Press "Enter" to skip to content

Aqrar sahd kooperasiya laqlri

ADİU (UNEC).

Aqrar-sənaye komplelsi

A.S.K. dedikdə bir-biri ilə əlaqədar olan k/t və sənaye müəssisələrinin birliyi nəzərdə tutulur. Onun əsas vəzifəsi əhalinin ərzaq və yeyinti məhsulları ilə, heyvandarlığı yemlə, sənayeni xammalla təchiz etməkdir. ASK-nin tərkibində k/t aparıcı rol oynayır. K/t-nın inkişafı iki-intensiv və ekstensiv yolla aparılır. Ekstensiv yol – əkin sahələrini genişləndirməklə və heyvanların sayını artırmaqla məhsuldarlığın artırılması üsuludur. Intensiv yol – mövcud əkin sahələrini genişləndirmədən və heyvanların sayını çoxaltmadan məhsuldarlığın artırılması üsuludur. Intensiv inkişafa düzgün suvarma, kimyalaşdırma, mexaniklaşdırma və avtomatlaşdırma yolu ilə nail olmaq olar. Azərbaycan son zamanlar intensiv yola qədəm qoyub.

Azərbaycanda k/t-nı inkişaf etdirmək üçün əlverişli torpaq – iqlim şəraiti mövcuddur. Azərbaycanın dağlıq ərazilərini çıxmaq şərti ilə qalan ərazilərdə – Kür-Araz, Lənkəran, Gəncə-Qazax, Abşeronda ildə 2 dəfə məhsul götürmək olar. Lakin düzən ərazilərdə yerləşəm Kür-Araz, Samur-Dəvəçi, Lənkəran, Gəncə-Qazax, Abşeron və Naxçıvanın Arazboyu düzənliklərində rütubət çatışmadığından bu ərazilərdə suvarmasız məhsul götürmək mümkün deyil. Bu torpaqları suvarmaq üçün su anbarları və kanallar tikilib. Əkin sahələrinin suvarılmadan becərilməsi üsuluna dəmyə əkinçiliyi deyilir. Dəmyə əkinçiliyi Böyük və Kiçik Qafqazın alçaq və orta dağlıq rayonlarında inkişaf edib. Azərbaycanın 8,6 mln. hektar torpaq sahəsinin 50%-i yararlı, 40%-i yararsız, 11%-i isə meşələrdən ibarətdir. Azərbaycanda adambaşına 0,2 hektar torpaq sahəsi düşür.

Azərbaycanın k/t-da bitkiçilik heyvandarlıqdan üstün inkişaf edib. K/t məhsulunun 61%-ni bitkiçilik, 39%-ni isə heyvandarlıq verir. Əkinə yararlı torpaq sahələrinin geniş yayılması, fəal temperatur cəminin böyük olması Azərbaycan düzənliklərində əkinçiliyin heyvandarlığa nisbətən yaxşı inkişaf etməsinə səbəb olub.

Əkinçilik. Azərbaycanın əlverişli iqlim şəraiti, torpaq örtüyü əkin sahələrində müxtəlif növ bitkilərin becərilməsinə imkan verir. Xüsusilə pambıqçılıq, tərəvəzçilik, tütünçülük və üzümçülük Azərbaycanın k/t-nın ixtisaslaşmış sahələri hesab olunur və bu sahələr əsasən Azərbaycanın daxili tələbatını ödəyir.

K/t bitkiləri arasında taxıl (buğda, qarğıdalı, çəltik, arpa və s.) istehsalı l-ci yer tutur. Bu sahə Azərbaycanın ən qədim bitkiçilik sahəsidir. Taxıl əkinləri Azərbaycanın bütün rayonlarında əkilsə də, əhalinin tələbatının yalnız 20%-ni ödəyir. Buna olan tələbatı ödəmək üçün xaricdən məhsul alınır. Azərbaycanın dağlıq və dağ ətəyi rayonlarında dəmyə, aran rayonlarında isə suvarılan taxılçılıq inkişaf edib. Azərbaycanda taxıl bitkilərindən payızlıq buğda və arpa daha çox əkilir. Qışın mülayim keçməsi Azərbaycanın düzən – Kür-Araz, Gəncə-Qazax və Böyük və Kiçik Qafqazın dağətəyi ərazilərində payızlıq buğdanın becərilməsinə imkan verir. Böyük və Kiçik Qafqazın alçaq və orta dağlığında isə qış çox soyuq və şaxtalı keçdiyindən burada yalnız yazlıq buğda becərilir. Azərbaycanda əsasən bərk buğda sortları yetişdirilir.

Taxıl əkini sahəsinin 1/3-nü tutan arpa bitkisi buğda əkin sahələri ilə üst-üstə düşür. Qarğıdalı əkin sahələri isə Şəki-Zaqatala zonasında üstünlük təşkil edir. Son illərdə Azərbaycanda – Lənkəran və Şəki-Zaqatala bölgələrində çəltikçilik (düyü) inkişaf edib.
Yem bitkiləri – Azərbaycanda taxıl əkinlərindən sonra 2-ci böyük sahəyə malikdir. Azərbaycanın bütün rayonlarında inkişaf edib.
Texniki bitkilər – əkinçilikdən gələn gəlirin əsas hissəsini verir. Bura pambıq, tütün, üzüm, çay və s. bitkilər aiddir. Pambıqçılıq Azərbaycanın ən çox gəlir gətirən, strateji bitkisi olub, həm yüngül, həm də yeyinti sənayesi üçün xammaldır. Pambıq Kür-Araz ovalığının boz, boz-qonur və boz-çəmən torpaqlarında əkilir. Son illər pambıq istehsalı xeyli aşağı düşüb. Azərbaycan kəndlisinin güzəranını yaxşılaşdırsa da, insanların səhhətinə, torpaqların məhsuldarlığına mənfi təsir göstərmişdir. Azərbaycanda pambıq parça istehsal edən müəssisələrin az olmasından pambığın çox hissəsini xaricə göndərirlər. Xammal istehsalı bu ərazidə yerləşdiyindən Azərbaycanın bütün pambıqtəmizləmə zavodları Kür-Araz zonasında yerləşir.

Tütünçülük – əhəmiyyətinə görə Azərbaycanın 2-ci texniki bitkisi sayılır. Tütünçülük əsasən Şəki-Zaqatala (75%) və Naxçıvanda inkişaf edib. Azərbaycanda «Samsun», «Trabzon» və «Itiyarpaq» kimi qiymətli tütün növləri əkilir. Tütünün bir hissəsi Azərbaycandakı son məhsula – siqaretə çevrilir, digər hissəsi isə xaricə göndərilir.
Çayçılıq Azərbaycanın rütubətli subtropik iqlim səraitinə malik Lənkəran, Astara, Masallı və qismən də Zaqatala rayonlarında əkilir. Azərbaycan çay becərilməsinə görə keçmiş SSRI-də Gürcüstandan sonra 2-ci yeri tuturdu.
Bu bitkilərdən başqa Azərbaycanın Qanıx- Əyriçay vadisində, Şamaxı, Ismayıllı rayonlarında yağ, toxum və silos üçün günəbaxan, Abşeronun Bilgah qəsəbəsində zəfəran, Naxçıvanda, Kürdəmirdə, Salyan və Zaqatalada xına əkilir.

Tərəvəzçilik üzrə Xaçmaz, Lənkəran, qismən isə Aran və Abşeron rayonları ixtisaslaşıb. Xaçmaz zonası gecyetişən, Lənkəran zonası isə faraş (tezyetişən) tərəvəzçilik üzrə ixtisaslaşıb. Bakı və Gəncə ətrafındakı istixanalarda xeyli tərəvəz yetişdirilir. Son illər Ağdaşda kələm sahələri genişləndirilib.

Bostançılıq Azərbaycanın Aran, Abşeron və Lənkəran zonalarında daha yaxşı inkişaf edib. Kürdəmir öz yemişi, Sabirabad və Zirə isə öz qarpızı ilə məşhurdur.

Kartofçuluq dəmyə şəraitində Azərbaycanın Gədəbəy, Tovuz, Şəmkir, qismən də Daşkəsən, Xanlar və Qusar rayonlarında becərilir. Yerli kartof əhalinin tələbatını ödəmədiyindən xaricdən kartof alınır.

Üzümçülük Azərbaycanın ixtisaslaşmış k/t sahəsidir. 1970-1985-ci illər arasında Azərbaycan keçmiş SSRI-nin ən iri üzümçülük zonası olmuş və 2 mln. ton üzüm istehsal olunmuşdur. 1985-ci ildən sərxoşluqla mübarizə aparmaq məqsədilə üzümlüklərin çoxu qırılmışdır. Azərbaycanda üzümün 60%-i suvarılan, 40%-i isə dəmyə şəraitində yetişir. Azərbaycanda 250-dan çox üzüm sortu yetişdirilir ki, bunun da çoxu texniki sort olub, şərabçılıqda istifadə olunur. Son illərdə Azərbaycanda süfrə və kişmişi üzüm sortlarının sayı artır. Azərbaycanda istehsal olunan üzümün yarısını Qazax-Gəncə, Kür-Araz və Kiçik Qafqazın cənub-şərq ətəklərində yerləşən təsərrüfatlar verir. Üzüm məhsulunun ilkin emalı əkin sahələri yaxınlığında, qablaşdırılması isə Bakı, Şəmkir, Xanlar, Göyçay, Naxçıvan, Xankəndi və s. şəhərlərdə yerləşən şərab və konyak zavodlarında aparılır.

Bağçılıq (meyvəçilik) Azərbaycanın k/t-nın ixtisaslaşmış sahələrindəndir. Azərbaycanda tumlu meyvələr üzrə Quba-Xaçmaz, qərzəxli meyvələr (şabalıd, qoz, fındıq) üzrə Zaqatala-Şəki, çəyirdəkli (ərik, şaftalı) meyvələr üzrə Naxçıvan M.R., quru subtropik meyvələr (nar, heyva) üzrə Kür-Araz, sitrus meyvələr (naringi, portağal, feyxoa, limon) üzrə Lənkəran, Cənub bitkiləri (əncir, zeytun, püstə, badam və s.) üzrə Abşeron yarımadası ixtisaslaşıb. Azərbaycanın ən iri meyvəçilik rayonu Qubadır. Istehsal olunan meyvənin 2/3 -ni Quba-Xaçmaz, 15%-ni isə Şəki-Zaqatala və Dağlıq Şirvan iqtisadi rayonları verir. Qərzəxli meyvələrin istehsalının 95%-ni Şəki-Zaqatala iqtisadi rayonunda cəmləşib. Kür-Araz və Yuxarı Qarabağda çoxlu tut ağacı var.

Heyvandarlıq – Azərbaycanda k/t-nın ən mühüm sahəsi olsa da, əhalinin ət, süd, yumurta məhsullarına olan tələbatının yalnız yarıya qədərini ödəyir. Otlaqların geniş yayılması və əkinə yararlı torpaqların azlığı Azərbaycanın dağlıq ərazilərində heyvandarlığın əkinçiliyə nisbətən daha yaxşı inkişaf etməsinə səbəb olub. Heyvandarlıq Azərbaycanın dağlıq yerlərində xüsusilə Dağlıq Şirvan və Kəlbəcər-Laçın iqtisadi rayonlarında daha yaxşı inkişaf edib.

