Press "Enter" to skip to content

Nitq mədəniyyətinin məqsəd və vəzifələri nədən ibarətdir -sualını cavablandırın

Xalqın mədəni səviyyəsinin yüksək sürətlə inkişaf etdiyi hazırkı zamanda dildən məqsədəuyğun istifadə etmə qaydalarına bələd olmaq, yəni aydın, ahəngdar, səlis, yığcam, ifadəli, həm də məzmunlu nitqə malik olmaq – danışıb yaza bilmək demək olar ki, haqlı olaraq hər kəsi məşğul edir. bütün bunlar nitq mədəniyyəti problemlərinin aktuallığını sübut edən faktlardandır və onların öyrənilməsinə də bu zərurətdən yanaşmaq lazımdır.

Nitq mədəniyyətinin mahiyyəti, inkişafı və təbliği

Xalqın varlığı və milliliyinin ilkin şərtləri onun dili ilə bağlıdır; Başqa şəkildə ifadə etsək, hər bir millətin kimliyi, ədəbiyyatı, mədəniyyəti onun dilindən başlayır. Odur ki, xalqların öz istiqlaliyyəti uğrunda apardığı mübarizələrdə dil məsələsi, milli dilə münasibət həmişə mərkəz mövqedə dayanmışdır. Bəzən bütöv bir istiqlaliyyət mübarizəsi yalnız ana dili üzərində cəmləşir (Məsələn, Cənubi Azərbaycanda olduğu kimi). Dil mirasdır – Nəsiminin, Füzulinin, Xətainin, Vaqifin mirasıdır. Mirasımız milli dilimizdir. Bəs, “Milli dil” dedikdə nə düşünülür? Əlbəttə, əksəriyyət bu anlayışı adətən yad, əcnəbi dillərin basqısına qarşı duran dil, yəni ana dili kimi qəbul edir. Sözsüz, bu, bir çox hallarda belədir ki, var.

Nitq mədəniyyətinin də əsasını ədəbi dil normalarına yiyələnmək təşkil edir

Xalqın mədəni səviyyəsinin yüksək sürətlə inkişaf etdiyi hazırkı zamanda dildən məqsədəuyğun istifadə etmə qaydalarına bələd olmaq, yəni aydın, ahəngdar, səlis, yığcam, ifadəli, həm də məzmunlu nitqə malik olmaq – danışıb yaza bilmək demək olar ki, haqlı olaraq hər kəsi məşğul edir. bütün bunlar nitq mədəniyyəti problemlərinin aktuallığını sübut edən faktlardandır və onların öyrənilməsinə də bu zərurətdən yanaşmaq lazımdır.

Belə bir şəraitdə insanların, xüsusən də gənc nəslin nitq mədəniyyətinin yüksəldilməsi böyük önəm daşıyır və bu baxımdan yeni vəzifələr sırasına keçir. Məlumdur ki, şəxsiyyətin ümumi intellektual inkişafında nitq vərdişlərinə yiyələnmə xüsusi əhəmiyyət kəsb edir. Uzun illərin təcrübəsinə əsaslanaraq demək mümkündür ki, yüksək ixtisaslı mütəxəssislər hazırlanması üçün ali məktəblərin tədris prosesində nitq mədəniyyəti üzrə geniş yer verilməsi tələb olunur. Aydın, səlis, ifadəli, dəqiq və kamil bir nitqə nail olmaq yalnız əməli şəkildə qrammatik vərdişləri mənimsəməkdən ibarət deyildir. Nitq mədəniyyətinə malik olmağın əsas şərti dilin üslub normalarından düzgün istifadə etməyi bacarmaqdır. Bunun üçün başlanğıc olaraq ana dili elmi əsaslar üzərində daha səmərəli təlim edilməlidir. Çünki əslində nitq mədəniyyətinin də əsasını ədəbi dil normalarına yiyələnmək təşkil edir. Belə olan halda, aydın, ifadəli, səlis nitqə yiyələnməkdən ötrü ilk növbədə ədəbi dilin normalarını, bunu müəyyənləşdirmənin ölçü və şərtlərini bilmək, bir sözlə, dürüstlük – düzgünlük – dəqiqlik; asanlıq -sadəlik; vahidlik – eynilik; sabitlik – davamlılıq; ahəngdarlıq – səlislik və başlıcası, dil-üslub qaydalarını bilib əməl etmək də zəruridir. Nitq mədəniyyəti nitq prosesində dil vasitələrindən yerində, məqsədyönlü şəkildə istifadə etmək bacarığıdır. Bu məsələlər üslubiyyatın tədqiqat sahələrini təşkil edir.

