Press "Enter" to skip to content

AŞAĞI və YUXARI təzyiq nə deməkdir

“Təzyiq qalxdı” deyəndə əsasən sistolik təzyiqin qalxmasını nəzərdə tuturlar. Məhz sistolik təzyiqin qalxması (xüsusilə bu hal xroniki xarakter alıbsa) insanın sağlamlığına ciddi ziyan vurur. Bu səbəbdən sistolik (“yuxarı”) təzyiqin tez-tez qalxması yaxşı göstərici sayılmır. Belə problemlə üzləşən insan mütləq həkimə müraciət etməlidir.

Təzyiqin aşağı-yuxarı rəqəmləri nəyi bildirir? – Geniş İZAH

Diastolik aşağı təzyiqi eyni zamanda böyrək mənşəli də hesab edirlər. Çünki damarların tonusuna, qanı qovmasına böyrəklərin qana atdığı renin adlı maddə təsir edir. Ona görə diastolic təzyiqə böyrəklərin əlaqəsi var.

Yuxarı təzyiqlə aşağı təzyiq arasında fərq 40-45 olmalıdır. Yəni aşağı təzyiq mütləq yuxarıdan 40 rəqəm aşağı olmalıdır. Ondan az və ya çox olması problem və xəstəlikdən xəbər verir.

Normal təzyiq nədən asılıdır?

İdeal təzyiq 17-yaşdan 55 yaşa kimi 120 /80 mm civə sütunu hesab edilir. Yəni sistolik 120, diastolik 80 olmalıdır.

Bundan 5 rəqəm aşağı yuxarı da normaya yaxındır. Yaşlılarda yuxarı təzyiqin 135-ə kimi olması yol veriləndir.

Lakin bəzən normal sağlam adamlarda da təzyiq bəzi səbəblərdən qısa müddətə qalxıb enə bilər.

– Məsələn, qaçanda, əsəbləşəndə, qorxu zamanı, yuxuda, yemək yedikdən sonra və s. Eləcə havanın təsirindən təzyiq dəyişə bilər.

Ona görə də 100/60- la 135/85 arasında dəyişən təzyiq patologiya hesab edilmir və əgər insan özünü normal hesab edirsə, deməli problem yoxdur.

Əgər 100/60 təzqiyində və ya 135/80-da insan özünü pis hiss edirsə, baş gicəllənmə, ürəkbulanma, baş ağrısı, halsızlıq, ürək sıxılma baş verirsə, deməli, xəstədə ya hipotoniya, aşağı təzyiq, ya da hioertoniya – yüksək təzyiq problemi var.

Təzyiqi normal saxlayan amillər:

Normal təzyiqi orqanizmin 2 sistemi idarə edir: sinir və humoral sistem. İri arteriya damarlarının içində yerləşən reseptorlar təzyiq normadan düşən və ya qalxan kimi beyinə siqnal ötürür, o da digər orqan və sistemlərə əmr göndərərək, təzyiqin normallaşdırılması üçün göstərişlər verir.

Bu zaman humoral sistem işə düşür. Əgər insanda təzyiq çox düşübsə, özünü halsız hiss edirsə, böyrəküstü vəzilər adrenalin hasilini artırır və arterial təzyiqi qaldırır.

AŞAĞI və YUXARI təzyiq nə deməkdir?

Adi insanlar arterial təzyiqinin göstəricilərinə “aşağı” və “yuxarı” təzyqi deyirlər. Əgər, misal üçün, təzyiq 120/80-dirsə, 120 – “yuxarı”, 80 – “aşağı” təzyiqdir.

Tibdə “yuxarı” təzyiq “sistolik təzyiq”, “aşağı” təzyiq “diastolik təzyiq” adlandırılır. Sistolik təzyiq ürək əzələsinin maksimal yığılması (buna “sistola” deyilir) zamanı inkişaf edir. Bu zaman qan ürəkdən təzyiqlə damarlara atılır. Sistolik təzyiqin normal göstəriciləri – 100-140 c.st. sayılır.

Qanı damarlara atdıqdan sonra ürək “dincəlir” (buna “diastola” deyilir). Aortanın qapağı bağlanır və ürək növbəti yığılma üçün qanla dolur. Bu zaman qan damarlarda passiv şəkildə hərəkət edir – bu diastolik təzyiqdir. Diastolik təzyiqin normal göstəriciləri 60-90 mm.c.st. sayılır.

Ürək qanla dolanda yenə yığılır, qanı damarlara atır və s.

“Təzyiq qalxdı” deyəndə əsasən sistolik təzyiqin qalxmasını nəzərdə tuturlar. Məhz sistolik təzyiqin qalxması (xüsusilə bu hal xroniki xarakter alıbsa) insanın sağlamlığına ciddi ziyan vurur. Bu səbəbdən sistolik (“yuxarı”) təzyiqin tez-tez qalxması yaxşı göstərici sayılmır. Belə problemlə üzləşən insan mütləq həkimə müraciət etməlidir.

Yüksək təzyiq bir çox təhlükəli xəstəliklərin inkişafına təkan verə bilər. Yüksək təzyiq zamanı damarların divarları həddən artıq yüklənir ki, bu damarların partlamasına və nəticədə qanaxmaya səbəb ola bilər. Əgər ürəkdə və ya beyində olan damar partlayarsa, bu infarkt və insult kimi ağır pozulmalara səbəb olacaq. Digər tərəfdən arterial hipertenziya ürək əzələsinin daha tez qocalmasına, üzülməsinə səbəb olur.

Diastolik təzyiq əksər hallarda hətta kriz zamanı çox yüksək qalxmır. Diastolik təzyiqin daim normadan yüksək olması insanda uzun müddət ərzində hipertoniya xəstəliyinin olmasından xəbər verir.

Hətta sağlam insanın təzyiqi gün ərzində dəyişilir – səhər daha aşağı olur, günorta qalxır və axşama yaxın öz zirvə nöqtəsinə çatır. Bu səbəbdən təzyiqi hər gün eyni vaxtda ölçmək lazımdır (məsələn, günorta və ya axşam).

Saglamolun.Az

Comments are closed, but trackbacks and pingbacks are open.