Press "Enter" to skip to content

KİTAB ADASI

Xanım Zeynəb (səlamullahi əleyha) cavab verdi: «Həmd olsun o Allaha ki bizi (bizim ailədən çıxmış) Peyğəmbərin vasitəsilə əzizlədi və çirkinliklərdən uzaq etdi. Fasiqdən başqa heç kəs rüsvay olmaz pis adamdan başqa heç kəs yalan deməz. Şükürlər olsun ki pis adam biz deyilik başqalarıdır. (Yə’ni siz və dəstənizdir.)»
İbn Ziyad: “Gördün, Allah ailənizin başına nə gətirdi?”
Xanım Zeynəb: “Yaxşılıqdan başqa heç bir şey görmədim. Allah onların şəhadətini qabaqcadan müəyyənləşdirmişdi. Onlar da itaət edib öz Axirət mənzillərinə yollandılar. Tezliklə Allah səni və onları (Qiyamət günü) bir-birinizlə üzləşdirəcək onlar səndən Allaha şikayət edib ədalət tələb edəcəklər. İndi fikirləş, gör o gün kim qalib gələcək? Anan sənin matəmində otursun, ey Mərcanənin oğlu!”
İbn Ziyad (Xanım Zeynəbin açıq-aşkar və mətanətlə dediyi sözlərdən və onu pozğun nənəsi Mərcanənin adı ilə çağırmasından) bərk qəzəbləndi və pis qərar çıxarmaq istədi. Məclisdə olanlardan biri Əmr ibn Həris adlı bir şəxs dedi ki ey hökmdar bu bir qadındır və heç kim qadını sözlərinə görə cəzalandırmaz.
İbn Ziyad yenə xanım Zeynəbə (səlamullahi əleyha) üz tutaraq dedi: “Allah boyunəyməyən qardaşının və qiyamçı ailənizin öldürülməsi ilə qəlbimə şəfa verdi”.
Xanım Zeynəb (səlamullahi əleyha) buyurdu: «Canıma and olsun mənim (əzizimi qardaşımı ağamı) öldürdün belimi qırdın və kökümü kəsdin əgər sən bu işinlə şəfa tapırsansa onda şəfa tapmısan.»
Xanım Zeynəbin (səlamullahi əleyha) sözlərinin gözəlliyinin tə’sirindən qəzəblənən ibn Ziyad qəzəb və rişxəndlə dedi: «Bu da atası kimi sözdüzəldəndir. Canıma and olsun atan da şair idi və qafiyə ilə (yerli-yerində) söz deyirdi.»
Xanım Zeynəb (səlamullahi əleyha) buyurdu: Qadının qafiyə ilə nə işi var? (İndi qafiyə vaxtı deyil ki?)
İbn Ziyad sübut eləmək istəyirdi ki döyüş meydanında hansı tərəf zahirdə məğlub olubsa o da rüsvay olmuşdur. Məğlub olan tərəf haqq olsaydı qalib gələrdi.
İbn Ziyadın haradan danışdığını çox yaxşı bilən xanım Zeynəb onun fikir dayağını söküb dağıtdı. O bu sözləri ilə sübut etdi ki şərəf və fəzilətin ölçüsü və əsası qüdrətdə yox həqiqət axtarmaq və haqtələblikdədir. Xanım Zeynəb (səlamullahi əleyha) bildirdi ki Allah yolunda şəhid olan şəxs rüsvay olmaz. Rüsvay o şəxs olar ki zülm haqsızlıq etsin və haqq yolundan çıxsın.
Übeydullah ibn Ziyad belə güman edirdi ki başı müsibətlər çəkmiş əzizini itirmiş Zeynəb (səlamullahi əleyha) kiçik bir tə’nə ilə təslim olub göz yaşı tökəcək ağlayıb-sıtqıyacaq. Lakin şirürəkli Zeynəb (səlamullahi əleyha) onun sözlərini ağzındaca dondurub onun qürurunu sındırdı.
