Press "Enter" to skip to content

Avtomobil bazarında vəziyyət necədir

Bu sistem BM W şirkəti tərəfindən işlənib hazırlanmışdır. O, müxtəlif yol şəraitlərində avtomobilin duracağa qoyulmasında sürücüyə kömək edir və hərəkətin təhlükəsizliyinin təmin edilməsinə şərait yaradır. Duracaq tormozu müvafiq düyməni basmaqla işə salınır.

Avtomobilin aktiv təhlükəsizliyini yüksəldən müasir tormoz sistemləri

Avtomobilin aktiv təhlükəsizliyinin yüksəldilməsi üçün istifadə edilən müasir tormoz və nəzarət sistemlərinə aşağıdakıları aid etmək olar :

– ABS ( Anti-lock Braking System ) – əks bloklayıcı tormoz sistemi ;
– BA ( Brake Assist ) – qəza tormoz sistemi ;
– BAS (Brake Assis System ) ;
– DBC ( Dinamic Brake Control ) – tormozlamaya dinamik nəzarət sistemi ;
– EBAC (Engine Brake Assisant Control – tormozlamaya mühərriklə yardım sistemi ;
– PBA ( Predictive Brake Assist ) – sistemi ;
– HAH ( Handbrake with Automatic Hold ) – avtomatik funksiyalı duracaq tormoz sistemi ;
– EBV – tormoz qüvvələrinin elektron paylama sistemi ;
– EBD ( Elekronic Brake Distribution ) – tormoz qüvvələrinin elektron paylayıcı sistemi ;
– EBS (Elekronic Braking System ) – elektron tormozlama sistemi ;
– Brake by wire ;
– EHB ( Electro Hydraulic Brake ) sistemi ;

– SBC ( Sensotronic Brake Control ) – hər bir təkərin fərdi şəkildə tormozlanmasını təmin edən elekrohidravlik tormoz sistemi.

ABS ( əks bloklayıcı tormoz sistemi )

Sərt tormozlamanı aradan qaldırmaq üçün ilk qurğu hələ 1936 – cı ildə Bosch firması tərəfindən potentləşdirilmişdir. Sistemin müasir tarixinin başlanğıcı kimi 1964 – cü il götürülür. Belə ki həmin ildə mühəndis Hans Leyber belə sistemlərin fundamental əsaslarını işləyib hazırladı. 1970 – ci ildə professor Hans Scherenberg əks bloklayıcı sistemlərin işləmə qabiliyyətli ilk nümunəsini yaratdığını elan etdi. Təbii ki, 70 – ci illərin əvvəllərində hər hansı bir mürəkkəb elektronikadan söhbət gedə bilməzdi və sonradan 1978 – ci ildə Bosch firması tərəfindən elektron əks bloklayıcısı yaradıldı. Belə bir sistem ilk dəfə olaraq həmin ildə Daimler – Benz firması tərəfindən kütləvi şəkildə istesal olunan avtomobillərdə quraşdırıldı.

1992 – ci il oktyabrın 1 – indən etibarən əks bloklayıcı sistemlər bütün Mercedes, bir qədər sonra isə BMW 7 seriyalı avtomobillərin standart dəstinə daxil edildi. ABS sistemi dünya bazarına çıxarılandan sonra Bosch kompaniyası onun təkmilləşdirilməsi və modelləşdirilməsi istiqamətində işlərini davam etdirir və onların funksional səmərəliliyi durmadan artırdı.

2001 – ci ilin oktyabrından Bosch firması 8 – ci nəsil ABS sistemlərini istehsal etməyə başlamışdır . Onun çəkisi 1,6 kq olmuşdur. Qeyd edək ki, 1978 – ci ildəki analoqun çəkisi 6,9 kq idi.

Əks bloklayıcı tormoz sistemləri də təcrübəli sürücülərin gördüyü işi daha tez, dəqiq, səmərəli və insanın iştrakı olmadan həyata keçirir. Təkcə onu demək kifayətdir ki, ABS bir saniyə ərzində 25 tormozlama tsikli yerinə yetirir ki, ən təcrübəli avtomobil idmançıları üçün də bu , mümkün deyilir.

ABS – in kostruksiyasının o qədər də mürəkkəb olmasına baxmayaraq , yüksək layihələndirmə, istehsal və istismar mədəniyyəti tələb edir. Sadə ABS – in tərkibi elektron hidromodul bağlanmış və avtomobilin ümumi tormoz sisteminə birləşdirilmiş elektron idarəetmə bloku, təkərlərin fırlanma vericiləri və təkər oxlarında yerləşdirilərək, onlarla birlikdə fırlanan dişli disklərdən ibarətdir

Şəkil 1. Sadə ABS – in quruluşu

1- idarəetmə modulu ; 2- modulyator vahidi ; 3- təkər vericiləri ; 4- təkər vericiləri ; 5- təkər vericiləri ; 6- dişli disk ; 7- tormo diski.

