Press "Enter" to skip to content

İnsanın ölüm tarixi təsadüfi olmur – Professordan ölüm və ruhun İZAHI

Bu zaman sanki aylardır olmadığı qədər insan özünü güclü hiss edir. Yataqdan qalxır, yaxınları ilə daim danışmaq və ac qaldığı günlərin əvəzinə daha çox yemək istəyir. Bu enerji ölən adamın son fiziki ifadələridir.

Ölüm özündən əvvəl bu əlamətləri göndərir

Ölüm dünya yaranandan insanları ən çox qorxudan məsələdir. Nə qədər qorxulu olsa da, bu reallıqdır. Bəs ölüm haqqında nə bilirik? Məsələn, ölümün bir anda deyil, 3 ay əvvəldən başladığını bilirsinizmi?

Publika.az Türkiyə mətbuatına istinadən ölümə addım-addım yaxınlaşmağınızı göstərən məlumatları təqdim edir.

Əvvəlcə insanlar ölümü qavrayıb və öz ölümünə inanır. Daha sonra bu barədə düşünməyə başlayır, sanki kəşf etməyə hazırlaşır.

Ölümə 1-3 ay qalmış

Bir insan ölümə yaxınlaşdığını hiss edib və onu qəbul etməyə başlayanda ətrafından uzaqlaşır. Dünyadan sanki uzaqlaşma mərhələsinə başlayır. Dostları, qonşuları və hətta ailə üzvləri ilə belə görüşmək istəmir. Qonaq getməyi istəmədiyi kimi, qonaq qəbul etməyi də istəmir. Daim keçmişi və yaşadıqları barədə düşünür.

Ölmək üzrə olan insanların iştahı azalır və arıqlayırlar. Əvvəllər olduğu kimi artıq yediyi yeməklərdən ləzzət almır. Bir vaxtlar ona əyləncəli görünən hadisələr, işlər artıq maraqsız görünməyə başlayır. Ancaq yatmaq istəyir. Bu zaman insan yemək yeməsə belə özlərini ac hiss etmir. Bu ölümə gedən yolun başlanğıcıdır.

Ölümə 1-2 həftə qalmış

Bu dövrdə insan günlərini yatmaqla keçirir. Onun ətrafdakıları dərk etmək qabiliyyəti dəyişir. Gizli düşmənlərinin olduğunu düşünür və daim məğlub olacağı kimi düşüncələrə qapılır. Bəzən yanında olmayan insanlarla danışır. Adətən danışdığı adam ölmüş biri olur. Hərəkətlərində isə heç bir məqsəd olmur. Çünki onlar getdikcə dünyadan uzaqlaşırlar.

Ruhi dəyişikliklərlə yanaşı bəzi fikizi dəyişikliklər də olur. Bədən temperaturu, qan təzyiqi azalır, nəbz bəzən yavaş, bəzən isə çox sürətli vurur. Tez-tez tərləyir. Dərisinin rəngi dəyişir. Solğun, maviyəçalan bir rəng alır. Xüsusən də, bu dəyişiklik dodaqlarda və dırnaqlarda olur.

Nəfəs alma da dəyişir. Nəbz kimi o da bəzən çox sürətli, bəzən isə zəif olur. Danışmaq qabiliyyəti azalır, sonda tamamilə dayanır.

Ölümə bir neçə gün və ya saat qalanda

Bu zaman sanki aylardır olmadığı qədər insan özünü güclü hiss edir. Yataqdan qalxır, yaxınları ilə daim danışmaq və ac qaldığı günlərin əvəzinə daha çox yemək istəyir. Bu enerji ölən adamın son fiziki ifadələridir.

Nəfəs alma tədricən daha nizamsız və yavaş olur. Tez-tez nəfər almadan sonra birdən tamamilə nəfəs kəsilir.

