Aran iqtisadi rayonunun muasir iqtisadi veziyyeti
16:07 10 Mart 2023
Azərbaycanın iqtisadi rayonları-YENİ
İqtisadi-coğrafi rayon – təbii şəraitinə, ehtiyatlarına, təsərrüfatın ixtisaslaşma istiqamətlərinə və əhalinin məskunlaşmasının inkişaf səviyyəsinə görə fərqlənən ərazidir. Azərbaycan 14 iqtisadi-coğrafi rayona ayrılır.
Bakı iqtisadi rayonu. Sahəsi 2,14 min km2, əhalisi 2300,5 min nəfər (2021). Bu iqtisadi rayonunun tərkibinə Bakı şəhəri inzibati ərazi dairəsinə daxil olan 12 rayon daxildir. İqtisadi rayon ölkənin şərqində, Xəzər dənizinin sahillərində, əlverişli İCM-də yerləşir (şəkil 3).
Regionda bütün əhali Bakı şəhəri və ətraf qəsəbələrdə cəmlənir. Ona görə şəhər əhalisinin xüsusi çəkisinə, şəhər yaşayış məntəqələri sırasına daxil olan qəsəbələrin sayına, ərazinin mənimsənilməsinə, əhalinin sıxlığına, istehsal təmərküzləşməsinə, infrastruktur sahələrinin inkişaf səviyyəsinə görə Bakı iqtisadi rayonu fərqlənir. Ölkənin şəhər əhalisinin 42,9%-i Bakı və onun ətrafında yaşayır. Burada Cənubi Qafqazın ən böyük şəhər məskunlaşması zonası olan Bakı aqlomerasiyası formalaşmışdır.
Neft, təbii qaz, əhəngdaşı, kvars və tikinti qumları iqtisadi rayonun təbii sərvətləridir. Burada
sənayenin bir çox sahələri inkişaf etmişdir. Neft-qaz hasilatı, onların emalı, neft-kimya, kimya,
metallurgiya, maşınqayırma, xüsusilə neft maşınqayırması və elektrotexnika iqtisadi rayonda sənayenin əsas ixtisaslaşma sahələridir. Rayonda istehsal olunan elektrik enerjisinin miqdarı yerli tələbatı ödəmir.
Qara və əlvan metallurgiya, tikinti materialları, yüngül və yeyinti sənayesi xammalları emal olunur. Bu sahələr üçün xammal əsasən kənardan gətirilir.
Kənd təsərrüfatının əsasını şəhərətrafı təsərrüfata daxil olan südlük-ətlik maldarlıq, quşçuluq,
tərəvəzçilik, bostançılıq, üzümçülük və quru subtropik meyvəçilik təşkil edir. Zeytun, zəfəran, badam, püstə, əncir, üzüm, qarpız becərilir.
Bakı aqlomerasiyası
Bakı şəhərinin rayonları
Abşeron-Xızı iqtisadi rayonu. Sahəsi 3,73 min km2, əhalisi 578,8 min nəfərdir (2021). Bu iqtisadi
rayonunun tərkibinə Sumqayıt şəhər ərazi dairəsi, Abşeron və Xızı inzibati rayonları daxildir
Burada ölkənin iri sənaye mərkəzləri olan Sumqayıt və Xırdalan şəhərləri yerləşir. İqtisadi rayon
ölkənin şərqində, Bakı şəhəri ilə qonşuluqda mövqe tutur. Belə mövqe regionun inkişafına əlverişli şərait yaradır.
Şəhər əhalisinin xüsusi çəkisinə (91,9%), ərazinin mənimsənilməsinə, əhalinin sıxlığına, infrastruktur sahələrinin inkişaf səviyyəsinə, sosial-iqtisadi inkişafına görə Abşeron Bakı iqtisadi rayonu istisna olmaqla, digər iqtisadi rayonlardan üstündür. Neft, təbii qaz, əhəngdaşı, sement xammalı, kvars və tikinti qumu Abşeronun əsas təbii sərvətləridir. Burada sənayenin bir çox sahələri inkişaf etmişdir. Neft-qaz hasilatı, neft-kimya, kimya, metallurgiya və elektrotexnika iqtisadi rayonda sənayenin əsas ixtisaslaşma sahələridir. Elektroenergetika yerli tələbatı
ödəmir. Kənardan gətirilən qara və əlvan metallar, tikinti materialları, yüngül və yeyinti sənayesi
xammalları emaldan keçirilir. İqtisadi rayonda olan sənaye müəssisələrinin əsas hissəsi Sumqayıt və Xırdalanda yerləşir. Kənd təsərrüfatının əsasını şəhərətrafı təsərrüfat kompleksinə daxil olan südlük-ətlik maldarlıq, quşçuluq, qoyunçuluq, tərəvəzçilik, bostançılıq, üzümçülük və quru subtropik meyvəçilik təşkil edir.
Zeytun, badam, püstə, əncir, ağ və qara şanı üzüm sortları becərilən əsas kənd təsərrüfatı məhsullarıdır. İqtisadi rayon ərazisində yay və qış otlaqları vardır.
Quba-Xaçmaz
Quba-Xaçmaz iqtisadi rayonu. Sahəsi 6,96 min km2, əhalisi 558,7 min nəfərdir (2021). Tərkibinə
Xaçmaz, Quba, Qusar, Siyəzən və Şabran inzibati rayonları daxildir. Rayonun Xəzər dənizinə birbaşa çıxışı vardır. Azərbaycanı Rusiya ilə birləşdirən nəqliyyat-kommunikasiya xətləri bu rayondan keçir.
Buna görə iqtisadi rayonun İCM-i əlverişlidir Neft, təbii qaz, yanar şist, qum, çınqıl, gil regionun əsas təbii sərvətləridir. Meşələr rayon ərazisinin 10-11%-ni örtür. Qalaaltı mineral bulağı, Xəzər dənizinin sahillərində olan Nabran-Yalama zonası, meşələr və qumluqlar əsas istirahət zonalarıdır.
Tərəvəzçilik və tumlu meyvəçilik kənd təsərrüfatının ixtisaslaşma sahələridir. Xaçmaz, Siyəzən və
Şabran rayonlarında üzüm, Qusarda kartof, iqtisadi rayonun hər yerində taxıl əkilir. Düzən ərazilər südlük-ətlik maldarlığın, dağlıq rayonlar qoyunçuluğun əsas mərkəzləridir. Siyəzən, Xaçmaz və Qubada quşçuluq kompleksləri vardır.
