Press "Enter" to skip to content

Атахан Пашаев – Atakhan Pashayev

Kitabda ilk mənbələr və real faktlar əsasında iki əsr ərzində Güney Qafqazı istila etmiş Rusiyanın və digər Avropa dövlətlərinin, Sovet hakimiyyəti illərində isə kommunist rəhbərlərin köməyilə şovinist erməni millətçilərinin bütün vasitələrdən istifadə edərək torpaqlarımızı ələ keçirmək üçün xalqımıza qarşı törətdikləri vəhşiliklər və xalqımızın başına gətirdikləri müsibətlər ətraflı araşdırılır.

Ataxan Paşayev

Kitabda ilk mənbələr və real faktlar əsasında iki əsr ərzində Güney Qafqazı istila etmiş Rusiyanın və digər Avropa dövlətlərinin, Sovet hakimiyyəti illərində isə kommunist rəhbərlərin köməyilə şovinist erməni millətçilərinin bütün vasitələrdən istifadə edərək torpaqlarımızı ələ keçirmək üçün xalqımıza qarşı törətdikləri vəhşiliklər və xalqımızın başına gətirdikləri müsibətlər ətraflı araşdırılır.

More from my site

  • YÜZƏ ÇAT; QARA QUTU; ÜNVANINA ÇATMADI Vaqif Məmmədovdan – Xanəli Kərimliyə.
  • Vətən yanğılı şair
  • Zəngə-Zur bölgəsindən də şagirdlər internatda təhsil alırdılar…
  • Памяти любимого ученого-учителя!
  • Erkən orta əsrlərdəki Azərbaycan Renessansı
  • “Naxçıvan mətbəxi” kitabı barədə

Baxış sayı: 2. 046

Bir cavab yazın Cavabı ləğv et

Köhnə saytımız

Dillər

Son Yazılar

Mart 9, 2023

Mart 9, 2023

Fevral 10, 2023

Fevral 7, 2023

Yanvar 23, 2023

Ən çox oxunanlar

  • Ramiz Daniz – Enigmatic discovery of Brazil
  • Qalereya
  • Böyük çillə, Kiçik çillə nədir?
  • Rüfət Hüseynzadə. Pedaqogika. Dərslik
  • Vahid Rzayevin “İşıq, Zərrə” kitabı

Twitter-də bizi izləyin

Faydalı keçidlər

İzləyici siyahısı

Statistika

  • 84 Bugünkü ziyarətçilər:
  • 1 Hazırda saytda olanlar:

Copyright © 2017 AQRA.AZ. Bütün hüquqlar qorunur. Powered by WordPress and Smartline. –>

Powered by: Smart Systems Technology

Атахан Пашаев – Atakhan Pashayev

Атахан Пашаев Аваз оглу ( азербайджанский : Ataxan ПАШАЕВ Əvəz оглу , родился 1938) является азербайджанец глава правительства , который служил в качестве начальника Национального архивного управления Азербайджана с 2002 года.

  • 1 Ранняя жизнь
  • 2 Политическая карьера
  • 3 награды
  • 4 См. Также
  • 5 ссылки

Ранние годы

Пашаев родился в 1938 году в городе Башкенд , Нахчыванском эксклаве Азербайджана . В 1963 году он с отличием окончил исторический факультет Азербайджанского государственного университета . Трудовую деятельность начал в Центральном государственном архиве Октябрьской революции в качестве старшего научного сотрудника в 1962 году. В 1963–1965 годах он был старшим преподавателем архивного отдела, а в 1966–1982 годах работал директором Центрального государственного литературно-художественного архива. С 1982 по 1984 год Пашаев был старшим профессором Азербайджанского Технического Университета . В 1981 году он получил степень доктора исторических наук. С 1984 года он также является редактором журнала Azərbaycan arxivi ( Архивы Азербайджана ).

Политическая карьера

В 1984 году он был назначен начальником Государственного архива Азербайджанской ССР и с тех пор остается на этой должности. 5 декабря 2008 года назначен председателем Национальной архивной коллегии. 2 декабря 2002 года Пашаев был повторно назначен начальником вновь созданного независимого Государственного архивного управления.

Награды

В 1968 году Пашаев был награжден Верховным Советом Азербайджанской ССР почетным званием заслуженного деятеля, а в 1981 году – званием заслуженного деятеля искусств.

Смотрите также

TARİX İNSTİTUTU

“AZƏRBAYCANIN TARİXİ COĞRAFİYASI VƏ DEMOQRAFİYASI ” şöbəsinin aparıcı elmi iş­çisi.”Şöhrət” ordeni laureatı, tarix üzrə elmlər doktoru, Beynəlxalq Arxivlər Şurası Baş assambleyasının üzvü.

Ataxan Əvəz oğlu Paşayev 1938-ci ildə Naxçıvan Muxtar Respublikası Culfa rayonunun Başkənd kəndində anadan olub. 1963-cü ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib.

