Press "Enter" to skip to content

Öz telefon nömrəmi necə yoxlaya bilərəm

“Azərfon”-dan bildiriblər ki, “Nar” nömrələrinin balansına 7 ay ərzində bir dəfə də olsa pul yüklənməsə, nömrə bağlanılır, nömrə vətəndaşın adından çıxarılır.1 il sonra nömrə satışa çıxarılır.

İstifadəsiz qalan mobil telefon nömrələrinin taleyi necə olur? – Mobil operatorlar cavablandırır

Bu gün mobil telefonlar olmadan həyatımızı təsəvvür edə bilmirik. Telefon hardasa sağ əlimizi, gözümüzü, qulağımızı əvəz etməyə başlayıb. Mobil nömrələrin alınması , mobil telefonların əldə edilməsi ölkəmizdə mürəkkəb prosedur olmadığına görə istənilən adam istədiyi sayda telefona və mobil nömrəyə sahib ola bilir.

Bəs uzun müddət istifadəsiz qalan nömrələrin taleyi necə olur? Bir nəfər tərfindən satın alınmış nömrə uzun müddət istifadəsiz qaldığına görə, mobil operatorlar tərəfindən başqa bir şəxsə satışa çıxarılırmı? Bu mülkiyyət hüququnun pozulması hesab edilə bilərmi? Bu kimi suallarla ölkəmizin ən məşhur mobil operatorlarının nümayəndələrinə üz tuturuq.

Bakcell-in ictimaiyyətlə əlaqələr korporativ kommunikasiya departametindən verilən məlumata görə, sistemdə birtərəfli bağlanan nömrələr bir ay ərzində aktivləşdirilmədiyinə görə ikitərəfli bağlanır : “Sistemimizdə ikitərəfli bağlı statusunda olan nömrənin yenidən aktivləşdirilməsi üçün abunəçilərimizə 150 (yüz əlli) gün vaxt verilir və müvafiq nömrə həmin müddət ərzində də aktivləşdirilmirsə, sistemdən kənarlaşdırılır. Bundan əlavə, müştəri məmnuniyyəti prinsipinə əsaslanaraq, nömrənin sistemdən kənarlaşdırılması tarixindən sonra onun dublikatını alıb bərpa etmək üçün abunəçilərə 90 (doxsan) əlavə gün verilir. Habelə, abunəçilərlə bağlanan müqavilələrin şərtlərinə əsasən, abunəçinin istifadəsinə verilmiş nömrənin 6 (altı) aydan çox müddət ərzində bağlı qalması abunəçi tərəfindən müqaviləyə birtərəfli xitam vermə kimi qiymətləndirilə bilər və şirkət üçün həmin nömrə üzrə başqa abunəçi ilə yeni müqavilənin bağlanmasına əsas verir. Məlumat üçün həmçinin bildiririk ki, Azərbaycan Respublikasında bütün nömrə resursları dövlətə məxsusdur və onlardan səmərəli istifadənin təmin edilməsi telekommunikasiya sahəsində fəaliyyət göstərən operatorun birbaşa öhdəliyidir”.

“Azərfon”-dan bildiriblər ki, “Nar” nömrələrinin balansına 7 ay ərzində bir dəfə də olsa pul yüklənməsə, nömrə bağlanılır, nömrə vətəndaşın adından çıxarılır.1 il sonra nömrə satışa çıxarılır.

“Azərcell” şirkətindən isə bildirildi ki, nömrənin saxlanılması özü şirkət üçün hansısa bir məbləğə başa gəlir, buna müəyyən maliyyə yatırılır. Hər kəs istədiyi sayda nömrə alıb, onu istifadəsiz saxlamaq istəsə, bu, mobil operatorlara ciddi ziyan vura bilər. Rusiya, Türkiyə kimi qonşu dövlətlərdə iki həftəlik və ya müvəqqəti nömrələr satışa çıxarılır ki, vətəndaş bu ölkədə olduğu müddətdə həmin nömrələrdən istifadə edir, sonra nömrə avtomatik bağlanır. İstifadə olunmayan “Azərcell” nömrələri 6 aydan sonra bağlanır. Bunun üçün müəyyən prosedur həyata keçirilir, sonra nömrə yenidən satışa çıxarıla bilər. Mülkiyyət hüquqlarının pozulması məsələsinə gəlincə, bütün bunlar nömrə alınarkən şirkətlə vətəndaş arasında bağlanan müqavilədə öz əksini tapır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Öz telefon nömrəmi necə yoxlaya bilərəm

iten telefonu tapmaq ogurlanmis telefonu tapmaq Mobil Telefonum İtib. Nə Etməliyəm?

