Azərbaycanda tam yeni Renault Duster avtomobili təqdim olunub – FOTO
Tender proseduru “Dövlət satınalmaları haqqında” qanuna uyğun keçiriləcəkdir.
Avtomobilin keçicilik qabiliyyəti
Artiq 10 ildir ki, Reanult brendini Azərbaycanda uğurla təmsil edən “Nurgün Motors” Tam Yeni Renault Duster avtomobilinin təqdimatını həyata keçirib.
Tam Yeni Renault Duster avtomobili bu modelin 2-ci nəslidir. Birinci nəsil Duster modeli 2010-cu ildən indiyə qədər müxtəlif illərdə xırda dəyişikliklərlə istehsal olunub, hazırda isə model tam yenilənmişdir. Ümumilikdə Renault Duster modeli kompakt krossover seqmentinin bestselleri olmuşdur.
Tam Yeni Renault Duster əfsanəvi yolsuzluq qabiliyyətini və etibarlılığı yeni bir komfort səviyyəsi ilə birləşdirir. Yeni Duster ilk dəfə olaraq ən maksimal komplektasiya da daxil olmaqla ümumilikdə müştərilərə 4 növ komplektasiya təqdim edir.
Avtomobilin keçicilik qabiliyyəti o qədər yüksəkdir ki, Duster Əfsanəvi yolsuzluq avtomobili adını qazanıb. İndi bu əfsanəvi yolsuzluq avtomobili tam yeni dizaynda təqdim edilir. Ən vacibi isə odur ki, MDB ölkələrinin yollarına tam adaptasiya edilib.
Yeni Duster öz sahibinə sükan arxasında əminlik hissi və yeni emosiyalar vəd edir.
Tam Yeni Renault Duster modeli müasir və dinamik dizayn, yeni arxa və qabaq diod işıqlandırma sistemi, damda olan yeni reylinqlər, yüksək klirens, yan ətrafların yeni dizaynı, 17 düymlük yeni dizaynlı disklər, 360 dərəcə ətrafı görmə funksiyası, 4×4 sisteminin idarə olunması və izlənməsi, işiq sensoru və yağış sensoru ilə çox ciddi yeniliklərə sahibdir.
Eksteryer dizayna nəzər yetirsək, ilk öncə ön radiator barmaqlığı diqqəti cəlb edir. Bundan başqa yenilənmiş diod fənərlər avtomobilə müasir görünüş verir. Yan tərəfdən baxdığımız zaman genişləndirilmiş və böyüdülmüş təkər arkaları avtomobilə əsl yolsuzluq avtomobili dizaynını xatırladır.
Avtomobil 6 müxtəlif rəngdə təqdim edilir: ağ, qara, gümüşü, boz, qəhvəyi, narıncı. Avtomobilin interyerində də bir çox yeniliklər nəzər çarpır. Belə ki, tam yeni alətlər paneli, tam yeni klimat konrol paneli, 8 düymlü multimedia monitoru, hündürlüyə və dərinliyə görə tənzimlənən yeni sükan çarxı, qızdırılan ön və arxa tam yeni oturacaqlar və mühərrikin uzaqdan işə salınması avtomobilin ən əsas yeni özəlliklərindəndir.
Qeyd edək ki, Renault brendinin Azərbaycanda rəsmi distrübütoru Nurgün Motors şirkətidir. Tam Yeni Renault Duster avtomobilini sınaqdan keçirmək üçün alıcılar salona yaxınlaşaraq sınaq yürüşü edə, avtomobillə daha yaxından tanış ola bilərlər.
Ünvan : Bakı şəhəri, A.Salamzadə 2
Əlaqə: 012 934 ,(077) 477 0 934, (077) 434 0 934
Azərbaycanda tam yeni Renault Duster avtomobili təqdim olunub – FOTO
Tam Yeni Renault Duster avtomobili bu modelin 2-ci nəslidir. Birinci nəsil Duster modeli 2010-cu ildən indiyə qədər müxtəlif illərdə xırda dəyişikliklərlə istehsal olunub, hazırda isə model tam yenilənmişdir. Ümumilikdə Renault Duster modeli kompakt krossover seqmentinin bestselleri olmuşdur.
Tam Yeni Renault Duster əfsanəvi yolsuzluq qabiliyyətini və etibarlılığı yeni bir komfort səviyyəsi ilə birləşdirir. Yeni Duster ilk dəfə olaraq ən maksimal komplektasiya da daxil olmaqla ümumilikdə müştərilərə 4 növ komplektasiya təqdim edir.
