əlavə kənar mallar və xidmətlər buraxan müəssisələrə əlavə güzəştlər verir.

2017- ci ilin yanvar – iyun aylarında Azərbaycanda istehlak məhsullarının və xidmətlərin qiymətləri 2016 – cı ilin müvafiq dövrünə nisbətən 13,9 faiz artıb. Dünya Bankının Avropa və Mərkəzi Asiya ölkələri üzrə baş iqtisadçısı Hans Timmerin “Trade in Transition” adlı regional hesabat açıqladı. Hesabatda bildirilirdi ki, yaxın 3 il ərzində Azərbaycanda inflyasiya əhəmiyyətli dərəcədə azalacaq. Hesabata əsasən, 2017-ci ildə ölkədə inflyasiyanın həcmi 7,8, 2018-ci ildə 4,2, 2019-cu ildə isə 3,8 faiz təşkil edəcək. Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2016-cı ildə Azərbaycanda inflyasiya 12,4 faiz təşkil edib.

Beləliklə, Mərkəzi Bank valyuta siyasəti yeritməli, eyni zamanda ölkədə həyata keçirilən sosial – iqtisadi inkişaf proqramlarının realizasiyasına dəstək verməlidir. Bunun nəticəsində də baza aşağıdakı tədbirləri görməklə inflyasiyanın təkrəqəmli səviyyədə saxlanmasına və maliyyə sabitliyinin qorunmasına nail ola bilsin:

1.Özəl müəssisə və təşkilatlara iri dövlət sifarişlərinin verilməsi;

2. Kommersiya kreditlərinin faizlərinin aşağı salınması;

3. Pul emissiyasının qarşısının alınması;

4. Dövlətin iqtisadi sferaya müdaxilələrinin minimuma endirilməsi;

5. Vergi stimullaşdırılmasının tətbiqi;

6. Işsizliyin səviyyəsi və əmək haqqı arasında olan mütənasibliyin gözlənilməsi;

7. Qiymət və əmək haqqı sisteminin liberallaşdırılması;

8. Milli valyutanın dəyərdən düşməsinin qarşısının alınması;

9. Hökümətin gəlir və xərclərinin balanslaşdırılması, büdcə kəsrinin minimuma endirilməsi;

10.Dolayı vergilərə üstünlük verilməsi. və s.

Fərqanə QafarovA

İnflyasiyanın idarə olunması və onun azaldılması istiqamətləri

(yanvar-aprel ayları üzrə) müqayisədə 6,7 faiz çoxdur.

korrelyasiya-reqressiya təhlilinin tətbiqi inflyasiya proseslərində

monetar və qeyri monetar amillərin rolunun real qiymətləndirilməsinə

imkan verir. Milli Bank son zamanlar antiinflyasiya siyasətini başlıca olaraq

pul kütləsinin tənzimlənməsi və milli valyutanın xarici təzyiqlərdən

sığortalanması istiqamətində qurmaqdadır. Pul kütləsinin tənzimlənməsinin

kölgə iqtisadiyyatının nisbətən yüksək səviyyəsi və qiymətli kağızlar

bazarının zəif inkişafı şəraitində aparılması Milli Bankın antiinflyasiya

istiqamətində fəaliyyətini çətinləşdirərək, onun nəticələrinin səmərəliliyini

azaltmaqdadır. Bu ekzogen amillərin təsiri nəticəsində hökumətin apardığı

tənzimləmə əməliyyatlarının gizli pul axınlarına təsirsiz qalması monetar

tənzimləmə alətlərinin antiinflyasiya effektini xeyli aşağı salır. Görülən

məqsədyönlü tədbirlər nəticəsində neft gəlirləri hesabına əldə edilən valyuta

gəlirlərinin dövlət depozitləri vasitəsilə sterilizasiyası, yəni pul bazasının

artan hissəsinin neytrallaşdırılması və gələcəkdə gözlənilən böyük neft

pullarının idarə olunması istiqamətində təcrübə əldə etmək də mümkündür.

