Avtomobil daşımaları
Avtomobil nəqliyyatı ilə yük daşımaları sahəsində dövlət nəzarət sistemində böyük boşluqlar artıq illərlə yığılıb. Fəaliyyət göstərən bir çox daşıyıcılara hər hansı ciddi hesabat sənədlərinin olmaması sərfəlidir. Bu, daşıyıcılarla sifarişçilər arasında maliyyə-hüquqi mübahisələr yarandıqda problemlər doğurur, idarəetmənin uçotunun təşkilinə, şəffaf idarəetmə sisteminin və sənəd dövriyyəsinin yaradılmasına mane olur, logistikanın həyata keçirilməsini əngəlləyir.
Beynəlxalq avtomobil daşımaları bazarında Azərbaycan daşıyıcılarının payı artıb
Ötən ilin ilk 6 ayında daşıyıcıların sayı 71 olub. Bu ilin müvafiq dövründə isə bu rəqəm 204-ə çatıb. Beynəlxalq avtomobil daşımalarında iştirak edən nəqliyyat vasitələrinin sayı 2021-ci ilin ilk yarısında 2710 təşkil edib, bu ilin müvafiq dövründə isə 7208-ə yüksəlib. Hər iki göstərici üzrə 2.7 dəfə artım qeydə alınıb. Ümumilikdə 2022-ci ilin yanvar – iyun aylarında daşıyıcılara 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 29.7 faiz daha çox “İcazə” blankı verilib. Bu da beynəlxalq avtomobil daşımaları bazarında Azərbaycan daşıyıcılarının aktivliyinin 22.4 faiz artması deməkdir.
Bu barədə Day.Az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən məlumat verilib.
Azərbaycanla ən çox beynəlxalq avtomobil daşımaları həyata keçirilən ölkələr üzrə ikitərəfli avtomobil daşımaları bazarında 4 faiz artım qeydə alınıb. Ötən ilin yanvar – iyun ayları ilə müqayisədə həmin istiqamətlər üzrə həyata keçirilən daşımalarda Azərbaycan daşıyıcılarının iştirakı 6815 ədəd artıb, xarici daşıyıcıların iştirakı isə 2234 ədəd azalıb. Qonşu ölkələr üzrə Azərbaycan daşıyıcılarının bazar payı Türkiyə istiqamətində 7.7 faiz, Gürcüstan istiqamətində 10.2 faiz, Rusiya istiqamətində 5.4 faiz, İran istiqamətində isə 7.2 faiz artıb.
2021-ci ilin ilk 6 ayı ilə 2022-ci ilin eyni dövrünü müqayisə etdikdə Azərbaycanda beynəlxalq avtomobil daşımaları bazarının 3.2 faiz böyüməsi müşahidə olunur. Bu bazarda yerli daşıyıcıların payının artması da nəzərəçarpandır. Belə ki, Azərbaycanla tərəfdaş ölkələr arasında bazar payı paritetə yaxınlaşır. Ötən il yerli daşıyıcıların payı 39.5 faiz idisə, 2022-ci ildə bu rəqəm 47 faiz təşkil edir.
Xidmətlər
AVTOMOBİL DAŞIMALARI – ən böyük və tez tez istifadə edilən nəqliyyat növlərindən biridir.
Avtomobil daşımalarının üstünlükləri: nəqliyyat vasitələrinin müxtəlifliyi, sürət, səyyarlıq, marşrutun mümkün dəyişməsinə operativ şəkildə uyğunlaşmaq. Maliyyə xərclərinin və çatdırma müddətlərinin nisbəti də həmçinin avtomobil çatdırmasının müsbət amilidir.
Biz fərdi daşıma sxemləri işləyib hazırlayırıq, bu da müştərilərin maliyyə vəsaitlərinə əhəmiyyətli dərəcədə qənaət etməyə və çatdırma vaxtını minimum müddətlərə qədər azaltmağa imkan verir.
Biz yükün verilmiş marşrut üzrə razılaşdırlmış müddətdə yükün çatdırılmasını təmin edirik, yükləmə yerindən boşalma yerinə qədər nəqliyyatın olduğu yeri izləyirik və məlumat veririk.
Bizim sərəncamımızda olan müasir avtomobil parkı ilə biz hər müştəriyə yüksək ixtisaslı xidmətləri verməyə hazırıq.
