Press "Enter" to skip to content

Yaranma tarixi

hakimi təyin olundu və Bərdəyə göndərildi. 1136-cı ildə Eldənizin Arran hakimi təyin olunlası ilə Azərbaycan

Atabəylər dövləti (1136-1225)

hökmdarı Sultan II Toğrulun (1132—1134) hakimiyyəti dövründə isə Eldəniz vəzifə pillələri ilə sürətlə irəli getdi.

Sultan Eldənizin xidmətlərini qiymətləndirdi, Eldənizə “əmir” titulu verdi və oğlu Arslan şahın atabəyi təyin etdi.

Bundan sonra Şəmsəddin Eldənizin nüfuzu daha da artdı.və onu əmir rütbəsinədək qaldırdı.

1136-cı ildə isə digər İraq Səlcuq hökmdarı

Qiyasəddin Məsud

hakimi təyin olundu və Bərdəyə göndərildi. 1136-cı ildə Eldənizin Arran hakimi təyin olunlası ilə Azərbaycan

Atabəylər dövlətinin və bu dövləti idarə edən Eldənizlər sülaləsinin əsası qoyuldu. Eldənizlər dövlətinin paytaxtı

Şəmsəddin Eldənizin (1136—1175) zamanında Naxçıvan şəhəri idi. Naxçıvan şəhərinin ən yüksək tərəqqi dövrü

məhz Eldənizin hakimiyyəti illərinə təsadüf edir. Eldənizlər dövlətinin ərazisi əvvəllər İraq Səlcuq sultanlığının

tərkibinə daxil idi. Şəmsəddin Eldəniz Arranla yanaşı, Azərbaycanın cənub

bölgələrini, eləcə də Naxçıvanı müstəqil

idarə edirdi. O öz adından pul kəsdirmişdi.

1160-cı ildə İraq Səlcuq hökmdarı

Süleyman Şahın (1159-1161)

“Böyük atabəy” titulu alan Şəmsəddin Eldəniz:

Oğulluğu Arslan şahın (1161-1176) sultan elan edilməsinə nail oldu.

Bütün İraq Səlcuq sultanlığını özü idarə etməyə başladı.

Böyük oğlu Məhəmməd Cahan Pəhləvanı İraq Səlcuq sultanının hacibi təyin etdi.

Kiçik oğlu Qızıl Arslanı İraq Səlcuq sultanlığında ordunun ali baş komandanı təyin etdi.

İraq Səlcuq sultanlığı Eldənizlər sülaləsinin hakimiyyəti altına keçərək, Azərbaycan sultanlığına çevrildi.

Şəmsəddin Eldənizin hakimiyyəti (1136-1175)

Şəmsəddin Eldəniz görkəmli sərkərdə və dövlət xadimi idi. Ümumiyyətlə, Şəmsəddin Eldənizin hakimiyyəti

Naxçıvan şəhəri Eldənizlər dövlətinin ilk paytaxtı oldu.

Gürcü torpaqları və Şirvanşahlar dövləti Eldənizlərdən asılı vəziyyətə düşdü.

Xırda feodal mülklərini aradan qaldıraraq bütün Azərbaycanı vahid dövlətdə birləşdirdi.

Azərbaycan torpaqları, yenidən birləşdirildi.

Kənd təsərrüfatı, sənətkarlıq və ticarət canlandı, mədənioyanışı baş verdi.

İraq Səlcuq sultanlığı Eldənizlər sülaləsinin hakimiyyəti altına düşdü.

Atabəylər dövləti Yaxın və Orta Şərqin ən qüdrətli dövlətlərində birinə çevrildi.

Şəmsəddin Eldəniz dövləti qorumaq üçün aşağıdakı tədbirləri gördü:

İqta mülkləri almış əmirlərin hərbi qüvvələrindən əlavə, ona tabe olan güclü süvari ordusu yaratdı.

Mərkəzi hakimiyyətə tabe olmayan əmirlər və iri feodallar itaətə cəlb olundu.

QEYD: Şirvanşahları özlərindən asılı vəziyyətə salamaları və Azərbaycanı vahid dövlət halında

birləşdirməsi Sacilər, Salarilər və Eldənizlər dövlətinin tarixi üçün oxşar cəhət təşkil edir.

Eldənizlər sülaləsi

Məhəmməd Cahan Pəhlavanın hakimiyyəti (1175-1186)

Şəmsəddin Eldənizdən sonra

oğlu Məhəmməd Cahan Pəhlavan (1175-

1186) gəldi. Məhəmməd Cahan Pəhlavan hakimiyyəti dövründə:

Paytaxtı Naxçıvandan Həmədan şəhərinə köçürüldü (1175)

Təbrizi Rəvvadilər nəslindən olan Ağsunqurilər sülaləsinin əlindən aldı

Azərbaycanın idarəsini kiçik qardaşı Qızıl Arslana tapşırdı (Qızıl Arslanın

iqamətgahı Təbriz idi).

Müstəqilliyə can atan iri Səlcuq əmirlərinin müqavimətini qırdı.

Mərkəzi hakimiyyəti daha da qüvvətləndirdi.

QEYD: Paytaxtlarının köçürülməsi , 1175-ci ildə Eldənizlərin, 1192-ci ildə isə Şirvanşahların tarixində aid

oxşar hadisə idi.

