Press "Enter" to skip to content

Bumeranqkart”dakı məlumatlarımı necə əldə edə bilərəm

Banklar bizim təkliflərimizi yalnız öz inkassator maşınlarının təchiz edilməsi üçün deyil, həm avtokreditlərin verilməsində, həm də vaxtsız ödəmələrdə istifadə edə bilərlər. Yeri gəlmişkən, bu, xaricdə artıq müəyyən standart sayılır. Birincisi, belə halda maşını, sadəcə, söndürmək olar. İkincisi isə, onu axtarmaq belə lazım gəlməz.
Sığorta şirkətləri bu sistemi quraşdıraraq sığorta hadisələrinin ətraflı təhqiqatlarına, həmçinin müştəri və sığorta müqaviləsinin optimal şərtlərinin təyin olunmasına dair idarəetmə sürəti və avtomobil yürüşü haqqında çoxlu vacib məlumatlar əldə edirlər.
Əlbəttə ki, dövlət strukturları təcili yardım, polis, FHN və s. haqqında unutmaq lazım deyil. Bizim, həmçinin özəl sektor üçün avtomobil oğurlanmasının qarşısını almağa imkan verən təkliflərimiz də var.

GPS – Nəzarət

Keyfiyyəti yaxşılaşdırmaq – Azərbaycansayağı xərcləri azaltmaq!
Ölkəmizdə müasir GPS nəzarəti sistemlərinin istifadə aktuallığı günü-gündən artmaqdadır.

– GPS nəzarəti sistemi nədir? GPS naviqasiya sistemləri ilə bu məhsul arasındakı fərq nədən ibarətdir?

– Bu məhsulları biri-birindən ayırmaq vacibdir. İstifadəçilərimiz, onsuz da, GPS naviqasiyası haqqında artıq xəbərdardırlar. Ancaq GPS nəzarəti sistemi haqqında isə az insan bilir. İlk növbədə, bu məhsul öz avtotransportunun yerləşdiyi məkanı kompüter və ya cib telefonu, o cümlədən online rejimi ilə nəzarət etməyə imkan yaradacaq. Bu, xüsusi avadanlığın – GPS və GPRS qəbulediciləri ilə təchiz edilmiş GPS trekerinin sayəsində əldə edilir. Bu treker peykdən siqnal qəbul edərək obyektin dəqiq yerini müəyyənləşdirir və onun koordinatlarını bizim serverə göndərir. Daha sonra əldə olunan informasiya müvafiq qaydaya salınandan sonra yerli xəritəyə yerləşdirilir. Bütün bu proses bir saniyə çəkir və bu müddət ərzində də istifadəçi real zaman rejimində onlar tərəfindən izlənilən obyektin necə hərəkət etməsini müşahidə edə bilir.

Bununla bərabər, şəxsi avtotransportun tam nəzarəti üçün “monitordan ayrılmamaq” heç də məcburi deyil. İstənilən əlverişli zamanda istənilən dövri surətdə və arzuolunan formada siz nəqliyyatınızın harada və nə etməsi haqqında hesabat ala biləcəksiniz. Axı praktiki olaraq hər şeyə nəzarət etmək olar.

– GPS nəzarəti sisteminin istifadəçiləri hansı əsas mənfəəti əldə edə bilirlər?

