Press "Enter" to skip to content

Məhsulun saxta olub-olmadığını necə müəyyən etməliyik

Barkodu necə əldə etmək olar və onu saxtalaşdırmaq mümkündürmü?
Barkodlar hazırda dünyanın 113 ölkəsini özündə birləşdirən GS1 Assosiasiyası tərəfindən verilməkdədir. GS1 Assosiasiyasının hər bir ölkə üzrə barkodları təqdim edən milli operatorları fəaliyyət göstərir. Azərbaycanda barkod almaq istəyənlər “CS1 Azərbaycan” adlandırılan milli operatora müraciət edərək, barkod əldə edə bilərlər. GS1 Assosiasiyası tərəfindən verilən xüsusi ştrixkodlar reyesterə daxil edilir və bu ştrixkodlardan yalnız onun sahibi istifadə hüququna sahib olur. Başqa şəxslərin həmin ştrixkodlardan istifadəsi mümkün deyil. Yəni, hər bir ştrixkodun dünya miqyasında unikallığı təmin edilir.

Avtomobil hissəsinin saxta olub olmadığını necə müəyyənləşdirə bilərəm?

“Nazirin işlətdiyi ifadə doğru deyil. Diploma saxta demək üçün məhkəmə qərarı olmalıdır. Ölkəmizdə sadəcə olaraq, diplomların dövlət nümunəvi olub-olmaması, onun necə verilməsilə bağlı problem var. Nazirlik bunu müəyyənləşdirə bilmirsə, onda Elm və Təhsil Nazirliyi nəyi bilir, nə işlə məşğuldur?”

Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov elm və təhsil naziri Emin Əmrullayevin müəllim adını saxta diplomla daşıyanların sənədinin saxtalığını sübut etməyin çətinliyi barədə səsləndirdiyi fikrinə münasibət bildirərkən deyib. Ekspert bildirib ki, diplomun həqiqiliyini yoxlamağın yolları var:

“Mövcud qanunvericiliyin tələblərinə görə, kiminsə cinayəti sübut oluna bilinmirsə, o təqsirsizdir. Bu mənada elm və təhsil nazirinin bəzi diplomların saxta olduğu barədə işlətdiyi ifadə hüquqi məsuliyyət tələb edir. Hər halda saxta müəllim diplomu alanların müəyyən edilməsi sadə bir prosedurla mümkündür. Həmin şəxslərin diplomlarının dövlət nümunəvi olub-olmaması iki formada yoxlanıla bilər. Bununla müəyyən etmək olar ki, verilmiş diplomlar həqiqətən də diplomdur, hər hansı bir printerdə çıxarılıb, üzərinə lominat vurulmuş deyil.

Hazırda orta məktəblərdə çalışan 151 min müəllimdən 8 mininin diplomu dövlət nümunəvi deyil, yəni, diplomun alınması ilə bağlı hər hansı bir mənbələrdə məlumatın olmaması nəzərdə tutulur. Diplomun saxta olduğunu müəyyənləşdirmək üçün kommisiya yaradıb, həmin şəxsləri fərdi qaydada ora dəvət edib, maksimum 3 qrup yoldaşının adını, elmi, diplom işi rəhbərinin kim olduğunu, oxuduğu fakultənin hansı korpusda yerləşdiyi, hansı fənləri keçdiyini və s. bu kimi məqamları soruşmaqla məsələni həll etmək olar”.

Məhsulun saxta olub-olmadığını necə müəyyən etməliyik?

Günümüzdə insanların ən çox üzləşdikləri problemlərdən biri də saxta malların keyfiyyətli mal, yaxud da tanınmış brend mal adı ilə satışa çıxarılmasıdır. Texnoloji inkişaf elə bir səviyyəyə çatıb ki, artıq hansısa tanınmış brend malın orijinalına bənzəyən saxta məhsulu çox asanlıqla istehsal etmək mümkündür. Bir çox hallarda adi gözlə baxdığımız zaman saxta məhsulu orijinalından fərqləndirə bilmirik.
Texnoloji inkişaf saxta malların istehsalını artırsa da, eyni zamanda onların saxta olduğunu asanlıqla müəyyən etmək imkanını da özü ilə bərabər gətirir.
Hazırda bütün dünyada tətbiq olunan barkod sistemi saxta malları müəyyən etməyin ən asan və ən əlverişli yoludur.