2 –ci şəkildə isə ABS – in real elementləri göstərilmişdir. Tormozlama zamanı vericilər dişli diskə görə təkərlərin fırlanma sürətini izləyərək, onların bloklanması anında idarəetmə blokuna müvafiq siqnal göndərir. O isə öz növbəsində sistemin konturlarında mayenin təzyiqinin azaldılması üçün hidromodula komanda göndərir. Təzyiqin azalması ilə qəliblər təkərlərdən aralanır və onlar fırlanmağa başlayır. Bu tsikli çoxlu sayda təkrarlamaqla tormozlamanı o vaxta qədər davam etdirmək olar ki, sürücü ayağını tormoz pedalından çəkməmiş olsun.

Şəkil 2a və 2b. ABS elementlərinin real görünüşü.

Sürüşkən yollarda ABS – li avtomobillərin tormoz yolu belə sistemi olmayan anoloji avtomobillərə nəzərən təqribən 10 – 15 % az olur. Təhlükəli vəziyyətlərin yaranması anında bu , daha vacibdir. Belə ki, tormoz yolunun göstərilən faizlər etibarı ilə azalması 5m və bəzən də 10m deməkdir ki, bunun da kritik vəziyyətlərdə önəmini xüsusi olaraq qeyd etməyə ehtiyac yoxdur. Bir məsələni xüsusi olaraq göstərmək lazımdır ki, ABS – li avtomobillər bütün tormozlama müddətində idarə oluna biləndir və ixtiyari manevrləri yerinə yetirmək mümkün olur.

3 saylı şəkillərdə isə ABS-li və ABS-siz avtomobillərin təhlükəli yol – nəqliyyat vəziyyətlərində qəfil tormozlanma prossesləri əks olunmuşdur.

Müasir ABS – lər daha mürəkkəbdir. Elektron idarəetmə blokunda kompüterlərin istifadə olunması sayəsində ABS – in funksiyaları kəskin şəkildə artmışdır. Məsələn idarə olunan təkərlərin dönmə bucaqları və ya avtomobilin şaquli ox ətrafında dönmə sürətinin əlavə vericilərinin quraşdırılması sayəsində kompüterin tam göstəricilər əsasında tormozları daha da intelektual şəkildə idarə etməyə imkan verir ( son modellərdə dartıcı qüvvə də idarə oluna bilir ) . Arxa və qabaq, həmçinin daxili və xarici təkərlərdə müxtəlif tormoz qüvvələrinin yaradılması sayəsində istər düzxəttli, istərsə də əyrixəttli traektoriyalarda avtomobilin yana sürüşmədən daha dayanıqlı hərəkətini təmin etmək mümkün olur. Avtomobilin döngələrdə hərəkətini tənzimləyən belə sistemlər ESP sistemləri

Şəkil 3. Avtomobilin qəfl tormozlanma prossesləri :
a) ABS – li ; b) ABS – siz .
BA ( Brake Assist ) – qəza tormozlama sistemi.

Bu sistem Mercedes firması ilə birlikdə Luqas ( TRW ) şirkəti tərəfindən hazırlanmışdır. Onun digər adları BAS ( Brake Assis System ), PA, və ya PABS və EBA – dır ( Emergen-cy Brake Assist ) .

Hidravlik tormoz sistemlərində təzyiqin idarə olunması sistemi qəfil tormozlamalar zamanı laım gəldikdə və tormoz pedalına lazımi qüvvə ilə təsir edilmədikdə tormoz magisralında mayenin təzyiqini insandan çox sürətlə artırır. Sistem pedalın hərəkət sürəti və ona təsir qüvvəsinə görə qəza tormozlanmasının aparılıb – aparılmadığını müəyyən edir. Qəza tormozlamaları zamanı tormoz intiqalında mayenin təzyiqi millisaniyələr ərzində avtomatik olaraq lazımi qədər yüksəldilir. Bunun sayəsində, hər şey bir anın həll etdiyi anda , tormoz intiqalının işə düşmə vaxtı da kifayət qədər azalmış olur.

Elektronika idarəetməni öz üzərinə götürərək, xüsusən də böyük sürətlərdə tormoz yolunu azaldır və avtomobili çox qısa müddətlərdə dayandırır.

Şəkil 4. BA sistemi ilə qəza tormozlanması sistemi.

BA və EPS sistemlərinin mərkəzi modulunda mayenin təzyiqini 200bara qədər yüksəldə bilən elektronasos yerləşdirilmişdir.

BA funksiyalı tormozların vakkum gücləndiricisində ştokun yerdəyişmə sürətinin vericisi yerləşdirilmişdir. Elektronikanın imtinaları zamanı təhlükəsizliyin təmin edilməsi məqsədi ilə elektrohidravlik tormozların baş silindri qabaq tormozların hidravlik konturları ilə birbaşa əlaqələndirilir.

BAS ( Brake Assis System ) sistemi.