Qızıl Arslanın hakimiyyəti (1186-1191)

Məhəmməd Cahan Pəhlavandan sonra hakimiyyətə

Qızıl Arslan (1186-1191)

keçdi. Qızıl Arslan hakimiyyətə gələrkən ona qarşı saray müxalifəti yarandı. Bu

müxalifətin əsas məqsədi taxt-tacı ələ keçirmək idi. Qızıl Arslana qarşı

Formal olaraq sultan titulu daşıyan III Toğrul.

Narazı Səlcuq əmirlərindən ibarət qrup.

Məhəmməd Cahan Pəhləvanın oğlu Qutluq İnanc.

vəzifələrinə ən yaxın

Müstəqilliyə can atan iri

Məhəmməd Cahan Pəhlavanın dövləti möhkəmləndirmək üçün həyata keçirdiyi tədbirlər

Mərkəzi hakimiyyəti daha

Qızıl Arslana tapşırdı

Həmədan şəhərinə köçürdü

Şəmsədin Eldənizin “Böyük Atabəy” titulu

Şirvanşahlar dövlətində I Axistanın

hakimiyyəti ələ aldı

1160-cı ildə baş vermiş hadisələr

Qızıl Arslan (1186-1191)

Yaranma tarixi

1136-1225-ci illər ərzində Azərbaycan ərazisində göy rəngli üzərində ikibaşlı qartal təsviri olan Atabəylər dövlətinin (Eldəgəzlər dövləti) bayrağı ucalırdı. Atabəylər Dövlətinin banisi Atabəy Şəmsəddin Eldəgəzdir. Azərbaycan (Kürdən cənuba), Şimal-Qərbi İran vilayətləri (İsfəhan, Rey) və s. yerləri əhatə edirdi. Paytaxtı müxtəlif vaxtlarda Naxçıvan, Həmədan və Təbriz olmuşdur. .

Qaraqoyunlu dövləti – 1410-1468-ci illər ərzində Şirvan istisna olmaqla bütün Azərbaycanı, indiki Ermənistan ərazisi, Gürcüstanın bir hissəsi, Qərbi İran və İraqı əhatə edirdi. Qaraqoyunlular Oğuz türk əsilli tayfa ittifaqıdır. Bayraqlarında təsvir olunan qoyunun rənginə görə o Qaraqoyunlu adlanırdı.

1467-ci ildə Muş döyüşündə Qaraqoyunluların məğlub edilməsi ilə Bağdada qədər olan geniş ərazi Ağqoyunluların əlinə keçir. 1468-ci ildə Uzun Həsən Ağqoyunlu dövlətinin əsasını qoyur.

Səfəvilər dövləti – 1501-ci ildən 1736-cı ilə qədər bugünkü Azərbaycan, İran, Ermənistan, İraq, Əfqanıstan, qərbi Pakistan, cənubi Türkmənistan və şərqi Türkiyə ərazilərini əhatə etmiş bir dövlətdir. Səfəvilər tarixdə ilk dəfə Azərbaycan türkcəsini özünün rəsmi dili elan edib. Bayrağında İslam rəmzi olan yaşıl rəng üstünlük təşkil edir.

Bakı xanlığının bayrağı

Bakı xanlığının bayrağın dördkünc qumaşı (ölçüləri 220 x 122 sm) dörd parça açıq moruğu və bir parça açıq xaradan əl ilə tikilmişdir. Uzununa yerləşdirilmiş yaşıl parça (eni 31 sm) ona möhkəm tikilmiş qırmızı atlas köbə (eni 6 sm) vasitəsilə bayraq ağacına taxılmışdır. Yaşıl parçanın üstündə xırda nəbati naxışlı üç zolaq vardır. Birinci zolaqda yanyana baş-ayaq yerləşdirilmiş biri tünd, o biri açıq yaşıl rəngli zambağa oxşar butaların içində altıləçəkli güllər və şişuclu, dalğavari yarpağa oxşar naxışlar salınmışdır. Daha enli ikinci zolağın içində ucları birləşdirilmiş, biri tünd, o biri isə yaşıl rəngli iki aypara çəkilmiş, bu ayparaların və onların birləşməsindən yaranmış çevrənin içində altı və səkkizləçəkli güllər tikilmişdir. Ayparalarla zolağın arasında içərisində tünd yaşıl saplarla xallar vurulmuş butavari yarpaqlardan yaradılmış ornament salınmışdır. Bütün gül və naxışların üzərində artıq solmuş güləbətin saplarının izləri qalmışdır. Yaşıl parçaya yaxın yuxarı sol hissədə yerləşən parçanın üstündə tünd moruğu onturlu ucları birləşdirilmiş üç aypara təsvir edilmişdir. Birinci ən böyük ayparanın içində ortadan başlayaraq əks istiqamətlərdə tünd moruğu saplarla iki sünbül çəkilmişdir. Nisbətən enli yaşıl yerlikli orta ayparanın içində tünd moruğu saplarla iki sünbül çəkilmişdir. Nisbətən enli yaşıl yerlikli ayparanın içində tünd moruğu saplarla ərəb dilində “Ya Məhəmməd, möminləri müjdələ” və “Allahdan kömək və yaxın qələbə” sözləri yazılmışdır. Digər ayparanın uclarının birləşməsindən əmələ gələn çevrənin içində yaşıl fonda tünd moruğu saplarla ərəb dilində “Allah kömək edəndir və Allah qoruyandır” sözləri yazılmışdır. Uzunsov səkkizləçəkli gül formasında olan aşağı hissəsi ərəb qrafikası elementlərini (“bismillah” və ya “Bakuyə”) xatırladan mürəkkəb naxışlarla örtülmüşdür.

