Azerbaycan huquq tarixi
Prezident İlham Əliyev müharibənin gedişində dəfələrlə bəyan etdi ki, “dünyada heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz. Dünyada heç bir ölkə bizim iradəmizə təsir edə bilməz. Biz haqq yolundayıq, biz qalib gəlirik, biz zəfər çalırıq və biz öz torpaqlarımızı geri alacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik!”.Bu əminlik 44 günlük müharibədən Azərbaycanın qalib ayrılmasını şərtləndirdi. Ermənistan bütün hərbi resurslarını itirdi, döyüşdə uduzduğunu görən düşmən xilas olmaq üçün bütün vasitələrə əl atdı. Dinc əhalini atəşə tutdu, gecə vaxtı yatan insanların başına ballistik bombalar yağdırdı. Azərbaycan isə onların cavabını döyüş meydanında verdi. 1992-ci ildə Xocalı soyqırımını törədəndə də düşmənin məqsədi dinc əhalini qırmaqla Azərbaycan xalqının ruhunu sındırmaq, onu psixoloji böhrana salmaq idi. Bu dəfə də bu mənfur plan alınmadı, Azərbaycan xalqı öz haqlı davasında axıra qədər getdi.
Azərbaycan dövlətləri
Azərbaycan xanlıqları — XVIII əsrin 40-cı illərində indiki Azərbaycan Respublikası və Cənubi Azərbaycan ərazisində yaranmış müstəqil feodal dövlətlərinə tarixşünaslıqda verilən ad. Şəki və Quba xanlıqları istisna olmaqla digər xanlıqlar əsasən Nadir şah Əfşarın 1747-ci ildə qətlindən sonra meydana gəlmiş, XIX əsrin 20-30-cu illərində mərhələ-mərhələ Qacar İran dövlətinin və Rusiya İmperiyasının nəzarəti altına keçmişlər.
Şimali Azərbaycan ərazisində
- Bakı xanlığı — XVIII əsrdə Azərbaycanın şərq hissəsindəki xanlıqlardan biri. XVIII əsrdə Azərbaycan ərazisində bir sıra müstəqil xanlıqlar, o cümlədən Bakı xanlığı yaradıldı. Bakı xanlığına Mirzə Məhəmməd xan (1747-1768-ci illər) başçılıq edirdi.
- Cavad xanlığı — bir çox Azərbaycan xanlıqları kimi İran şahı Nadir şah Əfşarın ölümündən sonra yaranmışdır. İndiki Azərbaycan Respublikasının ərazisində Qarabağ xanlığı ilə Şamaxı xanlığının və Salyan sultanlığının arasında yerləşirdi.
- Dərbənd xanlığı — XVIII ərdə indiki Azərbaycan ərazisində mövcud olan xanlıqlardan biri. Azərbaycanın ən qüdrətli xanlıqlarından biri sayılan Dərbənd xanlığı 1918-ci ildə Rusiyaya birləşdirilib. Rusiyaya birləşdirilərkən Dərbənd xanlığının sahəsi 7 min kv. km. idi.
- Gəncə Xanlığı — XVIII əsrin ortalarında, paytaxtı Gəncə şəhəri olmaqla yaranan Azərbaycan Xanlıqlarından biridir. Şimali Azərbaycan ərazisində yaranmış xanlıqlar arasında Qarabağ və Gəncə xanlıqları özünəməxsus yer tuturdu. Bu xanlıqlar uzun müddət Səfəvi imperatorluğunun mühüm inzibati-ərazi vahidlərindən biri olan Qarabağ (və ya Gəncə) bəylərbəyiliyi ərazisində meydana çıxmışdı.
- Irəvan xanlığı (ingiliscə: Erivan khanate) — 1747-ci ildə Nadir şah Əfşarın ölümündən sonra əsası qoyulmuş müstəqil xanlıq. Ərazisi müasir Ermənistanı habelə indiki Naxçıvan Muxtar Respublikasının Şərur və Sədərək rayonlarını və indiki Türkiyənin İğdır vilayətini əhatə etmişdir.
- Lənkəran xanlığı və ya Talış xanlığı — Azərbaycan xanlıqlarından biri olmuşdur.
- Naxçıvan xanlığı — 1747-1828-ci illərdə Azərbaycan ərazisində mövcud olmuş feodal dövləti. 18-ci əsrin ortalarında Azərbaycanın şimalında yaranmış xanlıqlardan biri də Naxçıvan xanlığı olmuşdur. Xanlığın ərazisi Zəngəzur dağlarından Araz çayının vadisinə qədər olan torpaqları əhatə edirdi. İrəvan, Qarabağ və Maku xanlıqları ilə həmsərhəd idi.
- Qarabağ xanlığı — 1748-1805-ci illərdə müasir Azərbaycan ərazisində, Kür və Araz çayları arasındakı sahədə mövcud olmuş feodal dövlət, xanlıq. Digər Azərbaycan xanlıqları kimi Səfəvilərin süqutundan sonra yaranmış və Rusiyanın Qafqazı işğalı zamanı zəbt edilmişdir.
