Press "Enter" to skip to content

Məyin mühafizəsi haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Bununla yanaşı, ötən dövrdə ölkəmiz tərəfindən BƏT-in əsas işçi hüquqları ilə bağlı 57 Konvensiyası, o cümlədən əməyin mühafizəsi və təhlükəsizliyinə dair 21 Konvensiyası ratifikasiya olunub və ölkənin əmək qanunvericiliyi ümumbəşəri dəyərlər əsasında daim təkmilləşdirilib.

28 Aprel – Ümumdünya Əməyin Mühafizəsi günüdür

Azərbaycanda əməyin mühafizəsi ilə bağlı dövlət siyasəti ümumbəşəri prinsiplərə əsaslanır.

Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən 2003-cü ildən etibarən 28 Aprel – Ümumdünya Əməyin Mühafizəsi Günü kimi elan edilib və bütün dünyada olduğu kimi, Azərbaycanda da hər il qeyd olunur.

Ümumdünya Əməyin Mühafizəsi Gününün təsis olunması cəmiyyətin diqqətini işçilərin sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin olunması, istehsalat qəzalarının qarşısının alınması üçün profilaktik tədbirlərin görülməsi məsələlərinə cəlb etməkdir.

BƏT-in məlumatına görə, dünyada hər il istehsalatla əlaqəli bədbəxt hadisələr peşə xəstəlikləri nəticəsində təxminən 2,34 milyon nəfər həlak olur. 160 milyondan çox insan müxtəlif dərəcəli bədən xəsarəti alır və ya peşə xəstəliklərinə tutulur. İstehsalat qəzaları nəticəsində dünya üzrə ümumi daxili məhsulun 4%-nin və ya 2,8 trln. ABŞ dollarının itirilməsi ilə nəticələnir.

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq hələ 1995-ci ildə referendum yolu ilə qəbul edilən müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının 35-ci maddəsində hər kəsin sağlam və təhlükəsiz şəraitdə işləmək hüququ əksini tapıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, 1999-cu ildə isə MDB-də ilk dəfə olaraq Azərbaycanda Əmək Məcəlləsi qəbul edilib ki, onun 317 maddəsindən 33-ü məhz əməyin mühafizəsi norma, qayda və prinsiplərini, hüquqi, təşkilati, texniki, maliyyə təminatı məsələlərini əhatə edir.

Bununla yanaşı, ötən dövrdə ölkəmiz tərəfindən BƏT-in əsas işçi hüquqları ilə bağlı 57 Konvensiyası, o cümlədən əməyin mühafizəsi və təhlükəsizliyinə dair 21 Konvensiyası ratifikasiya olunub və ölkənin əmək qanunvericiliyi ümumbəşəri dəyərlər əsasında daim təkmilləşdirilib.

Hər bir vətəndaşın layiqli yaşayış və iş yeri ilə təmin olunması bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf strategiyasının əsas prioritetlərindən biridir. Bunun nəticəsidir ki, işçilərə sağlam və normal əmək şəraitinin yaradılmasına, əməyin mühafizəsinin və texniki təhlükəsizlik qaydalarının təmin edilməsinə, istehsalatda baş verən qəza hallarının, əmək xəsarətinin və peşə xəstəliklərinin qarşısının alınması yönündə ölkəmizdə fəal dövlət siyasəti həyata keçirilir.

Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında imzalanan 2016-2017-ci illər üçün Baş Kollektiv Sazişdə də iş yerlərində əməyin mühafizəsi, texniki və ekoloji təhlükəsizlik məsələlərinə xüsusi yer ayrılıb.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti bu siyasətin məqsədyönlü icrası istiqamətində müvafiq tədbirlər həyata keçirir. Görülən tədbirlərin əsas məqsədi əmək qanunvericiliyində əməyin mühafizəsi, habelə istehsalatda baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması üçün nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinin, bu sahədə işəgötürənlərin vəzifələrinin icrasının təmin edilməsinə yönəlib.

