Press "Enter" to skip to content

Azerbaycan dilinin uslubiyyati

Azərbaycan dili öz qrammatik quruluşuna görə zəngin, fonetik ahənginə görə qeyri-adi gözəlliyə malik bir dildir. Əcdadlarımızın bizə miras qoyub getdiyi bayatılarımızdan, laylalarımızdan, nağıllarımızdan, dastanlarımızdan, bizə gəlib çatan qədim abidələrimizdən başlayaraq İ.Həsəno ğlu, İ.Nəsimi, Ş.İ.Xətayi, M.Füzuli. M.R.Vaqif, M.F.Axundzadə, C.Məmmədquluzadə, S.Vurğun kimi dühaların zəngin irsi ilə bizə gəlib çıxan bu misilsiz sərvət müstəqillik qazandıqdan sonra əsas milli atributdan biri kimi inkişaf etdirilir. Zaman-zaman Azərbaycanın düşünən beyinləri dili xalqın yaşaması üçün ən mühüm atribut hesab etmiş, özünün bu dəyərli milli sərvətini kənar dillərin təsirindən qoruya bilmişdir.

Azərbaycan ədəbi dilinin üslubları.

Funksional üslublar mili ictimai təfəkkürümüzün əsas sahələrini əhatə edir. Hər bir üslubun özünəməxsus dil vasitələri, vahidləri, tarixi inkişaf prosesləri vardır. Məhz həmin əlamətlər üslubları bir-birindən ayırır.

Azərbaycan ədəbi dilinin üslublarını bir- birindən fərqləndirən cəhətlər olduğu kimi, onları birləşdirən cəhətlər də vardır. Bu üslublar ədəbi dilin fonetik, leksik və qrammatik normalarına tabedir.

Azərbaycan ədəbi dilinin funksional üslubları öz inkişaf səviyyəsinə, mükəmməlliyinə, müasir dünya təfəkkürünü ifadə etmək imkanlarına görə də bir-birindən fərqlənirlər. Azərbaycan dili yüzillər boyu daha çox şeir dili kimi inkişaf etmiş, bu dildə dünya şöhrətli poeziya nümunələri yaranmışdır. Ədəbi dilin bədii üslubu mükəmməlliyi, tarixiliyi ilə seçilir.

Azərbaycan alimləri istər orta əsrlərdə, istərsə də sonralar əsərlərini, əsasən, beynəlxalq dillərdə, istersə də sonralar əsərlərin, əsasən, beynəlxalq dillərdə yazdıqlarına görə, Azərbaycan dilinin elmi üslubu bədii, yaxud publisistik üslub qədər geniş istifadə imkanları qazanmamışdır. Bunun bir səbəbi də elmin, intellektin beynəlmiləçi xarakteri ilə bağlıdır.

Mətbuatın əsasının qoyulması ilə publisistik üslub yaranmış və inkişaf etmişdir. Yeni dövrdə ədəbiyyatın digər növlərində gözəl əsərlər yazılmış, Azərbaycan dilinin publisistik üslubu formalaşıb zənginləşmişdir.

Ədəbi dildə mövcud olan üslublardan biri də məişət dili, məişət üslubudur. O zamanlar xalqın ünsiyyət saxladığı dilin özü bu gün məişət dili kimi qavradığımız nitqdir. Rəsmi – işgüzar üsluba gəldildə isə bu, milli dövlətçilik, idarəçilik təcrübəsi olan yerdə formalaşır. Azərbaycan ədəbi dilinin həmin üslubu bütün funksional üslublardan geri qalmışdı.

Müstəqil Azərbaycan dövlətinin yaranıb möhkəmlənməsi ilə

rəsmi-işgüzar üslub yüksək sürəilə inkişaf etməkdədir.

Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.

