Press "Enter" to skip to content

Sərdar Cəlaloğlu: AXC ilə indiki AXCP-nin heç bir əlaqəsi yoxdur

1919-cu ildə ingilis ordusu Azərbaycanı ikinci dəfə tərk edəndən sonra Azərbaycan höküməti neft sektorunu canlandırmaq üçün müəyyən tədbirlər görməyə çalışsa da, alınmamış, həm də buna Sovet işğalı səbəbilə heç vaxtı da qalmamışdı. AXC höküməti ölkənin neft ehtiyatlarının yalnız 1/3 hissəsinə nəzarət edə bilirdi. Qalan hissəsi isə xarici şirkətlərin əlində idi (Mehdiyev, 2000, s. 28). Bununla belə neft gəlirləri sayəsində Azərbaycanın ilk milli dövləti ordu quruculuğu işini həyata keçirə bilmişdi. Məsələn Qırmızı Orduya qarşı savaşan Denikinə satılan neftin əvəzində Azərbaycana 20 top, 100 pulemyot, 9 təyyarə, 15 min tüfəng göndərilmişdi. Beləliklə ümumi olaraq neft gəlirləri sayəsində Azərbaycanın 2 topçu tüfəng, 1 topçu ordu hissəsi, 3 zirehli qatar, 5 təyyarə, 6 ağır zirehli taborları təşkil edilə bilmişdi (Mustafazadə, 2006, s. 68).

AXC dövründə Azərbaycan siyasi sisteminə xarici təsirlər: neft amili

Azərbaycanda müstəqil dövlətin yaradıldığını dünyaya elan edən 28 may 1918-ci il tarixli “İstiqlal Bəyannaməsi”ndə Azərbaycanın Türk və Müsəlman dünyasında, ümumiyyətlə bütün Şərqdə ilk demokratik, parlamentli respublika üsul-idarəsinə malik dövlət olduğu qeyd edilirdi. Azərbaycan torpaqlarının 97,3 min km 2 ərazisi mübahisəsiz, 16,6 min km 2 i isə Ermənistan və Gürcüstan ilə mübahisəli idi (Mahmudov, 2004, s. 12).

Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlər və dövlətlərlə sülh münasibətləri qurmağı niyyət edir, öz sərhədləri içərisində yaşayan insanların milliyəti, dini, sinfi, irqinə görə fərq qoymadan hamısının siyasi və vətəndaşlıq hüquqlarını təmin etməyi öhdəsinə götürürdü. Parlament qurulana qədər ölkəni xalqın seçdiyi Milli Şura və bu Şura qarşısında məsul olacaq Keçici Hökümət idarə edəcəkdi (İstiqlal Bəyannaməsi, 1918). Milli Şuranın rəhbəri M.Ə. Rəsulzadə, köməkçisi Həsən bəy Ağayev, baş katib isə Mustafa Mahmudov təyin olunmuşdu. 28 may tarixində qurulan 9 nazirdən ibarət Nazirlər Şurasının rəhbəri isə Fətəli xan Xoyski idi.

28 may-17 iyun 1918-ci il tarixlərində mövcud olan birinci hökümətin (Nazirlər Şurasının) tərkibi aşağıdakı kimi idi (Nağıyeva, 2008, s.10):

  1. Nazirlər Şurasının rəhbəri və Daxili İşlər Naziri – Fətəli xan Xoyski (bitərəf)
  2. Hərbi nazir – Xosrov bəy Sultanov (müsavat)
  3. Xarici işlər naziri – Məmmədhəsən Hacınski (müsavat)
  4. Maliyyə və xalq maarifi naziri – Nəsib bəy Yusifbəyli (müsavat)
  5. Ədliyyə naziri – Xəlil bəy Xasməmmədov (müsavat)
  6. Ticarət və sənaye naziri – Məmməd Yusif Cəfərov (bitərəf, daha son müsavat)
  7. Əkinçilik və əmək naziri – Əkbər ağa Şeyxülislamzadə (Hümmət)
  8. Yollar, poçt və teleqraf naziri – Xudat bəy Məlikaslanov (bitərəf)
  9. Dövlət müfəttişi – Camo bəy Hacınski (sosialist)

Göründüyü kimi birinci hökümətin tərkibində dövləti quran müsavatçılar əsas yeri tutsa da, digər partiyaların nümayəndələrinə də yer verilmişdi. Lakin 1918-ci ilin may ayında Nuru Paşa komandanlığında “Qafqaz İslam Ordusu” adı daşıyan Osmanlı-Azərbaycanlı ortaq hərbi qüvvələri Gəncəyə gəldikdən sonra Nuru Paşa Azərbaycanın daxili işlərinə müdaxilə etməyə başlamışdı. Onun əmri ilə Azərbaycan Nazirlər Şurasındakı sosialist nümayəndələr vəzifələrindən uzaqlaşdırılmış, həmçinin millətçi olan lakin osmanlıyönümlü olmayan nazirlər də vəzifədən uzaqlaşdırılmaqla hədələnmişdilər (Pipes, 1964, s. 205). Əlavə qeyd edim ki, 18 min nəfərlik Qafqaz İslam Ordusunun 1/3 hissəsi Osmanlı İmperiyasının 5-ci piyada qoşun hissələrindən, qalan hissəsi isə Əliağa Şıxlinskinin rəhbərliyi altında Müsəlman Korpusunun üzvlərindən təşkil olunmuşdu (Swietochowski, 1985, s. 130). Bu korpusun əsasında 26 iyun 1918-ci il tarixində Azərbaycan Əlahiddə Korpusu yaradılmış, bu isə Azərbaycanın ilk nizami ordusunun yaranması günü olaraq tarixə keçmişdir (26 iyun hazırda Silahlı qüvvələr günü olaraq qeyd edilir).

