Press "Enter" to skip to content

Z taleyini yazmaq

Mən həm ədəbiyyatşünas və tənqidçilərin, həm də özümün diqqətimi çəkən əsərlər üzərində dayanacam.

On üçüncü qurultay üçün nəsr məruzəsi – “Nəyimiz var, nəyimiz yox”: 2015-2019 – Elçin HÜSEYNBƏYLİ

Bildiyiniz kimi, Azərbaycan Yazıçılar Birliyinin XIII qurultayı 2020-ci ilə nəzərdə tutulmuşdu, nəsr üzrə qurultayqabağı məruzə də mənə tapşırılmışdı və apreldə olmalıydı. Amma pandemiya səbəbindən məruzə də, qurultay da təxirə salındı.

Uzun bir dövrü, yəni beş ili araşdırmaq, yazılanları saf-çürük etməyin çətin bir iş olmağını siz də bilirsiniz. Həmin məruzəni bir azdan diqqətinizə çatdıracam və görəcəksiniz ki, onu təzədən işləmək böyük zəhmət və enerji tələb edir. Onu da xatırladım ki, ötən il AYB iki kitab ərsəyə gətirib. Onun biri – “Qarabağ dastanı, 44 günün zəfəri” kitabı hörmətli sədrimiz Anar müəllimin təşəbbüsü ilə hazırlandı və mənim də ora böyük bir məqaləm salındı. Ondan sonra bəndənizin təşəbbüsü ilə “Bütün yollar Şuşaya aparır” kitabı nəşr edildi. Onun da hazırlığı müəyyən vaxt apardı. Bir Qarabağ qazisinin kitabını nəşrə hazırladıq, bu günlərdə işıq üzü görəcək. Öz kitablarım, cari işlər də öz yerində. Demək istəyirəm ki, həm pandemiya sıxıntıları, həm də genişhəcmli işlər məruzənin yenidən işlənməsinə imkan vermədi. Amma mən 2020, 2021-ci illərdə şəxsimə bağışlanmış, eləcə də “Azərbaycan” və “Ulduz” jurnallarında nəşr olunmuş, diqqətçəkən nəsr əsərlərini nəzərdən keçirdim, onları təhlilə cəlb etməsəm də, yığcam bir siyahı hazırladım və həmin siyahı da əsas məruzə ilə birgə dərc olunacaq. Vaxtınızı çox almamaq üçün onlara toxunmuram və əsas məruzəyə keçirəm.

Mənə verilən kitablar (2020-2021)

1. Narıngül Nadir – “Günəş üzlü qadın” (hekayə və povestlər)

2. Əyyub Qiyas – “Havay tətilləri” (roman)

3. Mahir Qabiloğlu – “İtbaşı” (trilogiya)

4. Yunus Oğuz – “Uçurum” (roman)

5. Məlahət Hümmətqızı – “Ağ libaslı mələk” (hekayələr)

6. Akif Cabbarlı – “Yolda” (hekayələr)

7. İlqar Rəsul – “Sara” (roman)

8. Kənan Hacı – “Hakimə açılan atəş” (roman)

9. Təranə Məmməd – “Sirr” (hekayələr)

“Azərbaycan” jurnalı (2020)

1. Mübariz Cəfərli – “Zəncir” (roman №1)

2. Səyyad Aran – “Başdaşı” (roman №2)

3. Nurəddin Ədiloğlu – “Bumeranq” (povest №2)

4. Zahid Sarıtorpaq – “Köhnə mücrüyə elegiya” (roman №3-4)

5. Azər Abdulla – “Çat” (roman №3-4)

6. Elçin Hüseynbəyli – “Vida” (povest №5-6)

7. Elçin Vələdoğlu – “Ruh müsafiri” (povest №9)

8. Varis – “Qızıl cib saatı” (roman №10)

“Azərbaycan” jurnalı (2021)

1. Natiq Məmmədli – “Ən gözəl günah” (roman №1-2)

2. Vidadi Babanlı – “Sabaha ismarış” (povest №2)

3. Əyyub Qiyas – “Ölənə qədər” (roman №3-4)

4. Mübariz Cəfərli – “Ərəfə” (roman №5)

5. Alpay Azər – “Ömürlük sırğa” (povest №6-7)

6. Tahir Taisoğlu – “Asılqanbuynuzu” (roman №6-7-8)

7. Səfər Alışarlı – “Sifət möcüzələri” (povest №8)

8. Mövlud Süleymanlı – “Ömürdən qıraqda” (povest №9)

9. Yaşar Bünyad – “Səməndər quşu” (roman №10)

10. Zahid Sarıtorpaq – “Qiyamət qaziləri” (roman-pritça №11)

“Ulduz” jurnalı (2020)

1. Vəfa Mürsəlqızı – “Dilemma” (hekayə №2)

2. Şəfa Vəli – “Bir az vaxtım var. ” (povest №2)

3. Ruslan Mollayev – “Ərini gözləyən qadın” (hekayə №4)

4. Mübarzi Cəfərli – “Mən doğulanda” (hekayə №4)

5. Rövşən Yerfi – “Son nəfəs” (hekayə №6)

6. Xəyal Rza – “Meşəbəyinin canavar qonaqlığı” (hekayə №7)

7. Natiq Məmmədli – Hekayələr (№8)

8. Pərviz Seyidli – “Qanlı boyun” (hekayə №8)

9. İlqar Rəsul – Hekayələr (№9)

10. Xəyal Rza – “Sarıqamış” (hekayə №9)

11. Murad Muradov – “Keşişlə söhbət” (hekayə №10)

12. Əfsanə – “Mənim robot anam” (hekayə №10)

13. Nargis – “Bənövşəyi çiçəkli ağac” (hekayə №12)

14. Günel Mehri – “Əncir mürəbbəsi” (hekayə №12)

“Ulduz” jurnalı (2021)

1. Şəfa Vəli – “Nuhun gəmisinə gecikənlər” (hekayə №3)

2. Ənvər Çingizoğlu – “Elat eşşəyi” (hekayə №4)

3. Elçin Hüseynbəyli – “Əsgər barmağını əmən körpə” (№5)

4. Təranə Vahid – “Qasırğa” (hekayə №5)

5.Arzu Murad – “Telefondakı ölüm səsi” (hekayə №6)

6. Fariz Yunisli – “Bircə dəfə” (hekayə №6)

7. İlhamə Nasir – “Qırmızı darvaza” (hekayə №7)

8. Simrah Qədim – “Pilləkən” (hekayə №8 )

9. Amin Namazlı – “Ömrün işığı” (hekayə №9)

10. Ənvər Çingizoğlu – “Buynuzsuz qoçun qisası” (hekayə №11)

Hörmətli Anar müəllim, tədbir iştirakçıları, sayqıdəyər qonaqlar!

Mənə “Qurultaydan qurultaya” çərçivəsində nəsr üzrə məruzə tapşırılıb və çalışmışam ki, mümkün qədər 2015-2019-cu illəri araşdırım, nəzər yetirim və icmal xarakterli yığcam məruzə hazırlayım. Amma nə qədər çalışsam, nə qədər sıxsam da, yenə də bu istəyimə tam nail ola bilməmişəm. Onu da etiraf edək ki, bu cür məruzələr nə qədər dəyərli olsa da, cansıxıcıdır. Məruzə əsasən 2015-2019-cu illəri əhatə etsə də, bir ayağı 2014-də, bir ayağı da 2020-dədir. Çünki son qurultay 2014-ün yayında keçirilib. İndi isə ilin əvvəlidir.

Məruzəni hazırlayan zaman əsas istinad etdiyim mənbələr AMEA Ədəbiyyat İnstitutunun illik ədəbi yekunları, “Azərbaycan” jurnalı və qismən “Ulduz” jurnalı olub. “Qismən” ona görə deyirəm ki, bu jurnalda əsasən gənclərin yazılarına yer verilir və gənclərin yaradıcılığı ilə bağlı ayrıca məruzə hazırlandığından təkrara yol vermək istəmədim.

“Ədəbiyyat qəzeti”ni xüsusi araşdırmamışam, çünki buna vaxt çatdırmaq olmazdı, amma Ədəbiyyat İnstitutunda keçirilən hesabat yığıncaqlarında bu mənbədən də istifadə olunub və deməli, mənim də məruzəmdə öz əksini tapıb.

Dediyim dövr ərzində jurnallara və ilin ədəbi yekunlarına düşməyən roman və hekayələr də var. Onlardan bəzilərini mənə oxumaq üçün veriblər və çalışmışam ki, onları da məruzədə xatırladım.

Sadaladığım illər ərzində təxmini hesablamalara görə iki yüzə yaxın poman və povest, ondan da xeyli artıq hekayə çap olunub. Yalnız “Azərbaycan” jurnalında 49 roman və povest, 79 müəllifin isə hekayələri çap edilib. “Ulduz” jurnalında da xeyli sayda hekayə nəşr olunub. Bundan əlavə, kitab şəklində onlarca roman və nəsr kitabları işıq üzü görüb. Onların bir çoxu ilə sosial şəbəkələr vasitəsilə tanış olmuşuq. Adlarını sadalasam, uzun bir siyahı alınar. Amma etiraf edim ki, onların hamısı oxucu üçün maraqlı deyil. Bunu ədəbi tənqid də təsdiq edir. Çünki bu əsərlərin heç də hamısı ədəbi tənqidin predmeti olmayıb və araşdırmaya cəlb edilməyib.

Ötən dövr ərzində nəşr olunmuş əsər və kitabların kifayət qədər əhatəli statistikasını məruzədə göstərmişəm. Onları sadalamaq istəmirəm, çünki çox vaxt aparardı, amma məruzə çap olunanda, yəqin ki, böyük əksəriyyət öz adını orda görəcək. Amma bu o demək deyil ki, həmin əsərlərin hamısı diqqətəlayiqdir. Bəziləri mövzunun, bəziləri ideyanın, bəziləri isə janrın tələblərinə cavab vermir.

Mən həm ədəbiyyatşünas və tənqidçilərin, həm də özümün diqqətimi çəkən əsərlər üzərində dayanacam.

