Avstriyada dayanacaq cəriməsini necə ödəyə bilərəm?
2. Əsas mənbə: Məlumat əsas mənbədən toplanılmalı və redaktə olunmadan, dəyişdirilmədən mümkün qədər dəqiq yayınlanmalıdır.
Avstriyada qatarların toqquşması nəticəsində 50-dən çox adam xəsarət alıb
Avstriyada qatarların toqquşması nəticəsində 50-dən çox adam xəsarət alıb Bakı. 20 aprel. REPORT.AZ/ Bu gün səhər Avstriyanın Zaltsburq şəhərindəki mərkəzi dəmir yolu vağzalında iki sərnişin qatarı toqquşub.
20 Aprel , 2018 11:00
https://static.report.az/photo/c634f121-ade8-4550-900f-d8c4b820ee81.jpg
Bakı. 20 aprel. REPORT.AZ/ Bu gün səhər Avstriyanın Zaltsburq şəhərindəki mərkəzi dəmir yolu vağzalında iki sərnişin qatarı toqquşub. “Report” xəbər verir ki, bu barədə “Salzburg24” portalı məlumat yayıb. Hadisə nəticəsində 50-dən çox adam xəsarət alıb. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər. Hadisənin başvermə şəraiti və səbəbləri aydınlaşdırılır.
Link kopyalandı
Tural Asadi
https://static.report.az/photo/fb80a544-23b8-3107-ac14-f35e5a9ca4b2_50.jpg
İngilis versiyası More than 50 injured in Austrian train collision
Rus versiyası Более 50 человек пострадали при столкновении поездов в Австрии
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
“Report” müstəqil informasiya agentliyi sayt və gündəlik bülletenlər vasitəsi ilə Azərbaycan, rus və ingilis dillərində siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır. O cümlədən, saytın “Analitika” bölməsində Azərbaycanda və dünyada gedən proseslərlə bağlı analitik materiallar təqdim edilir.
Avstriyada dayanacaq cəriməsini necə ödəyə bilərəm?
Açıq Hökumət – dövlət və hökumətin vətəndaşlara açıq edilməsi anlayışı və görüşlərini əhatə edən çoxmənalı termindir. Bu termin şəffaflıq, iştirakçılıq, əməkdaşlıq, açıq innovasiya yanaşması, açıq cəmiyyət, açıq məlumatların, standartların əksi, açıq interfeys, açıq mənbə proqramları və açıq kommunikasiya sistemlərini əhatə edir.
Açıq Hökumət prinsipləri:
Şəffaflıq: vəzifə məsuliyyətini gücləndirir, vətəndaşları hökumətin gördüyü işlər barədə məlumatlandırır. İnformasiyanın ödənişsiz əldə olunması şəffaflığın mühüm göstəricisidir.
İştirakçılıq: hökumətin iş səmərəsini artırır, cəmiyyətin qərarvermədə iştirakını təmin edərək, alınan qərarların keyfiyyətinin yüksəldir.
Əməkdaşlıq: bütün administrativ qurumlar arasında və eləcə də, özəl sektor ilə əməkdaşlığı sürətləndirmək üçün yeni vasitələr, metodlar, sistemlərin məcmusudur.
Administrativ və siyasi proseslərdə Açıq Hökumət strategiyası ənənəvi proseslərin və qərarvermənin əsaslı dəyişilməsi ilə həyata keçirilir. Bu baxımdan şəffaflıq prosesləri Açıq Hökumət məlumatlarını Açıq Hökumət strategiyasının əsas amillərindən birinə çevirən vacib elementdir.
Açıq Hökumət Məlumatları fərdi və məxfiliyi qorunmalı məlumatlar istisna olmaqla, cəmiyyət üçün heç bir məhdudiyyət olmadan azad istifadəsi, yayımlanması və təkrar istifadəsi mümkün olan məlumatlardır. Açıq Hökumət Məlumatları daimi sosial, mədəni, elmi və iqtisadi inkişaf üçün potensial yaradır. İctimai informasiyalar əsasında yeni məhsullar və xidmətlər yaradılır və bu da gələcəkdə iqtisadi inkişafa təkan vermiş olur.
