Press "Enter" to skip to content

Ayətullahül-üzma seyid əli xamenei şəri suallar cavab

– Gələcək İslamın sayəsində;

Ayətullahül-üzma seyid əli xamenei şəri suallar cavab

“İslam dünyasındakı problemlərin əsas səbəbi müsəlmanların birliyinin zəif olmasıdır.”

Maide.Az “Leader.ir” saytına istinadla xəbər verir ki, bunu Ali Rəhbər Seyid Əli Xamenei Həzrət Məhəmməd a (s) və İmam Cəfər Sadiqin (ə) mübarək mövludu münasibəti ilə keçirilən bu günki görüşdə deyib.

Çıxışında Fələstin məsələsinə toxunan Ayətullah Xamenei qeyd edib ki, İranın “İsrailin məhvi” ilə bağlı səsləndirdiyi fikiri düşmənlər yanlış təqdim etməyə çalışır. “Bu yəhudi xalqının məhv olması anlamında deyil Bizim ölkəmizdə də yəhudilər tam təhlükəsiz yaşayırlar. Hədəf saxta sionist rejiminin aradan getməsi və Fələstinin əsl sahibləri olan müsəlmanlar, məsihi və yəhudilərin seçdiyi bir hökumətin qurulmasıdır. Bu gec-tez baş verəcək.”

ABŞ və digər Qərb ölkələrinin əsas hədəfinin İslam olduğunu vurğulayan Ayətullah Xamenei bildirib ki, dinimizin mahiyyəti zülmə, hegemonluğa və müstəmləməçiliyə qarşıdır.

“Onlar İslamın özü və bütün müsəlman ölkələrinə qarşıdırlar. Düşmənçiliyin yalnız İslam Respublikası ilə olduğunu düşünmək yalnışdır. ABŞ rəsmiləri Səudiyyə Ərəbistanı təhqir edir puldan başqa heç bir şeyinin olmamadığını deyir. Bunun anlamı budur ki, gedib həmin yerləri qarət etmək lazımdır.Bu bir ölkə və xalq ilə düşmənçiliyin aşkar formasıdır. ”

Ayətullah Xamenei nüvə enerjisi məsələsinə də toxunub və bildirib ki, sülhməqsədli nüvə enerjisi bütün xalqların ehtiyacıdır. “Lakin Qərb ölkələrindəki inhisarçılar bu enerjini yalnız özlərində saxlamaq, xalqlara damcı-damcı verərək onların müstəqillik və şərəflərini almaq istəyirlər.”

Ayətullah Xamenei İslam dünyası alimləri və ziyalılarına da səslənib. “Haqqı tam gücünüzlə müdafiə edin, düşməndən qorxmayın və bilin ki, İslam dünyası Allahın yardımı ilə yaxın zamanda öz parlaq arzularına çatacaq.”