Hazırda Azərbaycanda yuxarıda sadalanan inflyasiya tiplərinin

hamısı fəaldır. Eyni zamanda dünya bazarında neftin qiymətinin kəskin

bahalaşması və mövsümi qiymət artımları da bazarların qarşılıqlı təsiri

şəraitində inflyasion meylləri artırır. Bütün bu amillərin ümumi inflyasiya

proseslərinin təsir payını hesablamaqla hansının daha güclü və ya zəif

olmasını müəyyənləşdirmək üçün daha dərin və genişləndirilmiş çoxamilli

təhlilə ehtiyac yaranır. Bu halda, hər bir amilin təsir dərəcəsini

qiymətləndirməklə daha real və nəticəli antiinflyasiya siyasəti qurmaq

Təcrübə göstərir ki, əks təqdirdə düzgün hədəfə tuşlanmayan

antiinflyasiya siyasəti şəraitində inflyasiyanı fəallaşdıran amillərin siyahısı

daha da genişlənir. Belə olan halda inflyasiya yaradan çoxsaylı amillərin

eyni zaman və məkan çərçivəsində fəaliyyəti və bu kontekstdə, həmçinin

bazarların qarşılıqlı təsir imkanlarının artımı inflyasiya proseslərinin daha

çox qeyri-monetar müstəvidə fəallaşmasına gətirib çıxarır ki, bu da şok

yaradan amilləri xeyli dərəcədə aktivləşdirə və inflyasiyanın səviyyəsini

ikirəqəmli ədədə qədər yüksəldə bilər. Artan dinamika ilə müşahidə olunan

neft gəlirləri hesabına fiskal genişlənmə, dövriyyədə pul kütləsinin

çoxalması isə bu prosesi idarəolunmaz vəziyyətə gətirib çıxarmaqla

inflyasiyanı yaxın və orta müddətli inkişaf dövrünün əsas sosial-iqtisadi

probleminə çevirə bilər.

İnflyasiyanın iki rəqəmli həddi baş verdikdə manatın alıcılıq

qabiliyyətinin azalması daha böyük rəqəmlərlə oluna bilər. Manatın

möhkəmlənməsi ölkəyə neft dollarının axını ilə əlaqədardır. Belə bir

şəraitdə getdikcə manatın möhkəmlənməkdə davam edəcəyi gözlənilir.

Nəzərə alsaq ki, ölkəmizin Milli bankı üzən məzənnə siyasəti aparır və bu

isə manat-dollar münasibətlərinin tələb-təklifdən asılı olması deməkdir. Bu

da ölkə iqtisadiyyatının maliyyə – fiskal intizamın gücləndirilməsi. əmtəə

bazarlarında rəqabət şəraitinin yaxşılaşması, qeyri-neft ticarət sektorunun

əhəmiyyətli dərəcədə genişlənməsi və maliyyə-kapital bazarının inkişafının

sürətlənməsi nəticəsində makroiqtisadi sabitliyin qorunub saxlanması üçün

mühüm amillər olacaqdır. Maliyyə sabitliyinin qorunması məqsədilə kapital

bazasının möhkəmləndirilməsi davam etdirilməli, bank sisteminin

institusional bazasının, o cümlədən, korporativ idarəetmə sisteminin, xüsusi

risk menecmentinin daha da təkmilləşdirilməsi təmin edilməlidir. Əhalinin

maliyyə xidmətlərinə çıxış imkanlarının daha da genişləndirilməsi

məqsədilə maliyyə sisteminin institusional inkişafı istiqamətində tədbirlər

Yüksək inflyasiya yalnız maliyyə sisteminə deyil, bütövlükdə

cəmiyyətin iqtisadi sisteminə mənfi təsir göstərən, təhlükəli iqtisadi

proseslərdən biridir. Bu gün inflyasiya praktiki olaraq bütün dünya

inflyasiyanın yüksək olmayan və idarə edilə bilən səviyyəsi heç də təhlükəli

hesab olunmur. İnflyasiyanın yüksək həddi isə real xərclərin artmasına,

yığımların dəyərsizləşməsinə, istehsalçıların keyfiyyətli məhsul istehsalına

olan maraqlarının azalmasına təkan verə bilər.

Belə bir vəziyyətdə inflyasiyanı yalnız monetar vasitələrlə nəzarətdə

saxlamağın istənilən yolu iqtisadiyyatı iflic vəziyyətinə sala bildiyi üçün

bəzi hallarda qeyri-monetar tədbirlərin də həyata keçirilməsi zəruridir.

