Press "Enter" to skip to content

Autizmli uşaqlara təlim necə verilməlidir

Təlimlər ilk olaraq xüsusilə bir-bir öyrədilir. İnkişaf olduqda isə kiçik qrup və böyük qrup olaraq təhsil verilməlidilər.

Uşaq danışmır, ətrafdakılarla ünsiyyətə girmirsə. AUTİZMin simptomları və müalicəsi

Autizm ətraf aləmin dərk etməsinin və digər insanlarla ünsiyyət qurmasının pozulması ilə xarakterizə olunan xəstəlikdir.

Hollivudun məşhur “Yağış adamı” filmində əsas qəhramanlardan biri autizmdən əziyyət çəkən insandır. Bu filmdə autizm, onun simptomları və tazahürü çox dəqiqliklə əks etdirilib.

Saglamolun.az bildirir ki, autizmin inkişaf etmə səbəbləri tibbdə hələ ki qədiq müəyyən edilməyib. Ən real səbəb hamiləlik zamanı anada virus infeksiyanın olması sayılır. Həkimlərin müşahidələrinə görə, autizm bir çox hallarda hamiləlik zamanı qızılca, məxmərək, suçiçəyi keçirilmiş anaların uşaqlarında inkişaf edir.

Autizmi olan insanların baş beyində müəyyən orqanik pozulmalar müşayiət olunur. Oğlanlarda qızlarla müqayisədə bu xəstəliyə daha tez-tez hallarda rast gəlinir.

Autizmin bir neçə forması var. Xəstəliyin yüngül formasında uşaqda xəstəliyin simptomları az gözə çarpır, ağır formasında isə uşaq digər insanlarla heç bir əlaqəyə girmir.

Adətən bu xəstəliyin diaqnozu uşağa 3 yaşından sonra qoyulur. Bu zaman autizmi olan uşağın adi uşaqla olan fərqi daha gözəçarpan olur. Adətən valideynlər ilk dəfə həkimlərə bu kimi şikayətlərlə müraciət edir: uşaq digər uşaqlarla oynamır, danışmır, onun üçün yeni olan şəraitdən qorxur və s.

Xəstəliyin diaqnozu nə qədər tez qoyularsa, uşağın ətraf aləmələ uyğunlaşması da o qədər müvəffəqiyyətli olacaq.

Autizmin ilk əlamətləri uşağın 3 ayında üzə çıxmağa başlayır. Lakin bu yaşda heç bir həkim dəqiq diaqnoz qoya bilməz.

3 ayında olan adi uşaq tanış adamları, xüsusilə ananı, görəndə sevinir, gülümsəyir. Autizmi olan uşaq heç kimi tanımır, gülümsəmir, ananın döşündən imtina edir və ya çox zəif əmir, uşaqda yuxusuzluq olur (uşaq uzun müddət oyaq qalır, sakit uzanır, ağlamır, onun gözləri açıqdır). Sağlam uşaq ananın qucağında olduqda, anaya sıxılır, autizmi olan uşaq isə əksinə belini əyir və ana onu sinəsinə sıxa bilmir.

Daha böyük uşaqlar öz çarpayıda oturanda uzun müddət ərzində bir tərəfdən o biri tərəfə yellənir və bu zaman ətrafda baş verənlərə fikir vermir.

Bir çox hallarda valideynlər autizmi olan uşaqda eşitmə qabiliyyətinin zəif olmasından və ya uşağın kar olmasında şübhələnərək (uşaq öz adını eşidəndə, güclü səslər eşidəndə heç bir reaksiya vermir) həkimə müraciət edirlər. Lakin belə uşaqlarda eşitmə ilə heç bir problem yoxdur. Bu uşaqlar özləri üçün özünəməxsus aləm yaradır və sanki bu aləmdə yaşayırlar. Bu səbəbdən belə uşaqlar xarici aləmin qıcıqlandırıcılarına əksər hallarda heç bir reaksiya vermir (bu qıcıqlandırıcılar onlara diskomfort verməyənə kimi) .

