Press "Enter" to skip to content

Aşıq ələsgər

Dədəm dedi: – Oğul, mən öləcəm. İndi köhnə qurtarıb, təzə də hələ çıxmayıb. Ehtiyatınızı görün ki, qonağın yanında xəcalət olmayasınız.

Aşıq Ələsgər

Əzəl başdan pür-kamalı gərəkdi.
Oturub durmaqda ədəbin bilə,
Mərifət elmində dolu gərəkdi.

B [ redaktə ]

  • Baxt yatanda qohum-qardaş yad olu.
  • Bədəsildən hərgiz olmaz heç əsil.
  • Bəylik, göylük, səylik olan məclisdə,

Qaç ki, orda xeyir-bərəkət olmaz.

  • Bir adamsan, bir adama namə yaz,

Mahalı incidib, eldən danışma.

  • Bir qul düz dolansa haqqın yolunda,

Qəza tapmaz, ona bəla yetişməz.

  • Bir mərd ilə ağı yesən şirindi,

Yüz namərdlə şəkər yesən, dad olmaz.

Ömür üzsən yüzhayüz.

  • Bivəfanın, müxənnəsin, nakəsin,

Doğru sözün, düz ilqarın görmədim.

  • Bu dünyada üç şey başa bəladı,

Yaman oğul, yaman arvad, yaman at.
İstəyirsən qurtarasan əlindən,
Birin boşla, birin boşa, birin sat.

  • Bülbül gül üstündə xarı görəndə,

Qan ağlar, ruxsarı yaşa dayanmaz.

  • Bülbül gül yolunda keçər başından,

Əgər gül köysünə xarı çəkmiyə.

C [ redaktə ]

  • “Can” deməklə candan can əysik olmaz,

Məhəbbət artırar, mehriban eylər.

  • “Can” deyənə “can” deyinən mərdana,

Baş qoyanın, qoy yolunda başa baş.

  • Can qurban eləsən, layiqdi layiq,

Bir yar ki, mətləbi tez qanan ola.

  • Comərdin kisəsi, mərdlərin namı,

İnşallah, ölüncə az olmaz, olmaz.

Ç [ redaktə ]

  • Çırağın ki, ilahdən a yana,

Ehtiyacın nədi a yağa, yağa.

  • Çox gəzmişəm, az görmüşəm danəndə.
  • Çox da havalanıb coşma dünyada. [1]
  • Çox qazansan, az qazansan,

Beş arşın ağdı xələt.
Mal-dövlətə baş endirən,
Əfsana baş endirir.

  • “Çor” deyənin nəfi nədi dünyada,

Abad könlü yıxar, pərişan eylər.

D [ redaktə ]

  • Danışanda doğru danış,

Sözün çıxmasın qələt.

  • Doğru yola əmək çəksən zay olmaz.
  • Dostaxain baxan kor olacaqdı.
  • Dost dostdan inciyər, qəlbində dönməz.
  • Dostun məzəmməti adam öldürür.
  • Dost odur ki, dosta yalan satmasın.
  • Dost uzaq olmaqla könül yad olmaz.
  • Dövlətdən qismətin beş arşın ağdı.
  • Dövlətə güvənib gül tək açılma,

Çox sənin tək güllər soldu dünyada.

  • Düşman günü düşmanınla düşmandı,

Yüz il keçsə, qohum sənlə yad olmaz.

E [ redaktə ]

  • Eşit bu sözləri, saxla yadigar,

Gözəllərdə həya, iyidlərdə ar.

  • Eşqin ataşına heç olmaz çara.
  • Eşq oduna düşən aşkara yanmaz.

Ə [ redaktə ]

  • Əbəs yerə bivəfaya can dedim,

Zəhmətin çox çəkdim, karın görmədim.

  • Ədalət hakimin payi-turabı,

Kamil ustadlara qul kəmtər mənəm.

  • Ələsgər, elmində olma nabələd,

Doğru söylə, sözün çıxmasın qələt.

  • Əlin vurma gücün yetməyən daşa,

Götürə bilməzsən, zora düşərsən.

  • Əndəlib qan ağlar, zəhri çak olar,

Görsə gül üstündə xar nişanası.

  • Ərdən boşanmışdan bir az kənar dur.
  • Əyləşəndə ağır əyləş,

Danışanda az danış.

G [ redaktə ]

  • Gah baş olan, gah da düşər ayağa.
  • Gədadan bəy olmaz, dəlidən darğa.
  • Gədadan bəy olmaz, nakəsdən iyid.
  • Görürsən ki, baxtın yatdı, sən də yat.
  • Göz gözə baxanda halın soruşa,

Aləm düşman olsa, görüşmək olar.

  • Göz gözə baxmasa mehriban olmaz.
  • Gül olma dünya malına,
  • Günhkardı nə ki yoldan azan var.
  • Günü-gündən işi düşər müşgülə,

Hər kəs namus, qeyrət, arı çəkmiyə.

