Press "Enter" to skip to content

Azərbaycan xalq musiqisi

Gözəl ifaçı, tanınmış pedaqoq və ansambl rəhbəri olmaqla yanaşı, Ə.Ba­kıxanov həmçinin də bəstəkar kimi də sevilirdi. Onun bir çox də­ra­mədləri, rəngləri, təsnifləri, oyun havaları və mahnıları istər o döv­rün, is­tərsə də bu dövrün konsert zallarında çalınaraq dinləyicini valeh edir. Bu nümunələrin əsas ifaçısı isə əlbəttə uzun illər boyu rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblıdır.

Musiqi alətlərimiz

X əsrdən başlayaraq Azərbaycanın Orta əsr musiqi mədəniyyətində geniş inkişaf mərhələsi başlamışdır. Həmin dövrlərdə istifadə olunan simli, nəfəsli və zərb musiqi alətlərinin sayı 60-dan çox olmuşdur. Bu alətlər haqqında geniş məlumatları xalqımızın dahi şairi Nizami Gəncəvinin (XII əsr), XVI əsrdə yaşayıb yaratmış görkəmli şair Məhəmməd Füzulinin, Şərq musiqi mədəniyyətinin yaradıcılarından sayılan Səfiəddin Urməvinin (XIIIəsr), Əbdül Qadir Marağainin (XIV əsr), daha sonra Mir Möhsün Nəvvab Qarabağinin əsərlərindən almaq olar. XV-XVI əsrlərdə yaşayıb-yaratmış iste’dadlı Azərbaycan rəssamları Sultan Məhəmməd, Ağa Mirək, Mirzə Əli, Müzəffər Əli, Mir Səid Əli tərəfindən çəkilmiş miniatür sənət növlərində orta əsrlərdə istifadə edilmiş musiqi alətlərinin çox geniş təsviri verilmişdir.

Əsrlər boyu milli musiqi mədəniyyətimizin inkişafına əvəzsiz xidmət etmiş musiqi alətlərimizin araşdırılaraq öyrənilməsi, onların bərpa edilərək yenidən səsləndirilməsi, bu gün tariximizin araşdırılması baxımından çox əhəmiyyətlidir.

Bakı Musiqi Akademiyasının 1991-ci ildən fəaliyyət göstərən “Qədim musiqi alətlərinin bərpası və təkmilləşdirilməsi” elmi laboratoriyasında unudulmuş qədim musiqi alətlərinin elmi tədqiqatı, bərpası və təkmilləşdirilməsi üzrə bir çox işlər görülmüş¸ və yüksək nəticələr əldə edilmişdir. Görülən gərgin işlərin nəticəsində bir neçə qədim musiqi alətləri : Çəng,Tənbur, Rud, Bərbəd, Çəqanə, Çoğur, Rübab, Santur, Qopuz bərpa edilmiş və yüksək səviyyədə səsləndirilmişdir.

Ən qədim simli musiqi alətlərindən biri. Vaxtilə Azərbaycan ozanlarının ifaçılıq sənətində tətbiq və istifadə etdikləri əsas çalğı aləti.

Saz

Əfsanəyə görə, guya qartal bir heyvan cəmdəyini parçalayaraq bağırsaqlarını caynaqlarına alıb ağacın başına qaldırır. Bağırsaq budaqlara ilişir, isti gün altında quruyub nazilir. Şiddətli küləyin uğultusu və budaqların ona toxunması ahəngdar səslər çıxarır. Bu zaman yoldan keçən bir adam həmin səslərə heyran qalır. Hadisənin səbəbini öyrəndikdən sonra guya qurumuş bağırsaqdan sim düzəldərək ilk musiqi alətini icad edir. Ilk baxışda çox maraqlı görünən bu əfsanəni ilk simli musiqi alətlərinin yaranması haqqında nağıl kimi qəbul etmək daha düzgün olar. Burada müəyyən inandırıcı cəhətlər olsa da, əfsanə əfsanəliyində, nağıl nağıllığında qalır. Əslində isə hər bir musiqi alətini insan icad etmişdir.

Babası ozan, ulusu qopuz olmaqla Azərbaycan xalqının məişətinə çox qədim dövrlərdən bəri daxil olan saz 3,5,7,9,11 tel (sim) üzərində inkişaf tapmışdır.

Küp-çanaq-çömçə, üz taxtası, üz-sinə taxtası, qol-bilək, beçə, aşıqlar – qulaq – burmanc, simçüyü, küpxərəyi, (çanaq xərəyi) keçirmə-qayış – bağ, baş xərəyi, sim tel, pərdə, ayaq xərək, sim xərəyi, tazanə – mizrab, köynək-torba, sinə üz toxtada açılmış deşiklərdən ibarət müasir sazların əsas hissələri qart tut ağacından, qol və aşıqlar isə qoz ağacından hazırlanır.

Səkkiz mərhələdə formalaşan müasir sazın səsdüzümü fərqli adlar ilə, məsələn, Naxçıvan bölgəsində birinci pərdə baş və ya divani, ikinci lal, üçüncü cığalı təcnis, dördüncü lal, beşinci şah, altıncı –lal, yeddinci keşiş oğlu, səkkizinci cəngi Koroğlu, doqquzuncu lal, onuncu ayaq şah pərdə adları ilə məlumdur.

Tar

Tarın Azərbaycanda orta əsrlərdə incəsənətin və mədəniyyətin inkişaf etdiyi bir dövrdə səsləndirildiyi bildirilir. Bu musiqi alətinin adına Nizami Gəncəvinin əsərlərində rast gəlinmişdir. Füzuli “Həft –cam” əsərində üçüncü qədəhi tar ilə qaldırır. O, tar nəğməsindən ilhamlanır. XIX əsrin ortalarında əfsanəvi dağlar qoynunda uyuyan Şuşada dünyaya gələn Mirzə Sadıq (Sadıqcan) səsini itirəndən sonra qəlbinin tellərini tara köçürərək Şərq aləmində ilk dəfə olaraq tarın quruluşuna yenilik gətirmişdir. Onun tardakı yeniliyi Zaqafqaziyada, Orta Asiyada və başqa ölkələrdə musiqi aləminə təravətli və nəcib töhfə kimi qəbul edilmişdir. Beş simi olan və diz üstə çalınan tarı Sadıqcan ilk dəfə olaraq sinə üstə çıxarmışdır. Tarın təkmilləşdirilərək müasir şəklə salınması muğamların inkişafında böyük rolu olmuşdur. Bununla əlaqədar tar təkcə müşaiyətçi bir aləm kimi qalmayıb, eyni zamanda solo ifaedici bir çalğı alətinə çevrilmişdir.

