Press "Enter" to skip to content

Faydalı linklər

Özbəkistan. Ölkənin əsas hissəsi Turan cavan platformasından ibarət Qızılqum səhrası əhatə edir. Ölkə neft-qaz, qonur kömür (Anqren), qızı, və s əlvan metallarla zəngindir. Iqlimi mülayim və subtropikdir. Əhalisinin sayına və sıxlığına görə Özbəkistan Mərkəzi Asiyada 1-ci yeri tutur. Əhalinin təbi artımı çox yüksək olub əsasən kəndlərdə yaşayırlar.(59%). Əmək ehtiyatları ilə yaxşı təmin olunmuş ölkə əhalisinin pambıqçılıq sahəsində çalışırlar. Ölkədə özbəklərdən başqa qaraqalpaq adlı türk xalqı da yaşayır. Almalıq- Özbəkistanın ən iri əlvan metallurgiya mərkəzidir. Ölkədə maşınqayırma, kimya, yeyinti, toxuculuq sənayesi pambıqçılığın inkişafı ilə əlaqədardır. Ölkədə pambıqyığan kombaynları, minik maşınları, azot və fosfor külçələri hazırlanır. K/t-da pambıqçılıq əsas yer tutur. Pambıq toxumundan alınan yağ Özbəkistanın əsas qidasıdır.
Ölkədə həmçinin baramaçılıq, çəltikçilik, meyvəçilik, bostançılıq, üzümçülük, qaragül qoyunçuluğu da yaxşı inkişaf edib. Özbəkistanda Qarakalpak Muxtar Respublikası yerləşir.

Mərkəzi Asiya ölkələri ABŞ-dan silahlar almaq istəyir

Mərkəzi Asiya ölkələri ABŞ-dan silahlar almaq istəyir Mərkəzi Asiya ölkələri Ukraynadakı vəziyyətlə əlaqədar Rusiya silahlarının tədarükünün azalması ehtimalından narahatdırlar və ABŞ onlarla müdafiə vəsaitləri əldə etmək imkanı ilə bağlı danışıqlar aparır.

9 Mart , 2023 08:08

https://static.report.az/photo/48c19159-6afd-385d-941d-c471355fc4e0.jpg

Mərkəzi Asiya ölkələri Ukraynadakı vəziyyətlə əlaqədar Rusiya silahlarının tədarükünün azalması ehtimalından narahatdırlar və ABŞ onlarla müdafiə vəsaitləri əldə etmək imkanı ilə bağlı danışıqlar aparır. “Report” xəbər verir ki, bunu ABŞ Senatının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə dövlət katibinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə köməkçisi Donald Lu deyib. “Bu sahədə Mərkəzi Asiya ölkələri ilə gözəl tərəfdaşlığımız var. Tarixən bu region xarici hərbi qüvvələrin hərəkətlərinə çox həssas olub, lakin bizim tərəfdaşlıq proqramlarımız bütün regionda çox uğurludur. Təhlükəsizlik sahəsində əməkdaşlığa gəlincə, hamımız bilirik ki, Rusiya Ukraynada çoxlu hərbi texnika və sursat istehlak edir. Başqa ölkələrə ixrac bir yana, öz ehtiyatlarını bərpa etmək də çətin olacaq. Bu, sərhədlərini qorumaq üçün Rusiya silahlarına arxalanan Mərkəzi Asiya ölkələri üçün çox vacibdir. Əfqanıstana yaxın olan ölkələr birdən-birə təyyarə və ya sursat çatışmazlığı ilə üzləşə bilər. Bu, onların böyük narahatlığına səbəb olur. Onlarla müdafiə texnikasını haradan ala biləcəklərini müzakirə edirik: bizdən, Cənubi Koreyadan və ya Yaponiyadan”-, o bildirib.

Asiya ölklri beynlxalq münasibtlr sistemind

Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində Beynəlxalq münasibətlər kafedrasının dosenti, siyasi elmlər üzrə fəlsəfədoktoru Rza Talıbovun Azərbaycan və rus dillərində çapdan çıxmış «Asiya ölkələri beynəlxalq münasibətlər sistemində» adlı kitablarının təqdimat mərasimi keçirilib.

Tədbiri açan fakültənin dekanı, professor Zeynal Həsənalıyev altı bölmə, 27 yarımfəsildən ibarət olan 312 səhifəlik kitabın əhəmiyyətindən danışaraq, onu ali məktəb tələbələri üçün faydalı dərslik kimi təqdim edib. Bildirib ki, Asiya ölkələrinin dünya siyasətində və beynəlxalq münasibətlər sistemindəki yeri, mövqeyi vəəhəmiyyəti təqdim olunan kitabda, eyni zamanda, beynəlxalq münasibətlərin üzvi tərkib hissəsi olaraq Azərbaycan Respublikasının Asiya ölkələri ilə çoxcəhətli əlaqələrinə də kitabında geniş yer ayrılıb.