Autizmi olan uşaqların nitq inkişafı da gecikir. Adətən onlar yalnız 2 yaşından sonra danışmağa başlayır. Bu uşaqların nitqi də qeyri-adidir. Danışmağa başlayandan bu uşaqlar dərhal söz və cümlələrdən istifadə edir, böyüklərdən eşidtiyi sözlərini dəqiq şəkildə təkrarlayır, yalnız bir dəfə eşidtiyi mahnı və ya şeyiri asanlıqla təkrar edirlər.

Autizmi olan uşaqlar digər uşaqlarla deyil, böyüklərlə ünsiyyət qurmağa üstünlük verir. Lakin bu “ünsiyyət” də çox zəif olur ki, belə uşağın diqqətini cəlb etmək olduqca çətindir.

Autizmi olan uşaqların əsas kliniki əlaməti digər insanlarla ünsiyyətə girməməsidir. Bu uşaqlar ətrafda olan insanları sanki görmürlər. Onların diqqətini yalnız onlara hər hansı işdə mane olmaqla cəlb etmək olur. Uşaq kollektivlərdə autistlər hər zaman tək oynayır, digər uşaqlara fikir vermirlər.

Autizmi olan uşaqlar ətrafda olan şərait dəyişilməsinə çox həssas olur. Hər hansı əşyanın, mebelin və s. yerinin dəyişilməsi bu uşaqlara çox ağır təsir edir, onları çaşdırır, onlar bilmir, hara getsin, nə ilə məşğul olsunlar. Belə uşaqlar ananın uzun müddət ərzində olmamasına fikir verməyə bilərlər, lakin hər hansı xırda əşyanın yerində olmamasına mütləq fikir verəcəklər.

Autizmi olan uşaqlar bir çox hallarda güclü səsləri, musiqini, toxunuşları xoşlamır və bu qıcıqlandırıcılar onlarda ən qəribə reaksiyalara səbəb ola bilər.

Bu xəstəliyin müayinəsi və müalicəsi ilə həkim psixiatr məşğul olur. Autizmin müalicəsi çox çətin və uzunmüddətli prosesdir. Uşağın valideynləri ağır və hər zaman lazım olan nəticə verməyən mübarizəyə hazır olmalıdırlar. Əsas müalicə üsulu psixoterapiya və sosial adaptasiyadır.

Autizmi olan uşağın müalicəsində hansı qaydalara əməl etmək lazımdır?

1. Təcrübəli psixiatrı seçin. Həkimi dəyişməyin, bu yalnız xəstənin vəziyyətinin pisləşməsinə gətirib çıxardacaq.

2. Autizmi olan uşağın müalicəsi yalnız həkimin deyil, bu uşağın bütün ailəsinin işidir. Müalicə evdə, çöldə, uşaq bağçasında və s. davam edir.

3. Autizm xəstəliyi olan uşağın müalicəsi daim təkrarlanmaqdan ibarətdir. Hər gün eyni hərəkəti (məsələn, köynəyi düymələmək) təkrar etmək lazımdır. Hətta uşaq hər hansı vərdişi öyrəndikdə, vaxtaşırı olaraq onu təkrarlamaq lazımdır ki, uşaq bu vərdişləri unuda bilər.

4. Uşağın gününü dəqiqliklə planlaşdırmaq lazımdır. Uşaq hər zaman hər hansı işi və s. bitirdikdən sonra nə ilə məşğul olduğunu (növbəti iş və s.) bilməlidir. Belə dəqiq plan olmadıqda, uşaq özünü itirir.

5. Uşağı əhatə edən mühit dəyişilməməlidir. Bütün əşyalar daim eyni yerlərdə qalmalıdır.

6. Uşağın diqqətini cəlb etməyə çalışın. Bunun üçün uşağı bir neçə dəfə çağırın. Səsinizi qaldırmayın. Uşağın adını eyni intonasiya ilə o vaxta kimi təkrarlayın, ki uşaq sizə fikir versin. Uşağı vurmaq və ya zorla sizə fikir verməyə məcbur etmək olmaz.

