Press "Enter" to skip to content

Avtomatlaşdırılmış idarəetmə sistemləri

7.Elektrostatik sahənin parametrlərin əsasında metrik tanıma üsullarıni realizə edən neyron şəbəkələrin çəkilərinin bir anda tapılması imkanı göstərilmişdir.

Müasir texnoloji proseslərin avtomatlaşdırılmış idarəetmə sistemləri ilə bağlı tədqiqatlar aparılır

AMEA İnformasiya Texnologiyaları İnstitutunun növbəti elmi seminarı “Müasir texnoloji proseslərin avtomatlaşdırılmış idarəetmə sistemləri (TPAİS)” mövzusuna həsr olunub.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, məruzəni aparıcı elmi işçi, texnika üzrə fəlsəfə doktoru, dosent Lyudmila Suxostat təqdim edib. O qeyd edib ki, TPAİS bir-biri ilə qarşılıqlı əlaqəli çoxsaylı komponentlərin mürəkkəb kompüter şəbəkələridir, onlar müxtəlif funksiyaları yerinə yetirməklə zavodların, boru kəmərlərinin, elektrik enerjisi istehsalı stansiyalarının və bir çox digər sənaye obyektlərinin təhlükəsiz və səmərəli fəaliyyətini təmin edirlər.

Tədqiqatçı sənaye idarəetmə sistemlərinin təhlükəsizliyini təmin etmək üçün yeni metod və alqoritmlərin işlənməsinin zəruri olduğunu söyləyib. Kiberhücumların aşkarlanması üçün hazırda süni intellekt tətbiqlərində üstünlük təşkil edən maşın təlimi yanaşmalarının geniş tətbiq olunduğunu qeyd edib.

Məruzəçi real istehsal mühitini simulyasiya edən, monitorinq və verilənlərin analizini aparmağa imkan verən, rahat modelləşdirmə interfeysinə malik sınaq stendlərinin inkişaf etdirilməsinin vacibliyini də qeyd edib.

Sonda məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

Şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev sənaye idarəetmə sistemlərində informasiya təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədqiqatların daha da dərinləşdirilməsini tövsiyə edib, bir sıra təkliflər səsləndirib.

Avtomatlaşdırılmış idarəetmə sistemləri

Hər bir şirkət biznesin təşkili, istehsalı və şirkətin gəlirini artırmaq, bununla belə xərcləri azaltmaq üçün mütəmadi olaraq həllər axtarır. Proseslərin avtomatlaşdırılması mühəndisi məhz bununla məşğul olur. Tələbələr məhsulun keyfiyyətini qiymətləndirməyi, konstruktor sənədlərini (çertyoj) hazırlamağı, avtomatlaşdırılmış sistemlərin proqram kompleksini layihələşdirməyi, vəsait və məhsulun sertifikatlaşdırılmasını aparmağı və s. öyrənirlər. Proseslərin avtomatlaşdırılması mühəndisliyini kafedrası, istehsal proseslərinin avtomatlaşdırılması üçün istifadə olunan metod və vasitələrin layihələndirilməsi, yaradılması və istismarı ilə məşğul olan mütəxəssislər hazırlayır. İstehsal sahələrinin avtomatlaşdırılması, kompüter və informasiya texnologiyaları, idarəetmə nəzəriyyəsi, mikroprosessor texnikası, proqramlaşdırılabilən məntiqi kontroller, SCADA, elektronika, ölçmə texnikası, instrumental cihazların layihələndirilməsi müxtəlif sahələrdə əldə edilmiş nailiyyətlərdə istifadə edilir. Proseslərin avtomatlaşdırılması mühəndisliyi mühəndislik və informasiyanın idarə olunmasının birləşməsindən ibarət elm sahəsidir. Belə ki, müxtəlif sistemlər hər istiqamətdə: istehsal xərci, məhsulların keyfiyyəti, iş təhkükəsizliyi, ətraf mühit və bazar tələblərinə cavab eləcə də sənaye inzibatçılığı və idarəçiliyi kimi effektiv işləyə bilər. Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası üzrə təhsilini başa vurmuş tələbələr avtomatlaşdırılmış sistemlərin idarəsi mühəndisliyi, avtomatlaşdırılmış sistemlərin konstruktoru, istehsal proseslərinin mexanikləşdirməsi və optimallaşdırılması mühəndisliyi, proqramçı, avtomatlaşdırılmış idarə sistemlərini işləyib-hazırlayan və s. kimi vəzifələrdə çalışa bilər.