Kaman

Azərbaycanda bu yaylı- simli musiqi alətinin tarixi çox qədimdir. Uzun qola və dayanacağa malik olan kamança tək simli olub. Zaman keçdikcə kamançaya iki sim əlavə edilmişdir. Sonrakı əsrlərdə isə bu alət dörd simli olmuşdur. Nizami Gəncəvinin əsərlərində az da olsa kamançanın adı çəkilir. Eramızın XIII əsrində yaşamış azərbaycanlı alim və görkəmli musiqişünas Səfiəddin Urməvi, XIV əsrin məşhur musiqişünası və bəstəkarı Əbdülqadir Marağı, XVI əsrdə yaşamış özbək xalqının fəxri Əlişir Nəvai, dahi Azərbaycan şairi Məhəmməd Füzuli əsərlərində başqa musiqi alətləri ilə bərabər kamançanın da adını çəkmişdir.

Zurna

Bu musiqi alətlərinin ən azı 3 minillik tarixi vardır. Azərbaycan xalqının ruhunu, zövqünü oxşayan nəfəsli musiqi aləti sayılan zurnanın (sur) adına “Kitabi-Dədə – Qorqud” dastanlarında da rast gəlirik. Zurna haqqında Azərbaycan xalqının qəhrəmanlıq dastanı sayılan “Koroğlu”da da məlumat var. XII əsrin Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində də zurna-sur alətinin adı çəkilmişdir.

Qədimdə olduğu kimi , indi də Naxçıvan Muxtar Respublikasının Ordubad, Culfa, Şərur, Şahbuz, Babək, Kəngərli, Sədərək rayonlarında və onların əhatə etdikləri kənd və qəsəbələrdə toy şənlikləri zurnasız ötüşmür, üç nəfərdən ibarət zurnaçılar dəstəsi insanların qəlbini coşdurur, dinləyicilərdə nəcib duyğular oyadırlar. Adətən heyva, armud, qoz və ərik ağaclarından hazırlanan zurnanın üstündə 7, altında isə bir deşiyi olur. 28 –30 sm uzunluğunda olan zurnanın baş tərəfi dar, qurtaracağının diametri isə nisbətən böyük olur. Zurnanın ucuna mil keçirilir. Milə sümükdən dairəvi tağalaq bərkidilir. Bəzən isə ustad zurnaçılar öz zurnalarının üzərini naxışla bəzəyirlər ki, daha da yaraşıqlı görünsün.

Etnoqrafik müşahidələrdən aydın olur ki, Azərbaycan xalqının ənənəvi toylarını zurnasız təsəvvür etmək qeyri-mümkündür. Zaman-zaman müxtəlif materiallardan hazırlanan zurna nəfəsli musiqi aləti sonralar əsasən tut, qoz və ərik ağaclarından hazırlanmış və təkmilləşdirilmişdir. Açıq-aydın gur və güclü səsi olan milli nəfəsli musiqi alətinə xalq arasında “qara zurna” da deyilir. Ola bilsin ki, “qara” sözü keçmişdə zurnanın qara rəngli kəl və öküz buynuzundan hazırlanması ilə əlaqədardır.

Azərbaycan Balabanı

Arxa hissəsində bir, üzərində səkkiz dəlik açılaraq əsasən tut ağacından hazırlanan nəfəsli musiqi aləti xalq arasında balaban və ya “Yastı” balaban adı ilə tanınır. Ucuna ikiqat yastı qamış müştük, ortasına isə xərək keçirilir. Xərəyin hərəkətə gətirilməsi alətin kökünü dəyişdirir. Çox zaman qara zurna və sazla birlikdə dilləndirilən balaban həmin alətlərdə ifa olunan melodiyanın dəmkeşini tutur. Balaban nəfəsli musiqi aləti nağara və ya qoşa nağara ilə birlikdə zurnasız da çalınır. Azərbaycan xalqının nəfəsli milli musiqi aləti olan balabanın səsi indi də toy-mağarlardan, xalq çalğı alətləri orkestri və ansambllarından gəlməkdədir.

Tütək

Nəfəsli alətlər qrupuna daxil olan tütək ney nəfəsli musiqi alətindən sonra yaranmışdı. Vaxtilə ancaq çobanların, sonralar isə həvəskar musiqiçilərin çalğı aləti olmaqla yüzlərcə peşəkar musiqiçinin əlindən düşməyən bu milli nəfəsli musiqi aləti tamaşaçıların qəlbini riqqətə gətirmişdir. Sadədən mürəkkəbə doğru böyük inkişaf yolu keçən ən qədim nəfəsli milli musiqi aləti olan tütək tarixin müxtəlif dövrlərində qarğı-qamışdan, sümük, ağac, saxsı və metaldan hazırlanmışdır. Tütək musiqi alətinin çobanlar tərəfindən hazırlanması onu deməyə imkan verir ki, bu musiqi aləti Azərbaycanda yerli əhalinin maldarlıqla məşğul olduğu vaxtlarda – 10-12 min il bundan əvvəl icad edilmişdir.

Barmaq dəlikləri olmayan adicə borudan ibarət olan ilk tütəkdən sonra adamlar heyvan sümüklərindən və dişlərindən tütəklər düzəltməyə başlayıblar. Dulusçuluğun inkişafı ilə əlaqədar olaraq tütəkləri yandırılmış gildən düzəltmişlər. İfaçılar getdikcə bu milli nəfəsli musiqi alətində çalmaq üçün əmələ gələn çətinlikləri aradan qaldırmaq zərurəti ilə qarşılaşdıqları zamanda boruda müxtəlif yüksəklikdə səslər əldə etmək məqsədi ilə yeni üsullar axtararaq, tütəkdə dəlik açmışlar. Təcrübəli musiqiçilər dəlikləri yarımçıq qapamaqla xromatik səslər əldə etmişlər. Bu səsi əldə etmək isə xüsusi hazırlıq və istedad tələb etmişdir.

Minilliklər boyu insanların qəlbini riqqətə gətirən nəfəsli musiqi aləti olan tütək geniş texniki imkanlara malikdir. Bu alətdə kifayət qədər sürətli tempdə diatonil qammalar ifa etmək olar.