Açıq ediləcək informasiyanı seçərkən, onun maraqlı və əhəmiyyətli olmasına diqqət yetirilməlidir.
Üstünlükləri:
Dövlət üçün əsas məqam cəmiyyətin və iqtisadiyyatın innovativ gücündən yararlanmaqdır. Açıq Məlumatlar əsasında hazırlanan proqramlar daha yüksək və səmərəli xidmətlərin təqdim olunmasına zəmin yaradır. Açq Məlumat Strategiyasının yaradılması ilə informasiya idarəçiliyinin qarşılıqlı uyğunluğu inkişaf etdirilir və bu strategiya daxili məlumat bazaları arasında əlaqəni və təhlillərin aparılmasını mümkün edir. Cəmiyyətin və iqtisadiyyatın inteqrasiyası kraudsorsinq metodundan faydalanmaqla informasiyanın keyfiyyətini artırır.
Demokratiyanın iqtisadi üstünlükləri artan şəffaflıq sayəsində möhkəmlənir, bu da dövlətə və onun qurumlarına olan vətəndaş etibarını artırır.
Hökumət Məlumatlarını açıq edərkən aşağıdakı qeyd olunan prinsipləri nəzərə almalıdır:
1. Tamlıq: açıq edilən məlumatlar mümkün olduğu qədər tam olmalıdır; həmçinin bu məlumatları təsvir edən metaməlumatlar ətraflı olmalı, açıq edilmiş məlumatdan mümkün qədər effektiv yararlana bilmək üçün istifadəçiyə hərtərəfli informasiya verilməlidir.
2. Əsas mənbə: Məlumat əsas mənbədən toplanılmalı və redaktə olunmadan, dəyişdirilmədən mümkün qədər dəqiq yayınlanmalıdır.
3.Cari vaxt aralığı: Yayımlanan məlumatlar adekvat müddətdə mümkün qədər tez yayımlanılmalıdır. Bu məlumatlar toplanılan və tərtib olunan kimi açıq edilməlidir
4. Asan əldə olunan: açıq edilən məlumatlar heç bir baryer olmadan asanlıqla əldə oluna bilən olmalıdır. Fiziki baryerlər ( məs, müvafiq idarəyə gedib, müvafiq proseslər icra etmək zəruriyyəti) və texniki baryerlər aradan qaldırılmalıdır.
5. Maşın tərəfindən oxunaqlı: məlumatlar maşın tərəfindən oxuna bilinən formatlarda saxlanılmalıdır.
6. Diskriminasiya: istənilən şəxs i stədiyi vaxtda, identifikasiya olunmadan, məlumatdan istifadə səbəbini əsaslandırmadan açıq hökumət məlumatlarını əldə edə bilməlidir.
7. Açıq standartlardan istifadə: açıq edilən məlumatın formatı mümkün qədər açıq olmalı və bu formata heç bir müəssisə ekskluziv nəzarəti olmamalıdır.
Avstriyada Açıq Hökumət Məlumatları portalında (www.data.gv.at) 1533 adda məlumat bazası açıq edilmişdir və məlumatların maşın tərəfindən oxunaqlı olması üçün, CSV, JSON, RDF, XML və XML formatlarından istifadə olunur.Bu məlumat bazalarına aşğıdakıları misal göstərmək olar:
- CSV formatında olan Vyananın Əsas Yerləri məlumat bazası əsasında “Where to go”, “There, Vienna”, “İn Vienna” turizm əhəmiyyətli naviqatorlar hazırlanmışdır.
- Avstriyada Krems çayının səviyyəsi hər 15 dəqiqədən bir ölçülür, məlumat bazası yenilənir və bu məlumat bazası əsasında “Level Alarm” application hazırlanmışdır. Bu application daşqınlar barədə məlumatları və proqnozları göstərir.