Azerbaycan dilinin uslubiyyati

Dövlət müstəqilliyi və Azərbaycan dilinin inkişafı

Dil millətin varlığının əsas şərtlərindən, göstəricilərindən biridir. Azərbaycan xalqının varlığını yaşadan Azərbaycan dili neçə yüz illərdir ki, onun milli, mənəvi varlığını, mövcudluğunu qoruyub saxlayır. Ona görə də ana dili hər bir xalqın qürur mənbəyidir. Tarix boyu başı min cür bəlalar çəkmiş Azərbaycan xalqı zaman-zaman repressiyalara məruz qalsa da öz ana dilini qoruyub saxlaya bildi. Müxtəlif illərdə Azərbaycan xalqı bütün istilalara, təzyiqlərə baxmayaraq, reallığının, ruhunun, həyatının təzahürü olan bu müqəddəs sərvətimizi qoruyub yaşadaraq, inkişaf etdirərək ən təkmil, mükəmməl dil səviyyəsinə qaldıra bildi.

Azərbaycan dili öz qrammatik quruluşuna görə zəngin, fonetik ahənginə görə qeyri-adi gözəlliyə malik bir dildir. Əcdadlarımızın bizə miras qoyub getdiyi bayatılarımızdan, laylalarımızdan, nağıllarımızdan, dastanlarımızdan, bizə gəlib çatan qədim abidələrimizdən başlayaraq İ.Həsəno ğlu, İ.Nəsimi, Ş.İ.Xətayi, M.Füzuli. M.R.Vaqif, M.F.Axundzadə, C.Məmmədquluzadə, S.Vurğun kimi dühaların zəngin irsi ilə bizə gəlib çıxan bu misilsiz sərvət müstəqillik qazandıqdan sonra əsas milli atributdan biri kimi inkişaf etdirilir. Zaman-zaman Azərbaycanın düşünən beyinləri dili xalqın yaşaması üçün ən mühüm atribut hesab etmiş, özünün bu dəyərli milli sərvətini kənar dillərin təsirindən qoruya bilmişdir.

Bununla belə, ana dili problemi bu gün yenə də aktual problem olaraq qalır, buna görə də dövlət tərəfindən bu problemin həlli üçün müxtəlif tədbirlər görülür. Azərbaycan müstəqillik qazandıqdan sonra qəbul edilmiş bir sıra qanun və qərarlar dilin inkişaf etməsi üçün yollar açır. 1995-ci il noyabrın 12-də qəbul edilmiş müstəqil dövlətimizin Konstitusiyasında Azərbaycan dili rəsmi dövlət dili elan olundu. Konstitutsiyanın 21-ci maddəsində deyilir: “Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir”.

Ümummilli lider Heydər Əliyev müstəqillik illərində Azərbaycan dilinin qorunub saxlanılması, onun zənginləşdirilməsi istiqamətində də böyük işlər gördü. Azərbaycan müstəqilliyini qazandıqdan sonra milli şüurun inkişafı, demokratik cəmiyyət yaranması ana dilimizin tətbiq sahəsini genişləndirməyi bir zərurətə çevirdi. Azərbaycan dilinin milli-mənəvi, siyasi-hüquqi haqqının bərpa olunması istiqamətində atılmış vacib addımlardan biri 18 iyun 2001-ci ildə “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərmanın imzalanması olmuşdur. Fərmanda Azərbaycan dilinin tarixi inkişaf yolları, habelə müstəqil dövlətçilik atributu kimi rolu və funksiyası göstərilmiş, əvvəlki on il ərzində tətbiqi vəziyyəti hərtərəfli nəzərdən keçirilmişdir. Eyni zamanda, problem və nöqsanlar müəyyənləşdirilərək onların aradan qaldırılması barədə müvafiq tapşırıqlar verilmiş və qəti olaraq 2001-ci il avqust ayının 1-dən latın qrafikalı Azərbaycan əlifbasına keçilməsi qərara alınmışdır.

Prezident sərəncamında qeyd olunur ki, müstəqilliyimizin qazanılmasından sonra yaranmış tarixi şərait xalqımızın dünya xalqlarının ümumi yazı sisteminə qoşulması üçün yeni perspektivlər açmış və latın qrafikalı Azərbaycan əlifbasının bərpasını zəruri etmişdir. Bu amil isə dil haqqında müvafiq qanunun, eləcə də digər normativ aktların qəbul olunmasını sürətləndirmişdir.