İxtisasın tarixi

Avtomatlaşdırma termini ilk dəfə 1946-cı ildə avtomobil sənayesində mexanikləşdirilmiş istehsal xətlərinin və avtomat qurğuların idarəsində işlənmişdir. Bu termin Ford Avtomobil şirkətinin mühəndisi olan D.S. Harder ilə bağlıdır.

Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri)

➝ Dizayn;
➝ Proqramlaşdırma;
➝ Simulyasiya;
➝ Texniki cihazların modelləşdirilməsi və hesablanması üçün tətbiqetmə proqramlarında işləmək;
➝ Avtomatlaşdırmış maşın və prosesləri test edərək işlərini yekunlaşdırmalı;
➝ Mürəkkəb elektron və elektromexaniki sistemlərin təhlili və sintezi üçün hesablama sxemlərinin tərtib edilməsi;
➝ Konstruktor sənədlərini (çertyoj) hazırlamalı;
➝ Avtomatlaşdırılmış sistemlərin proqram kompleksini layihələşdirməli;
➝ Vəsait və məhsulun sertifikatlaşdırılmasını aparmalı;
➝ Texniki obyektlərin tədqiqatı, dizaynı, istehsalı və istismarı mərhələlərində ekoloji təhlükə dərəcəsinin və insan istehsal fəaliyyətinin təhlükəsinin təhlili və qiymətləndirilməsi;
➝ İlkin dizayn və texniki layihələrin, işçi rəsmlərin nəzərdən keçirilməsində, həmçinin quraşdırma, sınaq, avtomatlaşdırma və mexanizasiyanın tənzimlənməsi, monitorinqdə iştirak;
➝ İstehsalın avtomatlaşdırılması və mexanizasiyası, avtomatlaşdırma və mexanizasiyanın (alətlər, qurğular, avadanlıqlar və s.) alınması üçün ərizələrin hazırlanması tədbirlərinin səmərəliliyinin qiymətləndirilməsi;
➝ Tətbiq olunan avtomatlaşdırma və mexanizasiya vasitələrinin səmərəliliyinin təhlili, aşkar edilmiş çatışmazlıqların, nasazlıqların aradan qaldırılması üçün təkliflərin hazırlanması, satış sonrası xidmət, zəmanət və zəmanət sonrası təmir, istehlak materiallarının dəyişdirilməsi və s.

Harada bu ixtisasa sahiblənmək olar?

  • ➝ Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
  • ➝ Azərbaycan Dövlət Aqrar Universiteti (Gəncə şəhəri)
  • ➝ Azərbaycan Memarlıq və İnşaat Universiteti
  • ➝ Azərbaycan Texniki Universiteti
  • ➝ Azərbaycan Texnologiya Universiteti (Gəncə şəhəri)
  • ➝ Bakı Ali Neft Məktəbi
  • ➝ Bakı Mühəndislik Universiteti
  • ➝ Sumqayıt Dövlət Universiteti
  • → Milli Aviasiya Akademiyası

Bu ixtisas üzrə harada çalışmaq olar?

Məzunlar həm dövlət, həm də özəl sektorda çalışa bilərlər.

➝ Sənaye məhsulları, avtomatlaşdırma sistemləri yaradan şirkətlər (ABB, Emerson, Avandsis Group, Schneider Electric, Rockwell Automation, NOC&A və s.);
➝ Sənaye məhsulları istifadə edən şirkətlər (SOCAR, BP və kağız sənayesi, avtomobil sənayesi, qida və kənd təsərrüfatı sənayesi);
➝ Bina və fərdi evlərin avtomatlaşdırılması kimi qeyri-sənaye sektoru.

Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar)

➝ Kompüterdə proqramlaşdırma və proqram təminatının yaradılması bacarığı;
➝ Yaradıcı düşüncə və detallara yönəlməli;
➝ Problemi ətraflı analiz etmə qabiliyyəti formalaşdırmalı;
➝ Peşəkarlıq;
➝ Komandanın digər üzvləri ilə yaxşı ünsiyyət və liderlik bacarığı;
➝ Layihənin idarə olunması;
➝ Tənqidi düşünmə bacarığı;
➝ Detallara diqqət yetirməyi bacarmaq;
➝ Texnoloji dəyişiklikləri və texniki yenilikləri mənimsəməyi bacarmaq;
➝ Riyazi və arifmetik bacarıqlar;
➝ Texniki bacarıqlar;
➝ Analitik düşüncə;
➝ Süni intellekt;
➝ Əl çevikliyi.