- Quba xanlığı — XVIII əsrin ortalarında yaranmış, Azərbaycan xanlıqlarından biri. Quba xanlığı Azərbaycanın şimal-qərbində yerləşirdi. 18-ci əsrin birinci yarısında indiki Quba, Dəvəçi, Qusar, Xaçmaz, Xızı və Siyəzən rayonlarının ərazisin Quba xanlığı şəklində birləşdirilmişdir. Əvvəlcə bu xanlığın mərkəzi Xudat şəhəri idi, lakin az sonra Quba xanı Hüseynəli Qubanı öz xanlığının mərkəzinə çevirdi və öz iqamətgahını Qubaya köçürdü.
- Şamaxı xanlığı — XVIII əsrdə indiki Azərbaycan ərazisində feodal dövlət olmuşdur. Şamaxı xanlığında iihakimiyyətlilik mövcud olmuşdur. Bir hissəsində Məhəmməd Həsən xan, digər hissəsində isə Məhəmməd Səid və Ağası qardaşlarının hakimiyyəti mövcud idi. 1763-cü ildə Məhəmməd Səid xan Şamaxı xanlığını birləşdirdi və xanlığın mərkəzi Şamaxı şəhəri oldu. 1767-ci ildə Quba və Şəki xanlıqları Şamaxıya hücum etdi və ərazisi onlar arasında bölüşdürüldü. 1790-cı ildə Şirvan xanları hakimiyyətləri bərpa etdilər.
- Şəki xanlığı — paytaxtı Nuxa (Şəki) şəhəri olmaqla, 1445-ci ildə yaranmışdır.
Cənubi Azərbaycan ərazisində
- Ərdəbil xanlığı — Cənubi Azərbaycan ərazisində (indiki İran dövləti) xanlıq. (XVIII yüzilin 40-cı illəri — XIX yüzilin əvvəlləri). Ərazisi Talış, Qaradağ, Təbriz, Marağa və Gilan xanlıqları ilə hüdudlanırdı. Mərkəzi Ərdəbil şəhəri.
- Marağa xanlığı — Cənubi Azərbaycan ərazisində (indiki İran dövləti) xanlıq. (XVIII yüzilin 40-cı illəri — XIX yüzilin 20-ci illəri). Cənubdan Saqqız mahalı, şərqdən Miyanə, şimaldan Təbriz, qərbdən Urmiya gölü və Sulduz mahalı ilə hüdudlanırdı. Mərkəzi Marağa çəhəri.
- Maku xanlığı — Cənubi Azərbaycan ərazisində (indiki İran dövləti) xanlıq. (XVIII yüzilin 40-cı illəri — 1922-ci il). Mərkəzi Maku çəhəri. Xoy, Qaradağ, Naxçıvan, İrəvan xanlıqları və Osmanlı imperiyası ilə hüdudlanırdı.
- Qaradağ xanlığı — 1747-ci ildə yaranmış və Cənubi Azərbaycanda (indiki İran ərazisində) feodal dövlət olmuşdur. Mərkəzi Əhər şəhəri idi. Qərbdən Xoy xanlığı, Şərqdən Lənkəran xanlığı, cənubdan Təbriz və Ərdəbil xanlıqları ilə həmsərhəd idi.
- Sərab xanlığı — Cənubi Azərbaycan ərazisində (indiki İran dövləti) xanlıq. (XVIII yüzilin 40-cı illəri — XIX yüzilin əvvəlləri). Ərazisi Ərdəbil, Qaradağ, Təbriz, Marağa xanlıqları və İranla hüdudlanırdı. Mərkəzi Sərab çəhəri.
- Təbriz xanlığı – mərkəzi Təbriz şəhəri olmaqla Azərbaycan xanlıqlarından biridir. Ən görkəmli xanlarından biri Əmir-Aslan Xan olmuşdur. Onun hakimiyyəti dövründə Təbriz xanlığı Ərdəbili, Xalxalı, Azərbaycanın cənub torpaqlarının bir hissəsini tutmaqla sərhədlərini xeyli genişləndirdi. Lakin çox keçmədi ki, Təbriz xanlığı Fateh-Əli xan Əfşar tərəfindən ələ keçirildi və Təbriz onun ölkəsinin paytaxtına çevrildi. Təbriz xanlığının idarə edilməsi Nəcəf-Qulu xana tapşırılır. Fateh-Əli xanın ölümündən sonra Təbriz xanlığı yenidən müstəqillik əldə edir.
- Urmiyə xanlığı (ingiliscə: Khanate of Urmia) – XVIII əsrin ortaları və 1868/1869-cu illər arasında, mərkəzi Urmiyə şəhəri olmaqla, Cənubi Azərbaycanın qərbində yerləşmiş ən nüfuzlu xanlıqlardan biri olmuşdur.