Anarın “Göz muncuğu”, Elçinin “Baş”, Kamal Abdullanın “Sirlərin sərgüzəşti”, “Edam vaxtını dəyişmək olmaz”, Məmməd Orucun “Qısa qapanma”, “Qara güzgü”, “Malakan bağının payızı”, Vüsal Nurunun “Dorantağ”, “Qaraqaşlı”, Əli Əmirlinin “Ağdamda nəyim qaldı”, Vaqif Nəsibin “Sənsizlik, mənsizlik, onsuzluq”, Seyran Səxavətin “Qaçaqaç”, , Vidadi Babanlının “Zəmanə adamı”, İsa Muğannanın “Türfə”, Sabir Rüstəmxanlının “Şair və şər”, “Akademikin son əsəri”, Elçin Hüseynbəylnin “Yenə iki od arasında, “Kamil Əfsəroğlunun “Daşlı qala”, Saday Budaqlının “Zədə”, Şərif Ağayarın “Gülüstan”, “Arzulardan sonrakı şəhər”, “Komandir”, Mirmehdi Ağaoğlunun “Bu gün səbr elə”, Hacı Sevindik Mehmanın “İşğal”, Kənan Hacının “Fironun dəftəri”, “Hacı İsgəndər”, Xanəmirin “Maqlar”, “Naməlum ailə”, Sabir Əhmədlinin “Yazılmayan yazı”, Mübariz Cəfərlinin “Nur”, “Adəmin ikinci həyatı”, Alpay Azərin “Həyat epiqrizi”, Hüseynbala Mirələmovun “Qazi Bürhanəddin səltənətinin süqutu”, Zahid Sarıtorpağın “Dərdin sarı çəpkəni”, “Kül”, “Qarğa marşrutu”, Yunus Oğuzun “Atabəy Eldəniz”, “Alp Arslan”, “Səfəvi şeyxi”, “Ovçu”, Murad Köhnəqalanın “Zamanın üst küçəsi”, Qan Turalının “Fəza səyahəti dərsləri”, Kamil Əfsəroğlunun “Yuxu”, İlqar Fəhminin “Karmen”, “Gürgan şərabı”, Vahid Məhərrəmlinin “Cəza”, Əyyub Qiyasın “Sultan körpüsü”, Qurban Yaquboğlunun “Mən yoxam”, İlqar Rəsulun “Getmə. “, Cavidanın “Məhsəti”, Sahilə Yayyanın “Şeyx”, Mənzər Niyarlının “Vətəndən vətənə”, Azad Qaradərəlinin “Morq çiçəkləri”, Azər Qismətin “Çuğullar”, Yaşar Bünyadın “Azan gəmilər limanı”, Mustafa Çəmənlinin “Üç yaşlı əsir”, Gülşən Lətifxanın “Kabus”, Səxavət Talıblının “Adəmin övladları”, Nüşabə Məmmədlinin “Qondarma qız” roman və povestləri, Tural Anaroğlunun “Yad planetli”, “Elçin Hüseynbəylinin “Gözünə gün düşür”, Narıngülün “Qar çiçəyi”, Aydın Tağıyevin “Yuxuda qətl”, Novruz Nəcəfoğlunun “Yuxuya gedib gecə”, “Ağ qayadan atılan güllə”, Qafar Cəfərlinin “Günahsız mələk”, Müzahim İsmayılzadənin “Anamsız – amansız dünya”, Səhər Əhmədin “Yeddinci palata”, Qəşəm Nəcəfzadənin “O qara əyri bulud”, Faiq Balabəylinin “Bayıldan Bayıra”, Elbəyi Cəlaloğlunun “9-cu meydan”, Oqtay Əhmədovun “Köhnə məhəllənin uşaqları”, “Tunel”, Meyxoş Abdullahın “Əsir qadın”, “Alagözlü”, Ayxan Ayvazın “Buri”, Nurəddin Əlioğlunun “Yaralı qu quşları”, Aləm Kəngərlinin “Naməlum adam”, Vüsal Oğuzun “Sonuncu sovqat”, Ələmdar Cabbarlının “Qızıl”, Natiq Məmmədlinin “Bekketə salam”, Sadıq Elcanlının “Sirli söz qapısı”, Mübariz Örənin “Balıq gülüşü”, Aləm Kəngərlinin “Qatarda on səkkiz əhvalat” hekayə və povestlər toplusu nəşr olunub.

Mən məruzəmi həm paralellər, həm də təsnifat üzərində qurmuşam, bu paralel və təsnifata düşməyənlərə isə “Sərbəst” fəslində nəzər salmışam.

Paralellər həm zaman, həm də mövzu baxımından oxşar romanlara şamil edilib.

Paralellər

İlk paralel zaman və mövzu baxımından oxşar olan Xalq yazıçısı Elçinin “Baş”, Elçin Hüseynbəylinin “Yenə iki od arasında” və Mehriban Vəzirin “Ağabəyim ağa Cavanşir” romanları üzərində qurulub. Hər üç əsərdə Qarabağın tarixindən və müəyyən dönəmdə bu tarixdə iz buraxmış Qarabağ xanı İbrahimxəlil xanın sevimli qızı Ağabəyim ağanın həyatından, fəaliyyətindən danışılır. Əgər Elçinin romanında daha çox Qafqaz canişini Pavel Sisyanovun başı əsas qəhrəman rolunda çıxış edirsə, dövrün mənzərəsi təkcə Azərbaycan və Qarabağla yox, həm də qonşu ölkələrin tarixi şəxsiyyətləri ilə müşayiət olunursa, Elçin Hüseynbəylinin romanında böyük mütəfəkkir Yusif Vəzir Çəmənzəminli və onun həyatı ön plana çəkilir, eləcə də Qarabağ tarixi və “Qarabağ tədricən necə işğal olundu” ideyası üzərində qurulur. Mehriban Vəzirin tarixi-sənədli romanında isə baş rolda Ağabəyim ağa çıxış edir və onun təkcə Fətəli şahın hərəmi kimi yox, bir diplomat və dövlət xadimi kimi fəaliyyəti ön plana çəkilir. Düzdür, sonuncu əsər daha çox sənədlidir, amma maraqlıdır. Çünki “Yarım gecə gəldi, gecə getdi, heç bilməm necə gəldi, necə getdi” məşhur misraların müəllifinin həyatını araşdırmağa ehtiyac var və bu baxımdan Mehriban Vəzirin əsəri diqqətəlayiqdir.

Elçinin “Baş” romanı həm də “Azərbaycan” jurnalının tarixində bir ilk olaraq ayrıca çap olunub və onun barəsində xeyli ədəbi-tənqidi məqalə yazılıb.

Professor Nizami Tağısoy “Elçinin “Baş” romanı struktur-funksional təhlil müstəvisində” adlı kitab həsr edib. Bu kitabın bir neçə yerdə müzakirəsi keçirilib. Slavyan Universitetində keçirilmiş geniş tərkibli müzakirədə mən də iştirak etmişəm.

Professor Əhməd Sami Elaydi romana həsr olunmuş məqaləsində yazır: “”Baş” romanında süjetin alt qatında oxucunu düşüncələrə çəkən, sirli ovqat yaradan dərin metaforizm gizlənməkdədir. İstər hadisələrin təqdimində, istər müəllif təhkiyəsində, istərsə də obraz və xarakterlərin daxili dünyasının aşkarlanmasında bu metaforizmin fərqli çalarlarını duymamaq mümkün deyildir”.

Digər iki roman barədə də ədəbi tənqid öz sözünü vaxtında deyə bilib. Bu barədə geniş danışmaq istəmirəm.

Daha bir paraleli klassiklərimizin həyatından bəhs edən romanlara şamil etmək olar. Bu mənada Xalq şairi Sabir Rüstəmxanlının Məhəmməd Hadinin həyatından bəhs edən “Şair və şər”, E.Hüseynbəylinin Yusif Vəzir Çəmənzəminlinin həyatından bəhs edən və bayaq adını çəkdiyim məlum romanı və Sona Vəliyevanın böyük nütəfəkkir və mətbuat tariximizin yaradıcısı Həsən bəy Zərdabinin həyat və fəaliyyətinə işıq salan “İşığa aparan yol” romanıdır. Düzdür, Həsən bəy Zərdabi nə şair, nə də yazıçı olub, amma onun gördüyü iş bir inqilaba dəydiyindən həyatı da çox əhəmiyyətlidir və bu baxımdan roman da diqqətəlayiqdir.

Sabir Rüstəmxanlının son illərdə çap olunan şeir və publisistika kitabları ilə yanaşı, “Şair və şər” romanında da xalqın və onun böyük şəxsiyyətlərinin taleyi bütün mürəkkəbliyi ilə və bölgədə gedən ziddiyyətli tarixi proseslər müstəvisində göstərilir.

Növbəti paralel yaxın tariximizlə, konkret olaraq ötən əsrin 80-ci illərinin sonu və 90-cı illərin əvvəli ilə bağlıdır. Bu mənada Xalq şairi Sabir Rüstəmxanlının “Akademikin son əsəri” və yazıçı Əjdər Olun “Lo” romanını göstərmək olar. Sabir Rüstəmxanlının romanı sintetik janrdadır. Çünki burada həm müəllif özü çıxış edir, arxa planda olsa da, həm də əsərin qəhrəmanı Ziyad Şıxlı ön plana çəkilir və onun son romanından parçalar yer alır.

Bu əsər elə bir şəxsiyyətə həsr olunub ki, bizim nəsil onu tanıyırdı, həm özünü görmüşdü, həm çıxışlarına qulaq asmışdı, həm də cəsarətinə heyrətlənmişdi. Amma bizlər də akademik Ziya Bünyadovun (romanda Ziyad Şıxlının) şəxsiyyətini tam bilmirdik, çünki onu yaxından tanımırdıq, xarakterinin özəlliklərinə bələd deyildik.

Bir zamanlar Qazaxıstana sürgün edilmiş insanların vətənə qayıdışı “bir gedişin bir gəlişi də var” deyiminə böyük bir işarədir.

Heç şübhəsiz, bu əsəri yazanda da Xalq şairi “Akademikin son əsəri”nin qəhrəmanı kimi, böyük cəsarət nümayiş etdirib və bəzi məqamları gizli kodlarla, bəzilərini eyhamlarla çatdırmağa çalışıb.

Əjdər Olun “Lo” romanı da bu cür təsir bağışlayır. Burda həm o dövrün, yəni 80-ci illərin sonu, 90-cı illərin əvvəlində baş verən hadisələr ön plana çəkilir, həm də müəllifin şəxsi həyatı paralel verilir. Portret hekayələrin mahir qurucusu olan Əjdər Ol bu əsərdə öz keçidlərilə maraqlıdır. Burada biz müəllifin həm öz həyatını, həm də ölkənin düşdüyü ictimai-siyasi şəraiti, baş verən hadisələri izləyirik. Əsərdə həmin dövrün ən məşhur şəxsləri, demək olar ki, öz adları ilə verilib, müəllif onlara obyektiv yanaşmağa çalışıb və məncə, buna, müəyyən mənada, nail ola bilib.

Yazıçının qələmə aldığı, ölkəmiz üçün vacib olan bu hadisələr, bəlkə də, bizim nəsil üçün o qədər də maraqlı deyil, çünki onların içindən keçmişik, amma müəllifin hadisələrə fərdi baxışının və gələcək nəsillərə mesajının əhəmiyyəti böyükdür.

Növbəti paralel Aprel döyüşlərilə bağlıdır. Onlardan biri Yunus Oğuzun “Ovçu”, digəri isə Şərif Ağayarın “Komandir” romanıdır. Birinci romanda Milli Qəhrəman Murad Mirzəyevin keçdiyi həyat və döyüş yolu işıqlandırılır, ikincidə isə polkovnik-leytenant Raqub Orucovun döyüş yolu izlənilir. Yunus Oğuzun romanı ənənəvi nəql üzərində qurulur, Şərif Ağayar isə başqa bir ədəbi priyomdan istifadə edir. Romanda hadisələr Raqub Orucov başqa olmaqla, digər obrazların dilindən danışılır.

O da maraqlıdır ki, hər iki əsərin qəhrəmanı rütbəcə polkovnik-leytenant və əks-kəşfiyyatçı olub.

Bu bölümün sonunda qeyd edim ki, ədəbiyyat tənqidçiləri qeyd olunan dövrlərdə yazılmış əsərləri mövzu üzrə təsnifat etməyə meyillidirlər.