Bu mənada sənəddə on ilə yaxın bir müddətdə latın qrafikalı Azərbaycan əlifbasına keçid ölkəmizdə 2001-ci il avqust ayından bütövlükdə təmin edilmişdir. Yeni əlifbadan istifadənin müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi həyatında, yazı mədəniyyətinin tarixində mühüm hadisə olduğu nəzərdə tutularaq hər il Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilməsi Prezident tərəfindən verilmiş fərmanda qərara alınm ışdır. Latın qrafikalı Azərbaycan əlifbasına keçid hələ 1991-ci ildən nəzərdə tutulsa da, bu prosesi normal səviyyədə başa çatdırmağın mümkünsüzlüyü açıq-aşkar görünürdü.

Ölkədə nəşriyyat-poliqrafiya işinin paralel olaraq latın və kiril əlifbaları ilə aparılması əhalinin çaşqınlığı və haqlı narazılığı ilə qarşılanır, kütləvi diskomfort yaradırdı. Bu problem eynilə mətbuat sahəsində də özünü açıq büruzə verir, qəzetlər yarı latın qrafikalı Azərbaycan əlifbası, yar ı kiril əlifbası ilə nəşr olunurdu.

Maarifçilik nöqteyi-nəzərindən cəmiyyətə örnək və nümunə göstərməli olan mətbuat latın qrafikalı əlifbaya keçid məsələsində konyuktur maraqları daha çox əks etdirir, hətta oxucu auditoriyasının daralacağını bəhanə gətirən bəzi qəzetlər bu prosesi ciddi şəkild ə əngəlləməyə çalışırdılar. Xüsusilə də qərəzli müxalifət mətbuatında belə cəfəng iddialar səslənirdi ki, guya, Azərbaycan xalqı hələ əlifba dəyişikliyinə hazır deyil, bu prosesi zamanın öhdəsinə buraxmaq lazımdır. Amma əslində bu süni maneçiliklər xalqın ümumi rəyini, istək və arzularını əks etdirmirdi.

Sonrakı proseslər Azərbaycan xalqının da bu əlifba dəyişikliyinə psixoloji və intellektual cəhətdən hazır olduğunu təsdiqləməklə yanaşı, ümummilli lider Heydər Əliyevin milli mənafelərə tam cavab verən müdrik qərar qəbul etdiyini göstərdi. Heydər Əliyev fəxarətlə deyirdi: “Bilirsiniz ki, mən son vaxtlar Azərbaycanın dövlət dili, ana dili, Azərbaycan dili haqqında bir çox fərmanlar vermişəm. Azərbaycanın latın əlifbasına, latın qrafikasına keçməsi haqqında fərman vermişəm. Bu, artıq avqust ayının 1-dən tətbiq olunubdur. Çox məmnunam ki, mən buna nail oldum. Çünki bəziləri etiraz edirdilər ki, qısa müddətdə buna nail olmaq olmaz. Amma oldu. Bütün dövlət orqanlarında, hakimiyyət orqanlarında, təkcə dövlət, hakimiyyət orqanlarında yox, təhsildə, səhiyyədə biznes sahəsində, hər yerdə Azərbayanın dövlət dili, ana dili, Azərbaycan dili hakim olmalıdır”.

Ümummilli liderimiz Heydər Əliyev dil məsələsinə dövlət siyasətinin tərkib hissəsi kimi yanaşırdı. Ona görə də qeyd edirdi ki, xalqın, millətin, insanın öz ana dilindən əziz bir şeyi ola bilməz. Məhz dilə dövlət səviyyəsində belə yanaşmanın nəticəsidir ki, “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 9 avqust 2001-ci il tarixli prezident fərmanı ilə xalqımızın əlamətdar bayramları sırasına biri də əlavə olunmuşdur.

Həmin fərmana əsasən, hər il avqust ayının 1-i respublikamızda Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi geniş qeyd olunur. Heydər Əliyev tərəfindən “Azərbaycan əlifbası və Azərbaycan dili gününün qeyd edilməsi haqqında” bu prezident fərmanı dilimizin tətbiqi işinə stimul vermiş, yaddaşımıza və milli-mənəvi dəyərlərimizə, ədəbi-mədəni irsimizə ehtiramı rəsmiləşdirmişdir. Eyni zamanda, əlifbamızın beynəlxalq aləmə daha yaxın olan latın qrafikalı Azərbaycan əlifbasına keçid prosesini sürətləndirmişdir.