Doğrudan bəşəriyyət tarixində hansı bir qadını tapmaq olar ki onun yeddi (bu barədə tarixçilər müxtəlif versiyalar irəli sürmüşlər) qardaşını öldürsünlər oğlunu şəhadətə yetirsinlər on qardaşoğlu və əmioğlusunu qılıncdan keçirsinlər sonra da özünü bütün bacıları və qardaşı uşaqları ilə birlikdə əsir alsınlar belə bir vaxtda o əsir ola-ola öz haqqını və eləcə də şəhid olanların haqqını müdafiə etsin? Özü də elə bir şəhərdə elə bir binada ki atasının hakimiyyət mərkəzi olmuş və atası təqribən hakimiyyətinin dörd ilini həmən binada keçirmişdi. Belə bir vəziyyətdə və bu cür narahatçılıqlarla nə təkcə başına gələnlərdən narazı deyil hətta qətiyyətlə bildirir ki biz öz meylimizə zidd olan heç bir iş görməmişik. Əgər bizim kişilərimiz şəhadətə yetişiblərsə elə gəlişlərindən məqsədləri də bu olmuşdur. Əgər bundan başqa bir iş olsaydı onda narahat olmağa dəyərdi. (Yə’ni biz öz istəyimizə çatmışıq.) İndi ki onlar Allah qarşısındakı öz vəzifələrini çox yüksək səviyyədə yerinə yetirib şəhadət zirvəsinə nail olublar biz bu işin müqabilində Allah qarşısında şükürdən başqa hansı layiqli bir iş görə bilərik?
Xanım Zeynəbin (səlamullahi əleyha) Kufədə buyurduğu xütbə
Bura Kufədir. Kufənin Dəməşqlə çox fərqi var. Kufə həmən şəhərdir ki iyirmi il bundan qabaq (Aşura hadisəsindən qabaq) Həzrət Əli əleyhissəlamın hökumət mərkəzi olmuşdur. Bu şəhər şiələrin mərkəzi idi. Bir hissəsi iraqlılardan ibarət olan şəhərin əhalisi ədalətli İslam hökuməti qurulmasını zalımların əlindən azad olmalarını istəyən Əhli-beyt tərəfdarıdır. Ancaq onlar bu cür ne’mətə çatmağa hələ hazır deyildilər. Bunlar həm maddi həyat mal-dövlət və vəzifə həm də zalımların əlindən azad olmaq istəyirdilər. Ancaq əgər bunlara azacıq təzyiq olunsa yaxud mal-dövlətlərini təhlükədə görsələr, bütün arzularından və məqsədlərindən əl çəkərlər. Bunlar ikiüzlü adamlardırlar. Bir növ daxili ziddiyyətə malik olan şəxslərdirlər. Bir tərəfdən böyük həvəslə Peyğəmbər balasını öz şəhərlərinə də’vət edir digər tərəfdən də təzyiqlərə mə’ruz qaldıqları üçün nə təkcə öz və’dlərini (də’vətlərini) unudur üstəlik Peyğəmbər balasının qətlinə də hazırlaşırlar. Deməli bunları ayıltmaq lazımdır. Onlara səhvlərini anlatmaq lazımdır. Onlara demək lazımdır ki Hüseyn ibn Əli əleyhissəlamı öldürməklə böyük bir cinayətə yol vermişlər.
