Azerbaycan edebiyyati
– Gəlişimin səbəbi təkcə təbrik deyil, mən istəyirəm ki, sən Mirzə Cəlildən namizədlik dissertasiyası yazasan.
Azərbaycan ədəbiyyatı tarixinin dövrləri yenidən müəyyən edilib
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) N.Gəncəvi adına Ədəbiyyat İnstitutu çoxəsrlik Azərbaycan ədəbiyyatı tarixinin dövrlərini yenidən müəyyən edib.
Akademiyadan Trend-ə verilən məlumata görə, akademik İ.Həbibbəylinin təqdim etdiyi Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsinin yeni konsepsiyası 10 mərhələni əhatə edir. Bu mərhələlər “Qədim dövr Azərbaycan ədəbiyyatı” (Mifoloji başlanğıc və xalq şeiri; Epos epoxası: ortaq türk abidələrindən milli bütövlüyə; Yazılı ədəbiyyata giriş (IX əsr), “Erkən intibah dövrü Azərbaycan ədəbiyyatı (X-XI əsrlər)”, “İntibah dövrü Azərbaycan ədəbiyyatı (XII əsr)”, “Orta əsrlər Azərbaycan ədəbiyyatı (XIII-XVI əsrlər)”, “Erkən yeni dövr Azərbaycan ədəbiyyatı (XVII-XVIII əsrlər)”, “Azərbaycan ədəbiyyatının maarifçi realizm dövrü (XIX əsr)”, “Milli-demokratik hərəkat dövrü Azərbaycan ədəbiyyatı (XIX əsrin doxsanıncı illərindən 1937-ci il repressiyalarına qədər)”, “Azərbaycan ədəbiyyatında sosialist realizmi mərhələsi (1920-1960-cı illər)”, “Erkən ən yeni dövr və keçid dövrü Azərbaycan ədəbiyyatı (1960-1995)”, “Azərbaycan ədəbiyyatının müstəqillik dövrü”dür.
AMEA Rəyasət Heyətinin son iclasında humanitar və ictimai elmlərə dair orta və ali məktəb dərsliklərinin hazırlanmasında akademik İsa Həbibbəylinin təklif etdiyi dövrləşdirilmə konsepsiyasından istifadənin nəzərə alınması barədə qərar təsdiq edilib. Həmçinin AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutunda nəşrə hazırlanan “Azərbaycan ədəbiyyatı tarixi” oncildliyinin yazılmasında yeni konsepsiyaya istinad edilməsi, bundan əlavə “Azərbaycan tarixi”, “Azərbaycan incəsənəti tarixi”, “Azərbaycan fəlsəfə tarixi” və bu qəbildən olan başqa çoxcildliklərin hazırlanmasında vahid konsepsiyanın müəyyənləşdirilməsi barədə qərar qəbul olunub.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]
Bizi Twitter-dən izləyin: @trend_az
Azerbaycan edebiyyati
filologiya elmləri doktoru, professor,
Azərbaycan Milli Ensiklopediyasının baş redaktoru.
Abbas Zamanov Universitetdə təhsil aldığımız dövrdə tələbələrin sevdiyi müəllimlərdən idi. Sonralar nəşriyyat redaksiyalarında çalışdığım zamanlar Abbas müəllimlə daha yaxından tanış oldum, onunla ünsiyyət bağladım və yavaş-yavaş onun dostlarından birinə çevrildim.
Abbas müəllimi sevdirən cəhət nə idi? Xüsusilə, 70-80-ci illərin qaynar gəncliyi Abbas müəllimdə hansı cəhətləri görmüşdü və nəyə görə onunla ünsiyyət bağlamışdı? Hansı cəhətləri bizim diqqətimizi cəlb etmişdi?
Abbas müəllim məqamında söz deməyi bacardığına və sözünün sahibi olduğuna görə sevilirdi. Abbas müəllim qətiyyətli söz deməyi bacardığına görə sevilirdi. Millət adına, xalq adına söz de-məyi bacaran insan olduğuna görə o bizim qəlbimizdə özünəməxsus yer tutmuşdu. Digər bir tərəfdən Abbas müəllim ədəbiyyatımızın çox həs-sas sahələrinin mübariz tədqiqatçısına çevrilmişdi. Bu o sahələr di ki, həmişə milli düşüncəyə sahib olan gəncliyin diqqət mərkəzində idi.
Böyük Mirzə Cəlilin, Mirzə Ələkbər Sabirin, Cavidin ədəbi irsinin hamıya bəlli olmayan məsələlərini tədqiq edə-edə, onları müasirlərinə çatdıraçatdıra və onların milli qeyrət işini bizə sevdirə-sevdirə Abbas müəllim özü də sevilirldi, seçilirdi, bəynilirdi.
Abbas müəllim həyatda çox qətiyyətli adam idi, sözünün üstündə durmağı bacarırdı, sözündən dönən deyildi və axıra qədər mübarizə etməyə hazır idi.
Ədəbi-elmi fəaliyyətini daha çox Mirzə Cəlilin, Sabirin və Cavidin yaradıcılığına yönəltsə də, onların əsərlərinin nəşrinə çalışsa da, daha çox, bu klassiklərimizin yaradıcılığında öz əksini tapan milli xüsusiyyətləri üzə çıxarır və cəsarətlə təbliğ edirdi. O öz çıxışlarında Azərbaycan xalqının tarixi taleyi ilə bağlı məsələlərə daha çox diqqət verirdi və ona görə də 70-ci illərin qaynar gəncliyi Abbas müəllimi sevirdi və onunla ünsiyyətdə olmağa can atırdı.
Biz Jurnalistika fakültəsində oxuduğumuz 70-ci illərdə Abbas müəllimlə az-az görüşürdük, amma ona baxmayaraq Abbas müəllimin qəzetlərdə çıxan hər məqaləsi, çıxışı, xarici səfərlərini əks etdirən təəssüratlar bizim diqqətimizi cəlb edirdi və biz onunla həmişə canlı əlaqə saxlamağa çalışırdıq.
Universiteti bitirdikdən sonra Azərnəşrdə əvvəlcə korrektor, sonra isə redaktor vəzifələrində çalışmalı oldum. O zaman Abbas müəllim nəşriyyatlara tez-tez gəlirdi və redaksiyalarda bəzən ona aid olmayan, lakin xalqımızın tarixi, keçmişi ilə bağlı əsərlərin nəşrinə diqqət yetirməyi, qarşıya çıxan problemlərin həllinə köməklik göstərməyi özünə borc hesab edirdi. Nəşriyyatda çapa hazırlanan kitablarla maraqlanırdı və onların redaktorlarına məsləhətlər verirdi. Əvvəlki nəşrlərdə getmiş təhrifləri yada salır, bəzi tarixi faktların təkrar təhrif olunmamasına çalışırdı. O zaman mətbuata senzura nəzarəti güclü idi və bir çox məsələlərə başqa yöndən baxılırdı. Hətta bəzi klassik əsərlərimizdə, yaxud onlar haqqında yazılan əsərlərdə milli taleyimizlə, milli mentalitetimizlə bağlı bir sıra vacib məsələlər ixtisar olunurdu, kitablardan çıxarılırdı. Belə hallarda Abbas müəllim öz qətiyyəti ilə həm redaktorlara, həm də müəlliflərə yaxından köməklik göstərirdi.
Böyük şairimiz Sabir haqqında tərtib olunan kitabları və bu kitabların hazırlanması zamanı A.Zamanovun çəkdiyi böyük və ağır zəhməti yaxşı xatırlayıram. Abbas müəllim bizimlə sonrakı görüşlərində Mirzə Cəlilin kitablara düşməyən xatirələrindən, onun işi, dostları və Molla Nəsrəddinçilərin taleyindən elə məqamları danışırdı ki, biz ona maraqla qulaq asırdıq və təəssüf edirdik ki, bu deyilənlərin bir çoxu kitablarda öz əksini tapmır.