Mobil Telefonum İtib. Nə Etməliyəm?

*#06#. Bu, müxtəlif işarə və rəqəmlər yığınından ibarət adi kod deyil. Bu kod çox önəmli bir nömrənin açarıdır. Onun nə işə yaraması barədə bir qədər sonra ətraflı məlumat verəcəyik. Sadəcə olaraq biləsiniz ki, mobil telefon istifadəçisinizsə, bu kodu əzbərdən bilməlisiniz. Bu cümlə bir qədər hökmlü səslənsə də, *#06# kodunun faydaları əmin danışmağa əsas verir. Çünki bu kod vasitəsilə telefonunuzun, belə demək mümkünsə, “şəxsiyyətini”, daha dəqiq ifadə ilə desək, İMEİ nömrəsini müəyyən edə bilərsiniz. Telefonun “şəxsiyyət”ini bilmək isə onu oğrulardan və digər bədxahlardan qorumağa imkan verir. Xüsusilə də, mobil rabitə aparatlarının getdikcə daha bahalı olması onları oğrular üçün daha cazibədar edir. Düşünün, 300 və ya 500 manat ödəyərək aldığınız bir telefon, məsələn, marşrut avtobusunda bir oğrunun hərisliyinin qurbanına çevrilir. Məhz bu məqamda “it də getdi, ip də” məsəlindəki kimi fikirləşməkdənsə, telefonun İMEİ nömrəsinin fürsətlərindən faydalana bilərsiniz. Necə ki, Vüqar Cəlilov belə edib. “İMEİ nömrəni polisə verdim və telefonuma qovuşdum” Vüqar Cəlilov Bakıda ofis şəraitində bir işdə işləyir. Etika xətrinə iş yerinin açıq-aydın yazılmasını istəməyən Vüqar İMEİ nömrə (və ya İMEİ kod) sayəsində 300 manatlıq telefonunu oğurlayan şəxsi tapa və ondan telefonunu geri ala bilib. Davamını öz dilindən eşidək: “Metronun “Gənclik” stansiyasından “Ayna Sultanova” heykəli istiqamətində marşrutla gedərkən, avtobusdakı basabasdan istifadə edən cibgir mobil telefonumu oğurladı. Əlbəttə, mən bunu marşrutdan düşdükdən sonra anladım. Başqa bir telefondan öz nömrəmi yığanda zəng çatmadı və telefonumun oğurlanmasından əmin oldum. Dərhal ərazinin aid olduğu 16-cı Polis Bölməsinə getdim. Məndən telefonumun qutusunu istədilər. Yaxşı ki, qutunu atmamışdım. Evdən onu da gətirdim. Müstəntiq qutunun üzərindən yapışqanlı hissəni qopardı və ərizəmin üzərinə yapışdırdı. Nə olduğu ilə maraqlandım. Dedi ki, bu, İMEİ nömrədir və mənim telefonum da bu nömrə əsasında tapılacaq”. Bu hadisənin üzərindən iki ay keçdikdən sonra Vüqar 16-cı Polis Bölməsinə dəvət olunur. Müstəntiq telefonu ona uzadır. “Telefonumu tanıdım. Dedilər ki, telefonum, doğrudan da, oğurlanıb. Oğrunu da tapmışdılar. Məni daha çox telefonumun tapılma mexanizmi maraqlandırırdı. Müstəntiqin dediyinə görə, mənim verdiyim nömrə Azərbaycanın mobil operatorlarına göndərilib. Operatorlar da nömrəni nəzarətə götürüblər. Telefonuma SİM nömrə taxılıb harasa zəng edilən kimi operatorlar həmin SİM nömrənin kimə məxsus olduğunu müəyyənləşdirərək, polisə məlumat veriblər. Polis də həmin şəxsi saxlayıb”,- Vüqar belə deyir və əlavə edir: “Telefonun qutusunu tullamamağım və qutunun üstündəki İMEİ nömrə yazılan hissəni zədələməməyim dadıma çatmışdı”. İMEİ nömrə nə deməkdir? Bu məqamda ortaya sual çıxır: Vüqarın dadına çatan İMEİ nömrə