Tulum

Başqa nəfəsli musiqi alətlərə nisbətən haqqında az məlumat verilən tulum iki hissədən – tuluq və ona taxılan ağac və zurnadan ibarətdir. Adətən xırdabuynuzlu heyvanların aşılanmış dərisindən hazırlanan tuluğun iki qollarından başqa qalan yerləri hava çıxmasın deyə bağlanılır. Qol yerinin birinə keçirilən sümük lülə vasitəsilə hava tuluğun içərisinə üfürülür və ağzı tıxanır. Digər qola isə musiqi aləti keçirilir. Çalğıçının qoltuğu altında yerləşən üfürülmüş tuluq tədricən sıxılır və bu zaman musiqi alətinin borusundan çıxan hava barmaqlarla çalınır. Alətin çox çalınması və eləcə də səslərin diapazonu tuluğun sıxılması ilə tənzimlənir. Tulum təxminən öz ölçüsü boyda olan kisənin içinə salınır.

Başqa nəfəsli alətlərə nisbətən tulum çətin ifa olunur. Burada tuluq və ona keçirilən musiqi alətləri arasında yaranan əlaqə ifaçıdan böyük məharət tələb edir. Buna baxmayaraq tulumun üstün cəhəti də vardır. Tulumu hava ilə doldurduqdan sonra onu bir müddət çalmaq mümkündür. Məhz bu üstünlüklərə görə də belə bir alətin yaranması zərurəti meydana çıxmışdır. Ilk dəfə bu aləti çobanlar düzəltmiş və çalmışlar. Tulum musiqi aləti sinifli cəmiyyətin ilk dövrlərində meydana gəlmişdir. Tulum Azərbaycanın Qarabağ və Qazax bölgələrində, eləcə də Naxçıvan Muxtar Respublikasının Şahbuz, Babək və Şərur rayonlarında geniş yayılmışdır. Muxtar respublikada fəaliyyət göstərən uşaq musiqi məktəblərinin bir neçəsində tulum musiqi aləti gənc ifaçılara öyrədilir.

Nağara

Azərbaycan xalqının qədim musiqi alətlərindən biri də nağaradır. Onun adına “Kitabi-Dədə-Qorqud”da da rast gəlirik. “Gumbur-gumbur nağaralar döyüldü, buraması altun borular çalındı”. Təkcə bu fakt nağaranın tarixini müəyyənləşdirməkdə əhəmiyyətlidir.

XII əsrin dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində də tez-tez “nağara” sözü işlədilir:

Çataraq inləyir neyin nəfəsi,
Nağara əl çalır, yüksəlir səsi.

Tədqiqatlardan məlum olur ki, Azərbaycanda nağaranın tarixini daha qədimlərdə, ilk sinifli cəmiyyət dövründə axtarmaq lazımdır. Nağara ilk dəfə saxsı qabların ağzına dəri çəkilməklə düzəldilmişdir. Təxminən 3 min il bundan əvvəl isə saxsıçılıq sənəti geniş yayılmışdır. Deməli o dövrdən də nağaranın inkişaf edə bilməsinə şübhə yeri qalmır.

Sonralar müxtəlif ölçülü nağaralar əsasən ağacdan hazırlanmışdır. Onun hər iki tərəfinə dəri çəkilir, nağaraçının gövdəsinə çal-çarpaz dolanan ip metal halqalardan keçir. Adətən gur səs almaq üçün həmin iplər bir qədər möhkəm çəkilir. Nağaranı çalmaq üçün ona bərkidilən qayış və ya ip qola keçirilir. Nağara əksər hallarda iki xüsusi çubuq vasitəsi ilə çalınır. Onun əllə çalınması isə xarakterik hallardandır. Sağ əldəki əyri başlı çubuq daha sanballı olub, qayış vasitəsilə biləyə, sol əldəki düz çubuğun qayışı isə barmağa keçirilir.

Qoşanağara

Qoşanağara – xalq musiqisində ən çox istifadə edilən zərb çalğı alətlərindən biridir. Adından məlum olduğu kimi, qoşa nağara bir-birinə bərkidilmiş iki kiçik qədəhvarı nağaradan ibarətdir. Bəzən “qoşa dumbul” da deyilir.

Qoşanağara (dumbul, dümbələk də adlanır) eyni hündürlüklü, ancaq müxtəlif ölçülü iki qoz, tut ağaclarından və metaldan hazırlanan gövdədən ibarətdir. Xarici görünüşünə görə fincanı xatırladır. Gövdələrin üst tərəfinə çəkilmiş keçi, öküz, dəvə və ya at dərisi camış gönündən düzəldilən köşə ilə və ya vint mexanizmi ilə dartılır. Çalğı zamanı çubuqları ayrı-ayrılıqda hər iki dəri üzə, bir üzə (mərkəzinə və kənarına), bir-birinə və ya gövdəyə, ovucun üzə vurulması ilə müxtəlif səslər alınır.

Bu alətin hazırlanmasında əvvəllər gildən, sonralar isə ağacdan və metaldan istifadə olunmuşdur. Üzləri dəvə, dana və yaxud keçi dərisindən hazırlanaraq metal burğular ilə gövdəyə bərkidilir. Həmin burğuların vasitəsi ilə alətin köklənməsi də təmin olunur. Alət yerə və yaxud xüsusi mizin üzərinə qoyularaq iki ağac toxmaqla çalınır.

Qoşa nağara fərdi şəkildə hazırlandığı üçün ölçüləri müxtəlifdir. Əksər hallarda hündürlüyü 300-330 mm, böyük gövdəsinin diametri 240-280 mm, kiçiyinin isə 110-140 mm olur.

Milli musiqinin folklor nümunələrində, o cümlədən orkestr və ansambllarda istifadə edilir. Özünə məxsus səs tembri olan qoşa nağara solo aləti kimi nadir hallarda səsləndirilir.

Qaval

Qaval, dəf və dairəvi zərb alətlərindən, demək olar ki, ölçüsünün nisbətən böyük olması ilə fərqlənir. O, görkəminin zərifliyi və içəri tərəfdən bərkidilən halqalarla da başqalarından seçilir. Belə qənaətə gəlinir ki, bu zərb aləti dəf və dairənin təkmilləşmiş formasıdır. Qavalın oynaq səsi dalğa-dalğa havalanıb könülləri oxşayır, arzuları qanadlandırır. Məlum olduğu kimi, əsasən xanəndələr tərəfindən istifadə edilən qaval dairəvi quruluşa malik olub bir növ xəlbiri xatırladır. Adətən palıd, ərik və başqa möhkəm ağac növündən hazırlanan dairəvi ağac soğanağın bir üzünə nazik dəri çəkilir, içəri tərəfdən isə metal zınqırovlar bərkidilir. Başqa zərb aləti kimi, qaval da adətən çalınan zaman azca qızdırılır ki, dəri dartılıb yaxşı səslənsin.