Hər bir konkret halda müalicənin müddəti və nəticəsi fərqlidir. Möcuzə gözləməyin, gözləməyin ki, 1 aylıq müalicədən sonra uşağınız tam normal olacaq. Autizmi olan uşaqların müalicəsi onların ömrünün sonuna kimi fasiləsiz davam edir.

Bəzi uşaqlarda müsbət dəyişikliklər 2-3 həftədən sonra müşahidə olunmağa başlayır, 6-8 aydan sonra uşaq artıq kontakta girir, suallara cavab verir və s. Bəzi hallarda isə hətta bir neçə illik müalicə heç bir effekt vermir.

Mənbə: Həkim-pediatr Litaşov M.V. (www.7gy.ru)

Saglamolun.Az

Autizmli uşaqlara təlim necə verilməlidir?

Hazırda müalicələrin sayəsində 100-də 50 uşaqda autizm xəstəliyi nəzarət altına alına bilir. Artıq yeniyetməlik çağına gəldiyi zaman yaşıdlarından fərqli olmurlar.

Təlim erkən başlamalıdır. 18 aydan etibarən autizm diaqnozu qoyula bilir. Bu səbəbdən diaqnozdan dərhal sonra başlanılmalıdır. Xüsusilə 3-5 yaş arası autizmlin uşaqlar üçün təlim çox mühümdür.

Autizmdə doğru və effektli təlim necə olmalıdır?

Təhsil uşağın xüsusiyyətlərinə və ehtiyaclarına uyğun seçilməlidir.

Autizmli uşaqlar həftədə ən az 30 saat gərgin təlimə cəlb edilməlidirlər.

Təlim mütləq şəkildə kəsintisiz olmalıdır. Mümkün olduğu təqdirdə həftədə 7 gün ildə isə 12 ay olmalıdır.

Təhsil və təlimin tərkibi autizmdə müşahidə edillən çatışmazlıqların yaxşılaşdırması istiqamətində olmalıdır.

Müəllimə səbrli və təmkinli olaraq lazım gəldiyi təqdirdə bir şeyi 100 dəfə söyləməlidir.

Təlimlər ilk olaraq xüsusilə bir-bir öyrədilir. İnkişaf olduqda isə kiçik qrup və böyük qrup olaraq təhsil verilməlidilər.

– Simptomlar, müalicə üsulları və davranış qaydalarıAutizm sindromunun müalicəsi mümkündür

Autizm xəstəliyi adətən 3 yaşından öncə başlayır və ömür boyu çəkir. Münasibət problemləri yaradan və beynin inkişafına maneə olan xəstəlik növüdür.

Medicina.az xəbər verir ki, bu zaman beyinin müxtəlif bölgələri bir arada çalışa bilmir. Belə uşaqlar insanlarla əlaqə qurmaqda çətinlik çəkirlər. Erkən diaqnoz və müalicə bu münasibət çətinliyinin azalmasında təsirli olur.

Yaranma səbəbi tam olaraq bilinmir. Bəzi elm adamları bunun genetika ilə bağlı olduğunu düşünür, ancaq hazırda məhz hansı genin buna səbəb olduğu araşdırılır.

Bəzi araşdırmalar isə buna müəyyən dərmanların səbəb olduğunu vurğulayırlar.
Bəs autzim xəstəliyinin əlamətləri nədir?

Autizmdə aşağıdakı əlamətlərin bəziləri yüngül və ya şiddətli şəkildə özünü göstərir. Hər bir simptomun təsiri də digərindən fərqli ola bilər.

– Diqqət toplamaq çətinliyi olur ki, bu zaman da gözünü bir nöqtəyə dikərək ya baxa bilmir, ya da bu çox az halda olur.

