Press "Enter" to skip to content

Avropa İttifaqı da Cənubi Qafqazdakı proseslərə postmünaqişə dövrü kimi yanaşır”

Avropalı komissar bu siyasətin müxtəlif sektorları əhatə etməsinin vacibliyini vurğulayıb. O qeyd edib ki, Qonşuluq siyasətində tərəfdaşlar arasında sıx iqtisadi inteqrasiya, insanların sərbəst gedişi-gəlişi və enerji siyasəti xüsusi yer tutur. Bundan başqa Valdner Avropa Parlamentinin AB üçün əsas olan siyasi əməkdaşlıq, insan haqları və hüquqi dövlət quruculuğu sahəsində önəmli rol oynaya biləcəyini bildirib.

“Zəlzələ Türkiyənin Cənubi Qafqazdakı fəaliyyətini. ” – Vrtanesyan

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Karen Vrtanesyan deyib.

“Nikol Paşinyanın son açıqlamasından belə nəticəyə gəlmək olar ki, Avropa Birliyinin müşahidə missiyası Rusiyanın Ermənistandakı hərbi qüvvələrini izləmək üçün bölgəyə gəlir. Həmçinin belə qənaətə gəlmək olar ki, həm də erməni qoşunlarının hərəkətlərini izləyəcəklər. Ən azından Paşinyanın çıxışından gəldiyim təəssürat belədir”, – ekspert bildirib.

Vrtanesyan Ermənistan baş nazirinin ölkəsini uçuruma apardığını iddia edib:

“Paşinyanın komandası açıq şəkildə Ermənistanı geosiyasi münaqişə teatrına çevirməyə çalışır. Bunda uğur qazanıb-qazanmayacaqlarını deyə bilmərəm, amma bunun nəticəsi erməni xalqı üçün fəlakətli olacaq”.

Bundan başqa, erməni ekspert şiddətli zəlzələnin nəticələrini aradan qaldırmağa çalışan Türkiyənin diqqətini Cənubi Qafqazdan ayırmayacağını da düşünür:

“Hesab edirəm ki, zəlzələ türklərin regiondakı fəaliyyətlərinə xüsusi təsir göstərməyəcək. Eləcə də Ermənistan və Qarabağ məsələlərinə münasibətinə. Eyni zamanda, Azərbaycanın özü də bütün resurslarla təmin olunub”.

“Avropa İttifaqı da Cənubi Qafqazdakı proseslərə postmünaqişə dövrü kimi yanaşır”

Avropa İttifaqı və Fransa firavan, təhlükəsiz və sabit Cənubi Qafqazın qurulması üçün digər tərəfdaşlarla işləməyə sadiqdirlər. Prezident İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində Prezident Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda baş tutan görüşlə bağlı birgə bəyanatda yer alan bu fikirlər postmünaqişə dövründə dayanıqlı sülhü təmin etmək üçün real addımlara ehtiyac olduğunu təsdiqləyir. Əsas diqqət çəkən məqam Fransanın ATƏT-in Minsk Qrupunun həmsədri kimi yox, Aİ sədri qismində bu dialoqu təşkil etməsidir. Görüşdə müzakirə olunan məsələlərə gəlincə, tərəflər rəsmi Bakının təklif etdiyi kimi, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, iki ölkə aradında humanitar məsələlər, etimad quruculuğu, Azərbaycanın üzləşdiyi mina problemi, kommunikasiyaların açılması, sərhədlərin delimitasiya və demarkasiyası, sülh sazişi üzrə danışıqların başlanmasına dair fikir mübadiləsi aparıblar. Prezident İlham Əliyev həmçinin ölkəmizin mövqeyini bir daha ifadə edərək, birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin taleyi, kütləvi məzarlıqların yerinin müəyyənləşdirilməsi, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi sahəsində Azərbaycana beynəlxalq dəstəyin artırılması, dəmir yolu və avtomobil yolu ilə nəqliyyat dəhlizinin açılmasına diqqət çəkib. Müharibədən sonra Ermənistanın mina xəritələrini təqdim etməməsi səbəbindən mülki insanların həyatını itridiyini vurğulayıb.

Görüşün Azərbaycan üçün vacib olan məqamlarından biri Şarl Mişel və Emanuel Makronun adından yayılan birgə bəyanatda “Dağlıq Qarabağ münaqişəsi” ifadəsinin yer almamasıdır. Sənəddə “regionda gərginliyin azalması və etibarın möhkəmlənməsi istiqamətində səylərə dəstək” ifadəsi qeyd olunur. Bu, bir daha onu göstərir ki, artıq Avropa İttifaqı da Cənubi Qafqazdakı proseslərə postmünaqişə dövrü kimi yanaşır. Ermənistanın iddia etdiyi Qarabağın muxtariyyət məsələsi isə ümumiyyətlə, gündəlikdən çıxıb və Fransa da ATƏT-in MQ həmsədri olaraq bu reallığı qəbul edir. Ermənistanın iddiaları isə yalnız öz daxili auditoriyaları üçün keçərlidir. Heç bir beynəlxalq təşkilat bu absurd yanaşmanı qəbul etmir.