Maldarlıq – Azərbaycanda istehsal olunan heyvandarlıq məhsulunun ümumi dəyərinin yarıdan çoxunu, ət istehsalının 45%-ni verir. Maldarlıqda əsas yeri qaramal tutur. Azərbaycanın Aran və Şəki-Zaqatala zonasında camışçılıq, Lerik və Yardımlı rayonlarında isə ətlik-südlük zebu heyvanı saxlanılır. Azərbaycanın bütün rayonlarında maldarlıq inkişaf edib. Azərbaycanda mal-qaranın 70%-ni inək və camışlar təşkil edir.

Qoyunçuluq Azərbaycanın dağlıq və dağətəyi zonasında inkişaf edib. Azərbaycanda dağ merinosu, Qala, Qarabağ, Balbas qoyun cinsləri bəslənilir. Qoyunların ətindən, dərisindən və yunundan istifadə olunur. Qoyunların sayının tez artması, az əmək tutumlu olması, yemə az tələbatı – qoyunçuluğun Azərbaycanda əhalinin ətə olan tələbatını daha tez ödəmək üçün sərfəli olan heyvandarlıq sahəsinə çevirmişdir. Azərbaycanda qoyunçuluğun inkişafı üçün kifayət qədər təbii yem bazası, yaylaq və qışlaqlar mövcuddur. Son illərdə yaylaqların çoxunun işğal olunması Azərbaycanda qoyunçuluğun inkişafına mane olur.

Quşçuluq– əhalinin quş əti və yumurtaya olan tələbatını ödəyir. Ən iri quşçuluq kompleksləri Bakı, Gəncə və Naxçıvan kimi iri şəhərlərdə yerləşib. Azərbaycanda yem bazasının zəifliyi quşçuluğun inkişafına mane olur.

Baramaçılıq – Şəki-Zaqatala, Kür-Araz, Yuxarı Qarabağ və Naxçıvanın düzən və dağətəyi zonalarında inkişaf edib.

Arıçılıq – Azərbaycanın dağətəyi və dağlıq rayonlarındakı subalp və alp çəmənlərində inkişaf edib.

Azərbaycanda ixtisaslaşma dərəcəsinə görə bir-birindən fərqlənən 3 qrup k/t rayonu var:
1. Suvarılan k/t rayonları (Kür-Araz, Lənkəran, Samur-Dəvəçi ovalıqları, Naxçıvanın Arazboyu düzənlikləri);
2. Dəmyə k/t rayonları (dağətəyi və orta dağlıq əraziləri);
3. Otlaq və heyvandarlıq rayonlar.
Azərbaycanda əhalinin tələbatını ödəmək üçün heyvandarlıq, taxılçılıq, şəkər çuğunduru sahələrini genişləndirmək lazımdır. Azərbaycanda k/t-nın ixtisaslaşmış. sahələri-pambıqçılıq, meyvəçilik, üzümçülük, tərəvəzçilik, tütünçülük; hələ ixtisaslaşmamış sahələri isə baramaçılıq, arıçılıq, çəltikçilik və s.-dir.

Həmçinin kənd təsərrüfatı haqqında oxuyun

  • Teqlər:
  • kənd təsərrüfatı
  • , aqrar-sənaye komplesksi

Aqrar sahd kooperasiya laqlri

Azərbaycan Respublikasında kooperativ sektorun, xüsusən də aqrar kooperasiyanın yeni dövrün tələblərinə uyğun modern inkişafı istiqamətində ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən düzgün müəyyən edilmiş yeni strateji xəttin uğurla həyata keçirilməsi üçün bu gün dövlət tərəfindən maksimum səy və lazımi dəstək göstərirlərək, məqsədyönlü tədbirlər həyata keçirilməyə başlanılmışdır. Bu tədbirlər içərisində ən mühüm hesab olunanı isə, ilk növbədə, göstərilən istiqamətlərə uyğun zəruri qanunvericilik bazasının yaradılmasıdır. Belə ki, dövlət başçısı tərəfindən 14 iyun 2016-cı ildə qəbul edilmiş “Kənd təsərrüfatı kooperasiyası haqqında” Azərbaycan Respublikasının Qanunu və 14 iyul 2017-ci il tarixli “Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı” xüsusi qeyd olunmalıdır. Burada önəmli olan cəhət odur ki, kooperasiya yönümlü modern fermer təsərrüfatlarının, həmçinin aqroemal qurumlarının böyük hissəsinin ölkə regionlarında yaradılmasında əsas məqsəd—məhz kənd ərazilərinin infrastruktur səviyyəsini daha da yaxşılaşdırmaq, eləcə də şəhərlə kənd arasıdakı fərqləri tədricən aradan qaldırmaqdan ibarətdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr edilən iclasındakı çıxışında qeyd etdiyi aşağıdakı fikirlər xüsusi əhəmiyyət kəsb edir: “…kənd təsərrüfatı qarşısında duran əsas vəzifə bu sahəni yüksək texnoloji sahəyə çevirməkdir. Bəzilərində belə təsəvvür var ki, kənd təsərrüfatı, necə deyərlər, elə ənənəvi qayda ilə inkişaf edə bilər. Bu, qətiyyən belə deyil. Bu gün dünyada elə texnologiyalar var ki, məhsuldarlığı bir neçə dəfə artırır. Biz həm aqrotexniki tədbirlərlə bağlı texnologiyaları, həm də su ilə təminat texnologiyalarını Azərbaycana gətirməliyik. Elə müasir suvarma sistemləri var ki, hər bir qarış torpaqdan maksimum səmərə ilə istifadə olunur. Bax, bu texnologiyaları biz Azərbaycana gətirməliyik və elektron kənd təsərrüfatı sistemini nəhayət ki, tətbiq etməliyik. Baxmayaraq ki, mən dəfələrlə bu məsələ ilə bağlı öz tapşırıqlarımı vermişdim, elektron kənd təsərrüfatı sistemi Azərbaycanda istədiyimiz formada, lazım olan formada mövcud deyil. Problemlər də məhz bundan qaynaqlanır”. Daha sonra dövlət başçısı konfransda qeyd etmişdir ki, ona görə də ən müasir texnologiyalar tətbiq edilməlidir. Xarici mütəxəssislər cəlb edilməlidir. Bu istiqamətdə artıq işlər görülür. Biz hər bir qarış torpaqdan səmərəli istifadə etməliyik. Mən dəfələrlə demişəm, kənd təsərrüfatı Azərbaycanda müəyyən dövrdən sonra ancaq intensiv yollarla inkişaf edə bilər. Biz hazırda böyük meliorasiya tədbirlərini görürük ki, suvarılmayan daha böyük torpaqlara su gətirək. Biz buna nail olacağıq. Ancaq bizim torpaq, yəni, ərazi imkanlarımız o qədər də geniş deyil. Ona görə, ancaq səmərəli kənd təsərrüfatının inkişafı və yeni texnologiyaların tətbiqi nəticəsində biz istədiyimizə nail ola bilərik.

Aqroparkların yaradılması ilə bağlı dövlət başçısı qeyd edib ki, doğrudan da, böyük fermer təsərrüfatlarının qurulması bu sahədə dönüş yaratdı. Bu yaxınlarda mənə aqroparkların fəaliyyəti ilə bağlı geniş məruzə edildi. Dörd aqropark fəaliyyətdədir. Dördündə də açılışda olmuşam. On dörd aqropark isə bu ilin sonuna qədər istifadəyə veriləcək. Bitkiçiliklə məşğul olan bu aqroparklarda məhsuldarlıq ən yüksək səviyyədədir – taxılçılıqda minimum 50 sentnerdir. Orta göstərici isə, – bu gün hələ biçin gedir, – hələlik 30 sentnerdir. Bu da əvvəlki dövrə nisbətən məqbul rəqəmdir. Ancaq Azərbaycanda orta məhsuldarlıq da ən yüksək səviyyədə olmalıdır”.
Dövlət başçısının kənd təsərrüfatının səmərəli inkişafı ilə bağlı etdiyi çıxışlarda, aqrar sahənin modernləşməsi və mütərəqqi təsərrüfatçılıq formalarının tətbiqinin zəruriliyi məsələləri daim ön plana çəkilir. Təbii ki, bu və digər kənd təsərrüfatı sahələrinin modernləşmə yönümlü dayanıqlı inkişafında aqrar kooperasiya münasibətləri mühüm rol oynayır.

“Kənd təsərrüfatı kooperasiyası haqqında” Azərbaycan Respublikasının 14 iyun 2016-cı il tarixli Qanunu qəbul edildikdən sonra iqtisadiyyatın davamlı inkişafı, xüsusən də qeyri-neft sektorunun sürətli inkişafı ilə bağlı, ölkəmizdə artıq başlanmış müsbət tendensiyalar, yuxarıda qeyd edilən prosesləri daha da sürətləndirmişdir. Qəbul edilmiş bu Qanunun əsas məqsədi aşağıdakı kimi təsbit edilmişdir: “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsulları istehsalçılarının könüllü birləşməsi əsasında iri kənd təsərrüfatı müəssisələri yaratmaq, onların istehsal potensialından səmərəli istifadə etməklə rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsulları istehsal etmək və məhsuldarlığı artırmaq, kənd təsərrüfatı kooperasiyasının formalaşmasına və inkişafına təkan vermək, kooperasiya iştirakçılarının iqtisadi, sosial və digər maraqlarını qorumaqdır”.
Yeni qanuna əsasən, dövlət kooperativlərin bütün növlərinə və fəaliyyətinə şərait yaradır, iqtisadi müstəqilliyinin möhkəmlənməsini dəstəkləyir, təsərrüfat fəaliyyətinin və təşəbbüslərinin məhdudlaşdırılmasının qarşısını almaqla yanaşı, onların xidmətlər bazarında sərbəst iştiraklarını təmin edir, xüsusən də güzəştli kreditlər ayırmaqla stimullaşdırır. Ən başlıcası isə budur ki, onların hüquqlarının qorunmasına təminat verir. Həmçinin burada kooperativ sektorda fəaliyyət öz xarakterinə görə üç növdə təsnifatlaşdırılır ki, bunlara da aşağıdakılar aiddir: istehsal kooperativləri, istehlak kooperativləri, istehsal-istehlak (qarışıq) kooperativlər. Qanunun 6-cı maddəsinə görə, “istehsal kooperativlərində görülən işlərin ən azı 70%-i kooperativ üzvləri tərəfindən yerinə yetirilməlidir. İstehsal kooperativlərində muzdla işləyən işçilərin əməyindən istifadə oluna bilər. Bu işçilərin sayı (mövsümi işlərə cəlb olunanlar istisna olmaqla) kooperativin üzvlərinin sayının 30 faizindən çox olmamalıdır.