Meyvə-tərəvəz konservi istehsalı Xaçmaz və Qubada, xalça toxuma müəssisələri Quba, Qusar və
Xaçmazda yerləşir. Xaçmazda taxıl, Qubada süd məhsulları emal edilir. Siyəzəndə neft və təbii qaz hasilatı, Xaçmazda və Qubada Modul tipli İES vardır. Xaçmaz və Quba şəhərləri sənaye mərkəzləridir.
Şəki-Zaqatala
Şəki-Zaqatala iqtisadi rayonu. Sahəsi 8,84 min km2, əhalisi 630,4 min nəfərdir (2021). Tərkibinə
Balakən, Qax, Qəbələ, Zaqatala, Oğuz, Şəki inzibati rayonları və respublika əhəmiyyətli Şəki şəhəri daxildir.
Şəki-Zaqatala Böyük Qafqazın cənub yamaclarında yerləşir. Onun sərhədlərinin şimalda Baş Qafqaz silsiləsindən keçməsi qonşu Rusiya ilə əlaqələrdə çətinlik yaradır. Polimetal filizləri (Filizçay yatağı), qum, çınqıl, gil, gips və meşə ehtiyatlarının təsərrüfat əhəmiyyəti böyükdür.
Əlverişli iqlim şəraiti, mineral bulaqlar, meşələr, həmçinin tarixi memarlıq abidələri mühüm
rekreasiyavə turizm ehtiyatlarıdır.
İqtisadi rayonda yüngül və qida sənayesi sahələri daha yaxşı inkişaf etmişdir. Qida sənayesi
müəssisələrində meyvə-tərəvəz konservləri, şirniyyat, şərab, tütün, fındıq, çay, ət-süd məhsulları istehsal olunur. Qəbələdə Konserv kombinatı fəaliyyət göstərir. Şəkidə Modul tipli İES işləyir. Yüngül sənaye Şəki İpək kombinatı ilə təmsil edilir. Burada ipək parçalar, pərdələr, kəlağayılar, yaylıqlar toxunur.
İqtisadi rayonda tütün, qərzəkli meyvələr, taxıl, xüsusən də yazlıq taxıl becərilir. Burada, həmçinin çayçılıq, gülçülük, çəltikçilik sahələri vardır. Maldarlıq və baramaçılıq kimi heyvandarlıq sahələrinin əhəmiyyəti böyükdür. Qoyunçuluğun inkişafı üçün həm yay, həm də qış otlaqlarının imkanları genişdir.
Yevlax-Balakən dəmir və avtomobil yolları iqtisadi rayonu digər ərazilərlə əlaqələndirir. Şəki şəhəri iqtisadi rayonun əsas sənaye, elm və mədəniyyət mərkəzidir.
Dağlıq Şirvan iqtisadi rayonu. Sahəsi 6,13 min km2, əhalisinin sayı 324,8 min nəfərdir (2021).
Tərkibinə Şamaxı, İsmayıllı, Ağsu və Qobustan inzibati rayonları daxildir. Dağlıq Şirvan Böyük Qafqazın cənub-şərq ətəklərində yerləşir. Onun düzən əraziləri Şirvan düzündədir. İqtisadi rayonun İCM-i az əlverişlidir. Dağlıq ərazilərdə yerləşməsi ilə əlaqədar ilin qış aylarında avtomobil yollarının istifadəsində çətinliklər yaranır. Yanar şist, tikinti materialları, mineral sular, iqlim-balneoloji ehtiyatlar, meşələr iqtisadi rayonun əsas sərvətləridir.
İqtisadi rayon üzümçülük, taxılçılıq, heyvandarlıq məhsullarının istehsalı və onları emal edən sənaye sahələrinin inkişafına görə fərqlənir. İsmayıllıda və Şamaxıda yazlıq taxıl, üzüm, Ağsuda pambıq əkilir. Əhalinin yerli tələbatının ödənilməsi üçün bostan-tərəvəz məhsulları, kartof, meyvə yetişdirilir, barama, arı saxlanılır.
Üzümün ilkin emalı və şərab zavodları Şamaxı, Ağsu və İsmayıllı rayonlarında fəaliyyət göstərir.
Qədim sənətkarlıq sahələri kimi Şamaxıda xalça, Şamaxı və Basqalda ipək yaylıqlar, kəlağayılar toxunur, Lahıcda mis qablar hazırlanır. Bakı-Şamaxı-İsmayıllı-Balakən avtomobil yolunun əhəmiyyəti böyükdür. Şamaxı Dağlıq Şirvanın əsas iqtisadi, sosial-mədəni mərkəzidir.
Gəncə-Daşkəsən iqtisadi rayonu. Sahəsi 5,27 min km2, əhalisinin sayı 611,3 min nəfərdir (2021).
Tərkibinə respublika əhəmiyyətli Gəncə və Naftalan şəhərləri, Daşkəsən, Goranboy, Samux, Göygöl inzibati rayonları daxildir. Gəncə-Daşkəsən iqtisadi rayonu ölkənin qərbində, Azərbaycanı Gürcüstan və Qara dənizin sahilləri ilə birləşdirən nəqliyyat-kommunikasiya xətləri üzərində yerləşir. Buna görə əlverişli İCM-ə malikdir. İqtisadi potensialına görə Gəncə-Daşkəsən ölkənin seçilən regionlarından biridir.
Dəmir filizi, alunit, əhəngdaşı, mərmər, gips iqtisadi rayonun əsas yeraltı sərvətləridir. İqtisadi rayon dağmədən sənayesi üzrə ixtisaslaşmışdır. Daşkəsəndə qızıl-mis emalı, dəmir filizi çıxarılması və saflaşdırılması müəssisələri fəaliyyət göstərir. Kür çayı hidroenerji ehtiyatları ilə zəngindir. Göygöl-Hacıkənd zonası, Naftalanın müalicə nefti, mineral bulaqlar, meşələr təbii rekreasiya ehtiyatlarıdır. Kimya, qara və əlvan metallurgiya, tikinti materialları, yüngül və yeyinti sənayesi aparıcı sənaye sahələridir. Yenikənd SES əhalinin və təsərrüfatın enerji təminatında mühüm rol oynayır. Gəncə- Daşkəsən tikinti materialları sənayesinin inkişafına görə fərqlənir.