Ud

Ud musiqi alətini özünəməxsus ustalıqla ifa etmiş, XVII əsrdə Orta Asiyada Yaşamış Dərviş Əli adlı məşhur musiqiçi uda daha çox üstünlük verərək, onu “bütün musiqi alətlərinin şahı” adlandırmışdır. Səsində əvəzolunmaz, təkraredilməz bir incəlik, rəvanlıq duyulan udun cazibədar səsinə valeh olan orta əsr müəllifləri onun dörd simini od, su, hava və torpaqla müqayisə etmişlər.

Ud Azərbaycanda da çox qədimlərdən səslənmiş, tar kimi ud da muğamlarımızın ifasında mühüm rol oynamışdır. Nizami Gəncəvinin zəmanəsində onun mənsub olduğu Azərbaycanda ud daha çox məşhur olduğundan, onun səsindəki qeyri-adi gözəllik əsərlərində dönə-dönə vəsf edilmişdir. XIII əsr Azərbaycan musiqişünası Əbdül Mömün Urməvi özünün “Kitabi-əl -ədvar” (“Mahnılar kitabı”) adlı əsərində udun meydana çıxması və onun xarakterik cəhətləri barədə ətraflı məlumat vermişdir. Udu musiqi alətlərinin ən şərəflisi hesab edən XV əsrin böyük alimi Əbdürrəhman Cami onun inkişaf tarixindən bəhs edərək əvvəlcə dörd simli olduğunu, X əsrdə isə Fərabinin ona beşinci sim əlavə etdiyini söyləmişdir. Ud musiqi alətinin daxili aləmini açıb bizə çatdıran dahi Azərbaycan mütəfəkkiri Məhəmməd Füzulinin “Həft-cam” əsərində ud haqqında qiymətli məlumata rast gəlinir.

Azərbaycan xalq musiqisi

Azərbaycan musiqisi – millətin bənzərsizliyini tə’yin edən incəsənət sahələrindən biridir. Azərbaycan musiqi mədəniyyətinin nailiyyətləri özünəməxsuz ənənələrin çoxəsrlik tarixi formalaşma prosesinin və inkişafının nəticəsidir. Bir tərəfdən xalq – məişət yaradıcılığı, diqər tərəfdən muğamat və aşıq yaradıcılığından qaynaqlanan bu ənənələr XX əsrin əvvəlinədək şifahi xarakter daşıyırdı.

Azərbaycan mədəniyyəti çoxəsrlik, qədim mədəniyyətlər sırasına aiddir. Burada mühüm yeri zənqin və orijinal musiqi sənəti tutur. Azərbaycan qədim və olduqca zənqin folklor ənənələri olan bir ölkədir. Müxtəlif alətlərin sədaları altında ifa olunan rənqarənq mahnı və rəqslərlə xalq öz bədii istedadını qöstərmişdi. Öz qözəlliyi və mükəmməlliyi ilə diqqəti cəlb edən xalq mahnı və rəqsləri şifahi olaraq nəsildən – nəsilə ağızdan-ağıza ötürülən naməlum müəlliflərin çoxəsrlik yaradıcılıqlarının məhsuludur. Xalq incəsənəti – mədəniyyət abidəsidir.

Azərbaycan musiqi mədəniyyətinin şifahi ənənələri iki böyük qolda təmsil olunur: mahnı və rəqslərdən ibarət folklor və peşəkar musiqi ki, bunada muğam sənəti və aşıq yaradıcılığı aiddir. Birinci qolun yaradıcıları qeniş xalq kütlələridir. Muğamları və aşıq sənətini isə yüksək peşəkarlar yaratmışlar. Hər iki qol yazısız incəsənətə aiddir.

Mahnı – azərbaycan xalqının ədəbi – musiqi yaradıcılında ən qədim və mühüm janrlardan biridir. Məhz mahnıda xalqın dünyaqörüşü, psixoloqiyası və mənəvi həyatı, onun fikirləri, arzuları və tarixi taleləri parlaq şəkildə əks olunmuşdur.

Həmişə səmimi, müdrik və ürəkdən qələn hissləri ifadə edən bu mahnılar (nəğmələr) xalq yaradıcılığının çox zənqin sahəsidir. Mahnıların ən qədimləri əmək nəğmələridir.

Bu qrupda əkinçiliklə – şum, məhsul yığımı və s. bağlı nəğmələr xüsusi yer tutur. Əmək nəğmələrinin bir növü də sayacı sözləridirki, bunun da mənası xeyirxahlıq, səxavət deməkdir. Bu nəğmələrin ifaçıları yanşi, bolluq, məhsuldarlıq diləyərək evləri qəzərdilər (adətən payızda). Mövsümi xarakter daşıyan ovsunlar da əmək nəğmələrinə aiddir. Mövsüm nəğmələri arasında mühüm yeri yazın qəlişinə – Novruz bayramına həsr olunmuş mahnılar tutur. Novruzun mənası çoxcəhətlidir. Bu – baharın qəlisi və qış soyuqlarından sonra təbiətin canlanmasıdır. Novruz həm də yeni il və insanın daxılən yeniləşməsidir. Bu bayram səhnələşdirilmiş xarakter daşıyır və müxtəlif tamaşalarla müşayət olunur: Novruz qünlərində çadır qurulur, səməni qöyərdilir, şirniyyatlar bişirlir, teatrlaşdırılmış səhnələr qöstərilir, tonqallar qalanır və müxtəlif ovsunlar oxunaraq bu tonqalların üstündən tüllanırlar.

Mərasim – məişət növünə aid olan toy və matəm nəğmələri də xalq musiqisinin mühüm tərkib hissələrindəndir. Daha zənqin və çox müxtəlif ayinlərlə ifa olunan toy nəğmələri rəqs və mahnı janrının ayrılmaz təkrib hissələridir. Mahnı – rəqs halay bu qrupa aiddir.

Qədim Azərbaycanda yuğ (yuğlamaq – ağlamaq sözündəndir) adlanan ayın olmuşdur ki, sonralar onun tərkib hissələrinin çoxu matəm mərasiminə keçmişdir. Yaş – matəm nəğmələri ağılar və mərsiyələr bizim dövrlərdə də qalmışdır. Mərsiyələr adətən matəm ayi olan məhərrəmlikdə çox ifa olumurdu.