Xidmət tərəfindən bu istiqamətdə təbliğat-maarifləndirmə tədbirləri həyata keçirilir, işəgötürənlərə, əmək kollektivlərinə əmək qanunvericiliyi, əməyin mühafizəsi norma və standartları, qaydaları, istehsalat qəzalarının qarşısının alınması profilaktikası barədə dolğun məlumatlar verilir. İş yerlərində əməyin mühafizəsinin təmin olunması ilə bağlı sosial tərəfdaşlarla birgə də məqsədyönlü işlər aparılır.

Həyata keçirilən bu tədbirlər iş yerlərində istehsalat qəzalarının və bu hadisələr nəticəsində zərər çəkənlərin sayının azalması ilə müşahidə olunub. Məsələn, ötən il ərzində ölkəmizdə istehsalatla əlaqəli bədbəxt hadisələrin sayı əvvəlki 2014-cü illə müqayisədə 33,7 faiz, bu hadisələr nəticəsində həyatını itirənlərin sayı 45,5 faiz, xəsarət alanların sayı isə 40 faiz azalıb.

İşçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortasının təmin edilməsi üçün sığorta şirkətləri ilə qarşılıqlı faydalı əlaqələr də yaradılıb.

Bu əməkdaşlığın nəticəsi olaraq, işləyən əhali tam olaraq istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta ilə əhatə olunub.

Əməyin mühafizəsi haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Bu Qanun işləyənlərin əməyinin mühafizəsi hüququnun həyata keçirilməsini təmin etməyə yönəldilmişdir, respublikada əməyin mühafizəsi işinin təşkilinin vahid qaydasını müəyyən edir və tabeliyindən, mülkiyyət formasından və təsərrüfat fəaliyyətindən asılı olmayaraq bütün nazirliklərə, baş idarələrə, korporasiyalara, konsernlərə, assosiasiyalara, birliklərə, müəssisələrə, idarələrə, təşkilatlara, kooperativlərə, kolxozlara, sovxozlara, fermer təsərrüfatlarına və başqa təsərrüfat idarəetmə orqanlarına şamil edilir.

I fəsil ÜMUMİ MÜDDƏALAR

Maddə 1. Əməyin mühafizəsi anlayışı

Əməyin mühafizəsi müvafiq qanunvericilik aktları və digər normativ aktlar əsasında fəaliyyət göstərən sosial-iqtisadi, təşkilati, texniki, sanitariya-gigiyena və müalicə-profilaktik tədbirlərin və vasitələrin elə bir sistemidir ki, əmək fəaliyyəti prosesində insanın təhlükəsizliyini, sağlamlığının və iş qabiliyyətinin qorunmasını təmin edir.

Maddə 2. Əməyin mühafizəsi hüququ

Azərbaycan Respublikasının vətəndaşları və xarici vətəndaşlar respublikanın bütün ərazisində əmək fəaliyyəti prosesində əməyin mühafizəsi, həyatın və sağlamlığın qorunması hüququna malikdirlər.

Maddə 3. Əməyin mühafizəsi haqqında qanunvericilik

Əməyin mühafizəsi haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasından, bu Qanundan, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının digər qanunvericilik aktlarınn və bunlara müvafiq surətdə qəbul edilən normativ aktlardan, Azərbaycan Respublikasının təsdiqlədiyi beynəlxalq normativ-hüquq aktlarından və dövlətlərarası müqavilələrdən ibarətdir.

Bundan sonra “müəssisələr və təşkilatlar adlandırılacaq.

İşçilərin əməyinin mühafizəsi hüququ üçün başqa qanunvericilik aktlarında müəyyən edilmiş təminatlar bu Qanunda nəzərdə tutulmuş müvafiq təminatlardan aşağı olmamalıdır. Bu Qanuna zidd olan aktlar etibarsız sayılır.

Əməyin mühafizəsi üzrə qanunlar, standartlar, normalar, qaydalar, təlimatlar bütün müəssisələr və təşkilatlar, onların vəzifəli şəxsləri, işverənlər və işçilər üçün məcburidir.