Əllər və ayaqlar bənövşəyi rəng olur, ləkələr yaranır, bu ləkələr yavaş-yavaş digər üzvlərdə də hiss olunur. İnsan yavaş-yavaş ərtafdakılara reaksiya vermir. Gözləri açıq olsa da, ətrafı görə bilmir. İnanclara görə, bu zaman sevdiyi şəxslərin yanında oturub onunla danışması tövsiyə edilir.

Sonunda nəfəs tamamilə kəsilir, ürək dayanır, artıq ölüm baş verib.

Milli.Az

İnsanın ölüm tarixi təsadüfi olmur – Professordan ölüm və ruhun İZAHI

Ölümsüz, əbədi həyat axtarışında olan yazıçılar, alimlər, filosoflar dəhşətli bir axtarışda idilər. Onlar səhv yoldadırlar.

Əbədi həyat – insan üçün əzabdır, məşəqqətdir. İnsan həyatı əbədi olsa Yer həyatının bitmək bilməyən imtahanları, dərsləri, tənbehləri də bitməz. Ölüm – insana mükafatdır, fasilədir, azadlıqdır. O, yalnız o halda normal deyil ki, qəfil baş verir, qəza ilə olur və insanı inkişafının zirvəsində, güclü, enerjili vaxtında yaxalayır.

Moskvanın məşhur psixoterapevti, tibb elmləri doktoru, yeni art terapiya metodlarının müəllifi Andrey Qnezdilovun həyatın bir hissəsi olan ölüm fraqmentləri barədə maraqlı fikirlərini təqdim edirik.

Ahıl insanlar isə ölümü çox zaman istəyir, gözləyir.

– Qədimdə slavyan kəndlisi artıq işləyə bilmədiyini, daxmasından çıxa bilmədiyini, doğmalarına yük olduğunu görəndə, hamam gedib yuyunar, təmiz ağ köynəyini geyinər, qohum qonşu ilə halallaşıb, vidalaşıb uzanıb sakitcə ölümünü gözləyər, səsləyər və ölərdi də. Onların ölümü indikilər kimi əzablı, əziyyətli deyildi. Çünki o insan ölümü ilə barışırdı. Onlar ölməyə özlərinə icazə verirdilər, könüllü. Çünki mübarizə əbəs idi.

İndi də belə faktlarla qarşılaşıram.

Bizə bir onkoloji xəstə gəlmişdi, hərbçi idi. Zarafatla deyirdi ki, mən 3 müharibə keçmişəm, ölümlə oynamışam, indi onun mənimlə oynamaq növbəsi gəldi.

Bir səhər o yataqdan qalxa bilmədi. Dedi vəssalam, mənə dəyməyin, mənim gücüm qalmadı, ölürəm.

Biz ürək-dirək verirdik ki, bu metastazdır, onurğa və sümüyə verib, bununla belə xəstələr bir neçə il yaşaya bilir. O dedi yox, yox. Mən bilirəm, bu ölümdür. Sonum gəldi.

3 gün ərzində o ölürdü. Halbuki biz həkimlər onda ölmək üçün heç bir fizioloji səbəb görmürdük. Yəni yaşamalıydı. Amma o öldü. Çünki bu iradi seçil idi, qərar idi və necəsə bu sifariş yerinə yetirilirdi.

– Ölüm hələ insan döllənən zaman proqramlaşdırılır. İlk dəfə ölüm dadını insan ana bətnindən çıxanda, doğulanda bir növ hiss edir. Çünki doğum körpənin aylarla öyrəşdiyi bir həyat mənbəyindən ayrılıb, sanki ölməsi idi. Dərindən araşdıranda görürsən ki, asan doğulan insanın ölümü asan , ağır doğulan insanın ölümü ağır olur.

– Ölüm günü, tarixi təsadüfi deyil. Ad günü kimi.

Hələ heç bir müdrik ölüm anında nə baş verdiyini anlamayıb və izahını verə bilməyib.