Söz bu zaman yeni bir məna, gözəllik, məzmun alır

Fikir və duyğuları ifadə etmək üçün dil vardır. Ana dilimizin söz xəzinəsi, lüğət tərkibindəki sözlər adama nəyisə danışmaq, nəql etmək, söyləmək, əmr etmək, tələb etmək, suallar vermək üçün lazım olur. Lakin bu sözlər adama o zaman da lazım olur ki, insan fikirlərini oxuya-oxuya çatdırmaq istəyir. Onun dilində söz bu zaman yeni bir məna, gözəllik, məzmun alır. O sözlər bizə hər zaman məlum olsa belə, bizi saxlayır, ürəyimizi bir anda ələ alır, əsir edir.

Üslubiyyat və üslublar, habelə ədəbi dilin üslubları barədə əldə olunanlar nitq mədəniyyəti və ümumən dil və cəmiyyət problemi ilə əlaqədar olaraq da əhəmiyyətlidir. Qəbul etmək lazım gəlir ki, dil sadəcə, vahidlər sistemi deyil, həm də bununla bərabər, dilin də fəaliyyətdə olan törədicilik xidmətindən istifadə edənlərin qabiliyyət, bilik və bacarıq dərəcəsini, yaradıcılıq imkanlarını nümayiş etdirir. Bu sahə həm dilçilik, həm də ədəbiyyatşünaslıq baxımından maraqlıdır, həm də bunlar öz paylarını da nəzəri şəkildə dəqiq bölə bilməmişlər. Bu fənn filoloji bilik üçün də ən vacib sahələrdəndir. Dilçilik elmində bədii əsərin dili ilə yazıçı dili qarşılaşmışdır. Cəmiyyətə dilin təsiri ilə cəmiyyətin dilə təsiri məsələsi fonunda yeni bir sahə – nitq mədəniyyəti adlanan axtarış sahəsi üzə çıxır.

Bu dildən istifadə edən hər kəsin borcudur ki.

Son dövrdə Azərbaycan dilinin inkişafında yeni, özünəməxsus bir mərhələnin başlanması nəzərə çarpır. Azərbaycan dili qeyd-şərtsiz rəsmi dövlət dili statusuna sahib olmuş bir dil olaraq, bütün geniş imkanları ilə ictimai ünsiyyət vasitəsidir. Əlbəttə, dövlət müstəqilliyimizin başlıca rəmzlərindən hesab edilən Azərbaycan dilinin yüksək səviyyədə tətbiqi və inkişaf etdirilməsi ilə bağlı verilən prezident fərmanları bu qayğının parlaq təzahürüdür. Bu sahələrə qayğının, diqqətin artırılması, ana dilinin layiqincə öyrənilməsi, elmi tədqiqi işinin daha da fəallaşdırılması və eləcə də dilimizin cəmiyyətdə tətbiqi dairəsinin genişləndirilməsi imkanlarını daha da artırmışdır. Azərbaycanımız öz dövlət müstəqilliyinə qovuşduğu ilk çağlardan başlayaraq, dilimizin inkişafına, onun tətbiq dairəsinin genişlənməsinə xüsusi diqqət və qayğı göstərilməkdədir. Böyük öndərimiz Heydər Əliyevin imza atdığı fərmanlar ana dilimizin öyrənilməsi, bu sahədə aparılan araşdırmaların fəallaşdırılmasını və cəmiyyətdəki istifadə imkanlarını daha da artırmaqdadır. “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası prezidentinin 18 iyul 2001-ci il fərmanı; “Azərbaycan əlifbası və Azərbaycan dili gününün qeyd edilməsi haqqında” Azərbaycan Respublikası prezidentinin 9 avqust 2001-ci il fərmanı; “Azərbaycan Respublikasının Dövlət dili haqqında” 30 sentyabr 2002-ci il Qanunu; Azərbaycan Respublikasının Dövlət dili haqqında Qanunun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası prezidentinin 2 yanvar 2003-cü il fərmanı və s. tədbirlər dövlətin daimi qayğısını əks etdirir. “Azərbaycan Respublikasının Dövlət dili haqqında” 30 sentyabr 2002-ci il Qanun maddələrindən də aydın olur ki, müstəqilliyin başlıca əlaməti ana dilinin dövlət dili statusuna nail olmasıdır. Dövlət dilinin qorunması və işləkliyinin təmin edilməsi – bu, müstəqil dövlət quruculuğumuzun ən bariz şərtidir.