Əmək fəaliyyətnə 1962-ci ildə Oktyabr İnqilabı və Sosializ quruculuğu arxivində böyük elmi işçi kimi başlayıb. 1963-1965-ci illərdə Arxiv İdarəsinin baş metodisti, 1966-1982-ci illərdə Respublika Mərkəzi Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktoru, 1982-1984-cü illərdə Azərbaycan Dövlət Politexnik İnstitutunun baş müəllimi işləmişdir. 1984-cü ildən 2018-ci ilə qədər Milli Arxiv İdarəsinin rəisi olub.

1981-ci ildə Tarix İnstitutunun İxtisaslaşdırılmış Müdafiə Şurasında dissertasiya müdafiə edərək tarix elmləri namizədi, 2008-ci ildə isə AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun Müdafiə Şurasında «XIX-XX əsrlərdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımları və deportasiyalar» mövzusunda doktorluq dissertasiyası müdafiə edərək tarix elmləri doktoru elmi dərəcəsi almışdır.

1984-cü ildən 2018-ci ilə qədər «Azərbaycan arxivi» jurnalının baş redaktoru olub. 1968-ci ildə Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı ilə təltif edilmişdir. Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisidir (1981).

Beynəlxalq Arxivlər Şurasının 7-ci (1972, Moskva), 13-cü (1996, Pekin) və 14-cü (2000, Sevilya), 2004 Vyana konqreslərinin nümayəndəsi olmuş və bu konqreslərdə Beynəlxalq Arxivlər Şurası Baş assambleyasının üzvü seçilmişdir. Keçmiş SSRİ, Müstəqil Dövlətlər Birliyi habelə Türkiyə Cümhuriyyəti arxiv orqanlarının, tarix qurumlarının keçirdiyi elmi konfranslarda və simpoziumlarda Azərbaycan Respublikasını təmsil edərək, dəfələrlə elmi məruzələrlə çıxış etmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış 29 aprel 2013-cü il tarixli sərəncamla Ataxan Paşayev Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsində xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilmişdir.

A.Paşayevin iştirakı, müqəddimə müəllifliyi və məsul redaktorluğu ilə işıq üzü görən “Azərbaycan Respublikası dövlət arxivləri: məlumat kitabı” respublikamızda arxiv işinin təşkili və onların qarşısında qoyulmuş vəzifələrin peşəkar şərhi, dövlət arxivlərinin yaranmasının yığcam tarixidir. Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyəti dövrünə aid əvəzsiz mənbə olan və böyük əksəriyyəti ilk dəfə işıq üzü görən 7 cildlik arxiv sənədləri və materialları toplusu “Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin keçirilməsi haqqında “Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1998-ci il 30 yanvar tarixli Sərəncamı ilə yaradılmış Dövlət Komissiyasının qərarı ilə çap olunmuşdur. Topluda müsəlman Şərqində ilk dəfə olaraq demokratik respublika qurmaq prinsipini qarşısına məqsəd qoymuş Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) dövlət quruculuğu, xarici siyasət, ordu quruculuğu və başqa sahələrdə gördüyü işlər, qanunvericilik fəaliyyəti öz geniş əksini tapmışdır. Məcmuələrdə dərc olunan sənədlərin arxeoqrafik qaydalarla işlənilməsi, ona elmi-məlumat aparatının hazırlanması kimi çətin və məsuliyyətli işi A.Paşayevin özü yerinə yetirmiş, sanballı müqəddimələr yazmışdır. A.Paşayevin elmi və publisistik fəaliyyətinin önəmli bir hissəsini Azərbaycan mətbuat tarixində əvəzsiz rol oynamış, XX əsr ictimai fikir və ədəbiyyat tariximizdə yeni bir dövr açmış, klassik irsimizin dəyərli abidələrindən biri, təkcə Azərbaycanda deyil, bütün Yaxın və Orta Şərq ölkələrində siyasi satiranın ilk qaranquşu “Molla Nəsrəddin” jurnalı və onun nəşri tarixi təşkil edir. Onun arxiv sənədləri, o dövrün rəsmi və dövri mətbuat materialları əsasında qələmə aldığı “Molla Nəsrəddin”: dostları, düşmənləri” və nəşrə hazırlayıb redaktorluq etdiyi “Molla Nəsrəddin jurnalının nəşri tarixindən” adlı iki dəyərli kitabı işıq üzü görmüşdür.

A.Paşayev Azərbaycan, rus və türk dillərində nəşr edilən “Ermənilərin Azərbaycan xalqına qarşı ərazi iddiaları, soyqırımları və deportasiyalar (XIX–XX əsrlər)”,“Köçürülmə”, Açılmamış səhifələrin izi ilə”, “Tarixi həqiqətlər və erməni soyqırımları”, “Deportasiya”, “Bakıda 1918-ci il mart faciəsi”, “Şamaxı faciələri”, “Zəngəzur faciələri”, “Quba qırğınları”, “Qarabağ bölgəsində erməni vəhşilikləri”, “Erməni xisləti”, “Erməni məkri” kimi 10 monoqrafiya və kitabın, 300-ə yaxın elmi və publisistik məqalənin müəllifidir.

Comments are closed, but trackbacks and pingbacks are open.