- Xoy xanlığı — Cənubi Azərbaycan ərazisində (indiki İran dövləti) xanlıq. (XVIII yüzilin ortaları — sonları). Mərkəzi Xoy şəhəri. Naxçıvan, Maku, Urmiya, Təbriz xanlıqları və Türkiyə ilə hüdudlanırdı.
Azərbaycanın müasir tarixi
- Azərbaycan Demokratik Respublikası (Azərbaycan Xalq Cümhuriyyəti) 1918-1920
Azərbaycan Demokratik Respublikası (Azərbaycan Xalq Cümhuriyyəti) — Yaxın Şərqdə ilk demokratik dövlət. ADR 27 may 1918-ci ildə Tiflis şəhərində Azərbaycan Milli Şurası tərəfindən bəyan edilmişdir. İrəvan şəhəri və quberniya əraziləri güzəştə gedildikdən sonra 1918-ci il mayın 28-də özünün müstəqilliyini elan edən Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi 99908,86 km² təşkil edirdi. 13983,1 km² ərazi isə mübahisəli ərazi kimi qəbul olunaraq gələcək danışıqlar prosesində həll olunması nəzərdə tutulmuşdu. - Azərbaycan SSR (1920-1991)
Azərbaycan Sovet Sosialist Respublikası - Azərbaycan Milli Hökuməti (1945-1946)
Azərbaycan Milli Höküməti (AMH; ingiliscə: Azerbaijan People’s Government; rusca: Азербайджанское народное правительство) və ya 21 Azər Hərəkatı — 1945-ci ilin noyabr ayından 1946-cı ilin noyabr ayına qədər Cənubi Azərbaycanda fəaliyyət göstərmiş muxtar sosialist hökümət. AMH-nin paytaxtı Təbriz şəhəri olmuşdur. Cəmi bir il mövcud olmasına və bilavasitə Sovet İttifaqının İrana qarşı siyasi, ideoloji və hərbi müdaxiləsi nəticəsində yaranmasına baxmayaraq, AMH tarixdə ilk dəfə Cənubi Azərbaycanda müstəqil müasir milli dövlətçilik cəhdi olmuşdur. Sovet ordusu İrandan çəkildikdən sonra, dekabr 1946-da İran ordusunun hissələri Təbriz şəhərinə daxil olaraq Azərbaycan Milli Hökümətinə son qoymuşlar. - Müstəqil Azərbaycan (18 oktyabr 1991-ci il)-hazırda mövcud olan bu ölkədə yaşayırıq.
- Teqlər:
- Azərbaycan tarixi
- , Azərbaycan
Azerbaycan huquq tarixi
(+994 12) 493 30 77
- Fəlsəfə
- Tarix
- Azərbaycan tarixi
- Sosiologiya
- Etnoqrafiya
- İqtisadiyyat
- Dövlət və hüquq
- Siyasət. Siyasi elmlər
- Elm və təhsil
- Mədəniyyət
- Kitabxana işi
- Psixologiya
- Dilçilik
- Ədəbiyyatşünaslıq
- Folklor
- Bədii ədəbiyyat
- İncəsənət
- Kütləvi informasiya vasitələri
Azərbaycanın dövlət və hüquq tarixi
Abunə
Lokal şəbəkədə oxucuların istifadəsinə “Rusiya Federasiyasının Qanunvericilik Bazası” təqdim olunur.
Lokal şəbəkədə oxucuların istifadəsinə bütün elm sahələri üzrə 5 000 e-kitabdan ibarət elektron kitabxana – Elektron Kitabxana Sistemi İPR Books təqdim olunur.
Polpred.com Medianin İcmalı. Hər gün minlərlə xəbərlər, Rus dilində tam mətn, son 15 ilin informasiya agentliklərinin və işgüzar nəşrlərin ən yaxşı milyon mövzusu.
Bannerlər
Əlaqə
Ünvan: AZ1005, Azərbaycan Respublikası, Bakı şəhəri,
Nizami küçəsi 58
Tel.: (+99412) 596-26-13
İş vaxtı:
Bazar ertəsi – Cumə: 9:00-18:00
Fasilə: 13:00-14:00
İstirahət günləri: Şənbə, Bazar
Copyright © 2013 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Məlumatlardan istifadə zamanı istinad vacibdir.
44 günlük Zəfər tariximiz
27 sentyabr 2020-ci ildə Azərbaycan xalqı, dövləti və ordusu elə bir tarix yazdı ki, bu, bütöv bir millətin ləyaqət rəmzinə, milli qeyrət nümunəsinə çevrildi. Biz yağı düşmənin üstümüzə atdığı ləkəni təmizlədik, biz qamətimizi düzəltdik, biz 30 ildir itirdiyimiz dəyərləri özümüzə qaytardıq, biz illərlə həsrətində olduğumuz torpaqlarımıza qovuşduq. Biz heç nəyi unutmadıq, unutmadıqca da möhkəmləndik, gücləndik və nəhayət, dünyanın illərdir göz yumduğu ədalətsizliyi özümüz təkbaşına aradan qaldırdıq. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşən Azərbaycan xalqı 30 illik mərhumiyyətə cəmi 44 günə son qoydu. Tariximizdə yeni səhifə yazıldı. Vətən müharibəsi Azərbaycan xalqının Zəfər məramına, milli kimlik mücadiləsinə, torpaq və Vətən sevgisinə şahidlik etdi.