1990 – cı illərin ikinci yarısında tormozların işini yaxşılaşdırmaq məqsədilə BAS ( Brake Assis System ) adlanan sistem yaradılmışdır. Sistem qəfil tormozlanmanın başlanmasını təsdiqləyən tormoz pedalının həddindən artıq yüksək sürətlə yerdəyişməsini qeyd edən vericinin komandaları əsasında işə düşərək, tormozlarda mayenin mümkün olan maksimum təzyiqinin yaradılmasını təmin edir. Bir sıra mütəxxəsislərin rəyinə görə bu sistemin praktiki əhəmiyyəti o qədər də yüksək deyildir. Ona görə ki, ABS ilə təmin edilmiş avtomobillərdə mayenin təzyiqinin artması təkərlərin bloklanmaması ilə məhdudlaşdırıldığı halda BAS belə məhdudlaşmanı təmin edə bilmir və təkərlər bloklanır.

BAS sistemini ilk dəfə olaraq Mercedes – Benz firması tətbiq etmişdir. Müəyyən edilmişdir ki, belə sistem ancaq qəfil tormozlanmanın başlanğıcında mayenin maksimum təzyiqini yaratmaq iqtidarında olur. Buna baxmayaraq məsələn, Mercedes – Benz S sinifli avtomobilin 100 km / saat sürətində qəfl tormozlanma zamanı onun tormoz yolunu 15 % yüksəltmək mümkün olur. Deməli, bu sistemin tətbiqi ilə hadisə iştrakçılarından kiminsə həyatını qorumaq mümkün olur. Ona görə belə sistem Mercedes – Benz avtomobillərindən başqa digər markalarda da tətbiq olunur.

Yalnış rəylərə görə guya BAS sistemindən fərqli olaraq ABS və ESP sistemləri tormoz yolunu azaltmayıb, əksinə yüksəldir. Həqiqətdə isə bu, yol örtüyünün tipindən və vəziyyətindən asılı olur.

DBC ( Dinamic Brake Control ) – tormozlamaya dinamik nəzarət sistemi.

Təhlükəli və qəza vəziyyətlərində sürücülərin 90% – ə qədəri qəza tormozlanmasını aparmaq imkanında olmurlar. Bu zaman xarakterik cəhət ondan ibarətdir ki,onların çoxu pedalı sürətlə basmalarına baxmayaraq, lazımi qüvvə ilə basa bilmirlər. Tormoz pedalına ötürülən qüvvənin sonrakı artımı isə lazımı tormoz qüvvəsi yarada bilmir. Bu zaman tormoz qüvvəsinin ancaq bir hissəsindən istifadə olunduğundan, təhlükəli vəziyyətlərdə hadisənin qarşısını almaq üçün, çox qiymətli olan bir neçə metr tormoz yolu çatışmır.

DBC sistemi dayanıqlığa dinamiki nəzarət sisteminə ( DSC ) əlavə kimi nəzərdə tutulmuşdur.

DSC sistemi qəfil tormozlanmalarda pedal kifayət qədər qüvvə ilə basılmadıqda belə tormoz intiqalında təzyiqin artması prossesini sürətləndirərək, kiçik tormoz yolunu təmin edir. Belə sistemdə qiymətləndirici kəmiyyətlər kimi təzyiqin və pedala təsir qüvvəsinin artma sürəti götürülür.

DBC sistemində vakkum prinsipi yox, hidravlik gücləndirmə prinsipindən istifadə olunur. Belə hidravlik sistem qəfil tormozlamalarda tormoz qüvvələrinin daha yaxşı və dəqiq həddlərini təmin edir.

EBAC (Engine Brake Assisant Control – tormozlamaya mühərriklə yardım sistemi.

Bu sistem Mitsubishi şirkəti tərəfindən işlənib hazırlanmışdır. O, dağlıq yerlərdə və böyük maillikli küçələrdə avtomobilin rəvan şəkildə, yana sürüşmədən tormozlanmasına mühərriklə kömək edir. Təkərlərdən hər hansı birində ilişmənin zəif olduğunu aşkarlayan sistem MASTC sistemi ilə birlikdə həmin təkərdə tormoz qüvvəsini artırır.

PBA ( Predictive Brake Assist ) – sistemi .

Bu sistem Bosch şirkəti tərəfindən işlənib hazırlanmışdır. O, 2005 – ci ildən etibarən kütləvi şəkildə istehsal olunmağa başlamış və təhlükəsizlik sistemlərini proqnozlaşdırlan Bosch CAPS ( Combined Active and Passive Safety ) sisteminin ilk nəslindən hesab olunur. Əgər adaptiv kruiz – nəzarət müəyyən etsə ki, avtomobil digər NV – lərə kritik yaxın məsafədə yerləşir və sürücü vəziyyətə heç bir reaksiya vermir, onda, bu sistemin köməyi ilə hiss olunmadan tormoz qəliblərini barabana yaxınlaşdıraraq, mümkün qəza tormozlanmasına hazırlıq görülür. Əgər qəflətən tomozlamaq lazım gələrsə, qəliblərin barabanlara öncədən yaxınlaşması səbəbindən bir neçə millisaniyə udulduğundan avtomobilin dayanma yolu qısalacaqdır.