Bu təsnifat şərti olaraq aşağıdakılardır:

1. Qarabağ və məcburi köçkün həyatından bəhs edən əsərlər

2. Tarixi romanlar

3. Avtobioqrafik əsərlər

4. Postmodern, yaxud magik-realist əsərlər

Qarabağ və məcburi köçkün həyatı ilə bağlı əsərlər

Qarabağ və məcburi köçkünlərlə bağlı diqqət çəkən əsərlər sırasında Şərif Ağayarın “Gülüstan” və “Arzulardan sonrakı şəhər”, Mehman Sevindiyin “İşğal”, Vüsal Nurunun “Qaraqaşlı”, Gülşən Lətifxanın “Kabus”, Mustafa Çəmənlinin “Üç yaşlı əsir”, Meyxoş Abdullahın “Əsir qadın”, Vahid Məhərrəmlinin “Kəsilməyən atəş səsləri”, Kamran Nəzirlinin “Dördüncü möhür”, Nüşabə Məmmədlinin “Qondarma qız” povest və romanlarının, Elçin Hüseynbəylinin “Gözünə gün düşür” hekayələr toplusunun adını çəkmək olar.

Şərif Ağayarın “Arzulardan sonrakı şəhər” əsəri sintetik-sinkretik üslubda yazılıb və qədim Misirdə baş verən qəhrəmanlıq dastanı ilə köçkünlük həyatı yaşayan ailənin taleyi paralel işlənib. Onun obrazları diridir və hərə öz düşüncəsinə uyğun, öz dünyagörüşünə adekvat dillə danışır.

Müəllifin ondan əvvəl yazdığı və yenə də köçkün insanların həyatından bəhs edən “Gülüstan” romanında isə ictimai-sosial, siyasi həyata etiraz öz əksini tapıb.

Cavan nəslin nümayəndəsi olan Vüsal Nuru “Qaraqaşlı” romanının epiqrafında yazır: “Müharibə siyasətçilərin oyunu, dövlətlərin qazancı, ailələrin faciəsidir”.

Bununla da o, əsərinin mahiyyətini və ideyasını müəyyənləşdirir. Yazıçı əslən Dağlıq Qarabağdan olduğu üçün və həmin olayların içindən keçdiyinə görə o tərəflərin hər yerinə, təsvir etdiyi mənzərənin hər detalına bələddir. Müharibəni öz üzərində birbaşa hiss edən insanlar, döyüşən əsgərlər və onların düşüncələri əsərin ideya və mahiyyətinə uyğundur.

Kamran Nəzirlinin “Dördüncü möhür” tarixi-psixoloji romanı 1988-ci ildə Qərbi Azərbaycandan zorən qovulan bir ailənin faciəvi həyatından bəhs edir. Əsərin qəhrəmanı Banu adlı yeniyetmə qızdır, sadə bir ailədə böyüyür, Sisyanın Ağudi kəndində rahat bir həyat yaşayır. Lakin erməni separatçıları Qarabağda baş qaldırandan sonra onu və bütün ailəni doğma kəndindən qovurlar, əvvəlcə Laçında məskunlaşırlar, birinci Qarabağ savaşı zamanı onları Laçından da qovurlar, beləliklə, ailə Bakıda qaçqınlıq həyatı yaşayır. Qəfil baş verən faciəvi hadisələr həyatı dözülməz edir, beləliklə, müharibə səngərlərdə yox, əslində beyinlərdə, şüurlarda, qəlblərdə davam edir.

Sevindik Mehmanın “İşğal” trilogiyasında Qarabağda – döyüş bölgəsində hadisələrin ilk başlanğıcından etibarən könüllülərdən ibarət dəstələrin apardığı döyüşlərdən, cəbhədə olan pərakəndəlikdən, başsızlıqdan bəhs edilir.

Gülşən Lətifxanın “Kabus” povesti ermənilərin indiki Ermənistan ərazisinə gəlmə olduqlarına, Rus imperiyasının köçürülmə siyasəti və rus-erməni birləşmələrinin işğalçılıq siyasətinin nəticələrinə işıq salır. Yazıçının düşüncəsinə görə, süni şəkildə yaradılan indiki Ermənistan Qafqazda – türk-islam dövlətlərinin sərhədində bu dövlətlərə qarşı bufer zona kimi yaradılıb və davam edən bəlalarımızın kökü də bundadır.

Yazıçı M.Çəmənlinin “Üç yaşlı əsir” povestinin əsas məzmunu könüllülərdən ibarət batalyonun Naxçıvanikə hücumu zamanı ermənilərin qoyub qaçdıqları üç yaşlı Sergeyin Teymur tərəfindən tapılması, onun Teymurun ailəsində heç bir ögey münasibət göstərilmədən saxlanılması və bir müddət sonra sağ-salamat qarşı tərəfə təhvil verilməsi üzərində qurulsa da, sovet və müstəqillik dövrünün müxtəlif məqamları da süjetə əlaqəli şəkildə daxil edilib.

Yazıçı Novruz Nəcəfoğlunun “Yuxuya gedib gecə” kitabına daxil edilmiş “Ağ qayadan atılan güllə” povestində insan ağrısı və itkisi ön plana çəkilir və ümumiləşdirilir. Xeyir işə hazırlaşan Rəhman kişi Qarabağ döyüşlərində oğlunun şəhid olması xəbərini alır.

Bir insanın, yoldaşını itirmiş, balalarını başına yığıb ömrünü sürən tənha bir kişinin, qızının toyuna hazırlaşan Rəhmanın ağrısı, faciəsi oxucuya dərin təsir edir. Ataların dediyi – bir gözümüz ağlayanda o biri gülür – ifadəsinin təsadüfi olmadığı əsərin ideya xəttinə xidmət edir.

Meyxoş Abdullahın “Əsir qadın” romanında Səidə adlı gənc bir qadının üç il erməni əsirliyində keçirdiyi məşəqqətli, işgəncələrlə dolu əsirlik həyatından bəhs edilir. Ağlagəlməz vəhşiliklərlə üzləşən gənc qadın namus və ləyaqətinin tapdanmasını düşmənə bağışlaya bilmir və son nəfəsinədək təkbaşına mübarizə aparır.

Kitaba yazdığı ön sözdə professor Vaqif Yusifli Meyxoş Abdullahın bu əsərinə yüksək qiymət verir və onu çağımızla səsləşən əsərlər müəllifi kimi dəyərləndirir.

“Zəngulə”dən sonra Nüşabə Məmmədlinin Qarabağ və məcburi köçkünlərin həyatından bəhs edən “Qondarma qız” romanı nəşr olunub (2015). Əsərdə ermənilərin işğalı zamanı məcburi köçkün düşmüş, ailə üzvlərini itirmiş Dönməz adlı qəhrəmanın taleyindən bəhs edilir. O, kəşfiyyatçı kimi erməni xislətli adamların içərisinə sızır və ailəsinin (soydaşlarının) intiqamını alır.

Avtobioqrafik ərlər

Son illər ədəbiyyatda, xüsusilə roman yaradıcılığında avtobioqrafik əsərlərin artımı müşahidə edilir. Bu mənada Seyran Səxavətin “Qaçaqaç”, Sabir Əhmədlinin “Yazılmayan yazı”, Əli Əmirlinin “Ağdamda nəyim qaldı” romanlarını misal çəkmək olar.

Seyran Səxavətin “Qaçaqaç” romanından başlayaq.

Əsərdə yazıçının yeniyetməlik dövründən, Bakıya gəlişindən, həmin illərdə, yəni 60-cı illərdə ədəbi cameəmizdə baş verən hadisələrdən, həmin hadisələrin iştirakçılarından yüngül yumor və ironiya ilə danışılır. Uşaqlıq, gənclik illərinin xatirəsi kimi başlayan romanda sonradan ayrı-ayrı portret xarakterli fəsillərə keçid edilir və sanki bu keçidlər məqsədli edilmir, hadisə hadisədən doğur. Oxunaqlı dildə, özünəməxsus, rəvan təhkiyədə yazılmış “Qaçaqaç” romanında təkcə müəllifin yox, həm də müxtəlif insanların portretini görmək olar.

Ötən dövr dərc olunan memuarlardan biri də Sabir Əhmədlinin “Yazılmayan yazı” əsəridir. Əsərdə Cəbrayılın tarixi, orada yaşayan insanlar, ziyarətgahlar haqqında əhvalatlar danışılır və keçmişdən başlayaraq təsvir edilən bütün hadisələr bu günün faciəsi olan Qarabağ məsələsilə eyniləşdirilir.

Əli Əmirlinin “Ağdamda nəyim qaldı” avtobioqrafik romanı isə daha çox onun uşaqlığını əks etdirir. Əsər müəllifin maraqlı bir olaya münasibətinin ifadəsi ilə başlanır. Roman avtobioqrafik olsa da, burada daha bir insanın – Qacar rolunu oynamış aktyorun taleyi bir roman kimi diqqəti cəlb edir.

Tarixi romanlar

Tarixi romanların bir qisminin adını “paralellər” fəslində çəkdiyimə və yığcam təhlilə cəlb etdiyimə görə onların üstündən keçirəm. Sadəcə qeyd etmək istəyirəm ki, ötən dövr ərzində Yunus Oğuzun “Atabəy Eldəniz”, “Sultan Alp Arslan”, “Səfəvi şeyxi”, Hüseynbala Mirələmovun “Qazi Bürhanəddin səltənətinin süqutu”, Məmməd Orucun “Qara güzgü”, Nəriman Əbdürrəhmanlının “Taclı”, Kənan Hacının “Hacı İsgəndər” romanları nəşr edilib.

Yunus Oğuz öz romanlarında ənənəvi epos, dastan təhkiyəsinə sadiq qalır. Dövrün ab-havasını verməklə bərabər, baş verən hadisələrin xronologiyasına nəzər salır və olayların mahiyyətini açmağa çalışır. Yunus Oğuzun, demək olar ki, əsərlərinin hamısında türçülük ideologiyasına sadiqlik duyulur və qırmızı xətt kimi keçir. Bu mənada akademik Nizami Cəfərovun fikirləri maraq doğurur: “Yunus Oğuz türkün tarixini bütöv görməyi, ayrı-ayrı hadisələri həmin bütövlüyün tərkib hissəsi kimi təsəvvür (və təqdim) eləməyi ustalıqla bacarır.

H.Mirələmovun “Qazi Bürhanəddin səltənətinin süqutu” romanı iki hissədən ibarətdir. Əsərin birinci hissəsində XIII əsrdə ilk Azərbaycan dövlətinin bünövrəsini qoyan hökmdar Qazi Bürhanəddindən, ikinci hissəsində isə İkinci Mehmetlə Uzun Həsən arasındakı müharibədən bəhs edilir. Sonuncu məsələdə müəllif iki sərkərdə arasında intriqa və döyüşlərdən yazsa da, daha çox barışdırıcı xətti əsas tutur.

