Press "Enter" to skip to content

Avtomobili nece lizinq ede bilerem

Pulunuz yoxdursa lizinq var

Lizinqlə avtomobil almaq daha da sərfəli olacaq

Avtomobil kreditləri ilə bağlı şərtlərin sərtləşdirilməsi gözləndiyi kimi, maşın bazarında satışların həcminin əhəmiyyətli dərəcədə aşağı düşməsinə səbəb olub. Elə avtomobil satışını həyata keçirən müxtəlif mərkəzlərdə də satışın əvvəlki həddə olmadığı müşahidə olunur. Bu şəraitdə vəziyyətdən çıxış yolu kimi bəzi satış mərkəzləri avtomobillərin lizinqlə satışına üstünlük verməyə başlayır.

Çünki yeni kredit şərtləri kifayət qədər ağırdır. Artıq məlumdur ki, yeni avtomobillər üçün kreditlər onların dəyərindən asılı olaraq 40-50 faiz həcmində ilkin ödəniş şərti ilə veriləcək.

Bununla yanaşı, istehsal tarixindən satışınadək 1 ildən çox vaxt keçməyən avtomobillər yeni hesab ediləcək. İşlənmiş avtomobillər üçün kredit şərtləri daha sərt olacaq. Kreditin məbləği avtomobilin dəyərinin cəmi 20 faizini təşkil edəcək. Yəni, belə kredit üzrə ilkin ödəniş əldə edilən maşının dəyərinin 80 faizini təşkil edəcək. Bazarda vəziyyət gərginləşənədək avtomobil kreditlərinin verilməsi şərtləri olduqca yumşaq olub: yeni avtomobili maşının dəyərinin 10-15 faizi həcmində ilkin ödəniş etməklə 5 il müddətinə kreditə almaq olurdu. İşlənmiş avtomobillər isə maşının dəyərinin təqribən 30 faizi həcmində ödəniş etməklə illik təqribən 20-25 nominal faiz dərəcəsi ilə 4 il müddətinə təklif edilirdi. Lakin bu hal problemli avtomobil kreditlərinin də həcminin sürətlə artmasına gətirib çıxardı. Nəticədə isə avtomobil kreditləri ilə bağlı daha sərt şərtlər diqtə olundu və qeyd olunduğu kimi, bu hal maşın satışına ciddi təsir göstərir.

Bu fonda lizinqlə avtomobil satışına diqqət və maraq artmaqdadır. Belə ki, bankların avtomobil kreditlərinin şərtlərini sərtləşdirməsi nəticəsində satışları azalmış avtomobil satışı mərkəzləri çıxış yolunu lizinqdə tapıb. Artıq Azərbaycanda “Mazda”, “Honda” “Subaru” və “Mitsubishi” avtomobillərinin rəsmi satış mərkəzləri yeni lizinq şərtləri ilə kampaniyaya başlayıblar. “Honda Avtomobil Mərkəzi”ndən “Marja”ya bildirdilər ki, avtomobillərin lizinq ilə satışına yerli lizinq şirkətlərindən biri ilə əməkdaşlıq əsasında başlanılıb. İndi bütün “Mazda”, “Honda” “Subaru” və “Mitsubishi” modellərini cəmi 20% ilkin ödəniş etməklə, illik 18 faizlə, 5 ilə qədər müddətə lizinq yolu ilə əldə etmək olar. Avtomobilin dəyərinin 50%-ni əvvəlcədən ödəyənlər isə qalan hissəni 14%-lə lizinqə götürə bilərlər. Bu halda avtomobil lizinq şirkətinin adına rəsmiləşdirilir və lizinq üzrə borc ödənildikdən sonra şəxsin adına keçirilir. Həmin müddətdə avtomobil lizinq şirkətinin verdiyi etibarnamə əsasında idarə olunur.