2006 –cı ildən etibarən Audi Q7 modelində belə sistemin Predictive Collion Warning adlanan daha inkşaf etmiş variantlarından istifadə edilir. Belə variantda əgər, sürücü digər NV – yə yaxınlaşdığını hiss etməsə və tormozlanma aparmasa, onda, təhlükənin yaxınlaşması haqqında sürücünü məlumatlandırmaq üçün yüngül tormozlanma aparılır. Nəticədə sürücünün diqqəti məcburi sürətdə yola yönəldilir və təhlükənin qarşısı sürücü tərəfindən tormozlama aparmaqla alınır.

EBD ( Elekronic Brake Distribution ) – tormoz qüvvələrinin elektron paylayıcı sistemi.

EBD – nin funksiyası
Şəkil 5. EBD sisteminin işi.

Bu sistem Mitsubishi şirkəti tərəfindən işlənib hazırlanmışdır. Tormozlama zamanı xarici tərəfdəki və arxa tərəfdəki tormoz qüvvələri optimallaşdırılır və maksimallığı təmin edilir. Avtomobildə bir nəfərdən artıq adam olduqda EBD arxa təkərlərdəki tormoz qüvvəsini artıraraq, tormozlamanın səmərəliliyini yüksəldir

HAH ( Handbrake with Automatic Hold ) – avtomatik funksiyalı duracaq tormoz sistemi .

Bu sistem BM W şirkəti tərəfindən işlənib hazırlanmışdır. O, müxtəlif yol şəraitlərində avtomobilin duracağa qoyulmasında sürücüyə kömək edir və hərəkətin təhlükəsizliyinin təmin edilməsinə şərait yaradır. Duracaq tormozu müvafiq düyməni basmaqla işə salınır.

Şəkil 6.
Avtomobilin yoxuşlarda duracağa qoyulması.

” Duracaq tormozunun avtomatik sunksiyası ” müəyyən şəraitlərdə tormozlama prossesini avtomatlaşdırır. Məsələn , sürücü tez tez dayanmalar rejimində işlədikdə yorucu tormozlama əməliyyatlarını yerinə yetirmək prossesindən azad edilir və bu funksiya avtomatik olaraq icra edilir. Duracaq tormozu yoxuşlarda yerindən tərpənmə zamanı avtomobilin arxaya sürüşməsinin qarşısını alır.

EBV – tormoz qüvvələrinin elektron paylama sistemi.

Bu quruluş 5 – ci nəsil ABS sistemlərinin tərkibinə daxlidir. O, bütün təkərlərin bir – birinə nəzərən hərəkətlərinə nəzarət edir, elektronikanın köməyi ilə tormoz pedalının basılma dərəcəsi və avtomobilin yüklənməsindən asılı olaraq tormoz qüvvələri tənzimlənir.

Sistemin iş prinsipi ondan ibarətdir ki, tormoz qüvvələri hər bir təkərə fərdi surətdə və müəyyən edilmiş nisbətdə ötürülərək, hər bir təkər müstəqil sürətdə tormozlanır. Sistemin elektron vericiləri və mikroprosessor real vaxt miqyasında avtomobilin vəziyyətini çoxlu sayda parametrlərə görə müəyyən edərək, onun yana sürüşməsinin qarşısını alır, ixtiyari yol şəraitlərində, hətta tormoz pedalına maksimum qüvvə ilə təsir etdikdə belə, tormozlamanın ən yüksək səmərəliliyini təmin edir.

Avtomobilin arxa oxuna təsir qüvvəsi artarsa, sistem arxa təkərlərdəki tormoz qüvvələrini artıraraq, bu qüvvələrin düzgün tənzimlənməsini təmin edir.

EBS (Elekronic Braking System ) – elektron tormozlama sistemi.

EBS sistemində də tormoz pedalı tormoz sistemi ilə mexaniki əlaqədə olmur. Onun yerdəyişməsi elektrik siqnalına çevrilərək idarəetmə blokuna ötürülür. Müxtəlif vericilərdən ( yüklənmə, sürət, yan təcil, sükan çarxının dönmə bucağı və s. ) daxil olan məlumatların analizinə əsasən elektronika və tormoz sistemi kontrolunda təzyiqi nizamlayan icraedici mexanizmlərə müstəqil sürətdə komandalar ötürülür.

Şəkil 7. EBS – in əsas bloku
Brake by Wire .