Mən 10 il Onkoloji institutda psixoterapevt kimi işləyirdim. Bir dəfə gənc xəstə qadın üzərinə çağırıldım. Əməliyyat zamanı onun ürəyi dayanmışdı, uzun müddət işə sala bilmirdilər, o oyananda isə məni çağırdılar ki, psixikasını yoxlayım. Reanimasiyada mən soruşdum. Siz mənimlə danışa bilərsiz?

– Əlbəttə, sizdən üzr istəmək istəyirəm, nə qədər əziyyət etdim.

– Necə yəni. Mənim ürəyim dayandı, mən elə bir stress keçirdim ki. Həkimlər də əl-ayağa düşdü, qorxdular.

– Axı siz narkozdaydız, bunu necə bildiz?

– Doktor, mən sizə çox şey danışaram, amma söz verin ki, məni ruhi xəstə hesab etməyəcəksiz.

Mənim vədimdən sonra o danışdı ki, narkoz yuxusuna gedəndə, hiss edib ki, dabanlarından yumşaq bir zərbə onu daxildə vint kimi fırladıb. Onun ruhu, hissləri çölə çıxır və dumanlı bir sahəyə düşür. Ətrafa baxanda o, həkimlərin onun bədəninə əyilib işlədiyini görür. Birdən səs gəlir, əməliyyatı kəsin, ürək dayandı.

Qadın düşünür ki, ölür və bu vaxt anası, qızı ilə son kəs görüşmədiyi üçün dəhşətli stres keçirir. Bu vaxt onu kürəyindən nəsə itələyir və o, öz mənzilinə düşür. Otaqda qızı, anası, nənəsi var idi. Qapı döyülür, qonşuları gəlir. Bu vaxt uşaq toxunaraq fincanı yerə salıb qırır. Qızı ağlayarkən, nənəsi deyir ki, qab sınmağı xeyirə əlamətdir. Qadın yaxınlaşıb qızının başını sığallayır, ağlama deyir. Qız bir an anasının üzünə baxır, amma sanki onu görməyərək çevrilib gedir. Qadın anlayır ki, otaqdakılar onu görmür. Tez özünü iri güzgünün önünə atır və orda da özünü görmür. Birdə xatırlayır ki, axı o indi xəstəxanada, əməliyyatda olmalıdır. O, tez özünü qapıya atır və əməliyyatxanaya düşür. Bu an anestezioloqun “ürək işə düşdü, əməliyyata davam edə bilərsiz” sözünü eşidir.

Mən diqqətlə qulaq asıb dedim. “İstəyirsizmi, mən indi sizin ünvana gedib, ana, nənənizə hər şeyin yaxşı olduğunu deyim, həm də onları görüşə dəvət edim?

Qadın razılaşdı. Mən ünvana getdim, qapını nənə açdı. Evdə qız, ana, nənə var idi. Mən xəstə, əməliyyat barədə danışıb, sual verdim. Bu gün saat 11-12 arası qonşu Lidiya sizə gəlmişdi?

Qadın dedi hə. Dedim o gələndə uşaq qaçanda masadan fincanı salıb sındırıb?

Ana-nənə gözlərini döyürdü: həkim siz sehrbazsız? Mən detalları danışdıqca qadınlar şoka düşürdü.

Onlara dedim ki, bunları qızınız narkoz yuxusunda görüb. Kliniki ölüm və ya ürəyi dayanmışdı deyə qorxutmadım.

Bununla da o qadının düz danışdığını sübut etdim.

– Biz həkimlər ölüm faktını o halda təsdiq edirik ki, tənəfüs, ürək, beyin dayanır, informasiyanı qəbul etmir. Beyin antendir. Bəs kliniki ölüm zamanı beyin informasiyanı hardan alır? Deməli, bizim bilmədiyimiz, beyindən də güclü nəsə var.Bəlkə də bu həmin ruhdur, bəlkə də psixikadır.

– İnsan necə bir ölüm istəyir?

Biz bunu yaşlı, sağlam, xəstə- çox adamlardan soruşmuşuq. Məlum olub ki, müəyyən xarakterə malik insanlar öz xarakterlərinə uyğun ölüm modeli proqramlaşdırıblar.