Bundan başqa, “Honda Avtomobil Mərkəzi”ndən bildirdilər ki, avtomobillərin bank krediti ilə yeni şərtlər əsasında satışı da həyata keçirilir. Bu halda ilkin ödəniş 50%, kredit faizi 14%, müddəti isə 5 ilə qədər təşkil edir. Aydın görünür ki, lizinqlə satış və alış artıq daha sərfəlidir və maşın bazarının özündə belə artıq bu təcrübədən istifadə edənlərin sayının artması gözlənir. Onu da qeyd edək ki, inkişaf etmiş ölkələrin əksəriyyətində insanlar avtomobili lizinq yolu ilə əldə etməyə üstünlük verirlər. Məsələn, Almaniyada avtomobili lizinq yolu ilə əldə etmək daha populyardır. İsraildə isə il ərzində satılan bütün avtomobillərin 70%-i lizinq yolu ilə satılır.

Bu gün Bakıda fəaliyyət göstərən avtomobil dilerlərindən və avtomaşın satışı ilə məşğul olan avtosalonlarda avtomobili kreditlə bərabər lizinq yolu ilə də əldə etmək olar. Amma indiyə qədər kreditin şərtləri ilə lizinqin şərtləri az qala eyni idi. Lakin indi şərtlər dəyişir. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, lizinq kreditdən fərqlidir. Lizinq kreditlə müqayisədə daha uzunmüddətli və illik faiz dərəcəsi aşağı olmalıdır. Artıq avtomobil satış mərkəzlərində məhz bu amillərə üstünlük verilməsinə başlanır. Onu da qeyd edək ki, lizinqlə avtomobili alan zaman avtomaşının mülkiyyət hüququ lizinq şirkətinə məxsus olur. Yəni, lizinq şirkəti avtomobili alıb icarəyə verir. Əgər alıcı lizinq şirkətinin pulunu vaxtı-vaxtında geri qaytararsa, sonda avtomobilin mülkiyyət hüququ alıcıya keçir. Liznqdə girov tələb olunmur, elə avtomobilin özü girov rolunda çıxış edir. Bu da lizinqlə satışını daha da stimullaşmasına təkan verir.

/Mövqe.az/

Lizinqin müsbət tərəfləri

Ölkəmizdə lizinq yeni fəaliyyət sahəsidir. Hər birimiz avtomobillərin, texnikanın, avadanlıqların lizinqlə satıldığı ilə tez-tez qarşılaşırıq. Amma çoxları hələ də lizinqin nə olduğunu bilmir. Sahibkarların əksəriyyəti lizinq ifadəsini eşitsə də onun hansı faydasının və üstünlüklərinin olduğu haqqında məlumatları yoxdur. Elə buna görə də “Avtomobil.az” Milli avtomobil qəzeti və portalı lizinq barədə silsilə məqalələri sizlərə təqdim etməyə başlayır. Məqalələrdə lizinqin mahiyyəti, üstünlükləri, qanunvericilik bazası açıqlanacaq, ölkəmizdə lizinqin inkişafından və mövcud vəziyyətindən söhbət olunacaq. İlk öncə materialın hazırlanmasında göstərdikləri köməyə görə, Beynəlxalq Maliyyə Korporasiyası, Azərbaycan, Orta Asiya Lizinq Fondunun Məsləhət Xidmətləri Layihəsinin ölkə üzrə nümayəndəsi Teymur Heybətova və “Azərbaycan Respublikasının Vergi Məcəlləsi. Xüsusi hissənin izahı” kitabının müəllifi Natiq Şirinova öz dərin təşəkkürümüzü bildiririk.