Ayətullahül-üzma seyid əli xamenei şəri suallar cavab

1 мая 2016

В группе 3 991 участник

————— SEYYID ƏLI XAMENEYI —————— Əli Xamenei (tam adı:fars. سید علی حسینی خامنه‌ای, azərb. سید علی حسینی خامنه‌ای/Seyid Əli Hüseyni Xamenei) — 17 iyul 1939, Məşhəd, İran) — İranın 2-ci Ali Rəhbəri (4 iyun 1989 — h.h.); İran İslam Respublikasının 3-cü prezidenti (13 oktyabr 1981 — 3 avqust 1989); İslam Respublikası Partiyasının lideri (15 iyul 1981 — 15 may 1987). Azər[1][2][3] ilahiyyatçı alim; Seyid; Ayətullah əl-üzma. Həyatı[redaktə | əsas redaktə] Əli Xamenei 17 iyul 1939-cu ildə (H.Ş. 24.04.1318; H.Q. 28.02.1358) İranın Məşhəd şəhərində atası Höccətül-İslam vəl-müslimin Seyid Cavad Xamneyinin evində anadan olmuşdur.[4] Əli Xameneinin öz dediyinə görə uşaqlığı yoxsul keçmişdir: “Atamın məşhur ruhani olmasına baxmayaraq, sadə və yoxsul yaşayırdıq. Bəzən evimizdə şam yeməyi olmadığından anam bizə kişmişlə çörək yedizdirərdi”.[4] Əli Xamenei doğulduğu ev haqqında isə belə demişdir: “Doğulduğum ev Məşhədin yoxsul bir məhəlləsində yerləşirdi. Ev 60-70 metrlik bir otaq və qaranlıq bir zirzəmidən ibarət idi. Atamın yanına qonaqlar gəldiyi zaman (atam ruhani və məhəlləmizin mərcəyi-təqlidi olduğu üçün adətən, evimiz gediş-gəlişli olardı) onlar gedənə kimi hamımız zirzəmidə qalardıq. Atama rəğbəti olan bir neçə nəfər evimizin kənarında kiçik bir yer alaraq evimizə əlavə etdilər. Bununla da evimiz genişlənərək üçotaqlı oldu”[4] Təhsili[redaktə | əsas redaktə] Əli Xamenei 4 yaşında ikən qardaşı Məhəmmədlə birlikdə Quran və əlifba öyrənmişdir.[4] İbtidai təhsilini qardaşı Məhəmmədlə “Darut-təlime diyanəti” dini mədrəsəsində almışdır.[4] Əli Xamenei orta məktəbdə oxuduğu vaxtlardan “Camiul-muqəddəmat” kitabını, sərf və nəhv (ərəb dilinin qramatikası) elmini öyrənməyə başlamışdır. Sonralar hövzəyə qəbul olub, atasından və başqa din ustadlarından ərəb dilini öyrənmişdir. O, elmiyyə hövzəsinə daxil olmağının və ruhaniyyət yolunu seçməyinin əsas hədəfini belə açıqlayır: “Bu nurani yolu seçməyimin səbəbi atamın ruhani olması idi. Anam da məni buna təşviq etmiş və həvəsləndirmişdir”.[4] Əli Xamrnei ərəb dilini atasının nəzarəti altında (14 yaşında) “Süleyman xan” və “Nəvvab” mədrəsələrinin müəllimləri yanında “Camiul-muqəddəmat”, “Siyuti”, “Muğni” və s. kitablardan öyrənmişdir. “Kitabu məalim”i də həmin vaxtlarda oxumuşdur. 16 yaşından etibarən Ayətullahul-üzma Milaninin xaric dərslərində iştirak etməyə başlayır. Sonra “Şərayiul-İslam” və “Şərhe Lumə”ni atasının yanında, bu kitabların bir hissəsini Ağa Mirzə Mudərris Yəzdinin yanında, “Rəsail” və “Məkasib”i Şeyx Haşim Qəzvinidən, fiqh və üsul dərslərinin qalan bəhslərini atasından öyrənmişdir. Əli Xamneyi ruhani təhsilinin ilk mərhələlərini beş il yarım müddətində başa vurmuşdur. Əli Xamneyi məntiq və fəlsəfə elmlərini “Mənzumeye Səbzevari”dən əvvəlcə Ayətullah Mirzə Cavad Tehraninin yanında, sonralar isə Şeyx Rza İsadan öyrənmişdir.[4] Əli Xamneyi tələbə olduğu dövrdən tədrislə məşğul olmağa başlamışdır. Məşhəddə və Qumda olduğu zaman ərzində müxtəlif dini elmləri tədris etmişdir. Diplomatik fəaliyyəti[redaktə | əsas redaktə] 1.İnqilab şurasının üzvü 2.Sistan və Bluçestan məmurluğu 3.İslam İnqilab ordusunun rəhbəri 4.Tehranın İmam Cüməsi (Ayətullahul-Üzma Taliqani (r.ə) vəfat etdikdən sonra İmam Xomeyni (r.ə) tərəfindən Tehranın İmam Cüməsi təyin olundu) 5.İmam Xomeynin (r.ə) ali müdafiə şurasındakı müşaviri 6.Ölkə Prezidentliyi. Seyyid Əli Hüseyni Xamenei 1981-ci ildə Əbuzər adına məsciddə çıxış edən zaman münafiqlər və düşmənlər tərəfindən ağır yaralandı. Bu hadisədən sonra Imam Xomeyni (r.ə) onun barəsində belə buyurdu: “. Mən əziz Xameneiyə təbrik deyirəm ki, müharibə meydanında hərbi geyimdə, arxa cəbhədə isə ruhani geyimdə bu məzlum millətə xidmətə edir. Allahdan sizin üçün sağlamlıq istəyirəm ki, islam və müsəlmanlarına xidmətinizi davam etdirəsiniz.” İslam inqilabının banisi Imam Xomeyninin 1989-cu ildə vəfatından sonra “Xübrəqan” məclisi (Xübrəqan-müctəhidlərdən ibarət alimlər məclisidir) tərəfindən Əli Xamneyi islam inqilabının rəhbəri seçildi. Əsərləri[redaktə | əsas redaktə] 1. İmam Həsən Müctəbanın (ə) Sülhü 2. İmam Səccadın (ə) həyatı barədə təhqiqat 3. İmam Rza (ə) 4. İmam Rzanın (ə) siyasi şəxsiyyəti 5. İslamda hökümət 6. Nəhcül-Bəlağədən dərslər 7. Vilayət Nurları 8. Əxlaq dərsi 9. İslamı düzgün anlamaq 10. Şəhadət ətri 11. Məzlumiyyət fəryadı 12. Əcvibətül İstiftaat və s. Kerbelayi Azer adlı birinin şəkli.

