Press "Enter" to skip to content

Nazir 11-ci sinif buraxılış imtahanlarındakı yenilikdən danışdı

2 mətn (bədii, publisistik) hər mətnə aid 10 tapşırıq (5 yazı tələb olunan açıq + 5 qapalı ). Cəmi: 20 tapşırıq

Buraxılış və qəbul imtahanlarının yeni modeli – TƏFƏRRÜATLAR

2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modeli (tapşırıqların sayı) açıqlanıb.

Trend Dövlət İmtahan Mərkəzinə istinadən məlumat verir ki, Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyi tərəfindən birgə hazırlanan və 2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modeli aşağıdakı kimidir:

Buraxılış imtahanı (9 illik təhsil bazasında)

I mərhələ (imtahan müddəti – 3 saat)

Fənnin adı

Maksimal bal

Tapşırıqların sayı

Tədris dili
(Azərbaycan dili, rus dili)

2 mətn (bədii, publisistik) hər mətnə aid 10 tapşırıq (5 yazı tələb olunan açıq + 5 qapalı ). Cəmi: 20 tapşırıq

10 açıq tapşırıq (həllin yazılması tələb olunan)
Cəmi:10 tapşırıq

Xarici dillər (ingilis,alman, fransız,rus,ərəb, fars dilləri)

1.Dinləmə mətninə dair (publisistik və ya dialoq) 6 tapşırıq (4 qapalı+2 yazı tələb olunan açıq );
2.Oxuyub-anlama mətninə dair 9 tapşırıq (5 qapalı+4 yazı tələb olunan açıq ).
Cəmi:15 tapşırıq

II mərhələ (imtahan müddəti – 2 saat 15 dəqiqə)

Fənnin adı

Maksimal
bal

Tapşırıqların
sayı

Tədris dili (Azərbaycan dili, rus dili)

Nazir 11-ci sinif buraxılış imtahanlarındakı yenilikdən danışdı

Konfransda çıxış edən təhsil naziri Ceyhun Bayramov 11-ci sinif buraxılış imtahanlarında gələn il tətbiq ediləcək yenilikdən danışıb:

“Bildiyiniz kimi, 2008-2009-cu tədris ilində şagirdlər birinci dəfə yeni sistemlə, xalq arasında kurikulum adlanan proqramla dərs ilinə qədəm qoymuşdular. Həmin şagirdlər, artıq bu il məzun olacaqlar. Bu, öz növbəsində həm də qiymətləndirmə sistemində bir sıra yeniliklərin tətbiqi deməkdir. Bu il 11-ci siniflərin buraxılış imtahanlarının fənn sayında heç bir fərq nəzərdə tutulmayıb. Fərq odur ki, yalnız attestatla yazılmaqla yekunlaşmayacaq, ali təhsil müəssilerinə qebulolma mərhələsində qəbul balının ilkin hissəsi məhz buraxılış imtahanlarından gələcək.

Qəbul imtahanalarındakı yenilik isə imtahan veriləcək fənlərin sayının 5-dən 3-ə endirilməsidir. Bu, daha az sayda fənnin daha dərindən yoxlanılması istiqamətində əlavə imkanlar verəcək. Bu, bizim hər birimiz üçün çox vacibdir. Yeni tətbiq olunan kurikulum sistemi ilə dərs alan yuxarı sinif şagirdləri ilə intensiv işləmək, onlara hərtərəfli dəstək hər birimizin vəzifəsidir.

Şagirdlərin dərs yükü məsələsi bizi narahat edir. Məktəbdaxili qiymətləndirilmədə olan yük barədə kifayət qədər intensiv iş aparılır. Məktəbdaxili qiymətləndirmə qaydaları müəyyənləşdirilib. Məktəbdaxili qiymətləndirmədə xüsusi olaraq ibtidai təhsil səviyyəsində yüngülləşdirmələr aparılacaq”.

Comments are closed, but trackbacks and pingbacks are open.