Pulunuz yoxdursa lizinq var

Hər zaman bazar iqtisadiyyatı sisteminin pis və ya yaxşı olması haqqında geniş müzakirələr aparılır. Mənim bu müzakirələrə qoşulmaq niyyətim yoxdur. Sadəcə demək istəyirəm ki, bu quruluşda məhsul bolluğu, geniş seçim imkanı mövcuddur. Çatışmayan isə puldur. Amma sistemin bu “ayıbını” örtmək üçün yollar axtarılıb tapılıb. Əlində azacıq pulun varsa biznesini genişləndirə və yaxud qısa bir müddət ərzində dəbdəbəli avtomobil ala bilərsən. Sadəcə əziyyət çəkib satış yerlərinə getmək lazımdır. Seç, bəyən pulunu sənin əvəzinə başqası ödəyəcəkdir. Əvəzinə pul ödəyənə isə borcunu uzun müddətə qaytara bilərsən. Məsələn, 5 ilə.
Buna lizinq deyilir. İngilis dilində olan “lease” sözündəndir, mənası icarə deməkdir. Amma real olaraq uzunmüddətli icarə lizinq hesab olunur. Açıqlığı ilə desək icarənin lizinq olması üçün icarə müddəti 3 ildən 20 ilə qədər olmalıdır. Lizinq fəaliyyəti müddətinə və şərtlərinə görə operativ və maliyyə lizinqi formasında olur. Bu nə deməkdir? Yuxarıda verdiyim misalın ardı olaraq açıqlayıram. Əgər seçdiyin avtomobilin pulunu ödəyənə borcunu qaytardıqdan sonra avtomobilin (bu texnika, dəzgah, alət və s. ola bilər) sənə qalmasını istəyirsənsə, bu olur maliyyə lizinqi. Yox, əgər seçdiyin avtomobilin bir neçə ildən sonra köhnələcəyini və ya onu sürməyin sənə yaraşmayacağını (yaxud texnikanın, avadanlığın bir necə ildən sonra mənəvi köhnələcəyini, onunla gəlirlə işləməyin mümkün olmayacağını) düşünürsənsə, onda, operativ lizinqi seçə bilərsən. Yəni, maşın və avadanlığı müəyyən haqq müqabilində bir neçə il işlətdikdən sonra sahibinə qaytarırsan. Bu zaman olur operativ lizinq. Həmçinin qeyd edim ki, opertiv lizinqin müddəti maliyyə lizinqindən qısa, lizinq ödənişləri isə daha yüksək olur. Bu lizinq növündə əmlakın sahibi (lizinq şirkəti) avadanlığın bütün cari və əsaslı təmir xərclərini özü çəkir və bu xərclər lizinq ödənişlərinə (pul ödəyənə qaytardığın borca) əlavə edilir.
Yəqin ki, lizinqin mahiyyəti sizlərə aydın oldu. Amma soruşa bilərsiniz, əvəzimizə pul verən şəxs kimdir? O, pulu nə üçün, hansı şərtlərlə verir? Cavab verim. Seçdiyiniz əmlakın pulunu ödəyən lizinq şirkətidir. Lizinq şirkətini əmlakı əldə edib onu uzunmüddətli icarəyə verən, əsas fondlara edilən qoyuluşları maliyyələşdirmənin xüsusi formasında vasitəçilik edən ixtisaslaşmış şirkət kimi nəzərdən keçirmək olar. Beləliklə, lizinq şirkəti icarə götürənə kredit verir. Buna görə də, lizinqə bəzən “kredi-bay” (fransızcadan tərcümədə – kredit-icarə) deyirlər. Sadəcə burada kredit pul formasında deyil, əmlak formasında verilir. Mülkiyyət hüququnun satıcıdan alıcıya keçdiyi alqı-satqı müqavilələrindən fərqli olaraq lizinq müqavilələrində mülkiyyət hüququna lizinq verən (lizinq şirkəti) sahib olur. Lizinq alan isə onun istifadəçisi olur. Lizinq müqaviləsinin müddəti bitdikdən sonra lizinq alan müqavilə obyektini əldə edə, lizinq müqaviləsinin vaxtını uzada, avadanlığı və ya maşını sahibinə geri qaytara bilər. Başa düşməyənlər üçün daha ətraflı açıqlayıram. Məsələn, siz satış salonunda avtomobili seçib bəyənmisiniz və növbə çatıb ödənişə. Bunu lizinq yolu ilə də etmək olar. Sadəcə avtomobilin dəyərinin 10%-ni ödəyirsən, yerdə qalan hissəni isə lizinq şirkəti ödəyir. Şərtə görə lizinq şirkətinə borcunu müəyyən müddətə qaytarmalısan. Belə olduqda lizinq şirkətinin adından sizinlə müqavilə imzalanır və həmin müqaviləyə görə avtomobilin sahibi borcu qaytarana qədər lizinq şirkəti olur. Siz isə avtomobili artıq sürə bilərsiniz. Lizinq şirkəti pulu sizin yerinizə “qara gözünüzə – qaşınıza vurulub” ödəmir. Borcu qaytardıqda üzərində faiz ödəməlisiniz. Bu öhdəlik müqavilə vasitəsilə üzərinizə qoyulur. Artıq pulu ödəməyə məcbursunuz çünki, sənəddə avtomobil sizin adınıza deyil. Müqavilədən söz düşmüşkən bildirim ki, lizinq müqaviləsinin subyektləri üç tərəf ola bilər – lizinq verən, lizinq alan və satıcı (mal verən). Müqaviləyə əsasən, lizinq verən (lizinq şirkəti) malın dəyərini satıcıya ödəyir (mal verənə) və lizinq alana (mal alana) müəyyən faizlə icarəyə verir.