– Hazırda böhran şəraitində bir çox şirkətlər öz xərclərini azaltmağa çalışırlar. Birincisi, sözügedən bu sistem benzinə nəzarət etməyə imkan verəcək. O, maraq dairəsində olan zaman müddətində benzinin sərf edilməsini aydın nümayiş etdirərək, onun icazəsiz tökülməsi haqqında xəbərdarlıq edəcək və beləliklə də şəxsi məqsədlərlə yanacağın istifadəsi və onun GPS nəzarəti sistemi ilə təchiz olunmuş korporativ maşından oğurlanması artıq mümkün olmayacaq. Bununla belə benzinin qənaət edilməsi son dərəcə əhəmiyyətlidir. Müştərilərimizdən əldə etdiyimiz bəzi məlumatlara görə onun sərf olunmasının hətta 50%-ə qədər azaldılmasına nail olunub.
İkincisi, bu həm də öz əməkdaşlarının marşrutunu, yəni onların öz iş zonasının hüdudlarında olmalarını və müəyyən obyektlərə baş çəkmələrini dəqiq izləməyə imkan yaradır. Belə halda nəqliyyatın şəxsi məqsədlərə görə istifadəsi və həm də daşınan yükün oğurluğu imkanı istisna olunur. Məsələn, şirkətlərin hər bir ticarət təmsilçisi müəyyən iş zonasına təhkim edilmişdir və əməkdaşlardan hər hansının onun hüdudlarından kənara icazəsiz çıxışı qalan digərləri üçün problem ilə nəticələnəcək. Bizim avadanlığın quraşdırılmasından sonra oxşar vəziyyətin yarandığı halda elə həmin an rəhbərliyə sayılan saniyələrdə məsələni həll etməyə imkan yaradan hesabat daxil olur və işçi öz “iş yerinə” geri qaytarılır. Bundan əlavə, oxşar sistemlərin tətbiq edilməsi bütövlükdə istifadə olunan nəqliyyatın müxtəlif marşrut və koordinasiyalarının planlaşdırılmasının effektivliyini artırır.
Üçüncüsü, GPS nəzarəti sisteminin quraşdırılmasından sonra nəqliyyatın etibar edildiyi sürücülərin daha da diqqətli olmaları barədə bütün müştərilərimizdən bizə müsbət rəylər daxil olur. Məsələn, onlar sürət rejimini daha az pozurlar. Ona görə ki, bu sistem bu və ya digər maşının hansı sürətlə hərəkət etməsini tamamilə dəqiq təyin edir. Nəqliyyatın hansı sahədə istifadəsindən asılı olmayaraq, bütün şirkətlər bu mənfəətlərdən yararlana bilir. Lakin bunun hər sferada tətbiq edilməsinin öz əlavə üstünlüyünü fərqləndirmək olar. Misal üçün, əgər avtomaşınlar refrijeratorlarla təchiz edilmişdirsə, onda GPS nəzarətini istifadə etməklə müəyyən yükün daşınmasında tələb olunan temperatur dərəcəsi nə maksimal dəqiqliklə nəzarət etmək mümkün olur.

– Bazarın hansı sahələrində GPS nəzarəti sisteminin effektiv istifadəsi mümkündür?

– Onlar kifayət qədər çoxdur və hər birinin də öz spesifik xüsusiyyəti var. Tikinti sektorunun nümayəndələri də özlərinin vahid xüsusi texnikalarının çox səliqəli istifadəsində maraqlıdırlar.
Bu həm də müxtəlif məhsulların distribusiyası ilə məşğul olan şirkətlərdir. GPS nəzarəti sistemləri, həm ölkə daxilində, həm də onun hüdudlarında yük, o cümlədən konteyner daşımaları ilə məşğul olan təşkilatlar üçün də zəruridir. Bizdə sərnişin daşımaları ilə məşğul olan şirkətlərlə – sərnişinlərin sayının nəzarətindən tutmuş, onların təhlükəsizliyinin təmin edilməsinə kimi kifayət qədər maraqlı fikirlər var.

Banklar bizim təkliflərimizi yalnız öz inkassator maşınlarının təchiz edilməsi üçün deyil, həm avtokreditlərin verilməsində, həm də vaxtsız ödəmələrdə istifadə edə bilərlər. Yeri gəlmişkən, bu, xaricdə artıq müəyyən standart sayılır. Birincisi, belə halda maşını, sadəcə, söndürmək olar. İkincisi isə, onu axtarmaq belə lazım gəlməz.
Sığorta şirkətləri bu sistemi quraşdıraraq sığorta hadisələrinin ətraflı təhqiqatlarına, həmçinin müştəri və sığorta müqaviləsinin optimal şərtlərinin təyin olunmasına dair idarəetmə sürəti və avtomobil yürüşü haqqında çoxlu vacib məlumatlar əldə edirlər.
Əlbəttə ki, dövlət strukturları təcili yardım, polis, FHN və s. haqqında unutmaq lazım deyil. Bizim, həmçinin özəl sektor üçün avtomobil oğurlanmasının qarşısını almağa imkan verən təkliflərimiz də var.

– Verilən sistemlərin avtoparkın nəzarətindən başqa daha hansı istifadə sahələri mövcuddur?