Gəncə xanlığının bayrağı

Bayrağın dördkünc qumaşı (uzunluğu 127 sm, eni 174 sm) məxsusi toxunmuş və əl ilə bir-birinə tikilmiş moruğu və yaşılrəngli xara parçalarından hazırlanmışdır. Yuxarı hissənin sol tərəfində üç qızılı rəngli gül dəstəsi, al qırmızı rəngli bir uzunsov dairə, sağ hissəsində isə qızılı rəngli iki uzunsov dairə yerləşdirilmişdir. Qızılı zanbaq gülləri ilə əhatələnən qırmızı dairənin içində ərəb əlifbası ilə zərlə yazılmış “Allah” sözü vardır. Təbii elementlərdən olan gümbəzlər qırmızı rəngli ay-ulduzla bitir. Ortadan iki hissəyə bölünmüş çərçivədə ərəbcə aşağıdakılar yazılmışdır: “Allah döyüş zamanı döyüşənləri evdə oturanlardan üstün tutur. Allah onlara fərq qoymadan, hamısının Allaha yaxınlaşmasından ötrü dərəcələr bəxş edər və onların günahlarını bağışlayar. Allah mərhəmətlidir, bağışlayandır “. Mərkəz hissə ara xətləri ilə on qata bölünmüş və bu qatlarda qızılı saplarla ərəbcə aşağıdakı yazı beş dəfə təkrarlanmışdır: “Allahdan başqa ilahi qüvvə yoxdur, Məhəmməd Allahın elçisidir”.

Şəki xanlığının bayrağı

Şəki xanlığının ölçüsünə görə ən iri bayrağı (245 x 237 sm) beşbucaqlı formasındadır. Moruq rəngli orta hissəsi sarı ipək saplarla və güləbətinlə işlənmiş ornamentlərlə örtülmüşdür. Bayraq qumaşı xara (zərxara) parçadandır. Ortada, güləbətin saplarla işlənmiş şaquli istiqamətli xətlər arasında, sarı ipək saplarla cərgə-cərgə səkkizguşə və altıguşə ulduzlar, həndəsi qab fiqurları çəkilmiş, onların arasında isə, dəyirmi, rombvarı və üçbucağa oxşar kiçik fiqurlar salınmışdır.

İrəvan xanlığının bayrağı

Bayrağın qumaş hissəsi (ölçüləri:156 x 156 sm) zoğalı rəngli dördkünc ipək qanovuz parçadandır. Onun üstündə təbii boyalarla Şir və Günəş (şirixurşid) təsvirləri çəkilmişdir. Yan tərəfdən təsvir edilən Şir başını arxaya döndərmiş , qabaq sol pəncəsində qılınc tutmuş, quyruğunu belinə tərəf yuxarı qaldırmış şəkildə təqdim edilmişdir. Şirin arxasında doğan sarı Günəş və onun qızılı şüaları görünür. Şirin başı üstündə damcıvari sarı kartuşda “Əs-sultan ben əs-sultan Şah Fətəli Qacar, 1239” sözləri yazılmışdır. Bayraq qumaşının zoğalı hissəsində əmələ gəlmiş üçbucaqların hər birində yerləşdirilmiş yerliyi qara olan dörd kartuşun içərisində sarı rəngli hərflərlə aşağıdakı Quran ayələri yazılmışdır: aşağıda sağda – “Möminləri müjdələ “, solda – “Kömək allahdandır və yaxın qələbə”, yuxarıda sağda – “Həqiqətən biz sənə açıq-aşkar bir qələbə bəxş etdik”, solda – “Mərhəmətli, rəhimli allahın adı ilə “. Bayrağın üz və astar üzlərindəki təsvirlər biri digərini təkrarlayır.

Qarabağ xanlığının bayrağı

İmperator I Aleksandr tərəfindən vəd edilən bayraq bir il sonra – 1807-ci ildə Mehdiqulu xana təqdim edildi. 1838-ci il oktyabrın 30-da imperator I Nikolay Qarabağ xanlarının bu bayraqdan hakimiyyət rəmzi kimi istifadə etmək hüququnu təsdiq etdi. Bayraq qumaşı (ölçüləri 115 x 100 sm) zamanın təsirindən saralmış dördkünc ikiqat ağ qanovuz ipək parçadandır. Bayrağın hər iki üzündəki təsvirlər eynidir. Hər iki tərəfdə Rusiya imperiyasının gerbi təsvir olunmuşdur. Boz rəngli ikibaşlı qartalın dimdiyi, gözləri, caynaqları və caynaqlarında tutduğu hakimiyyət rəmzləri, eləcə də qartalın hər iki başında və başlarının üstündə, ortada təsvir edilmiş iki kiçik və bir böyük tac qızılı rəngdədir. Tacların üstü göy və qırmızı daşlarla bəzənmişdir. Qartalın sinəsində qızılı haşiyəsi olan Avropa qalxanı təsvir edilmişdir. Qalxanın üzərində ağ, qırmızı və boz rənglərlə Moskva şəhərinin gerbi – Müqəddəs Müzəffər Georginin əksi verilmişdir. Bayrağın kənarlarına gümüşü güləbətin saplarla bafta tikilmiş, onun üzərində isə uzunsov dairələrdə səkkizləçək güllər və xaçlar salınmışdır. Bayrağa üç tərəfdən qızılı saplardan və altıləçəkli gül formasında olan zərif gümüş asmalardan saçaq tökülmüşdür.

Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında ilk hökumət qərarı 1918-ci il iyunun 21-də verilib. Həmin qərarda Azərbaycan bayrağını qırmızı materialdan, üstündə ağ, aypara və qırmızı fonda ağ səkkizguşəli ulduzun təsviri verilmiş bayraq kimi qəbul edilirdi. Bu qərar qəbul edilərkən Azərbaycan hökuməti hələ Gəncə şəhərində yerləşirdi və Bakıda fəaliyyət göstərmək qeyri-mümkün idi. Azərbaycan hökuməti Bakıda yalnız 15 sentyabr – şəhər türk qoşunlarının köməyi ilə düşmən qüvvələrdən təmizləndikdən sonra fəaliyyət göstərə bildi. İlk dövlət bayrağı qırmızı rəngdə, Türkiyənin dövlət bayrağı formasında olub.

Azərbaycan Xalq Cümhuriyyətinin ilk bayrağı 9 noyabr 1918-ci ilə qədər mövcud olub.

Azərbaycan Xalq Cümhuriyyətinin Bakıda fəaliyyətə başlamasından az sonra, bayraq haqqında ikinci qərar qəbul edildi. 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası milli bayraq haqqında qərar verib. Nazirlər Şurasının sədri Fətəli Xan Xoyskinin imzaladığı həmin qərarda deyilir: “Milli bayraq kimi yaşıl, qırmızı, göy rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan bayraq qəbul edilsin”. Milli bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada (İndiki Azərbaycan Dövlət Neft şirkətinin yerləşdiyi, o zamankı neft milyonçusu, məşhur müğənni Seyid Mirbabayevin mülkündə) qəbul edilmiş və qaldırılmışdır. Azərbaycan bayrağının tarixində ən şərəfli, yaddaqalan günlərdən biri 7 dekabr 1918-ci ildə Şərqdə və Türk-İslam dünyasında ilk demokratik, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin açılışı zamanı olmuş, milli bayrağımız Parlament binası (böyük mesenat və milyonçu Hacı Zeynalabdin Tağıyevin Qız məktəbinin, indiki Əlyazmalar İnstitutunun binasında) üzərində qaldırılmışdır. Sovet Rusiyasının XI Qızıl ordusunun Azərbaycanı işğalı nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti devrildi, süqut etdi və həmin Cümhuriyyətin müqəddəs idealının – müstəqilliyinin rəmzi olan üçrəngli milli bayrağımız 1920-ci il mayın 3-də Azərbaycan Parlamentinin binası üzərindən endirildi.

1920-ci il aprelin 28-də Bakıda Sovet hakimiyyəti quruldu və Azərbaycan İctimai Şuralar Cümhuriyyəti (Azərbaycan Sovet Sosialist Respublikası) elan olundu. İlk dövrlərdə inqilabi al bayraqlarla yanaşı, bayrağın sapına yönəlmiş yuxarı sol küncündə ağ beşguşəli ulduz və ağ aypara təsvirli al bayraqlardan da istifadə olunurdu. 1921-ci ildə Bakıda buraxılmış plakatda belə bayraq təsvir olunmuşdu.

1920-1921-ci illər ərzində Azərbaycan Sovet Sosialist Respublikasının ilk bayrağı.

1921-ci ilin may ayında Azərbaycan İctimai Şuralar Cümhuriyyətinin ticarət, dəniz və hərbi bayrağı al qumaş parçadan ibarət idi, onun sol küncündə, bayraq sapı tərəfdə yaşıl fon üzərində qızılı “AİŞC” və ya “Azərbaycan İctimai Şuralar Cümhuriyyəti” yazısı yerləşdirilmişdir. Azərbaycan SSR-in bayrağının RSFSR-in (Rusiya Sovet Sosialist Federativ Sosialist Respublikası) bayrağından fərqi onda idi ki, RSFSR bayrağında yazılı sahə qırmızı idi, Azərbaycan SSR-ində isə yaşıl verilmişdi. 1921-ci Azərbaycan SSR-in dövlət dili əsasında türk dili, əlifbası isə ərəb əlifbası idi, odur ki, “AİŞC.” abreviaturası da ərəb əlifbası ilə türk dilində verilirdi.

Azərbaycan SSR-in 1921-1922-ci illərdəki bayrağı.

1922-c i ilin dekabrın 30-da SSRİ-nin tərkibinə daxil olduqdan sonra öz müstəqilliyini de fakto itirən Azərbaycan SSR MİK (Mərkəzi İcraiyyə Komitəsi) yeni latın qrafikalı əlifbanın (yeni əlifba adlanan) ərəb əlifbası əsasında olan köhnə əlifbası ilə eyni hüquqa malik olması barədə dekret qəbul etdi. Bu amil bayrağın təsvirinə də öz təsirini göstərmiş oldu, yəni “A.S.S.R” abreviaturası, həm latın, həm ərəb əlifbası ilə verildi.

Azərbaycan SSR-in 1922-24-cü illər ərzində dalğalanan bayrağı.

1924-cü il dekabrın 8-də Azərbaycan SSR MİK-in dördüncü çağırış üçüncü sessiyası Azərbaycan SSR Konstitusiyasının (Əsas Qanun) yeni redaksiyasını qəbul etdi. Azərbaycan SSR Sovetlər Qurultayı 1925-ci il martın 14-də onu təsdiq etdi. “AİŞC-nin dövlət bayrağı 2:1 nisbətdə olan al (qırmızı) qumaşdan ibarətdir. Yuxarı sol küncündə, bayraq sapı tərəfdə radiusu bayraq eninin 1/6-nə bərabər olan ölçüdə qızılı oraq və çəkic yerləşdirilib; onun üzərində şiş ucları sağ tərəfə yönəlmiş qızıl aypara və qızılı xətlə haşiyələnmiş qırmızı beşguşəli ulduz yerləşdirilib; ayparanın diametri bayraq eninin 1/10-nə bərabərdir, oraq və çəkicdən sağda yeni və əski türk əlifbası ilə “A.İ.Ş.C” yazısı verilib.