İş elə gətirdi ki, Moskvada çalışan Azərbaycanın görkəmli alimi, Mirzə Cəlilin və Sabirin ən yaxşı tədqiqatçılarından biri olan, Azərbaycan ədəbiyyatını Moskva universitetində tədris edən, eyni zamanda layiqincə dünyaya çatdırmağı bacaran Əziz Şərifin Azərnəşrdə kitabı plana daxil edildi və kitab üzərində işi mənə tapşırdılar. Əziz Şərif kimi görkəmli və qeyrətli bir alimin kitabını redaktə etmək gənc redaktor üçün böyük məsuliyyət və enerji tələb edirdi. İkinci bir tərəfdən Əziz Şərifin həm yaradıcılığında və həm də axtarışlarında 19-cu yüzilliyin sonu, 20-ci yüzilliyin əvvələrində Azərbaycanda baş verən ictimai-siyasi hadisələr, hərəkatlar, inqilabi çevrilişlər və eyni zamanda bu dövrdə formalaşan demokratik fikir və demokratik yazıçılar maraqlı tədqiqat obyektinə çevrilirdi. O vaxtlara qədər mən Əziz Şərifin əsərləri ilə tanış idim və eyni zamanda onun Mirzə Cəlilin yaxın dostu Qurbanəli Şərifovun oğlu olduğunu da yaxşı bilirdim. Azərbaycanda memuar ədəbiyyatına diqqətin bir qədər artdığı həmin dövrdə Əziz Şərifin vaxtilə yazdığı gündəlikləri çapa hazırlayıb nəşriyyata təqdim etməsi də məni sevindirirdi. Mən bu gündəlikləri oxuya-oxuya özümdə bir iftixar hiss duydum ki, nə yaxşı belə diqqətli gündəlik yazan yazıçılar, alimlər var. Onu da qeyd edim ki, Azərbaycanda memuaristikanın inkişafı üçün vaxtilə böyük işlər görmüşlər. Lakin təəssüf olsun ki, hələ də klassik yazıçılarımızın, görkəmli şəxsiyyətlərimizin gündəlikləri, məktubları və xatirələri layiqincə nəşr olunmayıb. Baxmayaraq ki, bu sahədə müəyyən irəliləyişlər var, ancaq epistolyar janrın Azərbaycanda inkişafı lazımi səviyyədə deyil. Bu janrın inkişaf etməsi və bu sahədə kitabların nəşr olunması bir çox məqamların üzərinə işıq salar və eyni zamanda Azərbaycan tarixinin canlı salnaməsinin yaradılmasında mühüm rol oynaya bilər. Bu baxımdan görkəmli alimimiz Əziz Şərifin Azərnəşrə təqdim etdiyi “Keçmiş günlərdən” və “Atam və mən” adlı iri həcmli kitabları üzərində işləmək xoşbəxtliyi mənə nəsib olmuşdu. “Keçmiş günlərdən” adlandırılan birinci əsər Əziz Şərifin kiçik yaşlarında yazdığı və çox səliqə ilə tərtib etdiyi, günlərlə, aylarla, saatlarla məşğul olduğu böyük bir zəhmətin nəticəsi kimi meydana gəlmişdi. Mən bu kitabı səbrlə oxudum, əlyazma üzərində çox ciddi dəqiqləşdirmələr apardım. Əziz müəllim o zaman tez-tez Bakıya gəlirdi və mənimlə görüşürdü, əsərin bəzi yerlərini hətta birgə oxuyub müzakirə edirdik, təsadüfi nöqsanların aradan qaldırılmasında o həm müəllif, həm də tarixi yaxşı bilən alim kimi mənə yaxından kömək edirdi. Bu işlərdə mənim ən yaxın məsləhətçim, ən yaxşı yol göstərənim isə Abbas Zamanov idi.
Kitab üzərində işi demək olar ki qısa müddətdə başa çatdırdım. Lakin əsərin təkmilləşməyə də ehtiyacı var idi. Gündəliklərdə bəzi məsələlərin dövrün, zamanın tələbi ilə açıq yazılmasının, geniş şərh olunmasının tərəfdarı idim. Əsərdəki bəzi təkrarlar da ixtisar olunmalı idi. Səhifələrin kənarında karandaşla bəzi işarələr qoymuşdum, müasir oxucuya aydın olmayan məsələlrə qeydlər yazılmasını da təklif etmişdim. Ona görə də əlyazması üzərində Əziz müəllimin müəyyən qədər işləməsi tələb olunurdu. Bunu Əziz müəllimlə də razılaşmışdıq.
Aradan bir həftə keçmiş Abbas müəllim mənə zəng elədi, görüşmək istəydiyini bildirdi. Biz redaksiyada görüşdük, əlyazmanı açdıq, orada bəzi faktları birgə müzakirə etdik. Sual və qeydlər az deyildi. Əziz müəllim faktların dəqiqləşdirilməsini Abbas müəllimə həvalə etmişdi. Ona görə də Abbas müəllim qeydlərimlə daha ətraflı tanış olmaq üçün əlyazmanı götürdü. Təxminən bir ay Abbas müəllimdən xəbər çıxmadı və mən narahatlıq keçirdiyimə görə ona zəng edib vəziyyəti bilmək istədim. Abbas müəllim bir həftə də əlavə vaxt istədi. Həftə tamamında gəldi və redaksiya işçilərinin yanında mənə öz təşəkkürünü bildirdi, mətbuat tarixini yaxşı bildiyimə görə sevindiyini söylədi, mənə çox böyük inam bəslədiyini dedi və onu da əlavə etdi ki, sən çox əziyyət çəkib bu boyda qeydlər etmisən, sualların da haqlıdır. Lakin nə mənim, nə də Əzizin indiki halda o tarixi məqamları izah etməyə, onlara aydınlıq gətirməyə və qeydlər yazmağa nə imkanımız var, nə də vaxtımız.
İnsafən Abbas müəllim bir ay içərisində əsər üzərində çox iş görmüşdü. Onun belə işgüzarlığı, dost üçün ürəkdən əziyyətə qatlaşması məni heyrətə gətirdi. Mən məsləhət gördüm ki, kitab elə Abbas müəllimin redaktorluğu ilə nəşr olunsun. Çünki xeyli zəhmət çəksəm də onun gördüyü işləri həqiqətən də mən görə bilməzdim.
Təklifim nəşriyyatda qəbul olundu. Abbas müəllim əvvəlcə buna etiraz etsə də sonra mənim qətiyyətli fikrimlə razılaşmalı oldu. Ona baxmayaraq kitab çapdan çıxana kimi mən ona nəzarət etdim. Sevinirəm ki, o kitab işıq üzü gördü. Ondan sonra Abbas müəllim hər məni görəndə deyirdi ki, halal et, mən sənin zəhmətinə sahib çıxmışam. Redaktorun ağır zəhmətini başqaları bilməsə də, mən çox yaxşı bilirəm və sən gənc redaktor kimi əsər üzərində vicdanla işlədin.
Əziz müəllim də çox diqqətli adam idi. Kitabı alan kimi zəng vurub mənə təşəkkür etdi. Sonralar bu söhbət bizim aramızda bir zarafata çevrildi və həmişə Abbas müəllim məni görən kimi “hörmətli redaktorum, necəsən?” – deyə müraciət edərdi.
Mətbuatda elmi və publisistik məqalələrim dərc olunurdu. Bir dəfə Abbas müəllim redaksiyaya gəldi. O mənim mətbuatda dərc olunmuş “Cəlil Məmmədquluzadənin felyetonlarında xalq ifadələri” adlı məqaləmi oxuyub sevincini bölüşdürmək, məni təbrik etmək istəmişdi. Mən təbii olaraq utanırdım. O isə əlavə etdi:
– Gəlişimin səbəbi təkcə təbrik deyil, mən istəyirəm ki, sən Mirzə Cəlildən namizədlik dissertasiyası yazasan.
Mən o zaman Akademiyadan mövzu götürmüşdüm və mövzu üzərində işləməyimi Abbas müəllim bilmirdi. O, mövzu götürməyimə sevindi və qətiyyətlə dedi:
– Nədən yazırsansa yaz, amma Mirzə Cəlillə bağlı tədqiqatlarını davam etdir, ondan uzaqlaşma.
Aradan xeyli vaxt keçdi, görkəmli alimlərimiz Məmməd Cəfərin, Yaşar Qarayevin qayğısı sayəsində mənim monoqrafiyam işıq üzü gördü. Sonra isə namizədlik dissertasiyası müdafiə elədim. Müdafiədən xeyli sonra məni dövlət işinə dəvət etdilər, Azərbaycan KP MK-nın təbliğat və təşviqat şöbəsində işə götürdülər. Mənim Bakıda şəraitim xeyli çətin idi, mənzilim yox idi. Bu işə getməyimin bir səbəbi də o idi ki, MK-dan mənzil almaq xeyli asan idi.
Günlərin bir günündə gördüm ki, foyedə Abbas müəllim yoldaşlardan mənim harada oturduğumu soruşur. Mən onu otağıma dəvət etdim. O, əvvəlcə məni təbrik etdi və sonra dedi:
-Sən yaxşı elədin ki, doktorluq işini müdafiə elədikdən sonra siyasi vəzifəyə gəldin. Bəziləri işini yarımçıq qoyub vəzifə dalınca gedir. Sən isə işini tamamlayıb gəldin.
Mən Abbas müəllimə baxdım və dedim:
-Abbas müəllim, mən doktorluq işini deyil, namizədliyi müdafiə eləmişəm.
O, xeyli duruxdu və:
– Mirzə Cəlil haqqında məqaləni sən yazmamışdın? Mətbuatda gedən o oxuduğum yazılar səninki deyildi? – deyə təkrar soruşdu.
– O “Ədəbi portret və xarakter” kitabı səninki deyildimi?
– Bəli, mənim kitabımdır.
– Bəs o zaman niyə doktorluq işini müdafiə eləmədən Mərkəzi Komitəyə gəlmisən? Elə elmlər doktorlarımız var ki, heç monoqrafiyası çap olunmayıb, sən isə bu boyda işi görüb doktorluğu müdafiə etməmisən! Onda nahaq bu işə gəlmisən!
O bu sözləri qəzəblə dedi və qovluğunu götürüb bir qədər hirsli otaqdan çıxdı.
Mən bir anlığa nə edəcəyimi bilmədim, sonra bayıra çıxanda gördüm ki, Abbas müəllim katibin qəbul otağının qarşısında köməkçisi ilə mübahisə edir, katiblə yenidən görüşmək istəyir. Köməkçi də deyir ki, artıq onun yanında başqa adam var, həm də siz indicə onun yanından çıxmısınız, təkrar onun yanına getmək olmaz.