– Həm korporativ, həm də özəl sektor üçün nəzərdə tutulan mobil GPS trekinqinin ayrıca istiqaməti mövcuddur. Misal üçün, mobil trekerləri ilə xidməti nəqliyyatla yanaşı, ictimai nəqliyyatdan da istifadə edən əməkdaşları olan kuryer şirkətlərini təchiz etmək olar.
Bizdə uşaqların nəzarətinə dair təkliflər də var. Hansını ki, yalnız uşağın yerdəyişməsinin izlənilməsi üçün deyil, həm də (telefon və ya ratsiya (radio stansiyası)) təcili əlaqə vasitəsi kimi istifadə etmək olar. Hələ onu da qeyd edək ki, bütün bu kimi trekerler SOS düyməsi ilə təchiz edilmişdir. Bizim xəritənin vasitəsilə uşağın yerdəyişməsinin (məktəb, bağça və s.) müxtəlif zonalarını təyin etmək imkanı da var. Belə ki, müəyyən edilməmiş vaxtda bu zonaların hüdudlarına çıxdıqda valideynlərə xəbərdarlıq siqnalı ötürüləcəkdir.
Mobil trekinq həm də ev heyvanlarının nəzarəti ü çün aktiv tətbiq olunur. Ev heyvanınız üçün GPS trekeri quraşdırılmış xalta əldə etdikdə, siz onun itirilmə riskini azaldırsınız.

Əsas etibarilə biz istənilən təkliflər üçün açığıq və bizim müştərilər tərəfindən verilən müxtəlif tələblərin reallaşdırılmasını öhdəmizə götürə bilərik. Misal üçün, bizə çoxlu sayda yanacaqdoldurma məntəqəsi olan bir yerli şirkətdən təklif daxil oldu. Məlum olduğu kimi, yanacaqdoldurma məntəqələrinin yanacaqla doldurulmuş yeraltı bakları olur və bizdən buxarlanma, kondensat və sair itkisini hesaba almaqla, qeyd sisteminin maksimal dəqiqliyini hazırlamaq tələb olunurdu. Beləliklə, bizim müştərimiz öz ofisindən çıxmadan hansı miqdarda yanacağın istifadə olunmasını, nə qədər doldurulmasını və sair lazımi məlumatları təyin edə bilər.

– GPS nəzarəti sistemləri hazırda niyə Azərbaycanda geniş istifadəyə malik deyil?

– GPS nəzarəti sistemlərinin hazırda mümkün olan geniş imkanları və həmçinin onun təhlükəsizliyinin yüksək səviyyəsi bu yaxınlarda meydana gəlib. Əgər bizim bazara uyğun olaraq danışsaq, onda bu sistemin geniş yayılması yolunda çıxan əsas problem nəzarət olunan avtotransportu daha dəqiq izləməyə imkan verən Azərbaycanın ətraflı işlənilmiş xəritəsinin olmamasıdır.

Yollar.az layihəsinin reallaşmasında istifadə olunan proqram təminatı əlverişli interfeysə malik olaraq istifadəçilərin istəklərinə əsasən, müxtəlif xəritələrlə və eləcə də üzərində təxminən iki il zaman kəsimində hazırladığımız şəxsi Azərbaycan xəritəmiz ilə işləməyə imkan verir.

Sistemin unikallığı ondan ibarətdir ki, burada praktiki olaraq respublikada olan bütün yollar və məntəqələr öz əksini tapır, həmçinin hər ay baş verən yenilikləri əks etdirən yenilənmiş versiya təklif olunur, təbii ki operativ tətbiq edilməni tələb edən dəyişiklikləri istisna etməklə.

Təəssüflər olsun ki, digər ciddi problemlərdən biri də milli bazarın bütün faydalı yenilikləri barədə geniş ictimaiyyəti məlumatlandırmaq kimi vəzifə borcu sayılan KİV və bəzi qeyri-kommersiya təşkilatları tərəfindən GPS nəzarətinin belə aktual sistemlərinin təbliğatına olan zəif marağın olmasıdır. Şəxsən biz bir neçə dəfə çoxluq təşkil edən müxtəlif assosiasiyaları informasiya tədbirlərinin keçirilməsində bizə kömək göstərmələrinə çağırmışıq, amma əfsuslar olsun ki, onlardan hələ də real dəstək ala bilməmişik.
GPS nəzarəti sistemlərinin geniş yayılması işində katalizatorlardan biri kimi Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına daxil olması sayıla bilər. Axı bir çox xarici şirkətlər belə sistemlərlə təchiz olunmuş firmalarla bərabər çalışmağa üstünlük verirlər.

Xarici şirkətlərdə GPS nəzarəti sistemlərinin tətbiq olunması praktikası daha çox populyar və hətta məcburi xarakter daşıyır, misal üçün, avtosığorta sahəsi.