Tarixi torpaqlarımızı 30 ildir işğal altında saxlayan Ermənistanın hərbi təxribatları müntəzəm xarakter alanda Azərbaycan cavab vermək məcburiyyətində qaldı. Şanlı aprel döyüşlərindən sonra dərs almayan Ermənistan rəhbərliyi ötən ilin iyul və avqust aylarında yenidən hərbi təxribatlara əl atanda yəqin düşünürmüş ki, bu, onlara itirilmiş ictimai nüfuzu qaytaracaq və yaxud Azərbaycan üzərində kiçik qalibiyyət belə onlara erməni cəmiyyətində lovğlanmaq üçün bir xeyli vaxt qazandıracaq. Amma bu dəfə onların fikirləşdiyi kimi olmadı, Vətən müharibəsi Ermənistanın siyasi konyukturasının bütün mənfur planlarını alt-üst etdi, 27 sentyabr tarixi onların dırnaqarası arzularının tükənən günü oldu. Azərbaycan xalqıöz Prezidentinin ətrafında sıx birləşməklə bütün dünyaya sübut etdi ki, Qarabağ millətimizin milli ləyaqət rəmzidi və Azərbaycan xalqı 30 ildə bir an da olsun Qarabağ arzusundan bir addım geri çəkilməyib. Prezident İlham Əliyevin həyata keçirdiyi millət quruculuğu prosesi ona gətirib çıxardı ki, Xalq-Prezident-Ordu birliyi qalib gəldi, düşmən 30 ildir işğal altında saxladığı torpaqlarımızdan qovuldu.
Vətən müharibəsi bir xalq kimi bizim gücümüzü göstərdi, Azərbaycanın bir dövlət kimi potensialını nümayiş etdirdi. Bu müharibədə Azərbaycan xalqı da, dövləti də Qarabağın işğaldan azad olunması ilə bağlı var-qüvvəsini ortaya qoydu. Əsgər və zabitlərimiz döyüş tapşırıqlarını şərəflə yerinə yetirdi, strateji yüksəklikləri götürərək daha əlverişli mövqelərə sahib oldu. Bütün dünya gördü ki, 30 il ərzində Ermənistan rəhbərliyi “güclü ordusu” haqqında uydurmalar ortalığa atanda, “yenilməz Ermənistan ordusu” barədə miflər yaradanda Azərbaycanda dünya standartlarına uyğun ordu yaradılıb və bu ordunun gücü döyüş meydanında göründü. Baxmayaraq ki, biz 30 il səbrlə gözləmişdik. Danışıqlar prosesinə sadiq qalmışdıq. Bütün bunlar münaqişənin dinc yolla, müharibəsiz həllinə hesablanmışdı və Azərbaycan hər dəfə status-kvonun dəyişdirilməsinin vacibliyini vurğulayanda məqsəd münaqişəsinin fəal hərbi əməliyyatlar mərhələsinə keçməsinin qarşısını almaq idi.Ancaq ermənilərin illərlə qoruyub saxladığı həmin status-kvo bir neçə günün içində darmadağın oldu. Təmas xətti yarıldı və rəşadətli Azərbaycan ordusu torpaqlarımızı düşmən tapdağından xilas etdi.
Prezident İlham Əliyev müharibənin gedişində dəfələrlə bəyan etdi ki, “dünyada heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz. Dünyada heç bir ölkə bizim iradəmizə təsir edə bilməz. Biz haqq yolundayıq, biz qalib gəlirik, biz zəfər çalırıq və biz öz torpaqlarımızı geri alacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik!”.Bu əminlik 44 günlük müharibədən Azərbaycanın qalib ayrılmasını şərtləndirdi. Ermənistan bütün hərbi resurslarını itirdi, döyüşdə uduzduğunu görən düşmən xilas olmaq üçün bütün vasitələrə əl atdı. Dinc əhalini atəşə tutdu, gecə vaxtı yatan insanların başına ballistik bombalar yağdırdı. Azərbaycan isə onların cavabını döyüş meydanında verdi. 1992-ci ildə Xocalı soyqırımını törədəndə də düşmənin məqsədi dinc əhalini qırmaqla Azərbaycan xalqının ruhunu sındırmaq, onu psixoloji böhrana salmaq idi. Bu dəfə də bu mənfur plan alınmadı, Azərbaycan xalqı öz haqlı davasında axıra qədər getdi.