nə deməkdir? Arayış üçün qeyd edək ki, İMEİ ingilis dilində bir ifadənin (International Mobile Equipment Identity) abreviaturasıdır. Mənası “mobil telefonun beynəlxalq tanınma kodu” deməkdir. Bu suala daha ətraflı cavab tapmaq üçün Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüzə müraciət etdik. AİF rəhbəri deyir ki, İMEİ hər bir aparatın özünün məxsusi kodudur. Yəni bu kod heç bir telefonda təkrarlanmır. “İMEİ kod istehsalçı şirkət tərəfindən telefon istehsal olunarkən onun yaddaşına, yəni proqram təminatına daxil edilir və bu kod aparatda da göstərilir. İMEİ kod 15 rəqəmdən ibarət olan bir nömrədir. Bu kod, adətən, telefonun batareyasının altında, həmçinin telefon qutusunda, adətən ştrix-kodun altında olur. Hər bir istehsalçının xüsusi alqoritmi əsasında hazırlanan koda əsasən, istehsalçının adını, olduğu ölkəni müəyyən etmək olar”,- AİF rəhbəri belə deyir. Bəs İMEİ nömrəni dəyişdirmək mümkün deyilmi? O. Gündüz bunu nəzəri olaraq, mümkün hesab edir: “Ancaq bu, adi cibgirin və ya oğrunun bacara biləcəyi iş deyil. Bu, peşəkar xakerlik tələb edir”. Demək ki, Azərbaycan şəraitində İMEİ nömrələrinin dəyişdirilməsi təcrübəsi o qədər də real görünmür. İMEİ nömrəni necə öyrənmək olar? İMEİ nömrənin telefonun və qutunun üstündəki yeri ilə bağlı yuxarıda məlumat verdik. Əgər hər hansı səbəbdən telefonun üzərindəki yazı silinibsə və ya qutunu itirmisinizsə, telefonunuzda *#06# yığmaqla İMEİ kodu öyrənə bilərsiniz. İki SİM kartlı telefonların isə iki İMEİ nömrəsi olur. Bu da onunla izah edilir ki, belə telefonlar tək cihaz kimi görünsələr də, əslində bu cihazın içində iki telefon var. Mütəxəssislər məsləhət görürlər ki, işlənmiş telefon belə olsa, onu qutusu ilə birlikdə almaq lazımdır. Digər tərəfdən, aldığınız telefonun işlənmiş və ya yeni olmasından asılı olmayaraq, *#06# kodunu yığmaqla İMEİ kodun telefonun yaddaşında və qutunun üstündə eyni olduğundan əmin olmaq məsləhətdir. Telefonunuz bahalıdırsa, risk hər zaman realdır Bəli, bahalı telefon bir çoxlarının ağzını sulandırır. Üstəlik, ağzı sulananlar yalnız cibgirlər deyil, əlbəttə. Bahalı telefonların saxta versiyalarını satmaqla kəsə yolla varlanmaq istəyənlər də kifayət qədərdir. Son vaxtlar Azərbaycanda yeni model telefon istifadəçilərinin sayının artması, saxta telefon bazarının genişlənməsinə stimul verir. Saxtakarların qurbanına çevrilməməyin bir çox yolları var. Ən sadə yol isə rəsmi distribüterlərin mallarına üstünlük verməkdir. Alıcılar, adətən, sırf qiymətə görə saxta telefonlara meyillənirlər. Yəni saxta telefonların qiymətlərinin nisbətən ucuz olması onları istehlakçılar üçün əlçatan edir. Lakin müşahidələr göstərir ki, orijinal telefonlarla saxtaları arasında qiymət fərqi çox böyük olmur. Digər tərəfdən, saxta telefonların keyfiyyətsizliyi və xərçəng kimi təhlükəli xəstəliklərə səbəb ola bilməsi “qiymət aldanmasının” yolverilməz