· Azərbaycan Konstitusiyasının 21 maddəsi il dövlət dilimizin Azərbaycan dili olması təsbit olunmuşdur.

· Hər bir vətəndaş ana dilini bilməlidir.
· Rəsmi dövlət mərasimləri ana dilində aparılmalıdır.
· Azərbaycan təhsilində işlənməsi; təhsil ana dilində aparılmalıdır.
· Radio-televiziya kanalları ana dilində işlənməlidir.

· Dövlət dilinin bütün xidmət sahələrində reklam və elanlar, mallar üzərində etiketlərə qədər işlənməsi.

· Vətəndaşların adı, soyadı, coğrafi adlar-yaşayış məntəqələrinin adları dövlət dilində yazılır.
. Qorunması; Dilçilik elminin nəzəri və praktik yöndən inkişafına şərait yaradılır.
· Sonrakı illərdə müvafiq olaraq dövlət tədbirləri bu fərmanın gücləndirilməsinə kömək edib;
Monitorinqlər keçirilir.

Dilimizin durmadan daim inkişaf etdirilməsi üçün geniş imkanlar yarandığı hazırkı şəraitdə bu dildən istifadə edən hər bir kəsin, bütövlükdə cəmiyyətin borcudur ki, onun qaydalarına, normalarına riayət etmək, təmizliyini, saflığını, gözəlliyini qorumaq, korlanmasına, pozuntulara düçar olmasına yol verməməkdir.

Bir çox terminlərin Azərbaycancası vardır, lakin onlar aktiv surətdə işlənmirlər: Məsələn, seqmantasiya – üzvlənmə, seqmentləşdirmə – müəyyənləşmə, diskurs – nitqin xarakteristikası. Bu hallar fikir və müddəalar arasında əlaqələndirməni zəiflədir. Son illərin təcrübəsi göstərir ki, orfoqrafik və orfoqrafik xətaların tez-tez özünü göstərməsinə gətirib çıxarır.

Məhz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” 2012-ci il mayın 23-də imzaladığı sərəncam da dövlətçiliyimizin başlıca rəmzlərindən olan ana dilimizin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılmasını, ölkəmizdə dilçilik elmi sahəsində vəziyyətin əsaslı şəkildə yaxşılaşdırılmasını təmin etmək baxımından son dərəcədə mühüm bir sənəddir. Sərəncamda oxuyuruq: “Ölkəmizin zaman-zaman müxtəlif imperiyalar tərkibində yaşamağa məcbur olmasına baxmayaraq, ana dilimiz bu ağır vaxtlarda belə milli məfkurənin, milli şüurun və milli-mədəni dəyərlərin layiqincə yaşamasını və inkişafını təmin etmişdir. Bu gün onun qorunması və qayğı ilə əhatə olunması müstəqil Azərbaycanın hər bir vətəndaşının borcudur.”