– Autizmli uşaqlar ətrafa qarşı maraqsızdırlar.
– Adı səsləndiyi zaman reaksiya vermirlər.
– Ya hədsiz hərəkətli, ya da hərəkətsiz olurlar.
– Bəziləri təmasa icazə vermirlər və xoşalmırlar.
– Bir ortama daxil olduqları zaman əksər zaman insanları deyil, cansız varlıqları seçirlər.
– Təqlid bacarıqları olmur.
– Söylənənləri tutuquşu kimi təkrarlayırlar.
– Uyğunsuz məqamda gülə bilərlər.
– Streotipləri var (Əl çırpma, tullanma, öz ətrafında dönmə, barmaq uclarında yerimək və s. kimi).
– Oyuncaqlarla gərəkdiyi kimi oynamırlar
– Hər zaman eyni oyunlara üstünlük verirlər.
– Bəziləri çox inadkardır.
– Bəziləri hətta soyuğa, istiyə qarşı reaksiya veməyə bilər.
– Səbrsiz olurlar.
Valideynlər hansı yaşdan etibarən uşağının digərlərindən fərqli olduğunu anlaya bilərlər?
Körpənin ikinci ayında heç bir dinləmə və göz təmasının olmaması
4-5 aylarda ana, ataya qarşı sevincli səslə və ya gülərək qarşılıq verməmək
8-9 aylarda qarşılıqlı münasibət qurmamaq
Özü işarət etmək yerinə digərinin əlindən istifadə edərək nəisə göstərmək
12 ayda ən az bir-iki kəlmə ilə də olsa münasibət qurmamaq
2 yaşında təqlid oyunu oynamamaq
36-48 aylarda kim, harada, nə üçün suallarına cavab verməmək
Bəs müalicə necə aparılır?

Müalicənin ilk məqsədi münasibət bacarıqlarını maksimum ikişaf etdirməkdir. Erkən diaqnoz və müalicə uşaqların inkişafına kömək olur.

Mövzu ilə bağlı Medicina.az-a açıqlama verən defektoloq loqoped Şəfəq Məmmədovanın sözlərinə görə, autizm sindromu olan şəxsə diaqnoz qoyulduqdan sonra təlimlərə başlanılmalı və sosial həyata rahat və asan adaptasiya olmaqları üçün çalışılmalıdır.

“Göz təması qurmaq üçün kömək edəcək təlimçi ilə işə başlamaq lazımdır. Şəxsin alıcı dili qabiliyyəti olmalıdır. Biz onların sözlərin mənasını dərk etməsinə yardımçı oluruq. Məsələn, çalışırıq ki, inək dediyimiz zaman bunu anlaya bilsin və ya səsini çıxara bilsin və ya alma dedikdə bunu anlasın ki, qarşısında iki şəkil olduğu zaman meyvəni tanıya bilsin. Bundan sonra artıq danışmaq təlimlərinə başlayırıq. Belə uşaqların diqqətini toplaya bilməsi üçün anlatmaq istədiyimiz mövzunu 2, 3 hətta 5 dəfə də deyə bilərik, yetər ki, fikirlərini cəmləşdirsin. Bu zaman istədiyimiz nəticəni əldə edə bilərik”, – deyə Məmmədova bildirib.

Loqoped autizm sindromlu uşaqların yaşıdları kimi normal həyat yaşaya biləcəyini də vurğulayıb:

“Belə şəxslər də digər sağlam insanlar kimi həyatlarına davam edə bilərlər. Sadəcə müəyyən dövrlərdə yenidən köməkçi təlimə ehtiyacı ola bilər. Uşaqlıqdan yeniyetməlik dövrünə keçilən zaman uşaqların hər birində dəyişikliklər olur ki, həmçinin belə sindromlu şəxslərə də biz dəstək oluruq”.

Bu təlimlərin qiymətindən də bəhs edən Şəfəq xanım Türkiyədə daha baha olduğunu qeyd edib:

“Azərbaycanda bir seans ortalama 20 manat, Türkiyədə ortalama 150 tl-dir. Həftədə ən az 40 seans olaraq uşağın diaqnozu qaldırılana qədər gərək duyulur”.