Bəzən tədqiq olunan ənənəvi təkliflər inflyasiya probleminin həlli

üçün əsas ola bilməz. Bu problemin həllinə daha geniş istiqamətləri özündə

birləşdirən kompleks yanaşma tələb olunur:

 monetar siyasətdən səmərəli istifadə etmək;

 kreditlərin istifadəsi üzərində nəzarəti gücləndirmək;

 tam əsaslandırıla bilməyən kapital qoyuluşlarının dayandırılması;

 monetar siyasətdən ehtiyatla istifadə;

 bəzi strateji sahələrin xammal və məhsullarla təmin edilməsini

özündə birləşdirən birbaşa nəzarətin olması.

Hal-hazırda, kəmiyyət nəzəriyyəsi az da olsa öz əhəmiyyətini

itirməsinə baxmayaraq, bəzən qiymətlərin ümumi səviyyəsinin dəyişməsi

pul kütləsinin dəyişməsi ilə də müəyyən edilir. Qiymətlərin ümumi

səviyyəsinin dəyişməsi əsas etibarı ilə sahibkarların, istehlakçıların və

hökumətin məcmu xərclərinin artmasına səbəb olur.

Artıq tələbin aradan qaldırılması metodları pul siyasətinin təqdim

etdiyi metodlara nisbətən maliyyə siyasəti tərəfindən təqdim edilən metodlar

daha səmərəlidir. Adətən inflyasion təzyiq dövründə faiz dərəcəsi yüksək

olur və investisiya, istehlak məsrəflərinə əhəmiyyətli təsir göstərə bilmir.

Əgər pul siyasəti tədbirləri mütəmadi olaraq böyük həcmdə həyata

keçirilərsə, bu zaman onlar əks təsir də göstərə, yəni inflyasiyanı daha da

Fikrimizcə, təkcə pul siyasəti vasitəsilə iqtisadiyyatda dayanıqlı

stabilliyə nail olmaq üçün yeganə alət ola bilməz. Lakin maliyyə siyasəti və

hökumətin həyata keçirdiyi digər istiqamətlərdəki tədbirlərlə birlikdə bu

məqsədə çatmaq üçün pul siyasəti köməkçi rol oynaya bilər.

Eyni zamanda, pul siyasəti öz təbiətinə görə də inflyasiyanın

qarşısını almaqda yeganə vasitə ola bilməz. Çünki müasir cəmiyyətdə

xərclərin həcmini pul təklifinin azaldılması və ya artırılması, kreditlərin

genişləndirilməsi və ya əksinə azaldılması yolu ilə ciddi nəzarətdə saxlamaq

konsepsiyasının tam reallaşması şübhə doğurur. Sərvətin bir tərəfdən

daşınmaz əmlak və əmtəələr, digər tərəfdən isə pul kateqoriyasına

bölünməsini nəzərə alsaq, onda sərvəti mülkiyyət hüquqları ilə xarakterizə

etmək olar. Demək olar ki, bu zaman pulun keçid formasına malik olan

likvid aktivlərin iri həcmi yaranır, hökumət borclarının artımı likvid

aktivləri artırır, qısamüddətli hökumət öhdəlikləri isə pula çevrilməyə çox

yaxın olmaqla bərabər əmanət depozitlərinin həcmini də artırmalı olur. Belə

bir şəraitdə isə pulların miqdarına nəzarət etməklə xərclərin səviyyəsini

nəzarətdə saxlamaq xeyli çətinləşir.

Pul təklifini mümkün qədər kəskin surətdə azaltmaqla, qısa bir

zamanda inflyasiyaya son qoya bilərik. Lakin inflyasion inkişafla pulun

miqdarının azaldılmasına qarşı mübarizə aparmaq ciddi problemlər yarada

Təcrübə göstərir ki, milli gəlir artıqda pul kütləsi də artır. Lakin

sonuncunun artımı milli gəlirin artımına nisbətən daha sürətlə baş verir.

Nəticədə isə gəlirə nisbətən pul kütləsinin miqdarı xeyli artmış olur.