Azərbaycan xalq mahnı yaradıcılında mühüm yeri epik – tarixi və qəhramanlıq janrı tutur. Bu nəğmələrdə cənqavərlərin, nağıl və əfsanə qəhrəmanlarının, yadelli işğalçilara qarşı mübarizə aparan tarixi şəxslərin iğidlikləri tərənnüm olunur. Bunlar məşhur dastanların qəhrəmanları Koroğlu, Qaçaq Nəbi, Qatır Məmməd və başqalarıdır.

Xalq yaradıcılığında insan xarakterində müxtəlif nöqsanları – riyakarlıq, korazehinlik, yalan, lovğalıq və s. masqaraya qoyan məzəli mahnılar da çoxdur.

Ancaq ən çoxsaylıları lirik mahnılardır ki, bunlardan lirik – məhəbbət növü daha çox yayılmışdır. Bu mahnılar azərbaycan folklorunun daha qeniş janrlı qrupunu təşkil edir. Xalq yaradıcılında mühüm yerlərdən birini də uşaq mahnıları və laylalar tutur.

Mahnı kimi rənqarəng janrlı, emosional xarakterli rəqs müsiqisi də Azərbaycan milli foklorunun mühüm tərkib hissəsidir. Mahnılarda olduğu kimi, rəqslərdə də onların yaradıcılarının xarakteri, temperamenti, hiss və düşüncələri öz əksini tapmışdır. Ancaq rəqsdə çox şey rəqqasın cinsindən və yaşından asılıdır.

Qadın rəqsləri təmkinli, plastik, yumşaq lirikliyi ilə fərqlənən (“Vağzalı”, “Nəlbəki”, “Ceyranı”, “Turacı”, “İnnabi” və s.), kişi rəqsləri isə daha qızğın, iti sürətli, iqidlik və qüc ifadə edən olur (“Qazağı”, “Qaytağı”, “Xançobanı”). Xalq arasında kollektiv rəqs nümunələri də vardır. Bunlardan ən qədimi əvvəllər icra olunan ayinlərdən qaynaqlanan “Yallı” rəqsidir. Daha bir kollektiv rəqs, keçmişdə bir qayda olaraq, döyüşçulər tərəfindən ifa olunan “Cəngi” dir.

Bəzi rəqslər ifaçiların yaşı ilə əlaqədardır. Məsələn, “Uzun dərə”, “Mirzəyi” kimi rəqsləri adətən yaşlılar ifa edirlər.

“Qığılda” kimi tarixi rəqslər də vardır.

Bir çox Yaxın və Orta Şərq ölkələrində olduğu kimi, Azərbaycan musiqi sənətində də ta qədimdən bəri mahnı – rəqs folkloru ilə yanaşı şifahi – peşəkar ənənələr mövcüd olmuşdur. Bunlardan ən mühümü həm də muğamat adlanan oxumalardır. Azərbaycan musiqi mədəniyyətində muğam milli estetikanın cövhəri kimi xalqın dünyaqörüşünü daha dərin və zənqin ifadə edir.

Muğamın xarakterik cəhəti onun özündə lirik hekayətlə emosional gərginliyi, dolğunluğu üzvi surətdə birləşdirməsidir. Muğam iki məna kəsb edir: 1 – Muğam konkret verilmiş məqam kimi; 2 – Muğam şifahi – professional ənənəyə malik aparıcı musiqi janrı kimi. Muğamın bədii quruluşunun əsas xüsusiyyəti onda stabil (kanonizə edilmiş) və sərbəst (improvizasiya) mənbələrinin birləşməsidir. Muğam adətən trio (üçlük) təşkil edən sazəndələr tərəfindən ifa edilir. Xanəndə eyni zamanda həm də dəfdə çalır. Bu ansambl tərəfindən ifa ediləm vokal – instrumental muğam dəstqahı adlanır ki, bunun da mənası dəst, toplu, başqa sözlə tam silsilə deməkdir. Dəstqah ritmik vokal (təsnif) məzmunlu improvizasiya və instrumental (rənq) bölmələrindən ibarətdir. Bu bölmələr növbələşir. Beləliklə, muğam çoxhissəli əsərdir. Muğam – Azərbaycan musiqisində məqamların ümumi adıdır. Keçmişdə bu məqamların sayı çox olmuşdur. XX əsrdə yeddi əsas məqam məlumdur: “Rast”, “Şur”, “Segah”, “Çahargah”, “Bayatı – Şiraz”, “Hümayun” və “Şüştər”. Hər bir məqamın dərəcəli səs sırası olan tonikası (T) – mayəsi vardır. Bütün məqamlar müxtəlif tetraxordlardan qurulur. Beləliklə, kvart məqamlar əmələ qəlir.

Hər bir muğam – məqamın şöbə adlanan öz bölmələri vardır. Bir şöbədən diqərinə keçid məqam hüdudlarında melodik kənara çixma kimi qavranılır. Hər məqam müəyyən əhval – ruhiyyə, halla əlaqələndirilir. Azərbaycan professional bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacibəyovun qeyd etdiyi kimi: “Öz xarakterinə qörə “Rast” – gümrahlıq hissi, “Şur” – şən lirik əhval -ruhiyyə, “Segah” – məhəbbət hissi, “Şüştər” – dərin kədər hissi, “Caharqah” – həvəs və ehtiras hissi, “Bayatı – Şiraz” – qəm hissi, “Hümayun” – “Süstər”lə müqayisədə daha dərin kədər hissi yaradır. “Xalq musiqisində “Segah”, “Şur”, “Rast” daha çox yayılmışdır. Muğamda poetik mətn kimi Azərbaycan klassik şairləri Nizami, Xaqani, Nəsimi, Füzuli, Vidadi, Vaqif, Səməd Virğun, Vahid və başqalarının lirik şe’rləri – qəzəllərdən istifadə olunur. Üzeyir Hacıvəyov öz ilk operaların – “Leyli və Məcnun”, “Əsli və Kərəm”, “Rüstəm və Söhrab” və s. muğam əsasında yaratmışdır.

Müəyyən qrupu zərbi – muğamlar təşkil edir. Zərbi – muğamların fərqli xüsusiyyəti xanəndə tərəfindən muğamın improvizasiya bölməsi – vokal ifa olunarkən dəqiq ritmik müşayətdir. Bu zaman zərb aləti (dəf və ya nağara) böyük rol oynayır. Zərbi – muğamların sayı o qədər də çox deyil: “Heyratı”, “Kərəmi”, “Ovşarı”, “Mənsuriyyə”, “Kəsmə şikəstə”, “Qarabağ şikəstəsi”, “Arazbarı”, “Simai – Şəms” və s. Ən məşhuru “Qarabağ şikəstəsidir”. Zərbi – muğamlarda tez-tez müşayiətin metro – ritmik müstəqilliyindən yaranan polifoniya elementlərini görmək olur. Çox vaxt ansamblın oxumasını müşayiət edən alətlərdən biri ayrılaraq ya vokal partiyadan parçaları təqliq edir, ya da onunla bir ahəngdə birləşir. Təzadlı polifoniya belə yaranır.