Prezident İlham Əliyev hər dəfə yeni kənd və şəhərlərimizin işğaldan azad olunması xəbərini xalqa çatdıranda bu, insanlarda qələbəyə böyük ümid yaradırdı. Hətta azad olunmuş ərazilərdə bütün infrastrukturun dağıdılması belə xalqımızın qələbə əzminə təsir etmədi, indi onlar səbirsizliklə doğma torpağa qayıdacaqları günü gözləyir. Prezident İlham Əliyev həmişə deyirdi ki, o, nəyi nə vaxt edəcəyini yaxşı bilir. Bir il öncə döyüş meydanında baş verənlər Azərbaycan Prezidentinin uzaqgörənliyini, onun hadisələrə fərqli yanaşma bacarığını ortaya qoydu. Bu, həm də xalqın öz liderinə sonsuz inamının, ona etimadının təntənəsi idi.
Vətən müharibəsi regional və qlobal miqyasda Azərbaycana dəstəyi də nümayiş etdirdi. Biz kimin kim olduğunu gördük və çoxları nəhayət, anladılar ki, Azərbaycanın ərazi bütövlüyü başqa ölkələrin ərazi bütövlüyü qədər əhəmiyyətli və önəmlidir. Azərbaycan Ermənistandan fərqli olaraq heç kimdən kömək istəmədi. O, yalnız öz gücünə arxalandı, dost və qardaş ölkələrin siyasi-mənəvi dəstəyi xalqımızın və dövlətimizin iradəsi ilə birləşib düşmənə sarsıdıcı zərbə vurdu. Bu da ondan irəli gəldi ki, Prezident İlham Əliyevin yürütdüyü xarici siyasətin əsas özəlliyi onun Azərbaycanın milli maraqlarını ehtiva etməsidir. Onun hakimiyyətdə olduğu illərdə ölkəmizin xarici siyasət kursunda yalnız bu prinsiplər üstünlük təşkil edib: Azərbaycanın müstəqilliyini möhkəmləndirmək, müstəqil siyasətə sadiq olmaq, heç vaxt heç kimdən asılı olmamaq, heç kimin qarşısında baş əyməmək, öz qürurumuzu qoruyub saxlamaq və ölkənin ərazi bütövlüyünü bərpa etmək. Və bu da nəticə: Azərbaycan 30 ildir məruz qaldığı təcavüzü aradan qaldırdı, döyüş meydanında olduğu kimi, diplomatiya arenasında da qalib gəldi.
Prezident İlham Əliyev vurğulayır ki, biz bu qələbəyə hər zaman hazırlaşırdıq. Dövlət başçısı bu sözləri deyəndə həm də ölkəmizin iqtisadi gücünü də nəzərdə tutur. Bu illər ərzində Azərbaycanda formalaşan iqtisadi potensial bizi bu qələbəyə addım-addım yaxınlaşdırdı. Bir vaxtlar “neftin pulları hara gedir” sualını verən bədxahlara 44 günlük Vətən müharibəsinin qalibiyyəti ən yaxşı cavab idi. Biz o pulları düşmənin başına yağış kimi yağan müasir silahlarda gördük. Biz o pulları Azərbaycanın güclü, bütün dünyanı mat qoyan samballı ordu quruculuğunda, Ali Baş Komandan İlham Əliyevin dünyanın 50 ən güclü ordusundan birinə çevirdiyi Azərbaycan Silahlı Qüvvələrinin rəşadətində, Vətən sevgisində gördük. Amma elə dəyərlər də var ki, onlar nə pulla alınır, nə də satılır. Bizim bu müharibədəki ən böyük üstünlüyümüz mənəvi bütövlüyümüz idi. Hakimiyyətdə olduğu dövrdə Azərbaycanda həm də millət quruculuğu prosesini həyata keçirən Prezident İlham Əliyev bizi mənən də qalib etdi. Biz bundan sonra başı dik, üzü ağ gəzəcəyik! Çünki biz qalib ölkənin vətəndaşlarıyıq. Bizim Qalib Ordumuz var! Bizim xalqın övladları – müstəqillik dövründə yetişən gənc nəsil tariximizi də, taleyimizi də ən ağır töhmətdən xilas edib, inanılmazı gerçəyə çevirib, bizə böyük Qələbəni yaşadıb!
Prezident İlham Əliyev savaşın gedişində millətin öndərliyini edərək elə bir tarix yazıb ki, bundan sonra Azərbaycanın gələcək inkişafı məhz həmin tarix üzərində bərqərar olacaq. Bundan sonra biz ölkəmizin gələcəyi ilə bağlı bütün planlarımıza parlaq Zəfərimizin rakursundan baxacağıq. Çünki Prezident ləyaqətli, qürurlu, heç kimdən asılı olmayan, heç kimin sözü ilə oturub durmayan xalq formulunun müəllifi kimi müasir Azərbaycanın unudulmaz salnaməsini yaradıb. Müharibənin ilk saatlarından həm də informasiya cəbhəsində üstünlüyü ələ alan dövlət başçısı az qala hər gün beynəlxalq media orqanlarına verdiyi müsahibələrdə haqlı davamızla yanaşı, Azərbaycanı da, xalqımızı da bütün dünyaya tanıdıb. Dünya bizim gücümüzü görüb. Dünya həm də Azərbaycan Prezidentini yenidən kəşf edib.