Pulların neytrallığı nəzəriyyəsinə görə pul təklifi dəyişilməz qaldıqda

pul gəlirləri də dəyişilməz olur. Eyni zamanda məhsuldarlığın

yüksəldilməsi qiymətlərin aşağı düşməsinə səbəb olur. Bu da pulun

kəmiyyət nəzəriyyəsinə uyğundur. Bu nəzəriyyəyə görə pulların miqdarının

istənilən cür dəyişməsi məhsuldarlıqdan asılı olaraq qiymətlərin tez-tez

dəyişilməsi ilə nəticələnən pul gəlirlərinin də dəyişilməsi ilə müşayiət

Miqdar nəzəriyyəsinə əsasən pulların miqdarının artması gəlirlərin də

proporsional olaraq artmasına səbəb olmasına baxmayaraq, gəlirlərin artımı

isə pulların miqdarını artırmadan baş verə bilmir.

Milli gəlirin artması mütləq olaraq pul təklifinin artması ilə

əlaqədardır. Lakin pulların miqdarının artması pul gəlirlərinin səviyyəsinin

yüksəlməsinə cüzi təsir göstərə bilər.

Eyni zamanda qeyd etmək lazımdır ki, şəraitdən asılı olaraq pulların

miqdarı milli gəlirə müxtəlif dərəcələrdə təsir göstərə bilər. Milli gəlirlə

pulların miqdarı arasında mürəkkəb və şəraitdən asılı olaraq dəyişkən

Fikrimzcə, pul təklifinin müəyyən artımı olmayana qədər milli gəlirin

səmərəli və uğurlu artımı baş verə bilmir. Pul kütləsinin artımı həm

qiymətlərin ümumi səviyyəsinin yüksəlməsi, həm də məhsul buraxılışının

həcminin artması ilə əlaqədar ola bilər. Təklifin qiymətlərin

dinamikasından asılılığını nəzərə alaraq belə bir nəticəyə gəlmək olar ki,

əgər pul gəlirləri real gəlirlərdən tez artmırsa, məşğulluğun genişlənməsi və

məhsul istehsalının çoxalması ciddi maneələrlə qarşılaşmadan baş verə

bilməz. Əgər pul gəlirləri məhsul buraxılışına nisbətən sürətli artarsa

vəziyyət daha da ağırlaşa bilər. Dəyişkən vəziyyətdən asılı olaraq pul

gəlirlərinin real gəlirlərə nisbətən artım tempinin məşğulluğu və

məhsuldarlığı təmin edən optimal variantı mövcuddur.

Fərdi investisiyaların sürətli genişlənməsi bir qayda olaraq dövriyyəyə

yeni pulların buraxılması hesabına maliyyələşdirilməlidir. Bu pullar bazara

əmtəə və xidmətlərin alınması məqsədilə buraxıldığı üçün buna uyğun

olaraq gəlir də artır ki, bu zaman istehlakın səviyyəsi müvəqqəti olaraq

ləngiyir. Yeni, daha yüksək gəlir istehlakı çıxmaq şərtilə investisiyaların

yeni axınına imkan yaradır.

Xərclərin xalis artımı isə yeni pullar hesabına təmin ediləcəkdir.

Beləliklə, belə bir qənaətə gəlmək olar ki, fərdi investisiyaların və hökumət

xərclərinin artımının səmərəliliyi pul təklifi artmayana qədər tam hesab

Təcrübə göstərir ki, yeni məzənnə rejiminə keçid zərurəti valyuta

böhranı ilə əlaqədar meydana gəlir və tədricən həyata keçirilir. Çünki,

burada mövcud məzənnə rejiminin qorunub saxlanılması valyuta

ehtiyatlarının həddən artıq tükənməsi təhlükəsi yaratmır. Valyuta bazarında

xarici valyuta təklifinin tələbi üstələməsi şəraitində mövcud valyuta

rejiminin saxlanılması izafi pul ekspansiyasına gətirib çıxarır ki, bu da

yüksək inflyasiyaya yol aça bilər. Bununla əlaqədar olaraq pul kütləsinin

inflyasion artımının qarşısını almaq yollarından biri kimi son vaxtlar daha

sərbəst məzənnə rejiminə keçidi zəruri edir.