Nəriman Əbdürrəhmanlının “Taclı” romanı xalqımızın gərəkli tarixinə həsr olunub və görkəmli dövlət xadimi Şah İsmayıl Xətai və onun həyat yoldaşı Taclı Bəyimin həyatından bəhs edir. Müəllif romanın tarixi mənbələrə əsaslandığını, Səfəvilər dövrünün gizli qalan məqamlarına işıq tutduğunu bildirib. Müsahibələrinin birində o deyib: “Roman sırf tarixi mənbələrə əsaslanır. Romanı yazmağa hazırlaşanda illərlə saysız-hesabsız mənbələrlə tanış olmuşam, salnamələri, xronikaları, məqalələri, bədii əsərləri oxumuşam. Məncə, narazılıq yaratmayacaq, çünki Şah İsmayılla Sultan Bəyazid, Sultan Səlim, eləcə də Sultan Süleymanla Şah Təhmasib arasındakı münasibətlər, eləcə də Taclı Bəyimin taleyi həqiqətə söykənir”.

“Sultan körpüsü” romanı yazıçı Əyyub Qiyasın son dövrlərdə qələmə aldığı yeni irihəcmli nəsr əsəridir. Romandakı hadisələr tariximizin müxtəlif dövrlərini əhatə edən faktlara və tarixi bilgilərə söykənir. Əsərdə Fərhad adlı iş adamının həyatı və mənsub olduğu böyük bir nəslin tarixindən bəhs olunur. XVII əsrin tarixi mənzərəsi, bu əsrdə mövcud olmuş, lakin haqqında çox az danışılan Şəmsəddin mahalı, onun feodal hakimi Nəsib sultan və yaxın adamlarının, Azərbaycan xalqının XX əsrin əvvəllərində qurduğu cümhuriyyət tarixində müəyyən rol oynamış tarixi şəxsiyyətlərin ziddiyyətli obrazları yer alıb.

Məmməd Orucun “Qara güzgü” romanı 1918-1920-ci illərdən – Vedidə ermənilərə qarşı mübarizədən bəhs edir.

Əsər simvolik olaraq belə adlandırılıb. “Qara güzgü” dedikdə qəhrəmanın saxladığı atın gözü nəzərdə tutulur və orada özünü görən qəhrəman əslində, xalqının taleyini də məhz bu qara güzgüdə görür və təsvir edir. “Atlar da xalqlar kimidir, onları asan ram eləmək olmur”. Məncə, əsərin ideya xətlərindən biri də budur.

Akademik Nizami Cəfərovun romana yazdığı ön sözdə deyildiyi kimi, “Roman Vedi mahalının timsalında xalqımızın başına gətirilən faciələrin metafizikasını bütün genişliyi və dərinliyi ilə təqdim edir”.

Kənan Hacının “Hacı İsgəndər” tarixi romanı 1918-1920-ci illərdə Bakıda və ətraf kəndlərdə baş vermiş hadisələrdən bəhs edir. Romanda Qafqaz İslam Ordusunun Bakıya gəlişi və şəhəri xilas etməsi, özünümüdafiə dəstələri yaradaraq orduya kömək etmiş Hacı İsgəndərin yenilməz xarakteri təsvir edilib.

Romanda Ömər Faiq Nemanzadə, Hacı Zeynalabdin Tağıyev, Ənvər Paşa, Nuru Paşa, Ruhulla Axundov, şairlərdən Əliağa Vahidin, Haşım bəy Saqibin və digər tarixi şəxsiyyətlərin obrazları yaradılıb.

Magik realizm mistik realizm

Son dövr ədəbi tənqidin diqqətini çəkən əsərlərin bir qismi mistik və magik realizm üstündə qurulan roman və povestlərdir və janr təsnifatı şərtidir.

Bunlar Xalq yazıçısı Anarın “Göz muncuğu”, Xalq yazıçısı, akademik Kamal Abdullanın ötən il tamamladığı “Sirlərin sərgüzəşti”, Səfər Alışarlının “Qız və maneken”, Zahid Sarıtorpağın “Kül”, “Qarğa marşrutu”, “Dərdin sarı çəpkəni” romanları və Qan Turalının “Fəza səyahəti dərsləri” povestidir.

Anarın “Göz muncuğu” povestindən başlayaq. Əsər magik realizmin bariz nümunəsidir. Povestin baş qəhrəmanı Əhliman öz daxilində Şəri – Əhriməni və Xeyiri – Hörmüzdü birləşdirir.

Qəbirdə ayılan Əhlimanın işıqlı xatirələri Hörmüzddən, pis xatirələri isə Əhriməndən gəlmədir. Əsər boyu Xeyirlə Şərin mübarizəsi davam edir və bu mübarizə insanlığın hər dövrünə aiddir. Povestə ön sözündə Pərvin yazır: “Bu cür qeyri-adi adamlar, mistik qəhrəmanlar Anar nəsri üçün xarakterikdi. Məsələn, “Mən, Sən, O və telefon” hekayəsində qəhrəmanın bir qadını öz-özünə qısqanması, özüylə rəqabətə girməsi, yaxud “Əlaqə” povestində mistik hadisələrlə, əhvalatlarla üzləşən, yaxud da bunları sadəcə uyduran tələbə obrazı, “Qırmızı limuzin”də ölüm kabusundan qurtula bilməyən, hər yerdə qabağına qırmızı limuzin çıxan qəhrəman və s.”.

Kamal Abdullanın “Sirlərin sərgüzəşti” əsəri də əvvəlki romanları kimi (“Yarımçıq əlyazma”, “Sehrbazlar dərəsi”, “Unutmağa kimsə yox”) mistik-magik aurada qurulub. Çünki sirr içində sirr onun nəsrinə xasdır.

Bu romanın da yer aldığı kitabın redaktoru və “Ön söz”ün müəllifi Əlövsət Ağalarov yeni əsəri belə xarakterizə edir: “Əsərdəki dərin fəlsəfi-psixoloji anlardan uzun müddət ayrılmaq olmur, yaddaşın yaddaşsızlığı oxucunu dərkolunmayacaq qəribə aləmə aparır”.

“Sirlərin sərgüzəşti” romanı arxetiplərin həm obraz, həm kompozisiya, həm də dili baxımından tüğyan etdiyi bir ədəbi bütövdür. Məlikməmmədi zülmətdən qurtaran, Səidə məsləhət verən, ona əhvalatlar danışan (“Tutinamə”), Robinzona həmdəm olan, Cimin çiynindən düşməyən (“Dəfinələr adası”), quşların insanlardan gizli saxladığı (təkcə Süleymana agah olan) sirrini faş edən tutuquşu özlüyündə ikiləşmənin, eyni zamanda həm quş, həm insan ola bilmənin, paralel yaşamın simvolu kimi bu romana da yansıyıb. Həsən müəllim eyni zamanda həm real, həm də irreal zaman və məkanda ola bildiyi kimi, romandakı tutuquşu da eyni zamanda həm diri, həm də ölü müqəvva ola bilir”.

“Sirlərin sərgüzəşti”ndəki arxetipik məqamlar romanı müəllifin digər mətnləri ilə aşkar və gizli lağımlarla bağlayır.

Səfər Alışarlının “Qız və maneken” əsərində dövrün ictimai-siyasi hadisələri psixoloji aspektdə verilib. Əsərin başlanğıcında daim atasından ötrü ağlayan və buna görə işdən çıxan atadan danışılır. İlk baxışdan sadə görünən bu həqiqət mürəkkəb hadisələrlə davam edir.

Tənqidçi Məti Osmanoğlu yazır: “Qız və maneken” povesti Səfər Alışarlının qarşısında hekayə janrında sınaqdan keçirdiyi üçölçülü təqdimat sistemini reallaşdırmaq üçün yeni üfüq açır.

Əsərin süjeti kifayət qədər dramatik bir hadisə üzərində qurulub. Uzun müddət dənizdə – 34-cü platformada çalışmış neft mühəndisi Yaşar Musayev ərizə yazıb təkidlə işdən azad olunur.

Musayevin qızının axşamlar aramsız şəkildə ağlayaraq atasını dəniz platformasındakı işindən ayrılmağa məcbur etməsi və bunun ardınca platformada yanğın baş verməsi, onun növbə yoldaşlarının fəlakətə uğraması əvvəlcə sürrealizmin daha sıx müraciət etdiyi ürəyədamma kimi qavranılır. Bunun əsaslandırılması üçünsə müəllif əsərə daha maraqlı bir effekt gətirir: magik realizm təcrübəsindən tanış olan şərtiliklər aktuallaşdırılır”.

Zahid Sarıtorpağın hər üç əsəri – “Qarğa marşrutu”, “Dərdin sarı çəpkəni” və “Kül” mistik-magik ab-hava qoxuyur.

Filologiya üzrə fəlsəfə doktoru Nərgiz Cabbarlı yazıçının əsərlərini yüksək dəyərləndirərək yazır: “Hər üç roman eyni sistem daxilində işlənilib. Reallıq və mistik dünya, mistik qəhrəmanlar arasında əlaqə, keçid, keçə bilməmə, amma arayışda olma, o dünyanın aparıcı bir şəxsinin ardınca düşərək keçidə doğru irəliləmə və o dünyaya adlama. Qəhrəmanların qurtuluşu məhz bu xətt üzrə reallaşır”.

Qan Turalının “Fəza səyahəti dərsləri”ndə isə təkyəyə verilmiş bir uşağın həyatından, həyatda qarşılaşdığı çətin suallara cavabların axtarışından bəhs olunur.

Sərbəst

Bu bölümdə təsnifatlara uyğun gəlməyən, amma ədəbi ictimaiyyətin, tənqidçilərin diqqətini çəkən bəzi əsərlərdən söz açacağam.

İlk olaraq Xalq yazıçısı, siyasi detektiv janrının ustalarından biri Çingiz Abdullayevin adını çəkmək istəyirəm.

2015-2019-cu illər arasında yazıçının 13 romanı işıq üzü görüb. Onlardan bəziləri, məsələn, “Eranın əvvəllərində sui-qəsd” romanı təkrar nəşr olsa da, tarix baxımından maraqlıdır. Əsərdə Roma imperatoru Yuli Sezarın həyatından və sui-qəsddən söhbət gedir.

“Onun dözülməz həyatı” trilogiyası İnstitut direktoru, seksual-manyak professorun iyrənc əməllərindən söz açır.

Film izləyicilərinin və detektiv oxucuların sevimli obrazı olan Dronqo ilə bağlı daha beş roman da sadaladığım illər ərzində ədəbi ictimaiyyətə təqdim olunub.

Məmməd Orucun “Malakan kəndinin payızı” povestində Saratovka kəndinə rus dilini öyrənməyə göndərilən və bir dönəm orada yaşayan uşağın macərasından bəhs edilir. Müəllif böyüyəndən sonra müəlliməsi İrina Vasilyevnanın axtarışına çıxır, Truskovetsə (Ukrayna) gedir, onun qəbrini tapır, müəlliməsinin pis vəziyyətdə olan məzarınıı təmir etdirir, mərmər başdaşı qoydurur.

Kövrək bir xatirə əsəridir.

Aqil Abbasın “Camış bağa girdi, gəl” hekayəsi yazıçının özünəməxsus yumor hissi ilə yazılıb, köhnə kişilərdən, onların xasiyyətindən, canlı həyatdan bəhs edir və adama elə gəlir ki, avtobioqrafik əsərdir, çünki canlıdır.