Prezident İlham Əliyev deyir ki, “Bayrağı qaldıran, bayrağı düşmənin mövqeyinə sancan, azad edilmiş torpaqlara sancan əsgərdir, zabitdir. Bizim əsgər və zabitlərimiz aslan kimi vuruşdular”. Ona görə də bu gün tam əminliklə deyə bilərik ki, Prezident İlham Əliyevin ordusu tarixi missiyanı şərəflə yerinə yetirdi, işğal edilmiş torpaqları düşməndən azad etdi. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonları, Hadrut və Suqovuşan qəsəbələri, Şuşa şəhəri döyüşlə azad olundu. Hərb meydanında əldə edilən qələbə imkan verdi ki, Ağdam rayonu, eyni zamanda, Kəlbəcər və Laçın rayonları bir güllə atmadan, bir şəhid vermədən işğaldan azad edilsin. Bununla da Prezident İlham Əliyev minlərlə övladımızı itirməkdən xilas etdi.
İndi biz torpaqlarımıza Azərbaycan xalqının, şəhidlərimizin canı, qanı bahasına, qəhrəmanlarımızın şücaəti, milli şərəf lövhəmizibəzəyən igidlərin hesabına qayıdırıq. Ali Baş Komandanın bir sözünə minlər olub hərbi komissarlıqların önünə növbəyə düzülən, arxaya baxmadan, tərəddüd belə etmədən Vətəni qucaqlamağa gedən, silahına sarılıb canıyla-qanıyla “Qarabağ Azərbaycandır” hayqıran igidlərin sayəsində tarixi Zəfərə qovuşduq. Xalqımız öz şəhidlərini qürurla, “Vətən sağ olsun!” deyib qarşıladı, millət öz mənəvi dünyasının böyüklüyünü ortaya qoydu, bütöv vətən fəlsəfəsinə dəyərli tövhə verdi. Vətən uğrunda şəhid olan balasının tabutuna girən ananın, həyat yoldaşının nəşinə çiyin verən gənc qadının timsalında xalqın qeyrət hünəri kükrədi.
Prezident İlham Əliyev Hərbi Qənimətlər Parkının açılışında hərbçilərimizə xitabən dedi ki, siz öz qəhrəmanlığınızla xalqımızın üzünü ağ eləmisiniz! Bu, təkcə onların igidliyinə verilən qiymət deyildi. Prezident bununla həm də bundan sonra ictimai fikirdəki şəhid, qazi statusunu müəyyənləşdirdi. Qazilərimizin sağlamlıq durumlarının hər zaman nəzarətdə saxlanması, şəhid ailələrinin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı dövlət siyasəti yeni müstəviyə qədəm qoydu. Dövlət qurumları, ictimai-siyasi təşkilatlar, qeyri-hökumət təşkilatları, bütün cəmiyyət bu prosesə cəlb olundu, bu məsələ milli həmrəylik səviyyəsinə qaldırıldı.
İşğaldan azad olunmuş torpaqlarımızdakı mənzərə ürək dağlayır. Düşmən hər şeyi dağıdıb, Azərbaycan xalqının malını, mülkünü talayıb aparıb, daş daş üstündə qalmayıb. Onlar ən çirkin üsullara əl atıblar. Xalqımızın dini-mənəvi dəyərlərini təhqir ediblər. İşğal dövründə məscidlərimizi donuz tövləsinə çeviriblər. Düşünürəm ki, bu, yalnız dini fərqlilik məsələsi deyil. Bu, həm də əxlaq məsələsidir. Əxlaqı süqut etmiş bir millətin özgə yadigarlarına xain xislətinin təzahürü, daha gözəli, daha mükəmməli həzm edə bilməmək küdurətidir. Bu, təkcə Azərbaycan məsələsi də deyil, bu, ermənilərin həm də İslama, müsəlman dünyasına münasibətidir. Ona görə də Azərbaycan Prezidenti işğaldan azad edilmiş torpaqlardan dünyaya insanlıq və sülh mesajı verəndə bu, 30 ildir dini-mənəvi dəyərlərimizə qarşı ermənilərin törətdiyi vandalizmə susan Qərbin islamafob dairələrinə tutarlı cavab idi. Çünki prezident ermənilərin dağıtdığı, təhqir etdiyi məscidləri ziyarət edirdi. Bu, alicənablıq idi! Bu, keçmişə və mənəvi dəyərlərə sayqıdan qanynaqlanırdı. Və təbii ki, bu, Ağdamda salamat qalan yeganə tikilinin – tarixi məscidin qarşısında bütün dünyaya ünvanlanan ibrət dərsi idi.