  • Güzəran xoş olub, gün xoş keçəndə,

Ağ otaqdan tövləxana yaxşıdı.

H [ redaktə ]

  • Haqdan yanan çıraq bad ilə sönməz.
  • Haqq ilə nahaqqı axtaran hakim,

Tapar qulaq ilə göz arasında.

  • Haqq, meyi islama haram buyurub,

Dərd tüğyan eləsə, mey içmək olar.

  • Haqq-nahaqq seçilər haqq divanında.
  • Haqq sözə gərəkdi düz qiymət olsun.
  • Haqq verməsə, qonşu payı pay olmaz.
  • Hər ağacdan sandal, hər yarpaqdan gül,

Hər torpağın tamı duz olmaz, olmaz.

  • Hər ağac kökündən bitər,

Hər meyvə gözlər zatın.

  • Hərca dilin salar bəlaya səni,

Çox da bilsən danış az, şair Nağı!

  • Hərcayıdan, müxənnəsdən, nadandan,

Nə söz qaldı sənətkara dəyməmiş.

  • Hərcayı sözüylə incimə dostdan.
  • Hərcayınan aşna olma,

Namərdə bel bağlama.

  • Hər kim ki, sidq ilə dilək diləsə,

Əlbəttə, mətləbin ha bular, bular.

  • Hər könül özünə bir padişahdı.

X [ redaktə ]

  • Xalqa həqiqətdə mətləb qandıra,

Şeytanı öldürə, nəfsin yandıra.
El içində pak otura, pak dura,
Dalısınca xoş sədalı gərəkdi.

  • Xeyir çəkməz ustad ilə dəyinən.

İ [ redaktə ]

  • İbadət eləyən mömin sayılı,

Səxavətin ondan çoxdu savabı.

  • İkiarvadlılıq mardan acı olu,

Bez geydirsən bir canana, yaxşıdı.

  • İki könül bir-birini tutmasa,

Alan da yazıqdı, gələn də yazıq.

  • İlqarın dalınca bir baş getməsin,

Onu bir qarpıza dəyişmək olar.

  • İncidənlər, incidəcək,

İncidibsən hər kəsi.

  • İnşallah, heç yerdə qalmaz avara,

Bir qula ki, Şahi-Mərdan yar olsun.

  • İyid cavanlıqda dəli gərəkdi,

Qocaldıqca mərfət tapa, hal bilə.

  • İyidlər məğrur olmasın,
  • İyid sarsıyarmı baxtı yatmasa.

K [ redaktə ]

  • Kərəm olmaz müxənnəsdə, xəsisdə.
  • Kəsb elə özünə halaldan maya.
  • Kibrdən qəlbində bərkitmə barı,

Top dəyər, dağılar bürcü, hasarı.

  • Kimi gördün ki, qəzadan

Qurtardı, qaçdı dünyada?!

  • Kişi gərək dediyindən dönməsin.
  • Kişi gərək zəhmət çəksin, tər salsın,

Süfra açsın, ad qazansın, dər salsın.

  • Könlümün şüşəsi saqın ki, sınar,

Toxunarsa ayna daşa, dayanmaz.

  • Könül, doğru yoldan gəl olma kənar,

Əyri yola gedən haqdan utanar.

Q [ redaktə ]

  • Qabiliyyətsiz, mərifətsiz qızların,

Yüzü bir dərdimənd dul ola bilməz.

  • Qarı düşmən bir də gəlib dost olmaz.
  • Qarşı gəlsə həsrət çəkən yar yara,

Ağlı çaşar, səri ay eylər qıj-qıj.

  • Qaytarmazlar pirə gələn qurbanı.
  • Qədər sənlə gəzəcəkdi,

İstər gir dəryaya gəz.

  • Qəlbi düz olanın evi hac olu.
  • Qonşuya kəc baxan özü ac olu.

L [ redaktə ]

  • “Lənət şeytana!” – de, şər işdən əl çək,

Şeytan səni salar ayaq-ayağa.

  • Ləzzət verər bal qatanda qaymağa,

Qaymaqdan da ləziz olar narın üz.

  • Loğmadan kəc olan, nüftədən əyri,

Yüz dərs olsa, pür kamala yetişməz.

M [ redaktə ]

  • Məğrurluq eləyən namurad olu.
  • Məğrurluq eləyib ustadan demə,

Vaxt olar bir yerdə dara düşərsən.

  • Mən aşığam, yasaq yoxdu dilimə.
  • Mənim sözüm yoldan çıxan mollanı,

İnşallah, qaytarar müsəlman eylər.

  • Mən istərəm alim, mömin yüz ola,

Meyli haqqa doğru, yolu düz ola.
Diliylə zəbanı üzbəüz ola,
Ələsgər yolunda can qurban eylər.

