Sürücülərə pis xəbər – Dizellə işləyən avtomobillər QADAĞAN OLUNACAQ
Hal-hazırda respublikada istismar edilən avtomobillərin üçdə iki hissəsinin Bakı şəhərində cəmləşdiyini nəzərə alsaq, ətraf mühitin mühafizəsi sahəsində qarşıda duran problemlərin nə dərəcədə aktual olduğu aydın olar.
Avtomobilimin ekoloji cəhətdən təmiz olduğunu necə bilə bilərəm?
AVTOMOBİL NƏQLİYYATINDA EKOLOJİ PROBLEMLƏR
Çıxış yolu varmı?
Məqalədə avtomobil nəqliyyatı sahəsində hal-hazırda mövcud olan ekoloji problemlər, onların ətraf mühitə vurduğu zərərli təsirlərdən bəhs edilir və bu problemlərin aradan qaldırılması üçün müəllif tərəfindən önəmli tövsiyələr verilir.
Müasir dövrdə ekoloji təhlükəsizlik qlobal problemlərdən biri kimi aktual olaraq qalır.
İnsanların ətraf mühitə neqativ təsirinin əsas istiqamətlərindən biri də ətraf mühitin çirkləndirilməsidir. Bu çirklənmə təbii proseslərlə yanaşı, antronogen – yəni insanların təsərrüfat fəaliyyəti ilə bağlı olur. Ətraf mühitin çirkləndirilməsi insan sağlamlığı üçün önəmli yeri olan su, hava və torpağın fiziki-kimyəvi tərkibinin dəyişdirilməsi nəzərdə tutulur.
Məlum olduğu kimi, təbiətin mühafizə obyektlərindən biri də atmosferdir. Mahiyyət etibarı ilə, hava və insanı əhatə edən ətraf mühit eyni zamanda təbii mühitdir.
Atmosferin çirklənməsi, xüsusən də antronogen yolla çirkləndirilməsi şübhəsiz ki, nəqliyyat vasitələrinin sayının artması ilə funksional şəkildə əlaqədardır. Bildiyimiz kimi, nəqliyyatın müxtəlif növlərinin fəaliyyəti nəticəsində hər gün atmosferə külli miqdarda zəhərli qazlar atılır, ətraf mühitə yüksək texnogen təsir göstərilir və insanların sağlamlığı üçün ciddi təhlükə yaranır.
Daxili yanma mühərrikləri ilə işləyən avtonəqliyyat vasitələri atmosferi çirkləndirən başlıca mənbə növü olaraq qalır. Hava hövzəsinin çirklənməsində avtonəqliyyat vasitələrinin payı 80%-dir.
Hal-hazırda Azərbaycan Respublikasında 20,4 min avtobus və 70,0 min yük avtomobili vardır. Son dövlət texniki baxışı ilə avtobusların yalnız 39,2%-nin, yük avtomobillərinin 25,4%-nin texniki cəhətdən yararlı olduğu müəyyənləşdiril-mişdir. Avtomobillərin əksəriyyəti fiziki və texniki cəhətdən həddi aşınmış, ekoloji göstəricilərinə görə isə istismara yararsız vəziyyətdədir.
Dünyada baş verən qloballaşma prosesində iqtisadiyyatın keçid dövrünü yaşayan ölkəmizdəki avtomobillərin əksəriyyəti MDB ölkələrində istehsal edilmiş avtomobillərdir. Bundan əlavə, 10 ildən artıqdır ki, ölkəyə xaricdən həmin ölkələrdə işləmə müddəti həddinə və ekoloji cəhətdən yararsızlığına görə istismarı qadağan edilmiş avtomobillər idxal edilir. Avtomobillərin modelləri bütün əsas göstəricilərinə görə (qənaətlilik, etibarlılıq, təhlükəsizlik, ekoloji yararlılıq) sənayesi inkişaf etmiş ölkələrdən 8-10 il geridə qalır.
Belə avtomobillərin istismarı nəticəsində yanacaq sərfi və atmosferə atılan zərərli maddələrin miqdarı artır. Bundan başqa, respublikada avtomobil parkının böyük əksəriyyətinin özəlləşməsi də, onun maddi-texniki bazasının zəifləməsi nəticəsində ətraf mühitə öz mənfi təsirini göstərmişdir.