Zamanında qəbul edilmiş bu qərarda Heydər Əliyevin qətiyyəti, siyasi iradəsi və prinsipiallığı nəticəsində respublikamız həmin tarixdən etibarən tam şəkildə yeni əlifbaya – latın qrafikalı Azərbaycan əlifbasına keçdi. Dillə bağlı dövlət siyasətinin mühüm mərhələsi latın qrafikalı Azərbaycan əlifbasına keçidlə səciyyələnir. Bu fərmanda irəli sürülmüş ideyalar içərisində iki istiqamət diqqəti cəlb edir: Azərbaycan dilinin bir dövlət dili olaraq qorunması; Azərbaycan dilinin bir dövlət dili olaraq inkişaf etdirilməsi.

Ulu öndərin ana dilinin taleyi barədə təməl düşüncələrini şərtləndirən dil quruculuğundakı ideya istiqaməti bu gün də müasir siyasi baxışlara uyğun səviyyədə aparılmaqdadır. Bu istiqamətdə atılmış vacib addımlardan biri də Ulu öndərin 2002-ci ildə imzaladığı “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan Republikasının qanunudur. Bu qanunda Azərbaycan dili müstəqil dövlətçiliyin əsaslarından biri olaraq qəbul edilmiş, onun digər dillər arasında yaşaması və təkmilləşdirilməsi sahəsində konseptual ideyalar irəli sürülmüşdür.

Belə bir qanunun qəbulu ölkə Prezidenti kimi Heydər Əliyev tərəfindən dövlətin milli dil, milli kimlik siyasətinin uğurla aparılmasının nəticəsi olaraq ictimai xarakter daşıyır və bununla yanaşı, həm də ana dilinə dövlət dili statusu qazandırmışdır. Ölkə həyatında dilin tarixi, müasir vəziyyəti və onun hüquqlarının müdafiə olunması, hüdudlarının genişlənməsi məsələləri daim gündəmdə qalmaqla, böyük dövlət əhəmiyyəti daşıyır.

Ümummilli liderimiz Heydər Əliyev dilimizin saflığını, mənəvi zənginliyini qorumağın vacibliyini çıxışlarında hər zaman vurğulayır, dövlət idarəçiliyində bu zəruri şərtə əməl etməyin vacibliyini önə çəkirdi. Bununla yanaşı, qeyd edirdi ki, Azərbaycan dili dünyanın inkişaf etmiş dillərindən olduğundan müasir dövrün ən müxtəlif ictimai-siyasi, elmi-mədəni, fəlsəfi-intellektual məzmun və hadisələri, informativ mənzərəsi bu dildə çevik şəkildə səlistliklə əksini tapa bilir.

Müstəqillik illərində Azərbaycan dövlətinin Prezidenti İlham Əliyevin ana dilinin dövlət dili kimi geniş, maneəsiz işləkliyi üçün göstərdiyi siyasi, milli iradə, gördüyü məqsədyönlü işlər də Azərbaycan dilinin nüfuzunun yüksəlməsinə və türk dilləri arasında mötəbər mövqe qazanmasına xidmət edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”, 2004-cü il yanvarın 14-də “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, eləcə də 2007-ci il 30 dekabrda “Dünya ədəbiyyat ı nın görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamları ana dilinin həyatımızın bütün sahələrində tam və müfəssəl tətbiqini gerçəkləşdirmişdir.

Azərbaycanda elmin, təhsilin elə bir sahəsi yoxdur ki, dövlət dilinin işlənməsi və fəaliyyəti konkret maddələr əsasında öz əksini tapmamış olsun. Müasir dövrdə Azərbaycan dili elə bir inkişaf mərhələsinə çatmışdır ki, elmi-texniki inkişaf nəticəsində yaranmış müxtəlif fikirləri, sözləri, anlayışları, xüsusi elmi və texniki terminləri çox asanlıqla ifadə etmək olar. Bu onu göstərir ki, Azərbaycan dili ictimai, siyasi, mədəni inkişafla bağlı olaraq tərəqqi edir, onun publisist, bədii, elmi və siyasi üslubları daha da inkişaf edir və zənginləşir.

Xalq qəzeti.- 2010.- 15 avqust.- S. 5.

Comments are closed, but trackbacks and pingbacks are open.