Amerikalı Pediatr Akademiyası da uşağın xarakterinin və davranışlarının inkişafı üçün təlimlərin vacib olduğunu bildirərək bəzi əsas strategiyalar toplusunu media vasitəsilə valideynlərə tövsiyə edib:

Davranışı inkişaf etdirən təlim – Bunun üçün uşaq ilk olaraq pozitiv dəstək görməlidir. Daha sonra özünə kömək və sosial bacarıqlar təhsilini almalıdır. Artıq tətbiq ediləcək analiz, otistik münasibət əngəlli uşaqların müalicə və təhsili, duyğusal inteqrasiya kimi müxtəlif müalicə növləri var.

Xüsusi terapiyalar – bunlar danışmaq, məşq və fiziki terapiyalardır. Bunlar autizmi idarə edəcək vacib nüanslardır və hər biri uşağın müalicəsinin mərhələlərinə daxil edilir. Bu onların daha yaxşı danışa bilməsi, bacarıqlarından daha yaxşı istifadə edə bilməsi üçün istifadə edilir.

Məşq terapiyası autizmli uşaqların duyğulardan (görmə, eşitmə, toxunma, iyləmə) gələn məlumatı daha idarə edilə biləcək yollarla istifadə edə bilməsinə kömək edir.

Təəssüf ki, bu vəziyyətdə uşaq qədər validyenlər də həm maddi, həm mənəvi cəhətdən çox əziyyət çəkirlər. Bəzən isə diaqnozu gizlədirlər və övladlarını sosial həyata adaptasiya etməkdənsə, daha da kənarlaşdırırlar.

Bəs bu zaman psixoloqlar necə davranmağı məsləhət bilirlər?

Medicina.az-a məsələ ilə bağlı danışan psixoloq pedaqoq Zeynəb Əyyubovanın sözlərinə görə, belə görünsə də, əslində bu halı valideynlər gizli saxlamırlar:

“Valideynin övladı dünyaya gəlib. Ən inkişaf edən dövrüdür və o bu xəbəri alır ki, “övladım autizmdir”. Bu onun gizləmə problemi deyil. Sadəcə bunu qəbul etməmək, beyninə həkk etməmək problemini yaşayırlar. Özlərini şüuraltı inandırmaq istəyirlər ki, mənim övladımda heç bir problem yoxdur. Valideynlərə səslənərək demək istərdim ki, çalışdığınız qədər səbrli olun.”

Zeynəb xanım həmçinin psixoloqların belə uşaqlarla çalışma prosedurundan da bəhs edib:

“Psixoloq kimi yanaşsam deyə bilərəm ki, elə autizm növləri var ki, onlarla əmr formasında, elələri var ki, sakit tonda danışmaqla nələrisə düzəltmək olur. Yəni hər uşağın xarakterinə görə, psixoloqlar müxtəlif formalarda işləyir.

Şəhanə Quliyeva
Sayt şərhləri Facebook şərhləri

  • Elnarə aslanova
    Mənim bacım qizinda autizimdən şübhələnirlər.onu necə bilmək olar dəqiq məlumati?
  • Elmarə Aslanova
    Mənim bacim qizinida autizimden şübhələnirlər.ne edə bilərik dəqiqləşdirmək üçün hansi yoxlamayla bilmək olar?
  • Salmanova Turkan.Natiq qizi
    Salam ..3yaas 7aylig oglum var Autizim spektr sindromlu oglum var Mualiceler eletdirmisem en son atlas klinikasinsa Talib talisiniskin qebulunda olmusam 1kurs mualice almisg karantinle bagli 2ci kursumuz qalib.talisiniksi dediki pensiya dusur usag nevroloji merkeze hekimin gonderisi ile getdiy..epikiriz aldig usagi muayine edennen soram..Geldiy oz rayonumuza Nefcala rayonuna sened isleri hazir oldu Amaki kamputere vurdular neyise muharibe erefsi oldugu ucun karantinr dusdu xestexanalar baglandi.Menim maddi imkanin zeyifdi usagimi muailice eletdirecey gucum yoxdu Hec olmasa pensiya alsa en azindannoz mualicesinn oduyer

Comments are closed, but trackbacks and pingbacks are open.