Press "Enter" to skip to content

Arxivlesdirme proqramlari

1. interpritator –proqramları hissə-hissə realizə edir

Proqram təminatı(Software) Sistem proqramlar, tətbiqi proqramlar, əməliyyat sistemləri, ortuk proqramları, arxiv proqramlar, antiviruslar, drayverlər, utilitlər

1. Sistem proqramları(sistem proqram təminatı). Bu proqramlar kompüterin işini idarə edən, onun ayrı –ayrı qurğuları arasında əlaqə yaradan, qurğuları tənzimləyən, kompüterləri qoruyan, diaqnostikanı aparan proqramlardan ibarətdir.
Bu proqramlara aşağıdakılar aiddir.

1) Əməliyyat sistemləri

Əməliyyat sistemləri kompüterin idarə olunması, işlənməsi üçün zəruri olan sistem proqramlarının kompleksindən və onlara inteqrasiya olunmuş tətbiqi proqramlar paketindən ibarətdir.

Birməsələli və çoxməsələli, biristifadəçili və çox istifadəçili, şəbəkə əməliyyat sistemləri mövcuddur.

2)Xidməti (servis) proqramları aşağıdakı 6 hissədən ibarətdir.

a) örtük proqramları

Örtük proqramları əməliyyat sistemində işi sadələşdirən proqramlardır. Məs : MSDOS əməliyyat sistemi üçün Norton Commander (NC) adlı örtük proqramlar var.
b) utilitlər

Utilitlər kompüterin qurğularının imkanlarını artıran köməkçi zəruri proqramlardır.

c) arxivləşdirmə proqramları

Arxivləşdirmə proqramları informasiyanı sıxaraq yaddaşa qənaət etməyə imkan verir.

Arj, Zip, Rar arxivləşdirici proqramlar var. Arxivasiya proqramları arxivator adlanır.
d) formatlaşdırma proqramları

Formatlaşdırma proqramları kompüterin yaddaşındakı disklərdə informasiyanı optimal yerləşdirməyə imkan verir

e) antivirus proqramları

Antivirus proqramları kompüteri ziyanverici viruslardan qorumağa imkan verir.

Kasperski, Nod32, Norton, Avira, Avast, Doctor Web və s antivirus proqramları var.
f) diaqnostika (test) proqramları

Diaqnostika proqramları kompüterin ayrı-ayrı qurğularının sazlığını yoxlayır və nasazlıq görəndə xəbərdar edir.

3)Proqramlaşdırma dilinin transliyatorları : bu dillərdə yazılmış proqramların kompüterdə realizə olunmağını təmin edir.

1. interpritator –proqramları hissə-hissə realizə edir

2. kompilyator –tam realizə edir

4)Texniki xidmət proqramları : kompüterin qurğularına qulluq üçün nəzərdə tutulur. Yəni kompüterin düzgün işləməsinə nəzarət etmək və nasazlıqları aşkar etmək.

5)Drayverlər : kompüterə qoşulan qurğuların kompüter tərəfindən tanınmasını təmin edir.

  1. Kontrol, test və diaqnostika proqramları.
  2. Drayver proqramları
  3. Arxivator proqramları
  4. Antivirus proqramları
  5. CD və ya DVD yazıcı proqramları

2. Tətbiqi proqramlar . Tətbiqi proqram təminatı.

İstifadəçinin konkret məsələsinin həlli üçün nəzərdə tutulan proqramlara tətbiqi proqramlar deyilir. Bu proqramlar sistem proqramlarına nəzərən daha çox istifadə olunur. Onlardan ən çox istifadə edilənləri qeyd edək.

Mətn redaktorları –bu proqramlar müxtəlif mətn və sənədlərin hazırlanması üçün nəzərdə tutulur. Məs: Ms Word

Cədvəl prosessorları(elektron cədvəllər) Bu proqramlar cədvəl şəklində verilmiş informasiyanın emalı üçün nəzərdə tutulub. Məs:Excell

Qrafik redaktorlar. Bu proqramlar müxtəlif təsvirlərin, şəkillərin hazırlanması və emalı üçün nəzərdə tutulub. Məs : Ms Paint, Adobe PhotoShop, Corol Draw, AutoCAD

Təqdimetmə proqramları. Bu proqramlar müxtəlif təqdimatların, reklamların yaradılması üçün nəzərdə tutulub. Məs : Ms Power Point

Verilənlər bazasının idarəetmə sistemləri. Bu proqramlar verilənlər bazasının yaradılması, idarə olunması, emalı üçün nəzərdə tutulub. Məs : MS Access

Kompüter şəbəkələrində iş proqramları : Məs İnternet Explorer, Mozilla, Opera, Chorome, Outlook Express(ms office paketində yerləşir)

Tərcüməçi proqramlar Məs Promt, Dilmanc.