Hal-hazırda respublikada istismar edilən avtomobillərin üçdə iki hissəsinin Bakı şəhərində cəmləşdiyini nəzərə alsaq, ətraf mühitin mühafizəsi sahəsində qarşıda duran problemlərin nə dərəcədə aktual olduğu aydın olar.
Hal-hazırda ölkəmizdə avtomobillərdən xaric olunan qaz tullantılarının zəhərlilik hədlərini müəyyənləşdirən müasir ekoloji təhlükəsizlik standartları işlənib hazırlanmamışdır. Bu günədək ölkədə keçmiş SSRİ-nin 1987-ci il standartları qüvvədədir ki, bu standartlar da nəinki bu günə olan beynəlxalq tələblərə cavab vermir, hətta onlardan nəzərə çarpacaq dərəcədə geri qalır.
Azərbaycan Respublikasının beynəlxalq nəqliyyat xidmətləri bazarında Avropa Şurası ölkələrinin nəqliyyat kompleksinə inteqrasiyası ondan milli avtomobil parkının təzələnməsi prosesini sürətləndirməyi tələb edir.
Məlumdur ki, beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirmək üçün nəzərdə tutulmuş avtonəqliyyat vasitələri, ilk növbədə, beynəlxalq sazişlərlə müəyyənləşdirilmiş əsas parametrlərə, yol hərəkəti təhlükəsizliyinin tələblərinə, ekoloji, həmçinin daşınan yüklərin saxlanması və sərnişinlərin sağlamlığının qorunması tələblərinə uyğun olmalıdır.
Avtonəqliyyat vasitələrinin uzunmüddətli istismarı onların texniki vəziyyətinin və daxili yanma mühərriklərinin tənzimlənmə parametrlərinin pisləşməsinə gətirib çıxarır. Atmosferə atılan zərərli maddələrin miqdarı avtonəqliyyat vasitələrinin aşınmasından daha sürətlə artır. Məsələn, yeni avtomobillərdə yalnız 1-3 il ərzində zərərli qaz tullantılarının səviyyəsini istehsalçı müəssisənin zəmanət verdiyi həddə saxlamaq mümkündür. İstismar prosesində cari nasazlıqlar və tənzimləmələrin pozulması zəhərlilik göstəricilərinin və yanacaq q ə naətliliyinin pisləşməsinə gətirib çıxarır. Əlverişsiz yol şəraiti, yanacaq-sürtgü materiallarının keyfiyyətinin aşağı olması avtonəqliyyat vasitələrinin qovşaq və aqreqatlarının sürətlə yeyilməsinə, yanacaq sərfinin və xaric qazların zəhərliliyinin artmasına səbəb olur. Texniki qulluq və təmirin keyfiyyətinin hələlik yüksək səviyyədə olmaması, müasir avadanlıqların və ixtisaslı mütəxəssislərin çatışmaması avtonəqliyyat vasitələrinin iş qabiliyyətinin tam bərpa olunmasına mənfi təsir göstərir. Nəticədə avtomobil istehsalı sənayesinin ekoloji standartların tələblərinə uyğun olan təkmilləşdirilmiş mühərrik istehsalı sahəsində səyləri reallaşmır.
Karbüratorlu avtomobillərdə mühərrikin yanacaq sistemindəki nöqsanlar zərərli tullantıların miqdarını 30-40%, alışma sistemində 25-30%, mühərrikin mexaniki hissəsində 20-25%, avtomobilin transmissiya və hərəkət hissəsində 15% artırır. Yanacaq sistemindəki tənzimləmələrin pozulması isə dəm qazının miqdarını 70% və daha çox artıra bilər. Dizel mühərriki ilə işləyən avtomobillərdə yanacaq sistemindəki hər hansı bir nasazlıq yanacaq sərfinin və tüstüləmənin artmasına təsir edir. Məsələn, isiklik yanacaq verilişinin normadan 25% çox artırılması işlənmiş qazların tüstülülüyünü 40% artırır. Yanacaq aparat detallarının həddi aşınması isə, yanacaq sərfini 8-10%, tüstüləməni isə 20-30% artırır.