Şizoid xarakterlilər – elə ölmək istəyiblər ki, onların cəsədini heç kim görməsin.

Epileptoid xarakterlilər – sakit uzanmaq yox, bu prosesdə aktivlik göstərmək, məsələn hərəkətlər, qaçmaq və ya danışmaq təsəvvür edirlər.

Çikloidlər – doğmaların əhatəsində, öz evində ölmək istəyir.

Təşviş-panik insanlar – öləndə necə görünəcəklərindən narahatdılar.

İstereodlər – gün batanda, təbiətdə və ya dəniz kənarında ölüm arzulayır.

Bir monax isə təbii ki, belə demişdi, mənə fərqi yoxdur mən harda öləcəm, necə olacam. Mənə vacibdir ki, o an dua edib, Allaha təşəkkür edə bilim.

– Ölülərlə şərt kəsirdim.

Təcrübəmdə dəfələrlə ağır xəstələrlə danışıb razılaşırdım ki, öləndən sonra onlar mənə ölümdən sonra həyatın olub-olmaması barədə siqnal, işarət verəcəklər. Mən belə işarətləri bir neçə dəfə almışam.

Bir dəfə xəstə qadınla belə razılaşmışdıq. O, öldü, lakin mən bu barədə unutdum.

Bir gün mən bağ evimdə olanda gördüm ki, otaqda kimsə işığı yandırdı. Elə bildim, kimsə var, ya da özüm unutmuşam. Otağa keçəndə həmin qadının əyləşdiyini gördüm. Mən sevindim, onunla danışdım, hal-əhval tutdum, təxmini 2 dəqiqədən sonra anladım ki, axı deyəsən o ölmüşdü. Bu zaman qorxumdan dilim tutuldu. Üzümü çevirdim, gözlərimi yumdum, 5 dəqiqədən sonra açıb geri boylandım. O yenə orda idi. Qorxumdan dinmədim. Qadın zorla gülümsəyərək dedi. Görürsən ki, bu yuxu deyil.

– Ölümü nə rahatladır?

Yaşanılan həyatın keyfiyyəti. Ölümdən əvvəl doğmalarla ünsiyyət, halallaşmaq, vidalaşmaq çox rahatladıcıdır. Uşaqlar çox zaman öz valideynləri və baba-nənələrinin həyat və ölüm süjetlərini təkrarlayırlar. Xəstə, ölüm anında olan uşağa valideyn xeyir-duası çox lazımdır. Halbuki çoxu qorxudan, övladını itirmək istəməmək hisslərinə görə bunu etmir.

Çox zaman yaşlı insanlar həyatdan köçərkən düşünür: eybi yox, mən ölüm, amma övladlarım salamatdır, sağlamdır. Mən bütün ailəmin əvəzinə ödəyərəm. Beləliklə, şüuraltı olaraq, insan könüllü və düşünərək həyatdan getməyi planlaşdırır və bu həqiqətən də olur.

– İnsan son nəfəsini verəndə, ona güc və təkan lazımdır ki, naməlum həyata ürəklə addımlasın. İnsan özü bu addıma icazə verməlidir. Və bu icazəni doğmalarından almalıdır. Daha sonra xəstəxanada ölürsə, tibb işçiləri, həkimlərdən. Ya da keşişdən, kahindən.

Bütün bu amillər onu gücləndirəcək. Ölən insandan yapışıb saxlamağa cəhd, ağlamaq. getmə deyə yalvarmaq onu digər həyata gücsüz aparır. Ölən insan son anında dili söz tutmasa, artıq gözləri görməsə belə, ətrafından yalnız bir şey istəyir: Mənimlə olun. Məni yola salın.

Necə ki, İsa həvarilərinə həmin gecə demişdi: yatmayın, mənimlə olun. Amma onlar söz versələr də, hərəsi bir yerə dağılışdı. Bu, İsa Məsih üçün böyük zərbə oldu.