  • Mərd iyidə ölüm haqdı dünyada,

Yoxsul olub ahu-zarı çəkmiyə.

  • Mömindən törəyən xoş idrak olar.
  • Mövladan dərs alan heç düşməz ləngə.
  • Mövla məhəbbətin kəsməz sağ ərdən.

Əlinə fürsət keçməsin.
Halalı harama qatır,
Şeytana sovqat aparır.

  • Müxənnət qatar aşına

Ağı, gözlə, gözlə sən.

N [ redaktə ]

  • Nakəs, müxənnətdən mətləb diləmə.
  • Namərddə qaydadı, kəsər basdığın.
  • Namərdin dünyada çox çəkdim bəhsin,

Namusun, qeyrətin, arın görmədim.

  • Namus qədri bilib nanı gözləyən,

İnşallah, heç yerdə xəcalət olmaz.

  • Nütfədən qarışan şeyitbaz olar.
  • Nütfədən pak olan, loğmadan halal,

Mərifət elminə nabələd olmaz.

  • Nütfədən pak olan özü pak olar.
  • Nütfəsindən əyri olan,

Tez göstərər isbatın.

O [ redaktə ]

  • Ov keçdi bərədən, ata bilməzsən.

Ö [ redaktə ]

  • Öldürərsən zənburu, əl çəkmə şandan.

S [ redaktə ]

  • Sayğısız iyidi düşmən aldadar.
  • Sərraf yüz bəzəsə səngi-siyahı,

Əsli mütəlladı, ləl ola bilməz.

  • Sidqini bağlayan Şahi-Heydara,

İnşallah, heç yerdə qalmaz avara.

Ş [ redaktə ]

  • Şairin sinəsi haqq bazarıdı,

Satdığı kəlmələr ləl, mirvarıdı.

  • Şəryətdə halaldı qisasa qisas.
  • Şərü-böhtan doğru yola sığışmaz.

T [ redaktə ]

  • Tərəqqidən təvəllüddü tənəzzül.
  • Tər gəzən dünyada gedər tərsinə.
  • Təzə aşnalıqla köhnə dostluğun,

Fərqi var qış ilə yaz arasında.

  • Torpaq soyuq, bədən üryan, kəfən yaş,

Tək qalarsan tək məzarın içində.

U [ redaktə ]

  • Unutma ilqarı, itirmə iman,

İman durar düz ilqarın içində.

  • Uzaq vilayətdən qız sevən oğlan,

Yaxın qonşusundan soruş halını.

V [ redaktə ]

  • Varlıqda dost olma, yoxluqda kənar,

İyidəm deyəndə, bu adət olmaz.

Y [ redaktə ]

  • Ya dost olma, ya zəhmətdən incimə,

Dost yolunda boran, qar olacaqdı.

  • Yadın oğlu yağlı aşa mehmandı,

Dar günündə görərsən ki, usandı.

  • Yaxşı can yetişsə yaxşı canana,

Həmi gün xoş keçər, həm ay-il eylə.

  • Yaxşı yara qismət olmaz yaxşı yar.
  • Yalan deyib qeybət etmə,

Rəhmin gəlsin canına.

Z [ redaktə ]

  • Zikirsiz mömini şeytan aldadar.
  • Zinakar, haramxor yetişməz baya.
  • Zülmətdə işıq var, acıda şirin.

Yığıb ziyarata gedən.
Ziyarata getmək deyil,
Urusa sursat aparır.

Haqqında deyilənlər [ redaktə ]

  • Mehdi Hüseyn — “Xalq dilinin ən gözəl xüsusiyyətlərini bilən, bu dili yüksək şeir səviyyəsinə qaldıran Ələsgərdə məyyən bir fikir ifadə etməyən süni misralara rast gəlmirik”. [2]
  • İslam Ələsgər — “Şeirlərinin məzmunu və bədii dəyəri ilə heç bir aşıqla müqayisəyə gəlməyən Aşıq Ələsgər dodaqdəyməz, dildönməz, müstəzad təcnis, ərəb əlifbasının 28 hərfinin sıralandığı “əlif-lam” yaratmaqla Azərbaycan aşıq şeiri tarixində belə formalı şeir şəkillərinin əsasını qoymuşdur”. [3]
  • Ələddin Allahverdiyev — “Dədə Ələsgər yaradıcılığı köksündə dinimizi və dilimizi, lirikanı və hikməti, tarixi və fəlsəfəni, adət və ənənələrimizi, təbiəti və gözəlliyi, elmi və ürfanı bəsləyərək yalnız özünə məxsus olan çoxşaxəli obrazlı təxəyyül çığırlarıyla daim HƏQİQƏT adlanan yola doğru istiqamətdə olmuşdur”.