Avtomobilin keçicilik qabiliyyəti o qədər yüksəkdir ki, Duster Əfsanəvi yolsuzluq avtomobili adını qazanıb. İndi bu əfsanəvi yolsuzluq avtomobili tam yeni dizaynda təqdim edilir. Ən vacibi isə odur ki, MDB ölkələrinin yollarına tam adaptasiya edilib.
Yeni Duster öz sahibinə sükan arxasında əminlik hissi və yeni emosiyalar vəd edir.
Tam Yeni Renault Duster modeli müasir və dinamik dizayn, yeni arxa və qabaq diod işıqlandırma sistemi, damda olan yeni reylinqlər, yüksək klirens, yan ətrafların yeni dizaynı, 17 düymlük yeni dizaynlı disklər, 360 dərəcə ətrafı görmə funksiyası, 4×4 sisteminin idarə olunması və izlənməsi, işıq sensoru və yağış sensoru ilə çox ciddi yeniliklərə sahibdir.
Eksteryer dizayna nəzər yetirsək, ilk öncə ön radiator barmaqlığı diqqəti cəlb edir. Bundan başqa yenilənmiş diod fənərlər avtomobilə müasir görünüş verir. Yan tərəfdən baxdığımız zaman genişləndirilmiş və böyüdülmüş təkər arkaları avtomobilə əsl yolsuzluq avtomobili dizaynını xatırladır.
Avtomobil 6 müxtəlif rəngdə təqdim edilir: ağ, qara, gümüşü, boz, qəhvəyi, narıncı. Avtomobilin interyerində də bir çox yeniliklər nəzər çarpır. Belə ki, tam yeni alətlər paneli, tam yeni klimat konrol paneli, 8 düymlü multimedia monitoru, hündürlüyə və dərinliyə görə tənzimlənən yeni sükan çarxı, qızdırılan ön və arxa tam yeni oturacaqlar və mühərrikin uzaqdan işə salınması avtomobilin ən əsas yeni özəlliklərindəndir.
Qeyd edək ki, Renault brendinin Azərbaycanda rəsmi distribütoru Nurgün Motors şirkətidir. Tam Yeni Renault Duster avtomobilini sınaqdan keçirmək üçün alıcılar salona yaxınlaşaraq sınaq yürüşü edə, avtomobillə daha yaxından tanış ola bilərlər.
Ünvan: Bakı şəhəri, A.Salamzadə 2
Əlaqə: 012 934, (077) 477 0 934, (077) 434 0 934
Avtomobilin keçicilik qabiliyyəti
Tender 1 LOT üzrə keçirilir: 4 ədəd yeni pikap və 2 ədəd yeni yüksək keçicilik qabiliyyəti olan yük-sərnişin avtomobillərin satın alınması.
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər 500 manat iştirak haqqını yalnız “ASAN Ödəniş” vasitəsilə ödədikdən sonra Azərbaycan dilində tərtib olunmuş Əsas şərtlər toplusunu https://etender.gov.az/ dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə adı çəkilən tender bölməsində əldə edə bilərlər. Əlaqələndirici şəxs: Elçin İsmayılov, telefon: (012)-598-26-96; 490-09-27; 598-05-56.
İddiaçı şirkətlərin asan/elektron imzalarının olması zəruridir. Yalnız asan imzası, yaxud elektron imzası olan iddiaçı dövlət satınalmalarının vahid internet Portalında qeydiyyatdan keçə bilər.
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
– tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
– tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən ən azı 30 bank günü çox olmalıdır);
– Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
– son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması;
– iddiaçının mikro, kiçik, orta və ya iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı Dövlət Statistika Komitəsi tərəfindən verilmiş sənəd (iri sahibkarlıq subyektləri qanuna əsasən tenderdə iştirak edə bilməz);
– iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
– iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
– iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
– mallar sifariş verildiyi vaxtdan sonra ən çoxu 1 ay (30 gün) müddətinə çatdırılmalıdır;
Sənədlər Azərbaycan dilində skan olunaraq dövlət satınalmalarının vahid internet Portalına yüklənməlidir (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
Tender proseduru “Dövlət satınalmaları haqqında” qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 03 noyabr 2020-ci il saat 09:00-a qədər, bank təminatını və tender təklifini isə 12 noyabr 2020-ci il saat 09:00-a qədər dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş təkliflərə baxılmayacaq.
İddiaçıların tender təklifləri 13 noyabr 2020-ci il saat 09:00-da dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə açılacaqdır.
Comments are closed, but trackbacks and pingbacks are open.