Bütövlükdə, aqrar kooperasiya fəaliyyəti haqqında analoji qanunvericilikdə bu fəaliyyət növünün əsas mahiyyəti, məzmun elementləri, o cümlədən fəaliyyət istiqamətləri öz əksini tapmışdır.

Bununla yanaşı, 14 iyul 2017-ci il tarixdə qəbul edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”nda da kənd təsərrüfatı kooperasiyası sahəsində mövcud vəziyyət, qlobal meyillər, onun mahiyyəti və əsas xüsusiyyətləri, rolu və üstün cəhətləri, həmçinin, Dövlət Proqramının məqsəd və vəzifələri göstərilmiş, gözlənilən nəticələr əks olunmuşdur. Proqramda göstərildiyi kimi, “…kənd təsərrüfatında mövcud resurslardan səmərəli istifadə edilməsi, eyni zamanda kooperativ təsərrüfatlarda becərilən bitkilərin məhsuldarlığının yüksəldilməsinə, məhsul vahidinin maya dəyərinin azaldılmasına, istehsalın genişləndirilməsi və daxili investisiya qoyuluşu üçün sərbəst maliyyə ehtiyatının yaranmasına və təsərrüfatın rentabelliyinin artmasına imkan verəcək. Buna görə də xırda təsərrüfatların birləşməsi, aqrar istehsalat kooperativlərinin, birliklərin və ittifaqların yaradılması əsas məsələlərdən biridir.

Tam əminliklə qeyd edə bilərik ki, kənd təsərrüfatı kooperasiyası haqqında Qanun və Dövlət Proqramının qəbul edilməsi aqrar kooperativlərin, eiəcə də digər kooperativ növlərinin yaradılması və inkişaf etdirilməsi prosesinə çox güclü təkan verəcək. Azərbaycan yenidən Qafqazda ipəkçilik, pambıqçılıq, taxılçılıq, tütünçülük, heyvadarlıq, üzümçülük, şərabçılıq, zəfəran, qoz-fındıq, badam və zeytun yetişdirmə, balıqçılıq və digər sahələrdə özünün əvvəlki şöhrətini tam bərpa edərək, həmin məhsulların nəhəng ixracatçısına çevriləcəkdir ki, bu da olkə iqtisadiyyatının neftdən asılılıq amilini yox dərəcəsinə endirəcəkdir.

Milli Məclisin Aqrar Siyasət Komitəsınin sədri, professor Eldar İbrahimov hesab edir ki, “…istehsalçıdan başlayıb son istehlakçıya qədər davam edən bir prosesin səmərəliliyini təmin edəcək yeganə sistem kooperasiyadır. Əhalinin böyük bir hissəsi onlara verilən torpağı əkib-becərə bilmir. Pullu adamlar isə, əkib-becərsələr də, səriştəsizlik üzündən qazanc əldə edə bilmirlər. Vəziyyətdən çıxış yolu isə, xarici təcrübədə olduğu kimi, kooperativlər yaratmaqdır. Biz istəyirik ki, fermerlər birləşib, inkişaf etsinlər, əkib becərsinlər və məhsullarını bazara çıxarmaqla, bazarda qiymətləri aşağı salsınlar”.

Yuxarıda göstərilənlərə uyğun son dövrlər aqrar sahənin idarə olunmasında geniş institusional-struktur dəyişikliklərin aparılması diqqəti cəlb edir. Xüsusən diqqəti cəlb edən məqam odur ki, bu yaxınlarda Kənd Təsərrüfatı Nazirliyinin strukturunda yeni—fermerlər, assosiasiyalar və kooperativlərlə iş şöbəsi yaradılmışdır. İnanırıq ki, bu şöbə aqrar təsərrüfat subyektləri, o cümlədən kooperativ qurumlarla daha sıx fəaliyyəti təmin edərək onların bütün qayğı və ehtiyaclarının operativ həllinə təkan verəcəkdir.

Oxucularımızda kooperasiyanın, xüsusən də aqrar kooperasiyanın keçmiş inkişafı haqqında müəyyən təsəvvür yaratmaq məqsədi ilə iqtisadi tariximizə bir qədər ekskurs etmək istərdik. Bu məsələrlə bağlı Azərbaycanın tanınmış kooperasiya, xüsusən də istehlak kooperasiyası hərəkatı üzrə tədqiqatçısı alim, professor Ə.C.Qaravəliyev “Azərbaycanda kooperasiyanın inkişaf tarixi” adlı monoqrafiyasında yazırdı ki, “neft sənayesi kapitalın tətbiq olunduğu ən faydalı sahələrdən birinə çevrildikdə, Azərbaycan özünün zəngin sərvətləri və əlverişli iqtisadi-coğrafi mövqeyi ilə Rusiyanın, habelə başlıca kapitalist ölkələrinin diqqətini daha çox cəlb etməyə başladı. Rusiyadan və bir sıra Avropa ölkələrindən Azərbaycana kapital axıb gəlməyə başladı. Yerli kapitalla yanaşı, xarici kapiital birinci növbədə neft sənayesində, sonra isə, onunla əlaqədar olan neft avadanlığı və təmiri sahəsində, yerli xammal ehtiyatlarının işə salınması əsasında metal hasilatı, duz, balıq sənayesi sahələrində kənd təsərrüfatı xammallarının emalı əsasında, ipəkçilik, şərabçılıq, tütünçülük, pambıqtəmizləmə və digər yeyinti, yüngül sənaye müəsissələrində fəaliyyətə başladı. Neft hasilatı, neft emalı sənayesi ilə birlikdə Bakının özündə, Azərbaycanın müxtəlif qəzalarında təbii sərvətlərdən və kənd təsərrüfatı xammalından istsfadə etmək əsasında kapitalist tipli bir çox sənaye müəssisələri meydana gəldi”.

Qeyd etmək yerinə düşər ki, kənd təsərrüfatı istehsal kooperativləri dünyanın bütün qabaqcıl ölkələrində iqtisadiyyatın davamlı inkişafında və tamamilə yeni tipli kəndlli təsərrüfatlarının formalaşmasında müstəsna rol oynamış və oynamaqdadır. Kooperasiya sahəsində dünyada tanınmış iqtisadçılardan biri olan Tuqan Baranovski bu gün də hələ bizim üçün çox önəmli olan fikirlər söyləyərək yazırdı ki, “…kənd təsərrüfatı kooperasiyası yeni növ ictimai idarə oluna bilən bir təşkilata çevrilməyi bacarır. Kooperasiya kənd əməkçisini (kəndlini) özfəaliyyətə və bir birilərinə köməyə alışdırır, onlarda olan ictimai hissi daha da inkişaf etdirir, ən başlıcası isə, onlarda əqli mədəniyyət və iqtisadi təfəkkür formalaşdırır… Kəndli təsərrüfatlarının özlərinə gəldikdə isə, kooperasiyanın köməyi ilə onlarda əvvəlki pərakəndəlik əvəzinə, güclü ictimai əlaqələr qurulur, bu əlaqələr isə, tədricən genişənir və təkcə bir kəndin təsərrüfatları arasında deyil, həmin kooperasiya ittifaqları vasitəsi ilə, əhali arasında da yaranır. Kənd təsərrüfatı kooperasiyası kəndli təsərrüfatlarında əmək məhsuldarlığını əhəmiyyətli dərəcədə yüksəltməklə onların rəqabətqabiliyyətlilik səviyyəsini xeyli artırır”.

Heç də təsadüfi deyildir ki, kooperasiya hərəkatının zəruriliyi və əhəmiyyəti ən yüksək beynalxalq səviyyələrdə də xüsusi vurğulanmışdır. BMT-nin keçmiş Baş katibi Pan Gi Mun Baş Assambleyanın 66 saylı iclasında müasir dünyada kooperativlərin rolunu xüsusi vurğulayaq demişdir: “kooperativlərin sosial-iqtisadi inkişaf sahəsinə töhfəsi bundan ibarətdir ki, onlar bir müəssisə kimi öz üzvlərinə mənsubdurlar və məhz onların mülkiyyətindədirlər. Bu gözəl xüsususiyyətə görə kooperasiyalaşmada elə forma və metodlardan istifadə edilir ki, son nəticədə əhalinin az təminatlı qrupları özlərinin hüquq və imkanlarının cəmiyyətdə genişləndirilməsinə nail ola bilir, bununla da müxtəlif əhali qrupları və icmalarının iqtisadi müstəqilliyinə və icmalararası əməkdaşlığına şərait yaratmağa nail olurlar. Kooperativlər, öz üzvləri üçün müəyyən bir iqtisadi fəaliyyətlə məşğul olduqda, eyni zamanda, həmin üzvlərin sosial-iqtisadi inkişafını da təmin etmiş olurlar”.

Beynəlxalq Kooperasiya Alyansının məlumatlarına görə, bu gün dünya üzrə kooperativ təşkilatları özündə təqribən 800 milyondan çox üzvü birləşdirir. Kooperativlərdə 100 milyondan çox işçi və qulluqçu məşğuldur. Müxtəlif sahələrdə fəaliyyət göstərən kooperativlər Avropanın 37 ölkəsində 160 milyon kooperativ üzvünü birləşdirir. 30 min kənd təsərrüfatı kooprativi 600 min iş yeri yaratmşdır. Fəhlə kooperativləri kimi fəaiyyət göstərən 65 min firmada 1,3 milyon işçi məhsul istehsal edir. Eyni zamanda 4,6 min kooperativ bank özündə 38 milyon üzvü və 560 min nəfər işçini birləşdirir. Yaponiyada hər üç ailədən biri hər hansı bir kooperativin üzvüdür. Çində 180 milyon kooperativ üzvü vardır. Hindistanda 504 min kooperatıv özündə 209 milyon üzvü birləşdirir. Afrikanın 13 ölkəsində 14 milyon kooperativ üzvü vardır. ABŞ, Kanada, Argentina, Braziliya, İsrail, İtaliya, Hollandiya və digər ölkələrdə də bu tipli təsisatlar daha geniş miqyaslılığı ilə fərqlənir.
Kooperasiya sahəsində İsrail təcrübəsinin öyrənilməsi və yerli xüsusiyyətlər nəzərə alınmaqla tətbiq edilməsi də xüsusi önəm kəsb edir. Bu ölkədə kollektiv təsərrüfat xüsusiyyətlərinə malik kooperativ kənd təsərrüfatı müəssisəsi funksiysını yerinə yetirən 328-dən çox kibus fəaliyyət göstərir. Kibuslarda kollektivləşmə prosesi uşaqların tərbiyə edilməsindən başlayıb, onların istirahətinin təşkil edilməsinə qədər bir neçə funksiyanı yerinə yetirir və əsasən sərhədyanı rayonlarda yerləşirlər. Buraya kibuslarla yanaşı, moşavaları və digər azad birlikləri də əlavə etsək, məlum olar ki, İsrailin kənd əhalisinin böyük əksəriyyəti müxtəlif birliklərin payçılarıdır və onlar bilavasitə kooperativ məskənlərdə yaşayırlar. Kibusların səmərəliliyi öz üzvlərinə verdiyi maddi gəlirlərlə yanaşı, onlar, həm də yüksək əxlaqi və sosial motivlərə əsaslanır. Kibuslarda sərf edilən əməyin məhsuldarlığının bünövrəsində isə bu cür birgə yaşayış formalarının yaranmasının səmərəliliyi və dəyərliliyinə, böyük daxili inam və üzvlüyün könüllülüyü prinsipləri dayanır. Bərabərlik, birlik, ədalət, həmrəylik, qarşılıqlı yardım və məsuliyyət və s. kimi prinsip, dəyər və normaların realizə edilməsində kibuslar müstəsna əhəmiyyət kəsb edir.