İstinadlar [ redaktə ]

  1. ↑ Ağıla və qəlbə işıq saçan sözlər. Bakı,2014. səh. 416
  2. ↑ M.Hüseyn. Ədəbiyyat və sənət məsələləri. Bakı, 1958, səh. 404
  3. ↑ İslam Ələsgər, “Sazlı-sözlü Göyçə” (II kitab), Bakı, “Elm və təhsil”, 2018. Səh. 5

bilgibitig

Böyük aşıqlarından və ustadlarından biri olan Aşıq Ələsgər, Türk milli ədəbiyyatının tərkibi olan qoşma, dodaqdəyməz, qıfılbənd, təcnis, cığalı təcnis, gəraylı şeir növlərində yazmış, Türk milli ədəbiyyatının zəngin olmasında xidmətlər göstərmişdir.

İrəvan bəyliyinin Ağkilsə kəndində 1821-ci ilin mart ayında doğulan Aşıq Ələsgər uşaqlıq və gənclik illərini Ağkilsə kəndində keçirmişdir. Yeniyetməlik vaxtında Qurban adlı bir adamın yanında işləyən Ələsgər onun Səhnəban qızını sevdiyi üçün onu işdən uzaqlaşdırmışlar. Güclü yaddaşı olan gənc Ələsgər məclislərdə həvəslə iştirak edir, eşitdiyi hədisləri, heykayə və dastanları tam olaraq yaddaşında saxlaya bilirdi.

Toplantılarda eşitdiyi söhbətlərlə maariflənən gənc Ələsgər ilk şeirinidə gənclik illərində yazmışdı. Daha sonra şeirə və ozanlığa olan hədsiz marağına görə atası onu görkəmli aşıq və ustad olan Aşıq Alının yanına apararaq ona şagird (şəyird) vermişdi. Aşıq Alının yanında şəirdliyin tamamlayan Aşıq Ələsgər sonra düyünlərdə, məclislərdə iştirak etmiş, həm Göyçədə, həmdə digər Türk ellərində tanınmış və böyük şöhrət sahibi olmuşdur. Aşıq Ələsgər 40 yaşında Göyçə elinin, Kəlbəcər bölgəsinin Yanşaq köyündən Anaxanım adlı qızla evlənmişdir.

Hayların 1915-1919-cu illərdə hər yerdə o cümlədən Göyçə elindədə törətdiyi vəhşiliklər Ağkilsə kəndidnən yan keçməmiş, orda yaşayan Türklərdə vəhşiliklərin qurbanına çevrilmişlər. Hay hücumları nəticəsinə Ağkilsədən çıxan Aşıq Ələsgər Kəlbəcər və Tərtərdə yaşamışdır. 1921-ci ildə yenidən öz köyünə geri dönmüşdür. Köç həyatı və köyünə geri qayıdışı Aşıq Ələsgərin qardaşı oğlu Aşıq Nəcəf öz xatirələrində belə təsvir edir: Mənim vaxtım hələ Qanlı kənddə olanda tamam idi. Allahdan aman istədim ki, sən məni əziz yaradıbsan; dünyanın belə dar vaxtında bu qürbət eldə məni urvatsız eləmə. Allahımdan razıyam ki, diləyimi tutdu, bu qədər mana möhlət verdi. İndi o vaxtdan 6-7 il kecir. Hec kəs ölümdən yaxa qurtara bilməz. İndi öz elimin-günümün içindəyəm. Belə ölüm toy-bayramdır.

Öz köyünə dönən böyük ustad təxminən 5 ildən sonra 1926-cı ilin mart ayında dünyadan köçdü. Nəşi Ağkilsə köyünün məzarlığında dəfn edildi. Böyük ustad Aşıq Ələsgərin ölümünü qardaşı oğlu Aşıq Nəcəf belə xatırlayır:

Söhbət eləyirdik. Birdən qardaşım Bilal gəldi ki, dədəm Bəşiri çağırır. Soruşduq, nə iş var? Dedi, deyəsən dədəm naxoşlayıb. Hamımız Bəşirnən getdik. Gördük, dədəm ağac çarpayının üstündə əyləşib, mütəkkəyə dirsəklənib, qabağında da bir istəkan çay var. Amma bir az beikefdir.

Bəşir soruşdu: -Ay dədə, məni neynirdin?

Dədəm dedi: – Oğul, mən öləcəm. İndi köhnə qurtarıb, təzə də hələ çıxmayıb. Ehtiyatınızı görün ki, qonağın yanında xəcalət olmayasınız.

Hamımız bir-birimizin üzünə baxdıq. Dədəmin nəyi var ki, belə deyir?! Təəccübləndiyimizi biləndə dedi: – Mənim vaxtım hələ Qanlı kənddə olanda tamam idi. Allahdan aman istədim ki, sən məni əziz yaradıbsan; dünyanın belə dar vaxtında bu qürbət eldə məni urvatsız eləmə. Allahımdan razıyam ki, diləyimi tutdu, bu qədər mana möhlət verdi. İndi o vaxtdan 6-7 il kecir. Hec kəs ölümdən yaxa qurtara bilməz. İndi öz elimin-günümün içindəyəm. Belə ölüm toy-bayramdır.