- Avstriyada Hökumət Təklifləri və Qanunvericilik Təşəbbüsləri Məlumat Bazası əsasında “Currently in Parliament: Recent decisions and government bills and legislative initiatives” application hazırlanmışdır. Bu proqram vasitəsilə vətəndaşlar hökumətdə baş verən dəyişikliklər, son qərarlar və qanunlar və qanunvericilik təşəbbüsləri üzrə məlumatları əldə edə bilərlər.
- “when today” application-ı ictimai nəqliyyat vasitələrinin (qatar, avtobus və s) dayanacağa yaxınlaşma vaxtını xəbər verir. Bu proqramın tərtib olunması üçün, bir neçə məlumat bazalarından (dayanacaqlar, ictimai nəqliyyatlar üzrə qrafik cədvəldən, Vyana real vaxt məlumatlarından və s.) istifadə olunmuşdur.
- “TaxiNavi Austria” sürücülər üçün hazırlanmış proqramdır. Bu mobil application-nın tərtibatında 10 məlumat bazasından istifadə olunmuşdur (polis idarələri, universitetlər və kolleclər, taksi dayanacaqları və s.).
- Avstriyada hər ay ~100 000 insan əmlak axtarır. “Checkmyplace.com ” application vasitəsilə kirayəçilər/ alıcılar/satıcılar əmlakın yeri və dəyəri, eləcə də, demoqrafiq göstəriciləri, infrastrukturu, iqlimi, nəqliyyat, ekoloji faktorlar və sair barədə ətraflı məlumat əldə edə bilirlər.
- “Defibrillators in Austria” application vasitəsilə ürək xəstəliyi olan insanlar üçün defibrilator cihazının yerini təyin etmək mümkündür.
- “Demographic İndicators Vienna” application vasitəsilə illər üzrə demoqrafik artım və azalmaları müşahidə etmək olur.
- Avstriyada “Hospitals Vienna” application vasitəsilə Vyanada yerləşən xəstəxanaları görmək, hətta, “Dogator” applicationi vasitəsilə it saxlanılan əraziləri, veterinarları və heyvan xəstəxanalarını görmək, itən itlər barədə sorğu göndərmək mümkündür.
- “Parking Vienna” application vasitəsilə maşın dayanacaqlarının yerini (dayanacaqda olan boş yerləri də) öyrənmək mümkündür. Bu proqram vasitəsilə dayanacaq yeri üçün onlayn ödəniş etmək də olar.
Avstriyada açıq edilmiş ictimai məlumatlar sayəsində vətəndaşlar bir çox məişət qayğılarından azad olmaqla yanaşı həmçinin, ölkədə baş verən siyasi, sosial, iqtisadi proseslərdən xəbərdar olur. Bu ölkədə mobil tətbiqlər (proqramlar) artıq gündəlik həyatın əvəzedilməz elementinə çevrilmişdir.
- 455 Portalda olan xidmətlərin sayı
Avstriyada dayanacaq cəriməsini necə ödəyə bilərəm?