Filologiya elmləri doktoru, məşhur tənqidçi Vaqif Yusifli Aqil Abbasın bu hekayəsi barədə yazır: “Hekayə nostalji hisslər üzərində qurulub və mən də bu hekayəni oxuyanda elə o hissləri keçirdim.

Bu hekayə Aqil Abbasa məxsus olan və onun fərdi üslubunu, yazı tərzini müəyyənləşdirən eyni xətt üzrə diqqəti cəlb edir.

Aqil Abbas Dayı və Bacıoğlu obrazları vasitəsilə sanki bizim əlimizdən tutub Sovet dövrünün “həqiqətlərinə” çəkib aparır. Hekayədə tənqid pafosu ilə yumor xətti iç-içə gedir, biri digərini inkar eləmir”.

Müəllifin “Eynəyin itməkliyi” əsəri də eyni yumor qatındadı. Burda klassiklərimiz rəmzi mənada xatırlanır. Postmodern üslub da deyirlər buna.

Yazıçı Səyyad Aranın “Sazaq” adlı povest və hekayələr toplusunda 6 əsəri yer alıb. Onlardan üçü son illərin məhsuludur: “Günün günorta çağı”, “Havalar soyuyanda” və “Sazaq”. Bu hekayələrdə cəmiyyət və insan qarşılaşdırılır və baş verən mənəvi toqquşmalara fəlsəfi aspektdən yanaşılır.

Novruz Nəcəfoğlunun “Keçən cavan çağım ola” povestində qədim və yəqin ki, son kişilərdən olan Kəlbi əminin obrazı koloritli boyalarla işlənib və bir obraz kimi adam onu sevir və yadında saxlayır.

İlqar Fəhminin “Karmen” povesti qadın-kişi münasibətlərindən bəhs edir və çağdaş dövrümüzlə səsləşən bir mövzudur. Yazıçının son əsəri “Gürgan şərabı” çaparaq romanıdır və müəllifin bəzi əsərləri kimi Bakı kəndlərinin həyatından söz açır.

Murad Köhnəqalanın “Zamanın üst küçəsi” rəngli povesti illər öncə yazdığı “Bulud pinəçisi” əsərinin genişlənmiş variantıdır və beş yaşlı Zeynəbin dilindən nəql edilir. Uşaq atasının qəribə peşə sahibi – bulud pinəçisi olduğundan, onun başına gələn maraqlı əhvalatlardan danışır.

Yazıçı-ssenarist Orxan Fikrətoğlunun ötən dövr ərzində iki nəsr kitabı çap olunub: “Ölü mətn” və “Tülü”.

Son kitaba yazıçının hekayə və povestləri, eləcə də eyniadlı romanı daxil edilib.

“Tülü” romanında zəlzələ zamanı ağzı kilidli zirzəmidə qalan insanın öz həyatını göz önündən keçirməsi, çəkdiyi əzablar və puç bir həyat yaşaması təsvir olunub. Lakin həmin adam sonradan heç nə olmayıbmış kimi öz həyatına davam edir.

Ötən dövr Tural Anaroğlunun “Yad planetli” hekayələr toplusu ədəbi ictimaiyyətə təqdim edildi. Burada toplanan hekayələr həm ictimai-sosial, həm də hərbi-siyasi baxımdan öz cəsarətliyilə seçilir. İncə yumor hissinə malik olan yazıçı sözünü deməyi bacarır.

Akademik Kamal Abdulla kitaba yazdığı ön sözdə deyir: “Uşaq doğulandan sonra onun dil açıb danışması tez də ola bilir, gec də. Tural bu mənada gec dil açanlara şamil edilə bilər. Və bütün bu zaman ərzində, sən demə, öz içinə – beyninə, qəlbinə söz-söz, cümlə-cümlə, duyğu-duyğu, kədər-kədər möhtəşəm bir yük yığırmış və dağ selinin ağzı açılanda nə şəkildə şığıyırsa, o şəkildə biz bu möhtəşəm yükü bu gün dəyərləndirə bilirik. Kimi bu yazıda Bulqakovun izini axtaracaq, kimi Mirzə Cəlilin, Haqverdiyevin, Əziz Nesinin. Kimi də lap elə Anarı xatırlayacaq. Olsun. Elə belə yaxşıdır!”.

Ədəbiyyatşünas-professor Vaqif Sultanlının son illər yazdığı əsərlər ədəbi tənqidin diqqətini cəlb edib. Filologiya üzrə fəlsəfə doktoru Nərmin Cahangirova diqqəti “Kül qəfəs”, “Zolaqlı yuva” hekayələrinə yönəldir və insan iztirabının məharətlə qələmə alındığını bildirir.

Oqtay Əhmədovun “Köhnə məhəllənin uşaqları” povesti Bakı şəhərində bir məhəllənin təəssübünü çəkən Şirbalanın faciəsindən bəhs edir. Əslində isə məhəllə Bakı şəhərinin özünü simvolizə edir. Yazıçı müşahidəsi və təhkiyəsi maraqla izlənilir.

Yazıçı Varisin son beş ildə bir neçə kitabı nəşr olunub. Onların içərisində “Son məktub” və “Yanvarın on üçüncü günü” daha çox diqqəti cəlb edib. “Son məktub” əsərində İstanbulda məcburən mühacirət həyatı yaşayan bir qadının acınacaqlı taleyindən danışılır. Adını çəkdiyimiz digər fəlsəfi-psixoloji romanda isə əsərin qəhrəmanı yanvarın ilk on üç günü ərzində öz yaşantılarından danışır və hər günün sonunda bir ibrətamiz hekayə söyləyir.

İlqar Rəsulun “Getmə. ” romanı maraqlı süjetə və təhkiyəyə malikdir. Keçidlər insan ovqatı kimi dəyişkəndir. Nostalji hisslər yoluxdurucudur. “İnsan və zaman, xeyir və şər, insan münasibətləri və xoşbəxtlik, həyat və ölüm – bütün bunlar iki müstəvidə öz əksini tapır – gerçəklik bəzən mistik auraya bürünür, simvolik xarakterli lövhələr isə xəyali ümumiləşdirmələrdə bütöv bir tablo yaradır” – deyə romanın annotasiyasında qeyd olunur.

Mübariz Örənin “Balıq gülüşü” kitabına daxil edilmiş maraqlı hekayələrdən ən diqqətimi çəkən “Qar tanrısı” oldu. Bu hekayədə insanın daim zirvələrə can atması və bunun sonunda bir faniliyin olması anladılır. Hekayədən Avropa düşüncəsinin qoxusu gəlsə də, şərqli qələminin məhsulu olması aydın gözə çarpır.

Cavid Zeynallı gəncliklə orta nəslin sərhədində olduğuna və son iki hekayəsi diqqət çəkdiyinə görə qısaca danışmaq istərdim. Onun “Tarix müəlliminin kədəri” müzakirələrə də səbəb oldu. Müxtəlif və fərqli fikirlər səsləndi. Yazıçı Rəşad Məcid hekayəni belə dəyərləndirib və onunla razılaşıram: “Cavidin hekayəsini “Ədəbiyyat qəzeti”ndə oxudum. Əvvəlcə indi az rast gəlinən su kimi axıcı dilə, oynaq təhkiyəyə heyran oldum. Əsərin qəhrəmanının təzadlı ovqatı məni çulğadı, pul tapıb narahatlıq keçirən kasıb, saf kənd müəlliminin düşüncələrinə inanmaq istəməsəm də, yazıçı peşəkarlığının diktəsilə inanmağa məcbur oldum, gözlənilməz sonluqdan təsirləndim”.

Cavidin daha bir hekayəsi “Coğrafiya müəlliminin pencəyi” də oxşar ovqatın məhsuludur. Bu da yəqin, onun müəllimlərə sevgisindən irəli gəlir.

Tamara Vəliyevanın “Günəşin arxasında”, Əyyub Qiyasın “Snayper”, Şərif Ağayarın “Şəkil” hekayələri də yaddaqalan olub.

Bəyəndiyim və son oxuduğum yığcam hekayə şair və publisist kimi tanıdığımız Qulu Ağsəsin qələminə məxsusdur. “Duman” adlanan hekayədə Qarabağ müharibəsi öncəsi erməni-azərbaycanlı münasibətlərindən söz açılır.

Daha bir istedadlı şairimiz Xəyal Rza da, deyəsən, nəsrə keçid etməkdədir. Onun “Meşəbəyinin qonaqlığı” hekayəsi incə yumoru və təhkiyəsi baxımından cəlbedicidir.

Şabranda yaşayan yazıçı Aydın Tağıyevin imzası hekayələr müəllifi kimi hamımıza yaxşı tanışdır. Onun ilk irihəcmli əsəri – “Yuxuda qətl” povesti ötən dövrdə çap olunub. Bu əsərdə də o, hekayələrində olduğu kimi (“Alma oğurlayan divlər”, “Buz heykəllər əriyir”, “Dan üzü ölən adam” və s.) insanın özünü islah edib tərbiyələndirməsini ön plana çəkib. Onun mətbuatdan izlədiyim “İspan çəkməsi” adlı romanından parçaları da oxumuşam və ümid edirəm ki, maraqlı bir əsər ortaya çıxacaq.

Cavan yazıçımız Təranə Vahidin yığcam hekayələri də yaxşı mənada müzakirələrə səbəb olub. Yazıçı Seyran Səxavətin sözlərinə diqqət yetirək: “Gənc yazarlardan, mənim üçün bir tapıntı sayılan nasir Təranə Vahiddir. Onu oxuyandan sonra sanki dünyanın ən böyük yazıçılarından birini tapmışam. Biz bəzən özümüz özümüzə qiymət vermirik. Amma düşünürəm ki, o yazar mənim üçün bir hadisədir. Təranə Vahidin bütün yazılarını oxumuşam və deyərdim ki, möhtəşəm bir yazıçıdır”.

Təranə Vahidin “Mən toz dənəsiyəm”, “Qarışqa təqvimi”, “Durna adam”, “Göy üzü qanamışdı”, “Quş dili”, “İntihar”, “Qorxu çiçəkləri”, “Dəfn nəğmələri”, “Qırmızı quyu”, “Xırda bəhanələr” hekayələri yaddaqalan olub.

Poeziyadan nəsrə uğurlu keçid edən xanım yazıçılarımızdan biri də Narıngül Nadirdir. Onun “Qar çiçəyi” adlı nəsr kitabında yazarın modern üslubda qələmə alınmış hekayə, esse və publisistik yazıları yer alıb. İnsanın fərdi düşüncəsinin üzə çıxarılması, mürəkkəb qadın dünyasının sirlərinin açılması, psixoloji məqamların dəqiqliklə, incə detallarla sərgilənməsi kitabdakı yazıların əsas xüsusiyyətini təşkil edir.

Pərvin son dövr müxtəlif səpkili janrlara müraciət etsə də, publisistikadan sonra onun ən çox işlədiyi janr hekayədir.

Son vaxtlar yazıçının “525-ci qəzet”də “Dəniz” Aptek” və “Ala qarğa” adlı iki hekayəsi dərc olunub. Həmin hekayələrdə zamanların və sivilizasiyaların toqquşması qələmə alınıb. Əsasən şəhər mühitindən bəhs edən, insan taleyi və yaddaşsızlığını ön plana çəkən bu hekayələr haqqında tənqidçi Əsəd Cahangir belə yazır: “Pərvinin hekayələrində diqqəti çəkən nədir? Bu hekayələr toplum, təbiət və insan haqda söz demək üçün material verir, onların altyapısı, gözəgörünməz fundamenti var, mətnlər sadəcə qaba, kobud nasir stixiyası hesabına yox, həm də ağlın, savadın müdaxiləsi ilə yazılıb – bir sözlə, bu hekayələrin elmi var”.

