Press "Enter" to skip to content

Azərbaycanda uşaq müəssisələrində yaşayan valideynsiz uşaqların təhsil haqları dövlət tərəfindən ödənilə bilər

3. TƏHSİL NAZİRLİYİNİN FUNKSİYALARI

Azəbaycan respublikasında dövlət uşaq müəssisələrindən təhsil nazirliyi

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Əsasnaməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan SSR Nazirlər Sovetinin “Azərbaycan SSR Ali və orta ixtisas təhsili nazirliyinin Əsasnaməsinin təsdiq edilməsi haqqında” 16 yanvar 1969-cu il tarixli 28 saylı və Azərbaycan SSR “Maarif Nazirliyinin Əsasnaməsinin təsdiq edilməsi haqqında” 24 iyun 1969-cu il tarixli 288 saylı qərarları qüvvəsini itirmiş sayılsın.

Baş nazir S.HÜSEYNOV

Bakı şəhəri, 10 fevral 1994-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1994-cü il 10 fevral tarixli 58 saylı qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR

Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə

1. ÜMUMİ MÜDDƏALAR

1.1. Azərbaycan Respublikası Nazirlər Kabineti tabeliyində Azərbaycan Respublikasının Təhsil Nazirliyi (bundan sonra “Təhsil Nazirliyi” adlanacaqdır) Azərbaycan Respublikası ərazisində təhsil sisteminin mərkəzi idarə orqanıdır.

1.2. Təhsil Nazirliyi təhsilin həyata keçirilməsi və təkmilləşdirilməsinə, uşaq və gənclərin ümumtəhsil, məktəbəqədər və məktəbdənkənar təlim və tərbiyə müəssisələrində öyrədilməsi və tərbiyə edilməsinə, ali və orta ixtisas təhsilli kadrların hazırlanmasına, peşə təhsilinin keyfiyyətinə, pedaqoji elmlərin vəziyyəti və inkişafına, mütəxəssislərin ixtisaslarının artırılması və yenidən hazırlanmasına, Azərbaycan Respublikasının bütün iqtisadi və sosial sahələrinin yüksək ixtisaslı mütəxəssislərə olan tələbatının tam ödənilməsinə görə məsuliyyət daşıyır.

1.3. Təhsil Nazirliyi Azərbaycan Respublikası Konstitusiyasına, “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktına, Azərbaycan Respublikasının Təhsil Qanununa və digər qanunlara, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarına, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarlarına və sərəncamlarına, Azərbaycan Respublikasının digər normativ aktlarına və bu Əsasnaməyə uyğun olaraq fəaliyyət göstərir.

1.4. Təhsil Nazirliyi ümumi və peşə-ixtisas təhsilinə, məktəbəqədər və məktəbdənkənar təlim-tərbiyəyə, ixtisasartırma və kadrların yenidən hazırlanmasına, pedaqoji elmlərin inkişafına tabeliyində olan tədris müəssisələri, idarələri və təşkilatları, rayon (şəhər) təhsil idarələri və şöbələri vasitəsilə rəhbərlik edir.

1.5. Azərbaycan Respublikası Təhsil Nazirliyi və onun tabeliyində olan ali, orta ixtisas və texniki peşə təhsili müəssisələri, litsey və kolleclər, pedaqoji kadrların, iqtisadi və sosial sahə mütəxəssislərinin ixtisasının artırılması və yenidən hazırlanması institutları, rayon (şəhər) təhsil idarələri və şöbələri, onların tabeliyindəki təlim və tərbiyə müəssisələri (ümumtəhsil məktəbləri, məktəbəqədər və məktəbdənkənar müəssisələr), Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutu Təhsil Nazirliyinin vahid sistemini təşkil edirlər.