Qanun lizinqi sərfəli edib

Sahibkar oxuyucularımız mənfəət, xərc, amortizasiya, kredit, vergi və s. bu kimi anlayışlarla yaxşı tanışdırlar. Onlar hər zaman az xərc çəkməklə daha çox qazanmaq arzusundadırlar. Bu işdə isə lizinq onlara çox kömək edə bilər. Belə ki, lizinqin bir sıra üstün cəhətləri vardır, onlara aşağıdakıları nümunə göstərə bilərəm:
• Lizinq üzrə maliyyələşdirmə bank kreditlərindən daha uzunmüddətlidir. Belə ki, Azərbaycan banklarında adətən 24 aydan artıq olan müddət üçün kredit verilmir, lakin lizinq üzrə kreditlərin verilməsində ən azı üç illik müddət nəzərdə tutulur;
• Lizinq ödəmələri ƏDV-yə cəlb olunmur.
• Sizdə əmlakdan istifadə etmək üçün onu almağa zərurət yaranmır.
• Lizinqin predmeti olan əmlakınıza maliyyə problemləri ilə bağlı həbs qoyula bilməz, bu, avadanlığın ayrı şirkətdə saxlanılması praktikasına alternativ kimi istifadə oluna bilər.
• Siz, avansın ödənilməsi üçün kiçik məsrəflərlə məhdudlaşaraq, dövriyyədən böyük məbləğdə vəsaiti çıxarmamalısınız.
• Sizin təsərrüfat fəaliyyətinizin və gözlənilən gəlirlərin xüsusiyyətindən asılı olaraq, Sizin üçün qaytarılma qrafiki tərtib oluna bilər.
• İstənilən kreditləşdirilmədə məcburi olan əlavə girov Sizdən tələb edilməyəcək.
• Sizin maliyyə göstəriciləriniz pisləşməyəcək, çünki aldığınız kreditlə bağlı uzunmüddətli öhdəliklər balansda heç cür əks olunmayacaq.
• Əmlakı əldə etmək üçün Siz bu əmlakın dəyərinə bərabər böyük xalis gəlirə malik olmamalısınız.
• Siz bütün lizinq ödənişlərini xərclərə aid edərək vergi bazasını azalda bilərsiniz. Vergiyə cəlb edilmə məqsədilə lizinq üzrə ödəmələr lizinqə vəsaiti hesabına əldə olunmuş əmlakın dəyərinin ödəniş kimi qəbul edilir və vergiyə cəlb olunan mənfəətin məbləğindən çıxılır.
• Lizinqin bütün dövrü ərzində əmlak Sizin balansınızda olur, lizinq müddəti bitdikdən sonra isə mülkiyyət hüququ Sizin adınıza keçir.
• Lizinqdə olan əmlak üçün əmsalı 3-dən yuxarı olmayan tezləşdirilmiş amortizasiya tətbiq olunur, bu da lizinq ödənişləri tərkibində ödənilən əmlak vergisini əhəmiyyətli dərəcədə azaldır.
• Lizinq üzrə öhdəliklər maliyyə-kredit təşkilatlarından yeni kreditlərin alınmasının qarşısını almır və s.
Lizinq barədə müddəalar Mülki Məcəllənin 38-ci fəslinə aid olan 747-751-ci maddələri ilə, maliyyə lizinqi üzrə əməliyyatların vergiyə cəlb olunması isə Vergi Məcəlləsinin 140-cı maddəsi ilə tənzimlənir. Yuxarıda lizinqin mahiyyətindən danışarkən onun maliyyə və operativ növlərini açıqladım. Vergi Məcəlləsində yalnız maliyyə lizinqi termini işlədilir. Məcəllənin 140-cı maddəsinin adı maliyyə lizinqidir. Yəni bu maddə maliyyə lizinqi əməliyyatlarına şamil olunur və Vergi Məcəlləsi ilə verilən güzəştlər, azadolmalar maliyyə lizinqinə aiddir. Öncədən qeyd edək ki, Vergi Məcəlləsinin 13.2.14 maddəsinin müddəalarına əsasən maliyyə lizinqi əməliyyatları maliyyə xidmətləri hesab olunur. Vergi Məcəlləsinin 164.1.2-ci maddəsinə əsasən maliyyə xidmətlərinin göstərilməsi, o cümlədən maliyyə lizinqi əməliyyatları ƏDV-dən azaddır.