Ana dilinin insanın yetişməsi və inkişafındakı mövqeyi, habelə, ailədə ana dilinin uşağın yetişməsindəki rolunu, obrazlı olaraq onların hər birinin bir kökün üstündə rişə atan budaqlar kimi bağlı olduğunu qəbul etmək gərəkdir.

Dilimizin qorunub mühafizə edilməsində ali məktəblərin, xüsusilə bu dili yetişməkdə olan nəslə bilavasitə aşılamalı olan pedaqoji yönlü qurumların üzərinə böyük vəzifələr düşür.

Nitq mədəniyyətinin məqsəd və vəzifələri nədən ibarətdir -sualını cavablandırın

Nitq mədəniyyəti geniş anlayış olub insan mədəniyyətinin çox mühüm tərkib hissəsi kimi başa düşülür. “Mədəniyyət” sözü dilimizə ərəb dilindən keçmişdir, “şəhər” mənasında olan “mədinə” sözündəndir. “Mədəni” sözü də “şəhərli” mənasındadır. Əvvəllər “mədəni” anlayışı şəhərdən uzaqda yaşayan, hərəkəti, davranışı, nitq qabiliyyəti hələ formalaşıb müəyyən ölçüyə, əndazəyə uyğun olmayan insanlara qarşı, şəhərdə yaşayanların danışığı bədəvilərin, ucqarlarda yaşayanların nitqinə qarşı qoyulurdu. Deməli, uzun əsrlərdən bəri birgə yaşayış nəticəsində şəhərdə yaşayanların – şəhər adamlarının hərəkəti, davranışı, danışığı həyat şəraitinə uyğun olaraq daha sürətlə formalaşıb ucqarlarda yaşayanlara nisbətən mədəni hesab olunmuşdur.

İndi mədəniyyət mədəniyyətsizliyə qarşı deyil, daha mədəni, xalqın kişili, qadınlı, böyüklü, kiçikli, savadlı, savadsız olmasına baxmayaraq hamıya – həm şəhərdə, həm də kənddə yaşayan bütün adamlara, ictimai və mənəvi həyatda, birgə yaşayışda özünü nümunəvi göstərənlərin hamısına aiddir. Ona görə də “mədəni” sözü indi: a) mədəniyyətcə çox inkişaf etmiş, mədəniyyətin yüksək pilləsində olan; b) cəmiyyətdə özünü aparma üsullarına, ədəb qaydalarına yaxşı bələd olan; tərbiyəli; c) mədəniyyətlə bağlı olan mənalarında işlənir. “Mədəniyyət” sözü isə: – 1) insan cəmiyyətinin istehsal sahəsində ictimai və mənəvi həyatda əldə etdiyi nailiyyətlərin məcmusu; 2) hər hansı xalqın müəyyən devrdə əldə etdiyi belə nailiyyətlərin səviyyəsi; təsərrüfat və ya zehni fəaliyyətin hər hansı birisinin inkişaf səviyyəsi; 3) savadlılıq, elmlilik, biliklilik, cəmiyyətdə özünü apara bilmə; tərbiyəlilik; mədəni adamın tələbatına uyğun olan həyat şəraitinin məcmusu mənalarını əhatə edir.

İndi təhsilin, elmin, mədəniyyətin inkişafı, mətbuatın, radio-televiziyanın ölkəmizin aranlı, dağlı bütün kənd, qəsəbə və şəhərlərində xalqın gündəlik həyatına, məişətinə daxil olması nəticəsində nəinki ədəbi dilimiz, eləcə də danışıq dilimiz kütləviləşmiş, bütün respublikamızda hamının eyni dərəcədə başa düşdüyü, anladığı rəvan, gözəl, səlis dilə çevrilmişdir.

Nitq mədəniyyəti terminini, ümumiyyətlə, mədəniyyət sözü ilə qarışdırmaq olmaz. İnsanlar mədəniyyət dedikdə, əsasən, təlim-tədris ocaqlarını, məktəb, klub, kitabxana, kino-teatrları, tamaşa salonlarını, tarix-ölkəşünaslıq muzeylərini, mədəni sözünü isə təhsilli, tərbiyəli anlamında başa düşürlər.