Böyük miqdarda xarici valyutanın ölkəyə daxil olması və onun

konvertasiyası, genişləndirilmiş fiskal siyasətin həyata keçirilməsi

nəticəsində dövriyyədə olan pul kütləsi həcminin artması fonunda izafi pul

kütləsinin müxtəlif maliyyə alətlərinə cəlbolunma mexanizminin kifayət

qədər inkişaf etməməsi monetar inflyasiyanın inflyasiya yaradan amillər

arasında iştirak payını artırmaqdadır. Son zamanlar xarici valyuta hasilatının

çoxalması, bankların likvidliyinin artması, milli valyutanın revalvasiyası

aktiv valyuta müdaxiləsini sürətləndirmiş və son nəticədə pul bazası

genişlənmişdir. Odur ki, bir tərəfdən pul bazasının genişlənməsi hesabına

iqtisadi yüksəlişin müşahidə olunması, digər tərəfdən də inflyasiya

meyllərinin güclənməsinə gətirib çıxarıb. Eyni zamanda cari ildə dövlət

xərclərinin kəskin artımı üzərində qurulan genişləndirilmiş fiskal siyasətin

önə çəkilməsi bir tərəfdən məcmu tələbi stimullaşdırmaqla, digər tərəfdən

şərtləndirməklə inflyasiya yaradan amilləri fəallaşdırmış, onu yaşadan

motivləri isə gücləndirmişdir. Mövcud fiskal siyasətin hər iki effektinin

inflyasiyaya təsirini azaltmaq üçün həyata keçirilən tədbirlər getdikcə öz

effektini itirməkdədir. Tədqiqatlar göstərir ki, manatın əksər xarici

valyutalara nisbətdə bahalaşması fonunda fiziki şəxslərin manatla

əmanətlərinin artım tempi xarici valyuta ilə əmanətlərin artım tempini

kəskin şəkildə üstələmişdir.

Fikrimizcə, manatın alıcılıq qabiliyyəti ilə başqa dönərli valyutalara

nisbətən məzənnəsinin möhkəmlənməsi heç də eyni şey deyil. Ötən il manat

dönərli valyutalara nisbətən məzənnəsini möhkəmləndirsə də, il ərzində o,

inflyasiya nəticəsində alıcılıq qabiliyyətini xeyli itirib. Bu həm ixracı

stimullaşdırmaq aspektin, həm də əhalinin sosial vəziyyətini yaxşılaşdırmaq

baxımından səmərəli deyildir.

Manatın başqa valyutalara nisbətdə məzənnəsi yüksəlməsi daxili

istehsalda məhsulların maya dəyərinə də təsirsiz keçmir. Çünki həmin

məhsulun dünya bazarında rəqabət aparmaq imkanları zəifləyir. Belə olan

halda yerli müəssisələrin ixrac qabiliyyətini müdafiə etmək üçün hökumətə

milli valyutanın başqa dönərli valyutalara nisbətən məzənnəsinin azalmasına

və eyni zamanda daxildə alıcılıq qabiliyyətinin yüksəldilməsinə çalışmaq

Mərkəzi Bankın valyuta bazarında alışyönlü iştirakının əvvəlki ilə

nisbətən azalması pul kütləsinin ekspansiv artımına da əhəmiyyətli

məhdudlaşdırıcı təsir göstərmişdir, yəni hal-hazırda valyuta müdaxilələri

tarazlaşdırılmış və dinamik qaydada aparılır ki, bu da aşağıdakı nəticəyə

gəlməyə imkan yaradır:

Monetar amillərin inflyasiyaya təsirinin nisbətən aşağı olmasını nəzərə

İnflyasiyanın aşağı düşməsində sərt pul-kredit siyasətini davam

Manatın revalvasiyası mühüm antiinflyasiya faktorudur.

Daha yüksək inflyasiya revalvasiyaya nisbətən daha təhlükəlidir;

İnflyasiya həm ixracatı, həm də daxili istehsalı birbaşa bahalaşdırmaq

Fiskal siyasət məcmu tələbin bütün komponentləri – istehlak,

investisiya, ixrac üzrə pula tələbin artmasına şərait yaradır.

Makroiqtisadi sabitliyin qorunması üçün pul emissiyasının məqbul

həddi müəyyən edilməlidir.

Milli valyutanın alıcılıq qabiliyyətinin artmasına nail olmaq.

Dollarlaşma səviyyəsinin azalması məqsədi ilə daha ciddi tədbirlər

Böyük həcmli xarici investisiyaların və xarici kreditlərin cəlb

olunması valyuta bazarına təzyiqi daha da artırar.