Maddə 4. Əməyin mühafizəsi haqqında qanunvericiliyin qüvvəsi

Əməyin mühafizəsi haqqında qanunvericiliyin qüvvəsi müxtəlif mülkiyyət və təsərrüfatçılıq formalarına məxsus müəssisələr, idarələr və təşkilatlar ilə, o cümlədən ayrı-ayrı işçitutanlarla əmək münasibətlərində olan bütün işçilərə; kooperativlərin üzvlərinə, istehsalat təcrübəsi keçən ali, orta ixtisas, texniki peşə və ümumtəhsil məktəblərinin tələbə və şagirdlərinə, müəssisələrdə işə cəlb edilən hərbi qulluqçulara, məhkəmənin hökmü ilə cəza çəkən şəxslərə— onlar islah-əmək müəssisələrində və ya hökmlərin icrasını həyata keçirən orqanların müəyyənləşdirdiyi müəssisələrdə işlədikləri dövrdə, həmçinin cəmiyyətin və dövlətin mənafeyi naminə təşkil olunan əmək fəaliyyətinin digər növlərinin iştirakçılarına şamil edilir.

Maddə 5. Əməyin mühafizəsi sahəsində dövlət siyasətinin əsas prinsipdən

Öz hakimiyyət və idarəetmə orqanlarının simasında Azərbaycan Respublikası həmkarlar ittifaqlarının və zəhmətkeşlərin, sahibkarların digər nümayəndəli təşkilatlarının iştirakı ilə əməyin mühafizəsi sahəsində dövlət siyasətini hazırlayır, həyata keçirir, vaxtaşırı dəyişdirir və bu zaman aşağıdakı prinsiplərə əsaslanır:

Bütün qanunvericilik, icra hakimiyyəti orqanlarının, nəzarətçi idarəetmə orqanlarının, nazirliklərin, baş idarələrin, xidmətlərin, yerli özünüidarə orqanlarının, müəssisələrin və təşkilatların əmək şəraitinin və əməyin mühafizəsinin yaxşılaşdırılmasına, istehsalat zədələrinin və peşə xəstəliklərinin qarşısının alınmasına yönəldilmiş fəaliyyət birliyi;

işçinin həyat və sağlamlığının müəssisənin istehsal fəaliyyətinin nəticələrindən üstün tutulması;

Əməyin mühafizəsi sahəsində fəaliyyətin iqtisadi və sosial siyasətin digər istiqamətləri ilə, ətraf mühitin mühafizəsi sahəsində fəaliyyətlə əlaqələndirilməsi;

Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq bütün müəssisələr və təşkilatlar üçün əməyin mühafizəsi sahəsində vahid tələblərin müəyyən edilməsi;

Əməyin mühafizəsi tələblərinin bütün müəssisələrdə və təşkilatlarda yerinə yetirilməsinə müstəqil və səmərəli nəzarətin həyata keçirilməsi;

əməyin mühafizəsi sahəsində elm və texnika nailiyyətlərindən, qabaqcıl təcrübədən, o cümlədən xarici ölkələrin nailiyyətlərindən və təcrübəsindən geniş istifadə edilməsi, təhlükəsiz texnikanın və texnologiyanın, işləyənləri mühafizə vasitələrinin hazırlanmasının və tətbiqinin həvəsləndirilməsi;

Müəssisələrdə və təşkilatlarda sağlam və təhlükəsiz əmək şəraiti yaradılmasına kömək göstərən vergi siyasətinin yeridilməsi;

əməyin mühafizəsinin maliyyələşdirilməsində dövlətin iştirakı;

İşçilərin xüsusi geyim və ayaqqabı, digər fərdi mühafizə vasitələri ilə, müalicə-profilaktik yeməklə pulsuz təmin edilməsi;

ali və orta ixtisas məktəblərində əməyin mühafizəsi üzrə mütəxəssislərin hazırlanması;

İstehsalatda baş vermiş hər bir bədbəxt hadisənin, peşə xəstəliyinin hökmən təhqiq edilməsi, uçota alınması və təhlil edilməsi və bunun əsasında istehsalatda zədələnmələrin və peşə xəstəliklərinin səviyyələri barədə əhaliyə məlumat verilməsi;