Beləliklə, təəccüblü deyil ki, 17 iyun – 7 dekabr 1918 tarixlərində mövcud olan ikinci hökümətin tərkibində yuxarıda adları qeyd edilən nazirlərdən sadəcə 4-ü yer almışdır. Maraqlıdır ki, ikinci hökümətdə Hərbi nazir vəzifəsi ləğv olunmuş, X. Sultanov isə əkinçilik naziri təyin olunmuşdu. Məhz Osmanlı Ordusu Azərbaycanı tərk etdikdən sonra, öncə Hərbi işlər üzrə müvəkkil vəzifəsi yaradılmış, daha sonra Hərbi nazir vəzifəsi (3-cü hökümət kabinetində) bərpa edilmiş, Səməd bəy Mehmandarov isə AXC-nin süqutuna kimi bu vəzifəni daşımışdır (Nağıyeva, 2008, s 10). Şıxlinski Mehmandarovun köməkçisi olaraq təyin olunmuşdu. Onu da qeyd edim ki, 28 aprel 1920-ci il tarixində AXC höküməti Sovet hökümətinə təhvil verdikdən bir gün sonra Azərbaycan SSR-in hərbi və dəniz işləri üzrə xalq komissarı Şıxlinskinin yanına gələrək, ona müavini olaraq çalışmağı təklif etmiş, lakin ön şərt olaraq AXC dövründə daşıdığı paqonları çıxarmağı tələb etmişdi. Şıxlinskinin cavabından sonra o, hərbi işlər üzrə komissar müavini olaraq təyin olunmasa da, Azərbaycan ordusunun qurucularından biri olaraq hərbi rəhbər təyin olunmuşdu (Şıxlinski, 1984, s. 176).

Maraqlıdır ki, Osmanlı ordusu I Dünya Müharibəsində məğlubiyyətə uğrayaraq 30 oktyabr 1918 tarixində imzaladığı Mudros müqaviləsinin şərtlərinə əsasən Qafqazı və Azərbaycanı tərk etdikdən sonra, noyabr 1918-də İngilis ordusu ikinci dəfə ölkəyə daxil olmuşdu. Məhz ingilislərin təzyiqi altında formalaşan 3 və 4-cü hökümət kabinetlərinin tərkibi daha rəngarəng olmuş, nəinki qeyri-müsavatçılar, hətta qeyri-müsəlman nazirlər də vəzifələrə təyinat almışdılar. Məsələn, 3-cü kabinetdə (26 dekabr 1918-14 mart 1919) maliyyə naziri (İ. Protasov), ədliyyə naziri (T. Makinski), xalq səhiyyəsi naziri (Y. Gindes), ərzaq naziri (K. Lizqar) qeyri-müsəlman olmuş, 4-cü kabinetdə (14 mart-22 dekabr 1919) digər qeyri-müsəlman nazirlərlə yanaşı hətta erməni əsilli portfelsiz nazir (Daşnaksütun partiyasından X. Amaspür) də yer almışdır.

Yenə ingilislərin Azərbaycana ikinci gəlişi zamanı açılan (7 dekabr 1918) Parlamentin tərkibində yer alan türk-müsəlman fraksiyasından (80 nəfər) başqa, 10 əlavə fraksiya fəaliyyət göstərirdi ki, onlar da əsasən ermənilər (21 nəfər), ruslar (10 nəfər), almanlar, yəhudilər, gürcülər, polyaklar (hər birindən 1 nəfər), Bakı Həmkarlar İttifaqı (3 nəfər), Bakı Neft Sənayeçiləri Şurası və Ticarət-Sənaye İttifaqı (2 nəfər) ilə təmsil olunmuşdu. Osmanlı ordusu Azərbaycanda olduğu müddətdə Azərbaycan bayrağı Osmanlı bayrağı ilə eyni idisə də (qırmızı bayraq, ortasında ay-ulduz), ingilislər gələndən sonra Azərbaycanın üçrəngli ay-ulduzlu bayrağı (9 noyabr 1918) qəbul edilmişdi. Bu həm də Azərbaycanın Osmanlı ilə əlaqəsinin kəsilməsini simvolizə edirdi.