Barkod nədir və ondan necə istifadə etmək olar?
Yazının əvvəlində qeyd etdiyimiz kimi texnoloji inkişaf saxta malların istehsalına şərait yaratmaqla bərabər, beynəlxalq ticarət əlaqələrinin genişlənməsinə də səbəb oldu. Belə bir şəraitdə ticarəti asanlaşdırmaq və saxta malların qarşısını almaq üçün yeni sistemin tətbiqinə ehtiyac yarandı.
Ötən əsrin ikinci yarısından etibarən tətbiq olunmağa başlayan və barkod sistemi adlandırılan bu yenilik məhsulların bəzi mühüm parametrləri haqqında informasiyanın kodlaşdırılmasından ibarətdir.
Məhsul aldığınız zaman onun üzərində rast gəldiyiniz qara və ağ zolaqların ardıcıllığından ibarət olan və üzərində rəqəmlərin yazıldığı işarəni yəqin ki, hər kəs görüb. Barkod dediyimiz bu işarə hazırda dünyanın 100-dən çox ölkəsində, o cümlədən də Azərbaycanda istifadə olunmaqdadır. Barkod sisteminin müxtəlif növləri var və Azərbaycanda Avropa kodlaşdırma sistemi kimi məlum olan EAN-13 (European Article Numbering) sistemindən istifadə edilir.
Aşağıdakı şəkildə EAN-13 adlanan barkod sistemindən nümunə verilib. Bu nümunədə əks olunan kodun strukturu belədir:
1 – Ölkənin kodu
2 – İstehsalçının kodu
3 – Malın kodu
4 – Nəzarət rəqəmi.
Ölkə və istehsalçının kodlarındakı rəqəmlərin sayı dəyişə bilər. EAN-13 adlanan barkod sistemində Azərbaycanın kodu 476-dır. Barkodda yer alan rəqəmlər vasitəsilə biz məhsulun saxta və ya orijinal olduğunu müəyyən edə bilərik.
Məsələn, 4761234567894 rəqəmlərindən ibarət barkodun həqiqiliyini müəyyənləşdirmək üçün aşağıdakı hesablamadan istifadə olunur.
1. Cüt sırada yerləşən rəqəmlər toplanır: 7+1+3+5+7+9=32
2. Əldə olunan nəticə (32) 3-ə vurulur: 32×3=96
3. “Nəzarət rəqəmi” istisna olmaqla, tək sırada yerləşən rəqəmlər toplanır: 4+6+2+4+6+8=30
4. 2-ci və 3-cü bəndlərdə göstərilən nəticələr toplanır: 96+30=126
5. 10-dan 4-cü bənddə göstərilən nəticənin son rəqəmi (6) çıxılır: 10-6=4
6. 5-cı bənddə göstərilən nəticə (4) barkoddakı “Nəzarət rəqəmi” ilə eyni olmalıdır.
Bu üsulla bütün barkodları yoxlamaq mümkündür. Lakin qeyd edək ki, hazırda barkodlar optik skaner vasitəsilə də oxuna bilər. “Ağıllı telefon” (Smartfon) istifadə edən hər kəs barkodları bir neçə saniyə ərzində oxumaq imkanına sahibdir. Bunun üçün telefonunuza “barkod oxuyucu” tətbiqini yükləmək lazımdır. Bundan sonra telefonunuzdakı “barkod oxuyucu”nu aktivləşdirərək, kameranı məhsulun üzərindəki barkod işarəsinə yaxınlaşdırmaq lazımdır. Məhsul saxta deyilsə, “barkod oxuyucu” tətbiqi sizi həmin məhsul barədə məlumatların yer aldığı mənbəyə yönəldəcək.

Barkodu necə əldə etmək olar və onu saxtalaşdırmaq mümkündürmü?
Barkodlar hazırda dünyanın 113 ölkəsini özündə birləşdirən GS1 Assosiasiyası tərəfindən verilməkdədir. GS1 Assosiasiyasının hər bir ölkə üzrə barkodları təqdim edən milli operatorları fəaliyyət göstərir. Azərbaycanda barkod almaq istəyənlər “CS1 Azərbaycan” adlandırılan milli operatora müraciət edərək, barkod əldə edə bilərlər. GS1 Assosiasiyası tərəfindən verilən xüsusi ştrixkodlar reyesterə daxil edilir və bu ştrixkodlardan yalnız onun sahibi istifadə hüququna sahib olur. Başqa şəxslərin həmin ştrixkodlardan istifadəsi mümkün deyil. Yəni, hər bir ştrixkodun dünya miqyasında unikallığı təmin edilir.

Barkodun daha bir üstünlüyü.
Barkod sisteminin üstünlüyü təkcə məhsulun orijinal olduğunu göstərməklə məhdudlaşmır. Eyni zamanda, məhsulun hansı ölkədə istehsal olunduğunu da göstərir. Bildiyimiz kimi, insanlar adətən məhsul alarkən istehsalçı ölkəyə daha çox diqqət edirlər. Məsələn, Çin istehsalı olan məhsullar nisbətən keyfiyyətsiz məhsul kimi tanındığı halda, Avropa istehsalı olan məhsullar daha keyfiyyətli məhsul kimi tanınır. Bu səbəbdən də bəzən istehsalçılar insanları aldadaraq məhsulun üzərində istehsalçı ölkənin adını fərqli göstərə bilirlər. Məsələn, Azərbaycanda istehsal olunan məhsulun üzərinə “Made in Türkey” (“Türkiyə istehsalı”) yazaraq müştəriləri aldatmağa çalışa bilərlər. Lakin bu məhsulun barkod kodunun ilk 3 rəqəmi 869 deyilsə, deməli, bu həmin məhsulun Türkiyədə istehsal olunmadığını göstərir.

Fraza jurnalı,
Allahverdi Cəfərov

Comments are closed, but trackbacks and pingbacks are open.