Kənd təsərrüfatı kooperasiyasının modern təşkili və inkişafında Hollandiya təcrübəsinin geniş öyrənilməsi diqqətəlayiqdir. Araşdırmalar göstərir ki, ölkə ərazisinin ancaq üçdə iki hissəsi kənd təsərrüfatına yararlıdır. Onun da 32%-i otlaqlar, 27%-i əkinçilik (bitkiçilik), 9%-i isə meşə massivlərindən ibarətdir. Düzdür, urbanizasiyanın təsiri nəticəsində otlaq sahələri getdikcə azalır. Heyvandarlığın intensiv üsullarla, xüsusən də oturaq qaydada düzgün inkişafı nəticəsində, il ərzində hər baş inəkdən orta hesabla 9 min litrdən çox süd əldə olunur. Bu göstəriciyə görə, dünya miqyasında İsraildən sonra ikinci yeri saxlayır. Bu istiqamətdə aqrar kooperativlərin xüsusi çəkisi 88%-ə bərabərdir. Yerləşdiyi Avropa qitəsində isə pendir məhsulları və kərə yağı istehsalına görə isə 4-cü yerdə qərarlaşıb. Diqqəti cəlb edən məqam odur ki, burada ekoloji təmiz məhsulların istehsalına daha çox önəm verilir.

Xarici ölkələrin təcrübəsi göstərir ki, bu gün kooperativlər əməliyyatların rentabelliyi və bazar şəraitinin qiymətləndirilməsi baxımından çıxış edərək, optimal faiz və tarif siyasətinin yürüdülməsi, satılan məhsulların və göstərilən xidmətlərin həcminin artması — ayrı-ayrı əməliyyatların maya dəyərini aşağı salır və bununla da kooperativ təsisatlar üçün daha rəqabət qabiliyyətli mühitin və bu əsasda da optimal qiymətlərin formalaşmasını təmin edir. Bu sahədə Gənubi Koreya təcrübəsi xüsusi maraq kəsb edə bilər. Belə ki, bu ölkədə kooperativlərin formalaşdırılması və sürətli inkişafında 1960-cı illərdə yaradılmış kredit koopertivlərinin müstəsna rolu olmuşdur. Hazırda isə demək olar ki, ölkənin hər bir kənd məntəqəsində kredit kooperativləri fəaliyyət göstərir. Bu kooperativlər xırda fermer təsərrüfatlarına kredit verməklə yanaşı, həm də kənd əhalisinin əmanətlərini toplayır və marketinq xidməti də göstərirlər. Onlar fəaliyyətə başladıqları ilk 8-10 il ərzində kənd kredit kooperativlərinin 60 %-ə qədəri, fermerlərə krediti kooperasiyanın inkişafına dövlət dəstəyi fondu üçün nəzərdə tutulmuş dövlət büdcəsindən cəlb edilmiş vəsait hesabına formalaşdırmışlar. 1970-ci illərdən başlayaraq belə kooperativ qurumların xüsusi çəkisi 1960-cı illərdəki 60%-dən 20%-ə enmişdir. Çünki aqrar sahibkarlığın inkişafı üçün dövlətin yaratdığı sağlam və şəffaf mühitdən məharətlə istifadə edib, varlanan fermerlərin də kredit təşkilatının kapitalının formalaşması üçün yönəltdikləri şəxsi vəsait, həmin kooperativlərin məcmu kapitalnda 65%-ə yüksəlmişdi. Ən önəmli cəhət isə bundan ibarətdir ki, müqayisə edilən dövr ərzində həmin kredit kooperativin ümumi vəsaitlərinin ümumi həcmi müvafiq olaraq dörd dəfədən çox artmışdır.
Kooperativlərin bütün növləri özlərinün rəqabət qabiliyyətliliyi sayəsində, hətta iri sahibkarların iştirakı olmadan belə, effektiv kənd təsərrüfatı istehsalı və digər kooperativ təsisatlarını təşkil etmək gücündə olan ən mükəmməl təşkilatlardır. Professor B.X.Ataşovun qeyd etdiyi kimi, “…xarici ölkələrdə kənd təsərrüfatı qurumlarına xidmət sahəsində çoxillik, zəngin təcrübə toplanmışdır. Danimarka, İsveç, Norveç, Finlandiya, Niderland və Yaponiyada kooperativ hərəkatı kəndli sahibkarların, demək olar ki, 100% əhatə edilməsi ilə səciyyələnmişdir. Fransa və Almaniyada bu qurumlar bütün müəssisələrin ən azı 80%-ni birləşdirir… Kənd təsərrüfatı kooperasiyasının strukturunda kənd təsərrüfatı məhsullarının emalı və satışı, istehsal vasitələri ilə təchizat, istehsala xidmət və istehsal kooperativlərini fərqləndirmək olar. AİB ölkələrində tədarük-təchizat kooperativləri əmtəə istehsalçıları üçün zəruri istehsal vasitələrinin 50%-i təchiz edir”.
Bu baxımdan, İtaliyada kooperasiya prosesinin özünəməxsusluğu diqqəti cəlb edir. Ölkədə kooperativləri özündə birəşdirən 700-dən çox istehlak kooperativ var və fəaliyyət göstərən supermarketlərin 50%-dən çoxu məhz kooperasiya sektoruna məxsusdur. Kooperativlərin böyük əksəriyyətinin səhmdar cəmiyyətlərinə çevrildiyi bir çox ölkələrdən fərqli olaraq, İtaliyada bunun qarşısını almaq üçün, aşağıdakı məhdudlaşdırıcı tədbirlər müəyyən edilmişdir:

—payçının mənfəəti qoyduğu pay məbləğinin 5%-indən çox olmamalıdır;

—ehtiyat kapitalına 20%-dən çox vəsait köçürülə bilməz;

—kooperativin fondu bu təşkilat rəsmi bağlananadək toxunulmaz qalmalıdır;

—qoyulan payın məcmu məbləği isə, bütünlükdə kooperativ üzrə 2 milyon İtalyan lirindən yuxarı ola bilməz. Qoyulmuş payın məbləğindən asılı olmadan, iclaslar zamanı, “bir payçı yalnız bir səsə malikdir” prinsipi əsas meyar hesab edilir və s.

Qardaş Türkiyə Respublikasında da kooperasiyanın inkişafı geniş vüsət almışdır. Hörmətli oxucularımız üçün maraq doğura biləcəyini nəzərə alaraq, həmin ölkədə kooperasiya hərəkatının tarixi və kooperasiya sahəsində tədrisin təşkili haqqında bəzi maraqlı məqamları şərh etmək istərdik. Belə ki, Türkiyədə Respublika qurulmasınin ilk illərindən başlayaraq, Mustafa Kamal Atatürk kooperativ hərəkatına xüsusi önəm vermiş, hətta xalqa örnək olması üçün yeni yaranmış iki kooperativin də fəxri üzvü (payçısı) olmuşdur. Atatürk dövründə Türkiyədə kooperativ hərəkatı ilə bağlı həyata keçirilən ən önəmli tədbirlərdən biri də, kooperativ hərəkatının təbliğ-təşviqi, eləcə də bu sahədə təhsilin və tədrisin təşkili olmuşdur. Bu məqsədlə, 1931-ci ildə İstanbul Universiteti nəzdində “Türk Kooperativçilik cəmiyyəti” qurulmuşdur ki, həmin qurum, “Türk Kooperativçilik Qurumu” adı altında Ankarada bu gün də fəaliyyət güstərməkdədir. Digər universiitetlərdə də kooperativ hərəkatına aid fənlərin tədris edilməsinə xüsusi önəm verilirdi Belə ki, “Kooperativ hərəkatı” adlı fənn universitet proqramlarına müstəqil fənn kimi daxil edilmişdi. “Kooperativ şirkətlər” adlı dərslik M.K. Atatürkün “Kooperativ qurmaq, maddi və mənəvi gücləri, zəka və məharətləri birləşdirmək deməkdir!” sözləri ilə başlayıb, “Vətənini sevən hər bir türk kənd və qəsəbə müəllimi, Türkiyəni iqisadi və sosial baxımdan inkişaf etdirəcək bu müəsissisənin ölkəmizdə yayılması yolunda son dərəcə səy göstərməyi vicdani və müqəddəs vəzifə kimi görməlidir!” sözləri ilə tamamlanmışdır.
Hazırda Türkiyədə çoxlu sayda aqrar kooperatvlər fəaliyyət göstərir. Bunlar içərisində “Aqrar İnkişaf”, “Suvarma”, “Su Məhsulları”, “Aqrar Kredit”, “Aqrar Satış”, “Tütün Aqrar Satış”, “Mənzil Tikinti”, “İstehlak Kooperativləri”, “Tacir və Sənətkarlar Təminat”, “Kiçik Sənət”, “Tədarük Kooperativləri”, “Təhsil Kooperativləri”, “Nəqliyyat Kooperativləri”, “Tərəvəz və Meyvə” və s. kooperativ növləri üstünlük təşkil edir”.

Zənnimizcə, respublikamızda da kooperativ hərəkatının müvəffəqiyyətlə inkişaf etdirilməsi üçün beynəlxalq təcrübədən, xüsusilə də Türkiyə təcrübəsindən istifadə edilməsi məqsədə uyğun olardı.

Belə bir cəhəti də qeyd etmək lazımdır ki, qlobal səviyyədə kənd təsərrüfatı və ərzaq məhsulları istehsalı sahəsində fəaliyyət göstərən kooperativlərin illik dövriyyəsi təqribən 768 milyard ABŞ dolları həcmində qiymətləndirilir. Bu isə kooperasiya sahəsində fəaliyyət göstərən bütün qurumların ümumi dövriyyəsinin 26 faizinə bərabərdir. Təhlillər onu göstərir ki, təkcə 2011-2015-ci illərdə yuxarıda göstərilən kənd təsərrüfatı və ərzaq məhsulları kooperativlərinin ümumi dövriyyəsi 25 faizə qədər yüksəlmişdir. Kənd ərazilərində fəaliyyət göstərən kooperativ qurumların 60 faizini kənd təsərrüfatı istehsal kooperativləri, 15 faizini kənd təsərrüfatı istehlak kooperativləri, 25 faizini isə qeyri-kənd təsərrüfatı kooperativləri təşkil edir. Həm də bu gün kooperativ təsərrüfatçılıq formasının dəstəklənməsi əsas və mühüm qlobal çağırışlardan biri kimi qəbul olunur. Təsadüfi deyildir ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Kənd Təsərrüfatının Beynəlxalq İnkişaf Fondu (İFAD) və Dünya Ərzaq Proqramı (WFP) kimi nüfuzlu qurumlar tərəfindən kənd təsərrüfatı kooperativlərinin aqrar sahənin inkişafındakı rolu yüksək qiymətləndirilir. BMT Baş Assambleyasının 31 oktyabr 2011-ci il tarixli 66-cı sessiyasının qətnaməsinə uyğun 2012-ci il “Beynəlxalq kooperativlər ili” elan olunub (fikrimizcə növbəti illərdən birinin respublikamızda da kooperasiya ilinin elan edilməsi bu mühüm sahənin inkişafına xüsusi təkan verə bilər).