Çox xəstə, ölümə doğru gedən bir insanı son anında mənən, ruhəm zənginləşdirmək, təmtəraqla yola salmaq, uğurlamaq, sevgi, güc vermək vacibdir və bunu unutmayın. Ən əsası ölməyə özünüzə icazə verin./medicina.az

Saglamolun.Az

Testlər hamiləliyi necə təyin edir?

Hamilə olduğundan şübhələnən və aybaşı gecikməsi yaşayan bütün qadınlar aptekdən asanca ala biləcəkləri hamiləlik testi ilə hamilə olub-olmadığını öyrənə bilərlər. Bu həm son dərəcə ucuz, həm asan yoldur. Həm də testi yoxlayan qadından başqa kimsə nəticəni bilə bilməz. Çox qadın üçün bu, əhəmiyyətli faktordur. Qadın hamilə olub-olmadığını hər kəsdən əvvəl öyrənmək və bu xüsusi anı yaşamaq istəyir. Bundan başqa test hamilə olmadığını göstərsə, başqalarının bilməsini istəməyə bilər.

Testlər hamiləliyi necə təyin edir?

Hər hansı bir testin hamiləliyi göstərə bilməsi üçün HCG adlı hormonun varlığı əsas şərtdir. HCG hormonu yalnız hamiləlikdə ifraz olunan bir hormondur və bunun yaranması üçün döllənmiş yumurtanın uşaqlıq içinə yerləşməsi lazımdır. Bu ümumiyyətlə yumurtlamadan (ovulyasiyadan) təqribən 6-10 gün içində meydana gələn bir hormondur. Hormonun qanda kafi səviyyəyə çatıb, sidikdə də atılması üçün bir nece gün əlavə zamana ehtiyac vardır. Bu səbəblə yumurtlamadan təxminən 14 gün keçməsi lazımdır, yəni aybaşı gecikməsinin 1-2 günündə test neticəni göstərər. Amma qan testi ilə hətta aybaşı gecikməsini gözləmədən belə hamilə olub-olmadığını yoxlatdırmaq olar.

Hamiləlik testlərindən necə istifadə edilməlidir?

Hər hamiləlik testinin özünə aid xüsusiyyətləri ola bilər. Bu səbəblə aptekdən test aldıqda istifadə təlimatını mütləq oxuyun. Test üçün ən uyğun nümunə orta axın sidikdir. Yəni sidik etməyə başlayıb bir az sidiyi boşa axıtdıqdan sonra sidik nümunəsi almanız daha uyğundur.

Testlər ən tez nə vaxt nəticə göstərə bilər?

“Yoldaşımla əlaqədə oldum, daha sonra dərhal gedib hamiləlik testi aldım, nəticə mənfi çıxdı. Qətiliklə hamilə olmadığımdan əmin ola bilərəm” şəklində olan suallar hal-hazırda ginekoloqlara ən çox verilən suallardan biridir. Bu qədər erkən dövrdə hamiləlik olub-olmadığını ancaq Allah bilər. Daha əvvəl də ifadə etdiyim kimi, hamiləlik testinin hamiləliyin təyin etməsi üçün embrionun uşaqlıq içinə yerləşmiş olması lazımdır. Bu səbəblə test ən tez yumurtlamadan sonrakı 14 gündə müəyyən (aybaşı gecikməsinin 1-2 günündə) oluna bilər. Aybaşı gecikməsinin təqiribən 1-2 gündə edilən test mənfi çıxarsa və 1 həftə ərzində yenə də aybaşı gecikməsi yaşasanız, mütləq testi yenidən edin. Yuxarıda da qeyd edildiyi kimi, qan analizi ilə isə aybaşı gününə 3-4 gün qalmış belə hamiləliyi təyin etmək olar.

Testi etmədən əvvəl sidik nə qədər müddət tutulmalıdır?