Bu sistem Bosch şirkəti tərəfindən işlənib hazırlanmışdır. Ideyanın mahiyyəti çox sadədir : tormoz pedalı hidravlik və ya pnevmatik tormoz sistemi ilə birbaşa əlaqəyə malik deyildir. Pedala basılma tormoz sisteminin idarəetmə bloku tərəfindən qəbul edilir və o, avtomobilin fəzadakı vəziyyəti, onun sürəti və yüklənmə dərəcəsi, yol örtüyünün keyfiyyəti, hava – iqlim şəraitləri və s. haqqındakı məlumatlar əsasında hər bir konkret təkər üçün lazımi tormo qüvvələrini hesablayır. Bu, avtomobil aqreqatlarının idarə edilməsində rəqəmli sistemlərin rolunun məntiqi davamı və dərinləşdirilməsidir. Bu sahədə öncül olan Bosch şirkəti Brake by Wire sisteminin bir neçə variantını işləmiş və istehlakçılara təqdim etmişdir. Məsələn, EBS ( yük avtomobilləri üçün elektropinevmatik ) sistemi Scania və Mercedes – Actros magistral yük avtomobillərinin bir sıra modellərində artıq tətbiq edilmişdir. EHB (minik avtomobilləri üçün elektropnevmatik ) sistemi isə Daimler Chrysler kompanyasının yeni minik avtomobilləri modellərində geniş surətdə tətbiq olunmaqdadır.

Şəkil 8. Brake by Wire sisteminin sadə quruluşu

Yaxın perspektivdə Bosch şirkəti nə pnevmatik, nə də hidravlik tormoz intiqallarının tətbiq edilmədiyi EMB – elektromexaniki tormoz sisteminin tətbiqini nəzərdə tutur. Belə sistemlərdə kompüterlərlə sərt şəkildə idarə edilən tormoz qüvvəsi elektrik mühərriki tərəfindən yaradılacaqdır.

EHB ( Electro Hydraulic Brake ) sistemi .

Bu sistem Continental Teves AG şirkəti tərəfindən işlənib hazırlanmışdır. Standart tormoz sistemindən fərqli olaraq, pedalın basılması haqqındakı siqnal elektrik sistemi vasitəsilə EHB – nin hidravlik qurğusunun electron idarəetmə blokuna ötürülür. Blok tormozlama üçün lazım olan təzyiqi müəyyən edir.

EHB – nin tərkib elementləri aşağıdakı şəkildə göstərilmişdir :
– Elektron idarəetmə qurğusu ;
– Pedalın yerdəyişməsi imitatoru və sensorundan ibarət olan elektron modul .

Sistemin tətbiqi ilə tormoz və dayanma yolları qısalıır, avtomobilin dayanıqlığı və pedalın həssaslığı yüksəlir, qəza ehtimalı azalır və mövcud olan ABS, EBD, TCS, EPS, BA, ACC və s. sistemlərinə qoyulan bütün tələblər ödənilir.

SBC ( Sensotronic Brake Control ) – hər bir təkərin fərdi şəkildə tormozlanmasını təmin edən elekrohidravlik tormoz sistemi.

Ənənəvi tormoz sistemlərində tormoz pedalından barabanlara ( disklərə ) ötürülən qüvvə baş tormoz silindrində mayeyə təzyiq nəticəsində yaranır. SBC sistemlərində tamamilə yeni və inqilabi sayıla biləcək həll variantı düşünülmüşdür. Mercedes – Benz şirkəti burada işə salma sistemi və hər bir təkərdəki fərdi tormoz qüvvələrinin mərkəzi idarə edilməsinin vahid sistemini nəzərdə tutulduğundan, qəzasız hərəkət ideyasına daha çox yaxınlaşmışdır. Sistemin əsas özəlliyi ondan ibarətdir ki, tormoz pedalı ilə tormoz diskləri arasındakı ənənəvi mexaniki – hidravliki rabitə ləğv edilmişdir . Tormozlama prosesi mərkəzi idarəetmə sistemi vasitəsilə elektron şəkildə tənzimlənir və izlənilir. Hərəkətə gətirilmiş tormoz pedalından alınmış məlumatlar əsasında SBC – nin idarəetmə bloku lazımı tormoz qüvvəsini hesablayır. Icra olunma haqqında komandalar CAN nəzarətetmə sisteminə daxil edilir. Təkərlərin dövrlər sayı haqqında siqnallar SBC – nin idarəetmə cihazına daxil olur və sistem bu siqnallara nəzarət edərək , tormoz qüvvəsini təkərlər arasında paylayır. Yüksək təzyiqli hidroakkumlyator sistemin lazımi komandaları yerinə yetirməsi üçün enerji yaradır və sistemdə gərəkli olan təzyiq elektrohidronasos vasitəsilə saxlanılır. Elektrik təminatında imtinalar yarandıqda tormoz pedalı ilə tormoz diskləri arasındakı rabitə pozulmadan hidrosistem işləməyə davam edir. Yəni, avtomobil adi qayda ilə tormozlanır.

SBC sisteminin tərkib elementləri aşağıdakılardır :
– Tormoz pedalının yerdəyişmə vericisi ;
– Tormoz pedalındakı tormoz qüvvəsinin hidroimitatoru ;
– Təkərlərin fırlanma tezliyi vericiləri ;

– Elektronikanın imtinaları zamanı tormoz sisteminin təhlükəsiz fəaliyyətini təmin edən hidrogücləndiricisiz ikiqat tormoz silindri ;

Avtomobil bazarında vəziyyət necədir?