İqtisadi rayonda yüngül sənaye də inkişaf etdirilir. Dəliməmmədlidə pambıqtəmizləmə zavodu
fəaliyyət göstərir. Şərab, konyak, ət, süd, qənnadı məmulatları qida sənayesinin əsas məhsullarıdır.
Üzümçülük, kartofçuluq, taxılçılıq və heyvandarlıq kənd təsərrüfatının ixtisaslaşma sahələridir.
Goranboyda pambıq əkilir. Gəncə şəhərinin əhalisini ərzaqla təmin etmək üçün şəhərətrafı təsərrüfat kompleksi yaradılmışdır.
Bakı-Qazax dəmir və avtomobil yolları buradan keçir. Gəncə şəhərində beynəlxalq əhəmiyyətli hava limanı vardır. Bakı-Ceyhan, Bakı-Supsa neft kəmərləri, TANAP, Bakı-Ərzurum qaz kəməri regiondan keçir. Gəncə-Daşkəsən hasilat sənayesi və onun məhsullarının emalı əsasında sənaye qovşağı kimi formalaşır. Gəncə şəhəri nəqliyyat qovşağıdır.
Qazax-Tovuz iqtisadi rayonu. Sahəsi 7,03 min km2 əhalisinin sayı 687,6 min nəfərdir (2021). Tərkibinə Ağstafa, Qazax, Gədəbəy, Tovuz və Şəmkir inzibati rayonları daxildir. Qazax-Tovuz iqtisadi rayonu ölkənin qərbində, Gürcüstan ilə sərhədboyu ərazilərdə yerləşir. Qara dənizin sahilindəki limanlara gedən
nəqliyyat-kommunikasiya xətləri buradan keçir. Buna görə əlverişli İCM-ə malikdir.
Qızıl, mis, əhəngdaşı, bentonit gili, seolit, sement xammalı iqtisadi rayonun yeraltı sərvətləridir. İqtisadi rayonda dağ-mədən sənayesi Gədəbəy rayonunda inkişaf etdirilir. Burada qızıl-mis filizlərinin hasilatı və emalı müəssisəsi fəaliyyət göstərir. Kür çayı hidroenerji ehtiyatları ilə zəngindir. Mineral bulaqlar, meşələr təbiirekreasiya ehtiyatlarıdır. Əlvan metallurgiya, tikinti materialları və yeyinti sənayesi aparıcısənaye sahələridir. Şəmkir və Şəmkirçay SES-lər enerji təminatında mühüm rol oynayır. İqtisadi rayonda şərab, konyak, ət, süd məmulatları qida sənayesinin əsas məhsullarıdır.
Üzümçülük, kartofçuluq, taxılçılıq və heyvandarlıq kənd təsərrüfatının ixtisaslaşma sahələridir.
Bakı-Ağstafa dəmir yolu, Bakı-Qazax avtomobil yolu, Qara və Aralıq dənizlərinin sahillərinə gedənboru kəmərləri (Bakı-Tibilisi-Ceyhan, Bakı-Supsa neft kəmərləri, TANAP və Bakı-Ərzurum qaz kəməri)buradan keçir. Ağstafa əsas nəqliyyat qovşağıdır.
Qarabağ iqtisadi rayonu. Sahəsi 8,99 min km2, əhalisinin sayı 904,5 min nəfərdir (2021). Tərkibinə Ağcabədi, Ağdam, Bərdə, Xocalı, Xocavənd, Füzuli, Şuşa, Tərtər inzibati rayonları, respublika əhəmiyyətli Xankəndi və Şuşa şəhərləri daxildir. Qarabağ, Şərqi Zəngəzur, Mil-Muğan və Mərkəzi Aran iqtisadi rayonları arasında yerləşir. Cənubda İran ilə dövlət sərhədi Araz çayı boyu keçir. İqtisadi rayonun İCM-i əlverişlidir
Tikinti materialları (mərmər, sement xammalı, tikinti daşı) Qarabağın əsas yeraltı ehtiyatlardır. Meşələrdə olan ağac tədarükü imkanları yerli ehtiyacları ödəyir. Qarabağda üzümçülük, taxılçılıq, tütünçülük, pambıqçılıq və heyvandarlıq kənd təsərrüfatının əsas sahələridir.
Yüngül sənaye pambıqtəmizləmə, xalçaçılıq sahələri ilə təmsil olunur. Qida sənayesi müəssisələrində şərab və ət, süd məhsulları hazırlanır.
Şərqi Zəngəzur iqtisadi rayonu. Sahəsi 7,47 min km2, əhalisinin sayı 343,5 min nəfərdir (2021). Tərkibinə Cəbrayıl, Kəlbəcər, Laçın, Qubadlı və Zəngilan inzibati rayonları aiddir. Şərqi Zəngəzur ölkənin cənub-qərbində, Qarabağ vulkanik yaylasında, Araz və Həkəri çaylarının hövzəsində yerləşir. Qızıl, civə, xromit, tikinti materialları rayonun əsas yeraltı sərvətləridir. Mineral bulaqlar, iqlimbalneoloji şərait, dağ meşələri kurort-rekreasiya məqsədləri üçün istifadə edilə bilər. Meşələrdə az miqdarda tədarük üçün ağac ehtiyatı vardır.
Şərqi Zəngəzur iqtisadi rayonunda heyvandarlıq (qoyunçuluq, maldarlıq, arıçılıq), tütünçülük,
üzümçülük, meyvəçilik, taxılçılıq üçün əlverişli təbii şərait vardır.
Naxçıvan iqtisadi-coğrafi rayonu. Sahəsi 5,50 min km2, əhalisinin sayı 461,5 min nəfərdir (2021).
İqtisadi rayon Naxçıvan MR-in ərazisini əhatə edir. Onun tərkibinə respublika əhəmiyyətli Naxçıvan şəhəri, Babək, Ordubad, Sədərək, Şahbuz, Kəngərli, Culfa və Şərur inzibati rayonları daxildir. Kəngərli rayonunun inzibati mərkəzi Qıvraq qəsəbəsi, Sədərək rayonunun inzibati mərkəzi Heydərabad qəsəbəsi, Babək rayonunun inzibati mərkəzi Babək şəhəridir. Naxçıvan MR ölkənin qabaqcıl iqtisadi rayonlarından biridir .
