Press "Enter" to skip to content

Avtomobil elanları

“Avtomobillərin addan ada keçirilməsi (özgəninkiləşdirilməsi) ilə bağlı rüsumların dəyişdirilməsi barədə məlumat yayılıb. Milli Məclisin komitəsində müzakirə edilən layihə əlimizdə olmadığından tam dəqiq şərh vermək bir az çətindir. Amma yayılan məlumatdan aydın olur ki, 3 istiqamətdə dəyişiklik nəzərdə tutulur:

Avtomobili addan ada keçirmək üçün BU RÜSUMLAR tutulacaq – QİYMƏTLƏR

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılması barədə məlumat vermişdik. Dəyişikliyə əsasən, avtomobillərin özgəninkiləşdirilməsi üçün dövlət rüsumunun müəyyənləşdirilməsi qaydası dəyişir.

Milli.Az xəbər verir ki, avtomobilin addan ada keçirilməsi ilə bağlı yeni rüsumlar barədə nəqliyyat eksperti Ərşad Hüseynov açıqlama verib:

“Avtomobillərin addan ada keçirilməsi (özgəninkiləşdirilməsi) ilə bağlı rüsumların dəyişdirilməsi barədə məlumat yayılıb. Milli Məclisin komitəsində müzakirə edilən layihə əlimizdə olmadığından tam dəqiq şərh vermək bir az çətindir. Amma yayılan məlumatdan aydın olur ki, 3 istiqamətdə dəyişiklik nəzərdə tutulur:

Birinci dəyişikliyə əsasən, fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi (addan ada keçirilməsi) zamanı tutulan, mühərrikin iş həcmindən və avtomobilin istehsal ilindən asılı olan rüsum yaxın qohumlara (ər-arvad, uşaqlar, valideynlər, övladlığa götürənlər və götürülənlər, babalar, nənələr, nəvələr, doğma və ögey qardaşlar və bacılar) bağışlama halına aid edilməyək. Məlumdur ki, addan ada keçirilmə zamanı aşağıdakı rüsumlar tutulur:
– qeydiyyat şəhadətnaməsinin rüsumu (25 manat);
– nömrənin rüsumu – 22 manat (bəzi nömrələrin hərracdan satılması tətbiq edildikdən sonar 35 manat olacaq);
– texniki baxışın rüsumu (əgər texniki baxış keçirilməlidirsə) – 30 manat;
– qeydiyyat rüsumu – yük avtomobilləri, avtobuslar üçün, habelə minik avtomobili hüquqi şəxs tərəfindən özgəninkiləşdiriləndə 10 manat, minik avtomobili fiziki şəxslər tərəfindən özgəninkiləşdiriləndə isə mühərrikin iş həcmindən və avtomobilin istehsal ilindən asılı olan məbləğ (bu, təxminən 10-1500 manat arasında ola bilər). Təklif olunan dəyişiklik layihəsi qəbul edilsə, sonuncu göstərilən rüsum yaxın qohumlara (ər-arvad, uşaqlar, valideynlər, övladlığa götürənlər və götürülənlər, babalar, nənələr, nəvələr, doğma və ögey qardaşlar və bacılar) bağışlama halınada cəmi 10 manat olacaq (yəni minik avtomobilinin mühərrikinin iş həcmindən və istehsal ilindən asılı olmayacaq).
Dəyişdirilən ikinci məsələ ondan ibarətdir ki, minik avtomobillərinin fiziki şəxslər tərəfindən özgəninkiləşdirilməsi haqqında müqavilələrin dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumunun məbləğinin hər il üçün təsdiq olunması mexanizmi ləğv ediləcək. Qüvvədə olan qanuna əsasən, bu rüsumu Nazirlər Kabineti hər il üçün ayrıca müəyyən etməlidir. Hazırda NK-nın bu barədə 31 iyul 2018-ci il, № 336 Qərarı var. Onsuz da bu qərar 2020-ci il üçün yenilənmədi. Dəyişiklik qüvvəyə minsə, yəqin ki, elə bu qərar uzunmüddətli olacaq. Daha bir düzəliş “özgəninkiləşdirmə” ifadəsinin nəyi ehtiva etməsinin dəqiqləşdirilməsi olacaq. Bu ifadənin təcrübədə birmənalı tətbiqi üçün buna da ehtiyac var. Beləliklə, yayılan məlumatda rusumların artması barədə heç nə deyilmir, hətta əksinə, yaxın qohuma bağışlamada rüsum əhəmiyyətli dərəcədə azalacaq. Hər bir halda gözləyək, görək, həmin layihə nə vaxt rəsmi dərc olunacaq. Onda hər şey daha aydın olacaq”.