Fiskal ekspansiya manatın kursunun möhkəmlənməsini təmin edə

Yüksək inflyasiya və devalvasiya şəraitində nominal dəyərini

əhəmiyyətli dərəcədə itirmiş milli valyutanın davamlı iqtisadi sabitlik

şəraitində denominasiyası məqsədəmüvafiqdir.

Hal-hazırda valyuta bazarında proqnozlaşdırılan iri həcmli valyuta

təzyiqi şəraitində manatın məzənnəsinə və ölkənin strateji xarici ticarət

şəraitində neqativ təsirini neytrallaşdırmaq üçün valyuta bazarında aktiv

sterilizasiya siyasəti həyata keçirilməlidir. Məhz buna görə qiymətli kağızlar

bazarının effektliyi ondan ibarətdir ki, əhalinin əlində olan sərbəst pul

kütləsi qiymətli kağızlara investisiya edilməklə inflyasiyanın qarşısı xeyli

dərəcədə alına bilər. Digər tərəfdən, əsas amillərdən biri də odur ki, ölkəyə

daxil olan pul vəsaitlərinin qonşu ölkələrin qiymətli kağızlar bazarına

yerləşdirilməsi həyata keçirilsin.

Təcrübə göstərir ki, hər hansı bir ölkədə yüksək işsizlik şəraitində

məcmu xərclərin dəyişməsi qiymətlərin ümumi səviyyəsinə çox cüzi təsir

göstərdiyi bir şəraitdə məhsul istehsalına isə əhəmiyyətli dərəcədə təsir

göstərə bilər. Məşğulluğun səviyyəsi yüksək olan şəraitdə isə məcmu

məsrəflərin artması qiymətlərin ümumi artımına səbəb olur. Belə halda

inflyasiyanı nəzarətdə saxlamaq üçün məcmu xərcləri daimi nəzarətdə

Fikrimizcə rasionallaşdırma və qiymətlər üzərində nəzarət tədbirləri

digər əmtəələrə nisbətən ərzaq məhsullarının qiymətlərinin kəskin

artmasının qarşısını qismən də olsa ala bilər.

Qiymətlərin artmasının qarşısını almaq üçün vergiyə cəlb etmənin

elə bir proqramını işləyib hazırlamaq lazımdır ki, hətta nəzarətin zəif olduğu

bir şəraitdə belə istehlak və fərdi xərclərin məhdudlaşdırılması ilə yanaşı

qiymətlərin ümumi səviyyəsinin artımının qarşısını da ala bilsin. Vergiyə

cəlbetmə ilə sahibkarlara və ayrı-ayrı fərdlərin gəlirlərinin azalması

qiymətlərin səviyyəsinin artmasının qarşısını almaq üçün kifayət qədər

güclü vasitə olmaqla yanaşı, eyni zamanda istehsalın genişləndirilməsini də

Məkan əlamətinə görə xarici amil olaraq dünya bazarında xam neftin

qiymətinin artmasının istehsal xərclərinə təsiri nəticəsində idxal mallarının

bahalaşması və daxili bazardakı artan tələbin bir hissəsinin bahalı idxal

malları hesabına qarşılanmasından yaranır. Bu amilin perspektiv təsir

dərəcəsini sürətlə artan neft gəlirləri fonunda manatın məzənnəsinin kəskin

möhkəmlənməsi sayəsində idxal siyasətinin stimullaşması daha da artırır.

İdxal tariflərinin aşağı salınması və təminatlı bazar statusunun yaranması bu

amilin mövqeyini daha da möhkəmləndirə bilər. Bu baxımdan idxal

inflyasiyasının perspektiv xarakter daşıyacağını nəzərdə saxlayaraq, onun

təsirinin antiinflyasiya nöqteyi-nəzərdən neytrallaşdırılması problemi yaxın

gələcəyin gündəmində duran məsələlərdən hesab olunmalıdır.

