Press "Enter" to skip to content

AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT NAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT RƏSM QALEREYASI

Monumental heykəltəraşlıq əsərləri əksər hallarda açıq havada, böyük şəhərlərin meydanlarında, bağlarda və bəzən isə ictimai binaların daxilində qoyulur. İri şəhərlərin meydanlarında mühüm tarixi hadisələrin, siyasi xadimlərin, sərkərdələrin, mütəfəkkirlərin, yazıçıların, xalqın rəğbətini və hörmətini qazanmış şəxsiyyətlərin şərəfinə möhtəşəm heykəltəraşlıq abidələri yüksəlir.

Azerbaycan heykəltəraşlığı

Azərbaycanda ümumi əhalinin sayı 10 milyona yaxınlaşır. Dövlət Statistika Komitəsinin məlumatına görə, hazırda ölkə əhalisinin 53 faizi şəhər, 47 faizi isə kənd yerlərində yaşayır. Azərbaycan Respublikasının tərkibinə 66 inzibati rayon, 77 şəhər, 258 qəsəbə və 4257 kənd yaşayış məntəqələri daxildir.

Müstəqillikdən sonra zavod və fabriklərin bağlanması, kənd təsərrüfatında yaranan tənəzzül nəticəsində bir çox insan iş yerlərini itirib. Onlar dolanışıq üçün əsas çıxış yolunu xaricə, xüsusən Rusiyaya getməkdə tapıblar. Bir çox rayon və kəndlərin əhalisi isə Bakıya və Sumqayıta gəlib. Nəticə etibarı ilə Azərbaycan kəndləri boşalıb. Bu səbəbdən də hazırda şəhərlərdə yaşayanların sayının rəsmi statistikada göstəriləndən xeyli çox olduğunu söyləyə bilərik.

Düzdür, son illər bu proses xeyli səngiyib, amma kəndlərdən axın hələ də davam etməkdədir. Səbəb isə yenə də iş yerlərinin olmamasıdır.

Buradan qaynaqlanaraq, Modern.az Azərbaycanda əhalisinin sayına görə ən böyük və ən kiçik kəndin hansılar olduğunu araşdırıb.

Dövlət Statistika Komitəsindən Modern.az-a verilən məlumata görə, Azərbaycan Respublikasında keçirilmiş əhalinin son siyahıyaalınmasının (2009-cu il aprel ayının 13-dən 22-dək) yekunlarına əsasən, əhalisinin sayına görə ən böyük kəndlər Nehrəm (Babək rayonu), Masazır (Abşeron rayonu), Əyyublu (Tovuz rayonu), Aşağı Quşçu (Tovuz rayonu), Cəhri (Babək rayonu) kəndləridir.

Respublikada ən kiçik kəndlər isə Dahar (İsmayıllı rayonu), Əlməkolu (Siyəzən rayonu), Gənzə (İsmayıllı rayonu), Qızqayıtdı (Neftçala rayonu), Pirəqanım (İsmayıllı rayonu) kəndləridir.

Ən böyük və ən kiçik kəndlərdə nə qədər adamın yaşadığını öyrənmək isə mümkün olmayıb. Məlumatda qeyd edilib ki, yaşayış məntəqələrinin ərazilərinə dair statistik məlumatlara Dövlət Statistika Komitəsi malik deyil.

Qeyri-rəsmi məlumata görə, əhali sayının ən az məskunlaşdığı kəndlərdə 3-4 nəfər yaşayır. İsmayıllı rayonunun Pirəqanım kəndində isə cəmi 2 nəfərin yaşadığı bildirilir.

Aytən ZƏHRA

AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT NAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT RƏSM QALEREYASI

Heykəltəraşlıq – təsviri sənətin növlərindən biridir. Heykəltəraşlıqda insan və ya hər hansı təsvir obyekt həcmli formada yaradılır.

Heykəltəraşlıq əsasən 2 növə ayrılır:

  • həcmli və ya dairəvi
  • relyef (barelyef,qorelyef)

Heykəlin daha yaxşı alınması üçün əsas plan, işıq müstəvisi, kütlə və həcm böyük rol oynayır.

Heykəllərin hazırlanmasında müxtəlif materiallardan istifadə olunur: daş (mərmər, əhəngdaşı, qumdaşı, qranit və s.), taxta, sümük, metal (bürünc, dəmir, tunc və s.), gil, yanmış gil, keramika (terrakota, mayolika, saxsı, çini və s.) gips və digərləri. Ənənəvi materiallarla yanaşı müasir heykəltəraşlıqda tamamilə fərqli materiallardan- şüşədən, buzdan, qardan, kağızdan istifadə olunur.

Heykəltəraşlıq sənətinin ən qədim dövrlərdən bəri üç sahəsi məlumdur: monumental, dekorativ və dəzgah heykəltəraşlığı.