İstismar edilən avtonəqliyyat vasitələrinin ekoloji parametrlərini həddi səviyyədə saxlamaq üçün onların texniki vəziyyətinə diaqnostika stendləri və avadanlıqlarından istifadə olunmaqla dövri nəzarət zəruridir.
Son zamanlar respublikada texniki-təmir stansiyaları /sahələri/ şəbəkəsi, bir sıra yeni, müasir stansiyalar istisna olmaqla, texniki normalara və standartların tələblərinə cavab verməyən, primitiv şəkildə yaradılmış özəl texniki-təmir sahələrinin hesabına genişlənmişdir. Bütün bunlar isə göstərilən xidmətin mənfi nəticələri olan yol-nəqliyyat hadisələrinin baş verməsinə, avtomobillərin vaxtından qabaq təkrar təmirə dayanmasına və ətraf mühitin çirklənməsinə səbəb olur.
Qeyd etmək lazımdır ki, “TASİS-TRASEKA” proqramına müvafiq “Tarixi İpək Yolu”nun bərpası ilə əlaqədar olaraq, Azərbaycan Respublikası ərazisindən keçən beynəlxalq yüklərin avtomobil nəqliyyatı ilə daşınması zamanı ətrafa atılan zərərli maddələrin miqdarı daha da artacaqdır. Bu isə respublikada ekoloji vəziyyəti daha da gərginləşdirəcək.
“Tarixi İpək Yolu”nun bərpası ilə ölkəmiz qədim dövrlərdə olduğu kimi, Avropa ilə Asiya arasında təbii körpüyə çevriləcəkdir. “Avropa-Qafqaz-Asiya” nəqliyyat dəhlizinin yaradılması Qafqaz, Otra və Mərkəzi Asiya ölkələrinə dünya iqtisadi bazarına daxil olmağa imkan yaradacaqdır.
Hələ 1993-cü ilin may ayında Avropa Komissiyasının çağırışı ilə Brüsseldə Mərkəzi Asiya və Qafqazın yeni dövlətlərinin, həmçinin Avropa İqtisadi Birliyi ölkələrinin nümayəndələrinin birgə görüşü keçirilmişdir. Görüşün yekunları üzrə TRASEKA-nın “Avropa-Qafqaz-Asiya” nəqliyyat dəhlizinin yaradılması haqqında Bəyannamə qəbul edilmişdir. Bununla, “TASİS-TRASEKA” texniki yardım proqramının layihələrinin həyata keçirilməsinin təməli qoyulmuşdur. Onun qarşısında duran vəzifə – yüklərin Avropa və Asiyaya, həmçinin geriyə fasiləsiz, tez və etibarlı nəqlinin təmin edilməsidir. Proqram yaxın yüz ildə nəqliyyat dəhlizinə daxil olan ölkələrin vahid iqtisadi məkana qlobal, istiqamətləndirilmiş inteqrasiyasını nəzərdə tutur. Yeni nəqliyyat dəhlizi şimal marşrutundan 2000 km-dək qısadır ki, bu da yüklərin nəql etdirilməsi vaxtını nəzərə çarpacaq dərəcədə qısaldır. İkincisi, şimal dəhlizindən fərqli olaraq, TRASEKA bütün rejimlərdə işləyir – burada temperatur əslində, adətən 50C-dən aşağı düşmür. Şübhəsiz ki, bu marşrutun nəqliyyat şəbəkəsinin Azərbaycan Respublikası əhalisinin sıx məskunlaşdığı rayonlarından keçəcəyi nəzərə alınmalıdır.
Nəqliyyat şəbəkələri nəqliyyat sisteminin iki mühüm yarımsistemindən biridir. Nəqliyyat şəbəkələri stasionar ekoloji təhlükə mənbəyidir.
