Bitki örtüyü
2) Çöllər zonası;
1 Qərbi Avropa
Avropanın torpaq və bitki örtüyü coğrafi zonallıq qanununa uyğun olaraq cənubdan şimala doğru dəyişir. Coğrafi zonallıq özünü Şərqi Avropada daha aydın göstərir. Bunun əsas səbəbi Şərqi Avropanın düzənlik relyefə malik olmaqla böyük məsafədə şimaldan cənuba uzanması, Qərbi Avropanın orta hissələrində dağlar və çökəklərin geniş yer tutması, həm də Atlantik okeanından gələn rütubətli mülayim hava kütlələrinin Qərbi Avropanın böyük bir sahəsində təxminən eyni temperatur və rütubətlənmə rejiminə malik olan mülayim iqlim əmələ gətirməsidir.
Qərbi və Şərqi Avropa landşaft zonalarının müqayisəli səciyyəsi göstərir ki, onlar arasında coğrafi zonalar spektri xeyli fərqlidir. Qərbi Avropanın ərazisi demək olar ki, tamamilə iki landşaft zonasında yerləşir. Bunlardan Aralıq dənizi subtropik zonası 45º şm.e.-dən cənubdakı sahələri (üç böyük yarımadanı və Aralıq dənizində yerləşən adaları) tutur. Şərqi Avropada bu zonaların ekvivalenti yoxdur. Şərqi Avropanın cənub ucqar hissələri 45º şm.enindən cənuba keçmir.
Qərbi Avropada ikinci landşaft zonası daha geniş ərazi tutan enliyarpaqlı meşələr zonasıdır. Bu təxminən 43-45º şm.enindən 57-58º şm.eninə qədər (Skone yarımadası və Katteqat boğazının şimal sahilləri) Britaniya adaları da daxil olmaqla (Şotlandiyanın şimalından başqa) bütün Orta Avropanı əhatə edir.
Şərqi Avropada bu zonanın yerləşdiyi coğrafi enliklərdə cənubdan şimala aşağıdakı landşaft zonalarını ayırmaq olar.
1) Xəzər sahili ovalıqda səhra və yarımsəhra zonası;
2) Çöllər zonası;
3) Meşə-çöl zonası;
4) Şərqi Avropa enliyarpaqlı meşələr zonası;
5) Qarışıq meşələr zonası – Qərbdə Skandinaviyanın cənub düzənlik hissəsini də tutur. Şərqi Avropada isə qarışıq cənub sərhədi 53º şm.eninə qədər cənuba əyilir (Cənubi İsveçdə bu 58º şm.enindən keçir);
6) Avropa tayqası;
9) Arktika adalarının buzlaq landşaftları
Avropanın müasir landşaftları və bitki örtüyü əsasən III dövrün ikinci yarısı və IV dövrdə formalaşmışdır. Şimali, Orta və Şərqi Avropanın bitki örtüyü IV dövr buzlaşmaları vaxtında dəfələrlə ciddi dəyişikliyə uğramışdı. Orta Avropada və Rusiya düzənliyində çox cənuba hərəkət edən qalın buzlaq örtüyü landşaft zonalarının cənuba miqrasiya etməsinə səbəb olmuşdu.
Avropanın bitki örtüyünün dəyişməsində insan əməyinin rolu böyük olmuşdur.
Avropanın müasir bitki örtüyü Holarktika flora bitki vilayətinə daxildir. Burada Aralıq dənizi həmişəyaşıl quru subtropik yarımvilayəti, Avrasiyanın çöl yarımvilayəti, Avrasiyanın tayqa meşələri yarımvilayəti və Arktika, subarktika çəmən vilayətləri ayrılır.
Avropanın torpaq və bitki örtüyünün konkret səciyyəsi zonalar üzrə verilir.
Arktika səhraları zonası. Şimal Buzlu okeanın Avropa bölməsində yerləşən Şpitsbergen, Frans-İosif arxipelaqlarını və başqa kiçik adaları tutur.