Abbas müəllim sanki mənim də yaxınlaşdığımı görüb daha da bərkdən danışmağa başladı:
– Siz hamınız səhv edirsiniz, özünüzə işçi yetişdirmirsiniz. Bizim ədəbiyyat adamlarını çəkib siyasətə qoşursunuz, cavanlarımızın elmdən ayrılmasına şərait yaradırsınız. Mən istəyirəm ki, katibə bu iradımı bildirim.
Abbas müəllimi güclə sakitləşdirdim. Buraya öz razılığımla gəldiyimi və kirayədə yaşadığımı, mənzil işimin asanlaşacağını söylədim. O bir az duruxdu və:
– Məncə, bu səbəbə görə keçmək olar, alimlərimizin çoxu evsiz-eşiksizdir. Akademiya yataqxanasındakı aspirantlar indi doktor olublar, lakin ev ala bilmirlər – dedi.
Bayıra çıxanda bir də təkrar elədi:
– Hər şey qalsın bir tərəfə, sən elmi işini davam etdir. Elmi fəaliyyətini davam elətdirməsən səninlə bir daha görüşməyəcəyəm.
Bu cür qəti sözlər söylədi və bizdən ayrıldı.
İndi Abbas müəllimi xatırlayanda bir şey də yadıma düşür. Abbas müəllim çox gözəl bir kitab tərtib etmişdi. 1982-ci ildə nəşr olunan bu kitab “Cavidi xatırlarkən” adlanırdı. Bu kitabın da başında müəyyən qara dumanlar dolanırdı. O zaman mən Dövlət Nəşriyyat Komitəsində Nəşriyyatlar İdarəsinin rəisi işləyirdim. Cavidin bəzi əleyhidarları kitabdakı müəyyən məsələlərlə razılaşmırdılar. Ona görə də siqnal nüsxəsi çıxan kitabın məhv edilmək qorxusu var idi. Abbas müəllim bərk əsəbiləşmişdi. O deyirdi ki, axı mən mətnşünas kimi bu kitabda olan məqalələri tarixən olduğu kimi verməyə çalışmışam, qəzetlərdə gedən variantlardakı ixtisarları belə, bərpa etmişəm. Bu mənim ağır zəhmətimin nəticəsidir və indi isə bəzi şeyləri yenidən ixtisar etməyi tələb edirlər. Mən bununla razılaşmıram!
Düzdür, o kitab bir qədər ləngidildi, bəzi səhifələr cırılıb yenidən çap olundu, yenidən yapışdırıldı. Abbas müəllim də, nəşriyyat işçiləri də, mən də bir xeyli əziyyət çəkdik. Buna baxmayaraq kitab yenə lazımi səviyyədə nəşr olundu və böyük əks-səda doğurdu, çox oxunan kitablardan birinə çevrildi. Abbas müəllimin bu işdəki qətiyyəti, özünə məxsus sərtliyi bir daha onu mənim gözümdə böyütdu.
Yeri gəlmişkən onu da qeyd etmək istəyirəm ki, Abbas müəllim Azərbaycanda mətnşünaslıq sahəsində böyük xidməti olan alimlərimizdəndir. C.Məmmədquluzadənin, M.Ə.Sabirin, Ə.Haqverdiyevin, N.Nərimanovun, S.S.Axundovun, S.Hüseynin, H.Nəzərlinin, S.Ə. Şirvaninin, S.M.Qənizadənin, Q.Zakirin və b. klassiklərimizin əsərlərinin ilkin variantlarının dəqiqləşdirilməsində, bəzi mətn təhriflərinin aradan qaldırılmasında, onların əsərlərinin lazımi elmi səviyyədə nəşr olunmasında Abbas müəllimin layiqli xidmətləri var. Onu da qeyd etmək yerinə düşər ki, Azərbaycanda son əlli ildə xeyli mətnşünaslar yetişib, bu sahədə xeyli irəliləyişlərimiz olub. Düzdür, mətnşünaslığımızın bir sıra problemləri bu gün də öz həllini gözləyir. O baxımdan Azərbaycan mətnşünaslığı hələ çox iş görməlidir. Klassik ədəbiyyatımızın, tarixi abidələrimizin öyrənilməsi və nəşri sahəsində Azərbaycan mətnşünaslarına çox böyük imkanlar yaradılmalıdır, bu sahədə mövcud olan durğunluq aradan götürülməlidir. Həmçinin mövcud nailiyyətlər, o cümlədən Abbas müəllim kimi alimlərimizin təcrübəsi öyrənilməlidir. Abbas müəllimin və o nəsil alimlərin təcrübəsini örnək götürməli, həm də geniş təbliğ etməliyik. Abbas müəllim kimi qəti söz deməyi, məqamında danışmağı, həqiqət naminə, xalq işi naminə yeri gələndə nəyə isə etiraz etməyi, nəyi isə dəyişdirməyi bacarmalıyıq.
Abbas müəllim unudulmayan alimlərimizdəndir. Nə qədər ki, Mirzə Cəlil oxunur, nə qədər ki, Sabir sevilir, nə qədər ki, Cavid xatırlanır və onlarla birlikdə Abbas Zamanov da həmişə yada düşəcək.
SEVGI NECE GOZEL ULVI BIR HISSDIR
BU HISSI HER INSAN YASAYA BILMIR
HEM SEVIB HEM DE KI SEVILMEK GOZEL
ONU DA HER INSAN YASAYA BILMIR
06-24-2007, 02:57 AM #13
Senior Member Üyelik tarihi Jun 2007 Yer baki Mesajlar 493
Mütləqim, Müqəddəsim, Peyğəmbərim
İnam Ataya (Asif Ataya) Ali Səcdəylə!
TİKAN ÜSTƏ YERİMƏK
Əski, bəlkə də əzəli (və əbədi?) qayğıymış. Budda öz Övladları — öyrənciləri haqqında deyir: “Hətta indi, mən hələ həyatda ikən bhikkhular bir-birinə sayğı göstərmirlər, mən bu dünyanı tərk edəndən sonra onlar nə işlərdən çıxacaqlar?!” (“Kəklik haqqında söyləm” — cataka-pritça).
Asif Atanın Mütləqə İnam Ocağında — Tikan üstə yeriyən kimiyəm, çünki burada hamı bir-birini sancır. Bu sancının ağrısıyla qarnım doludur.
Ocaq öz içindən idarə olunmasa, qıraqdan idarə olunacaq — gözə görünmədən və ya görünməklə.
Özündən idarə olunmaq — yaşamaqdır; qıraqdan idarə olunmaq — ən yaxşı halda mövcud olmaqdır — imperiya içindəki Azərbaycan kimi.
Asif Atanın Mütləqə İnam Ocağında Soylu — Göylərə doğru can atır, böyüyür, Ötkün — dərinlərə doğru can atır, böyüyür; “İşıq” Ailəsi — üfüqlərə doğru can atır, böyüyür.
Hər üç yönümüz — Sonsuzluğa doğrudur.
Mütləqə İnamın Atasına: 1) Soylunun baxışı — dinçilik qətiyyəti çalarındadır; 2) Ötkünün baxışı — ruhani-fəlsəfi çalardadır; 3) “İşıq” Ailəsinin baxışı — qarışıq çalardadır — dinçiliklə elmçilik arasında.
Ruhani o şəxsdir ki, əli ətəklərdən üzülsə də, öz ətəyindən əlləri kəsmir.
Soyluya (Amaldaşa) qarşı söz demək — Ocağa qarşı söz deməkdir.
“Soyluya (Amaldaşa) tapınıram” demək Ocağa qarşı söz deməkdir. Soylunun (Amaldaşın) əlini öpmək — Ocağa qarşı yeriməkdir.
Amaldaşa əlini öpdürmək — Ataya qarşı, Ocağa qarşı çıxmaqdır.
Ötkünə (Amaldaşa) qarşı söz demək — Ocağa qarşı söz deməkdir.
Ötkünə (Amaldaşa) tapınmaq — Ocağa qarşı tövr almaqdır. Ötkünün (Amaldaşın) ağzından asılı qalmaq, əlini ağdan qaraya vurmamaq — Ocaqçılığını itirməkdir.
Tapınağımız birdir, bircədir və O — İnam Atadır (Asif Atadır) — əzəli, əbədi.
Ataya ortaqlar qoşmaq — Ocaqdan ayrılmaqdır.
“İşıq” Ailəsinə qarşı söz demək — Ocağa qarşı söz deməkdir.
Dəstəbazlıq — Ocaq əməli deyil. Böyüyü eşitməmək — başıpozuqluq becərməkdir. Başıpozuqlar yığnağı “dəstə” adlana bilər, “Ocaq” adlana bilməz.
Daim “özgəni”, başqasını döymək varsa — Özüylədöyüş yoxdur. (Hər üç yönümüzə aiddir).
“Özgədə”, başqasında özünü görməmək varsa — ruhani, insani gözlülük yoxdur. (Hər üç yönümüzə aiddir).
Suçu öldürə bilməmək — ruhani iqtidarsızlıqdır.
Suçun ölümünə inamsızlıq varsa — insana inam yoxdur.