Təhməz Əsədov
Milli.Az

Avtomobil nömrələri

Avtomobil elanları ilə yanaşı saytımızda bir neçə xidmət mövcuddur. Ən son maşın elanları, avtomobil elanlari bizim saytdadır. Sizə xidmət etməkdən qürur duyuruq!

Avtomobil elanları (və ya maşın) daşınma üçün istifadə edilən təkərli motorlu nəqliyyat vasitəsidir. Avtomobillərin əksər tərifləri deyirlər ki, onlar əsasən yollarda hərəkət edir, birdən səkkiz nəfərə qədər oturur, dörd təkəri var və əsasən malları deyil, insanları daşıyır.

Avtomobil elanları 20-ci əsrdə qlobal istifadəyə verildi və inkişaf etmiş iqtisadiyyatlar onlardan asılıdır. 1886-cı il alman ixtiraçısı Karl Benz Benz Patent-Motorwagen-i patentləşdirdiyi zaman avtomobilin doğum ili hesab olunur. Avtomobillər 20-ci əsrin əvvəllərində geniş yayılmışdır. Kütlələr üçün əlçatan olan ilk avtomobillərdən biri Ford Motor Company tərəfindən istehsal edilən 1908 Model T Amerika avtomobili idi. Avtomobillər ABŞ-da sürətlə mənimsənildi, burada onlar heyvanlar tərəfindən çəkilmiş arabaları və arabaları əvəz etdilər. Avropada və dünyanın digər yerlərində avtomobillərə tələbat İkinci Dünya Müharibəsindən sonraya qədər artmadı.

Ən yeni avtomobil elanları

Avtomobil elanları sürücülük, parkinq, sərnişinlərin rahatlığı və müxtəlif işıqlar üçün nəzarət var. Onilliklər ərzində nəqliyyat vasitələrinə əlavə funksiyalar və idarəetmələr əlavə olundu və bu, onları getdikcə daha mürəkkəb hala gətirdi. Bunlara arxaya əks kameralar, kondisioner, naviqasiya sistemləri və avtomobildə əyləncə daxildir. 2020-ci illərin əvvəllərində istifadə edilən avtomobillərin əksəriyyəti qalıq yanacaqların yanması ilə işləyən daxili yanma mühərriki ilə hərəkətə gətirilir. Avtomobilin tarixinin əvvəlində icad edilən elektrik avtomobilləri 2000-ci illərdə kommersiya baxımından satışa çıxarıldı və 2025-ci ildən əvvəl benzinlə işləyən avtomobillərdən daha ucuz alınacağı proqnozlaşdırılır. Fosil yanacaqlardan elektrikli avtomobillərə keçid, iqlim dəyişikliyi üçün Layihənin Çəkilməsinin 100 təsirli həlli kimi əksər iqlim dəyişikliyinin azaldılması ssenarilərində nəzərəçarpacaq şəkildə özünü göstərir.

Avtomobil üçün son elanlar

Avtomobil elanları istifadənin xərcləri və faydaları var. Fiziki şəxs üçün xərclərə nəqliyyat vasitəsinin alınması, faiz ödənişləri (əgər avtomobil maliyyələşdirilibsə), təmir və texniki xidmət, yanacaq, amortizasiya, sürücülük vaxtı, parkinq haqları, vergilər və sığorta daxildir. Cəmiyyət üçün xərclərə yolların saxlanması, torpaqdan istifadə, yol tıxacları, havanın çirklənməsi, ictimai sağlamlıq, səhiyyə və nəqliyyat vasitəsinin istismar müddəti başa çatdıqdan sonra atılması daxildir. Yol-nəqliyyat hadisələri bütün dünyada xəsarətlə bağlı ölümlərin ən böyük səbəbidir.

Avtomobil elanları, maşın elanları, masin elanlari, avtomobil elanlari

  • Gün ərzində nə qədər avtomobil elanları paylaşılır?
    Gün ərzində yerləşdirilmiş avtomobil elanının sayını dəqiq deyə bilməsək də, ortalama 50-150 elan arasıdır.
  • Biturbo.az yalnız avtomobil elanları saytıdır?
    Xeyr, Biturbo.az avtomobil sahəsi ilə bağlı Azərbaycanın ən böyük veb saytıdır.
  • Niyə hələ də Motosiklet elanları aktiv deyil?
    Biturbo olaraq hədəfimiz Avtomobil sektorudur.
  • Avtomobil elanı necə yerləşdirə bilərik?
    Biturbo.az saytına daxil olub, yuxarı sağ küncdəki avtomobil əlavə et düyməsini sıxaraq yeni elan yerləşdirə bilərsiniz.
  • © 2019-2023 Biturbo.az
  • Avtomobil cərimələrinin yoxlanılması
  • Telefon borcunu öyrən
  • Pulsuz vin kod yoxlamaq
  • Səni axtarıram

Avtomobilin sənədləşdirilməsi: Qaydalar və rüsumlar

Həyatımızın ayrılmaz tərkib hissələrindən birinə çevrilən avtomobillərin alqı-satqısına tez-tez müraciət olunduğundan, etibarnamələr verilib-alındığından belə hərəkətlər haqqında vətəndaşlar daha çox məlumat almaq istəyirlər. Bu işlərin necə həyata keçirilməsi, nə qədər dövlət rüsumunun ödənilməsi kimi məsələlər daha böyük maraq doğurur.