Ötən beş il ərzində yazıçı-dramaturq Firuz Mustafanın nəsr yaradıcılığı öz miqyası və mövzu rəngarəngliyi ilə diqqəti cəlb edib. Əsərlərindən ibarət 30 cildliyini nəşr edən yazıçının “Payız süvarisi” povestinin qəhrəmanları yeni dövrün fransız və azərbaycanlı vətəndaşları olsalar da, hadisələr öz ilkin qaynağını İkinci Dünya savaşından götürür. Fransada müqavimət hərəkatının döyüşçüsü olmuş Rəhman Əsgərovun həyatı fonunda baş verən gərgin-dramatik hadisələr öz psixoloji dərinliyi ilə oxucunu cəlb edir.

“Ölü dildə sevgi məktubları”, “Qatillər” və s. hekayələrində müasirlərimizi narahat edən problemlərə toxunulub.

Öz məhsuldarlığı ilə seçilən Mübariz Cəfərlinin “İkinci Adəm” romanını qeyd etmək istərdim.

Çoxsaylı kodu olan bu romanda Nizaminin əsərləri ilə paralellər aparılmaqla yanaşı, nəsrin imkanlarının genişliyi nəzərə çarpır.

Bu əsərdə zaman-məkan anlayışı itir, hazırlıqlı oxucu dünya yaranandan bu günümüzəcən zamanın müxtəlif qatlarında gərdiş eləyir. Bu əsəri sonsuzluğa həsr olunan roman da adlandırmaq olar.

Natiq Məmmədlinin 2017-ci ildə işıq üzü görmüş “Bekketə salam” toplusunda yer almış on hekayəsi son illərin qələm məhsuludur. Müəllifin sayca üçüncü kitabındakı hekayələr həyata müxtəlif baxış bucaqlarından işıq salır, fərqli adamlar və oxşar talelər əsərlərin ana xəttini təşkil edir.

Natiq Məmmədlinin hekayələrində qələmə alınan əhvalatların çoxu sadəcə danışılır, müəllifin müdaxiləsi, münasibəti duyulmur. Nəticə haqqında düşünmək oxucunun öz ixtiyarına verilir. Bir məziyyət də diqqətimi çəkdi ki, müəllifin sözə münasibəti çox məsuliyyətlidir. Bu mənada onun qələmindən çıxan hər bir hekayənin öz məntiqi, öz ünvanı və məramı var. “Bekketə salam”, “Şuşa dumanı”, “Professor və samuraylar”, “Tiflis yolçuları”, “Günah” və s. mənəvi dəyərlərimizin hifz edilməsinə yönəlib.

Mirmehdi Ağaoğlunun “Bu gün səbr elə” romanı keçid dövrünün qayğıları ilə yaşayan ər-arvadın müxtəlif yollarla varlanmaq həvəsi və hər dəfə uğursuzluğa düçar olması barədədir.

2015-ci ildə Zemfira Məhərrəmlinin povest, hekayə, mənsur şeirlər və esselərindən seçmələrin toplandığı “Oyuncaq” adlı əsəri çap edilmişdir. “Oyuncaq” povestində Nərgiz və Rəsul sevgisi Leyli-Məcnun silsiləsinin bir çalarıdır. Leyli Məcnuna qovuşmadığı kimi, Nərgiz-Rəsul sevgisi də baş tutmur. Müəllif onların qəlb çırpıntılarını, mehriban, isti münasibətini, ünsiyyətini real təsvir edir. Böhranlı çağlar, ortaya çıxan maneələr, mənəvi fırtınalar iki gəncin məhəbbətinə sədd çəkir. Müəllif təhkiyə üsullarından bəhrələnərək, təsvir etdiyi hadisələrin əsl mahiyyətini açmağa çalışır və odur ki, bu olaylar oxucular tərəfindən real qavranılır.

Kənan Hacının “Fironun dəftəri” əsərini də qeyd etmək istərdim. Roman mənəvi dəyərlərdən daha çox, maddi dəyərlər uğrunda savaşan və bütün insani keyfiyyətlərini itirmiş bir gəncin həyatından bəhs edir. Eyni zamanda ötən əsrin 90-cı illərindəki mürəkkəb, ziddiyyətli dövr təsvir edilir. “Fironun dəftəri” qədim Misir hökmdarı ilə müasir insanın arasında əlaqə yaradır. Musa peyğəmbər və Tanrı ilə mübarizə aparan fironla müasir firon qarşılaşdırılır. Taledən qisas almaq. İtirdiklərinin heyifini çıxmaq. Əsərin əsas ideyası, məncə, budur.

Ötən dövr (2015-2016) Eyvaz Zeynalovun iki romanı çap olunub: “Ömrə atılan daş” və “Alın yazısı”. Hər iki romanda insan taleyindən, qəhrəmanların keşməkeşli həyatından və yaşam uğrunda mübarizələrindən bəhs edilir. Bu baxımdan “Alın yazısı” romanını fərqləndirərdim.

Əsərdə bir insanın nadir rast gəlinən macəra dolu həyatından danışılır. Romanın qəhrəmanı ömrü boyu arzuladığı əsərləri yazmaq fürsətini qaçırsa da, əvəzində bir neçə romana sığacaq qədər zəngin həyat təcrübəsi qazanır.

Son olaraq danışmaq istədiyim əsər Mənzər Niyarlının “Vətəndən vətənə” romanıdır. Bu əsərdə müəllif itmiş uşaqlığını və onun izlərini axtarmaq məqsədilə Güney Azərbaycana gedir, xatirələr burulğanında şirinli-acılı ovqat yaşayır və bu ovqat oxucuya da təsir edir.

Mən bu qədər. Ümid edirəm ki, tədbirə qatılanlar və sonradan məruzəni oxuyanlar onda akademik gəlişmə və təhlil axtarmayacaqlar.

Bu, sadəcə ötən beş il nəsrinə yaradıcı yanaşma və qısa icmaldır.

Fevral-aprel, 2020

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

Öz taleyini yazmaq.

“Müzakirə”də cavab axtardığımız bu suallar ədəbiyyatın bu janrının məşhur olmaqla bərabər, həm də çətin olduğunu ortaya çıxardı.

Bu janr səmimiyyət tələb edir

Tənqidçi Cavanşir Yusiflinin fikrincə, sırf avtobioqrafik əsərlər az yazılır: “Amma əsər, bədii mətn tale ilə bağlı olduğundan orda yazarın bəlkə hüceyrələrində gizli qalan nəsnələr əksini tapır, ancaq buna avtobioqrafiya demək olarmı, bilmirəm. Sovet dövrünün bitməsindən və quruluşun dağılmasından sonra əsl, xalis “avtobioqrafik element” də dərinlərə çəkildi. Başladı digər insanların həyatına müdaxilə. Ağına-bozuna baxmadan hər kəsin həyatı nəsrin və publisistikanın mövzusu oldu. İnsanlar vətəni qarış-qarış və yenidən “dərk” etməyə başladılar. Rayon və kəndlərin “tarix” və “salnamələri” yazıldı. Zamanı arxada buraxmış yazıçılarımızın ədəbiyyat haqqında yazdıqları esse və kitablarda onların bədii tərcümeyi-halları əksini tapıb və bu kontekstdə çox maraqlı nüanslardan bəhs etmək mümkündür”.
Tənqidçinin fikrincə, Anarın “Gecə düşüncələri” əsəri bu mənada unikal bir mənbədir. Belə ki, bədii avtobioqrafiya bu əsərdə mükəmməl şəkildə əksini tapıb. C.Yusifli avtobioqrafik janra ehtiyac olduğunu deyir: “Bir qayda olaraq, köhnə zamanlarda insanlar bu işi bütün əsas yazıları qələmə aldıqdan sonra edərdilər. Amma bir çox qəliz məsələ var. Bu janr yazıçıdan səmimiyyət tələb edir (yəni bunsuz, yenə də yəni, bu olmadan dediyimiz janr alınmır, milyon söz yığını olur). İndi düşünürəm, peşəsi difiramba olan yazarlar yaşlaşanda belə bir şey yaza biləcəklərmi? Çətin. Dayanmadan, nəfəs dərmədən şeir yazan şairə bir məqamda “durun” deyin, mətnlərinin içində taleyin yoxdur, çoxlu bənzətmələr var və sən sosial şəbəkələrdə onların bəyənilməsindən qeyri bir şey arzulamırsan”.

Bu janrda yazmağı düşünmürəm

Gənc yazar Aqşin Yeniseyin fikrincə, avtobioqrafik əsər sarıdan ədəbiyyatımız həmişə korluq çəkib: “Çünki bizdə həyatı əsərə yarayacaq qədər maraqlı keçən yazı adamı çox az olub həmişə. Həyatı maraqlı olanlar isə kitabdan, yazıdan uzaq adamlardır. Ev-kafe-məscid arasında vurnuxan yazıçı nə üçün avtobioqrafik əsər yazmalıdır və yazmağa girişsə belə, nədən yazacaq ki, oxuculara maraqlı olsun?” Yazarın fikrincə, yazıçılar bu janra müxtəlif səbəblərdən müraciət edirlər: “Məsələn, Çörçilin dörd cildlik memuarları İngiltərənin iki dünya müharibəsindəki tarixini əhatə edən çox maraqlı faktlarla zəngindir. Yaxud Gertsenin memuarında çar Rusiyasının qocalıq dövrünü əks etdirən çox ətraflı təsvirlər var. Başqa bir türk diplomat yazıçısı Yaqub Qaraosmanoğlunun “Zorən diplomat” əsərində İkinci Dünya müharibəsi ərəfəsində Avropa ölkələrindəki hərbi-siyasi-diplomatik gərginliklər haqqında çox maraqlı faktlara toxunulub və s.” A.Yenisey bu tip əsərlərə ehtiyac olduğunu bildirir. Belə ki, siyasi tarixdə mütləq təhriflərə yol verilir, mövcud hakimiyyətlərin, dövlətlərin dünya siyasətindəki mövqeyinin yazılan rəsmi tarixə müdaxiləsi qaçılmazdır: “Memuarlar isə gələcək nəsillər üçün ən yaxşı tarixi mənbə ola bilər, əgər o, hansısa sifarişlə yazılmırsa. Ümumiyyətlə, tarixi ədəbiyyat xalq, dövlət üçün bədii ədəbiyyatdan daha əhəmiyyətlidir. Məsələn, “Kitabi Dədə Qorqud”da Qazılıq dağından söhbət gedir. Bu dağın müasir adını daşıyan dağı tapmaqla o zaman bu coğrafiyada hansı xalqın yaşadığını çox asanlıqla müəyyən etmək olar. Sonradan peyda olan ərazi iddialarına qarşı bundan gözəl cavabı heç bir rəsmi tarix verə bilməz”. A.Yenisey özü isə bu janrda yazmağı düşünmür: “Hələ ki bu janrda yazmağı düşünmürəm. Yazsam da, yəqin ki, adı belə olar: “Baxmaqdan savayı gözə nə qaldı?”