Biz Təklif edirik
- 120 kub m qədər ağır çəkili brezentli yük maşınlarında daşıma
- Refrijerator daşımaları (qida məhsulları və digər tez xarab olan məhsullar)
- Multimodal daşımalar
- Kiçik ölçülü yüklərin daşınması
- Qoşquların verilməsi (yüklərin vaxtına qənaəti və təhlükəsizliyi təmin edir)
- Yükün > daşınması
Biz müştərilərimizin etimadını qiymətləndiririk, buna görə də bizim xidmərimizin keyfiyyəti həmişə yüksəkdir.
W&E FORWARD şirkətinin əsas məqsədi müştərilərimizin istəklərinin həyata keçirilməsidir. Müştərilərin məmnuniyyəti- şirkətimizin uğurudur.
Avtomobil nəqliyyatı ilə yük daşımaları biznesi: problemlər və ümidlər
Heç kim üçün sirr deyil ki, Azərbaycanda avtonəqliyyat daşımaları prosesində çoxlu problemlər yığılıb. Avtonəqliyyat daşımaları bazarındakı hazırkı vəziyyəti təhlil edərkən diqqəti iki əsas məsələyə yönəltmək istərdik: nə üçün avtomobil nəqliyyatının sayı artır, amma avtonəqliyyat daşımalarının keyfiyyəti yaxşılaşmır? Avtonəqliyyat daşımaları xidmətlərinin sifarişçiləri ilə icraçıları arasında strateji tərəfdaşlıq münasibətləri niyə yoxdur?
Müsbət nəticələrə nail olmaq üçün avtomobil nəqliyyatı ilə yük daşıma prosesinin iştirakçıları (daşıyıcılar, ekspeditorlar, logistlər) özlərinin və tərəfdaşlarının hansı şəraitdə işlədiklərini, hansı problemlərlə üzləşdiklərini və nəzəri cəhətdən düşünülərək hesablanan planların gerçəkləşməsi üçün hansı bazaya malik olduqlarını bilməlidirlər.
İqtisadiyyatın qan damarı hesab olunan nəqliyyat sektorunun avtonəqliyyat daşımaları bazarında real vəziyyət belədir. Hazırda avtonəqliyyat müəssisələrində əhəmiyyətli struktur dəyişiklikləri baş verib. Birinci və özünü daha qabarıq büruzə verən dəyişiklik ondan ibarətdir ki, daşıyıcılar kiçilib, yəni onların avtoparklarında avtomobillərin sayı azalıb. Əvvəllər 30-50 avtomobili olan dövlət müəssisələri öz avtoparklarını 3-5 yük avtomaşınınadək ixtisar ediblər, bəzi daşıyıcılar isə özəlləşdirmədən sonra ümumiyyətlə yox olublar. İkinci dəyişiklik ondan ibarətdir ki, fərdi sahibkarların sayı artıb, onlar bir – iki avtomobillə işləyirlər. Son səkkiz ildə bütün daşıyıcılar arasında fərdi sahibkarların faizi artaraq 14%-dən 61%-ə çatıb.
Hər iki prosesin səbəbi budur ki, bir çox sürücülər müstəqil işləməyə başlayırlar, qeyri-nəqliyyat sahəsinə aid olan bəzi təşkilatlar avtonəqliyyat daşımalarına çəkdikləri xərcləri azaltmaq üçün öz avtonəqliyyat bölmələrini açırlar. Kiçik müəssisələr praktiki olaraq hüquq-mühafizə və vergi orqanları üçün əlçatmazdır.
Avtonəqliyyat daşımaları biznesi mahiyyət etibarı ilə yükdaşıma xidmətləri sahəsini bilməyən və bu bazara bələd olmayan şəxslərə cəlbedici görünür və onlar buraya vəsait yatırırlar. Amma logistika üçün bu prosesin hansı səbəbdən baş verməsi önəmli deyil. Yeri gəlmişkən, bu səbəblər müxtəlif ola bilər: hüquqi şəxslərin ləğv edilməsi və ya yenilərinin yaradılması; nəqliyyat vasitələrinin balansdan silinməsi; vergilərdən yayınma və ya az vergi ödəmə sxemlərinin tətbiqi və digər səbəblər. Başlıcası budur ki, daşıyıcıların daşımalar barədə sifarişləri öz gücləri hesabına yerinə yetirmək qabiliyyəti sıfıra enməkdədir, onların maliyyə və qanunvericilik məsuliyyəti də azalmaqdadır, xidmətlərin keyfiyyəti və etibarlılığı isə durmadan aşağı düşür.