2. TƏHSİL NAZİRLİYİNİN VƏZİFƏLƏRİ

Təhsil nazirliyinin əsas vəzifələri aşağıdakılardır:

irqindən, milli və dini mənsubiyyətindən, dilindən, cinsindən, yaşından, səhhətindən, sosial-maddi vəziyyətindən, fəaliyyət sahəsindən, ictimai mənşəyindən, yaşayış yerindən, dinə münasibətindən, siyasi əqidəsindən, həmçinin üzərində məhkumluğun olmasından asılı olmayaraq vətəndaşların təhsil hüququnun təmin edilməsi;

təhsilin inkişafının əsas istiqamətlərinin müəyyən edilməsi;

iqtisadi və sosial sahələrin ali, orta ixtisas və ixtisaslı peşə təhsilli mütəxəssislərə olan tələbatını ödəmək məqsədilə, təhsilin bütün mərhələlərində təhsil sisteminin təşkili və inkişafının təmin edilməsi;

təhsil müəssisələri və orqanlarının normal fəaliyyətini təmin edən tənzimləmə, əlaqələndirmə mexanizminin, eləcə də müəssisə və orqanların elmi-metodiki informasiya təminatının təkmilləşdirilməsi;

məktəbəqədər tərbiyə, ümumi təhsil, texniki peşə, orta ixtisas, ali təhsil, məktəbdənkənar təlim və tərbiyə müəssisələrinin mövcud şəbəkəsinin təkmilləşdirilməsi və inkişaf etdirilməsi;

elmi-pedaqoji kadrların hazırlanması, müəllimlərin, tərbiyəçilərin, ali, orta ixtisas və texniki peşə təhsili müəssisələrinin elmi-pedaqoji kadrlarının, iqtisadi və sosial sahələrin rəhbərləri və mütəxəssislərinin ixtisaslarının artırılması və yenidən hazırlanması sisteminin təkmilləşdirilməsi;

ali, orta ixtisas və texniki peşə təhsilli mütəxəssislərin hazırlanmasına elmi-metodik rəhbərlik, ümumi təhsil, texniki peşə, orta ixtisas, ali təhsil, məktəbdənkənar təlim və tərbiyə müəssisələrinin mövcud şəbəkəsinin təkmilləşdirilməsi və inkişaf etdirilməsi;

elmi-pedaqoji kadrların hazırlanması, müəllimlərin, tərbiyəçilərin, ali, orta ixtisas və texniki peşə təhsili müəssisələrinin elmi-pedaqoji kadrlarının, iqtisadi və sosial sahələrin rəhbərləri və mütəxəssislərinin ixtisaslarının artırılması və yenidən hazırlanması sisteminin təkmilləşdirilməsi;

ali, orta ixtisas və texniki peşə təhsilli mütəxəssislərin hazırlanmasına elmi-metodik rəhbərlik, ümumi təhsil proqramları və tədris planlarının işlənib hazırlanması, təkmilləşdirilməsi, onların əsasında dərsliklərin hazırlanması və nəşr edilməsi;

ali məktəblərdə elmi-tədqiqat işlərinin, orta ixtisas təhsili məktəblərində eksperimental-layihə işlərinin təşkili, inkişaf etdirilməsi və səmərəliliyinin yüksəldilməsi, pedaqoji elmlər sahəsində tədqiqatların nəticələrinin təhsil sisteminin tədris, təlim və tərbiyə müəssisələrinin fəaliyyətlərində tətbiq edilməsi;

kadr hazırlığı və elmi tədqiqatların aparılması sahələrində ikitərəfli və çoxtərəfli dövlətlərarası və beynəlxalq proqramların işlənilməsi və həyata keçirilməsində iştirak edilməsi;

təhsil məsələləri ilə bağlı beynəlxaq və dövlətlərarası münasibətlərdə Azərbaycan Respublikasının təmsil edilməsi;

nazirliyin sisteminə daxil olan təhsil müəssisələrinin tədris prosesinin tələblərinə, eləcə də, elm və texnikanın müasir inkişaf səviyyəsinə uyğun olan avadanlıq və tədris vəsaitləri ilə təmin edilməsi.