Maraqlıdır ki, 13 iyun 1919-cu ildə Bakıda ingilis qoşunlarına qarşı göstərişlərdən iki ay sonra, yəni 24 avqust 1919 tarixində ingilislər ikinci dəfə Azərbaycanı tərk etdikdən sonra qurulan 5-ci (sonuncu) hökümət kabinetində (24 dekabr 1919-1 aprel 1920) artıq müxtəlif partiyalardan (müsavat, bitərəf, əhrar, ittihad, sosialist) olan yalnız müsəlman nazirlər yer almışdı. Beləliklə, Azərbaycan hökümətlərinin tərkibinin müəyyən olunmasında müxtəlif dövrlərdə burada mövcud olan xarici qüvvələrin birbaşa təsirlərinin olduğunu deyə bilərik.

Lakin bu təsirlərin Azərbaycan lehinə vəya əleyhinə olması əsas məqamı təşkil edir. Məsələn, Osmanlı təsiri ilə Azərbaycan hökümətinə tam loyal qüvvələr kabinetdə təmsil olunurdularsa, ingilislərin təsiri ilə kabinetə daxil olan qeyri-müsəlman və qeyri-müsavatçı təmsilçilər heç də Azərbaycan hökümətinə loyal sayılmazdılar.

Bununla yanaşı, Osmanlı türkləri və ingilislərin türk/tatar-erməni milli davasına yanaşmaları da tam fərqli idi. Osmanlı birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü, Qarabağ, Zəngəzur və Naxçıvan kimi mübahisəli ərazilərdə azərbaycanlıların idarəçiliyini dəstəkləyir, bunun üçün hərtərəfli yardım edirdisə, ingilislər ikili siyasət yürüdürdü. Məhz ingilislərin, xüsusilə general Tomsonun təzyiqi ilə ilk vaxtlarda daşnaklar sakitləşdirilmiş və Xosrov bəy Sultanov (keçmiş Hərbi nazir) Qarabağ və Zəngəzura idarəçi təyin olunmuşdusa da, daha sonra yerli erməniləri sakitləşdirmək üçün general Tomson və digər rəsmi ingilis nümayəndələri onlarla görüşdə belə bir ifadə səsləndirmişdilər:

“Azərbaycan administrasiyasının və qoşunlarının Qarabağ və Zəngəzurda olması bu ərazilərin Azərbaycana məxsus olacağı demək deyil, belə ki, bu ərazilərin son taleyi sülh konfransında müəyyən olunacaq” (Mikaelyan, 1992, s. 62).

Daha sonra, elə məhz ingilislərin dolaylı yardımları ilə Qarabağın Erməni Şurası fəaliyyətini aktivləşdirərək bölgəni öz idarəsinə keçirə bilmişdi. Hətta Naxçıvanın da erməni idarəsinə keçməsi haqda 1919-cu ilin aprelindən etibarən çox saylı məsələlər qaldırılırdı. Həmin ilin may ayında ingilislərin dəstəyilə daşnaklar bu ərazidə peyda olmuşdu. Bu vəziyyət ingilis ordusunun iyun-avqust 1919 arasında Azərbaycanı tərk etməsinə qədər davam etmiş, daha sonra Azərbaycan ordusu bu ərazilərdə öz nəzarətini təkrar bərpa etmiş, 15 avqust 1919-cu il tarixində isə Qarabağ və Zəngəzurun Erməni Şurası (7-ci konqresi) belə bir qərar qəbul etməli olmuşdu:

“Qarabağın ermənilərlə məskunlaşmış dağlıq hissəsi, sülh konfransı keçirilənədək özünü Azərbaycan Respublikasının tərkib hissəsi olaraq görür” (Mikaelyan, 1992, s. 323).

Beləliklə, Azərbaycan adı çəkilən ərazilər üzərində nəzarətini bərpa etmişdi.

İngilislərin erməni yönümlü davranışlarının əsasında Böyük Britaniyadakı erməni milli təşkilatlarının fəaliyyətinin əsas rol oynadığını deyə bilərik. Daha öncəki araşdırma zamanı Osmanlı, Rusiya və İran kimi imperial dövlətlərin ərazisində yaşayan ermənilərin vahid “böyük Ermənistan” dövlətini yaratmaq kimi plan/proqramları (vəya xəyalları) olan milli təşkilatlarını Avropa dövlətlərində qurduqlarından və bu təşkilatların aktiv fəaliyyətindən (xüsusilə Fransada) bəhs etmişdim. Eyni şəkildə erməni milli təşkilatlarının Böyük Britaniyadakı aktiv fəaliyyəti də mövcud olmuşdu.

