Press "Enter" to skip to content

Aqata Kristi Ölümlə Görüş PDF

Romanda Herkül Puaronun Yaxın Şərqdəki macəralarından söz açılır. Qüdsdə istirahət edərkən məşhur dedektivin təsadüfən eşitdiyi söhbət böyük bir cinayətin üstünü açmağa kömək edir.Tiran, sadist, qəddar ana olan Miss Boyntonun qatilini axtararkən Puaro bütün ailə ilə üzləşməli olur. Bəs kimdir günahkar? Puaro əmindir ki, sadəcə şübhəlilərlə söhbət etmək canini tapmağa kifayət edir.
Aqata Kristinin “Ölümlə görüş” dedektiv romanı ilk dəfə Böyük Britaniyada Collins Crime Club nəşriyyatı tərəfindən, 1938-ci ilin mayında çap edilib. Amerikada isə kitabı Dodd, Mead and Company nəşriyyatı elə həmin ildə çap edib.
BİRİNCİ HİSSƏ 1
– Başa düşürsən, hə? O öldürülməlidir!
Sual sakit qaranlıq gecəyə axdı, orada bir müddət asılı qaldıqdan sonra yenidən Ölü Dəniz tərəfə, qaranlığa gömüldü.
Erkül Puaro əlini pəncərə tutacağına qoyub, bir dəqiqə susdu. Sonra qaşqabağını tökərək pəncərəni bağladı ki, zərərli gecə havası içəri daxil olmasın. Erkül Puaro uşaqlıqdan əmin idi ki, çöl havası elə çöldə qalmalıdır və xüsusilə də gecə havası sağlamlıq üçün çox ziyanlıdır.
Pəncərələrin pərdəsini çəkdikdən sonra Puaro gülümsəyərək yatağına tərəf getdi. “Başa düşürsən, hə? O öldürülməlidir!” sözlərini yenidən düşünərək sakitcə gülümsədi. Bu, detektivin Qüdsdə ilk gecədə eşitdiyi sözlər idi.
“Doğrudan da hara gedirəmsə mütləq cinayət baş verməlidir!” – o mızıldandı. Yazıçı Antoni Trollop haqqında
eşitdiyi lətifəni yadına saldıqda yenidən gülümsədi.
Trollop Atlantik okeanında gəmidə üzərkən iki sərnişinin onun son romanı barədə danışdığını eşidir. Onlardan biri deyir:
– Çox əladır. Amma gərək o, darıxdırıcı qoca qadını – öldürəydi.
Romançı onlara yaxınlaşaraq gülümsəyir və deyir:
– Centlmenlər, çox minnətdaram. Elə bu dəqiqə gedib onu öldürəcəyəm!
Erkül Puaro indicə eşitdiyi sözlərə nəyin səbəb olduğunu düşündü. Bəlkə kimsə pyes və ya kitab yazır. Sonra təbəssümünü pozmadan fikirləşdi: “Bu sözlər bir gün pis mənada xatırlana bilər”.
O sözləri deyən səsi fikirləşdi. Səs kişiyə və ya gənc oğlana aid idi və olduqca gərgin, əsəbi idi.
Erkül Puaro yatağının yanındakı gecə lampasını söndürərkən düşündü: “O səsi yenidən eşitsəm, yəqin ki, – tanıyaram. ”.

Aqata kristi ölümlə görüş indir

» Скроллы

» Сообщества

» Фото

» FAQ

» Рейтинг

» Поиск

» ЖЗЛ

Suzanna | Нет записей

« 2023 март »
Пн Вт Ср Чт Пт Сб Вс
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31