Azərbaycan xalq musiqi yaradıcıllığı

Açar sözlər: Əhməd Bakıxanov, muğam, milli musiqi, tar, xalq çalğı alətləri orkestri

Azərbaycanın məşhur musiqi ifaçıları təkcə ölkəmizdə deyil, onun hü­dudlarından çox-çox uzaqlarda şöhrət qazanmışlar. Bu ifaçılar Azər­baycan milli musiqi mədəniyyətinin qurulmasında və inkişafında əvəzsiz rol oynayıblar. Belə ifaçılardan olan Əhməd Bakıxanov milli musi-qimizin gözəl sə­nət­karı olmaqla yanaşı, dərin muğam bilicisi, böyük bir musiqiçi-tarzən nəsli yetişdirən pedaqoq, xalq çalğı alətləri ansamblının yaradıcısı və bəstəkar kimi tarixə daxil olmuşdur. Ə.Bakıxanovun yaradıcılığı öz ge­nişliyi və çoxşaxəliliyi ilə seçildiyi üçün ona bir neçə aspektdən yanaş­maq lazımdır. Onun yaradıcılıq fəaliyyəti muğam ifaçısı, muğam müəl­li­mi, çoxtərkibli xalq çalğı alətləri ansamblının bədii rəhbəri və muğam bi­li­cisi kimi səciyyələnir.

Bildiyimiz kimi, Ə.Bakıxanov tar çalmağı müstəqil şəkildə öyrənib. Ba­kı­xanovların evində tez-tez musiqi məclisləri keçirilməsi balaca Əh­mədə böyük təsir etdiyindən artıq 10 yaşında ikən o, tar çalmağa həvəs göstərdi. İran Azərbaycanında yaşadığı müddətdə məşhur muğam ustası Əbülhəsən xandan dərslər alib. Öyrənməyə həvəsi onu sonrakı illərin gözəl muğam bilicisinə və sol əllə çalmasına baxmayaraq, səlist ifaçılıq qabiliy­yəti ilə seçilən tarzənə çevirir. “Əhməd Bakıxanov bir tarzən kimi xüsusi mövqe tutur. Həssas dinləyici tarın səsindən, tembrindən və mizrabın vurulma­sın­dan çalanın Əhməd Bakıxanov olduğunu hiss edir” (6, s. 5). D.Məmməd­bə­yovun “Muğam ustası Əhməd Bakıxanov” kita­bın­da ver­diyi bu təsvir ifaçının dinləyici tərəfindən tanınıb sevildiyinə bir sübutdur.

Ü.Hacıbəyli ilə tanışlıq Ə.Bakıxanovun bir tarzən kimi yaradıcılığına böyük təsir göstərmişdir. Belə ki, o, Ü.Hacıbəyli üçün dəfələrlə tarda mu­ğam ifa etmişdir. “Bayatı-Şiraz”, “Hümayun”, “Nəva” dəstgahlarını, “Dəş­ti”, tarzən ifaçılıq təcrübəsində az ifa olunan “Nəva-Nişapur” və “Əbu-Əta” muğamlarını məhz Ə.Bakıxanov Ü.Hacıbəyli üçün onun xa­hi­şi ilə çalmışdır. Xüsusilə, dahi bəstəkar və musiqişünasın “Azər­baycan xalq musiqisinin əsasları” kitabını yazarkən Ə.Bakıxanovun canlı ifası bir əyani nümunə kimi Ü.Hacıbəyli üçün yardımçı olmuşdur.

Beləliklə, Ü.Hacıbəyli Ə.Bakıxanovu, Cabbar Qaryağdığolunu, Mirzə Mənsur Mənsurovu, Ağalar Əliverdibəyovu 1929-cu ildə konservato­ri­ya­da dərs deməyə dəvət edir. 1933-cü ildən isə o, Asəf Zeynallı adına Mu­si­qi Texnikumunda (Kollecində) ömrünün axırına kimi müəllimlik fəaliy­yə­tini davam etdirib.

Ü.Hacıbəylinin təklifi ilə Ə.Bakıxanov muğamlarımızın yeni tədris proqramını tərtib edir. Əgər əvvəllər tələbələrə cəmi beş muğam – “Rast”, “Çahargah”, “Şur”, “Bayatı-Şiraz”, “Segah” öyrədilirdisə, Ə.Ba­kı­xanovun yeni proqramına “Mahur-Hindi”, “Bayatı-Qacar”, “Dügah”, “Hü­mayun”, “Nəva”, “Rəhab”, “Şahnaz”, “Bayatı-kürd”, “Dəşti”, “Mir­zə Hüseyn segahı” və “Zabul-segah” kimi muğamlar da əlavə olu­nur. Kon­servatoriya üçün proqram tərtib etməklə yanaşı, o, musiqi mək­təb­lərinin tar, kamança, xanəndə sinfi üçün proqramlar da hazırlayır, xalq çalğı alətlərinin təkmilləşdirilməsində fəal iştirak edir.

Konservatoriyada dərs dediyi müddətdə pedaqoq böyük tarzən nəsli ye­tişdirmiş, onlara muğamın incəliklərini aşılamışdır. Adil Gəray, Əliağa Quliyev, Orxan Orxanbəyli, Baba Salahov, Həbib Bayramov, Əhsən Da­daşov, Sərvər İbrahimov, Firudin Ələkbərovla yanaşı, İranın məşhur tar­zənləri Əli Səlimi və Adil Axundzadə də Ə.Bakıxanovun yetirmələri­dir. İfaçı nəsli yetişdirməklə yanaşı, məşhur olan bir sıra bəstəkarlara da məhz muğamı Ə.Bakıxanov öyrətmişdir. Bu sırada Arif Məlikov, Süley­man Ələsgərov, Əşrəf Abbasov, Hacı Xanməmmədov, Ağabacı Rzayeva, Nəriman Məmmədov, Adil Bəbirov kimi bəstəkarların adını sadalamaq olar. Qeyd etmək lazımdır ki, musiqişünas-bəstəkar N.Məmmədov 50-ci il­lərdən başlayaraq Ə.Bakıxanovun ifasından səkkiz muğamı nota salmış, həmin əsərlər Moskva və Bakıda nəşr edilib.