2018-06-15 11:28:54
Avstriyada təhsil almaq istəyənlərin ən çox verdiyi suallar – Cavablar AzEdu.az-da
Avstriya bir çox tələbələrin təhsil almaq istədiyi ölkədir. Yüksək keyfiyyətli təhsil, iş imkanları, yaşam şəraiti tələbələri bu ölkəyə cəlb edir. Azedu.az Avstriyada təhsil almaq istəyənlərin ən çox verdiyi suallara cavabları təqdim edir. Sualları CELT colleges xaricdə təhsil şirkətinin Avstriyada təhsil üzrə mütəxəssisi Elgün Kərimov cavablayıb. -Avstriya universitetlərinin diplomları Azərbaycanda tanınır? Normalda bu, Azərbaycandan yüksək qəbul olunur. -Vyana Dövlət Universitetində təhsil haqqı nə qədərdir? Xarici vətəndaşlar üçün bütün universitetlərdə illik 1736 avrodur. -Avstriya universitetlərində ən az təhsil haqqı nəqədərdir? Və hansı universitetdədir? İllik təhsil haqqı 500 avro civarındadır. -Xaricdə təhsil almaq üçün prosedurların ardıcılllığı necədir? əvvəlcə viza alınmalı, yoxsa müraciət edilməlidir? Məsələn, Avstriyada viza almaq 6 ay çəkir. Əvvəlcə qəbul alınır, yataqxana seçilir, daha sonra vizaya müraciət edilir. -Avstriyada Azərbaycan, Ukrayna, Moldova kimi ölkələrin vətəndaşları üçün təhsilin ödənişsiz olduğu deyilir. Bu nə dərəcədə doğrudur? Avstriyada dövlət universitetlərində təhsil bütün vətəndaşlar üçün aşağı qiymətə, demək olar ki, pulsuzdur. İllik minimum təhsil haqqı 500-600 avrodur. -Avstriyanın dövlət universitetlərində iqtisadiyyat ixtisası üzrə magistratura pilləsinin təhsilhaqqısı və buradakı yaşam xərcləri nə qədərdir? Qəbul şərtləri barədə də məlumat versəniz şad olaram. Avstriyada təhsil haqqı 500-600 avro civarındadır. Aylıq yaşam xərcləri isə təxmini 700 avrodur . İELTS 6.5 və GPA 80+ olmasını məsləhət görürük. -Hazırda bakalvr təhsili alıram. Amma təhsilimi Vyanan Universitetində davam etdirmık istəyirəm. İELTS nəticəm 6-dır. Bilmək istərdim burada ingilis dilində bakalavr təhsil almaq mümkündür? Vyanada universitetlərə qəbul olunsanız belə, təhsilə birinci kursdan başlamalısınız. Transfer etmək mümkün deyil. -Avstriyada pulsuz təhsil mümkündür? Təhsil tam pulsuz deyil. Hər smestr xaricilər üçün 726 avrodur. -Avstriya dövlət universitetləri yalnız attestatla tələbə qəbul edir? Bəli, özəl universitetlər qəbul edir. Amma dövlətlərdə gərək eyni ixtisas üzrə burada birinci kursda oxuyasınız. -Avstiyada orta məktəb təhsili haqda məlumat almaq istəyirəm. İşlədiyimiz orta məktləblər qapalı və özəl məktəblərdir. Hər şey daxil olmaqla illik 40 min avrodur. -Mən Avstriyada ekonomika və ya maliyyə üzrə magistr təhsil almaq istəyirəm. Bunun üçün məndən nələr tələb olunur? Qeyd edim ki, mühasib vəzifəsində çalışsam da təhsilim filologiya fakültəsi üzrə bakalavrdır. Əlavə olaraq auditorlar palatasından vergi üçotu və mühasibat üçotu (F3) üzrə sertifkatlarım var. Avstriyada sizdən eyni ixtisas üzrə olmağınız tələb olunur. Eyni zamanda burda magistraturaya da girmiş olmalısınız. Təcrübənizi anlayıram, amma bu halda yalnız özəl universitetlərdə oxuya bilərsiniz. Dövlət universitetləri bunu qəbul etməyəcəklər. -Mən İqtidsad Universitetində 2-ci kursu