Bəlli oxucu kütləsi

Şair-publisist Əkbər Qoşalının fikrincə, bu gün bizdə avtobioqrafik janrda əsərlər yazılır. Belə ki, hər əsərdə yazarın öz keçmişindən bir cizgi, bir iz qalır: “Bəzən yazar, necə deyərlər, yazdığının avtobioqrafik əsər olduğunu qeyd etməyə bilər, lakin bir baxarsan, başdan-ayağa özünü, öz keçmişini yazıb. ” Yazar son illər oxuduğu belə əsərlərə örnək olaraq, qocaman yazıçı Vidadi Babanlının “Mənim gizlinlərim” romanını və Varisin “Metamorfoz”una daxil olan “Mənim avtoportretim” əsərinin adını qeyd edir. Ə.Qoşalı hesab edir ki, yazarların bu janra müraciət etməkdə məqsədləri öz yaşamlarını ya tam, ya qismən ilginc sayıb, oxucu ilə bölüşmək istəkləridir: “Bu, hər yazarda uğurlu alınmaya bilir – yazarın özünə ilginc gələn yaşam olayları oxucu üçün ilgiçəkici olmaya bilər. Yazar istedadlısa, öz yaşamını da istedadla qələmə alacaq və avtobioqrafik olub-olmamasına baxmayaraq, ilgi çəkəcək. Necə deyərlər, yazarın istedadı varsa, gerisi (əsərin tipi, janrı) təfərrüatdır. ” Yazarın fikrincə, avtobioqrafik və eləcə də memuar ədəbiyyatının bəlli oxucu kütləsi var: “Şəxsən mənim belə əsərlərə sayğıduyarlığım var. Yazar əlinə qələm alınca, əsərin tipini, janrını fikirləşmiş də ola bilər, fikirləşməmiş də. Əsər qələmə alınmamışdan öncə yazarın içində dolub-daşmırsa, kağız üzərinə əsər deyil, söz yığını – bir-birinə mexaniki bənd edilmiş söz toplusu çıxacaq. Əgər yazar əsərini bəlli bir struktura, bir janrın tələblərinə oturtmaq istəyirsə, onu ikinci dəfə işləyir, bu da bir növ peşəkarlığın, oxucu qarşısında sorumluluğun təzahürüdür deyərdim. Hər bir yazar, bəlkə hər bir insan ilginc dünyaya sahibdir, yetər ki, özü bunun fərqində olsun və bu fərqliliyi qələmi ilə çiçəkləndirə bilsin. ”

Öz həyatını yazmaq

“Aftobioqrafik əsər öz həyatını yazmaqdır, öz tərcümeyi-halını yazmaqdır. Əsasən nəsrdə olur. Formalar müxtəlif ola bilər. Məsələn, gündəlik, xatirələr, lətifələr, müxtəlif görüşlərin təəssüratlarını qələmə almaq və s. ” – deyən yazıçı Kamran Nəzirli hesab edir ki, böyük həyat təcrübəsi keçmiş insanlar, yazıçılar bu janrdan adətən ömürlərinin ahıl çağlarında istifadə edirlər. Yəni mənalı, yaxud ibrətamiz həyat və yaradıcılıq yollarına fərdi qaydada nəzər salırlar: “Avtobioqrafik əsərin estetik və tarixi mahiyyəti, dəyəri də məhz bundadır. Avtobioqrafik əsər bədiilik və tarixi sənədlərlə uzlaşanda daha maraqlı olur. Ədəbi avtobioqrafiyada faktlardan istifadə olunur. Tarixləri, illəri, zaman və məkanı dəqiq göstərməlisən. Yazıçı həyatının müəyyən vaxt çərçivəsində daha önəmli hadisələri, təmasda olduğu insanları dəqiq vaxtı və adlarıyla verir. Məsələn, rus ədəbiyyatında Tolstoy, Qorki, Bulqakov kimi yazıçılar da belə əsərlər yazıblar. Onlar öz həyat və yaradıcılıqları barədə məlumat verməklə daha dəqiq mənbə təqdim ediblər”. Yazıçı bildirir ki, avtobioqrafik əsər roman da, povest də, hekayə də ola bilər. Qorkinin “Mənim universitetlərim” və “Uşaqlıq” avtobioqrafik əsərləri roman janrındadır, Çörçilin Birinci Dünya müharibəsi barədə xatirələri ictimai-siyasi-tarixi xatirələrdir. Elə bu avtobioqrafik əsərə görə də yeganə dövlət xadimidir ki, ədəbiyyat üzrə Nobel mükafatı alıb. K.Nəzirlinln fikrincə, ötən əsrdə daha çox avtobioqrafik əsərlər yazılıb və səbəbləri müxtəlifdir: “Düşünürəm ki, belə əsərlərin yazılmasına təkan verən amillərdən biri emiqrasiya problemi olub. Vətəndən uzaqda yaşamaları onları məcbur eləyib ki, bu əsərləri yazsınlar”.
Yazıçı hesab edir ki, avtobioqrafik əsərin meydana gəlməsində əsas səbəblərdən biri də müharibələrdir: “Müharibələrin törətdiyi fəsadlardır, totalitarizmdir, konslagerlərdir, həbs düşərgələridir və s. Bu amillər həm emiqrant ədəbiyyatında, həm də modernist avtobioqrafik ədəbiyyatlarda özünü göstərir. Burada təkcə xatirələrdən söhbət getmir, bu, bədii mətndir. Reallıqla mistika və mifin qarışığı da olur burada. Məsələn, bu, Nabokovun “Özgə sahillər” romanında daha çox hiss olunur”. Yazıçıya görə, səbəblərdən biri də insan yaddaşıdır: “Burda təsvir olunun əşya, mətn, fakt, predmet olur predmet. Yazıçı öz yaddaşını fərdiləşdirir, nəticə isə fərqli olur- ictimailəşir”. K.Nəzirli bir gün yeni strukturda, ənənəvi olmayan bir əsər yazacağını düşünür: “Əlbəttə, avtobioqrafik əsər yazarkən yazı prosesi o qədər dinamik olur ki, mətndə bütün janrın xüsusiyyətlərini qorumaq mümkün olmur. Mən belə əsərlərə rast gəlmişəm. Bir də görürsən ki, mətndə məşəqqətli uşaqlıq və gənclik illəriylə bağlı xatirələri sosial əlaqələr mövzusu üstələdi. Sonra tarixi sənədləri izah etmək məcburiyyəti yaranır və s. Bunları epik janrda verməyin özü də bir növ elə ədəbiyyatdır”.
Yazıçı son zamanlar oxuduğu avtobioqrafik əsər kimi mərhum yazıçımız Cəmil Əlibəyovun “Zəmanələrlə üz-üzə” avtobioqrafik tarixi əsərinin adını çəkir: “Mənə elə gəlir ki, bir qayda olaraq ömrün payız çağında qələmə alınan belə əsərlər yazıçının həm həyat və yaradıcılığının təzadlarına açar salır, həm də əsrin, zamanın qəribəliklərinə, gerçəklik və yalanlarına şahidlik edir, bir nəslin, yaxud da bütöv bir şəcərənin bədbəxlik və xoşbəxtlikləri haqqında həqiqəti bilmək istəyən cavan və yeni nəslə cığır açır. Bu halda yazı və mətn memuar çərçivəsindən çıxır, bədii avtobioqrafiyaya dönür. Canlı xatirə, sənədli roman, tarixi araşdırma, esse-təhlil, bütün bu üslublar ortaya çıxır. Belə əsərlərin əhəmiyyəti bir də ondadır ki, o, təkcə bir yazıçının, bir ailənin, bir nəslin hekayəti çərçivəsinə sığışmır, qlobal, sivil dünyaya yön alır, keçmişdən ibrət götürmək əmsalı qazanır”.

Yazacağım memuar maraqlı olacaq
Səyahət və memuar ədəbiyyatının orta əsrlərdə, müasir roman janrından çox öncə yaranmağa başladığını qeyd edən yazıçı Fazil Güneyin fikrincə, bu ədəbi janrda yazılan kitablar bütün ölkələrdə oxucular tərəfindən maraqla qarşılanır. Belə ki, qələm sahibinin öz istedad və fantaziyasına güc verib yazdığı bədii nəsr nümunələrindən fərqli olaraq, memuar ədəbiyyatı öz müəllifini real olaylar çərçivəsində saxlayır: “Müqayisə üçün deyək ki, bədii nəsrin ən populyar janrı olan roman sərhəd, çərçivə tanımır. Müəllifi şeirdəki kimi qafiyə və vəzn, dram əsərlərindəki səhnə tələbatı məhdudlaşdırmır, roman oxucusunu göyün ənginliyinə qaldırıb, dənizin dərinliyinə endirir. Lakin tarixi romanlar və memuarlar bir az fərqlidir: tarixi olaylar və faktiki gerçəkliklər məhək daşı təki daima müəllifin başı üstünü kəsdirir. Bir qayda olaraq memuar ədəbiyyatının müəllifləri tanınmış şəxsiyyətlər olurlar. Onların keçdiyi həyat yolu nə qədər zəngin olsa, yazdıqları da oxucular tərəfindən bir o qədər maraqla qarşılanır”.
Yazıçı hesab edir ki, çağdaş ədəbiyyatımızın öndərləri – Anar, Elçin memuar ədəbiyyatına aid uğurlu əsərlər yazıblar: “Klassiklərdən mənim ilk oxuduğum avtobioqrafik əsər Yusif Vəzir Çəmənzəminlinin «Studentlər» memuarı olub. Son illər mənim diqqətimi çəkən, maraqla oxuduğum tanınmış şair və nasir, tənqidçi Nizaməddin Şəmsizadənin “Mən kiməm?” və şərqşünas alim, professor Kamandar Şəriflinin «Ömürdən yarpaqlar, gördüyüm torpaqlar» avtobioqrafik əsərləridir. «Ömrüm boyu nəyisə axtardım, itirəndə bildim ki, axtardığım itirdiyim imiş» yazır Nizaməddin Şəmsizadə öz memuarında”.
F.Güneyin fikrincə, memuar ədəbiyyatının müəllifləri əsasən yaşlı adamlardır: “Bu, belə də olmalıdır. İnsan gərək bir ömür yaşasın, çalışsın, həyatda əlləşib vuruşsun ki, yazmağa, özündən sonra deməyə sözü olsun”.
F.Güney özü də memuar yazmağa başladığını deyir: “Ancaq yazacağım əsər çoxsahəli, çoxsüjetli olacaq. 17 yaşım tamam olmamış mətbuatda işləməyə başlamışam. Amma baza təhsilim ərəb dili tərcüməçiliyidir. Suriyada, İraqda, Liviyada, Almatıda (Qazaxıstanda) işləmişəm, Əlcəzair Universitetində oxumuşam. Bundan başqa, günbatanda Mərakeşdən tutmuş gündoğanda Malayziyaya, quzeydə Londondan, Parisdən, Peterburqdan tutmuş cənubda Sudanadək səyahət etmişəm. Xatirələrim zəngindir: iki hərbi çevrilişi görmüşəm, İsrail-ərəb müharibəsinin iştirakçısı olmuşam, ABŞ prezidenti Ronald Reyqanın Müəmmər Qəzzafinin mənzil-qərargahını dərinlik bombaları ilə vurdurarkən yaranan zərbə dalğalarını beş-altı yüz metrlikdən dizlərimdə hiss etmişəm…”
Yazıçı hesab edir ki, İkinci Dünya müharibəsi bitən il doğulduğu Cəbrayıldan başlanıb çox uzaqlara getmiş həyatından yazacağı memuar maraqlı olacaq: “Dilmanc» adlanan bu memuarın birinci fəsli artıq hazırdır”.