Suça güzəşt — ruhani təslimçilikdir. Ancaq həm də:
Suçu göyərtmək — suçu yaşatmaqdır. Göyərən yaşayır. (Bax: Atamızın “Kamilləşmə əməli” Kitabına).
Aradakı məsafə qısalmırsa, Yolu gedən yoxdur.
Tikanlı Ocaq yaşatmaq — bəşəri, insanı qurtuluşa çağırmaq, çatdırmaq deyil, aldatmaqdır.
Fərəh üstə yeriməmək — Tikan üstə yeriməkdir.
Yanılmanı yanılanın üzünə vurmaq — Öyrətmənin yanlışıdır; yanılmanı yanılanın başına çırpmaq —— Öyrətmənlikdə naşılıqdır; yanılmanı göyərtməkdənsə, Okulu tərk etmək yaxşıdır.
. Mən sizi ya səmimiliyimlə yenəcəyəm və bununla da Sizi Ruhaniyyat Yoluna qaytaracağam, ya sizdən əlimi üzəcəyəm və bununla da sizin Ruhaniyyat Yolçuları olmadığınızı sübut edəcəyəm.
Bu kimi harayların çəkilməsi gərəkibsə — gəl Ocağımızın halına ağlayaq, İnamım.
Atamız var olsun!
Tikan üstə yeriyə-yeriyə Çiçəyə doğru gedirəm.
Dəqiqini bilmirəm, bəlkə bunların hər ikisi (Tikan da, Çiçək də) öz içimdə bitir, öz içimdən bitir?
Burasını dəqiq bilirəm ki, bütün insanlara Çiçək sunmaq istəyirəm; Tikan yox, Tikanı — heç kəsə yox!
Və bu zaman aşırı insançılıqdan hüşənənləri də (onların baxışlarını da), dünyada insançılığın yox, canavarçılığın hökm sürdüyünü düşünənləri də (onların baxışlarını da) unutmuram, sayğacdan atmıram.
(Burada “hökm sürdüyü” əvəzinə “çiçəkləndiyi” yazmaq istədim, ancaq gördüm ki, insançılıq çiçəkləyir, canavarçılıq tikanlayır — hökm sürür).
Sevgilim insanlar! Sizin başınıza nə gətirdilər?! Siz bir-birinizin başına nə gətirdiniz?! Siz mənim başıma nələr gətirdiniz?! Mən sizin başınıza nə gətirirəm?!
(Burada mən özümü böyütmək, “Mən və Siz”, “Mən və Bəşəriyyət” söyləmək istəmirəm, “Tək və Toplum” (“Fərd və Cəm”) nisbətindən danışıram).
Mən sizə olan sevgimi itirmədim, sizin bu sevgiyə olan inamınızı və sayğınızı itirdim. İtirdimmi doğrudan?! İtirdimsə — suç özümdə!
Gərək Tikanı döyüş cəbbəxanama yerli-dibli götürməyəydim, sizin də tikanlarınızı görməyəydim, görməməyi bacaraydım.
Sevgimə inamınızı itirdim — mədəniyyətimin yox, məharətimin yetərsizliyindən.
Sevgilim insanlar! Bəs siz sevginizi nədən itirdiniz, sizdə yetərsizlik nədəydi?
Unutmayın ki, Həqiqətin Tikan sayıldığı yer — Ruhaniyyat Ocağı sayıla bilməz.
. Mən Soylunu sevirəm! Soylunu sevmək — qeyrəti sevməkdir, qətiyyəti sevməkdir, döyüşü sevməkdir, qələbəni sevməkdir; Soylunu sevmək — alovlu idrakla zəngin əməl birliyini sevməkdir!
Mən Ötkünü sevirəm! Ötkünü sevmək — qanadlı zəkanı sevməkdir, azadlığı sevməkdir, bənzərsizliyi sevməkdir, ruhani ömür şeriyyətini sevməkdir!
Soylunun yönü — duyğusal, ehtiraslara söykənən idrak — din, inanc, car, haray (və bu Yolda dünyaya Türk Sözünü demək); Ötkünün yönü — etidala söykənən, həm də hərarətli, analitik idrak — Asif Ata İnamçılığını duyğuların aşırılığından qorumaq, onun dinləşib əhkamlaşmasına qarşı dayanmaq (və bu Yolda öz sözünü demək).
İnsani sevgiyə sərhəd qoymaq — böyüklükdən ayrılmaqdır, qəlbi sərhədsiz saya-saya qəlbə sərhəd qoymaqdır.
Sən də aydınlaş ki, mənim dumanlıqdakı sevgilim, görüm səni sevməklə mən nəyi sevirəm, kimi sevirəm. Yəni ötəriliyindən, keçiciliyindən, sonluluğundan, kamilsizliyindən ayrıl, Əzəli, əbədi, sonsuz, kamil bir səmtə çıx! Yəni yoxluğundan keç — var ol!
Yoxluğu sevmirlər, varlığı sevirlər axı sevənlər! “Məcnun da Leyli şəxsində Mütləqi sevmədimi”?!
. Sevilmək istəyəni həsrətli qoydunuz, barı sevəni həsrətdə qoymayın, sevgililərim!
Atamız var olsun!
İnsan sevdiyi Şəxsin qəlbindən öpməlidir, əlindən yox.
Qəlbdən öpmək insanın Allahlığına xələl gətirməz, əldən öpmək — gətirər.
Bu anlamdakı öpmə — ruhanilik içsəsidir (izharıdır), əl isə nə qədər təmiz və düz olur-olsun, ruhanilik ifadəçisi deyil.
Nə baba-nənənin, nə ata-ananın, nə də hər hansı bir başqa şəxsin əlini öpməyə heç bir insani-ruhani zərurət yoxdur.
Əl öpmək — hərdənbir olar — vəcd halında. Vəcdsə — gələnəkləşməz.
Mənim baxışımda: Əlöpməni kütləvi gələnəyə çevirmək — insana zərər verməkdir və ona inanmamaqdan irəli gəlir: dikbaş olar, qələt elər.
Kütləvi əlöpmə gələnəyindən iyrənirəm və onu insana qəsd sanıram.
Mən Asif Atanın əlini öpməklə özümün Zəruri Əsarətimi ifadə elədim. Vəcdli hallarımı çıxmaqla — mən o əməli heç vaxt tam nuşcanlıqla eləmədim (ancaq candərdi də eləmədim — öz Zəruri Əsarətimin böyük anlamını gözəl anlayırdım).
Mən Asif Atanın (daha doğrusu İnam Atanın) daim qəlbindən öpmüşəm nüşcanlıqla, daim də öpəcəyəm.
Üz-üzə toxunmanı qarşılıqlı vəcdli anlaşma məqamlarının üzərdəki ən dolğun ifadəsi sayıram.
Qarşılıqlı vəcdli anlaşmanın bundan da yüksək ifadəsi — şəxslərin yana çevrilib ağlamaları, ən yüksək, son yüksək ifadəsi isə — bir səmtə baxaraq ölümə getmələridir. Mən Asif Ataya bu məqsədlə qovuşmuşam.
. Atadan ötrü alışıb-yanıram! Ataya sevgilərimlə dolub-daşıram, şair demişkən “get-gedə qocalmır, cavanlaşıram”!
Atamız var olsun!
15-16-17 Köçəri (XII ay) 22-ci il. Atakənd. (Fevral 2001. Bakı
SEVGI NECE GOZEL ULVI BIR HISSDIR
BU HISSI HER INSAN YASAYA BILMIR
HEM SEVIB HEM DE KI SEVILMEK GOZEL
ONU DA HER INSAN YASAYA BILMIR
06-24-2007, 02:59 AM #14
Senior Member Üyelik tarihi Jun 2007 Yer baki Mesajlar 493
M.Füzuli, S.Ə.Şirvani və M.N.Bahar Şirvani yaradıcılığında xəlqilik və vətəndaşlıq kədəri
Nizami Gəncəvi adına Azərbaycan
Ədəbiyyatı Muzeyi, elmi-işçi.
Öz poetik və fəlsəfi dühası ilə şer-sənət meydanında pəhləvanlıq edən dahi şairimiz Məhəmməd Füzuli bizim milli ədəbi dilimizin banisidir. Hansı dövrdə olursa-olsun, Azərbaycan şerini Füzulisiz təsəvvür etmək mümkün deyildir. Görkəmli tədqiqatçı Fuad Qasımzadə Füzuli ədəbi məktəbindən ilham və dərs almış şairlərimiz arasında XIX əsrin iki böyük sənətkarının — S.Əzim Şirvani və M.N.B.Şirvaninin adlarını çəkir.
M.Füzuli, S.Əzim və B.Şirvani irsini tədqiq edərkən onların poeziyasının xəlqilik nöqteyi-nəzərincə çox yaxın olduğunu müşahidə edirik. Füzuli şerə müstəqil bir elm kimi böyük əhəmiyyət verirdi. Onun şerdə xalq ifadələrini işlətməsi şairi xalqa daha da yaxınlaşdırır. “Ən yaxşı klassik və müasir sənət nümunələri sübut edir ki, sənətkarı xalqa sevdirən əsas amillərdən biri xalq həyatını, xalqın mənəvi aləmini onun yaxından öyrənməsidir. Çünki bu qiymətli materiallarda xalq öz varlığını əks etdirir”.