İqtisadi rayonun Türkiyə və İranla həmsərhəd olması onun iqtisadi-coğrafi mövqeyi üçün
əlverişlidir. Həmçinin Zəngəzur dəhlizinin açılması iqtisadi rayonu Azərbaycanın əsas ərazisi ilə
birləşdirəcək, onun tranzit əhəmiyyətini artıracaqdır.
Naxçıvan MR-də polimetal filizləri (Gümüşlüyatağı), mis, molibden (Parağaçay), daş duz, tikinti
materialları – mərmər, travertin, tikinti daşı, dolomit və gips mühüm təbii sərvətlərdir. Mineral bulaqlar, dağ gölləri (Batabat, Göygöl), təbiət (İlandağ) və tarixi abidələr gözəl istirahət və turizm yerləridir. Elektroenergetika sahəsində Araz su qovşağı, Vayxır, Arpaçay SES-ləri işləyir, Naxçıvanda Modul İES tikilmişdir, Ordubad SES tikilir. Yeyinti sənayesi, mebel və şüşə (Naxçıvan) istehsalı müəssisələri sənayenin aparıcı sahələrini təşkil edir.
Naxçıvan MR-də kənd təsərrüfatının əsas sahələri üzümçülük, çəyirdəkli meyvəçilik, taxılçılıq,
baramaçılıq və ətlik-südlük maldarlıqdır. Naxçıvan ölkənin əsas sənaye, Culfa isə nəqliyyat
qovşaqlarından biridir.
Lənkəran-Astara iqtisadi rayonu. Sahəsi 6,07 min km2, əhalisinin sayı 953,6 min nəfərdir (2021).
Tərkibinə Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı, Yardımlı inzibati rayonları və respublika əhəmiyyətli Lənkəran şəhəri daxildir. İqtisadi rayon ölkənin cənubunda, Xəzər dənizinin sahillərində yerləşir. Azərbaycanı İranla birləşdirən yollar buradan keçir. Ona görə də iqtisadi rayonun İCM-i əlverişlidir.
Burada yeraltı sərvətlər azdır, tikinti materialları, meşələrdə tədarük üçün ağac ehtiyatları vardır. Xəzər sahili düzənliklər, meşələr, mineral bulaqlar istirahət, müalicə və turizm məqsədləri üçün istifadə edilir. Lənkəran ovalığı Azərbaycanda əhalinin ən sıx məskunlaşdığı ərazilərdən biridir.
Qida sənayesi müəssisələrində meyvə-tərəvəz konservləri, şərab, çay, ət, süd məhsulları istehsal
olunur. Lənkəran və Masallıda Meyvə-Tərəvəz konservi zavodları işləyir. Cəlilabadda şərab istehsal olunur. Faraş tərəvəzçilik, sitrus meyvəçiliyi və çayçılıq kənd təsərrüfatının ixtisaslaşma sahələridir. Burada, həmçinin çəltik, taxıl, üzüm becərilir. Xəzər dənizindən balıq tutulur və emal olunur. Lənkəran və Cəlilabad şəhərləri iqtisadi rayonun sənaye potensialının cəmləndiyi əsas mərkəzləridir.
Mərkəzi Aran iqtisadi rayonu. Sahəsi 6,69 min km2, əhalisinin sayı 740,0 min nəfərdir (2021).
İqtisadi rayonun tərkibinə respublika əhəmiyyətli Mingəçevir və Yevlax şəhərləri, Ağdaş, Göyçay,
Kürdəmir, Ucar, Yevlax və Zərdab inzibati rayonları daxildir.
Mərkəzi Aran iqtisadi rayonunun ərazisi, əsasən, Kür-Araz ovalığının qərb hissəsini əhatə edir. Bu iqtisadi rayonun çox hissəsi Şirvan düzündə yerləşir, əlverişli İCM-ə malikdir. Onun ərazisindən beynəlxalq və ölkə əhəmiyyətli Bakı-Ağstafa dəmir və avtomobil yolları, ixrac neft və təbii qaz kəmərləri keçir. Yeraltı sərvətlərə neft, tikinti materialları (mişar daşı, qum-çınqıl və s.) aiddir. Kür çayı hidroenerji ehtiyatlarına malikdir.
Neftçıxarma, elektroenergetika, tikinti materialları sənayesi ixtisaslaşmış sahələrdir. Mingəçevirdə Azərbaycan DRES, Mingəçevirdə və Varvarada SES-lər işləyir. Pambığın ilkin emalını həyata keçirən pambıqtəmizləmə zavodları vardır. İqtisadi rayonda meyvə-tərəvəz konservləri, şərab, konyak, ət, süd, taxıl məhsulları istehsal edilir.
Pambıqçılıq, quru subtropik meyvəçilik və bostançılıq kənd təsərrüfatının ixtisaslaşma sahələridir, taxılçılıq və heyvandarlıq inkişaf etdirilir. İqtisadi rayonda kartof, şəkər çuğunduru əkilir, barama saxlanılır. Burada balıq yetişdirilməsi üzrə iri zavodlar yerləşir.
Mingəçevir-Yevlax sənaye qovşağı formalaşmışdır. Yevlax, Kürdəmir, Ləki nəqliyyat qovşaqlarıdır.
Son illərdə Ləki-Qəbələ dəmir yolu xətti çəkilmişdir.
Şirvan-Salyan iqtisadi rayonu. Sahəsi 6,08 min km2, əhalisinin sayı 501,3 min nəfərdir (2021).
Tərkibinə respublika əhəmiyyətli Şirvan şəhəri, Biləsuvar, Hacıqabul, Neftçala və Salyan inzibati
rayonları daxildir.