Tundra torpaqları və bitkiləri. Qərbi Avropada az sahədə yayılmışdır. Şərqə doğru bu sahə xeyli genişlənir. Şimali Amerika və Asiyanın tundra zonasında istər temperatur, istərsə də yağıntıların miqdarına görə fərqlənir. Kəskin şaxtalar olmur. Atlantik okeanının mülayim və rütubətli havası təsiri altında qalır.
Avropada meşələr daha böyük ərazi tutmaqla müxtəlif xarakterli olub, iki əsas landşaft zonası əmələ gətirir:
1) İynəyarpaqlı meşələr (tayqa), bu Şərqi Avropada ən geniş landşaft zonası yaradır
2) Enliyarpaqlı meşələr zonası, başdan-başa Orta Avropanı tutur.
Tayqa meşələri zonası. (Avropa tayqası) Qərbi Avropada yalnız Skandinaviyada geniş ərazini əhatə edir. Şərqə doğru cənub sərhəddi xeyli cənuba çəkilir.
Qarışıq meşələrdin zonal torpaqları. Şərqi Avropada çimli-podzol torpaqlar, Cənubi Skandinaviyada isə çürüntülü-podzol, qonur-turş və illüvial qatı dəmirli torpaqlar səciyyəvidir. İntrazonal torpaqlardan bataqlıq-podzol (torflu və çimli-podzol-qleyli torpaqlar), çimli-qleyli, çimli-karbonatlı və s. torpaqlar yayılmışdır.
Enliyarpaqlı meşələr zonası. Qərbi Avropada Skandinaviya yarımadasının cənubundan başlamış Aralıq dənizi sahillərinədək, eni 1000-1400 km-ə çatan geniş bir zona əmələ gətirərək ovalıq və dağlıq sahələrdə yayılmışdır. Şərqi Avropada isə enliyarpaqlı meşələr eni 150-450 km arasında dəyişən ensiz zona əmələ
Qərbi Avropanın enliyarpaqlı meşələr zonasının ağac tərkibi daha zəngindir Ümumiyyətlə, Qərbi Avropa enliyarpaqlı meşələrini təşkil edən ən geniş yayılmış ağac növləri palıd, fıstıq və vələsdir
Qərbi Avropa enliyarpaqlı meşələr zonasında iynəyarpaqlılardan küknar və şamın Avropa növləri də yayılmışdır.
Qərbi Avropanın Aralıq dənizi sahilləri subtropik qurşaqda yerləşdiyinə görə burada quru subtropiklər üçün xarakterik olan seyrək meşələr, kolluqlar geniş yer tutur. Aralıq dənizi sahəsi bitki örtüyünün zənginliyinə xarakterinə görə başqa ərazilərdən kəskin fərqlənir.
Bitki örtüyü
Azərbaycan Respublikasının ərazisi zəngin floraya malikdir. Nisbətən böyük olmayan ərazidə dünyada rast gəlinən bütün bitki tiplərinin demək olar ki, hamısı respublikamızda yayılmışdır. Azərbaycanda bitən təxminən 4500 növ ali, sporlu çiçəkli bitkilər 125 dəstə 920 cinsdə birləşir. Növlərin ümumi sayına görə Azərbaycanın florası Qafqazın başqa respublikalarına nisbətən xeyli zəngindir. Respublikada rast gələn bitki növləri Qafqazda bitən bitki növlərinin ümumi miqdarının 66%-ini təşkil edir. Qafqaz və başqa regionlarda geniş yayılmış bitki növləri ilə yanaşı Azərbaycanın florasında kifayət sayda yalnız Azərbaycan və onun nisbətən kiçik rayonları üçün xarakterik olan 240-a yaxın endemik bitki növləri də vardır. Bitki örtüyünün yayılmasını regionun fiziki-coğrafi cəhətdən formalaşması, müasir torpaq iqlim şəraiti, şaquli zonalıq və bir sıra digər amillər də şərtləndirir. Belə ki, respublikanın ovalıq hissəsində 200 metrlik yüksəkliklərə kimi səhra və yarımsəhra bitki tipləri və su bataqlıq bitkiləri inkişaf etmişdir. Səhra tipli bitki qruplaşmalarına əsas etibarilə Xəzər sahilində, cənub-şərqi Şirvanda, Mil, Muğan və Şirvan düzlərində rast gəlinir. Torpağın