Testi etdiyiniz gün nə qədər aybaşıdan keçsə, sidik tutmanız üçün lazım olan müddət o qədər azalır. Məsələn, gözlədiyiniz aybaşıdan 1 həftə keçmişsə, sidik tutmadan hər hansı bir zamanda testi yoxlaya bilərsiniz. Əgər aybaşını gözlədiyiniz gündəysəniz, ya da aybaşı 1-2 gün gecikibsə, bu halda 4 saat sidiyə çıxmayıb daha sonra testi etməlisiniz.

Testlər hansı formada olur?

Apteklərdə satılan dəyişik markalardakı sidik testləri bir-birindən fərqlidir. Bu səbəblə istifadə etdiyiniz testin istifadə təlimatını mütləq diqqətlə oxuyun. Ümumiyyətlə, sidik testlərində 3 pəncərə olur. Bunlardan biri sidik nümunəsi üçün, yan-yana olan iki pəncərə isə nəticə göstərmək üçündür. Nəticə pəncərəsindəki xəttin rənginin açıq, ya da tünd olmasının fərqi yoxdur, hər 2 halda müsbət nəticə deməkdir. Bəzi hallarda testin mənfi olmasına baxmayaraq, bir müddət daha gözlənildiyi zaman yüngül bir xətt ortaya çıxa bilər. Bu şübhəli nəticə ifadə edır, ya hamilə olmanıza baxmayaraq HCG miqdarı testin hiss edə biləcəyi səviyyəyə çatmamışdır, ya da hamilə deyilsiniz, ancaq test başqa bir şeyə reaksiya verib. Hər iki vəziyyətdə testin 1-2 gün sonra təkrar edilməsi, ya da qanda hamiləlik testi edilməsi lazımdır.

Test hansı səbəbdən səhv nəticə verər?

Testin səhv olaraq mənfi nəticə verməsinin əsas səbəbi qandakı HCG hormonunun aşağı səviyyədə olması ilə əlaqədardır. Bu hal ancaq testin çox tez yoxlanılması zamanı olur. Testin xarab, ya da son istifadə tarixinin keçmiş olmamasına da diqqət etmək lazımdır. Səhv olaraq test müsbət nəticə göstərməsi çox nadir hallarda görülür. Bəzən test sidikdəki başqa bir hormona (məsələn, LH) reaksiya verməsi və ya folekul çatlatmaq məqsədilə edilən HCG iynəsindən sonra da səhv müsbət nəticələr göstərə bilər. Bu səbəblə əgər HCG iynəsindən istifadə etmisinizsə, test 12-14 gün sonra edilməlidir.

İstifadə edilən dərmanlar, ya da iynələr səhv nəticələrə səbəb ola bilərmi?

İçində HCG ehtiva etməyən dərmanlar səhv nəticəyə səbəb olmaz. Sonsuzluq müalicəsində istifadə edilən HCG iynəsindən başqa heç bir antibiotik, ağrıkəsici, hamiləlik əleyhinə həblər testin səhv nəticə verməsinə səbəb olmaz.

Aybaşı gecikməsi mütləq qiymətləndirilməsi lazım olan əhəmiyyətli bir sağlamlıq problemidir. Testin mənfi çıxdığı halda əgər 10 gün ərzində aybaşınız hələ də başlamadısa, mütləq ginekoloqunuzla görüşməlisiniz. Testin müsbət olması halında belə normal bir hamiləlik olduğu mənasını verməz. Bu səbəblə normal hamiləliyin varlığını təsdiq etmək və uşaqlıqdankənar hamiləlik başda olmaqla hər hansı anormallıq olub-olmadığını yoxlatmaq şərtdir. Hər aybaşı gecikməsi vəziyyətində test müsbət, ya da mənfi olsun, mütləq həkiminizlə görüşməlisiniz. Unutmayın ki, test müsbət nəticə verərkən əlavə araşdırmaya ehtiyac olmasa da, testin mənfi olması mütləq hamilə olmadığınız demək deyildir.

Comments are closed, but trackbacks and pingbacks are open.