Aİ sədri kimi Fransanın təşəbbüsü ilə baş tutan görüşdə səslənən bütün fikirlər Azərbaycanın marağına tam cavab verir. Ermənistan tərfinin yaydığı məlumatda isə təhrif elementkləri aşkar görünür. Belə ki, Paşinyanın katibliyinin məlumatında birgə bəyanat təhrif olunaraq “Dağlıq Qarabağ münaqişəsi” termini əlavə edilib. Lakin bu, məsələnin mahiyyətini dəyişmir.

Görüşün ən vacib məqamlarından biri UNESCO-nun Azərbaycana və Ermənistana missiyasının göndərilməsi ilə bağlı razılığın ifadə olunmasıdır. Belə ki, Azərbaycan istər münaqişə dövründə, istərsə də müharibıdıın sonar bu təşkilatın faktaraşdırıcı missiya ilə bölgəyə səfər etməsini təklif edib. Bu baxımdan bu məsələ də rəsmi Bakının maraqlarına tam uyğundur.

Avropa Birliyinin komissarı: Cənubi Qafqazdakı “dondurulmuş” münaqişələr Avropanın təhlükəsizliyinə təhlükə yaradır

Fransa, Strasburq, / Trend müxbir A.Məhərrəmli/ Çərşənbə günü Avropa Parlamentinin Strasburqda keçirilən plenar iclasında AB-nin Qonşuluq Siyasətinə dair məruzənin müzakirəsi zamanı cıxış edən AB-nin Xarici Əlaqələr üzrə komissarı Benita-Ferrero Valdner bəyan edib ki, Qonşuluq siyasəti AB-nin əsas siyasətidir və onun uğuru quruma daxil olan dövlətlərin, habelə qonşu ölkələrin təhlükəsizliyi, sabitliyi və rifahı üçün həlledici rol oynayır. Buna görə həmin siyaət daha təsirli, inandırıcı olmalıdır və hamının təhlükəsizliyinə təminat verməlidir.

Avropalı komissar bu siyasətin müxtəlif sektorları əhatə etməsinin vacibliyini vurğulayıb. O qeyd edib ki, Qonşuluq siyasətində tərəfdaşlar arasında sıx iqtisadi inteqrasiya, insanların sərbəst gedişi-gəlişi və enerji siyasəti xüsusi yer tutur. Bundan başqa Valdner Avropa Parlamentinin AB üçün əsas olan siyasi əməkdaşlıq, insan haqları və hüquqi dövlət quruculuğu sahəsində önəmli rol oynaya biləcəyini bildirib.

Xanım Valdner qeyd edib ki , cari ilin sonuna qədər AB Qonşuluq siyasətinin İnvestisiya Fondu yaradilacaq. Bu fond ilk növbədə enerji və nəqliyyat sahəsindəki böyük layihələrin gerçəkləşdirilməsi üçün xidmət edəcək. Valdner həmçinin sözügedən ölkələrlə əlaqələri gücləndirmək üçün viza rejiminin sadələşdirilməsinin vacibliyini vurğulayıb.

Qonşuluq siyasəti çərçivəsində tərəfdaş ölkələrlə siyasi parametrlərin nəzərə alınmasının önəmliliyini qeyd edən Avropalı komissar AB-nin şərqində yerləşən ölkələrlə qonşuluqdan danışarkən, orada olan “dondurulmuş” münaqışələrə xüsusi diqqət yetirilməsinin vacibliyini vurğulayıb. ” Bu münaqişələr bizim tərəfdaşlarımıza islahatlar yolunda maneələr törədir və bəzən bizim təhlükəsizliyimizə təhlükə yaradır. Buna görə, Qonşuluq siyasəti Cənubi Qafqaz regionundakı “dondurulmuş” münaqişələrin həllində adekvat mühitin yaranması üçün müsbət töhfə verməlidir”- deyə o bildirib.

Valdner onu da qeyd edib ki, Avropa Birliyi 2008-ci ildə daha önəmli nəticələr əldə etmək üçün zəruri tədbirlər planını hazırlayacaq . “2008-ci ilin aprel ayında biz hər bir ölkəyə aid məruzələr təqdim edəcəyik və bu məruzələrdə görülən işləri və tərəfdaş ölkələrin Fəaliyyət planının həyata keçirilməsini yaxşılaşdırmaq üçün vəziyyəti təhlil edəcəyik”-deyə o vurğulayıb.

Comments are closed, but trackbacks and pingbacks are open.