Press "Enter" to skip to content

Nəyə görə ər-arvad ayrı çarpayıda yatmalıdır? Alimlərdən AÇIQLAMA

Məşhur yuxu üzrə alim Nil Stenli 35 ildir bu məsələ üzərində işləyir və bir çox boşanmaların səbəbinin elə ər-arvadın bir yerdə yatmasında görür. Ər-arvad yalnız cinsi münasibət zamanı bir çarpayıda yata bilərlər. Hər gün cinsi əlaqədə olan kişi isə çox azdır. Ona görə qalan vaxtlarda ayrı yataqlarda yatmaq lazımdır.

Ər-arvad münasibətləri

İnsan həmişə başqalarının yanında özünü alicənab, nəzakətli və çox mədəniyyətli aparır. Cəmiyyət arasına çıxanda gözəl və yumşaq sözlərdən istifadə edir, mədəniyyətli davranır, gülümsəyir, istədiyi bir şeyi xahiş edir, üzr istəyir və sairə. O həmçinin başqalarının qarşısında gözəl görkəmdə və yaxşı ətirli görsənməyə çalışır. İnsan əsəbləşəndə və ya qəzəblənəndə öz hirsini boğmağa və hər şeyi sülh yolu ilə həll etməyə çalışır. İnsan, cəmiyyətdə əlaqələri kəsilməsin deyə bəzən öz hüquqlarından da imtina edir. Ali mədəniyyət, gözəl əxlaq və nəzakətli davranış insanlar arasında xoş əlaqələr və məhəbbət yaradır. Bütün bunları cəmiyyətdə edən insan, istər ər olsun, istər arvad, evdə də bir-birlərinə qarşı bu cür davranmalıdırlar. Başqalarına qarşı yaxşı olub, onların hörmətini qazanmaq istəyən insan, öz ailəsindən bunu necə əsirgəyə bilər?!
Burada gözəl bir məqamı xatırlatmaq istərdik. Bir ana qızını ərə verərkən, toy gecəsi ona qısaca da olsa belə nəsihət edir:
– Qızım! Böyüyüb boya-başa çatdığın evdən, tanımadığın yad bir kişinin evinə gedirsən. Sən onun qulluğunda həmişə hazır ol, o sənin nökərin olsun. Sən ona yer ol, o sənə səma olsun.

Çox qısa da olsa, dərin mənası var. “Tanımadığın yad kişinin evinə gedirsən” dedikdə, qızın fikrində istər-istəməz suallar oyanır ki, yad evdə bəs mən necə hərəkət etməliyəm. Elə bu suallara uyğun olaraq ana davam edir ki: “Sən onun qulluğunda həmişə hazır ol, o sənin nökərin olsun.” Qadın ərinə daim və hər şeydə itaət etsə, ər istər-istəməz onun dediklərində imtina etməyəcək. Lakin qadın ərinə itaətdə tərəddüd edərsə və onun istəklərini ağır yerinə yetirərsə, əlbəttə kişi ağır xasiyyəti ilə onun heç bir istəyinə məhəl verməyəcək. “Sən ona yer ol, o sənə səma olsun” sözlərində çox gözəl mənalar var. Yer olmasa insan dayana bilməz, ayaq üstə dura bilməz. Qadın kişiyə məhz bu yöndən lazımdır. Onun həyatında çox böyük rol oynayır. Həmçinin kişi xanımının üzərində bulud kimi kölgə salır, onu qoruyur, ona arxa olar.
Bu sözlərdən hələ çox məna çıxarmaq olar.

Amma bu mövzunu açmaqda əsas məqsəd odur ki, qadın və kişi xaricdə və cəmiyyət arasında özünü necə yaxşı aparmağa çalışırsa, ailənin içində də elə olmalıdır. Başqalarının hörmətini və rəğbətini qazanmaq üçün dəridən, qabıqdan çıxan insan, öz həyat yoldaşı ilə də belə olmalıdır. Bu sözlər iki cinsə də aidir. Başqa xanımlara alicənablıq və mərdlik göstərən amma öz xanımı ilə kobud davranan kişinin, öz xanımından şikayət etməyə haqqı yoxdur. Həmçinin başqa kişilərə nəzakət və nəvaziş göstərən amma öz əri ilə soyuq və quru davranan qadının, öz ərindən şikayət etməyə haqqı yoxdur.