Hərə bir yandan dilləndi: – Ay dədə, Allaha şükür, sənin nəyin var ki, belə deyirsən? Dədəm gülümsündü. Bəşir dilləndi: – Niyə gülürsən? Düz deyirik da!

– Oğul, düz deməyinizə, səhv deməyinizə gülmürəm: ona gülürəm ki, mana ürək-dirək verirsiniz. Öləcəyimi bilməsəm bu sözü hec deməzdim. Siz ehtiyatınızı görün. Ölərəm, ölərəm, ölmərəm ölmərəm…

Dədəmə heç kəs ölümü yaxın tutmasa da, onun vəfat edəcəyinə inandıq. Çünki dədəm nə desə elə də olurdu. Soraqlaşıb öyrəndik ki, Zərzibil kəndinə (Zər-kənd) satmaq üçün yağ-bal gətiriblər. Növrəs İmanla mən getdik, üç-dörd dəri yağ və bal alıb gətirdik. Dədəm soruşdu ki, a bala, yağ-balı kimdən aldınız? Dedik, Kəlbəcərdən Hacı Şamməmmədgilin adamları gətirmişdi, onlardan aldıq.

Dədəm dedi: – A bala, Allah yetirib, onların məhsulu cox təmiz olur.

O günün sabahı dədəmin öləcəyi xəbəri kəndə yayıldı. Qohum-qardaş, tanış-biliş gəlib ona baş cəkirdi. Dogrudan, dadədəmin əhvalı dəyişmişdi. Çörəyə-xörəyə iştahı yoxuydu. Murad oğlu Cəmil də dədəmin yanına gəlmişdi. O, Kəlbəcərin Dəmirçidam kəndindən idi. Köçüb Ağkilsəyə gəlmişdi. Bizimlə qonşu idi. Cəmil cibindən bir nar çıxartdı, dədəmin yastığının yanına qoydu. Məşədi əmim (Məşədi Salah) narı qırıb nəlbəkiyə dənələdi, dədəmin qabağına qoydu. Dədəm xahiş elədi ki, narın dənələrindən burdakılara paylayın. Heç kəs razı olmadı. Dədəm dedi: – Əgər bilsəm ki, o nar məni bu yoldan qaytaracaq, hec kəsə vermərəm, deyərəm, gedin, yenə tapın gətirin. Allahdan cox razıyam ki, son nəfəsimdə ürəyim istəyəni mana yetirdi. Burdakıların hamısı o nardan dadmasa, mən də dilimə vurmayacam.

Dədəm belə deyəndə, burdakı adamların bəzisi iki, bəzisi bir dənə götürməyə məcbur oldu. Bundan sonra dədəmdə nardan yedi. Hamı məyus olmuşdu. Dədəm Bəşirə üzünü tutub dedi: – Oğul, gəlsənə, bir Quran oxuyasan!

Bunun nə demək olduğu aydın idi. Hamının ürəyindən bir sızıltı keçdi. Dədəm bizim narahat olduğumuzu biləndə dedi: – Diri üçün də Quran lazımdır!

Bəşir Quran oxumağa başladı. Dədəm tez-tez salavat cevirirdi. Məşədi əmim, Məmməd əmim xəlvət-xəlvət ağlayırdılar. Bəşir dədəmin ölümünü yəqin etmişdi. Bir azdan onu da yaş boğdu, qəhərləndi, oxuya bilmədi. Tez Molla Nağını cagırdılar. Molla Nağı yaxın qonşumuz idi. Gəldi. O, bir əşrə Quran oxuyub tamam eləyəndə dədəmin də ömrü tamam oldu.

Asiq Elesger – Wikipedia

Daha ətraflı məlumat üçün məqalənin müzakirə səhifəsinə baxa və məqaləyə uyğun formada mənbələr əlavə edib Vikipediyanı zənginləşdirə bilərsiniz.

Aşıq Ələsgər (Ələsgər Alməmməd oğlu; təq. 22 mart 1821 [1] [2] , Ağkilsə – 7 mart 1926 [3] [1] […] , Ağkilsə , Yeni Bəyazid qəzası ) — Azərbaycanlı aşıq.

Mündəricat

  • 1 Həyatı
  • 2 Yaradıcılığı
  • 3 Ustad sənətkar
  • 4 Həyat fəaliyyəti
  • 5 Şəcərəsi
  • 6 Kitabları
  • 7 Ədəbiyyat
  • 8 İstinadlar
  • 9 Həmçinin bax
  • 10 Xarici keçidlər

Aşıq Ələsgər 1821-ci ildə Göyçə mahalının Ağkilsə kəndində anadan olmuşdur. Atası Alməmməd kəndin hörmətli şəxslərindən sayılırdı; əsas məşğuliyyəti dülgərlik idi. Eyni zamanda, bədahətən söz demək, şeir qoşmaq istedadı vardı. Ara-sıra qoşma, bayatı, gəraylı söyləyərdi.