Məkan əlamətinə görə daxili olaraq, milli iqtisadiyyata dövlət

vəsaitləri hesabına qoyulan investisiyaların həcminin kəskin artması və

strukturunun təkmil olmaması nəticəsində fəallaşıb. Məcmu tələbin

stimullaşdırılmasına gətirib çıxaran bu amilin fəallaşması ilk növbədə

istiqamətləndirilməsi, investisiya yönlü dövlət zəmanətli xarici kredit

qoyuluşlarının genişlənməsi və neft fondunun büdcəsinin xərc hissəsinin

artması hesabına baş verir. Ümumiyyətlə, müxtəlif mənbələrdən olan dövlət

xərclərinin kəskin artımı hesabına genişləndirilmiş fiskal siyasət yaxın və

orta müddətli dövrdə bu amilin inflyasiya təsirini daha təhlükəli həddə

Məkan əlamətinə görə endogen və həm də ekzogen amil olaraq,

istehsal xərclərinin tərkibinə daxil olan məsrəflərin qiymətlərinin artması və

strukturunun dəyişilməsi zamanı yaranır və dalğavarı səciyyə daşıyır. Bu

amil ikili təsir gücünə malikdir. Əvvəla, inflyasiya təsiri daha çox psixoloji

xarakter daşıyır və qısa zaman müddətində şok yaratmaq effektinə malik

olur. Daha sonra isə orta müddətli dövrdə fəaliyyət göstərən və bu zaman

xərc elementi kimi maya dəyərində maddiləşmə səviyyəsindən asılı olaraq

bir qrup məhsul və xidmətlər üzrə qiymət artımını şərtləndirir.

İqtisadi ekspansiya dedikdə ilk növbədə ölkənin iqtisadi təsir

sferasının genişlənməsi, yayılması ölkənin iqtisadi fəaliyyəti ilə digər

ölkələrin bazarlarının zəbt edilməsi, resurs mənbələrinin əlavə edilməsi

vasitəsilə sıxışdırılması başa düşülür.

Məcmu xərclərin səviyyəsinin yüksəlməsi ilə əlaqədar olaraq milli

gəlirin istənilən artımı özünün gələcək ekspansiyasında pul təklifi artmayana

qədər, şübhəsiz ki, məhdudlaşdırıcı maneələrlə rastlaşır ki, bu da əvvəl-axır

elə bir nöqtəyə çatacaqdır ki, pulun kəmiyyəti artmayana qədər bütün

gələcək məsrəflər qeyri-səmərəli olacaqdır. Eyni zamanda, ekspansiyanın

fərdi investisiyaların və hökumət xərclərinin artırılması vasitəsilə həyata

keçirilməsi də normal hal sayılır. Bu isə öz növbəsində multiplikativ proses

vasitəsilə istehlak xərclərinin artımını stimullaşdırır. Fərdi investisiyaların

və yaxud hökumət xərclərinin əhəmiyyətli artımı bank sistemindən

borlanmanı tələb edəcəkdir və bu halda toplanmış ehtiyatların artımı bank

maliyyələşdirilməsi hesabına həyata keçiriləcəkdir. İlkin mərhələlərdə

hökumət xərclərinin artımı gəlirlər hələ aşağı səviyyədə olduqda belə

vergilər və yaxud cəmiyyətdən borlanmalar hesabına maliyyələşdirilə

bilməz. Belə bir şəraitdə hökumət bank sisteminə müraciət etmək

Fiskal ekspansiya ilə yanaşı xarici investisiyaların böyük həcmli

axınları, dövlət təminatlı və dövlət təminatı olmadan xarici kreditlərin cəlb

olunması ilə bağlı qısamüddətli xarici kapitalın axını ehtimalı valyuta

bazarına təzyiqi daha da artırmaqla bərabər, manatın möhkəmləndirilməsini

də şərtləndirə bilər.

Fiskal ekspansiya ilə inflyasiya və istehsal arasında kəmiyyət

əlaqələrinin tədqiq edilməsi üçün aşağıdakı bir-biri ilə daha sıx bağlılığı

olan məsələlərin nəzəri cəhətdən araşdırılması məqsədəmüvafiqdir:

 Fiskal gəlirlərin artımının pul ekspansiyasına təsiri.

 Fiskal ekspansiya ilə inflyasiya əlaqələrinin tədqiqi.

 Fiskal ekspansiya ilə istehsal əlaqələrinin tədqiqi.

 İnflyasiyanın formalaşmasında monetar və qeyri-monetar amillər.

 İnflyasiyanın istehlak səbətinə uyğun bölgüsünün tədqiqi.

 İstehlak qiymətlərinin inflyasiyaya təsirinin qiymətləndirilməsi.

 İnflyasiya dövründə dövlətin pul siyasəti.