Mədəniyyət sözü həyatımızda dərindən sirayət etmiş, insanın həyat və fəaliyyətinin bütün sahələrini əhatə edən çox işlək anlayış olmuşdur: müəllim mədəniyyəti, həkim mədəniyyəti, tələbə mədəniyyəti, səhnə mədəniyyəti, oxu mədəniyyəti, qulaq asma, dinləmə mədəniyyəti və s; şəhər mədəniyyəti kənd mədəniyyəti daha geniş mənada götürülərək konkret yerin – ölkə və ya qitənin adı ilə – Avropa mədəniyyəti, Amerika mədəniyyəti, Şərq mədəniyyəti, Çin mədəniyyəti, və s. deyilir, millətlə baölı olaraq alman mədəniyyəti, fransız mədəniyyəti, türk mədəniyyəti anlayışları da mövcuddur.

Bu söylədiyimiz anlayışlar arasında danışıq mədəniyyəti ifadəsi özünəməxsus yer tutur. Danışıq mədəniyyəti bilavasitə insanla bağlı olduğu üçün yuxarıda sadalanan müəllim mədəniyyəti, şagird, tələbə, sürücü, satıcı və başqa peşə-sənət sahələri ilə bağlı insanların ədəb-ərkan, qanacaq, əxlaq normaları daxil olmaqla danışığı nəzərdə tutulur, çünki hər bir insa kiçik yaşlarından başlamış dili söz tutana qədər danışır, yazır, nitq söyləyir, çıxış edir. O öz danışı tərzini təkmilləşdirir, nitqini həyatdan, cəmiyyətdən gələn yeni-yeni sözlər hesabına zənginləşdirir, başqalarından daha yaxşı danışmağa, nitqini eyni dərəcədə gözəl, ifadəli, rəvan çatdırmağa çalışır. Danışıq vərdişləri formalaşıb təkmilləşdikcə insanın söz ehtiyatı, dilinin lüğət tərkibi artdıqca, müxtəlif yaş və peşə sahibləri ilə ünsiyyət saxladıqca, özü üçün daha rəvan, əlis, düzgün, dəqiq danışanları nümunə götürərək, qəzetlərdən, jurnallardan, kitablardan oxuduğu və ya eşitdiyi nitq nümunələri ilə tanış olduqca, radio-televiziya verilişlərinə diqqətlə və maraqla qulaq asdıqca, dilimizin daxili quruluşuna, onun incəliklərinə bələdləşdikcə, o da öz fikirlərini daha gözəl ifadə etməli olur.Deməli, insan mədəniyyətinin ayrılmaz hissəsi olan nitq mədəniyyəti dil normalarının məcmusu kimi təzahür tapır. Hər bir insan elə danışmalı, nitqini elə qurmalıdır ki, dinləyicilər onu nəinki başa düşməli, həm də onun danışığına həvəslə qulaq asmalı, ondan həzz almalıdırlar. O, bu hal vərdişə çevriləndən, danışığının arzu olunduğunu eşidib biləndən sonra nitqinin mənalı və məzmunlu olmasına daha diqqətli olacaqdır. Doğrudur, bu heç də asan başa gəlmir, hamıda yaxşı alınmır, bunun üçün böyüklə böyük, kiçiklə kiçik dilində danışmaq, nə barədə, nə məqsədlə, harada, hansı şəraitdə, kiminlə və ya kimlərlə danışdığını bilmək və bunları mütləq nəzərə almaq vacibdir. Bu, nitq mədəniyyətinin əsas şərtidir.

Nitq mədəniyyətinə yiyələnmək üçün dilin lüğət tərkibinə dərindən bələdlik, onun fonetik, leksik-semantik, frazeoloji və qrammatik normalarına yiyələnmək, dil qanunlarını nitqdə düzgün tətbiq edə bilmək zəruridir. Söz ehtiyatı zəngin olan, sözlərin məna çalarlarını nitqində düzgün əlaqələndirməyi bacaran, geniş erusiyalı insan öz fikrini çətinlik çəkmədən məntiqi cəhətdən ifadə etmək qabiliyyətində olur.