Комментарии 0

Новые комментарии

Для того чтобы оставить комментарий, войдите или зарегистрируйтесь

Сервисы VK

добавлена 9 марта в 22:29

8 просмотров

добавлена 9 марта в 21:57

45 038 просмотров

добавлена 9 марта в 21:55

80 177 просмотров

добавлена 7 марта в 14:54

16 просмотров

добавлена 3 марта в 11:01

52 просмотра

добавлена 2 марта в 14:51

34 просмотра

добавлена 28 февраля в 01:07

ON DÖRD MƏ’SUMA SALAM Əs-sələmu aleykə ya Rasuləllah Əs-sələmu aleykə ya Nəbiyyəllah Əs-səlamu aleykə ya Muhəmməd İbni Abdullah Əs-sələmu aleyki ya Fatimətəz-Zəhra Əs-sələmu aleykə ya Əmirəl-Muminin Əli İbni Əbi Talib Əs-sələmu aleykə ya Həsən İbni Əliyyul Müctəba Əs-sələmu aleykə ya Hüseyn İbni Əli Seyyiduş-şühəda. Əs-sələmu aleykə ya Əli İbni Hüseyn Zeynul-abidin. Əs-sələmu aleykə ya Muhəmməd İbni Əliyyul Baqir. Əs-sələmu aleykə ya Cəfər İbni Muhəmmədus-Sadiq Əs-sələmu aleykə ya Musa İbni Cəfər Kazım Əs-sələmu aleykə ya Əli İbni Musa Rza Əs-sələmu aleykə ya Muhəmməd İbni Əliyyul Cavad Əs-sələmu aleykə ya Əli İbni Muhəmmədul Hadi Əs-sələmu aleykə Həsən İbni Əli

Seyid Əli Hüseyni Xameneyi

İslam İnqilabı Rəhbəri vəliyyi-fəqih Ayətullahul-uzma Seyid Əli Xameneyi 1939-cu il aprelin 19-da, hicri-qəməri təqvimi ilə 1358-ci ildə səfər ayının 28-də müqəddəs Məşhəd şəhərində dünyaya gəlmişdir. Doğum şəhadətnaməsində iyulun 16-sına təsadüf edən (hicri-şəmsi təqvimlə) 24 tir 1318 tarixi qeyd edilsə də özü daha düzgün tarixin aprel ayında olduğunu bildirmişdir.

O, mərhum Höccətül-İslam vəl-müslimin Hacı Seyid Cavad Hüseyninin övladı və ailənin ikinci oğlu idi. Əli Xameneyinin ata tərəfdən soyu məşhur seyidlərdən Sultan Seyid Əhmədə çatır ki, o da Əhli-beytin (ə) dördüncü imamı Həzrət Əli ibn Hüseynin (ə) nəslindəndir. Bu nəslin böyükləri 19-cu əsrin ortalarında Azərbaycan vilayətinin Təbriz şəhərinə köç etmişlər.