Füzuli atalar sözləri və məsəllərdə canlı danışıq dilinin gözəlliyindən başqa həm də bir elmilik görür. Nəticədə şairin bir çox misraları xalq tərəfindən əzbərlənir, yaddaşlara köçür. Füzuli şerinin şifahi xalq yaradıcılığı ilə olan qırılmaz əlaqəsi onun dahiliyini təmin edən mühüm amillərdən biri sayılır. “Füzuli xalqın zəngin sərvətini bir daha öz qüdrəti ilə saf-çürük etmiş, xüsusilə oradakı bədiilik sirlərini öz qeyri-adi zövqü ilə işıqlandırmışdır. O inanmışdır ki, şerdəki ən kiçik poetik əlamətlərə məsuliyyətlə yanaşmadan böyük sənətkar olmaq mümkün deyil”.
Köçmək zamanı çatdı, Füzuli, o kuydən,
Ayrılsa, bülbülə qəmi-gülzar olar çətin.
Nərgisin fikri, Füzuli, gözü könlümdə gəzər
Tutar ahu vətən ol yerdə ki, otlu, suludur.
Birinci beytdə “ayrılsa, bülbülə qəmli-gülzar olar çətin” misrası ikinci beytdə isə “tutar ahu vətən ol yerdəki otlu, suludur” misraları folklorumuzdan gələn deiym-hikmətli ifadə və atalar sözüdür. Şair vətəninə olan məhəbbətini bu misralarda ifadə etməklə, poeziyamıza bir xəlqilik, doğmalıq gətirmişdir.
Klassik şərq poeziyasının bir sahəsi olan “bədii” elmində bu üsul “irsəl-ül-məsəl, ya təmsil” adlanır. S.Əzim və B.Şirvani yaradıcılığına nəzər salarkən burada atalar sözləri və məsllərdən gələn dərin xalq hikmətinin, poetik aforizmin mövcudluğunu görürük. Həqiqətən, dahi Füzulinin fikir mənbəyi öz xalqının istedadları olan bu böyük sənətkarlar üçün zəngin məktəbdir. Onların əsərləri də şifahi xalq ədəbiyyatı ilə qovuşmuş, bu gözəl sənət nümunələrini xalq üslubunda yaratmışlar.
Əgər məşuqə mənzurundu, get bir şahibaz istə,
Bu məşhur bir məsəldir, Seyyida, “qaz vur, qazan doldur”
Xünsəfa fövqünə göstərmə kəlamın, Seyyid,
Gənə gül qədrini bu dəhrdə əttar bilir.
Birinci beytdə “gənə gül qədrini bu dəhrdə əttar bilir”, ikinci beytdə isə “bu məşhur bir məsəldir, Seyyida, “qaz vur, qazan doldur” misralarında atalar sözlərinin müəllif tərəfindən yüksək məharətlə nəzmə gətirildiyinin şahidi oluruq.
B.Şirvani də öz yaradıcılığında hikmətli sözlərdən, atalar sözlərindən böyük ustalıqla ifadə etmişdir:
Mate-nəzareye-to şod rox ze Bəhar dərməkeş,
Şahmar misəzəd rəhm konək peyade ra.
Sən Bahardan üz döndərmə, o sənə baxıb mat qaldı
Atlı gərək piyadaya rəhm edə.
Leykən məsəlist in dər əfvah
Himmət bayəd ke tey şəvəd rah.
Lakin bir məsəl var dillərdə söyləmişlər
Yolu başa vurmaq üçün himmət gərəkdir.
Hər iki beytin sonuncu misraları atalar sözləri ilə ifadə olunmuşdur.
M.Füzuli yaradıcılığında geniş işlənən “dedim, dedi” sözləri də xalq yaradıcılığından gələn səmimi ifadələrdir. “Bədii” sənətində bu üsul “Bədii mükalimə” və ya “sual-cavab” adlanır.
Gördüm bir rind eşqdən şərab istəyir,
Dedim: Sənin bu işin allahın hökmünə müxalifdir.
Dedi: Biz hər işi allahdan bilirik,
Bizim muradımıza çatmağımız onun icazəsi deməkdir.
Şairin “dedim, dedi” ifadəsinə nümunə gətirdiyimiz bu parçada şair öz irfani fikirlərini ifadə edir.
Qoftəməş simin bərətra xahəm əndər bər kəşid,
Qoft, ro, əz del birun kon in xəyale-xamra.
Dedim: sənin gümüş bədənini qucaqlayacağam.
Dedi: Get bu xəyalı könlündən çıxart.
Qofti aşofte əz niz-o-ke tora kərd Bəhar,
Kərd aşofte pərişaniye-muye-to məra.
Dedi: Bahar, səni kim belə dolaşdırdı.
Sənin zülfünün pərişanlığı.
Nümunələr əsasında bir daha deyə bilərik ki, Füzuli bir dahi olaraq şerin bədii qüdrəti ilə ardınca gələn söz ustalarını əsir etmişdir. Bu xəlqilik onun ardıcılları olan S.Əzim və Bahar Şirvani şerlərinə də yol tapmışdır. Füzuli yolunu davam etdirən hər iki böyük sənətkar zamanın nəbzini tuta bilmiş, fikirlərini canlı bir dildə ifadə etməyə nail olmuşlar.
M.Füzuli, S.Əzim və B.Şirvani yaradıcılığını yaxınlaşdıran daha bir cəhət onların yaradıcılığında vətəndaşlıq kədərinin mövcudluğudur. F.Qasımzadə yazır: “Dövrünün oğlu olan vətəndaş şair zəmanəsinin siyasi quruluşuna, hakimlərin xalqa olan münasibətinə, ədalət və haqq məsələsinə biganə qala bilməmişdir. Hakim və ədalət, hakim və xalq məsələsi həmişə onu düşündürmüşdür”.
Şairin “Leyli və Məcnun” əsərindən Məcnunun doğularkən söylədiyi misraları bu baxımdan nəzərdən keçirək:
Söylərdi ki, “Ey cəfaçı dünya!
Bildim qəmini sənin ki, çoxdur,
Qəm çəkməyə bir hərif yoxdur
Gəldim ki, olam qəmin hərifi,
Gəl təcrübə eylə mən zərifi”.
Bu parçadan göründüyü kimi, Füzuli öz kədərini Məcnunun dili ilə söyləyir. Şair digər əsərlərində, xüsusən qəzəllərində dəfələrlə öz kədərini Məcnunun kədəri ilə eyniləşdirir:
Məcnunla mənim dərdimin əfsanəsi birdir,
Söz ayrılsa da aşiqi-divanəsi birdir.
Füzulinin divanxanalardakı süründürmələr, bürokratizm və rüşvətin adi hal olmasından şikayəti onun “Şikayətnamə” əsərində öz əksini tapır. Əsərdə dünya malına uyan, pula susamış həris qazıların hökmlər çıxararkən ədaləti, hüququ tapdalamasından bəhs edilir.
“Əsl sənətkar qələmindən çıxan hər hansı bir hiss, hadisə, problem bütün xavlqlar üçün eyni dərəcədə əhəmiyyət kəsb etməzsə, o sənətkar dahi səviyyəsinə yüksələ bilməz”. Dahi şairi narahat edən məsələlərdən biri də elm sahiblərinin padşahlara yaltaqlanmaqla müəyyən rütbələrə çatmasıdır. Şair, “Rind və Zahid” əsərində Rindin dili ilə Zahidə belə söyləyir:
Anlamazlıq rütbəsi ki, rütbələrin ən alçağıdır.
İnsanı hər bir nemətdən məhrum etsə də,
O elmdən yaxşıdır ki, o hünər sahiblərinin
Padşahlara yaxınlaşmasına və rütbəyə çatmasına səbəb olur.
Füzulini öz dövründə narahat edən bu ictimai bəlalar XIX əsrdə də mövcud idi. Yəni S.Əzim və Bahar Şirvaninin öz dövrlərində sinələrində daşıdıqları qəm karvanı elə Füzulinin öz dövründə qəlbində gəzdirdiyi qəm karvanı idi. Sadəcə olaraq bu qəm öz dövrünə, zəmanəsinə uyğun olaraq bir qədər formasını dəyişmişdi. Bu karvanı daşıyanlar isə Seyid Əzim və Bahar Şirvani tək böyük sənətkarlar idi. S.Əzim şerə, sənətə, sağlam düşüncəyə etinasızlıq göstərən cəmiyyətə qarşı etirazlarını bildirməkdən çəkinmirdi. Şair ürək yanğısı ilə qeyd edirdi ki, yaşadığı cəmiyyətdə hiylə, təzvir bazarı rəvan olduğu halda, şer, elm və sənət həddindən artıq ucuz olmuşdur.
Deyilənlərə nümunə olaraq S.Əzimin qəzəllərindən seçdiyimiz aşağıdakı beytlərə nəzər yetirək.
Nə sən fəraqə səbəb olmusan, nə mən bais,
Bu dərdə aldı bizi dövri-ruzigar ey dust
Görsə əgər nadanda bir dərd eylər, yüz dava,
Arifin yüz dərdi olsa, birsə dərman eyləməz.