1870-ci illərdən etibarən Avropa ölkələrində aktivləşən ermənilər 1880-ci illərdə artıq ingilis xarici siyasətinə də təsiretmə gücü qazanmışdılar. 1885-ci ildə Londonda Erməni Patriotik Komitəsi qurulmuşdu. Bu komitə həm propoqanda, həm də təşkilatlanma işlərini koordinasiya edirdi. Londonda “Haiasdan” adlı qəzet də çap olunurdu. 1886-cı ildə iki Britaniya höküməti parlament tərəfindən erməni məsələsinə daha ciddi yanaşmaq üçün təzyiqlər alırdı. Bu, oradakı ermənilərin ingilis parlamentinə təsir mexanizmini qura bildiklərini göstərirdi. Lakin 1886-cı ildə Gladstone höküməti bu təzyiqlərə uyğun xarici siyasət xətti qururdusa, ondan sonra (həmin ilin iyulunda) hakimiyyətə gələn Salisbury (1886-1892-ci illərdə ilk Baş nazirlik dönəmi) daha ehtiyatlı siyasət yeritməyə başladı. Onun üçün ingilis maraqları, erməni maraqlarından daha önəmli idi. Məsələn, daha bir regional güc olan Rusiyanın Osmanlını məhv etməsi, onun daxili işlərinə müdaxilə edəcək qədər bölgədə irəliləməsi Britaniya üçün qəbuledilməz idi. 1877-ci ildə türk-erməni qırğınını bəhanə edərək 1877-1878-ci illərdə Osmanlıya müharibə edən Rusiya İstanbula daxil olduqdan sonra Avropa dövlətləri ona təzyiqlərini artırmağa başladılar. Rusiya Osmanlı torpaqlarından çıxmaq üçün San-Stefano sülh müqaviləsinin 16-cı maddəsi olaraq Şərq vilayətlərin xristian təbəələrinin özünü idarəetməsinə dair reformların həyata keçirilməsi şərtini irəli sürmüşdü. Lakin məhz ingilislərin təzyiqi nəticəsində 13 iyul 1878-ci il tarixli Berlin müqaviləsinə görə Rusiya qeyd-şərtsiz Osmanlı torpaqlarını tərk etməyə məcbur olmuşdu. Bu isə erməniləri çox məyus etmişdi. Doğrudur, yeni müqavilədə də Osmanlının xristianlara qarşı münasibətində müəyyən reformlar öz əksini tapmışdı, lakin bu ermənilərə hərhansı özünü idarəetmə haqqı verməyəcəkdi (Zeidner, 1976, s. 473). Lakin Salisbury bu siyasətini ikinci Baş nazirliyi dönəmində (1895-1902) dəyişmiş və Abdül Həmidin reformları həyata keçirməkdə istəksizliyini bəhanə edərək Osmanlıya qarşı bir rəftar sərgiləməyə başlamışdı. İş o yerə çatmışdı ki, Salisbury 1896-cı ildə böyük güclərin erməniləri müdafiə etmək bəhanəsi ilə Osmanlıya birgə hücum etməsinə və imperiyanı parçalamasına çağırış edirdi. Lakin nəticə etibarilə onun bu siyasəti öz dövründə həyata keçmədi (Rayburn, 2002, s. 20-21).

Göründüyü kimi böyük güclər öz maraqları daxilində erməniləri istədikləri qədər dəstəkləyir, yenə öz maraqları daxilində erməniləri onlara lazım olan anlarda tək qoyurdular. Çünki ermənilər beynəlxalq siyasətin subyetki deyil obyekti olaraq nəzərdən keçirilirdilər. Hətta onlar böyük güclərin Yaxın Şərq siyasətinin tərkib hissəsində bir parça idilər. Məhz bu səbəblə də Qafqazda enerji maraqları olan ingilislər 1918-1920-ci illərdə Azərbaycanın ərazi bütövlüyünü açıq şəkildə dəstəkləyir, ermənilərə isə yardımı sadəcə gizli xarakter daşıyırdı. Məsələn Türk ordusu Bakını tərk edəndən sonra general Tomsonun komandanlığı altında ingilis ordusu şəhərə girdikdən sonra “Britaniya Neft İdarəsi” adlı bir təşkilat qurulmuşdu. Bu təşkilat o vaxtkı qiymətlərə uyğun olaraq 114 milyon rubl dəyərində nefti Ənzəli, Batum yolları ilə Azərbaycandan çıxararaq ölkə iqtisadiyyatına böyük zərbə vurmuşdu. İngilislər Xəzər sahilində Azərbaycanın özünə aid hərbi birlik yaratmasına icazə verməmiş, bir çox hərbi təsis ingilislər tərəfindən yağmalanmış, Bakı-Batum neft boru xəttini nəzarətə keçirərək bu yolla Azərbaycanın xaricə neft satışını kontrol etmiş, hətta ölkəyə başqa ölkələrin neft şirkətlərinin girməsinə belə nəzarət etmişdilər. Məsələn, Qərb şirkətləri Parisdə Azərbaycan neft sahələri ilə bağlı konsorsiumun yaradılmasına dair toplantı keçirmiş, bu toplantıya Baş nazir Fətəli xan Xoyskini dəvət etmək istəmiş (Gökçe, 2014, s. 943), lakin ABŞ-ın Standard Oil şirkətinin 3 milyon dollar dəyərində təklif verməsi ilə Xoyskinin iştirakı olmadan daha öncə Nobel şirkətinə aid 11 sahə Amerikan şirkətinə satılmışdı. Lakin məhz ingilislərin təzyiqi ilə (ingilis şirkətlərinin amerikan şirkətləri ilə rəqabəti səbəbilə) bu anlaşma ləğv edilmişdi (Gökay, 2001, s. 8).