Azərbaycan Sovet Sosialist Respublikası nın 1924-1930-cu illər bayrağı.

20-ci illərin axırında rus dilindəki “социалистическая” sözü əvvəlki tək “ictimai” kimi deyil, “sosialist” kimi tərcümə edilməyə başlanıldı. Bununla bağlı bayraq üzərindəki abreviatura yazısında da düzəlişlər edildi. 1930-cu ildən başlayaraq, Azərbaycan SSR-in bayrağı üzərində “ASSR” abreviaturası yalnız latın əlifbası ilə verilməyə başladı.

Azərbaycan Sovet Sosialist Respublikası nın 1930-1937-ci illər bayrağı.

1937-c i il Konstitusiyasının 152-ci maddəsində isə dövlət bayrağının təsviri belə ifadə edilmişdi: Azərbaycan Sovet Sosialist Respublikasının dövlət bayrağı, sol bucağında, bayraq ağacı yanında yuxarıda qızılla oraq və çəkic çəkilmiş və üstündə Azərbaycan dilində “Az SSR” sözləri yazılmış qırmızı qumaşdan ibarətdir.

Azərbaycan SSR -in 1937-1940-cı illər ərzindəki bayrağı. Bayraqdakı təsvirlər latın qrafikası ilə göstərilib.

1939-cu il 11 iyul tarixdə qəbul edilmiş “Azərbaycan əlifbasının latın əlifbasından rus əlifbasına keçməsi” haqqında Azərbaycan SSR-in Qanununa uyğun olaraq 1940-cı il yanvarın 1-dən Azərbaycan əlifbası latın əlifbasından rus əlifbasına keçirildi. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1940-cı il 20 mart tarixli fərmanı ilə Azərbaycan SSR Dövlət bayrağı üzərində “Az. SSR” abreviaturası yeni əlifba ilə təsvir edildi.

Azərbaycan SSR- in 1940-1952-ci illər ərzindəki bayrağı.

Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1952-ci il 7 oktyabr tarixli Fərmanı ilə Azərbaycan SSR xalq rəssamı, əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət İncəsənət Muzeyinin direktoru K.M. Kazımzadənin layihəsi əsasında Azərbaycan SSR-in yeni Dövlət bayrağı təsdiq olundu və onun təsviri Azərbaycan SSR-in 1953-cü il 18 avqust tarixli Qanunu ilə Azərbaycan SSR Konstitusiyasının (Əsas Qanun) 152-ci maddəsinə daxil edildi: “Azərbaycan Sovet Sosialist Respublikasının Dövlət bayrağı iki üfüqi yerləşən rəngli zolaqlardan ibarətdir: qırmızı rəngli üst zolaq bayrağın eninin ¾-nə bərabər ölçüdədir, göy rəngli alt zolaq bayrağın eninin ¼-nə bərabər ölçüdədir, qırmızı zolağın yuxarı sol küncündə bayraq sapı tərəfdə qızılı oraq və çəkic, onlardan yuxarıda qızılı xətlə haşiyələnmiş qırmızı beşguşəli ulduz yerləşdirilib. Eninin uzununa nisbəti 1:2-dir.

Azərbaycan SSR -in 1952-1991-ci ilə kimi mövcud olmuş bayraq.

1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə Azərbaycan Xalq Cümhuriyyəti zamanı mövcud olan üçrəngli bayraq Muxtar Respublikanın Dövlət bayrağı kimi qəbul edilib. 1991-ci il oktyabrın 18-də müstəqillik haqda Konstitusiya Aktı qəbul olunub və üçrəngli bayrağımız Azərbaycan Respublikasının dövlət bayrağı kimi yenidən dalğalanmağa başlayıb.

Atabəylər dövləti

Azərbaycan Atabəylər dövlətinin yaranması və inkişafı

Orta əsrlərdə Azərbaycan dövlətiçilik tarixində Atabəylər dövləti mühüm yer tutur. Atabəylər dövlətinin banisi Şəmsəddin Eldəniz olmuşdur. Akademik Z.Bünyadov “XII-XIII” əsrlərdə Atabəylər dövləti əsrində göstərir ki, Şəmsəddin Eldəniz “Böyük Atabəy (atabəy əl-əzəm) � adlanmağa başladı, onun böyük oğlu və sultanın ana tərəfdən qardaşı Nusrətəddin Cahan Pəhləvan sultanın əmir-hacibi oldu, ikinci oğlu Müzəffərəddin Osman Qızıl Arslan isə sultan ordularının ali baş komandanı (əmir-sipahsalar əlkəbir) təyin edildi. Eldəniz özünün bütün əmirlərini dövlətdə yüksək vəzifələrə təyin etdi.

Bu dövrdən başlayaraq, atabəy Eldənizin bütün fəaliyyəti yeni dövlət hakimiyyətinin nufuzunun möhkəmləndirilməsinə yönəldildi. İraq sultanlığının tərkibinə daxil olan vilayətlərin və ölkələrin bütün hakimləri, o cümlədən, onun bütün vassalları sultan Arslan şaha və Böyük Atabəyə sədaqət andı içdilər. Ara müharibələri bir müddət dayandı və mənbələrin göstərdiyinə görə, xalq “haqq-ədalət və sakitlik içərisində yaşamağa başladı.”