Çıxış edən dosent Nərgiz Məmmədzadə bildirib ki, kitabda Çin Xalq Respublikasının dünya siyasətində mövqeyi, həmçinin Asiya ölkələri iləəlaqələri, Azərbaycan-Çin əməkdaşlığı geniş və hərtərəfli tədqiq olunub ki, bu da tələbələr və bu sahədə araşıdrma aparmaq niyyətində olan tədqiqatçılar üçün fundamental mənbə rolunu oynaya bilər.

Dosent Qurban Məmmədov kitabın digər bölmələrinə diqqət çəkib. Qeyd edib ki, kitabın Beynəlxalq münasibətlər və Yaponiya” bölməsi maraqlı mövzular üzrə təqdim olunur. Burada dünya siyasətinin cazibə qüvvəsi kimi xarakterizə edilən Yaponiyanın ABŞ, ÇXR, Rusiya və digər Cənub-Şərqi Asiya ölkələri iləəlaqələrindən geniş söhbət açılır. Əsərin müəllifi Azərbaycan-Yaponiya əməkdaşlığı məsələlərinə dəətraflı nəzər salır, ölkəmizin Yaponiya ilə siyasi-diplomatik əlaqələri, təhsil sahəsindəəməkdaşlığı, turizm, səhiyyə, idman, eləcə də mədəni vəədəbi əlaqələrindən ətraflı bəhs edir. Kitabın “Koreya Respublikası dünya siyasətində” adlanan xüsusi fəslində Koreya Respublikasının müasir beynəlxalq münasibətlər sistemində yeri, beynəlxalq təşkilatlardakı nüfuzu, dünya siyasətindəki mövqeyi, həmçinin Azərbaycanın Koreya iləəlaqələri sistemli şəkildə təhlil olunur.

Dosent Kərəm Məmmədov isə bildirib ki, müəllif dünya siyasətində gedən proseslərin işığında Sinqapur, Malayziya və Vyetnam kimi ölkələri siyasi-iqtisadi, eləcə də diplomatik və mədəni əlaqələr cəhətdən geniş təhlil edib. Qeyd olunan ölkələrin Azərbaycanla ikitərəfli və çoxşaxəli əməkdaşlıq məsələləri geniş araşdırmaya cəlb edilib.

Beynəlxallq münasibətlər kafedrasının müdiri, proefssor Ağalar Abbasbəyli müəllif tərəfindən Azərbaycan Respublikasının Çin, Yaponiya, Koreya, Sinqapur, Malayziya və Vyetnam kimi Asiya ölkələri iləəməkdaşlığına xüsusi diqqət yetirilməsinin əsərin maraq doğuran cəhətlərindən birinə çevrildiyini diqqətəçatdırıb. Kitabda ayrıca yarımfəsillərdə ölkəmizin qarşılıqlı iqtisadi, siyasi, diplomatik, eləcə də mədəni vəədəbi əlaqələri elmi təhlil süzgəcindən keçirilib. R.Talıbov Asiya ölkələrinin Azərbaycan Respublikası iləəlaqələrindən bəhs edərkən bu istiqamətdə ölkəmizdə müstəqillik dövründə ardıcıl olaraq məqsədyönlü şəkildə həyata keçirilən dövlət siyasətinin əhəmiyyətini geniş şərh edib. Müəllifin elmi qənaətində dünya siyasətinin əsas mərkəzlərindən birinə çevrilmiş Asiya iləəməkdaşlıq Azərbaycan dövlətinin yeni tarixi epoxadakı aparıcı istiqamətlərindən biri kimi əsaslandırılıb. Adları çəkilən region ölkələrinin tarixinə də qısa ekskurs edilən əsərdə müəllif çoxsaylı elmi və elmi-kütləvi mənbələrə istinad edərək məqsədyönlü şəkildə oxucuya dərin məzmunlu və hərtərəfli bilik vermək missiyasını uğurla yerinə yetirib. Kitabın mənbəşünaslıq bazası geniş və zəngindir.

Sonda çıxış edən kitabın müəllifi Rza Talıbov təqdimat mərasiminə və kitab haqqında rəylərinə görə təşəkkürünü bildirib. Kitabların davamının olacağını bildirən müəllif çıxışlarda qaldırılan məsələlərin gələcək araşdırmalarında nəzərə alacağını da diqqətə çatdırıb.

Mətbuat və informasiya şöbəsi, 23 sentyabr 2015-ci il.