Mülki Məcəllənin 747-ci maddəsində göstərilir ki, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.
Maliyyə lizinqi əsasında lizinq alana verilmiş lizinq obyekti tərəflərin qarşılıqlı razılığı əsasında lizinq verənin və ya lizinq alanın balansında uçota alınmalıdır (Mülki Məcəllə, maddə 748-3).
Mülki Məcəllənin 748-10.1 maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir.
Mülki Məcəllənin 748-11-ci maddəsinin müddəalarına əsasən lizinq ödənişlərinin ümumi məbləğinə aşağıdakılar daxildir.
– lizinq obyektinin amortizasiya ödənişləri;
– lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər;
– lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faiz;
– lizinq verənin mükafatının məbləği;
– lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ;
– lizinq verənin əlavə xidmətlərinin haqqı;
– lizinq verənin lizinq müqaviləsi ilə nəzərdə tutulmuş digər xərcləri.
Lizinq ödənişlərinin tərkibinə daxil edilən məbləğlər lizinq verən tərəfindən müvafiq sənədlərlə əsaslandırılmalıdır.
Vergi Məcəlləsinin 140.2 –ci maddəsinə əsasən aşağıdakı hallarda əmlak maliyyə lizinqi sayılır:
– lizinq müqaviləsi ilə icarə müddəti qurtardıqdan sonra əmlakın mülkiyyətə verilməsi nəzərdə tutulur, yaxud icarə müddəti qurtardıqdan sonra icarəçi əmlakı müəyyən edilmiş və ya qabaqcadan güman edilən qiymətə almaq hüququna malikdir;
– icarə müddəti icarəyə götürülən əmlakın istismar müddətinin 75 faizindən artıqdır;
İcarə müddəti qurtardıqdan sonra əmlakın qalıq dəyəri icarənin əvvəlinə onun bazar qiymətinin 20 faizindən azdır;
– icarə haqqının ödəniləcək məbləği əmlakın icarəsinin əvvəlinə olan bazar qiymətinin ən azı 90 faizinə bərabərdir və ya ondan artıqdır;
-İcarəyə götürülən əmlak icarəçi üçün sifarişlə hazırlanmışdır və icarə müddəti qurtardıqdan sonra icarəçidən başqa heç kəs işlədə bilməz.
Beləliklə, Vergi Məcəlləsinin 140.2 maddəsində sadalanan hallardan hər hansı biri olduqda əmlakın icarəsi maliyyə lizinqi hesab olunur və Məcəllənin 140.1 maddəsinin müddəalarına əsasən icarə ödəmələri icarəçiyə verilmiş ssuda üzrə ödəmələr sayılaraq iki hissədən ibarət olur:
-ssuda üzrə borc məbləği;
-ssuda üzrə faiz məbləği.
Vergi Məcəlləsinin 123.1 maddəsinin müddəalarına əsasən lizinqi həyata keçirən şəxslərə ssudalar üzrə ödənilən faizlərdən ödəniş mənbəyində 10 faiz vergi tutulmur. Burada iki hal ola bilər. Birinci halda, əgər hər hansı müəssisə əmlakı Azərbaycan respublikasında daimi nümayəndəliyi olmayan xarici şirkətdən icarəyə götürübsə bu halda, lizinq verənə aylıq ödənişlər aparılarkən müəssisə ödəmə mənbəyində faizdən hər ay 10 faiz vergi tutmalıdır. İkinci halda əmlak yerli maliyyə lizinqini həyata keçirən şirkətdən və ölkəmizdə fəaliyyət göstərən xarici şirkətin nümayəndəliyindən icarəyə götürülübsə bu halda, lizinq alan müəssisənin lizinq üzrə ödədiyi faizlərdən ödəmə mənbəyində vergi tutmaq öhdəliyi yaranmır.