Atabəy Şəmsəddin Eldəniz dövlətin müqəddəratının həlledicisi və əsil hakimi idi. Sultan Arslan şah Atabəyin iradəsinin müti icraçısı idi. Onun sultanlıq şərəfi ancaq bununla qurtarırdı ki, adına pul kəsilir �� və xutbə oxunurdu.

Azərbaycan Atabəyləri dövlətinin yaradıcısı Şəmsəddin Eldənizin hakimiyyətinə yekun vurarkən, qeyd etmək lazımdır ki, Şəmsəddin Eldəniz ona tabe ərazini genişləndirməyə çalışır və öz müasirləri vilayət hakimlərinin üsulları ilə-əmirlərlə vaxtaşırı ittifaqdan istifadə edərək, həmin anda da, həmçinin, dönükcəsinə və saymazyana hərəkət edirdi. Buna baxmayaraq, Böyük Atabəyin hər şeydən əvvəl mərkəzi hakimiyyətin hərbi qüvvələrinin və maddi ehtiyatlarının möhkəmləndirilməsinə yönəldilən fəaliyyətindəki yaradıcı anlar bizə daha əhəmiyyətli görünür. Eldənizin hakimiyyətinin sonlarına yaxın bütün dövlət quruluşu sisteminin nizama salınması, hər şeydən əvvəl vassalların mərkəzi � hakimiyyətlə bağlılığının möhkəmləndirilməsi, sözsüz ki, hərbi qüdrətinin kücləndirilməsi ilə bağlı idi. Bir daha yada salaq ki, sultan Məsudun bütün hakimiyyət dövrü əmirlər ittifaqı ilə ara müharibələrində keçmiş və Sultan hökuməti məhz hərbi kücsüzlüyü � ucundan bu mübarizədə sərt və müstəqil mövqe tuta bilmədi. � Mərkəzdən qaçan qüvvələrin öz fəaliyyətlərini davam etdirmələrinə, xarici siyasətin mürəkkəbləşdiyi dövrdə əmirlərin mərkəzi hakimiyyətdən müstəqilliyə can atmalarının güclənməsinə baxmayaraq, adi sərkərdələrdən olmayan atabəy Eldənizin hərbi qüdrəti ilə sultan suverenliyinin birləşməsi, feodal ierarxiyasında Böyük Atabəyin birinciliyinin rəsmi tanınması sultanlıq ərazisində siyasi vəziyyətin sabitləşməsinə səbəb olmuşdu. Eldəniz əsas qüvvələrini Gürcüstan ilə mübarizəyə təsadüfən toplamamışdı və öz hakimiyyətini bərqərar etdikdən sonra, adətən, küclü qonşuları ilə, xüsusən, Xarəzmşahlar dövləti ilə uzun münaqişələrdən qaçırdı.

Eldənizin ardıcıllığı və fəal kücü, sultan hakimiyyətinin nüfuzundan bacarıqla istifadə etməsi və bununla hakimiyyətin müdafiəçisi və feodal təşkilatının başçısı kimi yüksək, tədbirli xarici siyasəti-bütün bunlar göstərir ki, Azərbaycan Atabəyləri dövlətinin yaradıcısı öz dövrünün nəhəng siyasi xadimi olmuş və sultanın qəyyumu kimi mövqeyindən müvəqqəti nailiyyətlər üçün deyil, bir tərəfdən özünün qoyduğu sülalənin torpaqlarının genişləndirilməsi, başqa bir tərəfdən isə � mərkəzi hakimiyyətin qüvvətləndirilməsn üçün istifadə etdiyinə �� körə, �� həqiqətən uzaqgörənlik etmişdir. Təsvir etdiyimiz bu vəziyyət mənbələrdə, o cümlədən, Eldənizin müasirlərinin əsərlərində qeyd edilir. Əl-Hüseyni yazır ki, “Bağdad və onun ətrafından başqa, bütün ölkələr Eldənizin hakimiyyəti altına düşdülər.” � İbn əl-Əsir atabəy Eldənizin “Tiflis qapılarından Məkrana qədər uzanan” torpaqlarını daha ətraflı sadalayır. Tarixçi yazır: “O, Azərbaycan, Arran və Şirvana, Cibəl ölkəsinə, İraq, Həmədan, Gilan, Mazandaran, İsfahan və Reyə yiyələnmişdi. Xilat, Fars, Xuzistan, Mosul və Kirmanın hakimləri ona tabe idilər”.

Böyük atabəy Eldənizin ölüm xəbəri Cahan Pəhləvana yetişən kimi, o, dərhal Həmədandan Naxçıvana yola düşdü, dövlət xəzinəsini və taxt-tacın əmlakını öz nəzarəti altına aldı. Bütün qoşunları bir yerə toplayaraq, atabəy hadisələrin sonrakı gedişini, sultan Arslan şahın ona qarşı münasbətinin məqsədini gözləməyə başladı.

Eldənizin siyasətindən narazı qalan İraq əmirləri Cahan Pəhləvanın sultanlığın paytaxtından getməsindən istifadə edərək, sultanı Azərbaycana hücuma keçməyə təhrik edirlər. Onlar sultana məsləhət görürlər ki, “Əgər sən Azərbaycanı azad etsən, oraya etibarlı adamlardan birini hakim təyin edib Həmədana qayıdar, (oradan) Bağdada gedib onu tutarsan. Çünki sənin məmlükün-Mosul hakimi Qütbəddin Mədud ibn Zəngi sənə tabedir və sənə qulluq etməyə gəlir. Sonra əgər sən Bağdadı tutarsansa və Xilafətin minbərlərindən sənin adınla xütbə oxunarsa, ölkənin səması sənin üçün hər hansı rəqib və düşməndən təmizlənmiş olar”.