/ 23/09/2015

Mərkəzi Asiya ölkələri

Mərkəzi Asiya dünyanın yeganə regionudur ki burada yerləşən ölkələrin heç birinin dünya okeanına birbaşa çıxışı yoxdur. Bakı- Türkmənbaşı, Bakı- Aktau, Bakı-Bektaş bərə gəmilərinin işə düşməsi, bu region ölkələrinin iqtisadi əlaqələrinin Qafqaz və Avropa ölkələri ilə yaxşılaşmasına kömək edir.
Mərkəzi Asiyada yerləşən Tyan-Şan, Pamir, Altay dağ sistemləri və Turan, Xəzəryanı ovalıqlar regionun özünəməxsus landşaftını yaradır. Burada – Qobi, Təklə – Məkan, Qaraqum, Qızılqum səhraları yerləşir. Regionun şimalında çöl zonası geniş yayılıb. Okeanlardan çox uzaq olduğundan buranın iqlimi kəskin kontinentaldır. Burada su, torpaq və meşə resursları çatışmır. Amudərya və Sırdərya regionun yeganə iri çaylarıdır. Həddən artıq suvarmada istifadə edildiyindən bu çayların suyu Aral dənizinə çatmır. Nəticədə bu göl quruyur və qurumuş ərazilərin üzərindəki duz, güclü küləklər vasitəsi ilə əhaliyə və əkin sahələrinə güclü ziyan vurur. Aral dənizinin quruması və Xəzərin isə səviyyəsinin qalxması regionun ən böyük ekoloji problemləridir. Region ölkələrinin 1/2 fəal seysmik qurşaqda yerləşir.
Əhalinin milli tərkibi müxtəlifdir. Burada türk dil qrupuna məxsus- türkmənlər, özbəklər, qazaxlar, qırğızlar, qaraqalpaqlar; Iran dil qrupuna aid- taciklər və həmçinin monqollar yaşayırlar. Monqollardan başqa digər xalqlar Islam dininə sitayiş edirlər. Əhalinin təbii artımı yüksəkdir. Ən yüksək təbii artım Tacikistan və Monqolustanda; ən az təbii artım isə Qazaxıstandadır.
Monqolustandan başqa qalan ölkələrdə təsərrüfat çoxsahəlidir. Bu inkişaf yerli xammal əsaslanır. Suvarma şəraitində yetişdirilən pambıqçılıq – regionun ən yaxşı ixtisaslaşmış sahəsi sayılır ( Monqolustandan başqa). Pambıq yığımına görə bu region dünyada 1-ci yerdə durur. Suvarma şəraitində həmçinin – çəltik, qarğıdalı, buğda və bostan bitkiləri yetişdirilir. Monqolustan və Qırğızıstanı çıxmaq şərti ilə region ölkələrinin k/t-da əkinçilik heyvandarlıqdan üstün inkişaf edib. Əkin sahələri içərisində isə Qazaxıstanı çıxmaq şərti ilə ( burada taxılçılıq hakim mövqe tutur), pambıqçılıq hakim yeri tutur. Monqolustan və Qırğızıstanda isə heyvandarlıq, xüsusi ilə qoyunçuluq güclü inkişaf edib.

Qırğızıstan. Dağlıq ölkə olub, türk dünyasının ən hündür nöqtəsi olan Qələbə piki Tyan-Şan dağlarında yerləşir. Ölkə polimetal, civə, sink, qurğuşun, qızıl, Daş kömür, mərmər, neft, qaz ehtiyatları ilə zəngindir. Iqlimi əsasən mülayim, qismən isə subtropikdir. Təbii artım yüksək olsa da, sıxlıq çox azdır. Əhali əsasən kəndlərdə yaşayır. Sənayenin aparıcı sahəsi maşınqayırmadır. Əlvan metallurgiya yaxşı inkişaf edib. Qırğızıstan Mərkəzi Asiyada ən az pambıq becərən ölkədir, səbəbi isə relyefin əsasən dağlıq və iqlimin soyuq olmasıdır. Ölkədə şəkər çuğunduru, tütün, buğda, üzüm, kartof, və dərman xaş-xaşı becərilir. Heyvandarlığın əsas sahələri qoyunçuluq, maldarlıq və atçılıqdır. Dağlıq relyeflə əlaqədar avtomobil nəqliyyatı nəqliyyatı daha yaxşı inkişaf edib. Dağlıq göllər içərisində dünyada 2-ci yer tutan Issık-kul gölünün böyük turizm əhəmiyyəti var. Göl qışda donur.