3. TƏHSİL NAZİRLİYİNİN FUNKSİYALARI

3.1. Təhsil Nazirliyi milli, sosial-iqtisadi, demoqrafik və digər xüsusiyyətlər nəzərə alınmaqla, təhsilin inkişafına, tədris müəssisələri və idarələrinin tikintisinə, maddi-texniki və tədris bazasının təkmilləşdirilməsinə yönəldilmiş dövlət sifarişlərinin hazırlanması üçün təkliflər verir.

3.2. Təhsil Nazirliyi təhsil sahəsində vahid dövlət siyasətinin həyata keçirilməsini təmin edir, təhsil qanunvericiliyinin icrasına və təhsilin dövlət standartlarına riayət edilməsinə nəzarət edir, səlahiyyətinə aid edilmiş məsələlər üzrə qanunvericiliyin tətbiqi təcrübəsini ümumiləşdirir, qanunverici aktların təkmilləşdirilməsinə dair təkliflər hazırlayır və baxılmaq üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim edir.

3.3. Təhsil Nazirliyi nazirliklərin, dövlət komitələrinin, şirkətlərin, digər idarə və təşkilatların tabeliyində olan ümumtəhsil və peşə-texniki təhsili, məktəbəqədər və məktəbdənkənar təlim və tərbiyə müəssisələrinin tədris-tərbiyə və elmi-metodiki məsələləri üzrə nazirliklərin, dövlət komitələrinin, şirkətlərin, digər idarə və təşkilatların işlərini əlaqələndirir, onlarla birgə təhsil prosesinin və tədris proqramlarının dövlət və beynəlxalq standartlarının tələblərinə uyğun olması məsələləri üzrə təkliflər verir.

3.4. Təhsil Nazirliyi Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutu vasitəsi ilə onun sisteminə daxil olmayan elmi və elmi-tədqiqat müəssisələri tərəfindən pedaqoji elmlər sahəsində aparılan tədqiqatları əlaqələndirir.

3.5. Təhsil Nazirliyi təhsil sistemi üzrə müəyyən edilmiş qaydada planlaşdırma, elmi-texniki təminat, əsaslı tikinti, maddi-texniki təchizat, maliyyələşdirmə, kadrlarla işin aparılması, əmək və əmək haqqı, eləcə də xarici dövlətlərlə iqtisadi, elmi-texniki və mədəni əlaqələr sahəsində funksiyaları yerinə yetirməklə yanaşı, həvalə edilmiş vəzifələrə uyğun olaraq:

tədris müəssisələri ilə birgə iqtisadi və sosial sahələrin ali, orta ixtisas və ixtisaslı peşə təhsilli mütəxəssislərə olan cari və perspektiv tələbatlarını öyrənir;

Təhsil Nazirliyinin sisteminə daxil olan tədris müəssisələrinin və onların filiallarının səmərəli yerləşdirilməsi sahəsində tədbirlər hazırlayır və onları müəyyən edilmiş qaydada həyata keçirir;

tədris müəssisələri və marağı olan idarə, təşkilat və müəssisələrin təklifləri əsasında ali, orta ixtisas və texniki peşə təhsilli mütəxəssislərin hazırlanması üzrə illik və perspektiv planlarını işləyib hazırlayır və müəyyən olunmuş qaydada Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim edir;

marağı olan idarə və təşkilatların iştirakı ilə mütəxəssislərin və ixtisaslı fəhlə kadrlarının hazırlanmasının həyata keçirilməsini təmin edən peşə və ixtisasların siyahısını işləyib hazırlayır və müəyyən olunmuş qaydada təsdiq olunmaq üçün təqdim edir;

ali, orta ixtisas və texniki peşə müəssisələrinə tələbə və şagird qəbuluna dair müvafiq tədris müəssisələrinin təqdim etdikləri təkliflərə baxır;