İkinci yarımsistem isə, nəqliyyat şəbəkəsindən istifadə edən nəqliyyat vasitələridir. Bu nəqliyyat vasitələri qeyri-stasionar ekoloji təhlükə mənbəyi kimi, ətraf mühiti zərərli maddələrlə, müxtəlif zəhərli birləşmələrlə, elektromaqnit sahəsi və s. ilə çirkləndirməkdə həlledici rol oynayır.
Nəqliyyat şəbəkələrinin normal fəaliyyətini təmin etmək üçün onların müvafiq infrastrukturu yaradılmalıdır. Həm nəqliyyat şəbəkələrinin, həm də bu şəbəkələrdən istifadə edən nəqliyyat vasitələrinin ekoloji təhlükəsizliyinin təmin edilməsi sisteminin də nəzərdə tutulması mühüm əhəmiyyət kəsb edir. Ekoloji təhlükəsizlik sisteminə zəruri şəkildə müasir tələblər nəzərə alınmaqla, təşkil edilmiş analitik informasiya mərkəzi daxil olmalıdır.
Avtonəqliyyat vasitələrinin ekoloji təhlükəsizliyinin təmin edilməsində çoxplanlı mühüm vəzifələrdən biri də dövlət ekoloji nəzarət sisteminin yaradılmasıdır.
Bu məqsədlə respublikanın sərhəd-keçid məntəqələrində, iri şəhərlərin giriş-çıxış yollarında, habelə magistral avtomobil yollarında daim fəaliyyət göstərən ekoloji postların çoxaldılması zəruridir. Həmçinin dövlət ekoloji nəzarət qaydalarını və onun həyata keçirilməsini reqlamentləşdirən normativ aktlar səmərəli şəkildə tətbiq edilməlidir.
Normativ aktlarda dövlət nəzarətini həyata keçirən oqranların qarşılıqlı əlaqəsinin mexanizmi öz əksini tapmalı, ətraf mühiti çirkləndirməyə görə ödənişin həyata keçirilməsi qaydaları və tarifləri dəqiqləşdirilməlidir.
Azərbaycan Respublikası bu gün beynəlxalq nəqliyyat siyasətinin həyata keçirilməsində fəal iştirak edir. Onun inkişaf istiqamətləri dəqiq müəyyənləşdirilmişdir: nəqliyyat kompleksinin beynəlxalq sistemə sürətli inteqrasiyası, hüquq qaydalarının beynəlxalq nəqliyyat hüququ normaları ilə harmonizasiyası, multimodal daşımaların inkişafı, qısa müddətdə, az vəsait itkiləri ilə beynəlxalq yük və sərnişin daşımalarını maneəsiz həyata keçirməyə imkan verən unifiksiya edilmiş qanunların qəbul edilməsi, ekoloji təhlükəsizliyin təmin edilməsi və s.
Avtonəqliyyat vasitələrinə olan tələblərin həyata keçirilməsi və ekoloji təhlükəsizliyin daha səmərəli şəkildə təmin edilməsi məqsədilə aşağıdakı tədbirlərin həyata keçirilməsi zəruridir:
– Avropa Şurasının direktivləri və BMT Avropa İqtisadi Komissiyasının qaydaları nəzərə alınmaqla, EURO ekoloji normativlərinin mərhələlərlə qəbul edilməsi proqramının işlənib hazırlanması;
– standartlar, ekoloji sertifikatlaşdırma qaydaları və avtomobil nəqliyyatının ətraf mühitə zərərli təsirinin səviyyəsini tənzimləyən digər normativ-hüquqi sənədlər paketinin işlənib hazırlanması;
– avtomobil nəqliyyatının ətraf mühitə zərərli təsirinin azaldılmasını təmin edən, avtonəqliyyat parkının təzələnməsi prosesini sürətləndirən stimullaşdırma sisteminin işlənib hazırlanması;
– respublikanın sərhəd-keçid məntəqələrində, iri şəhərlərin giriş-çıxış yollarında, həmçinin magistral avtomobil yollarında müasir avadanlıqlarla təchiz edilmiş, avtonəqliyyat vasitələrinin ekoloji göstəricilərinə nəzarət edən ekoloji postların yaradılması;
– respublikanın sərhəd-keçid məntəqələrinin zəruri texniki vasitələrlə təchiz edilməsi və avtonəqliyyat vasitələrinə unifikasiya edilmiş nəzarət sisteminin yaradılması;
– beynəlxalq standartların tələblərinə cavab verən ətraf mühiti idarəetmə sisteminin və informasiya təminatı sisteminin yaradılması;
– beynəlxalq standartların tələblərinə müvafiq surətdə avtonəqliyyat vasitələrinə təminatlı texniki xidmət göstərən texniki-təmir stansiyaları şəbəkəsinin genişləndirilməsi, texniki qulluq və təmirin keyfiyyətinə dövlət nəzarətinin təmin edilməsi.