Aqata Kristi “Ölümlə Görüş” PDF

Romanda Herkül Puaronun Yaxın Şərqdəki macəralarından söz açılır. Qüdsdə istirahət edərkən məşhur dedektivin təsadüfən eşitdiyi söhbət böyük bir cinayətin üstünü açmağa kömək edir.Tiran, sadist, qəddar ana olan Miss Boyntonun qatilini axtararkən Puaro bütün ailə ilə üzləşməli olur. Bəs kimdir günahkar? Puaro əmindir ki, sadəcə şübhəlilərlə söhbət etmək canini tapmağa kifayət edir.
Aqata Kristinin “Ölümlə görüş” dedektiv romanı ilk dəfə Böyük Britaniyada Collins Crime Club nəşriyyatı tərəfindən, 1938-ci ilin mayında çap edilib. Amerikada isə kitabı Dodd, Mead and Company nəşriyyatı elə həmin ildə çap edib.
BİRİNCİ HİSSƏ 1
– Başa düşürsən, hə? O öldürülməlidir!
Sual sakit qaranlıq gecəyə axdı, orada bir müddət asılı qaldıqdan sonra yenidən Ölü Dəniz tərəfə, qaranlığa gömüldü.
Erkül Puaro əlini pəncərə tutacağına qoyub, bir dəqiqə susdu. Sonra qaşqabağını tökərək pəncərəni bağladı ki, zərərli gecə havası içəri daxil olmasın. Erkül Puaro uşaqlıqdan əmin idi ki, çöl havası elə çöldə qalmalıdır və xüsusilə də gecə havası sağlamlıq üçün çox ziyanlıdır.
Pəncərələrin pərdəsini çəkdikdən sonra Puaro gülümsəyərək yatağına tərəf getdi. “Başa düşürsən, hə? O öldürülməlidir!” sözlərini yenidən düşünərək sakitcə gülümsədi. Bu, detektivin Qüdsdə ilk gecədə eşitdiyi sözlər idi.
“Doğrudan da hara gedirəmsə mütləq cinayət baş verməlidir!” – o mızıldandı. Yazıçı Antoni Trollop haqqında
eşitdiyi lətifəni yadına saldıqda yenidən gülümsədi.
Trollop Atlantik okeanında gəmidə üzərkən iki sərnişinin onun son romanı barədə danışdığını eşidir. Onlardan biri deyir:
– Çox əladır. Amma gərək o, darıxdırıcı qoca qadını – öldürəydi.
Romançı onlara yaxınlaşaraq gülümsəyir və deyir:
– Centlmenlər, çox minnətdaram. Elə bu dəqiqə gedib onu öldürəcəyəm!
Erkül Puaro indicə eşitdiyi sözlərə nəyin səbəb olduğunu düşündü. Bəlkə kimsə pyes və ya kitab yazır. Sonra təbəssümünü pozmadan fikirləşdi: “Bu sözlər bir gün pis mənada xatırlana bilər”.
O sözləri deyən səsi fikirləşdi. Səs kişiyə və ya gənc oğlana aid idi və olduqca gərgin, əsəbi idi.
Erkül Puaro yatağının yanındakı gecə lampasını söndürərkən düşündü: “O səsi yenidən eşitsəm, yəqin ki, – tanıyaram. ”.

1890 – 1976

Onu «cinayətlərin kraliçası» adlandırırdılar, amma özünün başqa — “Ölüm hersoginyası” titulu xoşuna gəlirdi. Onun dahi təfəkküründə yüzlərlə ölüm və oğurluq hadisəsinin ideyası yaranmışdı. Odlu silahdan zəhləsi getsə də, zəhərləri.

Mir.az-a Dəstək üçün ianə edin!

Saytımızın aktiv qala bilməsi üçün Patreon hesabı açdıq və dəstəyinizi gözləyirik. Bir neçə dollar olsa belə, töhfəniz bizim üçün çox şey deməkdir. Niyə dəstəyə ehtiyacımız var?

Aqata Kristi “Ölümlə Görüş” PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

aqata-kristi-olumle-gorus.pdf

Saytımızdakı kitablar tanıtım məqsədi ilə oxuculara təqdim olunur. Bu kitablar müxtəlif mövzularda və müxtəlif müəlliflər tərəfindən yazılmış əsərlərdir.
Unudulmamalıdır ki, müəlliflərin və nəşriyyatların zəhməti ilə üzə çıxan bu əsərlər bir çox çətin proseslərdən keçərək kitab halına gəliblər. Buna görə də müəlliflərə və nəşriyyatlara dəstək olmaq üçün kitabları almağı tövsiyə edirik.

Agata Kristi

Agatha Christie, ingilis yazıçısı (detektiv proza)
Aqata 1890-cı il sentyabrın 15-də İngiltərənin Torku şəhərində anadan olub. Varlı bir ailədə böyüyən Agatha Christie-nin tərcümeyi-halında ilk təhsili evdə aldı. Daha sonra Aqata bir qızı olan leytenant Archibald Christie ilə evləndi.

Bir neçə ildən sonra əri ilə münasibətlər çətinləşdi və bir dəfə Agatha hətta əsəb böhranı keçirdi (eyni zamanda yox oldu).
Boşandıqdan və bir müddət sonra yenidən evləndikdən sonra növbəti ər Maks Mallowan oldu. Bir neçə dəfə Aqata onunla birlikdə Suriyaya, İraqa getdi. Birinci Dünya Müharibəsi başlayanda o, xəstəxanada işləyirdi.

Yazıçı Agatha Christie-nin tərcümeyi-halında ilk dəfə onun romanı 1920-ci ildə nəşr olundu (“Stillərdə sirli iş”). Aqata Kristinin romanlarının baş qəhrəmanları Herkül Puaro və Miss Marpl oxucuların aşiq olmasına səbəb olub. Dedektiv romanların çox uğurlu olduğunu sübut etdi və 1958-ci ilə qədər Agatha Christie hətta Detektiv Klubuna rəhbərlik etdi. Aqata Kristinin digər əsərləri arasında – “On kiçik hindli”, 16 pyes (ən yaxşılarından biri – “Siçan tələsi”, “İttiham şahidi”). Məşhur yazıçı 1976-cı il yanvarın 12-də vəfat edib.

Comments are closed, but trackbacks and pingbacks are open.