1919-cu ildə ingilis ordusu Azərbaycanı ikinci dəfə tərk edəndən sonra Azərbaycan höküməti neft sektorunu canlandırmaq üçün müəyyən tədbirlər görməyə çalışsa da, alınmamış, həm də buna Sovet işğalı səbəbilə heç vaxtı da qalmamışdı. AXC höküməti ölkənin neft ehtiyatlarının yalnız 1/3 hissəsinə nəzarət edə bilirdi. Qalan hissəsi isə xarici şirkətlərin əlində idi (Mehdiyev, 2000, s. 28). Bununla belə neft gəlirləri sayəsində Azərbaycanın ilk milli dövləti ordu quruculuğu işini həyata keçirə bilmişdi. Məsələn Qırmızı Orduya qarşı savaşan Denikinə satılan neftin əvəzində Azərbaycana 20 top, 100 pulemyot, 9 təyyarə, 15 min tüfəng göndərilmişdi. Beləliklə ümumi olaraq neft gəlirləri sayəsində Azərbaycanın 2 topçu tüfəng, 1 topçu ordu hissəsi, 3 zirehli qatar, 5 təyyarə, 6 ağır zirehli taborları təşkil edilə bilmişdi (Mustafazadə, 2006, s. 68).

Azərbaycanda Sovet idarəçiliyi qurulandan sonra isə neft sektoru ayrı-ayrı şəxslərin və şirkətlərin əlindən alınaraq milliləşdirilmişdir. Sovet dövründə isə Azərbaycanın siyasi sistemi mərkəz Rusiyayanın birbaşa təsiri altında formalaşmışdır.

İstifadə olunmuş mənbələr:

Azərbaycan Xalq Cümhuriyyətinin İstiqlal Bəyannaməsi. (1918).

Gökay, B. (2001). The Politics of Caspian Oil, New York: Palgrave Macmillan.

Gökçe, M. (2014). “1. Dünya Savaşı Döneminde Hazar Petrolleri İçin Yaşanan Rekabet”, 12. Uluslararası Türk Dünyası Sosyal Bilimler Kongresi, 2. cilt, İstanbul: Türk Dünyası Araştırmaları Vakfı.

Mahmudov, Y. (2004). Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, 1-ci cild, Bakı: Lider Nəşriyyatı.

Mikaelyan, V. (1992). Nagorny Karabakh v 1918-1923, Сборник Документов и Материалов, Yerevan: İzdatelstvo Akademii Nauk Armenii.

Mustafazade, R. (2006). Две республики: азербайджано-российские отношения в 1918-1922 гг, Moskva: MİK.

Nağıyeva, Ş. (2008). Azərbaycan Xalq Cümhuriyyəti-90: (1918-1920): Biblioqrafiya, Bakı.

Pipes, R. (1964). The Formation of the Soviet Union: Communism and the Soviet Union, 1917-1923, Cambridge: Harvard University Press.

Rayburn, D. (2002). The Greatest Diaster: The Failure of Great Britain`s Ottoman Empire Policy, 1914, Master thesis, Texas A&M University.

Swietochowski, T. (1985). Russian Azerbaijan, 1905-1920: The Shaping of National Identity in a Muslim Community, New York: Cambridge University Press.

Şıxlinski, A.A. (1984). Мои воспоминания, Bakı: Azərnəşr.

Zeidner, R.F. (1976). “Britain and the launching of the Armenian Question”, International Journal of Middle East Studies, 7(04), 465-483.

Sərdar Cəlaloğlu: “AXC ilə indiki AXCP-nin heç bir əlaqəsi yoxdur”

Bu günlərdə isə AXC-nin yaranmasının 25 ili tamam olub. Amma nədənsə vaxtilə AXC-də bir yerdə olan liderlər, partiyalar bu yubiley mərasimini bir yerdə deyil, ayrı-ayrılıqda qeyd ediblər. AXC, onun yubiley tədbirinin AXCP və Müsavat tərəfindən ayrı-ayrılıqda qeyd edilməsi, adıçəkilən siyasi təşkilatlar arasındakı ədavət, bunun müxalifətin ümumi işinə təsiri və digər məsələlərlə bağlı “Kaspi”nin suallarını Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu cavablandırır.

– Sərdar bəy, xalq hərəkatında fəal iştirak edən siyasətçilərdən biri kimi AXC-nin 25 illiyinin AXCP və Müsavat Partiyası tərəfindən ayrı-ayrılıqda qeyd edilməsini necə qiymətləndirirsiniz?