duzluluğundan asılı olaraq burada qarasoran, şahsevdi, ətli, şoran, qışotu bitkiləri yayılmışdır. Yarımsəhra bitki örtüyü Şirvan, Səlyan, Muğan, Mil və Qarabağ çöllərində və eləcə də Ceyrançöl, Qobustan və Arazboyu düzənliklərdə geniş sahə tutur. Kür-Araz, Qobustan və Ceyrançöldə zonal formasiya olaraq yovşan yarımsəhrası sahə etibarilə üstünlük təşkil edir. Başqa formasiyalardan qarağan (Kür-Araz) və dəngiz (Qobustan, Naxçıvan) formasiyaları daha səciyyəvidir Yarımsəhralarda çox sayılan digər bitkilər: soğanaqlı qırtıcı, yapon tonqalotu, bərk quramat, şərq bozağı, çilingburnu, taxıl otları və bir sıra şoranlıq (çərən, şahsevdi, sarıbaş, qışotu və s.) otlarıdır. Bu sahələr üçün unikal olan tuqay meşələridir. Əsasən, Kür, Araz və Qabırrı çayları vadilərində yayılan meşələrin əsas ağacları palıd, ağcaqayın, göyrüş, söyüd və s. ibarətdir. Böyük Qafqaz və Kiçik Qafqaz dağətəyi düzənliklərində 200 m-dən 600-700 m, bəzən 1200 metrədək olan hündürlükdə əsasən bir və çoxillik kserofit bitkilər və kollar yayılmışdır. Daha yüksəkdə yuxarı sərhədi 1800-2200 metrlə məhdudlaşan sahələr meşələrdən ibarətdir. Azərbaycan Respublikası ərazisinin ümumi sahəsi 86,6 milyon hektardır. Azərbaycan meşələrinin ümumi sahəsi isə 1213,7 min hektardır. Bundan meşə ilə örtülü sahə 989,5 min hektar təşkil etməklə, ümumi ərazinin 11,4% qədərədir. Hər adam başına təqribən 0,12 ha meşə sahəsi düşür ki, bu da ümumdünya miqyasında götürülən müvafiq orta rəqəmdən 4 dəfə (0,48 ha) azdır. Azərbaycanda meşələr sahəcə az olsalar da növ zənginliyi ilə məşhurdur. Burada 435 növ ağac və kol bitir, onlardan da 70-i endemik növlərə aiddir. Bütün respublika ərazisi üçün enliyarpaqlı meşələr səciyyəvidir. Bu tip meşələr Böyük və Kiçik Qafqazın, Talış dağlarının alçaq və orta dağlıq hissələrində geniş yayılmışdır. Xüsusilə onlar 600-1600 m mütləq yüksəkliklərdə çox yerdə vahid qurşaq yaradır. Qalan sahələrdə talalar, dar zolaqlar şəklində saxlanılır. Meşələr əsas üç ağac növlərindən – fıstıq, vələş və palıddan ibarətdir. Onlar bütün meşə örtüyünün 86,2 faizini təşkil edir. Bunlardan başqa, ağcaqayın, qarağac, cökə, qızılağac, qovaq, yalanyarpaq, söyüd və s. enliyarpaqlı ağaclar bitir. İynəyarpaqlı meşələr respublika meşələrinin 1,7 faizini təşkil edir. Azərbaycanda təbii halda inkişaf edən 107 ağac növündən 7-si iynəyarpaqlı ağaclardır. Onlara Avropa qaracökəsi, Eldar şamı, qarmaqvari şam, çoxmeyvəli, ağır iyli qırmızı və uzungövdəli ardıc ağacları daxildir. Azərbaycan Respublikası bir çox nadir və kol növlərinin vətəni sayılır. Qaracökə üçüncü dövrün relikt bitkisi kimi meşələrin nadir incisidir. Bu ağac Böyük Qafqazın Cənub (Qəbələ rayonu), cənub-şərq (Pirqulu, Şamaxı rayonu) hissəsində yayılmışdır. Gecböyüyən, lakin uzunömürlü qaracökə heç vaxt geniş sahələri əhatə etməyib. Eldar şamının vətəni Azərbaycandır, yayılma arealı isə Ceyrançöl ön dağlığının Eldar oyuğu sahəsidir. Talış dağlarında bitən üçüncü dövrün relikt və nadir ağaclarından dəmirağac, Lənkəran akasiyası, şabalıdyarpaq palıd, azat, Qafqaz xurması, şümşad, yalanqoz, Hirkan ənciri, Hirkan ağcaqayını və s. təbiətin nadir inciləridir.