© 200 8 Bütün hüquqlar qorunur. Məqalələrdən və şəkillərdən istifadə edərkən “avtomobil.az”a istinad zəruridir.

Lizinq nədir və necə lizinq kreditdən və ya icarədən fərqlənir?

Müasir avtomobil sürücüləri həqiqətən şanslıdırlar. Vasitə almaq istəyən hər kəs bir icarə haqqını satın ala bilər və ya satın alma krediti üçün pul ala bilər. Biz lizinqin nə olduğunu, hansı üstünlükləri və əməliyyat lizinqinin olub-olmadığını öyrənmək təklif edirik.

Lizinq – nədir?

Tez-tez kredit vermək istəyənlər lizinqlə nəzərdə tutulan şeylə maraqlanırlar. Bu müddətdə əmlakın əldə edilməsinə yönəldilmiş müəyyən bir investisiya fəaliyyətini nəzərdə tuturuq, həm də xüsusi bir lizinq müqaviləsi əsasında həm hüquqi şəxslərə, həm də fiziki şəxslərə razılaşdırılmış ödəniş müddətinə və müqavilə ilə nəzərdə tutulmuş zəruri şərtlərə görə köçürməyi nəzərdə tuturuq. Bu halda, lizinq alıcısı istənilən halda əmlakı geri ala bilər. Əmlak, avtomobil və digər lazımi obyektlərin lizinqi var.

Lizinq necə işləyir?

Bəziləri üçün lizinq anlayışı kompleks və tam başa düşülən deyil. Lakin, əslində, bu tip investisiya fəaliyyətinin iş mexanizmi sadədir və buna bənzəyir:

  1. İcarəçi zəruri avadanlıq üçün ərizəsi ilə tanınmış lizinq şirkətlərindən birinə müraciət etməlidir.
  2. Bu xidmət göstərən şirkət müəyyən bir əməliyyatın likvidliyini qiymətləndirmək üçün öz üzərinə götürəcək, bundan sonra avadanlıq distribyutordan və ya istehsalçıdan alınacaq.
  3. Kirayəçi artıq avadanlıq sahibinə çevrildikdə, müştərinin istifadəsinə müəyyən bir müddət ərzində köçürə bilər ki, onun üçün dövri ödənişlər veriləcəkdir.