olduğunu deməyə əsas verir. Bu istiqamətdə dövlət hansı tədbirləri görür? Dünyanın bir çox ölkələrində telefon oğurluqlarına qarşı dövlət səviyyəsində tədbirlər görülür. Bu sərt tədbirlər nəticəsində telefon oğurluqlarının və telefon vasitəsilə həyata keçirilən cinayət hadisələrinin sayı kəskin şəkildə azalıb. Bəzi Avropa ölkələri başda olmaqla, Türkiyə və Filippin kimi dövlətlərdə də artıq bu təcrübədən istifadə edilir. Azərbaycanda da mobil telefonlardan istifadəyə nəzarəti gücləndirmək məqsədilə Nazirlər Kabineti ötən ilin dekabr ayının 28-də “Mobil cihazların qeydiyyatının aparılması Qaydası”nı təsdiqləyib. Bu qərarın qəbul edilməsinin səbəbi “Terrorçuluq barədə bilə-bilə yalan məlumatların yayılması hallarının qarşısının alınmasına dair Kompleks Tədbirlər Planı”nın icrasını təmin etmək olsa da, ölkə ərazisində telefon oğurluqlarının qarşısının alınmasına da böyük töhfə verəcəyi güman olunur. Bəs bu qaydalar nəyi nəzərdə tutur? Əvvəla, bu sənəd Azərbaycanda mobil cihazların qeydiyyata alınması qaydasını və onlara telekommunikasiya şəbəkələrində xidmət göstərilməsinin xüsusiyyətlərini tənzimləyir. Bunun üçün mobil cihazların qeydiyyat sistemi qurulur (MCQS) və onların texniki identifikasiya məlumatları – mobil telefonların İMEİ nömrəsi, mobil şəbəkə nömrəsi, SİM kartın seriya nömrəsi, eləcə də mobil cihaz tipinin təsdiq kodu bu sistemə daxil edilir. Bu qeydiyyat sistemindən keçməyən mobil telefonların istifadəsi mümkün olmayacaq, çünki mobil operatorlar bu cür telefonlara xidmət göstərməyəcək. Mobil cihazların qeydiyyatı sistemi ümidvar olmağa əsas verir AİF prezidenti Osman Gündüzün sözlərinə görə, MCQS fəaliyyətə başladıqdan sonra bəzi bürokratik əngəllər aradan qalxacaq: “Mövcud proseduraya görə, telefonu itən şəxs polisə müraciət etməlidir. Polis də mobil operatorların iştirakı ilə o telefonu tapmağa çalışır. Yeni qaydalara görə isə, mobil telefonu itən və ya oğurlanan şəxs birbaşa MCQS-yə müraciət edə biləcək. Bu yolla o, dərhal telefona xidmətin göstərilməsini məhdudlaşdıracaq. Nəticədə oğurlanmış telefon adi oyuncaq parçasına çevriləcək”. Nazirlər Kabineti MCQS-nin qurulmasını və ona nəzarətin həyata keçirilməsini Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə (RİTN) həvalə edib. RİTN-dən qəzetimizə verilən məlumata görə, hələ sistemin qurulması üzərində iş aparılır. Onu da qeyd edək ki, mobil telefonların qeydiyyata alınması MCQS-nin qurulmasından sonra başlanacaq. Bu günədək istifadə olunan mobil cihazların qeydiyyatında isə problem olmayacaq. Çünki həmin mobil cihazlarla bağlı məlumatlar mobil operatorlardan alınacaq. Mütəxəssislərin fikrincə, MCQS işə düşdükdən sonra ölkəyə mənşəyi məlum olmayan, keyfiyyətsiz, insan orqanizminə daha çox zərər yetirən mobil telefonların gətirilməsinin qarşısını almaq da mümkün olacaq.

Comments are closed, but trackbacks and pingbacks are open.