Manatın ucuzlaşması onsuz da durğun olan daşınar-daşınmaz əmlak bazarını daha da dondurdu. Hər kəs gözləmə mövqeyindədir, artıq kimsə əmlakını satmaq istəmir, uduzacağından qorxur. Lakin elanlarda qoyulan qiymətlər dollar ekvivalentinə uyğun dəyişdirilir. Mənzil bazarından fərqli avtomobillərin qiyməti adətən dollarla göstərilir. Xarici valyutanın bahalanması avtomatik maşınların da qiymətini bahalaşdırır.

Avtomobil elanları ilə maraqlandıq. Təsadüfi seçdiyimiz 2009-cu il buraxılışı olan “Hyundai” markalı avtomobilin qiyməti 10 min dollar qoyulub. Lakin 10 min dollar bir neçə gün əvvəl 7844 manat idi. Birdən-birə 2200 manat bahalanma var. Hələ biz 1 manat=1 dollar hesabı ilə deyirik. Aradakı 0.05 qəpik fərq də 370 dollar civarında vəsait edir. Deməli, əslində bir avtomobildə 2600 manat civarında bahalanma var. Avtomobil sahibinə zəng elədim, maşının satış qiyməti ilə maraqlandım. Dedi, “10 min dollara deyirəm, amma aşağı yeri də var”. Elanı nə vaxt yerləşdirdiyini soruşdum, məlum oldu ki, bahalanmadan az əvvəl bunu edib. Ramil insaflıymış, dedi ki, valyuta bazarındakı durumun buna aidiyyatı yoxdur, maşını alan olarsa dolları əvvəlki qiymətlə hesablayacaq. Amma proqnoz da verdi ki, təzə elanlar təzə qiymətlə qoyulacaq. “Hamı maşını dollarla satır, indi sevinir ki, “qabağayam”. Lakin mən köhnə kursla qoymuşam, təzə kursa aidiyyatı yoxdur. Maşını almaq üçün maraqlananlar olsa da, hələlik konkret razılaşma olmayıb. Ev düşmüşdü, maşını ona görə satırdım, ev alacaqdım. İndi ev satan da qiyməti qaldırıb, dolların kursuna uyğun satır. Əhmədlidə ikiotaqlı mənzil idi, əvvəl 65 min manata deyirdi, bu da 80 min dollar edirdi. İndi 80 min dollardan da baha qoyub. Manatı dollara vurun, görün hara gedib çıxır. Bu, ədalətsizlikdir, istər maşının, istərsə də evin qiyməti var, baxan kimi hansı dəyərdə olduğunu bilirsiz. Qiyməti nə qədər qaldırmaq olar? Onsuz da daşınmaz əmlak bazarında qiymətlər yüksəkdir. Bundan başqa, Bakıdakı evi dollarla satmaq düzgün deyil, kürəklərinə alıb xaricdən gətirməyiblər ki. Belə evlərə sərf olunan tikinti materiallarının, demək olar, hamısı Azərbaycanda istehsal olunur”.

Nə satan var, nə alan

Ramil əhalinin panikaya düşüb qiyməti süni artırmasını yanlış hesab edir, prosesin onsuz da alıcı problemi yaşayan bazara daha da mənfi təsir göstərəcəyi qənaətindədir: “Maşını mən bank vasitəsilə almışdım, indi satdığım qiymətdən xeyli baha başa gəlib, 4 min dollar uduzmuşam. Amma bildiyiniz kimi, vaxt keçdikcə avtomobil dəyər almır, əksinə dəyərdən düşür. Avtomobili satanda udmursuz, tək-tük alverçilər maşına əl gəzdirib 3-5 min manat qazanırlar. Hazırda vəziyyətə aydınlıq gəlməsini gözləyirik. Bu gün ev, maşın satanlar tərəddüd içərisindədirlər, bilmirlər satsınlar, ya da əlverişli şəraiti gözləsinlər. Son bir neçə gündə nə maşın satan eşitmişəm, nə də ev. Mən bu dəqiqə evin hayındayam, maşın da yaddan çıxıb, elan qoyduğumu hərdən onunla bağlı zənglər mənə xatırladır. Bu gün “maklerlər”dən də maraqlanmışam, dediklərinə görə nə ev satan var, nə də alan. Hesab edirəm ki, cəmiyyətin bir hissəsi baş verən ani dəyişiklikdən hələ də şokdadır, yerdə qalan hissə də gözləyir”.

Hökumət valyutanı bahalaşdırıbsa, sahibkarın da öz məhsuluna həmin o fərqi əlavə etməsi niyə ədalətsizdir ki”, deyə sual verdim. Cavabı belə oldu: “Biz Azərbaycanda yaşayırıq və milli valyutamız da manatdır. Mal və məhsulları dollara çevirib satmağı düzgün hesab etmirəm. Hələ ki, heç nəyin qiymətinin qalxmadığını elan edirlər və bildirirlər ki, artan qiymətlər də sünidir, buna baxmayaraq hər kəs öz işindədir. İri marketlər qiymət qaldırmayıb, amma kiçik marketlərdə əhəmiyyətli artım hiss olunur. Amma bununla paralel marketlərdə ərzaq da azalıb, əhali həmişəkindən bir neçə qat artıq alış-veriş edir. Bu isə yaxşı nəsə vəd eləmir”.