Dostları ilə paylaş:

Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2023
rəhbərliyinə müraciət

Nitq mədəniyyəti/Nitq mədəniyyəti haqqında anlayış

Nitq mədəniyyəti insanlara məxsus ümumi mədəniyyətin ən vacib və aparıcı tərkib hissələrindən biridir. Bu anlayışa danışıq mədəniyyəti ilə yanaşı, yazı mədəniyyəti də daxildir. Belə yüksək keyfiyyətə yiyələnən şəxs cəmiyyətin ictimai həyatında, onun hər hansı bir sahəsində fəal və məhsuldar iştirak etməkimkanına malik olur. Xüsusən, ziyalıların nitq mədəniyyətinə yiyələnməsi vacibsayılır. Yazıçılar, müəllimlər, aktyorlar, radio və televiziya işçiləri, jurnalistlər,bədii söz ustaları nitqinin təsirliliyi, obrazlılığı, ifadəliliyi, məntiqliyi, zənginliyi ilə fərqlənməli, başqaları onların danışığından, oxusundan, yazdıqlarındannümunə götürməlidirlər.
Dilçilik ədəbiyyatında nitq mədəniyyəti anlayışı belə izah olunur: “Nitq mədəniyyəti tətbiqi dilçilik sahəsi olub, hər hansı konkret bir dilin orfoepik,orfoqrafik, leksik, qrammatik, üslubi və s. normalarını müəyyənləşdirən nəzəriaxtarışlar və təcrübi tədbirlər kompleksidir”. Bu tərifi başqa bir şəkildəifadə etmiş olsaq, deyə bilərik ki, nitq mədəniyyəti danışıq və yazı zamanıorfoqrafik və orfoepik qaydalara, qrammatik qayda-qanunlara, üslub normalarınaəməl etmək, zəngin söz ehtiyatına malik olmaq, nitqin etik normalarını gözləməkdir.
Nitq mədəniyyəti dilçiliyin praktik sahəsi olub, dildən ünsiyyət vasitəsi kimi istifadəqaydalarını öyrənir. Nitq mədəniyyətinə yaxşı yiyələnmək üçün dilin fonetik (orfoepik və orfoqrafik),leksik və qrammatik qayda -qanunlarını bilmək və nitq zamanı onlara əməl etmək zəruridir.
Nitq mədəniyyətində dilçiliyin nəzəri fıkirləri əməli (praktik)şəkildə həyata keçiri-lir. Buna görə də nitq mədəniyyəti dilçiliyin nəzəri yox, praktik sahəsi sayılır. Nitq mədə-niyyətində ayrı-ayrı dil faktları və ya hadisələri yox, dilçiliyin qayda-qanunları sistemi öyrənilir. Ümumiyyətlə, nitq mədəniyyətinin konkret predmeti yoxdur.“Nitq mədəniyyəti”nin konkret predmetini müəyyənləşdirmək (Məsələn:fonetikanı, leksikanı yaxud, qrammatika predmeti kimi) çox çətindir. Nitq mədəniyyətində bu və ya digər dil faktı hadisəsi yox, üsullar qayda-qanunlar sistemi öyrənilir. Nitq mədəniyyəti filologiya elminin praktik sahəsidir. Yəni nitq mədəniyyəti dedikdə hər şeydən əvvəl filologiyanın dildən ünsiyyət vasitəsi kimi istifadə qaydalarını, elmin əsasında öyrənilən sahəsi nəzərdə tutulur. Eyni zamanda həmin anlayışdan bu və ya digər nitq təzahürünün keyfiyyətini bildirmək üçün də istifadə edilir.
Bildiyimiz kimi, dil lüğət fondu, qrammatik quruluşu, fonetik sistemi ilə təşəkkül tapmış ünsiyyət vasitəsidir. Nitq isə xalqın hər bir nümayəndəsinin bu ünsiyyət vasitəsindən fərqli istifadəsidir, ayrı-ayrı insanların danışığıdır.