Nəyə görə ər-arvad ayrı çarpayıda yatmalıdır? – Alimlərdən AÇIQLAMA

Bir çarpayıda qucaqlaşıb yatmaq romantik münasibətləri möhkəmlətsə də, ər-arvadın ayrılıqda səhhəti və gələcəyi üçün zərərlidir.

Aparılan sorğular göstərib ki, hər 7 cütlükdən biri yoldaşı evdə olmayanda rahat yatır, hər 5 cütlükdən biri isə ayrı yatmağı düşünür, lakin deyə bilmir, çünki ailə həyatında çarpayı bir olmalıdır kimi ənənə var.

Bu istək heç də bir-birinə dözə bilməməsi yox, sadəcə yaxşı yatıb dincəlmək və yuxudan doymaq istəyidir.
Yuxu zamanı yatanın öz şəxsi sahəsi olmalıdır. Əgər onun yanında kimsə tərpənirsə, xoruldayırsa, xırıltılı nəfəs alırsa, çevrilirsə, vurnuxursa, gecəyarı yerindən qalxıb yenidən uzanırsa, bu artıq yatmış insanın yuxusunun pozulması deməkdir.

Belə olan halda nəinki ayrı çarpayı, hətta qalxıb başqa otağa keçmək istəyirsən.

Alimlər də ərindən, arvadından ayrı yatmaq istəyənləri başa düşür və dəstəkləyir. Çünki bu onların sağlamlığı, psixi durumu üçün çox vacibdir. Rahat yatmayan kişi səhər gərgin olacaq, işləri getməyəcək və təbii ki, belə olan halda ailəsi ilə davranışı da pis olacaq.

Məşhur yuxu üzrə alim Nil Stenli 35 ildir bu məsələ üzərində işləyir və bir çox boşanmaların səbəbinin elə ər-arvadın bir yerdə yatmasında görür. Ər-arvad yalnız cinsi münasibət zamanı bir çarpayıda yata bilərlər. Hər gün cinsi əlaqədə olan kişi isə çox azdır. Ona görə qalan vaxtlarda ayrı yataqlarda yatmaq lazımdır.

Stenli 2007-ci ildə maraqlı bir təcrübə aparıblar. 15 cütlüyün qoluna yatanda electron brasletlər taxaraq, onların yuxuda davranışını izləyiblər. Məlum olub ki, cütlükdən biri yerində çönəndə bir neçə saniyə sonra o biri də çönüb.

“Bu onu göstərir ki, yuxusuzluq və yuxu ilə bağlı problemlərin 3-də birində partnyorlar günahkardır. Gələcəkdə bu sağlıq və psixikada problemlərə, ordan da münasibətlərə mənfi təsirini göstərəcək”.

Almaniyada aparılan bir araşdırma isə göstərib ki, yuxusuzluqdan əziyyət çəkənlər arasında boşananlar çoxdur. Uzun müddət narahat yatmaq II tip diabet, depressiya, demensiyaya səbəb olur. /medicina.az

Saglamolun.Az

İslamda ər və arvadın qanunları

Allahın Rəsulu Muhəmməd (s) buyurmuşdur: “Hər kəs mənim sünnəmə tabe olmaq istəyirsə, (onda bilməlidir ki,) mənim sünnəmdən biri də evlənməkdir”.