Qeyd edim ki, Azərbaycan bazarında çalışan bir çox xarici firmalar artıq onların yerli nəqliyyat şirkətlərinə xidmət edənlərə onlar tərəfindən istifadə olunan maşınlara GPS avadanlıqlarının quraşdırılması tələbini irəli sürürlər.

– Belə bir fikir var ki, bütün oxşar texnoloji yeniliklər “bizim insana” əngəl törətmir və hər zaman sistemi aldatmağa imkan verən vasitələr tapmaq olar.

– Bəli, belə fikir, həqiqətən də, mövcuddur. Amma bu, bəzi köhnəlmiş nəzarət sisteminin istifadəsi və həm də cari vaxtda məhsullarla çox az əlaqəsi olan avtotransportun nəticəsində meydana gələn mifdən başqa bir şey deyil. GPS nəzarətinin müasir sistemlərinin “səsini batırmaq” və ya söndürmək mümkün deyil. GPS trekerinin icazəsiz ayrılması halında dərhal xəbərdarlıq siqnalı yaranır.

– GPS nəzarəti sistemlərinin quraşdırılmasına yönəlmiş xərclər nə vaxt səmərə gətirməyə başlayır?

– Əgər qurğuya birdəfəyə qoyulan maya dəyəri və həmçinin abunə ödəmələrini nəzərə alsaq, şirkət 2-3 ay müddətində əldə olunan avadanlığın xərcini çıxarır. Bunu da nəzərə almaq lazımdır ki, GPS nəzarəti sistemlərinin tətbiq olunmasından əldə olunan iqtisadi gəlir maşın parklarının artması ilə, əsasən də quraşdırılmış avadanlığın dəyərinin aşağı salınması ilə yüksəlir. Qeyd edim ki, heç də bütün şirkətlər məhz xərclərin aşağı salınmasını prioritet saymır, ilk növbədə, öz şəxsi avtoparkların iş effektivliyini yaxşılaşdırmağa və nəticədə də. onlar tərəfindən irəli sürülən malların və xidmətlərin keyfiyyətlərinin yaxşılaşdırılmasına can atırlar.

Ünvan: Bakı ş. K. Səfərəliyev küç. 19.
Tel: (012) 598 26 65
(012) 418 39 40
Faks: (012) 498 18 95
Mob.: (050) 225 57 77
info@yollar.az
SİZ SAYTDA TEST REJİMİNDƏ SİSTEMLƏ TANIŞ OLA BİLƏRSİNİZ
www.yollar.az

© 2010 Bütün hüquqlar qorunur. Məqalələrdən və şəkillərdən istifadə edərkən “avtomobil.az”a istinad zəruridir.

“Bumeranqkart”dakı məlumatlarımı necə əldə edə bilərəm?

Salam. mənə bumeranqkart cashback sistemində vurulan çeklərimin siyahısı lazımdır, amma bu sistem işləmir artıq,deyəsən. Mən necə əldə edə bilərəm məlumatlarımı ? Xahiş edirəm, bilən əlaqəsi olan varsa, köməklik göstərsin. Təşəkkürlər

Sualı verdi: Megaman ( 11/07/2021 )
Kateqoriya: Sual . bumeranq, cashback. Qısa keçid.
Bu suala hələ ki cavab yoxdur
Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin

Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Elan qutusu

Son cavablar və şərhlər

123589 cavab verdi – PC üçün tövsiyə (2 gün əvvəl)

Valeh Abishov cavab verdi – Aliexpress telefon (3 gün əvvəl)

Valeh Abishov cavab verdi – 1-dən ədəddən çox əşya sirariş etmə (3 gün əvvəl)

Valeh Abishov cavab verdi – Poçta əlavə pul (3 gün əvvəl)

gul56 cavab verdi – Vöen və bank hesabı (5 gün əvvəl)

E. Hacı cavab verdi – Vöen və bank hesabı (5 gün əvvəl)

Mammadli-Help cavab verdi – iban hesab nömrəmi tapa bilmirəm (8 gün əvvəl)

Mammadli-Help cavab verdi – İxtisasla bağlı (8 gün əvvəl)

Cənab cavab verdi – TOEFL vs IELTS (17 gün əvvəl)

yusifmemmedov2004 cavab verdi – Amerikadan Gomruk daxil Kargo (27 gün əvvəl)

Только Бог cavab verdi – PC üçün tövsiyə (31 gün əvvəl)

Comments are closed, but trackbacks and pingbacks are open.