Hər hansı bir xalqın milli mədəniyyətinin göstəricilərindən biri də gözəl nitqdir. Gözəl nitq üçün, əsasən, iki şərt tələb olunur:
1.Dilin özünün ifadə imkanlarının genişliyi, yəni hər hansı bir fikri ifadə etmək imka-nının olması.
2.Bu dildə danışanın yüksək hazırlığı, yəni dilin ifadə imkanlarından düzgün şəkildə istifadə etməsi.
Hər hansı dilin fonetik, leksik (yaxud leksik-semantik), qrammatik, eləcə də orfoq-rafik və orfoepik qayda-qanunları vardır. Onları öyrənmədən, bilmədən nitq mədəniyyətinə yiyələnmək mümkün deyildir. Haqqında danışılan qayda-qanunlar müəyyən tarixi təkamülün məhsulu olub, cəmiyyətin normal ünsiyyətinə xidmət edir.
Azərbaycan dili fonetik, leksik və qrammatik quruluşuna görə dünyanın inkişaf etmiş və zəngin dillərindən biri sayılır. Bu dilözünəməxsus musiqili ahəngi, səlisliyi və axıcılığı ilə diqqəti cəlb edir. Çox-çox qədim zamanlarda dilimizdə şifahi xalq ədəbiyyatı nümunə-ləri, sonralar isə yazılı ədəbiyyat yaranmışdır. İstər şifahi, istərsə də yazılı ədəbiyyatımız xalqımızın gözəl və zəngin nitq mədəniyyətinin olduğunu sübut edir.
Milli mədəniyyətin, o cümlədən də nitq mədəniyyətinin qoruyucusu, daşıyıcısı bütöv-lükdə xalqdır. Xalqın hər bir nümayəndəsi nitq mədəniyyətinə dərindən yiyəlnəməli və onu layiqli şəkildə qorumalıdır. Bu mədəniyyəti inkişaf etdirməkdə, yaymaqda söz ustalarının böyük xidmətləri olmuşdur.
Nitq mədəniyyəti nitqin müxtəlif şəraitində məzmun və məqsədə uyğunolaraq ədəbi dilin yazılı və şifahi formalarından, ifadəlilik vasitələrindən istifadəedə bilmə bacarığıdır. Bu anlayış dilin mənimsənilməsinin iki pilləsini özündəehtiva edir: 1) düzgün nitq, yazan, oxuyan və danışanın nitq normalarını gözləməsi; 2) nitq məharəti. Təkcə nitq normalarını deyil, həm də mövcudvariantlardan məzmun baxımından dəqiq, üslub və situativlik cəhətdən dahauyarlı dil vahidini seçib işlədə bilmək. Nitq mədəniyyəti normativ qrammatika iləüslubiyyatın vəhdətidir.
Başqa bir mənbədə mədəni nitq, nitq mədəniyyəti anlayışı belə izaholunur: “Nitq mə-dəniyyəti – nitqin ədəbi dil normalarına uyğunluğu, dilin ifadəvasitə və imkanlarından nitqin məqsəd və məzmununa müvafiq surətdə istifadəetmək bacarığı; dil səviyyələrinin və onlara daxil olan vahidlər sistemininformalaşdırılması, təkmilləşdirilməsi problemlərini, dil hadisə və proseslərinininkişaf xəttini, üslubiyyat məsələlərini araşdıran dilçilik bəhsi”. Bu tərif nitqmədəniyyəti anlayışını ehtiva etmək baxımından daha dəqiq və əhatəlidir.