Kooperasiya sahəsində beynəlxalq təcrübəyə görə, kooperativlərin fəaliyyəti o zaman daha səmərəli olur ki, insanlar ayrı-ayrılıqda (təklikdə) həll edə bilmədikləri və onlar üçün çətin olan bir sıra problemləri, birlikdə çox asanlıqla həll edə bilirlər. Belə kooperativlərin inkişafı, həqiqətən də, cəmiyyətdə iqtisadi və sosial əməkdaşlığa münbit şərait yaradır. Onların yaradılması və inkişafının mühüm amillərindən digəri isə ölkə əhalisinin müxtəlif təbəqələrinin əməkhaqları səviyyələri arasındakı fərqlərin minimuma endirilməsidir. Belə ki, ölkədə kooperativlərin aqrar və qeyri-aqrar növləri və təşkilati-hüquqi formaları eyni zamanda, bir-birləri ilə əlaqəli şəkildə, həm də paralel olaraq inkişaf etdirilməidir. Təcrübə göstərir ki, dövlətin kooperativləri özünə tabe etdirdiyi ölkələrdə kooperativ hərəkat normal inkişaf edə bilmir. Çünki kooperasiya hərəkatının inkişafı və yüksəlişi, bir qayda olaraq “yuxarıdan” deyil, “aşağıdan” başlamalıdır.

Aqrar kooperasiya həpəkatının modern inkişafı ilə bağlı beynəlxalq təcrübənin öyrənilməsi sahəsində aparılan tədqiqatlar göstərir ki, müasir qloballaşma şəraitində artıq bütün dünyada kooperativlər, əhalinin ərzaq və qeyri-ərzaq məhsullarına, eləcə də müxtəlif xidmətlərə olan tələbatının ödənilməsinin ən vacib amilinə çevrilmişlər. Bu problemlərin həllinə öz münasibətini bildirən iqtisad elmləri doktoru, professor E.A.Quliyev yazır ki, “kənd təsərrüfatı sahələrinin və aqrar sektorun inkişaf etdirilməsində dünya təcrübəsinin mütərəqqi nümunələrinin öyrənilməsi və tətbiqi imkanlarının araşdırılması, bu sahələrdə sahibkarlığın inkişafının sürətləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması, yeni maksimum səmərəli yanaşmaların təmin edilməsi üçün beynəlxalq təşkilatlarla əməkdaşlığın gücləndirilməsi, fermer və kəndli təsərrüfatının müxtəlif formaları ilə universitet və elmi tədqiqat institutları arasında sıx əlaqələrin yaradılması, “biznes elm-təhsil” əməkdaşlığının genişləndirilməsi məqsədəmüvafiq hesab oluna bilər…”

Göstərilənləri nəzərə alaraq, hesab edirik ki, qabaqcıl ölkələrlərdə olduğu kimi, respublikamızda da kooperativ sektorun sürətli və modern inkişafının təmin edirilməsinin vacibliyi artıq birmənalı olaraq, zamanın tələbinə çevrilmişdir. Tam əminliklə vurğulaya bilərik ki, ölkəmizdə dayanıqlı iqtisadi inkişaf tempinin yüksəldilməsi üçün, digər sahibkarlıq subyektləri ilə yanaşı, kooperativ sektorun potensial imkanlarından da istifadə edilməlidir. Lakin bu yalnız o zaman mümkün olar ki, kooperativ sektora təcili surətdə və lazımi dövlət dəstəyi göstərilsin. Belə bir cəhəti də xüsusi vurğulamaq istərdik ki, Azərbaycanda modern kooperasiya fəaliyyəti—kənd təsərrüfatı məhsullarının emalı və satışı ilə yanaşı, iqtisadiyyatın digər sektorlarında, o cümlədən istehlak kooperasiyası, ticarət, mənzil tikintisi, nəqliyyat, təhsil, bank işi, sığorta, kreditləşmə, turizm, təchizat, müxtəlif növ xidmətlər, vencur maliyyəsi və s. daha çox innovativ xarakter daşıyan sahələrdə də canlandırılmalıdır.

Qeyd etdiyimiz kimi, kənd təsərrüfatı kooperasiyası ilə yanaşı, adlarını sadaladığımız, bütün kooperativ növləri, bu vacib sektorun fəaliyyətinin daha da canlandırılması üçün taleyüklü problemlərin həllində daha fəal iştirak etməyə qadir ən etibarlı təkilatlardan biridur. Heç də təsadüfü deyildir ki, yuxarıda qeyd etdiyimiz kimi, BMT-nin Baş Assambleyasının iclaslarında vaxtaşırı olaraq, kooperativ sektorun perspektiv inkişafina dair məsələlər müzakirə olunur. Dünyanın ən mötəbər donor təşkilatları da, bu mühüm sahənin beyəlxalq standartların tələbləri səviyyəsində inkişaf etdirilməsi üçün güzəştli maliyyə yatırımları yönəldirlər. Beynəlxalq əhəmiyyətli banklar və sığorta təşkilatları da böyük məmnuniyyətlə həmin qurumlara irihəcmli, həm də güzəştli şərtlərlə kredit paketləri təklif və təqdim edirlər.
Azərbaycanda kooperasiya sektorunda həyata keçirilən fəaliyyət, olkə əhalisini istehsal, ticarət xidmət, nəqliyyat, kommunal, tikinti, turizm, təhsil, informasiya texnologiları, ekosistemin qurulması və digər bu kimi sahələrin mülkiyətçisi etməklə yanaşı, eyni zamanda onların yaradıcılıq imkanlarını da aşkara çıxarır və daha da genişləndirir. Təsadüfi deyil ki, dünyanın əksər ölkələrində, məhz kooperativ təsisatların çoxu ölkədə əsaslı dərəcədə sosial-iqtisadi inkişafa təkan verməklə, iqtisadi həyatla bağlı bir sıra problemlərin, o cümlədən yoxsulluq, işsizlik, korrupsiya, gizli iqtisadiyyatın canlanması və s. kimi neqativ halların qarşısının alınmasında mühüm rol oynayır.

Biz də hesab edirik ki, kənd təsərrüfatı kooperasiyasının modern inkişafı – kiçik həcmli və ailə-fermer təsərrüfatlarının inkişafının dövlət tərəfindən dəstəklənməsinə, kənd təsərrüfatı məsullarının istehsalında bölgələr üzrə ixtisaslaşmanın dərinləşməsinə, ərzaq təhlükəsizliyinin təmin olunmasına və bunun əsasən daxili istehsal hesabına təmin edilməsinə, fermerlərin “Aqrolizinq” servislərinin xidmətlərindən səmərəli istifadə etməklə, müasir kənd təsərrüfatı üçün lazımi texnika ilə, daha sərfəli qiymətlərlə təchiz edilməsinə və həyata keçiriləcək digər islahat yönümlü tədbirlər nəticəsində, daxili bazarın qorunması və xarici bazara sərbəst çıxışının təmin edilməsinə tam şərait yaradılacaqdır.

Müşahidələr göstərir ki, daim yenilənən texnologiyaları kiçik aqrar subyektlərdə tətbiq, icarə əsasında texnikadan istifadə etmək, iqtisadi baxımdan qeyri-mümkündür. Halbuki məhsuldarlığın artırılması, rəqabət qabiliyyətinin gücləndirilməsi üçün yeni texnologiyaların tətbiqi çox vacibdir. Qeyd olunduğu kimi, kooperativ təşkilat formasının hüquqi bazasının yaradılmasının əsas məqsədlərindən biri – məhz aqrar subyektlərin böyüməsinə nail olmaq və torpaq becərilməsinin iqtisadi səmərəsini təmin etməkdir.

Bu gün Azərbaycanda kənd təsərrüfatı kooperasiya fəaliyyətinin daha da təkmilləşdirilməsi və modernləşməsi istiqamətində bir sıra məqsədyönlü tədbirlər həyata keçirilir ki, onlar arasında ən mühümlərindən biri də—aqroparkların təşkili və inkişafıdır. Onun əhəmiyyət haqqına artıq yuxarıda qeyd edildi. “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı və emalına dair Strateji Yol Xəritəsi” ndə göstərildiyi kimi, “… aqroparklar yerli və xarici investorları cəlb edən biznes mühitinin yaradılması üçün bir sıra məqsədyönlü tədbirlərin həyata keçirilməsinə şərait yaradır. Aqropark modeli kompleks müəssisələrlə müqayisədə daha yüksək səviyyədə mərkəzləşmiş və geniş miqyasda fəaliyyət göstərən emal mərkəzlərinin yaradılmasına xidmət edərək klaster (qruplaşdırma) yanaşması əsasında qurulur. Aqroparklar logistika infrastrukturuna yaxın yerləşməklə yerli və xarici bazarlara çıxış imkanlarını artırır, ixracın lazımi səviyyədə reallaşmasına və beynəlxalq investorların cəlb edilməsinə şərait yaradır”. Sözsüz ki, bu fəaliyyət aqrar sahibkarlıq potensialının yüksəlməsi, kooperasiya yönümlü yeni fəaliyyət növlərinin inkişafına münbit şəraiti formalaşdırmaqla yanaşı, modern texnologiyaların tətbiqi və mənimsənilməsi tədbirlərinin gücləndirilməsi, habelə digər tədbirləri də əhatə edir…
Burada bir məqama toxunmağı da zəruri hesab edirik. Qeyd edək ki, tərəfimizdən yaradılan “Kooperasiyanın İnkişafına Dəstək” İB, ölkə Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi əsasında “Kənd təsərrüfatı kooperativlərinin yaradılması və fəaliyyəti ilə bağlı kənd təsərrüfatı məhsulları istehsalçılarına institusional yardım” layihəsini həyata keçirir.

Layihənin məqsədi—kənd təsərrüfatı fəaliyyətilə məşğul olan müxtəlif fiziki və hüquqi şəxslərə aqrar kooperativlər haqqında bilgi vermək, onları mövcud normativ aktlar və beynəlxalq təcrübənin uğurları ilə tanış etmək, həmçinin onlara yeni iş yerlərinin açılması və məşğulluğun təmin olunmasında bu qurumların rolu ilə tanış etməkdir.