Fransuaza Saqan

Fransuaza Saqan’ və ya əsl adıyla Fransuaza Kore ( 21 iyun 1935 ( 1935-06-21 ) [1] [2] [3] […] , Cajarc [d] – 24 sentyabr 2004 ( 2004-09-24 ) [2] [4] [5] […] , Honflyor ) — Fransız yazıçısı və ssenaristi. Yazıçı, Franzua Moriak tərəfindən verilən “cazibədar kiçik canavar” adıyla da tanınır. Saqan, burjua obrazları olan güclü romantik əsərləri ilə tanınır.

Mündəricat

  • 1 Həyatı
  • 2 Əsərləri
    • 2.1 Romanlar
    • 2.2 Qısa hekayələri
    • 2.3 Avtobioqrafik əsərlər

    Saqan, Fransanın Kajar vilayətində dünyaya gəlmiş və burada olan Lot əyalətində böyümüşdür. Uşaqlıqdan heyvanlara qarşı xüsusi heyranlığı olmuşdur. Bu müddətdə “Kiki” ləqəbi ilə tanınan Saqan varlı bir ailənin ən kiçik qızı idi. Atası bir şirkətin müdiri, anası isə torpaq sahələri olan bir ailənin qızı idi. Müharibə vaxtı Dofine bölgəsinə köçən ailə bunun ardınca Verkora gedir. Saqan 1953-cü ildə Sorbonnaya qəbul imtahanlarından keçə bilmədi. Daha sonra, bu universitetə qəbul olsa da, universiteti yarımçıq atmışdır.

    İlk əsəri olan “Salam kədər” romanı, 1954-cü ildə, Saqan 18 yaşında olarkən nəşr edilmişdir. Kitab, qısa müddətdə beynəlxalq səviyyədə uğur əldə etmişdir.

    Romanlar

    • Salam, kədər! (1954, Bonjour Tristesse)
    • Acı təbəssüm (1955, Un certain sourire)
    • Dans un mois, dans un an (1957, Those without shadows)
    • Bramsı sevirsinizmi? (1959, Aimez-vous Brahms?)
    • Les Merveilleux Nuages (1961, “Wonderful Clouds”)
    • Toxique (1964)
    • Le Garde du cœur (1968, The Heart-Keeper)
    • Un peu de soleil dans l’eau froide (1969, Sunlight on Cold Water)
    • Des bleus à l’âme (Scars on The Soul) (1972)
    • Un profil perdu (1974, Lost Profile)
    • Bricit Bardo (1975)
    • Le lit défait (1977, The Unmade Bed)
    • Le Chien couchant (1980)
    • La femme fardée (1981, The Painted Lady)
    • Un orage immobile (1983)
    • De guerre lasse (1985)
    • La Maison de Raquel Vega (1985)
    • Sarah Bernhardt, ou le rire incassable (1987)
    • Un sang d’aquarelle (1987)
    • La Laisse (1989)
    • Les Faux-Fuyants (1991)
    • Chagrin de passage (1994)
    • Le Miroir égaré (1996)

    Qısa hekayələri

    • Les yeux de soie (1975, Silken Eyes)
    • Musiques de scène (1981)

    Avtobioqrafik əsərlər

    • Toxique (1964)
    • Réponses (1975)
    • Avec mon meilleur souvenir (1984)
    • Répliques (1992)
    • . Et toute ma sympathie (1993, ‘Avec mon meilleur souvenir əsərinin davamı)
    • Derrière l’épaule (1998)

    İstinadlar

    1. 123 Саган Франсуаза // Большая советская энциклопедия: [в 30 т.] / под ред. А. М. Прохорова — 3-е изд. — М. : Советская энциклопедия, 1969.

    Xarici keçidlər

    • Litweb.net
    • The Paris Review – Röportaj
    • BBC sayfası

    Avqust 12, 2021
    Ən son məqalələr

    Bəhmən Mirzə xəzinəsi

    Bəhmən Qubadi

    Bəhmən Quliyev

    Bəhmən Vətənoğlu

    Bəhmən mirzə Qovanlı-Qacar

    Bəhmən Əliyev

    Bəhmənabad (Miyanə)

    Bəhmənabad (Sərab)

    Bəhmənli

    Bəhmənli xalçaları

    Ən çox oxunan

    Gi de Mopassan

    Gibbs enerjisi

    Gibson səhrası

    Gicgah epilepsiyası

    Gicgah sümüyü

    fransuaza, saqan, əsl, adıyla, fransuaza, kore, iyun, 1935, 1935, cajarc, sentyabr, 2004, 2004, honflyor, fransız, yazıçısı, ssenaristi, yazıçı, franzua, moriak, tərəfindən, verilən, cazibədar, kiçik, canavar, adıyla, tanınır, saqan, burjua, obrazları, olan, g. Fransuaza Saqan ve ya esl adiyla Fransuaza Kore 21 iyun 1935 1935 06 21 1 2 3 Cajarc d 24 sentyabr 2004 2004 09 24 2 4 5 Honflyor Fransiz yazicisi ve ssenaristi Yazici Franzua Moriak terefinden verilen cazibedar kicik canavar adiyla da taninir Saqan burjua obrazlari olan guclu romantik eserleri ile taninir Fransuaza Saqanfr Francoise SaganDogum tarixi 21 iyun 1935 1935 06 21 1 2 3 Dogum yeri Cajarc d Vefat tarixi 24 sentyabr 2004 2004 09 24 2 4 5 69 yasinda Vefat yeri HonflyorVefat sebebi agciyer arteriyasinin tromboembolizmi d Defn yeri 6 Vetendasligi FransaTehsili Attemer d Paris UniversitetiFealiyyeti yazici dramaturq roman yazicisi ssenarist bioqraf d kinorejissor d Fealiyyet illeri 1954 cu ildenEserlerinin dili fransizcaJanr roman esse teatr poeziyaTaninmis eserleri Salam kederfrancoisesagan fr Vikianbarda elaqeli mediafayllar Mundericat 1 Heyati 2 Eserleri 2 1 Romanlar 2 2 Qisa hekayeleri 2 3 Avtobioqrafik eserler 3 Istinadlar 4 Xarici kecidlerHeyati RedakteSaqan Fransanin Kajar vilayetinde dunyaya gelmis ve burada olan Lot eyaletinde boyumusdur Usaqliqdan heyvanlara qarsi xususi heyranligi olmusdur Bu muddetde Kiki leqebi ile taninan Saqan varli bir ailenin en kicik qizi idi Atasi bir sirketin mudiri anasi ise torpaq saheleri olan bir ailenin qizi idi Muharibe vaxti Dofine bolgesine kocen aile bunun ardinca Verkora gedir Saqan 1953 cu ilde Sorbonnaya qebul imtahanlarindan kece bilmedi Daha sonra bu universitete qebul olsa da universiteti yarimciq atmisdir Ilk eseri olan Salam keder romani 1954 cu ilde Saqan 18 yasinda olarken nesr edilmisdir Kitab qisa muddetde beynelxalq seviyyede ugur elde etmisdir Eserleri RedakteRomanlar Redakte Salam keder 1954 Bonjour Tristesse Aci tebessum 1955 Un certain sourire Dans un mois dans un an 1957 Those without shadows Bramsi sevirsinizmi 1959 Aimez vous Brahms Les Merveilleux Nuages 1961 Wonderful Clouds Toxique 1964 Le Garde du cœur 1968 The Heart Keeper Un peu de soleil dans l eau froide 1969 Sunlight on Cold Water Des bleus a l ame Scars on The Soul 1972 Un profil perdu 1974 Lost Profile Bricit Bardo 1975 Le lit defait 1977 The Unmade Bed Le Chien couchant 1980 La femme fardee 1981 The Painted Lady Un orage immobile 1983 De guerre lasse 1985 La Maison de Raquel Vega 1985 Sarah Bernhardt ou le rire incassable 1987 Un sang d aquarelle 1987 La Laisse 1989 Les Faux Fuyants 1991 Chagrin de passage 1994 Le Miroir egare 1996 Qisa hekayeleri Redakte Les yeux de soie 1975 Silken Eyes Musiques de scene 1981 Avtobioqrafik eserler Redakte Toxique 1964 Reponses 1975 Avec mon meilleur souvenir 1984 Repliques 1992 Et toute ma sympathie 1993 Avec mon meilleur souvenireserinin davami Derriere l epaule 1998 Istinadlar Redakte 1 2 3 Sagan Fransuaza Bolshaya sovetskaya enciklopediya v 30 t pod red A M Prohorova 3 e izd M Sovetskaya enciklopediya 1969 lt a href https wikidata org wiki Track Q17378135 gt lt a gt 1 2 3 4 5 6 Bibliotheque nationale de France BnF identifikatoru aciq melumat platformasi 2011 lt a href https wikidata org wiki Track Q193563 gt lt a gt lt a href https wikidata org wiki Track Q19938912 gt lt a gt lt a href https wikidata org wiki Track P268 gt lt a gt lt a href https wikidata org wiki Track Q54837 gt lt a gt 1 2 3 Itau Cultural Enciclopedia Itau Cultural Sao Paulo Itau Cultural 1987 ISBN 978 85 7979 060 7 lt a href https wikidata org wiki Track Q174 gt lt a gt lt a href https wikidata org wiki Track P4399 gt lt a gt lt a href https wikidata org wiki Track Q10304263 gt lt a gt lt a href https wikidata org wiki Track Q41599984 gt lt a gt 1 2 3 FemBio Bank informaciyi pro vidatnih zhinok Frauendatenbank Bank dannyh o vydayushihsya zhenshinah lt a href https wikidata org wiki Track P6722 gt lt a gt lt a href https wikidata org wiki Track Q61356138 gt lt a gt 1 2 3 Brockhaus Enzyklopadie lt a href https wikidata org wiki Track Q237227 gt lt a gt lt a href https wikidata org wiki Track P5019 gt lt a gt SEUZAC 46 cimetiere lt a href https wikidata org wiki Track Q100968977 gt lt a gt Xarici kecidler RedakteLitweb net The Paris Review Roportaj BBC sayfasiMenbe https az wikipedia org w index php title Fransuaza Saqan amp oldid 4991050, wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, hersey,

    ne axtarsan burda

    en yaxsi meqale sayti, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, seks, porno, indir, yukle, sex, azeri sex, azeri, seks yukle, sex yukle, izle, seks izle, porno izle, mobil seks, telefon ucun, chat, azeri chat, tanisliq, tanishliq, azeri tanishliq, sayt, medeni, medeni saytlar, chatlar, mekan, tanisliq mekani, mekanlari, yüklə, pulsuz, pulsuz yüklə, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar.

Comments are closed, but trackbacks and pingbacks are open.