 Dövlət nəzarətinin inflyasiyaya təsirinin qiymətləndirilməsi.

Fikrimizcə, Türkiyədə və Gürcüstanda strateji əhəmiyyətə malik

müxtəlif sahələrə, o cümlədən, neft terminallarının qurulması, kimya

sənayesi, dəmiryolu, energetika, maliyyə sektoru və sair sahələrə sərmayə

qoyuluşu Azərbaycan üçün siyasi-iqtisadi baxımdan, çox dəyərli və faydalı

bir addım kimi qiymətləndirilə bilər.

İnflyasiyanın qarşısının alınması məqsədilə aşağıdakı tədbirlərin

həyata keçirilməsi məqsədəmüvafiqdir:

 Ümumi inflyasiya təzyiqini monetar metodlar vasitəsilə uzun

müddət nəzarətdə saxlamaq olmaz.

 Təkcə pul siyasəti ilə iqtisadiyyatda sabitliyə nail olmaq

 Dövlət büdcəsində hərbi xərclərin artımı inflyasiyanı

sürətləndirən amillər sırasına aid etmək olar.

 Sahibkarlığın maliyyə resursları ilə təmin olunmasında aşağı

faiz dərəcələrinin tətbiqi.

 Məhsul nə qədər aşağı qiymətə istehsal olunursa qiymət

artımı da bir o qədər aşağı olar.

 Antiinflyasiya tədbirlərindən biri və ən mühümü ölkədə

ərzaq bolluğunun yaradılmasıdır.

 Bazarlarda inhisar yaradan subyektlərin qarşısının qətiyyətlə

 Enerji daşıyıcılarının qiymətlərinin yüksək artımı istehsal

xərclərinin və nəticədə bütün digər məhsulların qiymət

artımına səbəb olur.

 Ölkəyə külli miqdarda pul axını bir qayda olaraq inflyasiyanı

 İnflyasiyaya nəzarət etmək üçün ilk növbədə kifayət qədər

büdcə artıqlığı yaratmaq lazımdır.

 Güclü inflyasiya təzyiqi şəraitində vergi yükünü stabil

saxlamaqla bərabər onun azaldılmasına nail olmaq.

 Qiymətlərin artımı inflyasiyanın yaranması üçün əsas ola

 İnflyasiyaya təsir edən amillərin ayrılıqda təsir dərəcəsini

qiymətləndirməklə daha səmərəli antiinflyasiya siyasəti

 İnflyasiyanı nəzarətdə saxlamaq məcmu xərcləri daimi

nəzarətdə saxlamağı tələb edir.

 Gəlirlərin azalması istehsalın genişləndirilməsini tələb edir.

 Kredit məhdudiyyəti istehsalı azaldan və gəlirin kəskin

deflyasiyasını yaradan səbəblərdəndir.

 İnflyasion təzyiq dövründə faiz dərəcəsi yüksək olduğu üçün

investisiya istehlak məsrəflərinə əhəmiyyətli təsir göstərə

 Əmək haqqının artımı

üstələdikdə onun qarşısının alınması vacibdir.

 İstehlak kreditlərinin məhdudlaşdırılması.

 Əmanət istiqrazlarının satışının gücləndirilməsi.

tənzimləmə siyasətinin aparıcı xəttinin qeyri-monetar amillər

 Neftin qiymətinin kəskin bahalaşması inflyasion meylləri

 Qiymətlərin ümumi səviyyəsinin dəyişməsi pul kütləsinin

dəyişməsi ilə müəyyən edilir.

 Qiymətlərin ümumi səviyyəsinin dəyişməsi bütövlükdə

məcmu xərclərin artmasına səbəb ola bilər.

 İşsizliyin səviyyəsi yüksək olduqda məcmu xərclərin

dəyişməsi qiymətlərin ümumi səviyyəsinə cüzi təsir

şəraitində belə məhsul istehsalına əhəmiyyətli dərəcədə təsir

 Tam məşğulluq şəraitində məcmu məsrəflərin artması

qiymətlərin ümumi artmasına səbəb olur.

 Vergiyə cəlbetmə vasitəsilə də ayrı-ayrı fərdlərin gəlirlərinin

azalması hesabına qiymətlərin səviyyəsinin artmasının

qarşısını almaq mümkündür.

Comments are closed, but trackbacks and pingbacks are open.