Türkmənistan. Ölkənin əsas hissəsi Turan cavan platformasına aid düzənlik hissədən, cənubdan isə cavan Kopetdağ silsiləsindən ibarətdir. Ölkənin əsas hissəsini Qaraqum sahəsi tutur. Neft, qaz, kalium duzu ölkənin əsas sərvətləridir. Qaraboğazqol körfəzində qlauber duzu çıxarılır. Ölkədə su, meşə və torpaq ehtiyatları çox azdır. Ölkə içməli suyu Amudərya çayından, ondan çəkilmiş Qaraqum kanalından və xüsusi qurğularda təmizlənərək şirinləşdirilən Xəzərdən əldə edir. Ölkədə quru səhra iqlimi hakimdir. Əhalinin təbii artımı yüksək olsa da sıxlıq çox aşağıdır v əsasən kəndlərdə yaşayır. Neft-qaz, kimya, balıqçılıq, yüngül və yeyinti sənayesi inkişaf edib. K/t-da bağçılıq, bostançılıq. Pambıq, çəltik, baramaçılıq, qaragül qoyunçuluğu inkişaf edib. Türkmənistan dünyada xalçaları və Axaltakə cinsli atları ilə məşhurdur. Nəqliyyatında Türkmənbaşı dəmir limanının mühüm əhəmiyyəti var. Bu liman bütün mərkəzi Asiya ölkələri üçün «dəniz darvazası» rolunu oynayır.

Özbəkistan. Ölkənin əsas hissəsi Turan cavan platformasından ibarət Qızılqum səhrası əhatə edir. Ölkə neft-qaz, qonur kömür (Anqren), qızı, və s əlvan metallarla zəngindir. Iqlimi mülayim və subtropikdir. Əhalisinin sayına və sıxlığına görə Özbəkistan Mərkəzi Asiyada 1-ci yeri tutur. Əhalinin təbi artımı çox yüksək olub əsasən kəndlərdə yaşayırlar.(59%). Əmək ehtiyatları ilə yaxşı təmin olunmuş ölkə əhalisinin pambıqçılıq sahəsində çalışırlar. Ölkədə özbəklərdən başqa qaraqalpaq adlı türk xalqı da yaşayır. Almalıq- Özbəkistanın ən iri əlvan metallurgiya mərkəzidir. Ölkədə maşınqayırma, kimya, yeyinti, toxuculuq sənayesi pambıqçılığın inkişafı ilə əlaqədardır. Ölkədə pambıqyığan kombaynları, minik maşınları, azot və fosfor külçələri hazırlanır. K/t-da pambıqçılıq əsas yer tutur. Pambıq toxumundan alınan yağ Özbəkistanın əsas qidasıdır.
Ölkədə həmçinin baramaçılıq, çəltikçilik, meyvəçilik, bostançılıq, üzümçülük, qaragül qoyunçuluğu da yaxşı inkişaf edib. Özbəkistanda Qarakalpak Muxtar Respublikası yerləşir.

Qazaxıstan. Ərazisinin böyüklüyünə görə Türk dünyasının ən böyük müstəqil dövlətdir. O 2 qitədə- Avropa və Asiyada yerləşir. Ölkədə Qazax xırda təpəliyi, Xəzəryanı və Turan ovalığı, Tyanşan və Altay dağlarının bir hissəsi yerləşir.Mangistau yarımadasında dərinliyi-132 m olan Qarğıya çökəkliyi yerləşir. Kustanayda dəmir filizi, Qazax xırda təpəliyi və Balxaş gölü ətrafında mis, Karaqanda və Ekibastusda daş kömürü, Mangistau, Üstyırt və Ural-Emba yataqlarında çıxarılır. Iqlim mülayim kontinental olduğundan çay şəbəkəsi seyrəkdir. Şimaldakı çaylar Şimal Buzlu okeanına (Irtış), ərazinin 80% isə qapalı hövzəyə – Xəzər, Aral, Balkaş göllərinə aiddir. (Sırdərya, Ili, Çu və s)
Əhalinin əsas hissəsi şəhərdə yaşayır və orta sıxlığı çox aşağıdır. Ümumi əhalinin 1/3 qazax, digərləri isə rus, ukrayn, alman və s-dir. Ən iri şəhəri Almata, paytaxtı isə Astanadır. Ölkədə neft, kömür, metallurgiya və kimya sənayesi güclü inkişaf edib. K/t-da əsas yeri taxılçılıq və heyvandarlıq tutur. Ölkədə həmçinin pambıq, şəkər çuğunduru, üzüm, çəltik, günəbaxan, tütün becərilir. Maralçılıq, atçılıq və dəvəçilik inkişaf edib. Ölkə özünü yerli xammal və yanacaqla tam təmin edir. Baykonur şəhərində məşhur kosmodrom yerləşir.

  • Teqlər:
  • Mərkəzi Asiya
  • , Qırğızıstan
  • , Türkmənistan
  • , Özbəkistan
  • , Qazaxıstan

Comments are closed, but trackbacks and pingbacks are open.