bitirdim. İxtisasım Dünya İqtisadiyyatıdır. Bilmək istərdim, Avstriyada pulsuz ingilis dilində təhsilimi 4-cü kursdan davam etdirə bilərəm? Ümumiyyətlə, Almaniya və Avstriya universitetlərinə transfer mümkün deyil. Bakalavr sıfırdan oxuya bilərsiniz. Amma transfer olmayacaq. İkincisi isə Avstriya pulsuz deyil. İllik təhsil haqqı xaricilər üçün 1500 avroya yaxındır. -Avstriyada almanca təhsil almaq üçün dil bilikləri hansı səviyyədə olmalıdır? Ən azı B2 səviyyəsi lazımdır. Amma çoxları b1 və ya c1 də istəyəcək. Hazırlaşıb imtahan verməlisiniz. -Avstriyada magistr təhsili almaq üçün bankda nə qədər məbləğlik tələbə hesabı açmaq lazımdır? Ümumiyyətlə maddi cəhətdən ən sərfəli ölkələr hansılardır? Bank hesabında təhsil haqqı və yaşayış xərcini əhatə edəcək qədər pul olmalıdır. Amma ki, magistr təhsili üçün artıq Avstriyaya gecikmisiniz. Çünki oranın vizası 6 ay çəkir. İELTS sertifikatı və büdcəniz varsa, Böyük Britaniyanı məsləhət görərdik. -Memarlıq və dizayn ixtisası üzrə Avstriyada kurs keçmək istərdim. Belə bir proqram var? Təssüf ki, belə bir proqramımız yoxdur. -Mən AZMİU-da oxuyuram. 2-ci kursu bitirəcəm. İxtisasım İnşaat mühəndisliyidir. Avstriyada oxuduğum ixtisas üzrə bakalavr oxuya bilərəm? Bir də pulludur yoxsa pulsuz? Bəli Avstriyada oxuya bilərsiniz. Amma sizin ixtisasınızın ingiliscə olması önəmlidir. Avstriyada çox az ixtisaslar ingiliscədir. Avstriyada bütün universitetlərdə illik xaricilər üçün 1500 avroya yaxındır. Qalan xərclər sadəcə yaşayışdır. -Avstriyada bakalavr üzrə ən ucuz təhsilhaqı neçədir?İELTS və ya TOEFL balı ilə qəbul mümkündür? Avstriyada dövlət universitetlərində illik təhsil haqqı 400-500 avrodur. Amma öncə Azərbaycanda ali məktəbə daxil olmalısınız. Attestatla birbaşa oxumaq mümkün deyil. İELTS 6.0-6.5 balına ehtiyac olacaq. -Avstriyada bakalavr təhsilinin şərtləri çox sadədir. Bu, o deməkdir ki, təhsilin səviyyəsi aşağıdır? Latviya, yoxsa Avstriya təhsili daha yaxşıdır? Qəbul olunmaq üçün mütləq DİM qəbul imtahanı vermək lazımdır? Avstriyada bakalavr təhsili üçün mütləq DİM balınız olmalıdır və viza işi 6 ay çəkir. Deməzdim ki, şərtləri sadədir. Avstriya universitetlərində İngiliscə problem elə də çox deyil. Əgər bu il birbaşa bakalavra getmək və keyfiyyətli təhsil istəyirsinizsə məncə Hollandiya və ya Macarıstan variantı daha optimaldır. -Mən hazırda bakalavr pilləsi üzrə təhsila alıram. Sonuncu kursam. Turizm üzrə Avstriyada magistratura pilləsində təhsil ala bilərəm? bunun üçün nə etməliyəm? Avstriyada bir neçə universitetdə turizm proqramı var. Amma ortalama balınız yüksək və IELTS balınız olmalıdır. Avstriya tələbə vizası 6 aya kimi çəkə bilir, bunu nəzərə almalısınız. -Mən filologiya fakültəsində oxumuşam. Avstriyada iqtisadiyyat üzrə təhsil ala bilərəm? Əgər filologiya ixtisasını bitirmisinizsə, Avstriyada bakalavr dərəcəsini iqtisadiyyat üzrə oxuya bilərsiniz. Amma Magistr dərəcəsini iqtisadiyyat üzrə götürə bilməzsiniz, çünki bakalavr ixtisasınızla bağlılığı çox aşağıdır. Böyük Britaniyada iqtisadiyyat üzrə oxuya bilərsiniz, amma bunun üçün