İstehsalatda bədbəxt hadisələrdən zərər çəkmiş və ya peşə xəstəliklərinə tutulmuş işçilərin mənafelərinin sosial müdafiəsi;

həmkarlar ittifaqlarının, digər ictimai təşkilatların, müəssisələrin və ayrı-ayrı şəxslərin əməyin mühafizəsini təmin etməyə yönəldilmiş fəaliyyətinə hərtərəfli yardım olunması;

Əməyin mühafizəsi məsələlərinin həllində beynəlxalq əməkdaşlıq.

Maddə 6. Əməyin mühafizəsi problemlərinə dair qərarların hazırlanmasında və qəbul edilməsində ictimai təşkilatların iştirakı

Müəssisələr, mütəxəssislər, vətəndaşlar əməyin mühafizəsi problemlərini həll etmək üçün birləşərək Azərbaycan Respublikasının ictimai təşkilatlar haqqında qanunvericiliyinə müvafiq surətdə fəaliyyət göstərən ictimai təşkilatlar yarada bilərlər.

Dövlət və təsərrüfat idarəetmə orqanlarını, nəzarət orqanları, habelə müəssisələr bu təşkilatlara hərtərəfli kömək göstərir və əmək mühafizəsinin təmin edilməsi məsələlərinə dair qərarları işləyərkən və qəbul edərkən onların təkliflərini və tövsiyələrini nəzərə alır.

Maddə 7. Beynəlxalq müqavilələr və sazişlər yerinə yetirilərkən əməyin mühafizəsi

Azərbaycan Respublikasının müəssisələri və vətəndaşları beynəlxalq müqavilələr və sazişlər əsasında xaricdə işləyərkən əməyin mühafizəsi üzrə tələblər müəyyən edilməyibsə, bu müqavilələrdə və sazişlərdə nəzərdə tutulmuş tələblər tətbiq edilir.

Azərbaycan Respublikasının müəssisələrində işləyən xarici vətəndaşların əməyinin mühafizəsi sahəsində münasibətlərin tənzimlənməsi xüsusiyyətləri əlaqədar tərəflərin razılığına əsasən müəyyən edilir.

II fəsil ƏMƏYİN MÜHAFİZƏSİNİN TƏŞKİLATİ-TEXNİKİ VƏ MALİYYƏ TƏMİNATI

Maddə 8. Əməyin mühafizəsini dövlət idarəetməsi

Respublikada əməyin mühafizəsini dövlət idarəetməsini Azərbaycan Respublikasının Nazirlər Kabineti, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, yerli hakimiyyət orqanları, habelə xüsusi səlahiyyət verilmiş dövlət orqanları Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq sürətdə həyata keçirirlər.

Azərbaycan Respublikasının hökuməti:

Əməyin mühafizəsi sahəsində vahid dövlət siyasətini hazırlayır və həyata keçirir, əmək şəraitini yaxşılaşdırmaq və əməyin mühafizəsini təmin etmək sahəsində nazirliklərin, baş idarələrin, konsernlərin, assosiasiyaların, birliklərin, müəssisələrin, təşkilatların, kooperativlərin, yerli özünüidarə orqanlarının və digər orqanların vəzifələrini müəyyənləşdirir, sağlam və təhlükəsiz əmək şəraitini təmin etmək sahəsində onların fəaliyyətini əlaqələndirir və ona nəzarət edir;

Həmkarlar ittifaqlarının və zəhmətkeşlərin, sahibkarların digər nümayəndəli təşkilatlarının iştirakı ilə əmək şəraitinin və əməyin mühafizəsinin yaxşılaşdırılmasına dair proqramlar işləyib hazırlayır və onların yerinə yetirilməsini təşkil edir;

Əməyin mühafizəsi və təhlükəsizlik texnikası haqqında qanunvericiliyə əməl edilməsinə nəzarət edən xüsusi dövlət orqanlarının və müfəttişliklərinin əsasnamələrini təsdiq edir;

Azərbaycanda Dövlət Əməyin Mühafizəsi Fondu yaradılıb

Azərbaycanda Dövlət Əməyin Mühafizəsi Fondu yaradılıb Nazirlər Kabinetinin qərarı ilə Dövlət Əməyin Mühafizəsi Fondu yaradılıb.