Şirvan-Salyan iqtisadi rayonunun ərazisi Kür-Araz ovalığının şərq hissələrini tutur, şərqdən Xəzər
dənizinin suları ilə əhatə olunur. İqtisadi rayon əlverişli İCM-ə malikdir. Onun ərazisindən beynəlxalq və ölkə əhəmiyyətli Bakı-Ağstafa, Bakı-Astara dəmir və avtomobil yolları, ixrac neft və təbii qaz kəmərləri keçir. Təbii sərvətlərinə neft, təbii qaz, yodlu və bromlu mədən suları, tikinti materialları (mişar daşı, qumçınqıl və s.) aiddir. Neft və qazçıxarma, elektroenergetika, kimya, tikinti materialları sənayesi ixtisaslaşmış sənaye sahələridir. Şirvanda Cənub DRES işləyir. Salyanda Plastik Kütlə zavodu, Neftçalada Yod-Brom zavodu fəaliyyət göstərir.
Pambığın ilkin emalını həyata keçirən pambıqtəmizləmə zavodları vardır (Salyan, Neftçala, və s.).
İqtisadi rayonda meyvə-tərəvəz konservləri (Biləsuvar), ət, süd, taxıl məhsulları istehsal edilir.
Pambıqçılıq, quru subtropik meyvəçilik və bostançılıq kənd təsərrüfatının ixtisaslaşma sahələridir, taxılçılıq və heyvandarlıq inkişaf etdirilir. İqtisadi rayonda kartof, şəkər çuğunduru əkilir. Xıllı qəsəbəsində balıq yetişdirilməsi üzrə iri zavod yerləşir.
Şirvan-Salyan iqtisadi rayonunun ərazisində mövcud olan Osmanlı-Astara dəmir yolu xəttindən
Neftçala şəhərinə qol çəkilmişdir. Burada həmçinin Şirvan-Salyan sənaye qovşağı formalaşmışdır. Şirvan və Hacıqabul iqtisadi rayonun nəqliyyat qovşaqlarıdır.
Mil-Muğan iqtisadi rayonu. Sahəsi 5,67 min km2, əhalisinin sayı 522,6 min nəfərdir (2021).
Tərkibinə Beyləqan, İmişli, Saatlı, Sabirabad inzibati rayonları daxildir.
Mil-Muğan iqtisadi rayonunun ərazisi Mil və Muğan düzlərini əhatə edir. Cənubda İran ilə dövlət
sərhədi keçir. İqtisadi rayon əlverişli İCM-ə malikdir. Onun ərazisindən ölkə əhəmiyyətli Hacıqabul- Horadiz dəmir və avtomobil yolları, Yevlax-Ağcabədi-Bəhramtəpə, Bəhramtəpə-Biləsuvar avtomobil yolları keçir. Yeraltı sərvətlərə tikinti materialları (mişar daşı, qum-çınqıl və s.) aiddir.
Neft və qazçıxarma, tikinti materialları sənayesi ixtisaslaşmış sənaye sahələridir. Pambığın ilkin emalını həyata keçirən pambıqtəmizləmə zavodları vardır (Sabirabad, Saatlı və s.). İqtisadi rayonda ət, süd, taxıl məhsulları istehsal edilir. Pambıqçılıq, quru subtropik meyvəçilik və bostançılıq kənd təsərrüfatının ixtisaslaşma sahələridir, taxılçılıq və heyvandarlıq inkişaf etdirilir. İqtisadi rayonda kartof, şəkər çuğunduru əkilir. Burada balıq
yetişdirilməsi üzrə iri zavodlar yerləşir.
Hazırladı: Osman Eminov
Aran iqtisadi rayonunun muasir iqtisadi veziyyeti
Aran iqtisadi rayonu 22 Avq 2020
Neftçalaya su kəməri çəkilir – 50 FAİZİ İNŞA EDİLİB
Aran iqtisadi rayonu 22 İyun 2020
Zərdab rayon Məşğulluq Mərkəzinin direktoru – İŞDƏN ÇIXARILIB
Aran iqtisadi rayonu 31 Okt 2019
Göyçayda 9 ayda sənaye məhsullarının istehsalı – 55,4 FAİZ ARTIB
Aran iqtisadi rayonu 20 İyun 2019
Bərdə rayonunun «sevimli» şirkəti – TENDERLƏRİ O UDUR
Aran iqtisadi rayonu 6 Mart 2019
Ağdaş rayonunda bütün torpaqlar məlum oldu
Aran iqtisadi rayonu 22 Fev 2019
«Rusiyadakı iş adamları ilə görüşmüşük» – İCRA HAKİMİYYƏTİNDƏN AÇIQLAMA
Aran iqtisadi rayonu 21 Fev 2019
Sabirabad Sənaye Məhəlləsi istifadəyə veriləcək – TARİX
Aran iqtisadi rayonu 14 Fev 2019
Kürdəmirdə dövlət tenderlərini kim udur? – ADLAR, MƏBLƏĞLƏR
Aran iqtisadi rayonu 13 Fev 2019
Prezident Beyləqandadır – Əsgərlərlə yemək yedi – FOTO (YENİLƏNİR)
Aran iqtisadi rayonu 12 Fev 2019
Beyləqanda dövlət tenderlərini kim udur? – ADLAR, MƏBLƏĞLƏR
Aran iqtisadi rayonu 25 Yan 2019
8,8 milyon manat ayırdı – SƏRƏNCAM
Aran iqtisadi rayonu 18 Yan 2019
Rayonda bina təmiri üçün – TENDER ELANI
Aran iqtisadi rayonu 16 Yan 2019
Sabirabadda təmir işləri – TENDER ELANI
Aran iqtisadi rayonu 11 Yan 2019
Hacıqabulda tenderləri kimlər udur? – ADLAR, MƏBLƏĞLƏR
Aran iqtisadi rayonu 9 Yan 2019
Prezident 3,9 milyon ayırdı – SƏRƏNCAM
Aran iqtisadi rayonu 9 Yan 2019
Rayonda yolların təmiri üçün – TENDER ELANI
Aran iqtisadi rayonu 8 Yan 2019
Şirvanda təmir işləri – TENDER ELANI
Aran iqtisadi rayonu 5 Yan 2019
Sabirabadda dövlət tenderlərini kim udur? – ADLAR, MƏBLƏĞLƏR
Aran iqtisadi rayonu 4 Yan 2019
Mingəçevirdə təmir işləri – TENDER ELANI
Aran iqtisadi rayonu 25 Dek 2018
İmişlidə abadlıq işləri – TENDER ELANI
Aran iqtisadi rayonu 13 Dek 2018
Rayona 18,2 milyon manat ayırdı
Aran iqtisadi rayonu 13 Dek 2018
İmişlidə təmir işləri – KOTİROVKA SORĞUSU
Aran iqtisadi rayonu 12 Dek 2018