Onları oyatmaq vəzifəsi bütün qadınlardan çox xanım Zeynəbin (səlamullahi əleyha) boynuna düşürdü. Çünki yaşı otuzu keçmiş bütün Kufə qadınları iyirmi il bundan qabaq (bu hadisədən qabaq) Həzrət Əli əleyhissəlamın hakimiyyəti dövründə Zeynəbi (səlamullahi əleyha) bu şəhərdə görmüş onun Həzrət Əli (əleyhissəlam) yanındakı və eləcə də, onun öz ataları və ərləri (yə’ni həmən qadınların ataları-ərləri) yanındakı hörmətini öz gözləri ilə müşahidə etmişdilər. Onlar Zeynəbi (səlamullah əleyha) çox yaxşı tanıyırdılar. İndi xanım Zeynəbin (səlamullahi əleyha) digər əsirlər arasında acınacaqlı şəkildə əsir düşməsi, ötən xatirələri fikirlərdə oyadırdı. Zeynəb (səlamullahi əleyha) bu fürsətdən istifadə edib söhbətə başladı. Səs camaata tanış gəldi. Elə bil Əli (əleyhissəlam) söhbət edirdi. Elə bil boğaz Əli əleyhissəlamın boğazı səs Əli əleyhissəlamın səsi idi. Doğrudan da, danışan Əli (əleyhissəlam) idi yoxsa Əli əleyhissəlamın qızı? Bəli danışan Zeynəbi-Kübra (səlamullahi əleyha) idi.
İbn Təyfur adı ilə tanınmış Əhməd ibn Əbu Tahir (204-280 h.q) qədim tarixi qaynaqlardan biri sayılan İslam və ərəb qadınlarının bəlağətli çıxışları toplanmış «Bəlağatun-nisa» kitabında yazır:
«Xədim Əsədi deyir: «Hüseyn ibn Əli əleyhissəlamın şəhadətə yetişdiyi hicrətin altımış birinci ili Kufə şəhərinə getdim. Gördüm ki Kufənin qadınları yaxalarını cırıb ağlayırlar. Əli ibn Hüseyn əleyhissəlamı (İmam Səccadı) da orada gördüm. Xəstəliyi onu lap əldən salmışdı. Əli ibn Hüseyn (əleyhissəlam) başını qaldırıb buyurdu: “Ey Kufə əhli! Bizim məzlumiyyət və müsibətimizə ağlayırsınız? Məgər bizi öldürənlər elə siz deyildiniz?” Bu zaman xanım Zeynəb (səlamullahi əleyha) əli ilə camaata işarə edib onların sakit olmasını istədi. Onun işarəsi ilə nəfəslər sinələrdə boğuldu. Dəvələrin zınqırovlarının səsi kəsildi. Bundan sonra xanım Zeynəb (səlamullahi əleyha) söhbətə başladı. Mən ondan hayalı ondan fəsahətli söhbət edən qadın görməmişdim. Elə bil Əli əleyhissəlamın dilindən danışırdı. Zeynəbin (səlamullahi əleyha) söhbəti belə idi: «Ey Kufə camaatı! Ey hiyləgər və xain insanlar! Sizi görüm heç vaxt gözünüzdən yaş əskilməsin! Siz o qadına bənzəyirsiniz ki bütün əlindəkiləri əyirir sonra da bütün əyirdiklərini söküb-tökür. Sizin nə əhdinizin bir dəyəri var nə də andınızın bir e’tibarı! Sizin öyünmək kənizlər kimi yaltaqlanmaq boş-boşuna danışmaqdan başqa nəyiniz var? Siz peyinlikdə bitmiş bitkilərə və qəbirə vurulmuş zinət əşyalarına bənzəyirsiniz. Axirətiniz üçün nə pis tədarük hazırladınız –Allah qəzəbi və Cəhənnəm əzabı! Ağlayırsınız? Bəli ağlayın Allaha and olsun ki siz ağlamağa layiqsiniz. Çox ağlayın az gülün! Bu cür alçaqlıq qazandığınız halda nəyə görə də ağlamayasınız? Elə bir alçaqlıq ki onu heç bir su ilə yumaq olmaz. Peyğəmbər balasını və Cənnət cavanlarının ağasını öldürməkdən böyük nə alçaqlıq ola bilər? Elə bir şəxs ki sizin yolunuzun çırağı dar gününüzün köməkçisi idi. Ölün! Xəcalətli başlarınızı aşağı salın! Keçmişinizi bütünlüklə bir dəfəyə itirdiniz gələcəyiniz üçün də heç nə qazanmadınız. Bundan sonra gərək alçaqlıq içərisində yaşayasınız. Çünki Allahın qəzəbinə düçar oldunuz. Elə bir iş gördünüz ki az qaldı göy yerə tökülsün yer yarılsın və dağlar parça-parça olsun.