Layihə çərçivəsində Sabirabad, Kürdəmir, Zaqatala və Qax rayonlarının hər birində fermerlər üçün məlumatlandırma təlimlərinin keçirilməsi nəzərdə tutulub. Artıq Sabirabad rayonu Kənd Təsərrüfatı İdarəsində həmin tədbir yüksək səviyyədə keçirilməklə, fermerlərin böyük marağına səbəb olub. Tədbirdə iştirak edən KTN-in nümayəndəsi də onun əhəmiyyətini yüksək qiymətləndirmiş və bu tip görüşlərin mütəmadi keçirilməsinin zəruriliyini vurğulamışdır. Diqqəti çəkən məqam odur ki, məhz həmin gün Sabirabad rayonunun iki kəndində, AR KTN-in dəstəyi ilə modern aqrar kooperasiya qurumunun fəaliyyətə başlaması ilə bağlı tədbir həyata keçirilmişdir.

Hesab edirik ki, müasir dövrdə kənd təsərrüfatı kooperativlərinin səmərəli və dayanıqlı fəaliyyətini təmin etmək üçün həlli vacib aşağıdakı məsələlərin reallaşdırılması zəruridir:

—aqrar kooperasiya prosesinin modernləşməsi yönümlü zəruri fəaliyyət istiqamətlərinin, o cümlədən dövlət dəstəyi tədbirlərinin davam etdirilməsi;

—daxili bazarın səmərəli qorunması, eyni zamanda fermerlər, xüsusən də kiçik və orta istehsalçılar üçün əlverişli daxili və xarici bazar mühitinin yaradılması;

—bu istiqamətlərə uyğun olaraq, səmərəli kooperasiya əlaqələrinə əsaslanan təsərrüfatçılıq strukturlarının, o cümlədən aqroparklar və digər aqrobiznes strukturlarının yaradılması təcrübəsinin daha da genişləndirilməsi;

—inkişaf etmiş ölkələrin qabqacıl təcrübəsindən yararlanmaqla, aqrar sahədə kooperativ hərəkatına dair təbliğat-təşviqat işlərinin gücləndirilməsi;

—aqrar kooperasiyanın institusional bazasını təkmilləşdirən və fəaliyyətin səmərəliliyini stimullaşdıran daha əlverişli iqtisadi mühitin formalaşdırılması;

—kooperativ sektorda çalışanlar, eləcə də özəl qurumlar üçün kənd təsərrüfatı və kooperasiya ilə bağlı tədris-təbliğat-təşviqat xarakterli müxtəlif kitab, broşür və müxtəlif əyani vəsaitlərin hazırlanması, bu sahə üzrə dövri mətbuatda silsilə yazıların dərc edilməsi, televiziya, radio, müxtəlif saytlar və s. kütləvi informasiya vasitələrindən istifadə etməklə bu vacib sahədə əldə edimiş nailiyyətlərin təşviq edilməsi, yol verilmiş nöqsanların isə aradan qaldırılması yollarının göstərilməsi və s.

Həsən İsrafilov,

iqtisad elmləri doktoru,
Əməkdar müəllim.

ADİU (UNEC).

Aqrar sahd kooperasiya laqlri

Beynəlxalq ictimai-siyasi, elmi nəzəri jurnal / Международный общественно-политический, научно-теоретический журнал / International socio-political, scientific-theoretical journal

11

Aqrar sahədə iqtisadi idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi yollarının araşdırılması, tədbiqi və öyrənilməsi

Vüqar Kərimli,
AMEA İqtisadiyyat institutu, böyük elmi işçi.
İqtisad üzrə fəlsəfə doktoru

Email: [email protected] gmail.com

Giriş
Respublikamızın bazar iqtisadiyyatı şəraitində sosial-iqtisadi inkişafın sürətləndirilməsi üçün tədbirlər sistemimdə aqrar sahənin idarə edilməsinin yeni iqtisadi münasibətlərə uyğumlaşdırılması və təkmilləşdirilməsi mühüm məsələlərdən biridir. Çünki burada böyük maliyyə, maddi, əmək və elmi potensial cəmlənmişdir, onlardan səmərəli istifadə insanların rifah halının yaxşılaşdırılmasının mühüm şərtidir.
Aqrar sahənin idarə edilməsi toplumda fəaliyyət göstərən əsas iqtisadi qanunla müəyyənləşir. Aqrar sahənin idarə edilməsi dedikdə toplumun maddi təlabatının ödənilməsi məqsədilə istehsal və qeyri-istehsal sahələrində məhsul istehlak etmək və xidmətlər göstərmək üçün onların müəyyən üsul və metodlarla fəaliyyətinin istiqamətləndirilməsi və əlaqələndirilməsi kimi başa düşülür. İdarəetmə təsərrüfat müxanizminin əsas həlqələrindən biridir. Məlumdur ki, mülkiyyət formaları dəyişildikcə aqrar sahədə idarəetmə mexanizmləridə dəyişilmişdir. Uzun illər aqrar sahənin idarə edilməsi sistemi onun inkişaf meyilləri və cəmiyyətimizin təlabatı ilə əlaqədar bir neçə dəfə yeniləşdirilmiş, təkmilləşdirilmiş və bunun nəticəsi olaraq yüksək son nəticəyə çatmaq və məsuliyyətin dahada gücləndirilməsinə yönəldilmişdir. Hal hazırda isə qeyri-neft sektorunun, həmçinin aqrar sahənin inkişafının əsas prioritet istiqamətləri müəyyən edilməklə yanaşı aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi, ehtiyyatlardan istifadəni yaxşılaşdırmaq, istehsalı artırmaq, səmərəliliyi yüksəlmək məsələlərinə istiqamətləndirilir.
İnkişaf etmiş ölkələrin təcrübələrindən belə qənaətə gəlmək olur ki, daima dəyişən iqtisadi münasibət və təlabatlara cavab verməsi üçün aqrar sahə səmərəli idarəetmə sisteminə malik olmalıdır. Təbii ki, aqrar sahənim kompleks inkişafını zəruri edən elementlər həlqəsi mürəkkəb olduğundan hətta istehsal-bölgü-mübadilə prosesinin təkmilolması aqrar sahə üçün nəzərdə tutulan hədəflərə çatmağa imkan vermir. Ona görə ki, resursların, istehsalın, işçilərin düzgün idarə edilməsi çox mürəkkəbdir. Hesab edirəm ki, Aqrar sahənin iqtisadi idarəetmə mexanizmlərinin araşdırılması və öyrənilməsi zamanın tələbidir və onun tədqiq edilməsinə ciddi ehtiyac vardır.

Aqrar sahədə iqtisadi idarəetmə mexanizmlərinin formalaşdırılması xüsusiyyətləri
İqtisadi idarəetmə mexanizminin əsas məqsədi özündə müəyyən ölçüləri və əsas amilləri əks etməklə qarşılıqlı əlaqəli bir sistemi ifadə edir. Deməli İqtisadi idarəetmə mexanizmi məqsədli bir mexanizmdir və obyektiv məzmun elementlərinə malikdir. [1,s.39]. Vurğulamaq istəyirəm ki, idarəetmə müəyyən münasibətlər sistemini əhatə edir. Onun müəyyən xüsusiyyətləri, prinsipləri və vasitələri vardır. Bu mənada idarəetmə münasibətləri idarəetmə funksiyalarını həyata keçirmək üçün yaranan münasibətlərdir. Qeyd olunanlar iqtisadi sistemə xas olan mexanizm vasitəsilə tənzimlənir. Eyni zamanda idarəetmə obyektiv iqtisadi qanunların tələblərinə uyğun həyata keçirilən bir prosesdir. Aqrar sahədə idarəetmə dedikdə iqtisadi prosesləri tənzimləyən obyektiv qanunları bilməklə iqtisadi mexanizmi hərəkətə gətirməklə ölkənin ərzaq təhlükəsizliyini təmin etmək və xarici iqtisadi fəaliyyəti qurmaq və s. fəaliyyət məcmusu başa düşülür.
Aqrar sahədə idarəetmə mexanizminə onun obyekt və subyektləri daxildir. İdarəetmənin obyekti bütövlükdə iqtisadiyyat, yəni ASK-lar, kooperativlər, müəssisələr və s. daxildir. İdarəetmənin subyektləri dedikdə isə idarəetmə orqanları başa düşülür.
Respublikamızda aqrar sahənin sürətli inkişafını təmin etmək üçün infrastrukturanın inkişafı üçün bir idarəetmə sisteminin elementi kimi zəif həyata keçirilir bu da öz növbəsində müasir bazar tələblərinə uyğunluğu baxımından geridə qalır. Bu amil ASK-ların idarəetmə mexanizmlərinin effektivliyini aşağı salacaq. Buna görə obyektiv və subyektiv səbəblərə görə ölkəmizdə aqrar –sənaye komplekslərinin düşdükləri bu günkü böhran əməli tədbirlər görülmədiyindən dərinləşərək tənəzzülə uğramışdır.
Aqrar sahənin idarəetmə strukturlarında dəyişikliklərin edilməsinə ehtiyac var belə ki, bir – birini təkrar edən strukturlar ləğv edilməlidir, cəmiyyəti və iqtisadiyyatı mərkəzləşdirmə proselərinə tədricən hazırlıqlı vəziyyətə gətirmək lazımdır. [7,s.120]