Nümunələrdən aydın görünür ki, bu kədər Füzuli kədərinə çox yaxındır. Dövrdən, zəmanədən şikayət, ağılsız adamların min cür hiylə ilə arif adamları qabaqlaması onun qəzəllərində də öz əksini tapıb. Seyid Əzim öz dövrünün haqsızlıqlarını satiralarında daha kəskin şəkildə tənqid edir:
Şəhri-Şirvan idi Qafqazda hər ölkəyə baş,
Xəlqinin könlü hamı gen, üzü gül tək bəşşaş.
Qəhətdən, zəlzələdən bizlərə təng oldu məaş
İndi bizlərə nə bir malu, nə sərvət görünür.
“Şamaxının vəziyyətinin təsviri” adlı bir satirada düşdüyü vəziyyət, əhalinin miskin həyatı tənqid atəşinə tutulur.
Baharın “Öz evi haqqında şikayət və İmam Rzanın mədhinə küriz” qəsidəsində şairin iztirabları da öz ifadəsini tapıb. Şair axtardığı həqiqətlərə həyatda rast gəlmir, buna baxmayaraq, qürur hissi onu tərk etmir. Onu kədərləndirən məsələlərdən biri istedad və yaradıcılığına layiqli qiymət verilməməsidir. Bahar feodal dünyasının hakim qüvvələri qarşısında əyilməyərək onlara qarşı üsyan edir:
Gərdun be mən çə konəd biş əz in cəfa
Ke əndər Şəmaxiəm be çənin xane dade ca.
Çun məne-yegane ke nəyayəd qərine-mən,
Dər qərineha ze gərdeşe in dire-dir ra
Alçaq dövran mənə bundan artıq nə cəfa etsin ki,
Şamaxıda mənə belə bir evdə yer vermişdir.
Bu qoca dövran qərinələrlə dövr etsə,
Mən tay bir yeganə meydana gətirə bilməz.
M.Bahar yaradıcılığında belə fikirlər çoxdur və bu bizə şair haqqında böyük Füzulinin layiqli davamçısı kimi söhbət açmağa əsas verir.
SEVGI NECE GOZEL ULVI BIR HISSDIR
BU HISSI HER INSAN YASAYA BILMIR
HEM SEVIB HEM DE KI SEVILMEK GOZEL
ONU DA HER INSAN YASAYA BILMIR
06-24-2007, 03:00 AM #15
Senior Member Üyelik tarihi Jun 2007 Yer baki Mesajlar 493
HÜSEYN CAVİDİN “İBLİS” FACİƏSİNİN ƏSAS QAYƏSİ
Azərbaycanın bədii-ictimai fikir tarixində ölməz yer tutan, öz əsərlərində humanist ideallara, gözəlliyə, həqiqətə, xeyirxahlığa, əmin-amanlığa çağıran, Azərbaycan romantizminin inkişafında özünəməxsus mərhələ olan filosof-şair Hüseyn Cavid irsi nə qədər tədqiq edilsə də, bütün dövrlərdə diqqəti cəlb etmiş, öz dövrünü, zamanını çox-çox qabaqlayan universal zəka sahibinin ümumbəşəri ideyaları həmişə tədqiqat obyekti olmuşdur.
Azərbaycan ədəbi-tənqidi fikri Hüseyn Cavidin poetik-dramatik yaradıcılığına ədibin sağlığında müraciət etmişdi. Ancaq onun ictimai ideya axtarışlarında olan müxtəlif qatların açılmasından əslində yan keçilmişdi.
Hələ 1926-cı ildən başlayaraq Cavidin yaradıcılığını diqqətlə izləyən Mustafa Quliyev şairin ayrı-ayrı əsərlərinin təhlilinə xüsusi məqalələr həsr etmiş, incəsənət və ədəbiyyata aid yazdığı bir sıra başqa məqalələrində şairin hər bir yeni əsərinə öz münasibətini bildirməyə çalışmışdır.
Mustafa Quliyev özünəməxsus yaradıcılıq yolu olan Cavidi yüksək qiymətləndirirdi və bildirirdi ki, Cavid kimi orjinal bir sənətkarı zorakılıqla müasir ədəbi həyatdan uzaqlaşdırmaq, əsassız olaraq onu düşmən cəbhəsinə atmaq, eyni zamanda başqa məqsədlərlə şairin nüfuzundan sui-istifadə etmək yanlışlıqdır.
30-cu illərdə Cavidin romantizmi məsələsi üzərində düşünən Mehdi Hüseyn yazırdı: “Cavidin romantizmi çox zaman canlı həyatdan uzaqlaşmağa meyl göstərən sənetkarın romantizmi olmuşdur, lakin bu heç də Cavidin fantaziya aləminə qapılmış olduğunu iddia etmək deyil” .
Tənqidçinin fikri Cavidin yaradıcılıq üsulu ilə real həyat arasında təzadı vurğulamağa yönəlmişdi. Əslində romantika ilə reallığın ziddiyyətdə olması təbii haldır. Mehdi Hüseynin bu nöqtəni vurğulaması gerçəkliyin əksinə deyildi. Sonralar tənqidçi bu istiqamətdə nəzəri təhlilini obyektiv həqiqətə uyğun olaraq dəqiqləşdirməyə çalışmışdır. Yeri gəlmişkən, xatırlanan tənqidçi hələ gənclik illərində Cavidin yaradıcılığına xeyirxah münasibət bəsləmişdi.
Görkəmli tənqidçinin Cavidə bu münasibətinin o dövr üçün müsbət meyl olduğu göstərilir. Bu cəhəti Məmməd Cəfər şairə həsr etdiyi monoqrafiyasında xüsusi olaraq qeyd etmişdir .
Əkbər Ağayev “Hüseyn Cavid və onun “Şeyx Sənan” əsəri” məqaləsində Cavidin inqilbadan əvvəlki əsərlərində və görüşlərində olan ziddiyyətləri o dövrün həyatında, real ictimai münasibətlərində olan ziddiyyətləri əlaqələndirir, şairin görüşlərindəki mücərrəd insanpərvərlik, qurtuluşu ümumi məhəbbət ideyasında görmək meylini bədii dildə xəlqiliyin diqqətindən yayınmasına gətirdiyini deyirdi. Onun fikrincə, Cavid dövrünün ictimai-siyasi ziddiyyətlərinin onun yaradıcılığında inikası təbii idi.
Əkbər Ağayev belə nəticəyə gəlir ki, “Cavidin ilk şerlərindən və pyeslərindən başlayaraq aydın hiss olunur ki, bu qüdrətli sənətkar sinifli cəmiyyətin, kapital hökmranlığının doğurduğu eybəcərlikləri, zənginlərin qudurğanlığını, yoxsulların hüquqsuzluğunu görüb duymuş və ziddiyyətin haradan, hansı səbəblərdən doğduğunu özü izah etməyə çalışmışdır. Onun bütün əsərlərindən aydın hiss olunur ki, Cavid həyatın mənasının yaşayıb yaratmaqda, insanların dünyanın bütün nemətlərindən bolluca istifadə etməsində, bütün zövqlərin və gözəlliklərin insana tabe olmasında, bütün xalqların və millətlərin təntənəsinə nail olmaqda görürdü”.
Artıq 60-cı illərdən başlayaraq cavidşünaslıq mərhələ-mərhələ inkişaf etmiş, yeni əsərlərlə zənginləşmişdir. Məmməd Cəfər Cəfərov, Yaşar Qarayev, Səlahəddin Xəlilov, Əjdər İsmayılov kimi tədqiqatçıların Cavid haqqındakı axtarışları bir-birindən nə qədər fərqli olsa belə, daxilən bir-birilərini tamamlayır və mütəfəkkir şair haqqında təsəvvürləri gerçəklik zəminində genişləndirir.
“Azərbaycan ədəbiyyatı tarixi”ndə Məmmədcəfər Cəfərov Hüseyn Cavid haqqında yazmışdır: “Hüseyn Cavid ədəbi fəaliyyətə XX əsr Azərbaycan romantizminin nümayəndəsi kimi başlamış və bu ədəbi cərəyanın istedadlı yaradıcılarından biri olmuşdur. Onun yaradıcılıq yolu çox ziddiyyətli və mürəkkəbdir. 1920-ci ilə qədər H.Cavid yazdığı əsərlərdə zəmanəsindən şikayətçi, inkarçı, başqa həyat arzusu ilə yaşayan, lakin qurtuluş üçün heç bir işıq ucu görə bilməyən, küskün, narazı, narahat bir şairin fəiyadları mövcud ictimai münasibətlərə, ruhani və cismani əsarətə qarşı üsyanları, əsəbi etirazı ifadə olunmuşdur. Bu dövrdə yazdığı əsərlərin çoxunda o, varlıqla çox az hesablaşan və sənətdə əsasən ideal həqiqət axtarıcılığı yolunu tutan romantik – idealist bir sənətkardır” .
Məşhur tənqidçi Məmməd Cəfərin “Hüseyn Cavid” monoqrafiyası əslində elmi cavidşünaslığın inkişafını şərtləndirdi. Müəllif bu sahənin tədqiqində tarixilik prinsipinə əsaslanmış, bundan sonra yazılanlara istiqamət vermişdir.