Ana tərəfdən soyu isə Mirdamadilərə çatır ki, onlar da altıncı imam Həzrət Cəfər Sadiqin (ə) oğlu Əbulhəsən Dilbaca bağlanırlar.

Təhsili

Dörd yaşında olarkən böyük qardaşı Seyid Məhəmməd ilə birlikdə Quran və əlifbanı öyrənmişdir. Sonra hər iki qardaş yeni təsis edilmiş “Darut-təlime diyanəti” adlı dini mədrəsəyə qəbul olmuş və ibtidai təhsil dövrünü bu mədrəsədə başa vurmuşlar.

Elmiyyə hövzəsində

Ayətullah Xamenei orta məktəbdə oxuduğu vaxtlardan “Camiul-muqəddəmat” kitabını, sərf və nəhv (ərəb dilinin qramatikası) elmini öyrənməyə başlamışdır. Sonralar hövzəyə qəbul olub, atasından və başqa din ustadlarından ərəb dilini öyrənmişdir. O, elmiyyə hövzəsinə daxil olmağının və ruhaniyyət yolunu seçməyinin əsas hədəfini belə açıqlayır: “Bu nurani yolu seçməyimin səbəbi atamın ruhani olması idi. Anam da məni buna təşviq etmiş və həvəsləndirmişdir”.

O, ərəb dilini atasının nəzarəti altında “Süleyman xan” və “Nəvvab” mədrəsələrinin müəllimləri yanında “Camiul-muqəddəmat”, “Siyuti”, “Muğni” və s. kitablardan öyrənmişdir. “Kitabu məalim”i də həmin vaxtlarda oxumuşdur. Sonra “Şərayiul-İslam” və “Şərhe Lumə”ni atasının yanında, bu kitabların bir hissəsini mərhum Ağa Mirzə Mudərris Yəzdinin yanında, “Rəsail” və “Məkasib”i mərhum Hacı Şeyx Haşim Qəzvinidən, fiqh və üsul dərslərinin qalan bəhslərini atasından öyrənmişdir. Beləliklə, Ayətullah Xamenei ruhani təhsilinin ilk mərhələlərini təəcüb edəcək qədər çox qısa bir vaxtda – beş il yarım müddətində başa vurmuşdur. Bu mərhələdə oğlunun irəliləyişində və müvəffəqiyyətində mərhum atası Seyid Cavadın böyük rolu olmuşdur. Ayətullah Xamenei məntiq və fəlsəfə elmlərini “Mənzumeye Səbzevari”dən əvvəlcə mərhum Ayətullah Mirzə Cavad Tehraninin yanında, sonralar isə mərhum Şeyx Rza İsadan öyrənmişdir.

Müqəddəs Nəcəf şəhərinin elmiyyə hövzəsində

Ayətullah Xameneyi 1955-ci ildə (16 yaşında) Məşhəddə olarkən yüksək dərəcəli fiqh və üsul elmlərinə daha dərindən yiyələnmək üçün mərhum Ayətullahül-üzma Milaninin yanında dərsə başlamışdı.
1957-cı ildə müqəddəs məzarları ziyarət etmək məqsədilə Nəcəf şəhərinə yollanmışdı. Nəcəf hövzəsində olarkən müctəhidlərin dərslərində, o cümlədən mərhum Seyid Möhsün Həkim, Seyid Mahmud Şahrudi, Mirzə Baqir Zəncani, Seyid Yəhya Yəzdi və Mirzə Həsən Bocnurdi kimi alimlərin dərslərində iştirak etmiş və oranın təhsil sistemini çox bəyənmişdir. Amma atasının razılığı olmadığından, Nəcəf elmiyyə hövzəsində təhsilini davam etdirməmiş və iki aydan sonra Məşhədə qayıtmışdır.