Alməmməd kişinin ailəsi böyük idi: dörd oğlu, iki qızı vardı. Uşaqlarını saxlamaq üçün o, Cavanşir mahalının meşələrindən quru ağac, odun daşıyır, Göyçə mahalının kəndlərində satır, 8 nəfər külfətini bir qarın ac, bir qarın tox dolandırırdı.

Uşaqları böyüdükcə Alməmməd kişinin qayğıları da çoxalırdı. Artıq o, ailəsinin ehtiyaclarını ödəyə bilmir, tez-tez maddi çətinlik qarşısında qalırdı. Buna görə də böyük övladı Ələsgəri 14 yaşında Kərbəlayı Qurban adlı bir varlıya nökər verir. Ələsgər 2 il Kərbəlayı Qurbanın həyətində nökərçilik edir.

Təbiətcə mülayim, insanpərvər bir şəxs olan Kərbəlayi Qurbanın Səhnəbanı adında 10–12 yaşlı bir qızı vardı. Yeniyetmə Ələsgərlə onun arasında mehriban, səmimi münasibət yaranmış, onlar bir-birini sevmişlər. Ancaq Kərbəlayı Qurbanın Məhərrəm adlı bir qardaşı vardı. Var-dövləti çox olduğuna görə mahalda ona “pullu Məhərrəm” deyirdilər. O, Səhnəbanını öz oğluna almaq istəyirdi. Buna görə gənclərin bir-birinə olan məhəbbətindən xəbər tutan kimi Ələsgəri Kərbəlayı Qurbanın həyətindən qovdurur. Səhnəbanını isə öz oğluna alır. Uşaqlıq və yeniyetməlik illərini Ağkilsədə keçirən Aşıq Ələsgər xüsusi təhsil ala bilməmişdi. O, sənətin sirlərini kənd camaatının içində, el sənətkarlarının və ağsaqqallarının yanında öyrənmişdi. Hələ kiçik yaşlarından tez-tez müxtəlif məclislərə gedən Ələsgər mollaların hadisələrinə, dərvişlərin nağıllarına, aşıqların dastanlarına həvəslə qulaq asır. Güclü yaddaşı olduğundan eşitdiyi söhbətlərin hamısını hafizəsində saxlayar, sonra heç bir çətinlik çəkmədən başqalarına danışardı.

Yaradıcılığı

Aşıq Ələsgərin doğulduğu Ağkilsə kəndindəki məzarı.

Azərbaycan xalq şeirinin ən böyük nümayəndələrindən və bu şeirin ən uca zirvələrini fəth edən sənətkarlardandır. Aşıq poeziyasını bol həyati müşahidələrlə zənginləşdirmiş, həm məzmun, həm forma rəngarəngliyi, həm də saf, duru xalq dilindən istifadə baxımından Aşıq Ələsgər Azərbaycan, ümumən türk şeirinə misilsiz xidmətlər göstərmişdir.

O bir sıra görkəmli aşıqlardan dərs almış, özündən sonra gələn aşıqlara qüvvətli təsir göstərmişdir. Demək olar ki, aşıq yaradıcılığının bütün sahələrinə müraciət etmiş və Azərbaycan ədəbiyyatında böyük iz buraxmışdir.

Dodaqdəyməz, müxəmməs, qıfılbənd, təcnis, cığalı təcnis, gəraylı, divani və s. bu kimi şeir növləri Aşıq Ələsgər yaradıcılığında özünü bəlkə də ən gözəl şəkildə biruzə verməkdədir. Görkəmli Azərbaycan şairi Səməd Vurğun öz çıxışlarının birində belə demişdir:

“Hansı mövzuya əl atıram, hansı daşı qaldıram altında Dədə Ələsgərdən bir nişanə görürəm”. [4]

Dövrünün savadlı şəxslərindən biri olan Aşıq Ələsgər bir çox dünya elmləri ilə yanaşı İslamı da dərindən bilən birisi kimi ad qoymuş və bu sahəyə öz yaradıcılığında geniş yer vermişdir.

Ələsgər xümsünən zəkatın verə
Əməlin mələklər yaza dəftərə,
Hər yanı istəsə, baxanda görə,
Təriqətlə bu sevdalı gərəkdi

Deyən Dədə Ələsgər öləcəyi günü belə bir gün öncədən öz yaxınlarına xəbər vermişdir. Yaradıcılığında nəsihətamiz şeirlərə geniş yer verən Aşıq Ələsgər xalq tərəfindən sevib sevilmiş və el ağsaqqalına çevrilmişdir.