Açıq havada hörümçək bitkisinin torpaq örtüyü: hörümçək bitkilərini torpaq örtüyü kimi böyütmək
Bağlı zənbillərdə hörümçək bitkilərini görməyə öyrəşmisinizsə, torpaq örtüyü kimi hörümçək bitkiləri fikri sizi təəccübləndirə bilər. Bununla birlikdə, vəhşi təbiətdəki hörümçək bitkiləri torpaqda böyüyür. Və isti iqlimdə yaşayanlar illərdir torpaq örtüyü üçün hörümçək bitkilərindən istifadə edirlər. Hörümçək bitkisinin torpaq örtüyünü düşünürsünüzsə, bağlarda hörümçək bitkilərinə qulluq haqqında lazım olan bütün məlumatları oxuyun.
Hörümçək Bitki Torpaq Örtüsü
Uzun, incə, arxa yarpaqları olan hörümçək bitkiləri bir az yaşıl hörümçəklərə bənzəyir. Bunlar başlanğıc bağbanları üçün əla bitkilərdir, çünki təəccüblü dərəcədə asan və mükəmməl olmayan mədəni qayğıya çox dözümlüdürlər.
Bir çox insanda qapalı və ya asma səbət bitkiləri kimi bir neçə hörümçək bitkisi var. Ancaq ABŞ Kənd Təsərrüfatı Departamentinin 9b-dan 11-ə qədər bitki müqavimət zonaları kimi isti şəraitdə yaşayanlar bu sulu gözəllikləri açıq bağ bağçalarında və ya hörümçək bitkisinin torpaq örtüyü kimi böyüdə bilər.
Torpaq örtüyü üçün hörümçək bitkisindən istifadə
Heç bir hörümçək bitkisinə sahib olsanız, nə qədər sürətlə böyüdüyünü artıq bilirsiniz. Zamanla bir bitki tez-tez “körpələr” inkişaf etdirir – uzun stolonların sonunda böyüyən əkinlər. Bu kiçik hörümçək bitkiləri torpağa toxunduqda kökləri inkişaf edir.
Hörümçək bitki körpələri stolonlardan qoparıla bilər və müstəqil bitkilər kimi böyüyəcəkdir. Açıq havada körpələr ana bitkiyə bağlı qala bilərlər. Sadəcə kök salırlar, sulu bitkiləri yeni ərazilərə yayırlar.
Bağlarda hörümçək bitkilərinə qulluq
Hörümçək bitkilərini yer örtüyü kimi istifadə etməyə qərar verdiyiniz təqdirdə onları yaxşı quruyan torpağa əkdiyinizə əmin olun. Bir çox bağban günahlarını çox bağışlayırlar, lakin kökləri palçıq içindədirsə, inkişaf edə bilməzlər.
Digər tərəfdən, onları günəşdə və ya qismən kölgədə əkə bilərsiniz. İsti iqlim şəraitində ideal açıq yer süzülən günəş işığıdır.
Suvarma vacibdir, baxmayaraq ki dəqiqlik lazım deyil. Torpağın səthi quru olduqda su verin, ancaq bir həftəni unutsanız, bitkilər buna görə ölməz. Onların qalın kökləri müxtəlif miqdarda mövcud sudan sağ qalmaq üçün hazırlanır.
Bitkiləri dölləşdirmək istəyirsinizsə, bunu yazda və yazda edə bilərsiniz. Əgər etməsən, hörümçək bitkiləri, yəqin ki, hər halda yaxşı böyüyəcəkdir.
Comments are closed, but trackbacks and pingbacks are open.