– Ümumiyyətlə, Müsavat və AXCP Azərbaycan tarixindən sui-istifadə etməyə, bununla reytinq qazanmaqda maraqlıdır. Müsavat Partiyası öz aləmində 1911-ci ildə yaradılmış Müsavatın davamçısı sayır özünü. Bununla reytinq əldə etməyə çalışır. AXCP də AXC-nin reytinqindən istifadə etmək istəyir. O dövrdə bütünlüklə Azərbaycan xalqının apardığı siyasi mübarizəni bu gün Əli Kərimlinin rəhbərlik etdiyi AXCP öz fəaliyyəti, öz siyasəti kimi qələmə verir. Bu baxımdan hər ikisi yanlış yoldadır. Bunu AXC liderlərinin hər biri yaxşı başa düşür. Bilirlər ki, nə Müsavat Partiyası əski Müsavatın, nə də indiki AXCP 1989-cu ildə yaradılan AXC-nin varisidir. Hazırda AXCP-nin bir neçə variantı var. Mirmahmud Mirəlioğlunun rəhbərlik etdiyi KXCP, Qüdrət Həsənquliyevin sədrlik etdiyi BAXCP və Əli Kərimlinin lideri olduğu AXCP. Ola bilər ki, sabah bir nəfər də çıxıb adında xalq cəbhəsi olan başqa partiya yaratsın. Bunlar bu cür dağınıq şəkildədirlər. O vaxtkı AXC ilə indiki AXCP-nin heç bir əlaqəsi yoxdur. Mənim AXC-nin yaradılmasında şəxsən Əli Kərimlidən daha böyük xidmətim var. Azərbaycan xalq hərəkatında olan adamların hər biri bunu dəqiq bilir. Lakin mən bunu əsas tutaraq, heç zaman AXC-ni bu və ya başqa bir formada öz adıma çıxmağa cəhd göstərməmişəm. AXC dövründəki fəaliyyətimi də bugünkü ADP-yə reytinq yığmaq naminə xərcləmirəm. Bunlar isə Azərbaycan xalq hərəkatının bütün nailiyyətlərini öz adlarına çıxırlar. Bu hərəkatın əksər təsisçiləri də adıçəkilən partiyaların bu hərəkətlərini gördükləri üçün onların təşkil etdikləri tədbirlərə qatılmırlar. Əli Kərimlinin yubiley tədbirindəki çıxışının bütün leytmotivi də AXC-nin nailiyyətlərini AXCP-nin adına çıxmağa yönəlmişdi. Əli Kərimli çıxışında partiya olmadıqlarını, qrup maraqlarını müdafiə etmədiklərini diqqətə çatdıraraq, AXC-nin davamçısı kimi ümumi və xalq maraqlarına xidmət etdiyini, hər bir vətəndaşın hüquqlarını qoruduqlarını bildirdi. Amma həmin tədbirdə istəmədiyim halda mənə danışmaq üçün söz verirlər, fikrimi ifadə edib tarixin gerçəkliklərini ortaya qoyanda dərhal sözümü kəsir, fitə basır, ayaqlarını döşəməyə çırpır, fikrimi tamamlamağa imkan vermirlər. Əli Kərimli də bircə dəfə də olsun durub demir ki, ay camaat, imkan verin bu adam sözünü sona çatdırsın.

– Sizcə, AXCP-nin keçirdiyi yubiley tədbirində çıxışınıza qarşı aqressiv münasibət göstərilməsi nədən qaynaqlanır?

– Mən tədbirdəki çıxışımda dedim ki, Azərbaycan tarixini Məhəmməd Əmin Rəsulzadə və Əbülfəz Elçibəy arasında sıxışdırmaq olmaz. Bunlar elə bilirlər ki, tarix Məhəmməd Əmində yaranıb, oradan da tullanıb Əbülfəz Elçibəyə. Halbuki Azərbaycan tarixində xidməti, yeri olan onlarla şəxsiyyətlər var. Mən də bunu əsas götürüb Şah İsmayıl Xətaidən üzü bu yana Azərbaycan tarixində xidməti olan insanlardan danışanda, SSRİ-yə qarşı tək Azərbaycanın deyil, bütün müttəfiq respublikaların, həmçinin 20-yə yaxın Şərqi Avropa ölkəsinin mübarizə apardığını və məhz bu gücün sayəsində SSRİ-nin məğlub olduğunu deyəndə, fikrimi tamamlamağa qoymadılar. Görünür belə reallıqlar bunlara lazım deyil. Onlara lazımdır ki, durub Əli Kərimlini tərifləyəsən, onu Azərbaycan xalqının xilaskarı, Əbülfəz Elçibəyin davamçısı kimi qələmə verəsən. Yaxud deyəsən ki, tarixdə yalnız Məhəmməd Əmin Rəsulzadəyə və Əbülfəz Elçibəyə Allahdan bir lütf verilib, indi də bu, Əli Kərimliyə keçib. Ondan başqa, Azərbaycan tarixində, dövlətçiliyində xidmətləri olmuş adamların, siyasi xadimlərin heç bir əhəmiyyəti yoxdur. Yəni, bunların düşüncə tərzi budur.

– Sizcə, alternativ fikrə, tənqidə qarşı niyə belə dözümsüzlük var onlarda?