Azərbaycanda yük avtomobillərinin orta yaşı 8-10 il təşkil edir, amma istismar xərclərinin həddən artıq yüksək olması ucbatından daşıyıcıların çoxu öz avtoparklarını təzələyə bilmirlər. Avtomobil nəqliyyatı almaq üçün bu gün təklif olunan lizinq sistemlərini ətraflı təhlil edərkən məlum olur ki, onların rentabelliyi olduqca aşağıdır.
Daşıyıcıların avtoparklarının ixtisarı və kiçilməsi təmir bazalarının ləğvinə gətirib çıxarıb. Bu gün 2000-ci illə müqayisədə təmirin keyfiyyəti dəfələrlə azalıb. Sahibkarların çoxu avtomobilləri bilavasitə reyslərdə, küçədə, həyətlərdə, yaxud təmir üçün uyğunlaşdırılmamış sahələrdə təmir etdirirlər. Şübhəsiz ki, bu, yük avtomobillərinin texniki etibarlılığını, təhlükəsizliyini və xidmətlərin keyfiyyətini azaldır. Nəticədə yüklərin çatdırılaraq təhvil verilməsi müddətlərinin pozulması halları artır, daşımalar zamanı yükün salamat saxlanma və təyinat yerinə keyfiyyətlə çatdırılma səviyyəsi aşağı düşür.
Bu gün ölkədə yük avtonəqliyyatının 60%-indən çoxu fərdlərin adına qeydiyyata alınıb. Nəqliyyat vasitəsinin fərdin adına qeydiyyata alınması və sonra icarə müqaviləsi vasitəsilə istismar olunması mexanizmi daşıyıcılar tərəfindən təkcə vergidən yayınmaq və ya az vergi ödəmək üçün deyil, həm də öz əmlaklarını mümkün iddialardan qorumaq üçün istifadə edilir.
Aydın məsələdir ki, əgər daşıyıcı yük sahibinə ziyan vurubsa və məhkəmə ziyanın əvəzinin ödənilməsi üçün onun əmlakının müsadirə olunması barədə qərara çıxarıbsa, icarəyə götürülmüş nəqliyyat vasitəsini müsadirə etməyə heç kimin hüququ yoxdur. Beləliklə, zərərçəkən tərəf ən yaxşı halda daşıyıcının borcunu ödəyəcəyi barədə vədləri ilə kifayətlənməli, ya da borcu geri almaq üçün kriminal metodlara əl atmalı olur. Çox vaxt belə vəziyyətdən istifadə edən sahibkar sifarişçini daim onunla işləməyə vadar edərək vəd verir ki, əgər ona imkan verilsə, borcunu hər dəfə növbəti reysdə hissə-hissə ödəyəcək.
Yükə görə məsuliyyətin sığortalanmasının ixtisar edilməsi hesabına daşıyıcıların məsuliyyətinin azalmasını doğuran səbəblər daşıyıcıların kiçilməsi və çoxlu sayda fərdi sahibkarların peyda olması, daşıyıcıların maliyyə gəlirlərinin aşağı olması, yüklərin tez-tez itməsi və ya xarab olması ilə əlaqədardır. Sığorta xidmətləri dələduzluq obyektinə çevrilib. Məsələn, daşıyıcı sığorta şirkəti ilə məsuliyyətin sığortasına dair 50 min dollardan 250 min dollaradək məbləğdə müqavilə bağlayır, amma yalnız birinci rübün sığorta haqqını ödəyir. Daşıyıcı sığorta polisini alır və daha sığorta şirkətinə heç bir ödəniş ödəmir. Sığorta avtomatik olaraq başa çatır, sığorta polisi isə qalır və hər bir sifarişçiyə göstərilir.
Avtonəqliyyat sahəsində olan boşluqlar faktiki olaraq yük daşıma sahəsində olan biznesin sivil formalarının inkişafını əngəlləyir.