Hörmətli oxucular, öncəliklə vurğulamaq istərdim ki, insanın doğru tərbiyəsi üçün ailə qurmaq ən mühüm vəzifələrdən biridir. Hətta İslam şəriəti belə evlənməyi bütün müsəlmanlar üçün vacib bilmişdir. Peyğəmbərimiz (s) belə hər zaman müsəlmanların evlənməyi ilə fəxr etdiyini bəyan edirmiş. Lakin təəssüflər olsun ki, müasir zəmanəmizdə bəzi gənc qız və ya oğlanlarımız maddi durumlarının yaxşı olmaması ilə əlaqəli olaraq ailə qurmağa gecikirlər. Dinimizə əsasən yoxsulluq evlənməyə mane olmamalıdır. İmam Sadiq (ə) buyurmuşdur: “Hər kəs yoxsulluq qorxusundan evlənməsə, deməli Allah-Təalaya sui-zənn etmişdir. Hansı ki, Allah-Təala buyurur: “. Allah öz lütfü ilə onları dövlətli edər. ” (Nur, 32).

Belə ki, ailə qurmuş və ya ailə qurmağa hazırlaşan gənclər burada qeyd edəcəklərimizə diqqət və əməl etsələr, inşallah ki, xoşbəxt ailə səadətinə nail olmağı bacaracaqlar. Xatırladım ki, burada müqəddəs kəlamlardan, Qurani-Kərimdən gətirəcəyimiz ayələr və onların açıqlaması nəticəsində əmin olacaqsınız ki, xoşbəxtliyiniz hər birinizin əxlaq, davranış və düşüncəsindən asılıdır. Necə ki, Müqəddəs Kitabımızda buyrulmuşdur:

“Biz ona haqq yolu göstərdik. İstər (nemətlərimizə) minnətdar olsun, istər nankor (bu onun öz işidir)” (İnsan, 3).

Hər zaman böyüklərimizdən eşitmişik ki, ailə kiçik bir cəmiyyət və cəmiyyətin əsas sütunlarından sayılır. Əgər ailənin bünövrəsi möhkəm qoyularsa, cəmiyyətdə də birlik bir o qədər möhkəm olacaqdır. Ailənin məsulliyyyəti olduqca ağır və çətindir. Lakin hər birimiz Allahın hökmlərinə, Peyğəmbərimizin (s) və imamlarımızın yaşayış qaydalarına diqqət yetirsək ailə sahibi olmağın çətin olduğu qədər, həqiqətən də gözəl və böyük savab olduğunun şahidi olarıq. Necə ki, Allahın Rəsulu (s) buyurur:

“Evli şəxsin qıldığı iki rükət namaz, subay şəxsin qıldığı yetmiş rükət namazdan üstündür”.

İdeal ailəyə sahib olmaq üçün ilk növbədə gözəl əxlaq və xasiyyət uyğunluğu vacibdir. Lakin ürək ağrısı ilə vurğulamaq istərdim ki, indi bəzi, -hətta çoxları desəm daha doğru olardı- gənclərimiz ailə quracağı insanın tərbiyəsinə, əxlaqına və təmiz sevgisinə deyil, nədənsə onun maddi durumuna dəyər verirlər. Və gördüyünüz kimi son illərdə məhz bunun nəticəsi olaraq boşanma hallarının sayı artmaqdadır. Düzdür, “sevgi ilə qarın doymaz” deyiblər, yaşayış üçün müəyyən qədər maddi duruma da fikir verilməlidir, lakin var-dövlət, maşın, qızıl hesabına qurulan həyat pul kimi bir gün çirkaba çevriləcəkdir. Odur ki, sonradan peşman olmamağımız üçün diqqətli olmalı, nəfsimizi deyil, qəlbimizi dinləməyi bacarmalıyıq.