– Adətən, bəzi insanlar özlərinə barama qurdu kimi imaqo yaradırlar. Siyasətdə də hamının, o cümlədən mənim də imaqom var. Bu belə izah olunur ki, lider tam çılpaqlığı ilə xalqın qarşısına çıxanda o, xalq tərəfindən lazımi səviyyədə dəstək qazana bilmir. Ona görə də bütün dünyada imicmeykerlərin əsas işlərindən biri liderlər üçün imaqo qurmaqdır. Amma elə adamlar var ki, onlar elə imaqodan ibarətdir. Yəni, onların içərisində bir şey yoxdur. Onun işi-gücü həmin imaqonu qurmaqdan ibarətdir. AXCP-nin bir qədər əvvəl söylədiyim məsələlərə özünəməxsus şəkildə reaksiya verməsinin səbəbi də içi boş imaqoya malik olmaları ilə bağlıdır. Əgər onlar bir balaca elmə, mənaya, tarixə, həqiqətə tərəf getsələr, düzəltdikləri imaqo puç olacaq. Ona görə də bunlar heç cür alternativ fikri qəbul etmir, gerçəklikləri görmək istəmirlər. Məni təqsirləndirirlər ki, niyə çıxışlarını akademik, elmi səviyyədə edirsən? İzah edirəm ki, insan hər zaman savadlı, elmi danışmalıdır. Məgər təkcə “istefa-istefa” deməklə iş qurtarır? Bundan başqa hər bir siyasi partiyanın, onun liderinin əsas öhdəliklərindən biri də insanlar arasında siyasi maarifləndirmə aparmaqdır. Bu öhdəlikləri, vəzifələri yerinə yetirmək əvəzinə siyasi imaqo yaratmaq düzgün deyil. Bu qanuna da, əxlaqa da, siyasi mədəniyyətə də zidd hərəkətdir.

– “Azadlıq” qəzetinin bu günkü (red. Dünənki) sayında AXCP-nin keçirdiyi yubiley tədbirindən hazırlanan reportajı oxudum. Digər iştirakçılardan fərqli olaraq, Sizin çıxışınız çox qısa şəkildə əhatə olunub. Bunu necə qarşıladınız?

– Mən ümumiyyətlə “Azadlıq” qəzetini oxumuram. Yaxşı bilirəm ki, həmin qəzet çox ciddi senzuradan keçir. O qəzetin səhifələrində Əli Kərimlinin xoşuna gəlməyən hər hansı adamın AXCP sədri, eləcə də onun partiyası haqqında söylədiyi fikirləri çap edilə bilməz. Bilirəm ki, bu qəzetdə qabaqcadan seçilmiş materiallar çap olunur. Belə olan halda nəyə görə həmin qəzeti almalı, yaxud da oradakı materialları oxumalıyam? Heç vaxt həmin qəzeti oxumuram. Etiraz əlaməti olaraq, bu günə qədər həmin qəzeti bir dəfə də açmamışam.

– Siz Müsavatın keçirdiyi yubiley tədbirinə də dəvət almışdınızmı?

– Müsavat Partiyasının keçirdiyi yubiley tədbirinə məni dəvət etməmişdilər. Çünki İsa Qəmbər ağıllı adamdır və bilir ki, Sərdar Cəlaloğlu o tədbirdə olacağı təqdirdə, necə Əli Kərimlinin tədbirində çıxış edibsə, orada da çıxış edə bilər. Yəni, Müsavatın yubiley tədbirinə dəvət alsaydım, orada da hadisələrə obyektiv münasibət bildirəcəkdim, AXC-nin fəaliyyətini düzgün təhlil edəcəkdim. Bu isə onlara qətiyyən sərf etmir.

– Sərdar bəy, AXC-nin yubiley tədbiri və orada baş verənlərdən kənara çıxıb AXCP ilə Müsavat arasındakı münasibətlərlə bağlı sual da vermək istəyirəm. Sizcə onlar arasındakı gərginlik, bir-birinə qarşı olan qısqanclıq, düşmənçilik münasibətlərinin səbəbi nədir?

– Azərbaycan xalq hərəkatına qoşulan insanlar əsasən iki prinsipə görə bura qoşulmuşdular. Birinci prinsip səmimi olaraq hərəkat, Azərbaycanın müstəqilliyi naminə özünü fəda etmək idi. Bir çoxları da məhz buna görə hərəkata gəlmişdilər. İkinci prinsip isə bu hərəkatdan qazancla çıxmaq idi. Çox təəssüf ki, bəziləri buna görə hərəkata qoşulmuşdular. Bu hərəkatdan qazananlar özləri də müxtəlif qruplara bölünmüşdülər. Onlar arasında pul, vəzifə, siyasi reytinq və sair qazananlar var idi. Əli Kərimli ilə İsa Qəmbər Azərbaycan xalq hərəkatında reytinq qazanmaq uğrunda yarışa girmişdilər. Hətta yadıma gəlir, Əbülfəz Elçibəy hakimiyyətdə olanda İsa Qəmbərin nəzarəti ilə çıxan qəzetlərdən biri yazırdı ki, İsa Qəmbər bu qədər ağıllıdırsa, nəyə görə ikinci adam olmalıdır? Çox kəskin və tənqidi ruhda olan bu yazı Əbülfəz Elçibəyin prezidentliyinin ikinci ayında yazılmışdı. Bununla demək istəyirdilər ki, Əbülfəz bəy prezidentlikdən getsin onun yerinə İsa Qəmbər gəlsin. O zamankı mübarizə indi də davam etməkdədir. Vaxtilə Əbülfəz Elçibəyin hakimiyyətdən getməsinin bir səbəbi də Əli Kərimli ilə İsa Qəmbərin intriqaları, rəhbərlik etdiyi dəstələrin bir-biri ilə boğuşması, iqtidar daxilində bir-birilərini nüfuzdan salmaları idi. İndi də həmin intriqa, savaş davam edir. Həm İctimai Palatada, həm də Milli Şurada biz bunların bir daha şahidi olduq. Heç bir blokda bunlar bir ildən artıq qalmırlar. Çünki istənilən blok və ya birlikdə ya Əli Kərimli istəyir öz liderliyini təmin etsin, ya da İsa Qəmbər. Maraqlar toqquşduğu üçün sonda ya həmin birliyi tərk edir, ya da siyasi bloku parçalayırlar. Yeri gəlmişkən, AXC-nin 25 illiyi ilə bağlı AXCP-nin keçirdiyi tədbirdə Əli Kərimli dedi ki, guya indiyə kimi yaranan bütün blokların təşəbbüskarı AXCP olub. Halbuki, Azərbaycanda heç bir blokun yaradılmasının təşəbbüskarı AXCP deyil. Əsl gerçəklikdə bütün blokların parçalanmasında, dağılmasında AXCP aktiv şəkildə iştirak edib. Göründüyü kimi tarixi, əsl gerçəkliyi tərsinə çevirib insanlara təqdim edirlər. Bununla da tərəfdarları Əli Kərimlidən bir büt düzəltmək istəyirlər. Bu adamın ətrafında savadlı şəxslər olsa, onu başa salarlar ki, ay bala, bu şəxsiyyət kultu demokratiya ilə bir araya sığmır. Əgər sən partiyaya, ətrafına insanları cəlb etmək istəyirsənsə, bunu gördüyün işlərlə, savadla, qabiliyyətlə etməlisən. Yoxsa, istənilən tədbirə özü ilə 20-30 adam gətizdirib onlara “Yaşasın Əli Kərimli” dedirtməklə, tarixi reallıqlar barədə fikir söyləyən adamları fitə basmaqla nailiyyət əldə etmək olmaz. Bu, siyasi savadsızlıq, siyasi mədəniyyətsizlikdir.