İndi Ermənistanda baş verənlər ilk növbədə ölkənin dövlətçilik əsaslarını sarsıdıb və onun yenidən bərpası heç də effektli alınmayacaq. Təbii ki, vəziyyəti bu yerə gətirib çıxaran səbəb 30 ildə Ermənistana rəhbərlik edənlərin yürütdüyü siyasətdir. Qarabağın işğalı fonunda xalqın etibarından sui-istifadə edərək onu yalançı vədlərə inandıranların müharibədəki rüsvayçılığı nəhayət ki, Ermənistan cəmiyyətini acı reallıqla üz-üzə qoyub. Bu ölkənin yürütdüyü işğal siyasəti nəticəsində ölkə bütövlükdə müstəqillik dayaqlarını itirib və müstəmləkəyə çevrilib.
Görün, bu 30 ildə kimlər bizimlə mübarizə aparıb. Mədəniyyətə xor baxan mədəniyyətsizlər, dini əlində bayraq edən dinsizlər, oğrular və uşaq qatilləri. Azərbaycan ordusunun qarşısında diz çökən həmin qatillər öz acıqlarını Kəlbəcərin meşələrindən çıxdı, meşə zolaqlarını yandırdı, ağacları kütləvi sürətdə qıraraq ekologiyaya zərər verdi. Əsrlik təbiət abidələrini, ekosferanı qəsdən məhvə məruz qoydu. Ermənilər bu yerlərin əzəli sakinləri olan azərbaycanlıların əlindən zorla aldıqları evlərə od vuraraq yandırmaqlarının isə yalnız bir adı vardı: qəbilə təfəkkürlü canlıların barbar düşüncə tərzi. Amma unutmuşdular ki, millətimiz üçün ev-eşiyin heç bir əhəmiyyəti yoxdur, bizə doğma torpağımız lazımdır və bu torpaqlar bizə yenidən qurub yaratmaq, bəxtiyar olmaq, onun köksünü xan çinarlarla bəzəmək üçün lazımdır.
Prezident İlham Əliyev “bayrağımızı bir gün Qarabağa sancacağıq” deyəndə düşmən elə bilirdi ki, bu, sadəcə bir sözdü. Amma onlar anlamadı ki, bu, xalqın hüzurunda verilən sözdü, içilən anddı. Bu əhdi yerinə yetirmək bu dövrün insanlarının, qəhrəmanlarının nəsibi oldu. Deməli, millət həm də ümmət kimi birlikdə olanda güclüdür. Xalqımızın inamı və imanı biləşib düşmənə elə sarsıdıcı zərbə vurdu ki, bir də çətin özlərinə gələrlər. Bir vaxtlar müqəddəs Şuşa şəhərində qastrola gedibmiş kimi diskoteka təşkil edən Paşinyanın rəqsi, onun “Qarabağ Ermənistandır” ifadəsi dünya erməniliyinin böyük fəlakətinə çevriləndə artıq Cıdır düzünü Vətən müharibəsində qalib gələn Azərbaycan ordusunun əsgərlərinin əzəmətli rəqsi əvəzləmişdi.
Bəzən deyirlər ki, xoşbəxtlik an məsələsidir, o, heç vaxt əbədi olmur. Amma bizim qəhraman ordumuz Vətən müharibəsindəki parlaq qələbəmizin tacı olan Şuşanı əsil sahiblərinə qaytarmaqla xalqımızı əbədi xoşbəxtliyinə qovuşdurdu. Şuşa Azərbaycanın mədəniyyət paytaxtı oldu. 30 illik işğal dövründə millətin taleyinə, xalqın qədərinə çevrilən Şuşa bir an da olsun unudulmadı. Bu illər ərzində insanlar, bütün xalq, böyüyündən kiçiyinə qədər hamı Şuşa deyib durdu. Biz mənəvi dünyamızın ən özəl yerini, xalqın and yerini bir an da olsun unutmadıq. Və Vətən müharibəsindəki qələbəmiz bir daha sübut etdi ki, torpağı arzulamaq, onu sevmək ancaq bu qədər olarmış. Çünki Şuşanı işğaldan qurtaranlar əslində, xalqın ruhunu, mənəvi dünyasını da əsarətdən xilas etdilər. Onlar 30 il öncə ayağı yalın, başı açıq öz torpaqlarından qovulan, hər şeyləri əlindən alınan atalarının qisasını aldılar. Onlar hicranla vüsal arasındakı o dərin uçurumu bir göz qırpımında keçərək 30 ilin sürgünlüyünə son qoydular.