İxtisasın gələcəyi

Təlim prosesində universitetlər, fəaliyyəti dizayn və tədqiqat üçün innovativ proqram vasitələrinin inkişafı ilə əlaqəli olan mütəxəssislər hazırlayır. Gələcək məzunların vəzifələri istehsal proseslərinin avtomatlaşdırılması üçün yeni idarəetmə sistemlərinin və proqramlarının işlənib hazırlanmasını da əhatə edəcəkdir.

Əmək haqqı

Bu ixtisas üzrə başlanğıc əmək haqqı 700 AZN və şirkətlərə əsasən dəyişir.

Azərbaycan Milli Elmlər Akademiyası

İnstitutun yaranma tarixini Azərbaycan ЕА Neft ekspedisiyası nəzdində 1952-ci ilin mayında еlektromodelləşdirmə laboratoriyasının təşkil olunduğu vaxtdan hesablamaq olar. Neft ekspedisiyasının yenidən təşkili ilə əlaqədar olaraq laboratoriya 1956-cı ildə Elmlər Akademiyasının Fizika və Riyaziyyat, 1958-ci ildə isə Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun tərkibinə daxil edilmiş və Hesablama mərkəzi adlandırılmışdır.

50-ci illərin sonunda Respublikaya universal rəqəmli hesablama maşınlarının gətirilməsi hesablama üsulları və proqramlaşdırma sahələrində tədqiqatların aparılmasına təkan verdi, bu da öz növbəsində 1960-cı ildə Hesablama mərkəzinin Elmlər Akademiyasının tərkibində müstəqil təşkilata çevrilməsinə əsas yaratdı. Həmin il Hesablama mərkəzinin tərkibində keçmiş ittifaq miqyasında ikinci olaraq (Ukraynadan sonra) «Elektron hesablama maşınları» laboratoriyası yaradıldı. Bu laboratoriya ölkəmizdə kibernetikanın və informatikanın inkişafına həlledici təsir göstərmişdir. 1965-ci ildə Hesablama mərkəzi əsasında Kibernetika İnstitutu yaradıldı.

Xalq təsərrüfatında avtomatlaşdırılmış idarəetmə sistemlərinin yaradılması və tətbiqi məqsədilə 1971-ci ildə Kibernetika İnstitutunun nəzdində təsərrüfat hesablı “Avtomatlaşdırılmış İdarəetmə sistemləri” şöbəsi yaradıldı (1982-ci ilin martında AİS şöbəsi müstəqil təşkilata, 2002-ci ildə isə İnformasiya Texnologiyaları İnstitutuna çevrildi). Kibernetika İnstitutu “Respublika Avtomatlaşdırılmış İdarəetmə Sistemi”nin yaradılması (1977-1981) üzrə baş təşkilat təyin olunmuşdu.

1978-ci ilin yanvarında institutda işlənən cihaz və qurğuların təcrübi nümünələrinin yaradılması və tətbiqi üçün “Kibernetika” XKB-su təşkil edilmişdir. Təsərrüfat hesablı Büro indi də böyük uğurla fəaliyyət göstərir.

2014-cü ildə Nazirlər kabinetinin qərarı ilə institutun adı “İdarəetmə Sistemləri” İnstitutu olaraq dəyişdirilmişdir.

İnstitut təşkil olunduğu vaxtdan 1965-ci ilə kimi texnika elmləri doktoru, professor Ələsgərov Səid Əmiraslan oğlu, 1965-1970-ci illərdə akademik Hüseynov Əşrəf İsgəndər oğlu, 1970-1988-ci illərdə akademik Allahverdiyev Cəlal Eyvaz oğlu rəhbərlik etmişlər. 1988-2020-ci illərdə institutun direktoru texnika elmləri doktoru, professor, “Şöhrət” ordenli əməkdar elm xadimi, akademik Əliyev Telman Abbas oğlu olmuşdur.

22.01.2021-ci il tarixdən etibarən institutun baş direktoru texnika elmləri doktoru, professor, akademik Abbasov Əli Məmməd oğlu, icraçı direktoru isə texnika elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Sadıqov Əminağa Bəhmən oğludur.

İnstitutun kadr potensialı:

İnstitutda 3 akademik, 5 müxbir-üzv, 30 elmlər doktoru, 52 fəlsəfə doktoru fəaliyyət göstərir.

Hazırda institutda 7 şöbə və 23 laboratoriya fəaliyyət göstərir.