Avtomobil lizinqi nədir?

Müasir bazarda nisbətən yeni bir xidmət avtomobil lizinqidir. Hər gün çox sayda pərəstişkar var. Vasitə almanın bu üsulu çox rahat və hətta daha sərfəli adlandırıla bilər, çünki bir şəxs bir avtomobili icarəyə götürür və gələcəkdə onu geri satın almaq hüququna malikdir. Bu xidmət hüquqi şəxslər arasında populyarlıq qazanmışdır ki, bunun üçün bir neçə ödənişdən istifadə etmək asandır. Əhali üçün bu sənədlər paketi tərtib olunduqdan və ilk ödənişdən sonra maşından istifadə etmək üçün unikal imkandır.

Leasing – lehte və eksiklikler

Bu cür investisiya fəaliyyəti qeyri-adi müsbət və ya kifayət qədər məqbul hesab edilə bilməz. Lizinqin üstünlükləri və mənfi cəhətləri var. Lizinqin əhəmiyyətli üstünlüklərindən biri – hər bir müştərinin razılığına əmin olan bir girov qoymağa ehtiyac yoxdur. Onun dezavantajı kreditlərlə müqayisədə daha yüksək ödəniş demək olar.

Lizinq prosesi

İxtisaslaşmış firmaların bir çox müştərisi lizinqin nə olduğunu bilir və onlar lizinqin nə faydası olduğunu bilirlər:

  1. Aşağı vergi dərəcəsi və məqbul şərtlərlə sığortalanma imkanı.
  2. Müştəri erkən müddətdə əhəmiyyətli ödənişlər və zərərlər olmadan müqavilənin sona çatmasından əvvəl kirayə verə bilər.
  3. İstəsəniz, krediti qismən ödəyə bilərsiniz. Bu halda, məbləğ qalan hissəsi daha qısa bir dövr üçün yenidən hesablanır.
  4. Bəzi hallarda sığorta ehtiyatlıdır və bəzən bu əsas meyarlardan biridir.
  5. Yeni avadanlıq və ya avtomobil almaq üçün ən qısa müddətdə lazım olan hallarda ən yaxşı həll və sürəti azaltmaq üçün belə bir imkan yoxdur. Beləliklə, ümumi məbləğin eyni hissələrini ödəyərək, mənfəətin yenidən idarə edilməsinə və biznesin inkişafına davam edə bilərsiniz.
  6. Girov qoymağa ehtiyac yoxdur.

Daha az lizinq

Bu tip investisiya fəaliyyətinin üstünlükləri barədə danışarkən, mənfi cəhətləri müzakirə etmək vacibdir. Ekspertlər lizinqin belə əhəmiyyətli cəhətlərini müəyyən edirlər:

  1. Ümumilikdə çox ödəniş. Əgər kreditin digər formaları ilə müqayisə etsəniz, artıq ödənişlər çox əhəmiyyətlidir.
  2. Lizinq xidmətləri üçün çox zəngin bir bazar deyil. Bəzi rayon və şəhərlərdə belə xidmətləri göstərən bir şirkət tapmaq çətindir.

Kirayə və kirayə arasında fərq nədir?

Lizinq və lizinq kimi konsepsiyalar hüquqi şəxslər arasındakı maliyyə münasibətlərinin formalarıdır, bir tərəf müvəqqəti istifadəyə görə digər əmlakı ödəyir. Beləliklə, bu fərqlərin fərqləndirilməsi:

  1. İcarə zamanı əməliyyatın obyekti ödənilməlidir və icarə müddəti başa çatdıqda, kirayəyə verilir.
  2. Lizinq müqaviləsi çox vaxt uzun müddətə bağlanır və bir obyekt bir icarəçinin mülkiyyətidir. İcarələ bağlı eyni şey söyləmək olmaz.
  3. Torpaq sahələri icarəyə verilə bilər, lakin icarəyə verilmir.