Lüğət proqramlar Məs Lingvo, Polyglot

  1. Kontrol, test və diaqnostika proqramları.
  2. Drayver proqramları
  3. Arxivator proqramları
  4. Antivirus proqramları
  5. CD və ya DVD yazıcı proqramları

Tətbiqi proqramlar və onların təsnifatı

  1. Mətn redaktorları: MsWord? WordPad, Notepad və s.
  2. Elektron cədvəlləri: Sheet, Super Calk, Ms Excel, Lotus və s.
  3. Qrafik proqramlar: Paint, Power Point, Corel Draw, Photo Shop 3Dstidio MAX və s.
  4. Nəşriyyat işləri
  5. Verilənlər bazasını idarə edən sistemlər: Fox Pro, Ms Access və s.
  6. Prezentasiyaların təqdimatlar) yaradılması üçün Power Point
  7. Mühasibat işləri
  8. SAPR (layihələşdirilmənin avtomatlaşdırılması) Auto Cad
  9. Statistik analiz üçün istifadə olunan proqramlar
  10. PC oyunları, öyrədici proqramlar, şəkil və animasiya
  11. Şəbəkələri idarə etmək üçün istifadə olunan proqramlar

Dostları ilə paylaş:

Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2023
rəhbərliyinə müraciət

Arxivləyicilər

WinRAR və 7-zip kimi belə nəhənglərə alternativ olan proqramdır. Formatların əksəriyyətiylə bu proqram işləyir, faylların açmasını FTP-da serveri apara, bir neçə daha kiçik ölçüyə böyük faylları bölə bilər.

  • Sistem proqramları / Arxivləyicilər
  • 2018-11-07
  • 2 006

5 MB Pullu [Açar mövcuddur]

WinRAR 5.61 Final – Kompüter üçün arxivləyici proqramı

Ən yaxşı sıxışdırma proqramlarından biri olan WinRAR’ın Yeni çıxan versiyası. Proqrama əlavə olunan sehrbaz, yeni istifadəçilər üçün gözəl bir yenilikdir.Sıxılma alqoritmi təkmilləşdirilmiş və şifrələmə alqoritmi olaraq da 128 bit istifadə edilmişdir. Faylları sıxışdıraraq və ya sıkıştırmadan e-poçt ilə göndərmək xüsusiyyəti də əlavə olunmuşdur. Seçilən (sıxışdırılmış) bir neçə faylın kopyalanması və başqa bir qovluq içərisinə yapıştırılması (açılaraq) xüsusiyyəti də əlavə edilmişdir. CAB, ARJ, LZH, TAR, GZ, ACE, UUE, BZ2, JAR, ISO dəstəklədiyi formatlar arasında olub yeni versiyada 7zip formatına da dəstək verilmişdir. Ayrıca bu yeni beta distributivində zip arxivlər üçün WinZip AES sıxışdırması əlavə olunmuşdur.

  • Sistem proqramları / Arxivləyicilər
  • 2018-10-04
  • 18 425

Xidməti proqramlar/Fayl və qovluqların arxivləşdirilməsi

Arxiv proqramları (Arxivatorlar) fayldakı informasiyları sıxmaqla onların arxivləşməsini yerinə yetirir. Sıxma dərəcəsi asılıdır:

  1. İstifadə olunan arxivatordan.
  2. Sıxma üsulundan.
  3. Faylın tipindən.

Arxivləşdirmənin iki səbəbi var:

  1. İnformasiyanın qorunması (faylın rezerv surətini yaratmaqla)
  2. Fayllar üçün ayrılmış yerdən səmərəli istifadə.

Arxivləşmə zamanı faylın daha kiçik həcmə malik, rezerv sürəti yaradılmış olur. Rezerv surət – faylın dəqiq surəti olub, sıxılmış halda xüsusi daşıyıcıda, təhlükəsiz yerdə saxlanılır.

Arxiv faylları: ARJ, CAB, GZ, LHA, RAR, TAR, TGZ, UU, ZIP.

Windows əməliyyat sistemlərində əsasən WinZİP və WinRAR arxivatorlardan istifadə edilir.

Proqramı işə salmaq üçün:

  1. Start (Старт) → Proqrams (Программы) → WinRAR → [Bakcomp – WinRAR] pəncərəsi açılır → arxivləşdirilməsi lazım olan fayl və ya qovluq açılan pəncərədə göstərilir → [Добавить] düyməsi basılır.
  2. Fayl və ya qovluğun üzərində kontekst menyu açılır → «Добавить в Архив…» əmri verilir → açılan [Имя и параметры архива] pəncərəsində arxiv faylın yerləşəcəyi qovluq göstərilir → OK.

Arxiv olunacaq fayl və ya qovluğa parol qoymaq üçün: [Имя и параметры архива] pəncərəsində [Дополнительный] hissəsinə keçilir → [Установить пароль] →[Архивация с паролем] pəncərəsində parol təyin edilir → OK.

Comments are closed, but trackbacks and pingbacks are open.