bir il orada pre-master dərsləri götürməlisiniz ki, magistr təhsili başlayan zaman müəyyən baza dərslərini görə biləsiniz. -İELTS balım 6.5-dir.Avstriyada turizm üzrə pulsuz təhsil ala bilərəm? Hazırda bakalvram. Bəli, İELTS 6.5 balı ilə Avstriyada təhsil ala bilərsiniz. Amma indidən müraciət etməyiniz məsləhətdir. Deadline-lara az qalıb və Avstriyanın viza işi uzun çəkir. -Avstriyada psixologiya üzrə magistr proqramları var? Bunun üçün alman dili bilikləri hansı səviyyədə olmalıdır? Avstiyada psixologiya üzrə təhsil almaq üçün B2 səviyyəsində alman diliniz olmalıdır. Bundan sonra Avstriya Universitetlərinə baş vura bilərsiniz. -Sizdən tarix üzrə magistr təhsili haqda maraqlanmışdım. Amma Avstriyada tarix üzrə kifayət qədər universitetlərin olmadığını bildirdiniz. Bəs sosiologiya, hüquq, politologiya ixtisaslarından hansınsa ingiliscə pulsuz bakalavr təhsili almaq şansım var? Avstriyada siz sadaladığınız sahələr üzrə pulsuz və ya ucuz universitetlər çox azdır. Burada əsasən biznes, kompyuter sahələridir. -Avstriyada pulsuz və ucuz təhsi almaq yalnız almanac mümkündür? Ingilis dilində də ucuz təhsil ala bilərəm? İxtisasım tarixdir. Avstriyanın dövlət universitetlərində həm alman, həm də ingiliscə təhsil pulsuzdur. Lakin tarix üzrə bakalavr Avstriyada yoxdur. Ucuz təhsil üçün Macarıstan, Polşa və Latviyaya üz tuta bilərsiniz. Amma orada da seçim çox da geniş deyil. Böyük Britaniyanı büdcənizə uyğun olmadığına görə məsləhət görmürəm. -Hazırda 11 ci sinifdə oxuyur, Avstriada təhsillə maraqlanıram. İELTS balım 5-dir. Avstria dövlət universitetlərinin birində təhsil almaq istəyirəm. Mən biznes ekanomika idarə etmə ilə maraqlanıram.Siz mənə hansı köməyi göstərə bilərsiniz? Avstriyada təhsil almaq üçün Azərbaycanda bir il bakalavr oxumanız şərtdir. Ondan sonra Avstriya universitetlərinə müraciət edə bilərsiniz. Attestatla birbaşa Kanada və Hollandiya qəbul olmaq üçün İELTS 6.0-6.5 yığmalısınız. İELTS 5.0 balla Macarıstan və Pribaltika ölkələrinə (Latviya) qəbul ola bilərsiniz. İELTS-nizi qaldıra bilsəniz (6.0-6.5) və büdcəniz varsa (illik təhsil haqqı 8000 avrodan başlayır) İELTS 5.0 və büdcəniz bir az aşağıdırsa (illik təhsil haqqı 2000 manatdan başlayır) Macarıstan və ya Latviyaya qəbul işinə başlaya bilərik.
Lamiyə Süleymanlı
Bu bölməyə aid digər xəbərlər
ADNSU Bahçeşehir Universiteti ilə Memorandum imzalayıb
2023-05-24 08:30:00
BDU-nun “Brend tələbə”ləri mükafatlandırıldı – FOTOLAR
2023-05-23 19:57:28
Əməkdar müəllim vəfat edib
2023-05-23 17:23:24
BMU-da elmi seminar keçirilib
2023-05-23 13:03:25
BDU-da yaz imtahan sessiyası bu tarixdə başlayacaq
2023-05-23 08:45:00
AzTU əməkdaşları beynəlxalq həftədə iştirak ediblər
2023-05-20 16:22:01
Dekan Bursa Texniki Universitetində mühazirə oxuyub
2023-05-20 09:21:00
MDU-da elmi-praktik seminar: “Təbiət elmlərinin həyatımızda rolu”
2023-05-19 13:23:07
UNEC-in 9 tələbəsi Almaniyanın DAAD təqaüdünün qalibi olub
2023-05-19 13:20:21
Heydər Əliyevin köməkçisi tələbələrə xatirələrini danışdı
Comments are closed, but trackbacks and pingbacks are open.