Müqəddəs Qum şəhərinin elmiyyə hövzəsində

Ayətullah Xamenei 1958-1364-cü illərdə Qum elmiyyə hövzəsində fiqh, üsul və fəlsəfə elmlərinə ən yüksək səviyyədə yiyələnmiş, mərhum Ayətullahül-üzma Bürucerdi, İmam Xomeyni, Şeyx Mürtəza Hairi Yəzdi və Əllamə Təbatəbai kimi böyük ustadlardan bəhrələnmişdir. 1964-cü ildə isə atası keçirdiyi göz xəstəliyindən görmə qabiliyyətini itirir. Bu səbəbdən Ayətullah Xamenei təhsilini yarıda qoyub, Məşhədə qayıtmalı olur. O, Məşhəddə olduğu zaman dərs oxumaqdan əl çəkmir, tətildə, səfərdə, mübarizə, ya zindanda olmadığı bütün vaxtlarda 1968-ci ilədək rəsmi şəkildə fiqh və üsul dərslərini Ayətullah Milani kimi böyük ustadlardan öyrənirdi. Təhsil almaqla yanaşı, 1964-cü ildən fiqh, üsul və digər İslam elmlərini cavan tələbələrə tədris edir və həmçinin, xəstə atasına da yetişirdi.

Tədrisləri

Seyid Əli Xameneyi Məşhəd şəhərinə qayıtdıqdan sonra ilk günlərdən ali səviyyədə fiqh və üsul dərsləri (Rəsail, Məkasib və Kifayətul-üsul) verməyə başladı. Əsasən dərslərini Mirzə Cəfər Mədrəsəsində verirdi. Dərsdə istifadə etdiyi mənbələrdən biri Seyid Əbulqasim Xoyinin tələbələrindən olan Seyid Əli Nəqi Heydərinin “Üsulil-istinbat fi-Üsulil-Fiqh” kitabı idi. Bu kitab Məşhəddə “Məalimul-üsul” yerinə tədris edilirdi. Xaric dərslərini 1970-ci ilə qədər davam etdirdi. Dərslərə 80-ə qədər tələbə qatılırdı.

Seyid Əli Xameneyinin “Məkasib” dərslərinə 120-ə qədər tələbə qatılırdı və Məşhədin ən məşhur elmi məclislərindən sayılırdı.

Ayətullah Xameneyi ümumi camaat üçün də təfsir dərsləri təşkil etdi. Dini elm tələbələri üçün 1968-ci ildən verdiyi təfsir dərsləri 1977-ci ildə İranşəhrə sürgün olunana qədər davam etmişdir. Bundan başqa Həzrət Ayətullah prezidentlik dövründə təfsir dərslərinə davam etmişdir.

Seyid Xameneyi din tələbələrinin təkidlərindən sonra 1974-ci ilin mart ayından “Əqaid” dərsləri deməyə başladı. Dərslərini “Babi Hadi Əşər” kitabı əsasında tədris edirdi.

1989-cu ildə Ayətullah Xameneyi xarici-fiqh dərsləri deməyə başlamışdır. İndiyə qədər cihad, qisas, məkasibi-muhərrəmə bablarını tədris etmişdir.

Ustadları:

Seyid Cəlil Hüseyni Sistani (Məalimul-üsul)

Seyid Cavad Xameneyi (Şərhi-Lümmə, Rəsail, Məkasib, Kifayə)

Mirzə Məhəmməd Müdərris Yəzdi (Şərhi-Lümmə)

Ayətullah Haşim Qəzvini (Rəsail, Məkasib, Kifayə)

Ayətullah Seyid Hadi Milani

Ayətullah Hacı Ağa Hüseyn Bürucerdi

İmam Ruhullah Xomeyni

Ayətullah Mürtəza Hairi Yəzdi

Ayətullah Seyid Məhəmməd Mühəqqiq Damad

Ayətullah Hüseyn Əli Müntəziri

Seyid Əli Xameneyinin ictihad və mərcəliyini təsdiq edən alimlərin siyahısı:

1. Həzrət Ayətullah Hacı Şeyx Əli Meşkini – 06.08.1990
2. Həzrət Ayətullah Hacı Şeyx Məhəmməd Fazil Lənkərani – 24.07.1990
3. Həzrət Ayətullah Hacı Şeyx Abdulla Cavadi Amili – 24.07.1990
4. Həzrət Ayətullah Hacı Şeyx Məhəmməd Mömin – 04.08.1990
5. Həzrət Ayətullah Hacı Şeyx Yusif Saneyi – 26.08.1990
6. Həzrət Ayətullah Hacı Şeyx Məhəmməd Yəzdi – 17.06.1990
7. Həzrət Ayətullah Hacı Şeyx Hüseyn Rasti Kaşani- 12.12.1994
8. Həzrət Ayətullah Hacı Seyid Cəfər Kərimi – 01.12.1994
9. Həzrət Ayətullah Hacı Şeyx Mortəza Bəni Fəzl – 01.12.1994
10. Həzrət Ayətullah Hacı Şeyx Məhəmməd Yəzdi
11. Həzrət Ayətullah Hacı Seyid Abbas Xatəm Yəzdi –27/6-1415 h.q
12. Həzrət Ayətullah Hacı Şeyx Əhməd Cənnəti – 15/9-1373
13. Həzrət Ayətullah Hacı Şeyx Məhəmməd Cənnati – 9/9-1373
14. Həzrət Ayətullah Şeyx Əbulfəzl Xunsari – 30 cəmadiolsani 1415
15. Həzrət Ayətullah Hacı Seyid Mahmud Haşimi – 27 cəmadiolsani 1415
16. Həzrət Ayətullah Hacı Şeyx Rza Ostadi – 1415-ci ilin cəmadiolsani ayı
17. Həzrət Ayətullah Hacı Şeyx Əhməd Sabiri Həmədani – 10/9-1373
18. Həzrət Ayətullah Hacı Şeyx Abbas Məhfuzi
19. Həzrət Ayətullah Şeyx Əliəsğər Məsumi – 11/9-1373
20. Həzrət Ayətullah Cəlaləddin Tahiri 29 cəmadiolsani 1415
21. Həzrət Ayətullah Musəvi Həmədani – 12/9-1373
22. Həzrət Ayətullah Hacı Şeyx Hadi Ruhani
23. Həzrət Ayətullah Hacı Şeyx Məhəmməd Hüseyn Zərəndi – 13/9-1373
24. Həzrət Ayətullah Seyid Məhəmməd Bağır Həkim – 27 cəmadiolsani 1415 h.q
25. Həzrət Ayətullah Hacı Seyid İsmayıl Musəvi Zəncani – 12/9-1373
26. Həzrət Ayətullah Hacı Şeyx Əbdülhüseyn Qərəvi – 26 cəmadiolsani 1415 h.q
27. Həzrət Ayətullah Hacı Mirzə Cəfər Əşraqi – 26 cəmadiolsani 1415 h.q
28. Həzrət Ayətullah Hacı Şeyx Mirzə Əli Ğəzəlcəyi – 26 cəmadiolsani 1415 h.q
29. Həzrət Ayətullah Hacı Seyid Əliəkbər Qüreyşi – 10/9-1373
30. Həzrət Ayətullah Hacı Seyid Əli Şəfii – 12/9-1373
31. Həzrət Ayətullah Hacı Seyid İsmayıl Haşimi – 12/9-1373
32. Həzrət Höccətülislam Hacı Şeyx Məhəmməd Vaizzadə – 30 cəmadiolsani 1415 h.q
33. Həzrət Ayətullah Hacı Şeyx Hadi Barikbin
34. Həzrət Ayətullah Hacı Şeyx Məhəmməd Əli Təsxiri – 1415 h.q
35. Höccətülislam Hacı Şeyx Əhməd Möhseni Qorqani – 10/9-1373
36. Həzrət Ayətullah Hacı Şeyx Abbas Vaiz Təbəssi – 29 cəmadiolsani 1415 h.q
37. Həzrət Ayətullah Hacı Seyid Kamal 29 cəmadiolsani 1415 h.q
38. Höccətülislam vəl-Müslimin Hacı Şeyx Məhyəddin Fazil Hərəndi.
39. Həzrət Ayətullah Qərəvian – 13/9-1373
40. Höccətülislam Seyid Yəhya Cəfəri
41. Həzrət Ayətullah Hacı Şeyx Məhəmməd Hüseyn
42. Həzrət Ayətullah Malik Hüseyni – 15/9-1373
43. Həzrət Ayətullah Hacı Seyid Məhəmməd Əli Cəzayeri