Sultan Arslan şah da Eldənizin əleyhdarları olan əmirlərlə birlikdə böyük ordunun başında Azərbaycana yurüş təşkil etdi. Lakin Zəncanda sultan xəstələnir, azarının kücləndiyini (şiddətləndiyini) və “həyatının sona çatdığını hiss edən sultan Həmədana aparılması əmrini verir.”

Həmədana qayıtdıqdan sonra sultan şəhərin rəisi əmir Seyyid Fəxrəddin Əlaəd-Dövlə Ərəb şahın qızına evlənir. Eyni zamanda, o, atabəy Cahan Pəhləvanı öz yanına dəvət edir və � onunla barışır. Dövlətin idarə olunmasını ona tapşırdıqdan az sonra sultan ölür.

Atabəy Cahan Pəhləvanın ən görkəmli müvəffəqiyyətlərindən biri Təbrizin onun hakimiyyətinə birləşdirilməsi olmuşdur. Təbriz Ağ-Sunqur əl-Əhmədilinin nəslinə mənsub idi. 1175-ci ilin yayında Təbrizin və qonşu torpaqların hakimi Nüsrətəddin Arslan-Aba ibn Ağ-Sunqur öldükdən və onun yerinə varisi Fələkəddin Əhməd keçdikdən sonra Cahan Pəhləvan Ruin-Dej qalasını muhasirəyə alır. Qalanı ala bilməyib, mühasirəni Marağaya keçirdir. Bu vaxt atabəyin qardaşı Qızıl Arslan Təbrizi mühasirə edir. Marağa qazısı Sədrəddin əl-Maraği əhalini xilas etmək xatirinə şəhəri təslim verdiyindən Cahan Pəhləvan oranı, demək olar ki, döyüşsüz ələ keçirir. Burada bağlanmış sülh müqaviləsinə əsasən Cahan Pəhləvan Təbrizə sahib olur, Marağa isə monqolların basqınına qədər öz sahiblərinin əlində (ixtiyarında) qalır. Cahan Pəhləvan Təbrizi iqta sifətilə qardaşına verir.

Atabəy Cahan Pəhləvanın xarici siyasətində ən çətin problemlərdən biri dövlətin qərb sərhədlərində asayişi təmin etmək idi. Məsələnin mürəkkəbliyi ondan ibarət idi ki, həmin vilayətlərdə (əl-Cəzirə və Şərqi Anatomiya) Misir və Suriyanın məşhur hakimi-Əyyubilər sülaləsinin banisi Səlahəddin Yusif (1169-1193) böyük fəaliyyət göstərirdi. Ona görə də, Cahan Pəhləvan qonşu hakimlərə daima təzyiq göstərir, mübahisəli məsələlərdə əksər hallarda barışdırıcı və vasitəçi rolunda çıxış edir, hamiliyində olanlara hərbi yardım göstərirdi.

Cahan Pəhləvanın (hakimiyyətinin əsas yekunu Eldənizlər dövlətinin xarici siyasət mövqeyinin gələcəkdə daha da möhkəmləndirilməsindən ibarət olmuşdur. Lakin Atabəyin hakimiyyətinin son dövrlərində vilayətlərin daxili vəziyyəti mürəkkəb idi: sonralar məlum oldu ki, Cahan Pəvləvanın həyata keçirdiyi tədbirlərin çoxu mərkəzi hakimiyyətin möhkəmlənməsinə eyni dərcədə kömək edə bilməmişdir.

Eldənizlər dövləti tarixini tədqiqinin ən çətin dövrü XII əsrin 80-cı illərinin sonu 90-cı illər-atabəy Qızıl Arslan və İraqın sonuncu Səlcuq – sultanı III Toğrulun hakimiyyəti dövrüdür. Ərəb və fars mənbələrinin, o çümlədən, bu dövrdə baş verən hadisələrin şahidlərinin məlumatları çox məhduddur. Lakin əlimizdə olan qısa məlumatlardan belə təsəvvür etmək olar ki, bu dövr siyasi hadisələrlə dolğun dövürdür və Azərbaycan Atabəyləri bu zaman ciddi sarsıntılara məruz qalmışdır.