Monumental heykəltəraşlıq əsərləri əksər hallarda açıq havada, böyük şəhərlərin meydanlarında, bağlarda və bəzən isə ictimai binaların daxilində qoyulur. İri şəhərlərin meydanlarında mühüm tarixi hadisələrin, siyasi xadimlərin, sərkərdələrin, mütəfəkkirlərin, yazıçıların, xalqın rəğbətini və hörmətini qazanmış şəxsiyyətlərin şərəfinə möhtəşəm heykəltəraşlıq abidələri yüksəlir.

Sərgilərdə nümayiş etdirilən 3 ölçülü heykəllər dəzgah heykəltəraşlığı nümunələri sayılır.

Heykəltəraşlığın ən ibtidai forması – daşdan hazırlanan fiqurlardır. Orta əsrlərə aid edilən, Şamaxı və Ağdam şəhərləri ətrafında tapılmış daş insan fiqurları heykəltəraşlığımızın daha təkmilləşmiş nümunəsi hesab edilir. Bayıl qəsrindəki daşoyma nümunələri (XIII əsr), məzarlar üzərinə qoyulan at və qoç fiqurlarını (XV-XIX əsrlər) da bu qəbildən saymaq olar. . Heykəltəraşlıq sənətinin ən məşhur nümunələri arasında XIII əsrdə Bakı limanında tikilmiş Şirvanşahlar sarayını, “Bayıl qəsri”, yaxud “Səbayıl” adlanan memarlıq abidəsini göstərmək olar.

Azərbaycanın professional heykəltəraşlığı XX əsrin əvvəlində formalaşaraq inkişaf etmişdir.Daha dəqiq, milli heykəltəraşlığımızın əsas inkişafı 1930-1940-cı illərə təsadüf edir. Cəlal Qaryağdı, Fuad Əbdürrəhmanov, Pyotr Sabsay, Mirəli Mirqasımov, Tokay Məmmədov, Ömər Eldarovun adı ilən bağlı olmuşdur.

Fuad Əbdürrəhmanov hələ otuzuncu illərdə yaratdığı obrazlarda monumental formalara üstünlük verirdi. Firdovsinin Şahnamə poemasındakısurətlərdən biri “Ox atan gənc” fiquru buna gözəl nümunə ola bilər. Fuad Əbdürrəhmanovun “Nizami” abidəsi xüsusilə diqqət çəkəndir.

Cəlal Qaryağdının yaradıcılığında “Xosrov və Şirin” poemasının motivləri əsasında “Fərhad dağı yarır” qorelyefini xüsusi qeyd etmək lazımdır.

Azərbaycan monumental heykəltəraşlığının sonrakı inkişafı 1950-1960-cı illərə təsadüf edir. Bu dövr heykəltəraşlar arasında Tokay Məmmədov, Ömər Eldarov, Mirələsgər Mirqsımovla yanaşı Elmira Hüseynova, E.Şamilov və başqalarının adını qeyd etmək olar.

T.Məmmədovun Ö.Eldarovla birlikdə 1963-cü ildə işlədiyi Məhəmməd Füzulinin abidəsi Azərbaycan heykəltəraşlığının böyük nailiyyəti sayılır. Bu illərdə yaradılmış maraqlı monumentl heykəltəraşlıq sənətinin nümunələri sırasına İbrahim Zeynalovun “Şah İsmayıl Xətai”, Akif Əsgərovun “Akademik Y.Məmmədəliyev” abidələrini aid etmək olar.

Azərbaycan heykəltəraşları monumental janrla yanaşı portret janrı sahəsində də yüksək nailiyyətlər əldə etmişlər. Ömər Eldarovun, Tokay Məmmədovun, Mirələsgər Mirqasımovun, Fazil Nəcəfovun, Akif Əsgərovun bu sahədə adını qeyd etmək olar. Ömər Eldarovun ağacdan yonulmuş “Səttar Bəhlulzadə”, “Şairə Natəvan”, Tokay Məmmədovun “Nizami Gəncəvi”, “Səməd Vurğun” portretləri nümunə göstərmək olar.

Azərbaycan heykəltəraşları 1970-1990-cı illərdə müxtəlif materiallardan düzəldilmiş kiçik plastika sahəsində xeyli nailiyyətlər əldə etmişlər. Bu janrda yaradılmış əsərlər üzərində Akif Əsgərov , Natiq Əliyev, Namiq Dadaşov, Xanlar Əhmədov çox fəal yaradıcılıq işləri aparmışlar.

Müasir dövr Azərbaycan heykəltəraşlığı XX əsr heykəltəraşlıq ənənələrindən bəhrələnərək yeni formalar axtarışındadır.

Comments are closed, but trackbacks and pingbacks are open.