Mingəçevirdə dövlət tenderlərini kim udur? – SİYAHI, MƏBLƏĞLƏR
Aran iqtisadi rayonu 10 Dek 2018
Bərdədə tender qalibləri kimlərdir? – SİYAHI, MƏBLƏĞLƏR
Aran iqtisadi rayonu 4 Dek 2018
Yevlax Suvarma Sistemləri İdarəsi ehtiyat hissələri alır – TENDER ELANI
Aran iqtisadi rayonu 27 Noy 2018
Prezident icra başçısı ilə bağlı sərəncam imzaladı
Aran iqtisadi rayonu 14 Noy 2018
Şirvan İcra Hakimiyyəti avadanlıq alır – KOTİROVKA
Aran iqtisadi rayonu 9 Noy 2018
“Növbəti nümayəndəliyimiz İmişlidə açılacaq”
Aran iqtisadi rayonu 8 Noy 2018
İcra başçısına müavin – TƏYİN EDİLDİ
Aran iqtisadi rayonu 7 Noy 2018
İcra başçısına müavin – TƏYİN EDİLDİ
Aran iqtisadi rayonu 5 Noy 2018
Hacıqabulda istixanalar tikiləcək
Aran iqtisadi rayonu 2 Noy 2018
Cəmi 30 sot bağı var, xaricə məhsul göndərir
Aran iqtisadi rayonu 1 Noy 2018
Ucarda yeni zavodlar açılacaq – NAZİRDƏN AÇIQLAMA
Aran iqtisadi rayonu 31 Okt 2018
Yol tikintisinə 18 milyon ayrıldı
Aran iqtisadi rayonu 30 Okt 2018
Daha 2 rayona yeni icra başçıları təyin edildi – SƏRƏNCAM
Aran iqtisadi rayonu 30 Okt 2018
Beyləqanın yeni icra başçısı – TƏRCÜMEYİ-HAL
Aran iqtisadi rayonu 29 Okt 2018
Kürdəmirdə istixana dəbi – RUSİYAYA SATIRLAR
Aran iqtisadi rayonu 26 Okt 2018
Prezident dövlət büdcəsindən 9,7 milyon ayırdı – SƏRƏNCAM
Aran iqtisadi rayonu 25 Okt 2018
Pambıq yarışında Bərdə rayonu öndədir
Aran iqtisadi rayonu 25 Okt 2018
Bu ərazidəki torpaqlar sahiblərindən alınacaq – KOMPENSASİYA İLƏ
Aran iqtisadi rayonu 24 Okt 2018
Azərbaycanın bu rayonunda 20%-dən çox iqtisadi artım olub
Aran iqtisadi rayonu 22 Okt 2018
Prezident büdcədən 3 milyon manat ayırdı
Aran iqtisadi rayonu 22 Okt 2018
Bu layihəyə hələlik 80 milyon manat sərmayə qoyulub
Aran iqtisadi rayonu 21 Okt 2018
İşığın və neftin hesabına “kef çəkən” bölgə – HESABAT
Aran iqtisadi rayonu 13 Okt 2018
“Yerli düyünü alan azdır” – SATIŞ VƏ EMALDA PROBLEMLƏR
Aran iqtisadi rayonu 1 Okt 2018
Göyçayda «Bakcell»in yeni mağazası açıldı
Aran iqtisadi rayonu 24 Sen 2018
Bu rayon xurmadan milyonlar qazanır
Aran iqtisadi rayonu 22 Sen 2018
“Az-Nar”ın ləğv olunması üçün – SƏHMDARLARI TOPLANIR
Aran iqtisadi rayonu 21 İyul 2016
testing video
Dövlət Sərhəd Xidməti – TENDER ELAN ETDİ
09:27 11 Mart 2023
“Azərkontrakt” MMC – MƏHKƏMƏYƏ VERİLİB – SƏBƏB
09:14 11 Mart 2023
Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi – MƏHKƏMƏYƏ VERİLİB
09:04 11 Mart 2023
İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi – TƏKLİFLƏR SORĞUSU ELAN EDİR
09:03 11 Mart 2023
Dövlət qurumu “Bakcell”dən 42 min manat dəyərində mobil rabitə və internet xidməti alacaq – TENDER NƏTİCƏSİ
08:55 11 Mart 2023
Dövlət agentliyi bina icarəsi üçün fiziki şəxsə 970 min manat ödəyəcək- TENDER NƏTİCƏSİ
08:44 11 Mart 2023
Agentlik “Subaru Azərbaycan”dan 68,6 min manata avtomobil alır – TENDER NƏTİCƏSİ
08:34 11 Mart 2023
Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib
20:27 10 Mart 2023
Azercell-in sponsorluğu ilə “I Bakı Korporativ Sosial Məsuliyyət və Dayanıqlı İnkişaf Konfransı” baş tutub – VİDEO
18:14 10 Mart 2023
“DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi” üçün 1 milyon manata inzibati bina – İCARƏYƏ GÖTÜRÜLÜR
18:07 10 Mart 2023
İngiltərə şirkəti Azərbaycan bazarından gedir
18:01 10 Mart 2023
Dolların bazar ertəsinə olan məzənnəsi – AÇIQLANDI
17:59 10 Mart 2023
“Tesla” daha ucuz və mükəmməl batareya istehsal etmək üçün Asiya şirkətlərinə – MÜRACİƏT EDİR
17:47 10 Mart 2023
Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin direktoru vəzifəsindən – AZAD EDİLİB – YENİ TƏYİNAT
17:37 10 Mart 2023
Alkoqollu içkilərin istehsalı və idxalı ilə əlaqədar vəziyyət – MÜZAKİRƏ OLUNUB
17:28 10 Mart 2023
Türkiyədə zəlzələdə ölənlərin sayı – 47 MİNİ KEÇİB
17:20 10 Mart 2023
Azərbaycanda Rusiya kapitalı ilə istilik izolyasiya lövhələri istehsal edəcək – MÜƏSSİSƏ TİKİLİR
17:13 10 Mart 2023
“Heydər Əliyev İli” çərçivəsində Naxçıvan Rabitə və Yeni Texnologiyalar Nazirliyində tədbir keçirilib – FOTOLAR
17:05 10 Mart 2023
Yoluxanların bu günə olan – SAYI AÇIQLANDI – 4 NƏFƏR VƏFAT ETDİ
17:02 10 Mart 2023
Azərbaycanda 250 qram qara kürünü 822 manata satan – HOLDİNQ ZƏRƏRDƏN ÇIXA BİLMİR
16:55 10 Mart 2023
Access2Success AccessBank-a – MÜKAFAT QAZANDIRDI
16:45 10 Mart 2023
Nazirlikdən “Solamedical” şirkətinə 2,5 milyon manatlıq sifariş – TENDER NƏTİCƏSİ
16:41 10 Mart 2023
SİMA yeni nəsil rəqəmsal imza “Vergi və Mühasibatlıq Zirvəsi”ndə!