– Sizcə partiyalararası bu didişmə, qarşılıqlı ittihamlar bütövlüdə müxalifətin ümumi işinə necə təsir edir?

– Bu münasibət yalnız müxalifətə deyil, Azərbaycanda siyasi rəqabətin formalaşmasına, normal siyasi mühitin yaranmasına, siyasi inkişafa, dialoqa, xalqın həmrəyliyinə mənfi təsir göstərir. Hətta o qədər ağır zərbə vurur ki, Azərbaycan müxalifətinin bir araya gəlməsi ikinci plana keçir. Bunların intriqaları effektli iş görməyə imkan vermir. Azərbaycan müxalifəti siyasi maarifləndirmə işi apara bilmir. Buna cəhd edən adamı, partiya sədrini fitə basır, söyür, təhqir edir, nəzarət etdikləri qəzetlər vasitəsi ilə onlara qarşı kampaniya aparır, “siyasi ekspert” və “təhlilçilər” vasitəsilə onları söydürürlər. Bu, Azərbaycan müxalifətinin xəstəliyidir.

Xankəndi

Bu gün 28 aprel istilasının, yəni Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) süqutundan 97 il keçir. Ölkəmiz Sovet imperiyası dönəmində saysız mənəvi basqılara, qətl-qarətlərə məruz qaldı. Milli düşüncəmizin mümkün qədər inkişaf etməməsi üçün imperiya bütün yollara əl atdı. Çar Rusiyasının müstəmləkəçilik siyasətini gerçəkləşdirən bolşeviklər Azərbaycan Demokratik Cümhuriyyətinin var olduğu 23 ayda onu daim yıxmağa cəhd edirdilər.

XX yüzilin başlanğıcında Rusiyada baş verən sosialist inqilabının havası Azərbaycandakı ictimai zümrələr arasında bölücülüyə gətirib çıxardı.

Azərbaycan Xalq Cümhuriyyətinin taleyinin faciəli şəkildə başa çatmasının bir səbəbi də o çağlar Azərbaycanda müxtəlif təşkilatlar, partiyalarda təmsil olunan soydaşlarımız arasında ciddi fikir ayrılıqları idi. 97 il qabaq Moskva o zaman içimizdəki gücləri bir-birinə qarşı qoymaqla istəyinə çatdı.

Birinci Dünya Müharibəsindən məğlubiyyətlə çıxan, ötən yüzilin əvvəllərindən bəri dəfələrlə inqilab edərək əldən düşən, vətəndaş müharibəsinin birtəhər səngiməyə başladığı Rusiya Bakı neftinə, ümumiyyətlə, Azərbaycan kimi zəngin bir ölkəyə yiyələnməyin önəmini gözəl başa düşürdü.

Bolşevik Rusiyası Bakının üzərinə 100 min nəfərlik təpədən-dırnağa qədər silahlanmış ordu ilə gəldi. 1920-ci il aprelin 28-də Azərbaycanı işğal etdilər, 1937-ci ildə isə repressiyalar törədildi. Xalqımızın ruhu ardıcıl olaraq sarsıdıldı.

Müasir Azərbaycan Respublikası 1918-ci il mayın 28-dən 1920-ci aprelin 28-dək mövcud olan AXC-nin hüquqi, siyasi və mənəvi varisidir.

Comments are closed, but trackbacks and pingbacks are open.