Qeyd edək ki, ölkəmizdə daha az rüsum ödəmək, əlavə vaxt və maliyyə itkisinə yol verməmək məqsədilə avtomobillər əsasən etibarnamə verilməsi yolu ilə satılır. Bilmək lazımdır ki, qanuna görə, etibarnamənin verilməsi iki formada olur: avtomobilin özgəninkiləşdirilməsi və ona sərəncam verilməsi ilə bağlı verilən etibarnamə və avtomobili idarə etmək üçün verilən etibarnamə.

Birinci halda, əgər etibarnamə ailə üzvlərindən birinə verilərsə 5 manat, digər şəxslərə verilərsə 10 manat dövlət rüsumu ödənilməlidir. Avtomobildən yalnız istifadə etmək üçün verilən etibarnamələrin təsdiqi üçün isə, ailə üzvlərinə veriləndə 3 manat, digər şəxslərə veriləndə isə 5 manat dövlət rüsumu ödənilməlidir.

Avtomobilin ada alınmasına, kredit zamanı girov qoyulmasına da tez-tez müraciət olunur. Avtomobilin hüquqi və fiziki şəxslərdən alınması qaydası eyni olsa da, ödəniləcək dövlət rüsumları nisbətən fərqlənir. Avtomobili tam ada keçirtmək yolu ilə almaq istəyənlər alacağı avtomobilin sahibi ilə həmin avtomobilin qeydiyyatda olduğu Dövlət Yol Polisi İdarəsinin imtahan-qeydiyyat bölməsinə getməlidirlər.

Çünki avtomobilin sahibi dəyişdikdə və girov qoyulduqda avtomobil mütləq müayinədən keçməlidir. Dövlət qiyməti 10 manat olan həmin müayinə zamanı avtomobilin axtarışda, girovda, cinayətdə olub-olmaması, qeydiyyat sənədləri, mühərrik, ban və şassi nömrələri, rəngi və s. yoxlanılır.

Avtomobil müayinədən keçdikdən sonra onun sahibinə arayış verilir. Əgər çatışmazlıqlar aşkar olunarsa, onlar arayışda göstərilir. Yox, əgər hər şey qaydasındadırsa, avtomobili satan və alan notariat kantorlarından birinə yaxınlaşmalıdır. Notariusda alqı-satqı əməliyyatları rəsmiləşdirilir və avtomobil ailə üzvlərindən birinə satılırsa 25 manat, digər vətəndaşlara və hüquqi şəxslərə satılırsa (mülkiyyətinə keçirsə) 50 manat dövlət rüsumu ödənilməlidir.

Dövlət rüsumlarının kimin ödəməsi isə danışıqlardan asılıdır (qaydaya görə, nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsində və girov qoyulmasında maraqlı olan şəxs). Avtomobilin alqı-satqısı notariusda təsdiq edildikdən sonra avtomobilin yeni sahibi öz adına qeydiyyat şəhadətnaməsi (texniki pasport) və qeydiyyat nişanı (nömrə) almalıdır.

Əlavə edək ki, “Dövlət rüsumu haqqında” qanuna görə, dövlət qeydiyyat nişanlarının verilməsi üçün 18 manat, qeydiyyat şəhadətnaməsinin verilməsi üçün isə 15 manat dövlət rüsumu ödənilməlidir.

Bildiyimiz kimi, avtomobil kreditlə alınan zaman girov qoyulur. Bu halda da avtomobil müayinədən keçirilməli və girov müqaviləsi notariusda təsdiq edilməlidir.

Kredit müqavilələrinin təminatı kimi, bağlanılan girov müqavilələri üzrə avtomobilin dəyəri 2200 manatadək olduqda 5 manat, 2200 manatdan 5500 manatadək olduqda 17 manat və dəyəri 5500 manatdan çox olduqda isə 28 manat dövlət rüsumu ödənilməlidir.
Biz isə avtomobil alanlara və satanlara “xeyirli olsun” deyirik.

Seymur Yunusov

© 2010 Bütün hüquqlar qorunur. Məqalələrdən və şəkillərdən istifadə edərkən “avtomobil.az”a istinad zəruridir.

Comments are closed, but trackbacks and pingbacks are open.