İndi isə hər kəsi narahat edən bir məsələyə toxunmaq istərdim. Yəqin ki, ailədə kimin başçı olması məsələsi hər biriniz üçün olduqca maraqlıdır. Ümumiyyətlə, ailədə ər və ya arvad ikisi də eyni anda ailə başçılığı kimi məsuliyyətli bir vəzifəni öz öhdələrinə ala bilməzlər. Belə olduqda (ailəni şərikli idarə etdikdə) onlar lazımı qədər məsuliyyətli olmağı bacarmayacaq, ev işlərini, problemləri bir-birinə tapşıracaq və nəticədə ailə ideal olmayacaq. Ümümiyyətlə, yaşadığımız ölkənin-yəni Azərbaycan mentalitetinə əsasən ailənin rəisi kişi sayılır. Oxuduğumuz müqəddəs kəlamlardan da bizə məlumdur ki, qadın ərinə, uşaqlar da atasına itaət etməlidir. Buradan da göründüyü kimi, dinimizdə də kişi ailənin əsas idarəedicisi, böyüyü, hətta itaətgahı hesab edilir.

Ailə sahibinin hüququ xanımı üçün bütün hüquqlardan daha vacib və mühümdür. Hətta ərin hüququ valideyn hüququndan da irəlidir. Peyğəmbərimiz (s) kəlamlarının birində vurğulamışdır ki, ərinə itaət etməyən qadın, Allaha düzgün ibadət etməmiş sayılır.

Mütəxəssislərin araşdırması nəticəsində məlum olub ki, qadın ailəyə başçılıq edə bilməz. Onlar özləri daima layiqli bir şəxsin başçılığı altında olmaq arzusundadırlar. Düzdür, qadınlar güclü, iradəli və olduqca ağıllı sayılırlar. Lakin kişilərdən fərqli olaraq emosional xüsusiyyətlərə malik olan qadınlar zərif məxluq olduğu üçün başçı olmaq səlahiyyətinə malik deyildirlər və kişilərlə birlikdə çiyin-çiyinə gəlməyi bacarmazlar. Gəlin mövzu ilə bağlı Nisa sürəsinin 34-cü ayəsinə nəzər yetirək:

“Kişilər qadınlar üzərində ixtiyar sahibidirlər (onların hamisidirlər). Bu, Allahın onlardan birini digərinə üstün etməsi və (kişilərin) öz mallarından (qadınlar üçün) sərf etməsinə görədir. “.

Milli.Az islam.az-a istinadən bildirir ki, kişilərin ailədə hakim olmalarının bir sıra dəlilləri vardır ki, onlardan biri də kişilərin yüksək düşüncə qabiliyyəti, qadınların isə güclü atifəyə malik olmasıdır. Lakin İslam dininə görə qadınlar övladlarının tərbiyə olunması, böyüdülməsi, evdarlıq, ailənin təmizliyi, halallığı və s. kimi işlərdə mütəxəssis olduqlarına görə kişilərdən irəlidirlər. Vurğulamaq istərdim ki, hər bir bacarıqlı kişinin kiçik və ya böyük uğuru onun xanımının səyindən asılıdır. Belə ki, ərlərin müvəffəqiyyətləri onların həyat yoldaşlarının həmkarlığına bağlıdır. Ər böyük səy göstərməyinə baxmayaraq xanımı ona çətinliklərində kömək etməsə, yanında olmasa, ona dar günündə mənəvi arxa olmasa nəzərə çarpacaq uğur hasil olmayacaqdır.

Hörmətli xanımlarımız, ümid edirik ki, dediklərimizdən nəticə çıxararaq siz də artıq hər bir ailənin aktual mövzusuna çevrilən bu başçı məsələsinə son qoyacaq və ailənizin xoşbəxtliyi üçün cani-qəlbdən səy göstərəcəksiniz.

İnşallah, gələn mövzumuzda İslamda evlənmək və onun bəzi adətləri məsələsinə toxunacağıq.

P.S. Xatırladım ki, mövzu bəzi dini kitablar (Ayətullah Hüseyn Məzahirinin şəxsi nəzarətindən keçən “Ailə səadətinə necə nail olaq” və Əli Əkbər Babazadənin “İslamda evlənmə və ailə hüququ” kitabı) əsasında qələmə alınıb.

Milli.Az

Comments are closed, but trackbacks and pingbacks are open.