“Maşını dollarla almışam, dollarla da satıram”

Bəzi avtomobil sahibləri telefonda müştəri olduğunu bilib danışmaq istəmirdilər. Çoxları avtomobili hansı qiymətə satıb-satmayacaqları barədə qərarsızdırlar. Qiyməti 13 min dollara qoyulmuş 2013-cü il buraxılışlı “Renault”nun sahibi Sabir avtomobildə musiqinin səsini o qədər qaldırmışdı ki, heç məni eşidəcək halda deyildi. Sonra telefonu ümumiyyətlə bağladı. Anladım ki, satmaq fikrində deyil. 25 min dollarlıq “Honda CR-V”nin sahibi isə, yalan, ya düz, avtomobilin artıq satıldığını dedi. Camaatı çaşdırmamaq üçün elanı saytdan çıxartmağı məsləhət gördüm. Bu dəfə bir qədər də bahalı maşın seçdim, 2008-ci ilin buraxılışı olan qiyməti 28 min dollar göstərilmiş “Toyota Prado”nun sahibinə zəng elədim. Səməd dedi ki, “maşını elə əvvəl də dollara satırdıq, indi də həmin valyuta ilədir”. Dedim, indi dolların qiyməti bahadır, bunu nəzərə alırsınızmı? Dedi, “maşını dollarla almışam, dollarla da satıram, siz nə təklif edirsiniz”? Təklif elədim ki, dolları 78 qəpiklə hesablayaraq ödəniş edim, hələ bazar qiymətindən də bir az endirim etsin. Deyəsən, çox insafsızlıq etmədim. Adam avtomobili dollarla alanda da valyutanı mən təklif etdiyim qiymətə almışdı. Sadəcə burada əlavə qazanc etmək niyyətində idi. Həm də adi satıcıya bənzəmirdi, Ramildən fərqli təcrübəli alverçi idi. Və təklifimə belə reaksiya verdi: “Nəyə görə, niyə uduzmalıyam ki? Manat ucuzlaşıb, dollar qalxıb, burada mənim günahım nədir ki, itkiyə yol verim? Manatla almaq istəyirsinizsə, buyurun, bugünkü kursla hesablayıb ödəniş edə bilərsiz, mən götürərəm, problem yoxdur. Sizdən köhnə kursla götürə bilmərəm, elə olmağı düz də deyil”. Alıcılıq qabiliyyətini nəzərə almağı da tövsiyə etdim. Dedi, “alıb-almayacaqlarının bu məsələyə aidiyyatı yoxdur, mənim avtomobilimin qiyməti budur. Saytda o qədər insan maşın satır, bu məntiqlə heç kəs almamalıdırmı? Kimə lazımdırsa, qiyməti necə olursa-olsun alacaq”.

Axırıncı dəfə lap “göydən getdim”, 2013-cü il buraxılışlı, 58 min dollarlıq “Mercedes”lə maraqlandım. Avtomobilin sahibi Muraddan göstərdiyi qiymətin qüvvədə olub-olmadığını soruşdum. Qüvvədəymiş. Dolların bahalandığını xatırlatdım, dedi ki, qiymətdə bir qədər güzəşt edə bilər. Hansı qiymətlə hesablanacağına gəlincə, bir az fasilə verib sualımı cavablandırdı: “Qiymət oynayır, mən özüm də bilmirəm necə olacaq”. Daha da dəqiqləşdirmək istədim, qoyulan qiymətin onsuz da baha olduğunu vurğuladım, alacaq olsam bir qədər qiymətdə güzəştə getməsini və dolları əvvəlki kursla hesablamasını xahiş etdim. Dedim “mən qiymətdə sizinlə bazarlıq edəcəyimi düşünmüşdüm, amma belə çıxır ki, hələ ortada dollar-manat problemi də varmış, əvvəlcə onu həll etməliyik”. Çox tərəddüdlüydü, hər sualıma xeyli fikirləşməli olurdu. Axırda dedi: “Mən onu danışaram, görüm bu kurs məsələsi nə olacaq, sonra görək də”. Dedim kursun taleyini kimdən soruşacaqsız, Elman Rüstəmovdan? O, artıq qərarını verib. Dedi, “lazım olsa ondan da soruşa bilərəm”. Dediyi kimi belə avtomobillərin təzəsinin qiyməti 100 min dollardır. Maşına və nömrəsinə baxılsa, baş bankirə qohum olmaq ehtimalı da az deyildi, ona görə də dediyinə şübhə eləmədim. Dedim, onda Elman müəllimlə məsləhətləşsin, sonra qərarını mənə bildirsin. Son sözü bu oldu ki, köhnə kursla 78 qəpikdən hesablaya bilər, amma qiymətdə güzəştə getməyəcək. Əvvəllər qiymətdə “danışıq” üçün yer qoyurdular, siz də büdcənizə görə “bazarlıq” edə bilirdiniz. İndi isə göründüyü kimi, güzəşt ən yaxşı halda kursun əvvəlki kimi hesablanmasından ibarət ola bilər ki, onu da hər satan eləmir.