16:37 10 Mart 2023
“Azərbaycan Dəmir Yolları” dövlət qurumu ilə – MƏHKƏMƏ ÇƏKİŞMƏSİNDƏ
16:36 10 Mart 2023
İqtisadiyyat Nazirliyi qiymətli metal və daşların hasilatı sahəsində bir sıra – İŞLƏRƏ BAXACAQ
16:32 10 Mart 2023
Azərbaycanda KOB evlərində göstərilən xidmətlərin siyahısı genişləndirilib – FƏRMAN
16:27 10 Mart 2023
“AS Tech Motors” MMC yerli şirkəti – MƏHKƏMƏYƏ VERDİ – SƏBƏB
16:23 10 Mart 2023
İşçilər əməyin mühafizəsi tədbirlərinin maliyyələşdirilməsinə – XƏRC ÇƏKMƏYƏCƏK
16:22 10 Mart 2023
İqtisadiyyat Nazirliyinə yeni səlahiyyət verilib – FƏRMAN
16:15 10 Mart 2023
Azərbaycanda şirkətin nizamnamə kapitalı 4,6 milyon manatadək azaldılır
16:12 10 Mart 2023
“Regional tərəfdaşların inkişafı” layihəsi davam edir – FOTOLAR
16:07 10 Mart 2023
“Azərsu”yun sədr müavini: “Tam sayğaclaşma gündəmdədir”
16:00 10 Mart 2023
Dövlət Xidməti 27 avtomobili satışa çıxarır – 750 manatdan 25 min manatadək – SİYAHI
15:54 10 Mart 2023
Dünyanın böyük investisiya şirkətindən “Ərdoğan seçkini uduzsa, ssenarisi”
15:45 10 Mart 2023
İnşaat materiallarının alınması ilə bağlı – TENDER ELANI
15:44 10 Mart 2023
Nazir: “Azərbaycan üzərindən tranzit yüklər yaxın 10 il ərzində 2 dəfə arta bilər”
15:37 10 Mart 2023
Maliyyə Nazirliyi – TENDER ELAN EDİR
15:33 10 Mart 2023
Nazim Səmədzadə: “SOCAR işğaldan azad edilmiş ərazilərin qazlaşdırımasını 4 istiqamət üzrə layihələndirir”
15:33 10 Mart 2023
“Azərsu”: Su tariflərinin artırılması üçün təşəbbüslə çıxış etmək istəyirik
15:27 10 Mart 2023
Sədr müavini: “Suyun 1000 kubunun qiyməti dövlətə 70-80 manata başa gəlir”
15:19 10 Mart 2023
Mərkəzi Neftçilər Xəstəxanası mühafizə xidmətini bu şirkətə həvalə etdi – NƏTİCƏ, MƏBLƏĞ
15:16 10 Mart 2023
“Digit Group”şirkəti – MƏHKƏMƏYƏ VERİLİB – SƏBƏB
15:11 10 Mart 2023
Meliorasiya və Su Təsərrüfatı: Kürdə suyun həcmi – 27 FAİZ AZALIB
15:06 10 Mart 2023
İri təsərrüfatlara daha çox su verilməsi ilə bağlı iddialara – AYDINLIQ GƏTİRİLDİ
14:58 10 Mart 2023
Mingəçevir su anbarına daxil olan suyun həcmi – 50 Faizə Qədər Azalıb
14:52 10 Mart 2023
“Tak Noosh Group” MMC – MƏHKƏMƏYƏ VERİLDİ – SƏBƏB
14:47 10 Mart 2023
“Uber” və “Bolt”un qadın sərnişinlərə əxlaqsız təkliflər edən 10 sürücüsü tutulub – VİDEO
14:44 10 Mart 2023
ETSN: 2050-ci ilə qədər Azərbaycanın su ehtiyatı 15-20 faizə qədər azalacaq
14:38 10 Mart 2023
Azərbaycanın su ehtiyatının həcmi – AÇIQLANIB
14:31 10 Mart 2023
Ədliyyə Nazirliyi – TENDER ELAN EDİR
14:29 10 Mart 2023
Vahid Hacıyev: “Qubadlı, Cəbrayıl və Zəngilanda bir neçə kəndin tikintisinə başlanılacaq”
14:23 10 Mart 2023
“Global Snack” şirkəti – MƏHKƏMƏYƏ VERİLDİ – SƏBƏB
14:22 10 Mart 2023
“SOCAR Goergia Gas”ın rəhbəri dəyişdi – TƏYİNATLAR
14:17 10 Mart 2023
“Eskom Aqro Vostok” MMC – MƏHKƏMƏYƏ VERİLDİ – SƏBƏB
14:12 10 Mart 2023
“Nar” abunəçilərinin 98%-i müştəri xidmətlərindən – MƏMNUN QALDI
14:11 10 Mart 2023
KOBİA: “Astara, Lerik və Lənkəranda kənd qonaq evləri yaradılıb” – FOTOLAR
13:28 10 Mart 2023
İran gömrüyü rüşvət istəyir – Naxçıvanda TIR sürücüləri aksiya keçiriblər – FOTO
13:21 10 Mart 2023
Bakı-Ağstafa-Bakı marşrutu üzrə sürətli qatarla sərnişin daşımaları başlayır – İLK DƏFƏ – QİYMƏTLƏR
13:10 10 Mart 2023
Şənbə gününün – HAVA PROQNOZU
13:07 10 Mart 2023
Azərbaycan XİN: “Ermənistan Laçın yolunda şəffaflıqda maraqlı deyil”
12:58 10 Mart 2023
SOSİAL MEDİA
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin 24.11.2022-ci il tarixli Media Reyestri Şəhadətnaməsi əsasında dövlət qeydiyyatına alınmışdır
© 2016 – 2023 FED.az | Xəbərlərdən istifadə edərkən istinad mütləqdir!