Ədalət.- 2010.- 8 oktyabr.- S. 5.
Sürücülərə pis xəbər – Dizellə işləyən avtomobillər QADAĞAN OLUNACAQ
Azərbaycanda ekoloji təmiz avtomobillərdən istifadənin təşviq edilməsi, köhnə nəqliyyat vasitələrinin, xüsusilə də dizel mühərrikli avtomobillərin istismarının mərhələlərlə məhdudlaşdırılması istiqamətində işlər görülür.
BAKU.WS Trend-ə istinadla xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Siyasət şöbəsinin müdiri Rasim Səttarzadə bildirib.
Onun sözlərinə görə, “Yol hərəkətinin təhlükəsizliyinə dair” (2019-2023) Dövlət Proqramında məqsəd nəqliyyatla bağlı təhlükəsizliyin təmin edilməsidir:
“Orada bir neçə istiqamət nəzərdə tutulub. Onlardan biri ətraf mühitə və insan sağlamlığına mənfi təsirin azaldılmasıdır.
Ekoloji cəhətdən təmiz avtomobillərdən (elektromobillər, hibrid avtomobillər, digər alternativ yanacaq növü, misal üçün sıxılmış təbii qaz ilə işləyən) istifadənin stimullaşdırılması atmosfer havasına atılan zərərli maddələrin miqdarının kəskin azalması baxımından yaxşıdır. Bu da şəhərlərdə, böyük meqapolislərdə ətraf mühit üçün çox vacibdir”.
Elektromobillər ekoloji cəhətdən nə qədər təmizdir?
Beynəlxalq Təmiz Nəqliyyat Şurası, qlobal yeni minik avtomobilləri satışının 70% payına düşən dörd bölgəni dərindən araşdırdı. Bu araşdırmada, daxili yanma mühərrikli avtomobillər və elektrik mühərriki olan avtomobillərin həyat dövrləri boyunca yaratdığı istixana qazı tullantılarını araşdıran mütəxəssislər, elektrikli avtomobillərin istixana qazı tullantıları baxımından çox yaxşı bir yerdə olduğunu təyin etdilər.
E-saglam.az xəbər verir ki, ABŞ, Hindistan, Çin və Avropada aparılan araşdırma, nəqliyyat vasitələrinin bütün həyat dövrünü əhatə edir. Bu çərçivədə, avtomobil istehsalı üçün lazım olan xammalın çıxarılmasından bu nəqliyyat vasitələrinin güc ötürücülərinin istehsalına qədər və istehsaldan sonrakı bütün dövrləri əhatə edən mütəxəssislər, dünyanın təcili olaraq elektormobildən istifadə etməli olduğunu ortaya qoydular.
Araşdırmaya görə, bir elektrikli avtomobilin (yolsuzluq avtomobili də daxil olmaqla) ömrü boyu yaratdığı istixana qazı tullantıları Çində benzinli bir avtomobildən 37% ilə 45% arasında daha azdır. Eyni nisbət Hindistanda 19% ilə 34% arasında dəyişir. Avropada və ABŞ-da vəziyyət daha qabarıq görünür. ABŞ-da, bir elektrikli avtomobilin istixana qazı emissiyası miqdarı benzinli bir nəqliyyat vasitəsindən yüzdə 60 ilə 68 nisbətində azdır, bu nisbət Avropada yüzdə 66 ilə 69 arasında olduğu müəyyən edilir.
Comments are closed, but trackbacks and pingbacks are open.