Bahalanma yaxın günlərdə daha çox hiss olunacaq

Turbo.az avtomobil saytının korporativ və fərdi müştərilərlə iş üzrə mütəxəssisi Eldar Nəbiyev “Bizim Yol” qəzetinin əməkdaşına bildirdi ki, hazırda avtomobil elanlarının verilməsində və eləcə də alqı-satqısında durğunluqdur, satıcılar da, müştərilər də gözləmə mövqeyindədirlər: “Son günlər daha çox qiymətləri aşağı salmağa başlayıblar. Mənə xeyli zənglər olub, çoxları əvvəl qoyduqları qiyməti azalan istiqamətdə dəyişir. Məsələn, 18800 dollara olan avtomobili 17500 və ya 17 min dollara qoyublar. 1 gün ərzində salınan qiymətdir, 1000-1500 dollar fərq var. Burada sadəcə qiyməti bir qədər azaltmaqdan söhbət gedir, dolların əvvəlki kursu ilə hesablanmır. 2-3 həftə bundan əvvəl dollarla elan verənlər qiyməti aşağı salmağa məcburdurlar ki, sata bilsinlər, yoxsa həmin məbləğə heç kim alan deyil. Köhnə qiymət yeni kursla çox baha başa gəlir. Amma dediyim kimi, bu, manatın ucuzlaşmasına uyğun aparılmır, qiymətlər yalnız 10-15 faiz civarında aşağı salınır. 1 ay ərzində vəziyyətə aydınlıq gələcək və canlanma da ondan sonra gözlənilir, çünki onda dəqiq əmin olacaqlar ki, manatın dəyəri budur, dolların da dəyəri bu. Hələlik valyutada bir dəyişikliyə ümid etdikləri üçün durğundurlar. Qiymət dəyişməsi qəfil olduğundan kimsə proqnoz verə bilmir. Alıcılıq qabiliyyəti aşağıdır, “ikinci əl” avtomobillərdə hələ ki, qiymət artımının ola biləcəyini düşünmürəm. Əslində 1 il, il yarım ərzində satış çox aşağı düşmüşdü, son 3-4 gündə isə tamamilə dayanıb. Müştərilərin yeni kursa adaptasiya olunmaları lazımdır. İlk gün hər yerdə satış donduruldu, amma bir gün sonra şirkətlər satdıqları təzə avtomobillərin qiymətini 30 faiz qaldırıb, 10-12 min manat yuxarı fərqlə satırlar. Artım əsasən aparıcı markalar olan “Toyota”, “Kia”, “Hyundai” avtomobillərindədir. Təkcə Yapon istehsalı olan avtomobillərin qiymətini manatla, həm də stabil saxlayıblar, çünki onlarda alış az olduğuna görə olan-qalan müştərilərini də itirmək istəmirlər”.

Müsahibimiz hesab edir ki, şirkətlər malı dollarla idxal etsələr də, hazırda qiymət artımından söhbət getməməlidir: “Sahibkar ölkədə olan avtomobilin qiymətini müəyyənləşdirib və orada qazancını da nəzərə alıb. Və həmin avtomobilləri dollarla alsalar da, aşağı kursla hesablanıb. İndiki halda qiymət artımı vicdanla bağlı məsələdir. Fikrimcə, artım növbəti partiya mallara tətbiq oluna bilər. Vəziyyətdən yararlanmaq lazım deyil. Sadəcə ərzaq məhsulları satan sahibkarlara qiymət artırmamaq göstərişi verilir. Bu göstəriş bütün sahələrə aid olmalıdır. Hər sahəyə nəzarət edilməli, çalışılmalıdır ki, artım baş verməsin. Lakin qiymət artımı qaçılmazdır. Çünki biz hələ ki daxili bazardan danışırıq. Əvvəlcə avtomobil kreditlərinin verilməsinə, Avro 4 standartlarının tətbiqi ilə idxal olunan avtomobillərə məhdudiyyət qoyuldu, sonra vergi rüsumunda dəyişiklik edildi. Benzinin qiymətinin qalxması da çox sərfiyyatı olan, benzinlə işləyən avtomobillərə tələbatı azaltdı. Bu tərəfdən də valyuta dəyişikliyi vəziyyəti gərginləşdirib. Dalbadal bir neçə “dalğa” bazarı bir növ “vurdu”. Proseslər 2 ildir başlayıb və bu səbəblərdən alıcılıq xeyli düşdü. Hesab edirəm ki, yaxın günlərdə xaricdən gətirilən avtomobillərin qiymətində artım hiss ediləcək dərəcədə olacaq”.

Comments are closed, but trackbacks and pingbacks are open.