Aran rayonu
Aran iqtisadi rayonu Azərbaycanın ən iri iqtisadi rayonu olub, tərkibinə 16 kənd rayonu (Yevlax, Ağdaş, Ucar, Göyçay, Salyan, Beyləqan, Zərdab, Kürdəmir, Hacıqabul, Bərdə, Ağcabədi, Imişli, Biləsuvar, Neftçala, Saatlı və Sabirabad rayonları) və respublika tabeli Mingəçevir, Şirvan (Əli-Bayramlı) və Yevlax şəhərləri daxildir. Aran – Azərbaycanın ən çox respublika tabeli şəhəri olan iqtisadi rayonudur. (cəmi 3). Aran iqtisadi rayonu çox əlverişli coğrafi mövqeyə malikdir. O şimalda Böyük Qafqaz, cənub-qərbdə Kiçik Qafqaz, cənubda Lənkəran coğrafi rayonları ilə, şərqdə Xəzər dənizi ilə həmsərhəddir. Cənubi Qafqazın Xəzər və Qara dəniz sahillərini birləşdirən əsas nəqliyyat xətləri (dəmir və şosse yolları). Aran iqtisadi rayonundan keçir. Bakını Azərbaycanın digər iqtisadi rayonları, Gürcüstan, Iran və Türkiyə ilə birləşdirən nəqliyyat yolları da bu rayonun ərazisindən keçir.
Relyefi. Ərazisinin yarıdan çoxu dəniz səviyyəsindən aşağıda yerləşən çökmə mənşəli Şirvan, Cənub-Şərqi Şirvan, Qarabağ, Mil, Muğan və Salyan düzlərindən ibarətdir. Rayonda tikinti materialları; Muradxanlı, Şirvan (Əli-Bayramlı), Salyan və Neftçalada neft yataqları var. Rayonda çökmə mənşəli süxurlar geniş yayıldığından, filiz yataqların yoxdur.
Aran iqtisadi rayonu Azərbaycanın ən çox elektrik enerjisi istehsal edən və 2-ci mühüm neft, təbii qaz hasil edən rayonudur. Mingəçevir Azərbaycanın ən böyük elektroenergetika mərkəzi sayılır. Burada Azərbaycanın ən iri S.E.S-i və I.E.S-i fəaliyyət göstərir. Mingəçevirdan sonra Azərbaycanın 2-ci böyük elektroenergetika mərkəzi Şirvandır. (Əli-Bayramlı). Burada 1958-ci ildə Avropada ilk açıq tipli D.R.E.S. tikilmişdir.
Bu regionda Kür və Araz çaylarının hidroenerji ehtiyatlarından başqa, Günəş enerjisindən də elektrik enerjisi almaq mümkündür.
Sənayesi -yanacaq-energetika, kimya, maşınqayırma, tikinti materialları, yüngül (əsasən toxuculuq) və yeyinti sahələrindən ibarətdir. Bu sahələr əsasən iqtisadi rayonun Mingəçevir-Yevlax və Şirvan (Əli-Bayramlı)-Salyan sənaye qovşaqlarında cəmləşib. Bundan başqa bütün rayon mərkəzlərində yeyinti sənayesi müəssisələri var. Neftçalanın Bankə qəsəbəsində balıq-konserv, Imişlidə şəkər, Kürdəmirdə şərab, Göyçayda şərab və konyak zavodları tikilib. Aran iqtisadi rayonu iri pambıqçılıq rayonu olduğundan burada 14 pambıqtəmizləmə zavodu tikilib. Neftçalada neft mədənlərindən çıxan buruq suları hesabına yod-brom zavodu işləyir.
K/t. Ərazinin düzən və quru subtropik iqlimdə yerləşməsi əkinçiliyin heyvandarlıqdan daha yaxşı inkişaf etməsinə səbəb olmuşdur Lakin ərazinin çox quraq olması irriqasiyaya (süni suvarma) səbəb olub. Suvarmada Mingəçevir, Varvara, Bəhramtəpə su anbarlarından , Yuxarı Qarabağ və Yuxarı Şirvan kanallarından istifadə olunur. Lakin buradakı torpaqlar normadan artıq suvarıldığından şor qrunt suları yer səthinə yaxın yerləşib. Qrunt sularının səviyyəsini aşağı salmaq və şoran torpaqları yumaq üçün Aran iqtisadi rayonunda ən sıx kollektor-drenaj şəbəkəsi yaradılıb. Abşerondan fərqli olaraq Aran iqtisadi rayonu k/t-nın müxtəlif sahələri – pambıqçılıq, üzümçülük, taxılçılıq, quru subtropik meyvəçilik (heyva və nar) və heyvandarlıq üzrə ixtisaslaşıb. Bu rayonda həmçinin tərəvəzçilik və bostançılıq inkişaf edib.
Qış mülayim keçdiyindən regiondan qış otlaqları kimi istifadə olunur. Aran iqtisadi rayonu həm də Azərbaycanın ən böyük baramaçılıq rayonudur. (60-70%)
Problemləri. Torpaqların şoranlaşması, səhralaşma, quraqlıq, Xəzər sahili ərazilərin su altında qalması. Rayonda əsən ağ və qara yel təsərrüfatın inkişafına mənfi təsir göstərir.
Rayonun tranzit mövqeyə malik olması, hamar düzənlik və yaşayış məntəqələrinin çox olması nəticəsində Aran iqtisadi rayonunda sıx və böyük uzunluğa malik nəqliyyat şəbəkəsi yaradılmışdır. Bakı-Supsa neft kəmərinin bir hissəsi bu rayon ərazisindən keçir.
Mingəçevir, Şirvan (ƏI-Bayramlı), Yevlax və Salyan regionun ən iri şəhərləri olub, sənaye qovşaqları əmələ gətirir.
Comments are closed, but trackbacks and pingbacks are open.