Ustad sənətkar

O, ilk şerlərini də yeniyetməlik çağlarında aşıqların, xalq sənətkarlarının təsiri ilə söyləmişdir. Səhnəbanıdan ayrılandan sonra isə ilhamı daha da coşub-çağlamış, çalıb-oxumağa, söz deməyə meyli çoxalmışdır. Bu zaman atası onu qızılvəngli Aşıq Alının yanına aparmış, Ələsgər Alının şəyirdi olmuşdur.

Bir müddət ustad yanında şəyirdlik edən Ələsgər aşıqlıq sənətinin sirləri ilə bərabər, ədəb və mərifət qaydalarını da öyrənmişdir. Aşıq Alı onu tamam hazırlayandan sonra bir toy məclisində Ələsgərlə deyişmiş və şəyirdinin şöhrətini qaldırmaq, onu el içində ucaltmaq məqsədilə özünü qəsdən məğlub edərək sazını qalib tərəfə-Ələsgərə təslim etmək istəmişdir. Ələsgər isə böyük təvazökarlıq hissi ilə ustadının qarşısında baş əyib, ona öz ehtirəmını bu sözlərlə ifadə etmişdir:

Bir şəyird ki, ustadına kəm baxa,
Onun gözlərinə qan damar, damar

Şəyirdlik dövrünü başa vurduqdan sonra Ələsgər əvvəlcə Göyçədə aşıqlıq etmiş, ağır toy məclisləri aparmışdır. Tezliklə onun şöhrəti qonşu mahallara yayılmış, Ələsgər gözəl bir sənətkar kimi İrəvana, Naxçıvana, Qazaxa, Qarabağa, Cavanşir ellərinə, Gəncəyə, Kəlbəcərə çağrılmış, hər yerdə özünün yüksək mərifəti, ədəbi, gözəl səsi, bənzərsiz ifası ilə məclisdəkiləri heyran qoymuşdur.

Aşıq Ələsgərin səsi, nəfəsi, mənəvi-əxlaqi zənginliyi kimi zahiri görkəmi də aşıqlıq sənəti üçün biçilmişdi. Müasirlərinin dediyinə görə o, ucaboy, enlikürək, bədəncə sağlam, qüvvətli imiş. Qara gözləri, qalın çatma qaşları, dolu sifəti, iri burnu varmış. Əyninə uzun ətəkli arxalıq, üstündən çuxa, ayağına məst geyər, başına buxara papaq qoyarmış. Başını təmiz qırxdırıb saqqal saxlarmış. Sazı sol əli ilə çalar, sağ əlini pərdələr üzərində gəzdirər, zil nazik səsi ilə çox şirin və məlahətli oxuyarmış.

Bu keyfiyyətlər onu Azərbaycanın hər yerində şöhrətləndirmiş, ustad bir sənətkar kimi məşhurlaşmışdır. Tezliklə aşığın ətrafına çoxlu şəyirdlər toplaşmış, Ələsgər onlara aşıqlıq sənətinin sirlərini başa salmış, saz tutub söz deməyi öyrətmişdir. Bu aşıqların çoxu sonralar görkəmli sənətkar kimi tanınıb məşhurlaşmışlar. Ustad özü şerlərinin birində çoxlu şəyirdlər yetişdirməsini xatırlayaraq iftixarla deyirdi:

Adım Ələsgərdi, mərdi-mərdana,
On iki şəyirdim işlər hər yana.

Azərbaycanın müxtəlif bölgələrində toylara aşıq kimi də dəvət olunmuşdur.

Həyat fəaliyyəti

Aşıq Ələsgər Azərbaycan poçt markası üzərində (1998)

İlk məhəbbəti daşa dəyəndən sonra uzun müddət Səhnəbanını unuda bilməyən Ələsgər 40 yaşına qədər subay qalmış, sonra Kəlbəcərin Yanşaq kəndindən Anaxanım adlı bir qızla evlənmişdir. O, gözəl bir ailə başçısı olmuş, həmişə uşaqlarının maddi-iqtisadi qayğılarını çəkmişdir. Övladlarının nazı ilə oynayan aşıq, eyni zamanda, öz əməksevərliyi, iş-gücü ilə onlara nümunə göstərmişdir.

Aşığı görənlərin dediyinə görə, o, zəhməti sevən, ömrünün axırına qədər əlini işdən çəkməyən bir adam imiş. Yaz-yay aylarında əkinçiliklə, qışda isə aşıqlıqla məşğul olarmış. Lap qoca yaşlarında əkin əkər, yer şumlayar, taxıl və ot biçininə gedər, xırman işləri görərmiş. Onun əlindən dülgərlik, araba bağlamaq, dəyirman sazlamaq, ev tikmək işləri də gəlirmiş. Ömrünün çoxunu xalqın içərisində, toy, şadlıq məclislərində keçirən Aşıq Ələsgər təkcə Azərbaycanda yox, Türkiyədə, İranda və Dağıstanda da ustad bir sənətkar kimi tanınmışdır. XIX əsrin 50-ci illərindən başlayaraq çiynində saz müxtəlif mahalları gəzib-dolaşan aşıq xalqın şad günündə, toy-düyünündə çalıb-çağırmış, onun ağır vəziyyətini gördükdə baisi yamanlamış, ona lənətlər yağdırmışdır.