2 Oktyabr , 2019 09:15

https://static.report.az/photo/6014feb9-305f-4437-9722-37d07475a207.jpg

Nazirlər Kabinetinin qərarı ilə Dövlət Əməyin Mühafizəsi Fondu yaradılıb. “Report” xəbər verir ki, sənədi Baş Nazir Novruz Məmmədov imzalayıb. Qərarla təsdiqlənən Dövlət Əməyin Mühafizəsi Fondunun Əsasnaməsi Dövlət Əməyin Mühafizəsi Fondunun idarə olunması və onun vəsaitlərindən istifadə edilməsi qaydalarını tənzimləyir. Fondun məqsədi ölkədə əməyin mühafizəsi sahəsində vahid dövlət siyasətinə uyğun olaraq həyata keçirilən əməyin mühafizəsi tədbirlərinə maddi-texniki dəstək verməkdən ibarətdir. Fondun idarə edilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Fondun vəsaiti aşağıdakı mənbələr hesabına formalaşdırılır: 1. istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortanı həyata keçirən sığortaçıların könüllü ödəmələrindən; 2. müəssisələrin və vətəndaşların könüllü ödəmələrindən və başqa ödəmələrdən. Fondun vəsaiti Nazirliyin büdcədənkənar xüsusi xəzinə hesabında yığılır və Nazirlik bu vəsaitlər üzərində sərəncam verir. Fondun vəsaitlərindən istifadə Nazirlik tərəfindən hər il üçün təsdiq olunan gəlir və xərclər smetası əsasında həyata keçirilir. Maliyyə ilinin sonuna Fondun hesabında qalan xərclənməmiş vəsait növbəti ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilir və bu Əsasnaməyə uyğun olaraq istifadə edilir. Fondun vəsaiti Azərbaycan manatı və xarici valyutalarla formalaşdırılır. Fondun vəsaiti Əsasnamədə nəzərdə tutulmayan məqsədlərə istifadə edilə bilməz. Fondun vəsaitindən aşağıdakı istiqamətlərdə istifadə olunur: 1. əməyin mühafizəsi üzrə elmi tədqiqat işlərinin maliyyələşdirilməsinə, 2. əməyin mühafizəsi üzrə mütəxəssislərin hazırlanmasına, 3. əməyin mühafizəsi normaları, standartları və qaydalarının hazırlanmasına, 4. əməyin mühafizəsi sahəsində təbliğat və maarifləndirmə işlərinə, 5. əməyin mühafizəsi sahəsində fəaliyyət göstərən dövlət orqanlarının maddi-texniki bazasının yaradılmasına və inkişafına (o cümlədən, texnoloji qurğuların, cihazların, avadanlıqların, nəqliyyat vasitələrinin, qeyri-maddi aktivlərin, mal-materialların və ləvazimatların alınmasına, əsaslı və cari təmirinə), 6. əməyin mühafizəsi sahəsində nəzarət və monitorinqlərin təşkilinə və həyata keçirilməsinə, 7. Nazirliyin işçilərinin kollektiv və ya fərdi qaydada mükafatlandırılmasına, 8. əmək münasibətləri, məşğulluq, sosial müdafiə və təminat sahəsində dövlət və regional proqramların hazırlanmasına və yerinə yetirilməsinə. Fondun vəsaitlərindən istifadə olunması haqqında ilin yekunlarına görə hesabat Nazirlik tərəfindən hazırlanaraq, Maliyyə Nazirliyinə təqdim olunur. Fondda olan vəsaitlərdən səmərəli istifadə olunmasına Nazirlik və Maliyyə Nazirliyi tərəfindən nəzarət edilir.

Comments are closed, but trackbacks and pingbacks are open.