Taxt-tacın varisliyi məsələsində sabit qaydaların olmaması ilə əlaqədar baş verən iğtişaş və daxili müharibələr hələ səlcuqilərin hökmranlığı dövründə belə mərkəzi hökumətin qüdrətini dəfələrlə zəif salmışdı. Təcrübəli siyasətçi olan Cahan Pəhləvan, şübhəsizdir ki, gələcəkdə baş verə biləcək daxili çaxnaşmanı nəzəra almış, hələ sağlığında varislik məsələsində qayda yaratmaq təşəbbüsündə olmuşdu. Cahan Pəhləvanın müasiri Ravəndi Atabəyin öz ailəsilə bağlılıqını xüsusi qeyd edir. Cahan Pəhləvanın dörd oğlu və bir neçə qızı var idi. Qızlarını qonşu hakim və əmirlərə ərə vermişdi. Uşaqlarından ən çox Rey hakimi İnancın qızı İnanç xatundan doğulmuş oğlanlarını-Qutluq İnanc Mahmudu və Əmir Əmiran Öməri sevdirdi. Türk qızı Küteybə xatundan Əbu Bəkr adlı oğlu, Özbəyin anası kəniz Zahidə xatundan isə sonralar Naxçıvan və vilayətin hakimi Cəlaliyyə adlı qızı olmuşdu. Cahan Pəhləvan öz oğlanlarından hər birini hakim şəxs etmək istəyirdi və ona görə də, öz sağlığında o, “Azərbaycan və Arranın idarə olunmasını öz oğlu Əbu Bəkrə tapşırır və onun tərbiyəsini əmisi Müzəffərəddin Qızıl Arslana həvalə edir. Reyi, İsfahanı və İrağın qalan hissəsini öz oğlanları İnanc Mahmuda və Əmir Əmiran Ömərə, Həmədanı isə Özbəyə ayırır”. Ölüm qabağı Cahan Pəhləvan öz uşaqlarına əmiləri Qızıl Arslana tabe olmağı, eləcə də, “sultan Toğrulun qulluğunda durmağı, ona qarşı kin bəsləməməyi, (onun) itaətindən boyun qaçırmamağı, onu müdafiə etməyi, yardımsız qoymamağı, (hər sahədə) onun tərəfdarı olmağı, onunla münasibətləri kəsməməyi, ona qarşı çıxmamağı, bütün işlərində ona kömək göstərməyi vəsiyyət edir. O, uşaqlarına (xəlifənin) itaətindən çıxmaqdan çəkinməyi və (onun) nəcib peyğəmbərlik əmrlərini həyata keçirməkdən boyun qaçırmamağı vəsiyyət edir (və deyirdi) ki, möminlərin əmiri onlar üçün dayaq olmalı, bütün sınaqlarda, çətinləklərdə ona arxalanmalıdırlar, (o) elə bir qala və istinadgahdır ki, üzərinizə inadkar düşmən hucum edərsə, onun yanında sığınacaq tapa bilərsiniz.”

Vəsiyyətnamədən göründüyü kimi, atabəy Cahan Pəhləvan öz uşaqlarına gələcək hərəkətləri üçün elə bir xüsusi proqram (məramnamə) tərtib etmişdir ki, atalarının başladığı işi davam etdirməyə imkan versin və dövləti onun kimi əzəmətlə idarə edə bilsinlər, Lakin görünür ki, Cahan Pəhləvan vəsiyyətnaməsində nəzərdə tutduğu vilayətlərin oğlanlrının ixtiyarına verilməsini rəsmiləşdirməyə imkan tapa bilməmişdir.

Mənbələr Cahan Pəhləvanın hakimiyyəti dövründə baş verən hadisələrn bütün təfərrüatı ilə açıb göstərə bilmir. Lakin əl-Carbazağani və naməlum əsərin müəllifinin verdiyi qısa məlumatlardan aydın olur ki, Atabəyin ölümü onun yaratdığı idarə qayda-qanununu pozdu. Onun varisi Qızıl Arslan yalnız sultan III Toğrulun deyil, eyni zamanda, qardaşı arvadı İnanc xatun və onun tərəfdarları olan İraq əmirlərinin müqaviməti ilə rastlaşmalı olur.

Cahan Pəhləvan məmlüklər vasitəsi ilə dövləti idarə etmək üçün xüsusi sistem yaratmaqda öz şəxsi qullarının yardımına arxalanmış, eyni zamanda, məmlük yuxarı təbəqəsinin əsasını qoymuşdur. Onlar da atabəy Cahan Pəhləvanın ölümündən sonra 30 il ərzində baş vermiş bütün tarixi hadisələrdə həlledici rol oynamışlar. Bu məmlüklər “böyük mənsəb və qüdrət sahibi olmuş və onun (atabəyin) ölümündən sonra İraq ərazisini zəbt etmişlər.”

Məmlüklər öz iqta torpaq paylarını istədikləri kimi özbaşına idarə edir, sikkə kəsir, hakimlik etdikləri vilayətdə və adlarına xütbə oxutdururdular. Tarixçi Ravəndi məmlüklərin törətdikləri qarətçiliyin, talançılığın və dağıdıcı hərəkətlərin şahidi olmuşdur. Məmlüklər dövlət siyahılarını (reyestr) və qərarlarını saxtalaşdırır, öz adlarını və ləqəblərini, uydurduqları nəsil şəcərələrini vəqflərdən, mədrəsələrdən oğurladıqları kitablara daxil edir, vəqf qeydlərini saxtalaşdıraraq, bir-birinə hədiyyə göndərirdilər. “İraqda azğıncasına baş verən satqınlığın səbəbi ondan ibarət idi ki, türklər arasında vilayəti zəbt edən heç bir məmlük irsi olarq, nəsildən-nəsilə keçən dövləti idarəetmə qanunlarına bələd olmamış, bu qanunlara müvafiq hərəkət etməyi bacarmamışlar. Məmlüklər özbaşınalığa yol verir, vəziyyətin acınacaqlı şəklə düşdüyü dövrə qədər öz bildikləri kimi hərəkət edirdilər. O, xoşbəxt atabəy (Cahan Pəhləvan) isə ölkəni tərəqqidə, çətinliklərdən azad görmək arzusunda olmuş, təsəvvürünə belə gətirməmişdir ki, işlər belə bir səviyyəyə gəlib çıxa bələr. O, öz səltənətinə zəmanəsində daimi sülh arzulayır və deyirdi: “Qoy gələcəkdə də belə olsun”.

VAHİD ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2012.- 6 oktyabr.- S.15.

Comments are closed, but trackbacks and pingbacks are open.