İnstitutda aşağıdakı istiqamətlərdə fundamental nəzəri və tətbiqi elmi tədqiqat işləri yerinə yetirilir:

•İdentifikаsiyа üsulları və idarəetmə sistemləri;

•Texniki və ekoloji sistemlərin texnoloji proseslərinin riyazi modelləşdirilməsi;

• Siqnаllаrın tanınması üsulları və texniki diaqnostika sistemləri;

• İdarəetmənin nəzəri problemləri;

•Yeni nəsil “intellektual, robast -hibrid, nəzarət, diaqnostika, proqnozlaşdırma və idarəetmə sistemlərinin yaradılması;

•Müxtəlif təyinatlı sistemlərdə qərarqəbuletmə üsullаrı;

•Sosiаl-iqtisаdi sistemlərin modelləşdirilməsi.

2021-ci ildə AMEA İdarəetmə Sistemləri İnstitutunda aparılan elmi-tədqiqat işləri əsasında alınan mühüm elmi nəticələr:

1.Obyektlərin texniki vəziyyətinin dəyişməsi zamanı faydalı siqnalla küy arasında korrelyasiya yaranan hallarda küyqarışıq siqnalın korrelyasiya analizinin nəticələrinin adekvatlığını təmin etməyə imkan verən texnologiyalar verilmiş, proqramlar tutulmuş, kompüter eksperimentləri aparılmışdır.

İcraçılar: akademik Telman Əliyev, t.e.d. Qəmbər Quluyev, prof. Nailə Musayeva, t.e.d. Fahrad Paşayev, t.e.d. Asif Rzayev

2.PUA sürülərinin avtonom idarə olunması məqsədi ilə hər bir PUA-nın müstəqil idarə olunması üçün metod və alqoritmlər işlənilmişdir. Tədqiqat işində qeyri-qabarıq optimizasiya metodlarının və ümumi vəziyyətin qiymətləndirilməsi üçün süni neyron şəbəkə modellərinin tətbiqi ilə sistemlər sistemi yanaşmasından istifadə edilmişdir.

İcraçılar: akademik Əli Abbasov, dos. Ədalət Paşayev, dos. Əbülfət Fətullayev, dos. Elxan Səbziyev, t.ü.f.d. Rauf Fətullayev

3.Hərbi poliqonlarda ekosistemlərin vəziyyətini kompleks qiymətləndirmək üçün dekompozisiya modelləşdirilməsi metodunun tətbiqi təklif olunmuşdur. Ekosistemlərin tarazlıq tənliklərinin bazasında hərbi-texnogen təsirlər nəzərə alınmaqla ekosistemlərin vəziyyətinin müşahidəsinin və identifikasiyasının riyazi modeli qurulmuşdur.

İcraçılar: müxbir üzv Əminağa Sadıqov, dos. Ramin Zeynalov, t.ü.f.d. Günay Abdiyeva-Əliyeva

4.Həm toplanmış, həm də paylanmış parametrli dinamik sistemlər üçün qeyri-lokal sərhəd şərtlərinin sağ tərəfindəki mənbələrin optimallaşdırılması məsələsi həll edilmişdir. Ədədi alqoritmlərin qurulması məqsədilə mənbələrin parametrlərinin optimallığı üçün zəruri şərtlər alınmışdır. Proqram təminatı hazırlanmış, test məsələlər üzərində ədədi eksperimentlər aparılmışdır.

İcraçılar: müxbir üzv Kamil Ayda-zadə, prof. Vaqif Abdullayev, r.e.d. Yeganə Əşrəfova

5.Ehtiyatları xarab ola bilən xidmət-ehtiyatlanma sistemlərinin yeni riyazi modelləri qurulmuş, onların ergodiklik şərtləri tapılmış və xarakteristikalarının hesablanması üçün səmərəli ədədi üsullar yaradılmışdır.

İcraçılar: müxbir üzv Ağasi Məlikov, M.O.Şahmalıyev

6.İlk dəfə olaraq həm parabolik tipli diferensial daxilolma, həm də onun diskret analoqlarına münasibətdə qarışıq məsələ ilə təsvir edilmiş idarəetmənin optimal idarə edilməsi məsələləri öyrənilmişdir. Bu problemlərde optimallıq üçün konstruktiv zəruri və kafi şərtler əldə edilir. Test problemi üzərində kompüter eksperimentleri aparılmışdır. İşin nəticələri xarici təsirlərin dəyərləri dəqiq bilinməyən, lakin mümkün dəyərlər çoxluğu şəklində verilən bir çox obyektler üçün idarəetmə sistemlərində istifadə edilə bilər.

İcraçı: prof. Elmxan Mahmudov

7.Elektrostatik sahənin parametrlərin əsasında metrik tanıma üsullarıni realizə edən neyron şəbəkələrin çəkilərinin bir anda tapılması imkanı göstərilmişdir.

İcraçı: dos. Polad Heydərov

Elmi şura

Comments are closed, but trackbacks and pingbacks are open.