İfaçı olmaqla yanaşı, Ə.Bakıxanov dövrü mətbuatda da öz sözünü de­miş, sözün təsiredici qüvvəsindən məharətlə bəhrələnmişdir. Yaşadığı döv­rün aktual problemləri həmişə onun maraq dairəsində olub. Həmçinin özündən əvvəlki nəslin musiqiçiləri və onların yaradıcılıq ənənələrini ör­nək sayaraq öz düşüncə və tövsiyələri ilə də musiqi həyatında yeni fikir, ye­ni söz deyə bilib. Bu məqalələr Ə.Bakıxanovun oğlanları – Tofiq Bakı­xa­nov və Məmmədrza Bakıxanov tərəfindən toplanılaraq “Ömrün sarı si­mi” kitabında nəşr edilib. Kitabda tarzənin məqalələri ilə yanaşı, xatirə­lə­ri də yer alıb.

“Əhməd Bakıxanovun ifaçılıq fəaliyyətinin ən parlaq səhifələrindən bi­rini, şübhəsiz, onun xalq çalğı alətləri ansamblındakı işi təşkil edir. O, uzun illər ərzində bir sıra musiqi ansambllarının rəhbəri olmuşdur. On­la­rın ən əhəmiyyətlisi Azərbaycan radiosunun nəzdindəki xalq çalğı alətləri ansamblıdır” (5, s. 31). 1941-ci ildə Radio Komitəsi nəzdində Xalq çalğı alətlər ansamblı Ü.Hacıbəylinin təşəbbüsü ilə Ə.Bakıxanov tərəfindən təşkil olunmuş və o, bu ansambla ömrünün axırına kimi rəhbərlik et­miş­dir. Məhz elə Radio Komitəsinə 1927-ci ildə Ə.Bakıxanov solist kimi iş­lə­məyə dəvət almış və ifaçılıq fəaliyyətinə burada başla­mışdır. Ü.Ha­cı­bəyli ansamblın yaradılmasında, sonradan ora ifaçıların cəlb edilməsində və repertuar seçimində öz dəyərli məsləhətlərini Ə.Bakıxanovdan əsirgə­mə­mişdir. Ansamblın hazırladığı proqramların ilk dinləyicisi əksər hal­lar­da Ü.Hacıbəyli elə özü olurdu.

Ansambla daxil olan tar, kamança, saz, balaban, klarnet, zurna, tütək, nağara, dəf, dumbul, qoşanağara kimi alətlər ilə yanaşı, tarzən Ə.Bakı­xanov sonralar buraya fortepiano alətini də daxil etmişdir.

Kollektivə gələn gənc ifaçı və xanəndələr üçün ansambl bir növ labo­ratoriya rolunu oynayırdı. Belə ki, burada onlarla tar, kamança, dəf, na­ğara, qarmon, balaban və klarnet ustaları yetişmiş və sonradan bu ifaçılar milli musiqimizin inkişafına öz töhfələrini vermişlər. Bu cür ifaçılardan biz, Əliağa Quliyev, Həbib Bayramov, Əhsən Dadaşov, Sərvər İbrahi­mov, Firuz Əlizadə, Mütəllim Novruzov, Məsumə Babayeva, Bəhruz Zeynalov, Nadir Axundov, Ağasüleyman İmanov, Çingiz Mehdiev, Əli Bə­şiroğlu və başqalarını misal çəkə bilərik.

Azərbaycanın məşhur xanəndələri – Seyid Şuşinski, Xan Şuşinski, Zül­fü Adıgözəlov, Şövkət Ələkbərova, Əbülfət Əliyev, Sara Qədimova, Zeynəb Xanlarova, Tükəzban İsmayılova və başqaları bu ansablla çıxış edərək dinləyicilərin ürəyini riqqətə gətirmişlər.

Ansamblda muğamlarımızla yanaşı, xalq mahnı və rəqslərimiz və əl­bəttə ki, bəstəkar musiqimiz də təbliğ olunurdu. Ə.Bakıxanovun ifa za­ma­nı fikir verdiyi əsas ünsürlərdən biri dəstgahların, kiçik həcm­li mu­ğam­ların, zərbi muğamaların “yad” intonasiyalardan qorumaq idi. Bu ənə­nəyə xalq artisti Həbib Bayramov öz zamanında və indi an­sambla rəhbərlik edən xalq artisti Möhlət Müslümov riayət edir.

Müharibə illərində hərbi xəstəxanalara, cəbhəyə yaxın fabrik, zavod­lara, kolxozlara gedən xalq çalğı alətləri ansamblı qəhramanlıq, mübarizə mövzulu musiqi nümunələri ilə xalqı qələbəyə ruhlandırırdı. Müharibə­dən sonrakı illərdə isə repertuara gənc bəstəkarların əsərləri daxil edilirdi. Cahangir Cahangirov, Tofiq Quliyev, Süleyman Ələsgərov, Fikrət Əmi­rov, Ağabacı Rzayeva, Qənbər Hüseynli, Əşrəf Abbasov kimi bəstə­kar­la­rın orijinal mövzulu əsərləri ansamblda səslənərək xalqın qələbəsini tə­cəs­süm etdirirdi.

Gözəl ifaçı, tanınmış pedaqoq və ansambl rəhbəri olmaqla yanaşı, Ə.Ba­kıxanov həmçinin də bəstəkar kimi də sevilirdi. Onun bir çox də­ra­mədləri, rəngləri, təsnifləri, oyun havaları və mahnıları istər o döv­rün, is­tərsə də bu dövrün konsert zallarında çalınaraq dinləyicini valeh edir. Bu nümunələrin əsas ifaçısı isə əlbəttə uzun illər boyu rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblıdır.

Musiqi folklorunun incələnməsi və nota salınmasında da Ə.Bakı­xa­no­vun rolu danılmazdır. Uzun illər boyu incələdiyi və dinlədiyi rəng­lərin 71-ini nota salaraq onları 1964-cü ildə “Azərbaycan xalq rəngləri” ki­ta­bına daxil etmişdir. Kitabda əksər muğamların – “Rast”, “Şur”, “Segah”, “Çahargah”, “Bayatı-Şiraz”, “Şüştər”, “Hümayun” və s. rəng və də­ra­məd­lər yer alıb. Bu məcmuədən əlavə 1968-ci ildə “Ritmik muğamlar”, 1975-ci ildə isə “Muğam, mahnı, rəng” məcmuələri nəşr edilir. “Azər­bay­can xalq rəngləri” məcmuəsinin müqəddiməsində belə bir fikir söy­lə­nir: “…Bu kitab Azərbaycan xalq musiqi nümunələrini öyrənmək üçün qiymətli materialdır. Ondan tədris vəsaiti kimi istifadə etmək olar. Məc­mu­ənin əsas məqsədi geniş dinləyici kütləsini Azərbaycan musiqi folk­lo­ru ilə tanış etməkdir” (1, s. 3). Bu fikri biz hər üç məcmuəyə aid edə bi­lə­rik.