dövlət təhsil standartlarının hazırlanmasını, müzakirəsini və müəyyən edilmiş qaydada təsdiq edilməsini təşkil edir, mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq, bütün təhsil müəssisələrində dövlət təhsil standartlarına riayət olunmasına nəzarəti təşkil edir və onu həyata keçirir;

tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, təhsil müəssisələrinin və təhsil idarələrinin yaradılmasına, ləğv edilməsinə və yenidən qurulmasına rəy verir, müəyyən olunmuş qaydada onları qeydə almaqla lisenziya verir, qanunvericiliklə müəyyən olunmuş hallarda təhsil müəssisələrinin yaradılması və ləğvi ilə əlaqədar müvafiq qaydada vəsatət qaldırır, ali, orta ixtisas, texniki peşə və digər tədris müəssisələrinin, onların filiallarının, tədris-məsləhət məntəqələrinin, şöbələrinin, ixtisasların yaradılması, ləğv edilməsi haqqında təkliflərə baxır, habelə ali məktəblərin fakültə və kafedralarının təşkili və ləğv edilməsi qaydalarını müəyyən edir;

məzunların təhsil müəssisələrini bitirmələri, aldıqları ixtisas və onun dərəcəsi barədə vahid formada dövlət sənədlinin nümunəsini müəyyən olunmuş qaydada təsdiq olunmaq üçün təqdim edir, məzunların sayına müvafiq olaraq təhsil müəssisələrini sənəd blankları ilə təmin edir;

ali, orta ixtisas, texniki-peşə tədris müəssisələri və ümumtəhsil məktəbləri üçün tədris plan və proqramlarını işləyib hazırlayır və təsdiq edir, onların əsasında dərslik və dərs vəsaitlərini hazırlayıb çap etdirir, məktəbəqədər və məktəbdənkənar uşaq müəssisələri üçün nümunəvi proqramlar hazırlayır, uşaqların məktəbəqədər tərbiyəsi, məktəblilərin təlim-tərbiyəsi, məktəbdənkənar uşaq müəssisələrinin fəaliyyətinə dair metodik göstərişlər işləyib hazırlayır və çap edir;

təhsil sistemi üçün tədris, tədris-metodiki və elmi ədəbiyyatların nəşr planını hazırlayır, müəyyən olunmuş qaydada razılaşdırır və təsdiq edir, dərslik və dərs vəsaitlərinə qrif verir, elmi və elmi-metodiki jurnalların, nazirliyin informasiya bülletenlərinin buraxılışını təşkil edir;

Təhsil Nazirliyi bütün tipdən olan təhsil müəssisələrinin elmi-metodiki təminatını təşkil edir, bütün pillələrdən olan tədris müəssisələrinin tədris planları və proqramlarının təzələnməsini, buna müvafiq olaraq, yeni dərsliklərin hazırlanmasını təmin edir;

ümumi və peşə-ixtisas təhsili sahəsində kadrların hazırlanması və yenidən hazırlanması, elmi tədqiqatların aparılması sahəsində proqramların işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak edir;

ali, orta ixtisas və texniki-peşə müəssisələrinin tələbə və şagirdlərinin peşə hazırlığının yüksək səviyyədə olmasını təmin edən tədbirlər həyata keçirir, nazirlik, dövlət komitələri və şirkətləri ilə birgə tələbələrin istehsalat təcrübəsini keçməsi üçün daimi bazalar kimi idarə, müəssisə və təşkilatları ali, orta ixtisas və texniki-peşə müəssisələrinə təhkim edir;

ali təhsil müəssisələrində aspirantura vasitəsilə elmi və elmi pedaqoji kadrların hazırlanmasına elmi-metodik rəhbərliyi həyata keçirir, ali və orta ixtisas təhsili müəssisələrinin elmi-pedaqoji, ümumtəhsil və texniki peşə məktəblərinin pedaqoji kadrlarının uçotunu aparır;