İndi bu şəhərdə həyata keçirilən abadlıq-quruculuq işləri Şuşanı yenidən öz əvvəlki görkəminə qaytarır. Prezident hər Şuşaya gedəndə hər şeyi öz əvvəlki yerinə qoyur, bununla onu həm də öz əvvəlki simasına qovuşdurur. Şuşanı xalqın milli-mədəni sərvətinə çevirən ulu öndər Heydər Əliyevdən qalan quruculuq ənənəsi bu gün daha təsirli formada davam edir. Artıq “Xarı bülbül” festivalı, Vaqif poeziya günləri uzun fasilədən sonra bərpa olunub, Üzeyir bəyin adını daşıyan musiqi günləri artıq Şuşada keçirilir, dahi Bülbülün ev muzeyi öz qonaqlarını qarşılayır. Şuşada aparılan sürtəli quruculuq işləri bizi müqəddəs hədəflərimizə daha da yaxınlaşıdırır. O, hədəflər arasında uzun illərdir blokada şəratində yaşayan Naxçıvan Muxtar Respublikasının tarixi Vətənlə birləşdirilməsi də var. Zəngəzur dəhlizinin işə düşməsini qarşıya mühüm məqsəd kimi qoyan Prezident İlham Əliyev bu hədəfə çatmaq üçün var gücü ilə çalışır. İşğaldan azad edilmiş digər torpaqlarımızda başlayan infrastruktur işlərimüasir Azərbaycanın gücünə güc qatır.
Vətən müharibəsi Prezident İlham Əliyevin 2003-cü ildə prezident seçkiləri zamanı xalqa verdiyi vədlərin real həyatda öz təsdiqini tapmasıdır. Bu, həm də Heydər Əliyev yoludur və bu yolun uğuru ondadır ki, onu İlham Əliyev kimi təcrübəli dövlət xadimi gedir. 1993-cü ildə Azərbaycan dərin böhranlar içərisində dağılmaq və məhv olmaq təhlükəsi ilə üzləşəndə Heydər Əliyev Azərbaycan üçün kim idisə indi həmin missiyanı Prezident İlham Əliyev yerinə yetirir. Ona görə də bu gün qüruru kədərindən böyük olan xalqımızın düşmənlə döyüşdə göstərdiyi misilsiz qəhrəmanlıq heç vaxt unudulmayacaq. Bu, öz hüququnu, mənliyini heç nəyə qurban verməyən, ədalətsizliklə heç vaxt barışmayan, öz torpağını namusu qədər müqəddəs bilən bir millətin şərəf məsələsi idi. Millət şərəfinə qovuşub.
Artıq həyatımızda yeni dövr başlayıb. Bu dövrün özünəməxsus özəllikləri var. Biz Azərbaycanın beynəlxalq münasibətlərdə yürütdüyü siyasətin yeni konturlarını görürürük. İkitərəfli və çoxtərəfli əlaqələrdə yeni əməkdaşlıq parametrləri müşahidə olunur. Ən önəmli məqam isə ondan ibarətdir ki, dünya bu müharibənin gedişində Azərbaycanı yenidən kəşf edib, ölkəmiz haqqında, onun malik olduğu güc barədə beynəlxalq birlikdə dəqiq təsəvvür formalaşıb. Onlar görürlər ki, müstəqillik tarixi dövründə inanılmaz dərəcədə güclənən Azərbaycanla heç bir halda təhdid dilində danışmaq olmaz. Çünki onun xalqın maraqlarını bütün dəyərlərdən üstün tutan, ölkənin bütün potensialını Vətən naminə səfərbər edən, “Qarabağ Azərbaycandır” kəlməsini Azərbaycan tarixinə əbədi həkk edən Lideri var.
ARİF ALIŞANOV
Похожие статьи
-
Mumi tarix 7-ci sinif Aprelin 2-si Beynəlxalq Uşaq Kitabı günüdür. Uşaq ədəbiyyatının məhz bu tarixə təsadüf etməsinin maraqlı tarixçəsi var. Aprelin…
-
Azerbaycan Tarixi – Wikipedia Təxminən e.ə. I minillikdə Midiya tayfa ittifaqı meydana gəlir və artıq e.ə. 7-ci yüzilliyin 1-ci yarısında bir dövlət kimi…
-
Azerbaycan tarixi mədəniyyəti 2 ci cild
Imali Azərbaycan Haqqinda Melumat – Vikipedia İkinci Qarabağ müharibəsində Azərbaycan Silahlı Qüvvələri 4 oktyabrda Cəbrayıl [97] [98] , 17 oktyabrda…
-
Azərbaycan tarixi (mühazirələr) Xalq öz rəhbəri Heydər Əliyevin ətrafında daha sıx birləşdi. 1993-cü il oktyabrın 3-də Heydər Əliyev Azərbaycan…
-
Azerbaycan tarixi 7 cildde Azərbaycan iki böyük dövlət arasında qanlı müharibələr meydanına çevrildi. Azerbaycan tarixi 7 cildde Şimaldan – Baş Qafqaz…
Comments are closed, but trackbacks and pingbacks are open.