Beynəlxalq təcrübənin öyrənilməsi
Təbii ki, iqtisadi əlaqələrin əsasını mənafelər və maraqlar təşkil edir. Respublikamıza gəlir mənbəyi kimi baxan ölkəliərin maraq dairəsi indiki şəraitdə təbiidir. Çünki hər bir dövlət ilk növbədə iqtisadi-siyasi əlaqələrinin öz mənafeləri əsasında qurulmasında maraqlıdır. Bu halda istənilən ölkə üçün başqa inkişaf etmiş ölkələrin təsirinə düşmək ehtimalı böyükdür. Bu halın baş verməməsi üçün dövlət düşünülmüş inkişaf istiqaməti, modeli seçmək zəruridir. İqtisadi əlaqələri bir sistem olaraq qəbul etsək xarici investisiyaların rolu danılmazdır.
Təbii və geopolitik amilləri nəzərə alsaq, Respublikamız dünya ölkələri ilə səmərəli iqtisadi əlaqələrin qurulması üçün xüsusu bir ölkədi, bundan da səmərəli istifadə olunmalıdır. Xəzər dənizi və Avropa ölkələrinə çıxış üçün nəqliyyat sisteminin, Qara dəniz ölkələrinin və ipək yolunun bərpasını misal olaraq göstərə bilərik. Xarici əlaqələr milli iqtisadi mənafelərə söykəndikdə səmərəli olur. Qeyd olunanları nəzərə alaraq söyləmək olar ki, uğurlu aqrar islahatların aparılması üçün beynəlxalq təcrübəni öyrənmək vacibdir.[8,s.200].
İsraildə torpaq dövlətin mülkiyyətidir və kənd təsərrüfatı ilə məşğul olmaq istəyənlər uzunmüddətli – 49, 99 illiyə icarəyə verilir. Sahibkarlar hər il torpaq vergisi ödəyir və məhsul istehsal etməkdə sərbəstdirlər. Torpaq ərazilərinin satışı qadağandır lakin, icarədar başqasının icarəsinə torpaq ərazilərini verə bilər. İcarə müddəti bitdikdən sonra dövlət torpaq əarazisini geri ala və ya icarə müddətini uzada bilər.
Təsərrüfatçılığın 2 forması mövcuddur: kibuslar və maşavalavır, kooperativlərə də üstünlük veri­lir. Kibuslar kollektiv təsərrüfatçılığa, maşavalavr isə kooperativ təsərrüfatçılığına əsaslanır. Dövlət təsərrüfatlara yardım və köməkliklər göstərir. Dövlət istənilən kənd təsərrüfatı məhsulu istehsalı üçün təsərrüfat sahiblərinə sifarişlər verir. İsraildə təsərrüfatçılıq sisteminin yüksək səviyyədə təşkil olunmasının nəticəsidir ki, ölkə kənd təsərrüfatı məhsullarına olan təlabatını demək olarkı tam ödəyir, hətta istehsal olunan məhsulun 20%-dən çoxunu ixrac edir. Düşünürəm ki, İsrailin təcrübəsindən yararlanmaqla ölkəmizdədə səmərəli təsərrüfatların inkişafına nail olmaq olar. Son illər respublikamızda üzümçülüyün inkişaf etməsini nəzəzə alsaq Fransanın təcrübəsinə diqqət yetirmək vacibdir. Fransada əkinə yararlı torpaqların əhəmiyyətli hissəsi sahibkarların əlindədir. Əsas təsərrüfat forması kimi fermerlər və kooperativlərdir. Sahibkarlar istədikləri kənd təsərüfatı məhsullarını istehsal etməkdə sərbəstdirlər, ancaq dövlət sifarişləridə qəbul edirlər.
Fransada üzümçülük ən gəlirli və populyar sahələrdən biri hesab olunur. Üzümçülüklə əsasən sahibkarlar məşğul olurlar və bu zaman məhsulun kəmiyyəti ilə yanaşı keyfiyyətədə xüsusi diqqət yetirilir. Çünkü keyfiyyətli məhsul daha rəqabətqabiliyyətli olur.
Çin Xalq respublikasının aqrar sahədə apardığı islahatlar təcrübəsində təqdirəlayiqdir, belə ki, burada islahatlar daima dərinləşir və təkmilləşdirilir. Çində torpaqlar dövlətin mülkiyyətindədir.
Almaniyanın aqrar sahədə prioritet istiqaməti şərq torpaqlarının ətraf mühitinin qorunmasını təmin edən, Avropa bazarlarında rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsulu istehsal edən və müasir müəssələr yaratmaqdan ibarət oldu. Almaniyada kooperativlər özlərinin “Rayfayzen” adlanan ittifaqda birləşib və idarəolunma formasına görə 3 növə ayrılır: federal, regional, yerli. Burada dünyanın müxtəlif ölkələrində filialı olan 2.654 kooperativ birliyi fəaliyyət göstərir.
Bizdə bu təcrübədən istifadə edərək respublikamızda kənd təsərrüfatı istehsal edən koperativlər yaradıla və rəqabətqabiliyyətli məhsul istehsal oluna bilər.

Aqrar sahədə iqtisadi idarəetmə mexanizminin təkmilləşdirilməsi yollarının araşdırılması
Dünya ölkələrinin təcrübəsindən belə qənaətə gəlmək olarkı dövlət iqtisadiyyatın inkişafında katali­zator və biznesin inkişafına təsiretmə vasitəsi ola bilər. Hazırda bazar iqtisadiyyatı inkişaf yolu keçmiş ölkələrin inkişaf modelləri dövlətin nədərəcədə müdaxilə edəcəyi ilə müəyyən olunur. Ölkəmiz bazar iqtisadiyyatında mövqeyi, təsir etmə səviyyəsi, bu səviyyənin həd və hüdudu əvvəllərdə hazırdada nəzəri metodoloji məna kəsb etməklə iqtisadçılar arasında fikir ayrılığına səbəb olmuşdur. Dövlətin iqtisadi funksiyalarının güclənməsi zəruridir,bazar iqtisadiyyatı dövlətin iqtisadi metod və üsullarla idarə etməsinin gücləndirilməsidir.[7,s.200]
İqtisadçıların inkişaf etmiş ölkələrin inkişaf modellərinə nəzər saldıqda anlaşılır ki, Azərbaycanın iqtisadi inkişafinın öz çətinliyi, xüsusiyyəti var. Bu mənada araşdırma göstərir ki, aqrar sahənin inkişafının tənzimlənməsimdə dövlətin iştirakı zəruridir, digər tərəfdən istehlak mallarının, ərzaq məhsullarının yaradılması ilə şərtlənir. Buna görədə dövlət aqrar sahənin inkişafını tənzimləməlidir. Araşdırmadan belə qənaətə gəlmək olar ki, dövlətin daxili bazara təşkiledici təsiri aşağıdakı kimidir.
Dövlət iqtisadiyyatı yüksək səviyyədə inkişaf etmiş ölkələrdə kənd təsərrüfatı məhsullarının alıcısı kimi çıxış edir, bazarın strukturuna birbaşa təsir göstərir eyni zamanda bazarın fəaliyyətini yeni təşkilati formasını müəyyən edir. Sahibkarlara maddi yardım göstərilməsi, kreditlərin verilməsi, müxtəlif dotasiyalar dövlət tərəfindən həyata keçirilir.
İnkişaf etmiş dövlətlərdə kənd təsərrüfatının səmərəli inkişafını, müstəqil təsərrüfat subyektlərini təmin etmək üçün rentabelli sahənin müxtəlif vasitələrlə müdafiə edir. Ümumiqtisadi sahələr üzrə inkişafında ölkənin beynəlxalq bazarlarda vəziyyətini göstərən dövlət tənzimləyiciləri məxsus cəhətlər mövcuddur. Aqrar sahənin tənzimlənməsinin başlıca vəzifəsi başqa sahələrlə qeyri bərabər vəziyyətdə olduqda ona yardım göstərməkdən ibarətdir. İstənilən şəraitdə bu qeyri bərabərliyin xarakteri qorunub saxlanılır, bu aqrar sahənin xüsusiyyətləri ilə bağlıdır. Ancaq tənzimlənmənin istiqamətləri müxtəlifdir. O, kənd təsərrüfatı məhsullarının istehsalı və satışını stimullaşdırır, ya da onun antiböhran tənzimləyicisi kimi çıxış edir. Araşdırma göstərir ki, tənzimləmə üzrə qanunların mühüm əhəmiyyəti vardır. Qeyd olunan qanunlar ali qanunverici orqan tərəfindən qəbul olunur və istehsalın tənzimlənməsi üzrə aktlar orada öz əksini tapır. İnkişaf etmiş ölkələrin əksəriyyətində dövlətin aqrar siyasətinin müxtəlif mexanizmlər vasitəsilə məhsulların istehsalını və satışının tənzimlənməsi olmuşdur bununda əksər hissəsi dövlət təhsisatlarının üzərinə düşmüşdür. Bəzi məhsulların bazar tənzimlənməsi formalarında biridə marketinq nizamnaməsidir. Marketinq
nizamnamələrinin mənası nizamnamənin fəaliyyət zonası daxilində məhsulun keyfiyyəti üzrə diferensiyası ilə bu və ya digər məhsula vahid qiymətin qoyulmasıdır. Bu istehlakçıların mənafeini nəzərə almaqla fermerlərin gəlirlə təmin olunmasını göstərir. Praktikada gəlirlərin tənzimlənməsində 2 mexanizmdən istifadə edilir: tədarük və girov əməliyyatları vasitəsilə bazar qiymətlərinin saxlanılması. Girov məbləği ən kiçik təmin olunmuş qiyməti özündə əks etdirir. Sahibkarlar bunun əsasında öz məhsullarını sata bilir. Tədarük isə 2 formada dövlət tərəfindən müəyyən edilir məhsulun birbaşa və məcburi tədarükü formasında həyata keçirilir. Sonuncu tədbiq olunanda fermer məhsula çəkdiyi xərcdən imtina edir. Dövlət girov və tədarük əməliyyatlarını həyata keçirərkən xammal üzrə daxili bazara təsir göstərir. Qiymət əmələ gəlməsinə dövlət birbaşa eyni vaxtda təsir göstərir. Yəni fermer minimum təminat verilmiş qiymət funksiyasını yerinə yetirir. Lakin dövlətin bilavasitə müdaxiləsi yalnız kənd təsərrüfatı xammalı bazarı üçün xarakterikdir. Məhsul satışı zamanı belə müdaxilə dolayı mahiyyət daşıyır. İnkişaf etmiş ölkələrdə elmi-texniki inkişaf da tənzimlənmənin mühüm sahəsi kimi çıxış edir. [5,s.80]
Ətraf mühitin qorunması üzrə fəaliyyətin tənzimlənməsində dövlə müxtəlif formalarda iştirak edir. Onlar aşağıdakılardır: xüsusi dövlət standartlar və kefiyyətə nəzarət xidməti tərəfindən həyata keçirilən dövlət nəzarəti; ekoloji təmiz məhsulların stimullaşdırılması; kompensasiya verməklə torpaq ehtiyatlarının dondurulmasını nəzərdə tutan torpaqların məhsuldarlığının yüksəldilməsi üzrə dövlət proqramı. İstehsalın dövlət tənzimlənməsinə diqqət yetirilsə də o, heç vaxt direktiv xarakteri almamalıdır. Tənzimlənmənin məqsədi bazar mexa­nizmini qorumaq, əlverişsiz bazar nəticələrini yumşaltmaqdan ibarətdir. Onu deməyə əsas verir ki, aqrar sahədə tənzimlənmə istehsalın təmin olunmasına kömək edir. Müəyyən ölkələrdə istehsalın plana uyğun dövlət tənzimlənməsi sahəsindəki təcrübə bizim ölkədə istifadə edilə bilər. Dövlət tənzimlənməsində fiskal siyasət xüsusi yer tutur. Bu siyasətin əsas məqsədi kredit və vergi qoyma mexanizmi vasitəsilə inkişaf etmıkdə olan sahələri təmin etməkdən ibarətdir. Vurğulamaq istəyirəm ki, müəssisələrdə qiymətqoyma fiskal funksiyaların yerinə yetirilməsinə deyil, sahibkarlıq fəaliyyətinin stimullaşdırılmasına yönəlməlidir. [6,s.220] Dünya təcrübəsinə əsaslanaraq söyləmək istərdim ki, aqrar sahənin tənzimlənməsində dövlətin rolu və əhəmiyyəti getdikcə artır. Bu tənzimləmə strateji əhəmiyyətli ərzaq və kənd təsərrüfatı məhsullarının istehsalında aqrar işçiləri maddi cəhətdən maraqlandırmalı, məhsullara müəyyən olunmuş qaydada sifariş verməlidir. [2,s.103].
Aqrar istehsalın dövlət tənzimlənməsinin aşağıdakı istiqamətlərdə həyata keçirilməsi məqsədəuyğundur:
– kəndin sosial inkişafı
– təsərrüfatlarda qiymətlərin tənzimlənməsi
– əmtəə istehsalçılarının maraqlarının qorunması
ASK-larda aşağıdakı mülahizələrə diqqət yetirikməlidir:
– bazarın öz özünü tənzimləməsi ilə ona dövlətin təsiri ilə əlaqələndirmək
– iqtisadi dəyişikliklərin tədricən aparılması
– makroiqtisadi mexanizmlərinin aqrar bazara təsiri, ASK-ların iqtisadi qurumlarda rolu
Aqrar sahədə bazar subyektlərinə aşağıdakıları aid etmək olar: bazarın subyektini müəyyən edən bazarın növləri, bazar subyektlərinin təsiredici amilləri və s. Bunları daha geniş başa düşmək üçün makroiqtisadi və infrasruktur amilləri ilə yanaşı bazar mexanizmlərinin dövlət tənzimlənməsinin canlandırılması vacibdir. Hazırki aqrar islahatların həyata keçirildiyi şəraitdə istehsalın sabitliyinə və onun davamlı inkişafına nail olmaq üçün dövlət tənzimləməli və bu iqtisadi mexanizm kimi fəaliyyət göstərməlidir. Fikrimcə, tənzimlənin hüquqi əsası kimi yeni hüquqi qanunlarin qəbul edilməsinə ehtiyac var və tənzimlənmənin əsas istiqamətləri bu qanunla təsbit olunmalıdır. Kənd təsərrüfatı spesifik sahə olduğu üçün daha çox investisiya tələb edən istehsal sahəsidir. Aqrar sahədə islahatlar apararkən xarici investorların vəsaitlərindən istifadə edilməsi məqsədə uyğundur, ancaq əsas vəsait daxili mənbələr hesabına əldə edilməlidir. İstehsalın tənzimlənməsi təsərrüfat fəaliyyətinin pozulmasının qarşısını almaq zərurətindən yaranır. Aqrar sahədə istehsalın tənzimlənməsinin əsas məqsədi dövlətin maraqlarının qorunması və təminatının həyata keçirilməsindən ibarətdir. [4,s.150].