müəyyən edilmiş qaydada dövlət ali təhsil müəssisələri nəzdində aspiranturaların, elmi-tədqiqat bölmələrinin, müəssisə və laboratoriyaların açılmasına razılıq verir və həmin məsələlər üzrə işin qeyri-qənaətbəxş təşkil edildiyi ali məktəblərdə onların fəaliyyətini dayandırır;

respublika təhsil sisteminin tədris müəssisələri müəllimlərinin ixtisaslarının artırılmasını və yenidən hazırlanmasını təşkil edir, müəllimlərin ixtisaslarının artırılması planlarını təsdiq edir, ali və orta ixtisas təhsili müəssisələri müəllimlərinin ixtisasartırma fakültələri təşkil edilən ali təhsil müəssisələrinin siyahısını müəyyən olunmuş qaydada təsdiq edir;

Azərbaycan Respublikasının Təhsil Qanununun müddəalarına uyğun olaraq, təhsil sistemində kadr siyasətinin prinsiplərini işləyib hazırlayır və onların tətbiqini təmin edir, elmi-pedaqoji kadrların attestasiyasının keçirilməsi qaydalarını təsdiq edir;

ali, orta ixtisas və texniki peşə məktəblərində tələbə və şagirdlərin hərbi və fiziki hazırlığına, ümumtəhsil məktəblərində yuxarı sinif şagirdlərinin çağırışaqədər hərbi hazırlığına metodiki-təlim rəhbərliyinin həyata keçirilməsində iştirak edir;

tədris müəssisələrində idman sağlamlıq, profilaktoriyalar və digər sağlamlıq müəssisələrinin təşkil edilməsi ilə bağlı lazımi tədbirlər görür, marağı olan təşkilatlarla birlikdə tələbə və şagirdlərin idman yarışmalarını, turist yürüşlərini, texniki yaradıcılıq baxışlarını, olimpiada və elmi-praktiki konfransları və digər təlim-tərbiyə xarakterli tədbirlər keçirir;

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə birlikdə ali, orta ixtisas və texniki peşə tədris müəssisələrində tələbə və şagirdlərin, məktəb və məktəbəqədər uşaq müəssisələrində uşaqların sağlamlığının qorunması və möhkəmləndirilməsini təmin edən tədbirlərin həyata keçirilməsində iştirak edir;

təhsil məsələləri üzrə xarici dövlətlərlə beynəlxalq əlaqələri təşkil edir, onların təhsil müəssisələri ilə təhsil sahəsində birbaşa əlaqələrin inkişafına, habelə şagirdlərin, tələbələrin və müəllimlərin görüşlərinə, birgə festival, müsabiqə, olimpiada, idman yarışlarının keçirilməsinə, tələbə, şagird və müəllim mübadiləsinin təşkilinə köməklik göstərir;

təhsil haqqında verilən sənədlərin beynəlxalq səviyyədə tanınmasına dair tədbirlər görür və müəyyən edilmiş qaydada vəsatət qaldırır;

nazirliyə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi üçün zəruri olan sənəd və məlumatları nazirlik, dövlət komitələri, şirkət, müəssisə, idarə və təşkilatlardan, eləcə də təhsil sisteminə daxil olan tədris və elm müəssisələrindən alır;

aidiyyatı təşkilatlarla birlikdə müəyyən olunmuş qaydada ali, orta ixtisas, texniki-peşə tədris müəssisələrinin, ümumtəhsil məktəblərinin, məktəbəqədər və məktəbdənkənar uşaq müəssisələrinin binalarının nümunəvi layihələrini təsdiq edir;

Maliyyə Nazirliyi ilə razılaşdırmaqla tədris müəssisələri və idarələrinin maliyyələşdirilməsini və maddi-texniki təchizatının müvafiq normalarını müəyyən edir;