Nitq mədəniyyəti insanın yüksək ictimai mədəniyyəti, təfəkkür mədəniyyəti, dilə şü-urlu sevgisi, ən yüksək keyfiyyətdir. Böyük Britaniyada qadınlarınnitqi ilə bağlı aparılan sosioloji tədqiqatlar göstərmişdir ki, nə qədər nitqdüzgündürsə qadın şəxsi və professional həyatda bir o qədər xöşbəxtdir. Bunəticəni, şübhəsiz, dilin bütün daşıyıcılarına aid etmək olar. İnsanın nitqi onun içdünyasını aşkarlayan başlıca vasitədir. Adamları tanımaq, onlara bələd olmaqüçün, hər şeydən əvvəl, ünsiyyətə girmək, təmasda olmaq lazımdır. Antik dövrünböyük filosofu Sokrat həmişə deyərmiş: “Ey insan danış səni tanıyım”. Həzrət Əlibuyururdu ki, hər kəs öz dilinin altında gizlənib. Danışmayınca onun ağıllı və yaağılsız olması məlum olmur. Tarixi inkişafın bütün dövrlərində nitqə, onungözəlliyinə xüsusi diqqət yetirilmiş, qiymət ve-rilmişdir.“Qabusnamə”də deyilir: “Sözü ən gözəl tərzdə söyləmək lazımdır ki, həmsöz an-layan olasan, həm də söz anladasan”.
Maraqlı və canlı danışıq aləmi səslərin deyiliş tərzi, işlənmə forması iləçox bağlıdır. K.S.Stanislavskinin dediyi kimi, “sadə və gözəl danışığı bacarmaqözü bir elmdir və onun xüsusi qanunları var”.A.P.Çexov “Gözəl danışığa etinasız yanaşan adamlar özlərini insana layiqola biləcək ən ali, nəcib bir zövqdən məhrum edirlər” fikrini söyləmişdir.Bir latın atalar sözündə deyilir ki, şair anadan şair doğulur, natiqlər isətədricən yetişir. Buradan aydın şəkildə bəlli olur ki, gözəl danışığa yiyələnməkhəyatda qazanılır və hər kəsin özündən asılıdır. Lap qədim zamanlarda yaranmışbir zərb-məsəldə deyilir: “Sözün zahiri zərif, batini lətif olmalıdır”.
Nitq mədəniyyətinə yiyələnmək üçün dilin lüğət tərkibinə dərindən bələdlik, onun fo-netik, leksik-semantik və qrammatik normalarına yiyələnmək, dil qanunlarını nitqdə düzgün tətbiq edə bilmək zəruridir. Söz ehtiyatı zəngin olan, sözlərin məna çalarlarını nitqində düzgün əlaqələndirməyi bacaran, geniş erudisiyalı insan öz fikrini çətinlik çəkmədən məntiqi cəhətdən ifadə edə bilmək qabiliyyətində olur.
Yaxşı nitqi, mədəni nitqi şərtləndirən bir sıra tələblər (əslində onlarmədəni nitqin keyfiyyətləridir) vardır ki, bunlar nitqin normativliyidir. Həmintələblər bunlardır: aydınlıq, düzgünlük, sadəlik, dəqiqlik, yığcamlıq, zənginlik,təmizlik, münasiblik, ifadəlilik, orijinallıq, səmimilik və s. Yazılı nitq mədəniyyətiprobleminə həmçinin orfoqrafiya və durğu işarələrinə əməl edilməsi də daxildir.Bunlar hər biri ayrılıqda və hamısı birlikdə etalon səviyyəli nitqi yaradır ki, bunitqə yiyələnənlər natiqlik sənətində, müəllimlik fəaliyyətində və digər sahələrdəböyük uğurlar qazanırlar.

İstifadə olunmuş ədəbiyyat siyahısı [ redaktə ]

1.Gülsəda Quluqızı. Nitq mədəniyyəti. Nitqin yığcamlığı üzərində iş. “Təhsil problemləri” saytı. Bakı, 2014
2. Abdullayev N.Ə. Nitq mədəniyyətinin əsasları. Dərs vəsaiti. Bakı, 2013
3. Nağısoylu M.Z. Ali təhsilə hazırlıq kurslarının dinləyiciləri üçün dərs vəsaiti.
4. Hüseynov S.S. Nitq mədəniyyəti (dərslik). Bakı, “Yazıçı” nəşriyyatı, 2010

Похожие статьи

Comments are closed, but trackbacks and pingbacks are open.