Mir Cəlalın, Firudin Hüseynovun “XX əsr Azərbaycan ədəbiyyatı” kitabından tarixilik əsas götürülmüşdür. Burada Cavid poeziyasının müxtəlif qatlı, ideya-bədii axtarışlarında humanim xətti bariz göstərilir.
80-cı illərdə Əjdər İsmayılovun “Dünya romantizm ənənələri və Hüsen Cavid” monoqrafiyası çapdan çıxdı. Bu kitabda dünya romantizmində demonizm ənənələrinin H.Cavid irsində davamı və inkişafı məsələləri araşdırılmışdır. Müəllif H.Cavid yaradıcılığının ideya-fəlsəfi, bədii-mifoloji köklərini açıb göstərmiş, sənətkarın aləmindəki milli və ümümbəşəri cəhətləri tədqiq etmişdir. Kitabın ön sözündə H.Cavid “ölməz filosof-şair kimi, xalqımızın bədii düşüncəsini bənzərsiz poetik əsərlərlə romantik bədii formanın inkişafında, tərəqqisində tarixi bir mərhələ – Hüseyn Cavid mərhələsi yaradan bir sənətkar kimi səciyyələndirilmişdir. Burada Hüseyn Cavidin yaradıcılığında idealla gerçəklik arasında həyati təzadların toqquşduğu göstərilir, bu dahi Azərbaycan şairinin poeziyasının əhatəli mündərəcətinə, ülvi amalına görə Şekspir, Bayron, Şiller, Höte və başqa dünya şöhrətli romantik şairlərin poeziyasına yaxınlığı qeyd edilir”.
Filosof-şairin istedadının demonik-yaradıcı gücü onun romantizmini bənzərsiz zənginliyində təcəssüm tapmışdır. Şairin dünya romantizm poeziyasında yerini aşkarlamaq üçün bu romantizmdə tam dövr açmış Hüseyn Cavid poeziyasının ilkin müxtəlif sənət-estetika tellər içərisində başlıca olaraq demonizm poeziyası araşdırılmışdır.
Son dövrlərdə Cavid irsinin fəlsəfi araşdırılmasına həsr olunmuş tədqiqatlar sırasında professor Səlahəddin Xəlilovun “Cavid fəlsəfəsi” (Bakı, 1996-cı il) və “Cavid və Cabbarlı: müxctəlifliyin vəhdəti” (Bakı, 2001-ci il) əsərləri görkəmli yer tutur. Müəllif bilavasitə fəlsəfə sahəsində elmi fəaliyyət göstərən alimdir. O XX əsr üçün cavid fəlsəfəsinin səciyyəvi xarakter daşıdığın nəzəri cəhətdən inandırıcı şəkildə əsaslandırmışdır. Burada onun nzəri təhlilinin, maraqlı ümumiləşdirici nəticələrinin məhvəri “İblis” mənzum fəlsəfi dramıdır. “Cavid və Cabbarlı” kitabında H.Cavid və C.Cabbarlının ideyalar dünyssı və yaradıcılıq xüsusiyyətləri müqayisəli təhlil edilmiş, eyni zamanda onların ayrı-ayrılıqda fəlsəfi dünyagörüşləri tədqiq olunmuşdur.
Eyni mbvqedən mövzuya yanaşan Yaşar Qarayev Cavidin batini mənəvi dünyasını açmağa çalışmışdır. Şairin sosializm dövrünün keçici zahiri gerçəkliyinə qapılmadan, öz ruhu aləmini yaşadığını mvurğulayır: “Romantik Cavid ən sərt, realist bolşevik gerçəkliyində də məqama xidmət etmədi, taroixi ana – sosializmə ötəri münasibət ifadə eləmədi, “ötüb-keçəcək” epoxaya “ötüb keçən əsərlər” həsr etmədi, özünün içərisindəki həyatı (və bu həyatda kodlaşan milli-etnik taleyi, yaddaşı) təsvir eləməkdə davam etdi.
Cavidin yaradıcılığında “İblis” əsərinin xüsusi yerini dərindən aydınlaşdıran müəlliflərdən biri Əjdər İsmayılovdur. O, xeyirlə şərin mübarizəsininin dramatik təcəssümündə xüsusən zərdüştlük fəlsəfəsindən faydalandığına diqqət edir: “Cavid şeyriyyətində zərdüştilik sisteminin əks-sədası qabarıq şəkildə özünü göstərir. Burada hər zaman işığa, parlaq ideala can atmış ulu babalarımızın saflığı və mərdanəliyi ilə yanaşı, onların ərlikdən gələn psixoloji mürəkkəbliyi, dərinlik, kamillik və ləngərliyinin təsvirni də diqqəti cəlb edir”.
“İblis” əsəri öz dövrünün drammatik tarixi gedişatını ifadə etmək ehtiyacından meydana gəlmişdi. Birinci dünya müharibəsinin xalqlarının ictimai, siyasi, mənəvi həyatında doğurduğu sarsıntıların ifadəsi idi. Bu müdhiş gerçəkliyin insan həyatına gətirdiyi faciələr üzərində şairin gərgin düşüncələrindən doğmuşdu. Bu düşüncə gərginliyi, əlbəttə, ideya acxtarışlarının mürəkkəbliyini şərtləndirmişdi. Xüsusilə XX əsrin əvvəllərində Türkiyənin üzləşdiyi ölüm-qalım şəraiti Cavid ruhunda rahatsızlıq yaratmışdı.
Uzunəsrlik dövlətçilik ənənəsi, şanlı zəfər tarixi olan möhtəşəm türk imperiyası – osmanlı Türkiyəsi özünün son dərəcə dramatik dövrünü yaşayırdı. Xristian avropası uzun müddət bütün dünyanı, xüsusən avropanı lərzəyə salan Osmanlı imperiyasını məhv etməyə fürsət axtarırdı. Belə bir tarixi məqam əslində XX sərin əvvəllərində yetişdi. Xristian Avropası Osmanlı Türkiyəsini yer üzündən silməyə çalışırdı, xristianlığın beşiyi olmuş keçmiş Konstantinopolu (İstanbulu) “xilas” etməyi qarşısına məqsəd qoymuşdu. İstanbul Avropa qoşunlarının tapdağı altında qalmışdı. Ürəyi Türkiyə ilə, türk dünyası ilə, türkçülük ideologiyası ilə bağlı olan Hüseyn Cavid bu faciəyə biganə qala bilməzdi.
Hüseyn Cavid müharibə mövzusuna ötəri tarixi hadisə kimi yanaşmır. Bu ictimai bəlanı doğuran faciələrə səbəb olan mənbələrə nüfuz etmək niyyətindədir. Bunun üçün bir tərəfdən müharibəyə faciəli hadisə kimi baxı, digər tərəfdən I Cahan müharibəsində istər Türkiyənin düşdüyü acınacaqlı vəziyyət, istərsə də bəşəriyyətin keçirdiyi dərin sarsıntılar xeyirlə şərin mübarizəsi mövzusunu belə bir tarixi gerçəkliyin təzadları baxımından canlandırmağa yönəldirli. İblis bu sarsıntılı tarixi mühitin mərkəzində dayanana, bütün təzadları özündə daşıyan bir surətdir. Çıxış yolunu isə müəllif yalnız insanın sağlam ideyasında, sağlam zəkasında araşdırır. Müharibəyə qarşı duran, bütün qüvvəsi ilə müharibəni inkar edən isə Arif surətidir.
Görkəmli tədqiqatçı Əli Sultanlı “Hüseyn Cavidin faciələri” əsərində “İblis” barədə maraqlı mülahizələr irəli sürmüşdür.
Ə. Sultanlı fikrincə, “İblis” əsərini H.Cavid Birinci dünya imperialist müharibəsinin qan püskürən odları içində yazır. Anatol Frans, Romen Rollan, Bernard Şou və başqa Avropa ədibləri kimi, H.Cavid də imperialist müharibəsinin əsl mahiyyətini dərk edə bilmir. O da başqa yazıçılar kimi müharibəyə qarşı qəzəb doğurmağa çalışır. “İblis” faciəsi bu nifrətin və qəzəbin məhsulu idi. Tədqiqatçı bu yerdə Cavidin hadisələrə romantizm prizmasından yanaşdığına işarə edir: “Doğrudur, “İblis”dəki hadisələr Türkiyədə cərəyan edir, ancaq H.Cavid arzu etdiyi hadisələri alır, arzu etdiyi romantik obrazları verir, müharibənin dəhşətli səhnələrini insanın qorxunc təbiətində mücərrədləşdirərək, romantik yolla həll edir” .
Əli Sultanlı iki bir-birinə əks qüvvəni təmsil edən İblis və Mələyin qarşı-qarşıya dayandığını, hər ikisinin müharibənin törətdiyi dəhşətlərdən danışdığını göstərir. İblis bu dəhşətlərin səbəbini insanea görür. Mələk isə İblisi təqsirləndirir ki, insanları aldadıb bəşəriyyət aləmində fyəlakətlər törədir. Arif isə gah allıh, gah insanları, gah kitabları, peyğəmbərləri, qanunları, fəlsəfələri; gah da İblisi təqsirləndirir. Elxanla bağlı səhnədən belə çıxır ki, bu çəkişmələrin, cinayətlərin əsl səbəbi şeyxlər, keşişlər, xaqanlardır. Lakin əsərin sonunda İblis deyilənlərə yekun vuraraq bu dəhşətlərin mənbəyini cəmiyyətdə baş verən haqsızlıqlarda, hiyləgər siyasətçilərdə, ədalətsiz vara-dövlətə susamış, əxlaqsız dövlət başçılarında və din xadimlərində görür.