Dövlət Statistika Komitəsi ilə razılaşdırılmış formalar üzrə nazirliyin sisteminə daxil olan tədris, təlim-tərbiyə və elm müəssisələrində statistik qeydiyyat və hesabat işlərini təşkil edir, tabeliyində olan təhsil, məktəbəqədər və məktəbdənkənar uşaq müəssisələrinin fəaliyyətlərinin əsas göstəriciləri üzrə statistik qeydiyyat aparır;

təhsil sistemində çalışan qabaqcıl işçiləri müəyyən olunmuş qaydada döş nişanları və fəxri fərmanlarla təltif edir, Azərbaycan Respublikasının orden, medal və fəxri adları ilə təltif etmək üçün namizədlər irəli sürür, tədris müəssisələrinin şagird və tələbələrini əla təhsilə, elmi və eksperimental konstruktor işlərinə görə təltif edir;

tabeliyində olan təhsil müəssisələrinin, məktəbəqədər və məktəbdənkənar uşaq müəssisələrinin fəaliyyətinə nəzarəti, habelə təhsil məsələləri ilə bağlı tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, bütün təhsil müəssisələri üzərində təhsil qanunvericiliyinin icrasına nəzarət edir.

4. TƏHSİL NAZİRLİYİNİN İDARƏ EDİLMƏSİ

4.1. Təhsil Nazirliyinə Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təyin olunan və Azərbaycan Respublikası Ali Soveti tərəfindən təsdiq edilən nazir rəhbərlik edir;

4.2. Azərbaycan Respublikası Təhsil nazirinin müavinləri Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə vəzifəyə təyin edilir və vəzifədən azad olunurlar. Nazir müavinləri arasında vəzifə bölgüsü Azərbaycan Respublikası təhsil naziri tərəfindən aparılır.

4.3. Azərbaycan Respublikası təhsil naziri nazirliyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsinə görə şəxsi məsuliyyət daşıyır.

4.4. Azərbaycan Respublikası təhsil naziri nazirliyin səlahiyyətinə aid edilmiş məsələlər üzrə qüvvədə olan Azərbaycan Respublikası qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamları və digər normativ sənədlər əsasında və onların icrası ilə bağlı tabeliyində olan bütün rayon (şəhər) təhsil orqanları, idarə, müəssisə və təşkilatları üçün məcburi olan əmr və göstərişlər verir, təlimatlar qəbul edir və onların həyata keçirilməsinə nəzarət edir.

4.5. Azərbaycan Respublikasının təhsil naziri zəruri hallarda Azərbaycan Respublikasının digər nazirlik və idarələrinin rəhbərləri ilə birgə əmr və təlimatlar vermək hüququna malikdir.

4.6. Təhsil Nazirliyində nazirin sədrliyi ilə nazir müavinlərindən (vəzifələrinə görə) və Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş digər rəhbər işçilərdən ibarət, say tərkibi 11 nəfər olmaqla, Kollegiya yaradılır.

4.7. Təhsil Nazirliyinin Kollegiyası ayda bir dəfədən az olmayaraq mütəmadi keçirilən iclaslarında təhsilin inkişafının və nazirliyin fəaliyyətinin digər əsas məsələlərini, nazirliyin tabeliyində olan tədris müəssisələri və təşkilatlarına rəhbərlik, icranın yoxlanılması, kadrların seçilməsi və onların istifadə olunması məsələlərini, mühüm əmr və təlimatların layihələrini müzakirə edir.

Təhsil Nazirliyi nəzdində tədris müəssisələri olan nazirliklər, dövlət komitələri, şirkətlərlə təhsil məsələləri ilə bağlı birgə kollegiyalar keçirir.

Bir qayda olaraq, Kollegiyanın qərarı təhsil nazirinin əmrləri ilə həyata keçirilir. Nazirlə Kollegiya arasında fikir ayrılığı olduğu halda, nazir bu barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinə məlumat verməklə, öz qərarına həyata keçirir, Kollegiyanın üzvləri isə həmin məsələ ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinə öz fikirlərini bildirə bilərlər.