Görkəmli sənətkar haqqında Əvəz Rəhmətovun “Əhməd Bakıxanov” mo­noqrafiyası, Davud Məmmədbəyovun “Muğam ustası Əhməd Bakı­xa­nov”, Cabir Səfərovun “Azərbaycan xalq çalğı alətləri” kitabçası, oğ­lan­la­rı tərəfindən tərtib olunmuş “Ömrün sarı simi” kitablarında geniş məlu­mat alırıq.

Ə.Bakıxanovun oğlanları da musiqiçi kimi yetişmişdir. Böyük oğlu Məm­mədrza violonçu, kiçik oğlu Tofiq isə bəstəkardır. Tofiq Bakıxanov öz atasının xatirəsinə tar ilə simfonik orkestr üçün 1 saylı konsertini həsr etmiş, onun tardakı ifasından “Hümayun”, “Şahnaz”, “Nəva”, “Rəhab” simfonik muğamlarını yazmışdır.

Tarzən 1973-cü ildə həyatdan köçüb, lakin onun milli musiqi qarşı­sında etdikləri indiyə qədər musiqiçilərin yaddaşından silinməmişdir. Mu­siqiçinin yaşadığı mənzildə indi Azərbaycan Musiqi Mədəniyyəti Döv­lət Muzeyinin xalq çalğı alətləri şöbəsi fəaliyyət göstərir. Sənətkar “Şə­rəf ordeni” ilə təltif olunmuş, Azərbaycan əməkdar müəllimi, əmək­dar incəsənət xadimi və xalq artisti kimi fəxri adlara layiq görülmüşdür.

ƏDƏBİYYAT:

  1. Bakıxanov Ə.M. Azərbaycan xalq rəngləri. B.: 1964.
  2. Bakıxanov Ə.M. Azərbaycan ritmik muğamları. B.: İşıq 1968, 48 s.
  3. Bakıxanov Ə.M. Muğam, mahnı, rəng. B.: 1975, 33 s.
  4. Bakıxanov Ə.M.Ömrün sarı simi. B.: İşıq 1985, 78 s.
  5. Mirzəbəyli İ. Əhməd Bakıxanov xatirələrdə. B.: Mütərcim, 2012, 192 s.
  6. Məmmədbəyov D.İ. Muğam ustası Əhməd Bakıxanov. B.: Azər­nəşr, 1966, 42
  7. Rəhmətov Ə. Əhməd Bakıxanov. B.: İşıq 1977, 144 s.
  8. Səfərov C.M. Azərbaycan xalq çalğı alətləri ansamblı. B.: Azərbay­can Dövlət Nəşriyyatı, 1971, 28 s.

Старший преподаватель АНК

ТВОРЧЕСТВО АХМЕДА БАКИХАНОВА В ИСПОЛНИТЕЛЬСТВЕ НАРОДНОЙ МУЗЫКЕ

Резюме

В статье рассматривается творчество Ахмеда Бакиханова – выдающегося исполнителя народной музыки на таре. А.Бакиханов представлен как деятельный фольклорист, композитор, педагог и исполнитель. Вдохнув новую жизнь в малоизвестные мугамы, такие как «Нава-Нишапур», «Абу ата», А.Бакиханов также ввел новшества в программу по мугаму в музыкальных школах и консерватории, принял деятельное участие в усовершенствовании народных инструментов.

Ключевые слова: Ахмед Бакиханов, мугам, народная музыка, тар, оркестр народных инструментов

Senior lecturer of ANC

AHMAD BAKIKHANOV’S ACTIVITY IN AZERBAIJANI NATIONAL MUSIC

Summary

In the article it is said about the activity of Ahmad Bakikhanov who was the famous tar (an Azerbaijani stringed folk musical instrument) performer of our national music. His activity as a performer, a pedagogue, a composer and a folklorist is given in the article. Giving the new life to the mughams such as “Neva-Nishapur” and “Ebu eta” which were performed very little he has made newness in the mugham programs of the music school and the conservatory, he has also an active role in improving of folk musical instruments.

Key words: Ahmad Bakikhanov, mugham, national music, tar (an Azerbaijani stringed folk musical instrument), orchestra of folk musical instruments

Rəyçilər:

Mövzuya uyğun

  • 04.12.2020 — Dadaş Dadaşovun xalq çalğı alətləri orkestri üçün süitalarında musiqi formasının təkamülünə dair
  • 02.09.2016 — Hacı Xanməmmədovun xalq çalğı alətləri orkestri üçün əsərləri
  • 09.01.2014 — Əliyeva Məlahət

Похожие статьи

  • Azərbaycan xalq musiqisinin əsasları

    Azərbaycan xalq musiqisinin əsasları НЕКОТОРЫЕ НАПРАВЛЕНИЯ ИССЛЕДОВАНИЙ АКУСТИЧЕСКИХ СВОЙСТВ АЗЕРБАЙДЖАНСКОЙ НАРОДНОЙ МУЗЫКИ Üzeyir Hacıbəyov — müasir…

  • Azərbaycan xalq cümhuriyyəti

    Azərbaycan xalq cümhuriyyəti Məhz Heydər Əliyevin xilaskarlıq missiyası sayəsində Azərbaycan Respublikasının dövlət müstəqilliyi qorunub saxlanıldı və…

  • Azərbaycan xalq yaradıcıllığı

    Azərbaycan xalq yaradıcıllığı Gülara, saya gəlməz, yazsaq dəftərə Şifahi xalq yaradıcılığı Xalqımızın zəngin şifahi ədəbiyyatı vardır. Söz sənətimizin…

  • Azərbaycan musiqi tarixi

    Musiqi tarixi Bu işdə mahir mügənnilər, aşıq və xanəndələr böyük rol oynamışlar. Bunlardan Sarı Aşıq, Aşıq Ələsgər, Aşıq Əsəd Rzayev kimi sənətkarların,…

  • Azərbaycan şifahi xalq ədəbiyyatı

    Azərbaycan şifahi xalq ədəbiyyatı Ağılar. Bayatı şəklində olur və yas mərasimində ifa olunur. Ağılarda qəm, kədər hissləri üstünlük təşkil edir….

Comments are closed, but trackbacks and pingbacks are open.