Qoca yaşlarında Aşıq Ələsgərin həyatında bir neḉə bədbəxt hadisə baş verir. 1910, yaxud 1912-ci ildə onun xalası oğlu Molla Rəhim 28 illik sürgündən sonra qayıdıb Ağkilsəyə gəlir. Ələsgərin oğlu Bəşir bilmədən onu güllə ilə vurub öldürür.Bu hadisədən möhkəm təsirlənən aşıq:

Nagah badi-sərsər əsdi üstümə,
Ömür bostənımın tağı kəsildi.
Öz əlimlə xəta dəydi özümə,
Bədəndən qolumun sağı kəsildi-
bəndi ilə başlanan qoşmasını yazmışdır.

1915-ci ildə aşığın həyatında daha kədərli bir hadisə baş verir: qardaşı oğlu, həm də kürəkəni cavan yaşında vəfat edir. Bir il sonra oğlu Bəşir kəndin kovxasını güllə ilə vurub qaçır. Bundan ötrü aşığın qardaşı Xəlili və ortancıl oğlu Əbdüləzizi tuturlar. Bu hadisələr qoca aşığın qəlbində dərin bir qüssə, qəm-kədər əmələ gətirir. Onun sənətkar ürəyi elə tutulur ki, bir daha əlinə saz alıb çala bilmir.

1918–1919-cu illərdə daşnakların türklərə törətdiyi qırğın nəticəsində Göyçə mahalının var-yoxu talanmış, əhali öz dədə-baba yurdunu tərk edib başqa yerlərə köçməyə məcbur olmuşdur. İki ilə qədər Yanşaqda yaşayan aşıq-şair sonra Tərtərə köçmüş, bir neçə ay da orada qalmışdır. Bu yerlərin hər birində aşığı hörmətlə qarşılasalar da, onun ürəyi-gözü Göyçədə idi. Qəlbi tez-tez qubarlanır, gözünü açıb gördüyü doğma yerlər: Sarınər, Murov, Muşoy dağları, Xaçbulaq yaylaqları üçün darıxırdı.

Nəhayət, 1921-ci ildə o, Ağkilsəyə qayıtmış, ömrünün son illərini doğma kəndində yaşamışdır. Ancaq onun çal-çağırlı günləri qurtarmışdı. Ömrünü toylarda, şadlıqlarda keçirən aşıq evdə oturmaqdan darıxır, qocalıqdan, xəstəlikdən şikayətlənirdi.O, tez-tez keçmiş günləri xatırlayır, dünya, həyat barədə düşünüb kədərlənirdi:

Səksəni, doxsanı keçibdir yaşım,
Əzrayıl həmdəmim, məzar yoldaşım.
Gor deyə tərpənir bəlalı başım,
Daha köç təbilin çal, qoca baxtım.

Aşıq Ələsgər 1926-cı il mart ayının 7-də doğulduğu kənddə vəfat etmiş, Ağkilsə qəbiristanlığında dəfn olmuşdur. Aşığın ölümündən sonra Azərbaycan folklorçuları onun əsərlərini toplayıb yazıya almış və nəşr etmişlər. 1972-ci ildə Aşıq Ələsgərin anadan olmasının 150 illiyi Azərbaycanın hər yerində böyük təntənə ilə qeyd olunmuş, bu münasibətlə Azərbaycan Elmlər Akademiyası tərəfindən onun əsərlərinin ikicildlik elmi nəşri hazırlanmış və çap edilmişdir.

  1. Aşıq Ələsgər. (toplayıb tərtib edəni İ.Ələsgər). I kitab, Bakı, Elm, 1972, 326 s.
  2. Aşıq Ələsgər. (toplayıb tərtib edəni İ.Ələsgər). II kitab, Bakı, Elm, 1972, 327 s.
  3. Aşıq Ələsgər. (Əsərlıəri, dastan – rəvayətlər, xatirələr) (toplayıb tərtib edəni İ.Ələsgər).. Bakı: Şərq-Qərb, 1999, 578 s.
  4. “Aşıq Ələsgər-150”. Məmmədhüseyn Təhmasib. Seçilmiş əsərləri. 2 cilddə. I cild. Bakı: Mütərcim, 2010. — səh. 318–327.
  5. Aşıq Ələsgər. Bakı, “Elm və təhsil”, 2012. 280 səh. (Tərtib edəni və nəşrə hazırlayanı: Musa Nəbioğlu) [6]

Comments are closed, but trackbacks and pingbacks are open.