4.8. Təhsil Nazirliyinin mərkəzi aparatının işçilərinin son hədd sayı və strukturu Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilir.

Nazirliyin ştat cədvəli, habelə baş idarə, idarə və şöbələrin əsasnamələrini Azərbaycan Respublikasının təhsil naziri təsdiq edir.

4.9. Ali, orta ixtisas, texniki-peşə, orta ümumtəhsil məktəblərində, xüsusi məktəblərdə, məktəbəqədər və məktəbdənkənar, tərbiyə müəssisələrində təlim-tərbiyə prosesinin təkmilləşdirilməsi istiqamətlərinə dair təkliflərə baxılması, elmi-tədqiqat işlərinin, hazırlanan proqram və dərsliklərin müasir tələblərə uyğun olmasının təmin edilməsi üçün Təhsil Nazirliyinin nəzdində tərkibinə tanınmış alimlər, yüksək ixtisaslı mütəxəssislər daxil olan Elmi-Metodik Şura yaradılır.

Elmi-Metodik Şuranın tərkibi və Əsasnaməsi Azərbaycan Respublikası təhsil naziri tərəfindən təsdiq olunur.

4.10 Azərbaycan Respublikası Təhsil Nazirliyinin mərkəzi aparatı dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirilir.

4.11. Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərində respublikanın dövlət gerbi və nazirliyin adı həkk olunmuş möhürü vardır.

Azərbaycanda uşaq müəssisələrində yaşayan valideynsiz uşaqların təhsil haqları dövlət tərəfindən ödənilə bilər

Azərbaycanda uşaq müəssisələrində yaşayan, valideynləri olmayan uşaqlar ali məktəbə daxil olarkən onların təhsil haqları dövlət büdcəsindən ayrılmış maliyyə vəsaiti hesabına ödənilə bilər.

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 20 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda uşaq müəssisələrində yaşayan, valideynləri olmayan uşaqlar ali məktəbə daxil olarkən onların təhsil haqları dövlət büdcəsindən ayrılmış maliyyə vəsaiti hesabına ödənilə bilər.

Trend-in məlumatına görə, Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli cümə axşamı “Azərbaycan Respublikasında dövlət uşaq müəssislərindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı” çərçivəsində “2012-ci ilin yekunları və qarşıda duran vəzifələr” mövzusunda keçirilən hesabat konfransında cıxışı zamanı bildirib ki, hazırda komitədə bununla bağlı hazır qanun layihəsi var.

“Uşaq müəssisələrindən çıxan və ali məktəblərə daxil olan uşaqların təhsil haqqının dövlət büdcəsindən ayrılmış maliyyə vəsaiti hesabına ödənilməsi ilə bağlı hazır layihəmiz var. Ötən il biz onu müzakirə etdik. Burada biz birmənalı olaraq vurğulayırıq ki, bu imkan valideynləri olmayan uşaqlar üçün nəzərdə tutulur”, – Rəcəbli deyib.

O qeyd edib ki, belə uşaqların sayı elə də çox deyil.

Komitə sədri bu fikirdədir ki, dövlət uşaq müəssisələrində yaşayan, valideyni olmayan və ali məktəbə daxil olan uşaqların təhsil haqlarının dövlət vəsaiti hesabına ödənilməsinə nail olunacaq.

Rəcəbli artıq Qarabağ əlilləri və şəhid ailələrinin uşaqları üçün belə bir güzəştin verildiyini vurğulayıb. Onun sözlərinə görə, artıq qanunvericiliyə dəyişiklik etməklə dövlət uşaq müəssisələrində yaşayan və ali, orta ixtisas təhsili müəssisəsinə daxil olan uşaqlara 23 yaşına kimi uşaq evlərində qalma hüququ verilib.

Похожие статьи

Comments are closed, but trackbacks and pingbacks are open.