Press "Enter" to skip to content

Dünyanın ən kiçik və ən gözəl quşları – FOTOSESSİYA

!Reklam – Sag

Dünya meşhurları haqqında

Kateqoriyalar

Özəl

Layihələr

  • Seçki 2020
  • Ramazan
  • Video Xəbərlər
  • Qurban Bayramı
  • Beynəlxalq Media Forumu
  • DÇ-2018
  • Türkiyə Prezident Seçkiləri 2018
  • Seçkilər 2018
  • #Cümhuriyyətüçünyaz
  • Formula 1 / Bakı 2017
  • Simpozium 2017
  • İslam Həmrəyliyi Oyunları
  • Referendum
  • 15 Temmuz Milletin İradesi

Struktur

  • Haqqında
  • Şərifzadə küç., 168A, II Bina, m.1, Bakı, Azərbaycan
  • +99412 432 12 22
  • +99455 681 11 82
  • [email protected]

!Reklam – Sol

Koronavirus

!Reklam – Sag

Ana Səhifə Maqazin Dünyanın ən varlı məşhurları – 190 milyon…+Fotolar

!Reklam – Qarabag

Yeni Çağ Media Qrupu – Oktyabr 14, 2015 – 23:16

!Reklam – Yazi

Ekranlardan tanıdığımız məşhurların əksəriyyəti sonradan zəngin olmağa başlayıblar. Ancaq onlar arasında ailədən qalma mülk sahiblərinə də rast gəlmək mümkündür.

Zəngin ailə övladlarını təqdim edirik: “Gangnam Style” mahnısı ilə məşhurlaşan PSY zəngin bir ailənin övladıdır. O, Cənubi Koreyanın ən məşhur ərazisi olan “Gangnam District”də yaşayır. Atası biznesmen olan PSY-nin sərvəti 25 milyon dollardır. Taylor Swiftin atası bankirdir. Ümumiyyətlə, müğənninin ailəsini bankir hesab etmək olar. Swiftin babası və əmisi də bank sahibidir. Müğənninin sərvəti 105 milyon dollar dəyərindədir. Mileyin atası Billy Ray Cyrus da müğənni olub. Müğənninin atası 1992-ci ildə müəllifi olduğu “Achy Breaky Heart” mahnısından milyonlar qazanıb və düzgün qiymətləndirib. Miley Cyrusun sərvətinin miqdarı 150 milyon dollardır. Lady Gaga da zəngin ailənin övladlarından biridir. O, Midtown Manhettan Upperdə dünyaya gəlib. Anası onu katolik məktəbinə göndərib, ancaq müğənni musiqi aləminə maraq göstərib. Ailəsinin dəstəyi ilə zirvəyə qalxmağı bacarıb. Gaganın sərvəti 190 milyon dollardır.

www.yenicag.az

  • ANDROID əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
  • iOS əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Dünyanın ən kiçik və ən gözəl quşları – FOTOSESSİYA

Kolibri dünyada ən kiçik və geriyə uça bilən yeganə quşdur. Daha çox Kanadanın cənubundan Cənubi Amerikanın cənub qurtaracağına qədər olan yerlərdə yaşayırlar. 330-dan çox növü məlumdur. Ən böyük növünün uzunluğu cəmi 22 sm-dir. Ən kiçik kolibrinin uzunluğu isə 6 sm, çəkisi 2 qramdır. Növünə bağlı olaraq saniyədə 15-80 dəfə qanad çala bilirlər.

Kolibri uzun dimdiyə malikdir. Dimdiyi vasitəsilə çiçəklərdən şirə çəkərək qidalanır.

Bu möcüzəvi quş yuvasını otlardan hörür. Yuvası qoz böyüklüyündə, yumurtaları isə noxud boyda olur. Əgər hər hansı yırtıcı kolibrinin yuvasına yaxınlaşarsa, cəld havaya qalxıb dimdiyini ox kimi onun gözünə sancır.

Quşlar aləminin ən parıltılı tükləri və ən dəbdəbəli bəzəklərinin bəziləri kolibri quşlarında görülür. Onların lələkləri o qədər gözəldir ki, qiymətli daşa bənzəyir. Günəş işığında lələkləri parıldayır və rəngini dəyişir.

Milli.Az ailem.az-a istinadən kolibri quşunun bir neçə növünün fotolarını təqdim edir.

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Dünya haqqında maraqlı faktlar

Dünyada bir çox canlı növü yaşayır. Təbii ki, bunların hamısı haqqında informasiyamız olmasa da, aparılan araşdırmalarda ortaya maraqlı və qəribə faktlar ortaya qoymaq olur. Milyonlarla illik bu əsrarəngiz planetimizin sirlərini öyrənmək istəyirsiniz?

1. Venerada bir gün dünyada 117 günə bərabərdir.

2. Fillərin çoxu mavi balina dili qədər ağırdır.

3. İnəklər tapmaca tipli oyunlar oynaya bilər və həll etdiklərində bundan zövq ala bilərlər.

4. İsveçrədə bir ədəd guinepig sahibi olmaq illeqaldır. Əgər guinepig almaq istəyirsinizsə, 2 dənə almalısınız.

5. Samsung telefonlarını test etmək üçün popa şəklindəki robotlardan istifadə edir.

6. Bəzi balıqlar əsnəyə bilər, öskürə bilər və gəyirə bilərlər.

7. Doğuşdan sonra körpələr ağ-qara görürlər.

8. Kainatdakı bütün ulduzlar dünyadakı bütün qum dənələrinin sayından daha çoxdur.

9. İngiltərədə göyərçin nəcisi krallığın mülkü sayılır.

10. Çox yerkökü yesəniz dərinizin rəngi narıncı ola bilər.

11. İnsan bədəni biokimyəvi reaksiyaların nəticəsi olaraq, adi gözlə görünnəyən işıq saçır.

12. Kəpənəklər ayaqları ilə qoxu alır.

13. Bir qütb ayısının dərisi qaradır və kürkləri ağ deyil, şəffafdır. Dilləri isə qara, bənövşəyi və mavi kimi görünə bilər.

14. Flaminqoların rəngi krevet yediyi üçün çəhrayıdır.

15. Balıqlar da boğula bilər, özü də su altında!

16. Burnunuzu sıxsanız, ağzınız bağlı ikən mırıldana bilməzsiniz.

17. Oxford universiteti Aztek imperatorluğundan daha qədimdir.

18. Dünyanın ən böyük qar dənəsi 38 sm genişliyində idi.

19. 40 milyon il əvvəl bir pinqivin 1.80 sm hündürlüyündə və 250 kilo ağırlığında idi.

20. Dünyanın ən yüksək binası olan Burj Khalifa-nın hər mərtəbəsindən günəşin batmasını izləyə bilərsiniz.

  • AÇAR SÖZLƏR
  • dunya
  • faktlar
  • maraqli faktlar
  • maraqlı məlumatlar

Əvvəlki Məqalə Saçlarınızın tez yağlanmasına səbəb olan 6 vərdiş

Sonrakı Məqalə Bakının tarixi fotoları

Comments are closed, but trackbacks and pingbacks are open.