Lizinq bir kreditdən necə fərqlənir?

Əlverişli şərtlərlə hər hansı bir mülkiyyət sahibinə sahib olmaq istəyənlər tez-tez lizinqdəki fərqin kreditdən fərqli olduğu ilə maraqlanırlar. Mütəxəssislər belə əsas fərqləri çağırırlar:

  1. Lizinq müqaviləsi mülkiyyətdir, kreditləşmədə – pul.
  2. Lizinq sahibi bir lizinq şirkətidir və kreditin sahibi müştəri olur.
  3. Lizinq maliyyə fayda təmin edir və kredit vermir.
  4. Lizinq həm hüquqi şəxslər, həm də fərdi sahibkarlar üçün uyğun ola bilər və kreditlər fiziki şəxslər üçün mümkündür.

Lizinq və ya kredit – daha sərfəli olan?

Kredit və lizinq onların mənfəət və zəifliyinə malikdir. Lizinqin əsas üstünlükləri var:

  1. Qərar vermə va əməliyyatın icrası kredit verməkdəkindən çox qısadır.
  2. Lizinq müqaviləsi borc verildikdən daha uzun müddətdir.
  3. Lizinq ödənişlərinin ödənilməsi üçün müxtəlif sxemlər var.
  4. Şirkət gömrük ödənişləri və sığorta haqlarını ödəyir.
  5. Lizing zamanı əmlak vergisi tələb olunmur.
  6. Lizinq sahibi avtomobili mübadilə etmək, müqaviləni ləğv etmək və nəqliyyat vasitəsini geri qaytarmaq hüququna malikdir.

Lizinq almaq üçün necə?

Avtomobil sahibləri olmaq istəyənlər tez-tez fiziki şəxslərə lizinqə necə avtomobillər ala biləcəkləri ilə maraqlanırlar. Bunu etmək üçün lazımi avadanlıq və ya lizinq üçün avtomobil almaq üçün ərizə verməlisiniz. Belə sənədə təşkilatın balansının notariat qaydasında təsdiq edilmiş surətini son dəfə əlavə edin. Təqdim olunan sənədlərə əsasən şirkət əvvəlcədən qərar qəbul edə bilər. Müsbət olursa, şirkət lizinq ödənişlərinin hesablanması və müqavilə üçün lazım olan bütün sənədlərin siyahısını nəzərdən keçirə bilər:

  • notariat qaydasında təsdiq edilmiş şirkətin nizamnaməsinin surətləri;
  • birləşdirilmiş dövlət reyestrinə qeydə alınmışdır;
  • menecerin pasportunun fotokopisi;
  • baş mühasib təyin edilməsi haqqında əmrin bir nüsxəsi;
  • maliyyə sənədləri;
  • Son beş dövrdə təşkilatın gəlirlərini göstərən bank hesabatları;
  • biznes müqavilələri və kreditlər haqqında məlumat.

Bu halda, hər bir ixtisaslaşmış şirkət öz sənəd paketinə malik ola bilər. Buna görə təqdim etməzdən əvvəl aydınlaşdırmaq lazımdır. O, kirayənin maliyyə qüdrətini araşdırdıqdan və təhlil etdikdən sonra dərhal son qərarı bildirəcəkdir. Bundan sonra lazımlı sənədlərin işlənməsinin çətin bir parçası olacaq. Xüsusi bir satış müqaviləsi, bir müqavilə və müəyyən bir əmlakın sığortası hazırlamaq lazımdır. Tez-tez bu məsələlər xüsusi lizinq şirkətləri tərəfindən aparılır.

Comments are closed, but trackbacks and pingbacks are open.