Əsərləri:

Həzrət Ayətullah Xameneyinin qələmə aldığı əsərlər çoxdur və onlardan bəziləri çap olunmuşdur:

– Həzrətin “Əl-cihad” kitabının Xaric dərsi;

– Recal elmi haqda dörd kitab;

– Gələcək İslamın sayəsində;

– Beş cilddə sual və cavab;

– İmam Sadiqin (ə) həyatına bir baxış;

– İmam Rzanın (ə) siyasi şəxsiyyəti;

– İmamların həyatında mübarizə elementləri;

– Səbr etmə haqda söhbət;

– Vəhdət və partiyalaşma barədə söhbət;

– Müsəlmanlar Hindistan hərəkatında;

– Ələvi hökuməti haqda söhbət;

– İslam inqilabında və peyğəmbərlərin hərəkatlarında rəqib qruplar;

– İmam Həsənin (ə) sülhü – tarixin möhtəşəm qəhrəmanlıq səhifəsi;

– Dini mərkəzin missiyası;

– İmamın yolu bizim yolumuzdur;

– Böyük dini rəhbərin incəsənətə baxışı;

– Doktor Mustafa Çəmranın fəaliyyəti, cihadı və şəhadəti;

– Böyük dini rəhbərin xəbərdarlıqları;

– İlk şəhid – Ayətullah Mustafa Xomeyni;

– İmam Səccadın (ə) həyatı haqda təhqiqatlar;

– Vilayət hədisi (Böyük dini rəhbərin bəyanatlarının toplusu – bir neçə cilddə).

В этом разделе

Ayətullahul-uzma Şeyx Fazil Lənkərani (r.ə.)

Məhrum Ayətullahul-uzma Şeyx Fazil Lənkəraninin (r.ə.) həyatı Ayətullahil-üzma Hacı Şeyx Məhəmməd Fazil Lənkərani miladi tarixi ilə 1931-ci ildə müqəddəs.

15 Февраля, 2012

Şeyx Hüseyn Vəhid Xorasani

Şeyx Vəhid Xorasaninin həyatı Şeyx Vəhid Xorasani 21 mart 1921-ci ildə Nişapur şəhərində doğulmuşdur. Müqəddimə və ədəbiyyat dərslərini Ayətullah Nəhavəndidən.

13 Февраля, 2012

Seyid Musa Şübeyri Zəncani

Ayətullahul-uzma Seyid Musa Şübeyri Zəncani 1928-ci ildə İranın Qum şəhərində dünyaya gəlmişdir. Seyidin ailəsi dindar bir ailə idi. Atası Seyid Əhməd.

12 Февраля, 2012

Şeyx Nasir Məkarim Şirazi

Ayətullahul-uzma Şeyx Nasir Məkarim Şirazinin həyatı Şeyx Nasir Məkarim Şirazi 1927-ci ildə Şiraz şəhərində dindar bir ailədə dünyaya göz açmışdır. Bu.

12 Февраля, 2012

Şeyx Lütfullah Safi Qolpayqani

Həzrət Ayətullahul-üzma Şeyx Lütfullah Safi Qolpayqani fəqih, islamşünas və çağdaş dövrün böyük mütəfəkkiridir. Valideynləri: Onun Atası alim, arif mərhum.

10 Февраля, 2012

Seyid Əli Hüseyni Sistani

Ayətullahul-uzma Seyid Əli Sistaninin həyatı 1349 (h.q)-cu ilin Rəbiül-əvvəl ayında İmam-Rza (ə.s)–ın şərəfləndirdiyi mübarək Məşhəd şəhəri yaxınlığında.

Comments are closed, but trackbacks and pingbacks are open.