Bu gün Azərbaycanda daşıyıcılar arasında peşəkarlığın kəskin şəkildə aşağı düşməsi müşahidə olunur, onlar çoxu vəzifələrini, məsuliyyətlərini və qanunları bilmirlər. Bir tərəfdən, son səkkiz ildə keçmiş sürücülər sırasından öz avtomaşınları ilə nəqliyyat biznesinə çoxlu şəxslər gəlib, habelə bu biznesə vəsait yatıran “kənar” şəxslər də çoxdur. Eyni dövrdə vergi qanunvericiliyi də bir neçə dəfə dəyişilib. Nəticədə daşıyıcıların və sürücülərin çoxunun peşəkarlığı, öz vəzifə və məsuliyyətlərini, normativ hüquqi aktları və vergi qanunvericiliyini bilməsi, yumşaq desək, arzu olunan səviyyədə deyil.
Digər tərəfdən, yük sahiblərinin sayının sürətlə artması və onların çoxunun biznes sahəsinin genişlənməsi ona gətirib çıxarıb ki, onlar özləri yük avtonəqliyyatı subyektləri ilə qarşılıqlı fəaliyyət məsələlərindən o qədər də başı çıxmayan logistləri, anbardarları, mühasibləri, hüquqşünasları və digərlərini muzdla işə cəlb etməyə məcbur olublar. Daşıyıcıların psixologiyası da dəyişir. Sürücülərinin əməyinin bazar sistemi əsasında ödənilməsi qət edilən kilometrlərdən və ya yerinə yetirilən reyslərdən asılıdır ki, bu da onları əldən düşənə qədər işləməyə vadar edir. Sovet sisteminin tərbiyə etdiyi köhnə sürücü kadrları çıxıb gedirlər, gənc sürücülər isə yalnız gəlirlərinin artmasını düşünür və çox vaxt təhlükəsizlik məsələlərinə etinasız yanaşırlar ki, bu da qəzaların sayının artmasına və yollarda avtomaşınların xarab olmasına gətirib çıxarır.
Avtomobil daşımaları sahəsində qanunvericilik köhnəlib və bəzən təkcə bazar şərtləri ilə deyil, həm də iqtisadiyyatın digər sahələri üzrə qanunvericiliklə ziddiyyət təşkil edir. Bu sahənin qanunvericiliyinin tarixi 1970-1980-ci illərə aiddir, o zaman bazar barədə söhbət belə yox idi. Bəzi köhnəlmiş qanunları hüquqi şəxslər anlayışına uyğunlaşdırmaq olar, amma qanunlarda qətiyyən fərdi sahibkar anlayışı yoxdur. Avtonəqliyyat prosesinin bütün xırdalıqlarını “Nəqliyyat haqqında” Qanunla və ya yalnız Mülki Məcəllə ilə tənzimləmək mümkün deyil. Təbii ki, bu, daşıyıcı ilə yük sahibi arasındakı qanunvericilik münasibətlərinə və hüquqi münasibətlərə müəyyən spesifik xüsusiyyətlər gətirir.
Avtomobil nəqliyyatı ilə yük daşımaları sahəsində dövlət nəzarət sistemində böyük boşluqlar artıq illərlə yığılıb. Fəaliyyət göstərən bir çox daşıyıcılara hər hansı ciddi hesabat sənədlərinin olmaması sərfəlidir. Bu, daşıyıcılarla sifarişçilər arasında maliyyə-hüquqi mübahisələr yarandıqda problemlər doğurur, idarəetmənin uçotunun təşkilinə, şəffaf idarəetmə sisteminin və sənəd dövriyyəsinin yaradılmasına mane olur, logistikanın həyata keçirilməsini əngəlləyir.
Ötən nömrədə biz Milli Məclis tərəfindən cari ilin aprelində qəbul edilmiş və tezliklə qüvvəyə minəcək “Avtomobil nəqliyyatı haqqında” yeni qanun barədə yazmışdıq. Yeni qanunun tətbiqi hüquqi boşluğun aradan qaldırılmasına, habelə dövlət tənzimləməsi və nəzarəti sisteminin gücləndirilməsinə böyük ümidlər yaradır. Bu gün avtonəqliyyatla yük daşımaları bazarının bütün işi insanların adi vicdanlılığı üzərində, daşıyıcıların yaşayış mənbəyini itirmək anlayışı və qorxusu üzərində dayanır. Ümid edirik ki, avtonəqliyyat sahəsində yeni qanunvericilik avtonəqliyyatla yük daşımaları sahəsində sivil bazarın və logistikanın inkişafına şərait yaradacaq.
© 200 8 Bütün hüquqlar qorunur. Məqalələrdən və şəkillərdən istifadə edərkən “avtomobil.az”a istinad zəruridir.
Comments are closed, but trackbacks and pingbacks are open.