Beləliklə, “İblis”in leytmotivi, Arif surətinin mahiyyəti imperialist müharibəsi əleyhinə etiraz əsasında qurulmuşdu. Əsərin bu əsas ideyasının özü müsbət hadisə idi. Ancaq Əli Sultanlı “İblis” haqqında eyni zamanda bəzi nəzəri iradlar irəli sürür. O, Cavidi imperialist müharibəsini doğuran başlıca amillərə dərindən nüfuz edə bilməməkdə qınayır. Bu cəhətdən şairin müharibəyə baxışlarının marksist-leninəi nəzəriyyəyə uyğun olmadığın qeyd edir.
Cavid yaradıcılığına baxışlarda Məmmədcəfər Cəfərovun mövzuya yanaşma üsulu daha geniş təsir bağışlayır. O, Caviddə, bir tərəfdən, realist tələblərə cavab axtarmağın qeyri-dəqiqilyini nəzərə çatdırır. Digər tərəfdən, onun yaradıcılığında olan realist motivlərdən uənarda romantizmi mütləqləşdirməyi doğru saymır. Cavid poeziyasında romantizmlə realizmin daxili bağlılığı əslində mövcuddur. Ancaq onda romantik poetik üslub yaradıcılığın ana xəttidir. Bunun üçün şairin bədii axtarışları mahiyyət etibarilə tarixi gerçəkliyə romantik baxışların ifadəsidir. Onun pyeslərinin, o cümlədən “İblis”in təhlilində bu cəhət, şübhəsiz, çıxış nöqtəsi olmalıdır.
“İblis”də məqsəd sadəcə gerçəkliyin zahiri təzadlarını, ziddiyyətlərin üzdə təzahürlərini ifadə etmək deyil. Pyesin qayəsi daha dərindir: zaman axarında bəşər ruhunun öz batinində ziddiyyəti düşüdürməkdir. Dünyada insan əlilə törədilən sarsıntıların səbibi əslində insanın ikili təbiətindən irəli gəlir. İnsanın yaşadığı mühitin, eyni zamanda öz batini varlığının ziddiyyətləri bir-birinə qarışır. Bu mürəkkəb gedişatı mənalandırmaq, bədii-poetik cəhətdən təcəssüm etdirmək, şübhəsiz, asan deyil. Burada surətlərin özlərini bütün təzadları ilə birlikdə canlandırmaq təqdim etmək lazım gəlir. “İblis”in belə mürəkkəbliyinə dərindən nüfuz etmədən, ondan söhbət açmaq özü təzadlara gətirir. Aktyor və rejissor M.Kirmanşahlı xüsusən İblis obrazını təzadlı və anlaşılmaz hesab edərək yazırdı ki, İblisin kim olduğu məlum olmur; əgər bu antik dövr İblisidirsə (ki əvvəlcə mələk idi, dərgahdan qovulduqdan sonra isə İblis mövqeyini işğal etmişdi), bu yalnız bir mövhumatdır; əgər antik dövrün İbilisi deyil, “darvinizm cərəyanında vücuda gələn” “kinli ruhdursa, o zaman nə üçün Götenin “Faust”unda olduğu kimi, başqa bir adla (Mefistofel) deyil, İblis adlanır? Madam ki, Cavidin əsərində İblis özü haqqında “bən şimdi bir atəş, fəqət əvvəlcə mələkdim” deyir, demək, o, antik dövrə məxsus olan bir İblisdir. Lakin belə mövhumun bir obrazı yaratmaqda məqsəd nədir? Bu suala cavab olaraq M.S.Kirmanşahlı yazır: “Hərgah Cavidin məqsədi İblisin yalançı qüdrət və əzəmətini göstərməkdirsə, bu heç kimə lazım deyildir”.
“İblis nədir? Cümlə xəyanətlərə bais, ya hər kəsə xain olan insan nədir? İblis!” – deyə mühitin pak ruhları da murdarladığını göstərməkdirsə, o zaman Arifdən başqa pyesin bütün tiplərin, İblis (kinli ruh) yaratmalı idi. Arifi isə ağıllı və xülyapərəst deyil, on altı-on yeddi yaşında sadədil, həyatdan bixəbər, ana himayəsindən yeni çıxaraq mühitə birinci qədəmini qoyan bir cavan yaratmalı idi ki, get-gedə əxlaqının pozulmasından mühitin özü İblis olduğu nəzər çarpmış olaydı”.
Deyildiyi kimi, “İblis”i cəmiyyət həyatında sarsıntılarla dolu bir tarixi şəraitin zərurəti doğurmuşdu. Ancaq tarixin diktə etdiyi poetik mövzu, əlbəttə, real gedişatın bədii təkrarı deyil. Poetik yaradıcılığın xüsusiyyətləri ilə tarixi yaxzmağın xüsusiyyətləri arasında fərqi Aristotel aydın göstərib. Tarixçi olub bitəndən, şair yaradıcı xəyalında dəyişdirdiyi gedişatın necə ola bilməsindən yazır. Tarixçi üzünü keçmişə, şair – gələcəyə çevirir, yəni tarixi öz idealına uyğun mənalandırır. “Bunun üçün poeziya tarixdən daha fəlsəfəçi və daha ciddidir, çünki poeziya daha çox ümiddən danışır, tarix – təkcədən”.
Poeziya ilə tarixin nisbəti haqqında bu müddəa eyni zamanda Cavidə tətbiq edilməlidir. Cavidşünaslığın ilk mərhələlərində bu mühüm metodolji əsası nəzərə almayanlar dolaşıq nəticələrə gəlmişlər. Bu sahədə axtarışlarda anılan metoda yaxınlıq baxımından Abdulla Şaiqin mövqeyi diqqəti çəkir.
Abdulla Şaiqin fikrincə, Cavidbin “İblis”i tamaşaçılara, oxuculara olduqca geniş və yeni bir sahə açır. Cahan müharibəsin6in bədii əks-sədasıf olan bu əsərində şərq və Qərb həyatını, onların ictimai, ruhi və siyasi əhvalını və yaşamaq üçün çırpınana türk xalqının bəxtiyar olmasına əngəl olan bütün səbəbləri maneələri həqiqi və canlı surətdə göstərməyə müvəffəq olmuşdur. Əsərdəki baş qəhrəmanlar Arif, İblis və Elxan həyat həqiqətini poetik ifadə edən tiplərdir. Cavidin bütün əsərləri içində “İblis” qədər həyati və realist bir əsər yoxdur, zənn edirəm”
A.Şaiq Arifi XIX və qismən XX əsrin yetişdirmiş olduğu Azərbaycan xalqının nümayəndəsi və tarixi tipi, İblisi isə Qərb mədəniyyətinin yetişdirdirmiş olduğu tam mənası ilə realist bir tipi kimi səciyyələndirilir. Onun fikrincə İblis bütün qüvvətini və həratənin ağıl və mühakiməsindən alır. İblis həyatın bütün dərinliklərinə girmiş, onu uzun müddət müşahidə və təcrübələrdən keçrmiş; həyat və təbiətində hər şeyi çapıq təbəddülata uğradığından sabit bir ideal, əbədi bir səadət olmadığına inanmış bədbin bir simadır. O, tikici deyil, yaxıcı və yıxıcıdır. İnsani duyğuları, əxlaqı, maraqı inkar edir. Alicənablığa qarşı çox duyğusuzdur. Başqalarının səadət və fəlakəti ilə əylənir; onun dünyada sevdiyi və inandığı heç bir şey yoxdur. Ona görə də hər şeydə nifaq və təzad arar və hər şeyə qara gözlüklə baxar. Aldatmaq, yalan söyləmək onun naturuna pək müvafiq gəlir və bundan bir zövq alır. Vuruşmaq, söyüşmək, yaxmaq, yıxmaq onun qulaqlarında musiqi ahəngi doğurur. İblis kəskin ağla və sarsılmaz iradəyə malikdir. Dodaqlarından uçan hər söz məntiqli, hər bir hərəkət və fəaliyyət ağıl və mühakiməyə uyğundur. Həyatdakı ahəng və intizamı pozmaq üçün plan qurmaqda, məqsədinə irişmək üçün vasitələr və səbəblər hazırlamaqda çox mahirdir. O ağlın inkişafını da yalnız fəna yolda sərf etmək, o uğurda fəaliyyət göstərmək və o sayədə insanlığı heyvanlığa sürükləmək üçün sevir. O, allah, din, fəlsəfə və sufilik kimi şeylərlə əylənir, acı, istehzalı qəhqəhələri, təriz və kinayəli sözləri ilə şiddətli tənqid edir.
Əsərin məzmun və müəllifin qayəsi İblisi bəşəri fikirləri meydana gətirən ciddi amillərin ümumiləşdirilmiş obraz kimi canlandırmaqdır. Bu əsərlə müəllif bütöv insanların mənəvi mühitini, intellektual düşüncəsini dövrün
Comments are closed, but trackbacks and pingbacks are open.