Aqrar sahənin idarəedilməsində xarici iqtisadi əlaqələr
Bu bir həqiqətdir ki, istənilən ölkə öz çərçivəsində iqtisadiyyatını inkişaf etdirə bilməz. İndiki şəraitdə ölkəmizin xarici iqtisadi əlaqələrinin formalaşması və inkişaf etməsi onun strateji istiqamətlərdə həyəta keçirilməsi vacibdir. Xarici ölkələrdə olduğu kimi, bizdə də bazar münasibətlərinin formalaşmasında içtimai əmək bölgüsünün inkişafı ilə bağlıdır. İctimai əmək bölgüsünün mühüm forması olaraq beynəlxalq əmək bölgüsünün həyəta keçirilməsi beynəlxalq aləmdə əmək ilə bağlı fəaliyyətinin ixtisaslaşdırılmasının və kooperasiyalaşdırılmasının göstəricisidir. Dünya bazarında əmtəələr müxtəlif ölkələrdə milli əməkləri məcmə əməyin hissəsi kimi başa düşülür və nəticə olaraq milli əmək orta dünya əməyinə nisbətdə çıxış edir. Bazarlara satış məqsədi ilə çıxarılan əmtəələrə çəkilən xərclər orta dünya bazar xərclərindən aşağı olarsa o, iqtisadi səmərə vermiş olur. Əmtəənin dəyəri və kefiyyətinin standartlarla uyğun olması onun dünya bazarında qiymətini müəyyən edir. Aqrar sahədə istehsal olunmuş məhsulların hamısı beynəlxalq mübadilə obyekti ola bilmir. Bu onunla əlaqədardır ki, bazarda rəqabətə dözümlü, aşağı xərcli və istehlak keyfiyyətinə malik məhsullar beynəlxalq mübadilə obyektinə çevrilə bilir. Qeyd olunanları nəzərə alsaq belə nəticəyə gəlmək olar ki, ixrac olunacaq məhsulları istehsal edən zaman qabaqcıl texnologiyalardan istifadə etmək lazımdır. Müəyyən məhsulları məhdudlaşdırmaq üçün dövlət gömrük tariflərini yüksəltməlidir və yaxud yüksək kvota tədbiq etməlidir. Respublikamızın xarici bazarının formalaşdırılması üçün 1-cisi, iqtisadiyyatımız dünya təsərrüfat mexanizminə inteqrasiya olunmalıdır; 2-cisi, milli valyuta kursunun xarici valyutalara nisbətən süni formada aşağı salınması deyil, dünya bazarlarına rəqabət qabiliyyətli məhsullar çıxarmaqla təmin edilməlidir; 3-cüsü, ixrac-idxal əməliyyatı zərərli təsirlərdən qorunmalıdır. Vergi xarici iqtisadi əlaqələrin idarə edilməsində mühüm yer tutur. Belə ki, kənd təsərrüfatı spesifik sahədir və özünə məxsus xüsusiyyətlərə malikdir. Ölkələr öz aqrar sektorlarına uyğun xarici siyasətlərini həyata keçirirlər. Respublikamızda beynəlxalq qanunlara əməl edib düzgün gömrük vergi siyasətinin həyata keçirilməsi xarici ticarətinsəmərəliliyi artırır. Bəzi mallara yüksək vergi dərəcələri təyin edilməlidir, yalnız müasir texnologiyaları vergidən azad etmək lazımdır. Digər əsas məsələlərdən biridə aqrar sahədə daxili və xarici bazarı öyrənən, proqnozlaşdıran müasir tələblərə cavab verən operativ informasiya sistemi yaradılmalıdır, mütəmadi olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslər informasiya ilə təmin edilməlidirlər. Belə bir təminat dünyanın bir çox ölkələrində var, bu yolla istehsal və idxal olunacaq məhsulların qabaqcadan miqdarları proqnozlaşdırılır. Düşünürəm ki, qeyd olunan tədbir xarici iqtisadi fəaliyyətin effektivliyini xeyli artırmış olur. Beynəlxalq təcrübə belə deməyə əsas verir ki, texnoloji təçkilati amillər bazar iqtisadiyyatının təsiri nəticəsində formalaşır və inkişaf edir. İstehsal olunmuş məhsulun qiyməti, keyfiyyəti, miqdarı, daşınmaları şərtləri hər iki tərəf üçün əlverişli olduqda sahələr arası əlaqələr yaranır və bu iqtisadi inteqrasiya xarakteri daşıyır. [3,s.347]
Kənd təsərrüfatı istehsalının mövsümlüyü, onun təbii iqlim şəraitindən asıllığı məsulun davamlılığının və əmtəəlik səviyyəsinin yüksək olmaması satış bazarında güclü rəqabət şəraitində fəaliyyət göstərməsi fermerlərə öz məhsullarından həmişə lazımi mənfəət əldə etməyə imkan verən qiymətdə və həcmdə satmağa imkan vermir. Xarici iqtisadi əlaqələrimizi araşdırarkən barter üsulunun və dünya bazarındakı qiymətlərin tətbiq olunması prinsiplərinə uyğun hazırlznması vacib məsələlərdəndir.

Nəticə
Ölkədə aqrar sahənin inkişafı, onun müəyyən sahələrinin müntəzəm olaraq inkişaf etdirilməsi üçün müəyyən vəzifələr qoymuşdur. Etiraf etmək lazımdır ki, respublikamızda aqrar sahənin inkişafı onun potensiyalından aşağı səviyyədədir, bunun üçün onun yüksəldilməsi istiqamətində tədbirlər həyata keçirilməlidir. Bu baxımdan Aqrar sahədə iqtisadi idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi yollarının araşdırılması, tədbiqi və öyrənilməsi istiqamətində aparılan araşdırmalar bir sıra nəticələr ortaya çıxarmışdır. Əldə olunmuş nəticələri aşağıdakı kimi ifadə etmək olar:
– kənd təsərrüfatı məhsullarının hərəkəti və xammalın təlabatçıya istehsal məqsədi ilə çatdırılması üçün mexanizmlər yaradılmalıdır.
– bazarın idarəetmə rıçaqlarını təkmilləşdirmək.
– əmtəə istehsalçıların maraqlarını qorumaq.
– müasir informasiya texnologiyalarından geniş istifadə etmək.
– aqrar sahədə iqtisadi idarəetmə mexanizmlərini müasir tələblərə uyğun olaraq təkmilləşdirmək.

Açar sözlər: iqtisadiyyat, bazar, idarəetmə, mexanizmlər, təkmilləşdirmə, istehsal, aqrar sahə.

ƏDƏBİYYAT SİYAHISI
1. Alıyev İ.H. Azərbaycan Respublikasında aqrar sahədə iqtisadi idarəetmə mexanizminin təkmilləşdirilməsi. Bakı -2003, 315 s.
2. Kərimli V.B. Aqrar sahədə strateji menecment. Bakı-2018,150 s.
3. İbrahimov İ.H. Aqrar sahənin iqtisadiyyatı. Bakı-2016, 653 s.
4. Əhmədov İ.V. Kənd təsərrüfatının idarəedilməsi. Bakı-2006, 880 s.
5. Əlirzayev Ə.Q. Sosial sferanın iqtisadiyyatı və idarəedilməsi. Bakı-2010, 450 s.
6. Kəlbiyev Y.A. Fiskal siyasət və milli iqtisadiyyatın tənzimlənməsi problemləri. Bakı-2006. 468 s.
7. Мутладзе Р.Г. Менеджмент в агропромышленном комплексе. Москва-2011, 382 с.
8. Qurbanzadə A.A. Aqrar strukturun regional inkişaf modeli. Bakı-2004. 438 s.

д.ф.э. В.Б. Керимли
Старший научный сотрудник ИЭ НАНА

Резюме
В статье исследуются пути совершенствования механизмов управления экономикой, что является одним из важнейших вопросов развития аграрного сектора в условиях современной рыночной экономики. Одним из основных условий является изучение экономики в аграрном секторе и ее способности удовлетворять и регулировать все требования рыночной экономики с учетом специфики управления. Это факторы, которые напрямую влияют на дальнейшее улучшение деловой среды в условиях рыночных отношений, ускорение социально-экономического развития и всестороннее формирование тех, кто участвует в управлении общим производством.

Ключевые слова: экономика, рынок, управление, механизмы, совершенствование, производство, аграрный сектор.

PhD. V.B.Kerimli
Head scientist of EU ANSA

Summary
The article examines and studies ways to improve economic management mechanisms, which is one of the most important issues for the development of the agricultural sector in a modern market economy. One of the main conditions is the study of the economy in the agricultural sector and its ability to meet and regulate all the requirements of a market economy, taking into account the specific features of management. These are the factors that directly affect the further improvement of the business environment in the conditions of market relations, the acceleration of socio-economic development and the comprehensive formation of those involved in the management of overall production.

Key words: economy, market, management, mechanisms, improvement, production, agrarian sector.

Comments are closed, but trackbacks and pingbacks are open.