Bilirsiniz nə qan tökdünüz? Açıq-açığına küçə-bazara çıxardığınız bu qız-gəlinlərin kim olduğunu heç bilirsiniz? Peyğəmbərin ciyərini parçaladığınızı anlayırsınızmı? Nə pis və axmaq iş tutdunuz! Elə pis iş gördünüz ki onun pisliyi bütün dünyanı doldurub. Göydən qan damcılarının dammasına təəccüb edirsiniz?! Ancaq bunu bilin ki Qiyamət əzabının rüsvayçılığı daha da acınacaqlı olacaq. Əgər Allah gördüyünüz günaha görə indi sizi cəzalandırmırsa bundan sevinməyin. Allah günahın cəzasını elə o saat vermir. Ancaq məzlumların da qanını cəzasız qoymur. Allah hər şeyin hesabını çəkəcək.»
Od tutub yanan qəlbdən gələn və Allaha olan imandan qüvvə alan bu gözəl ifadəli sözlər hamını dəyişdirdi. Dinləyicilər peşimançılıq əlaməti olaraq barmaqlarını dişləri ilə sıxır və təəssüflənirdilər. (Ancaq necə deyərlər: «Sonrakı peşmançılıq fayda verməz.») Belə qəmli və ibrət dərsi olan bir səhnədə Bəni-Cü’fi qəbiləsindən olan saqqalı göz yaşından islanan bir kişi bu məzmunda belə bir şe’r dedi: «Bu sülalənin oğulları ən yaxşı oğullardır. Bu sülalənin oğullarının adına heç vaxt alçaqlıq ləkəsi yapışmamışdır.»
Xanım Zeynəb (səlamullahi əleyha) Yezidin sarayında
Yezid əmr etdi ki əsirləri şəhidlərin kəsilmiş başları ilə birlikdə Şama göndərsinlər. Əsirlər karvanı Şama tərəf hərəkət etdi. İbn Ziyadın adamları çox bədxasiyyətli idilər. Şam şəhərinin saray adamları (Yezid və onun adamları) böyük fəth və qələbə hesab olan bu karvanın yetişməsi üçün dəqiqələri sayırdı. Tarixçilərin dediyinə görə əsirlər karvanı minlərlə tamaşaçının gözü qarşısında şəhərə (Şama) daxil oldu. Həmən gün Şam şəhəri sevinc və fərəh içində idi və camaat Yezidin qələbəsini bayram edirdi. Əsirlər karvanı camaatın arası ilə küçələri bir-bir arxada qoyaraq Yezidin böyük hökumət sarayına yetişdi.
Saraydakılar xüsusi yerlərdə oturmuş Yezid taxtın üzərində qürur və təkəbbürlə əsirləri görmək intizarında idi. Übeydullah ibn Ziyadın məclisindən fərqli olaraq Yezidin məclisinə hər adam gələ bilmirdi. Ancaq ölkə böyükləri qəbilə başçıları və bə’zi xarici ölkələrin nümayəndələri iştirak edirdilər. Buna görə də, bu məclis çox əhəmiyyətli bir məclis hesab olunurdu.
Əsirlər saraya daxil olub onlar üçün nəzərdə tutulmuş yerdə dayandılar. Yezidin gözü Peyğəmbər ailəsindən olan əsirlərə sataşdıqda, onları öz qarşısında ayaq üstə durmuş görüb əmr etdi ki İmam Hüseyn əleyhissəlamın başını bir ləyənə qoysunlar. Sonra o əlində olan çubuqla İmam Hüseyn əleyhissəlamın dişlərinə vura-vura Abdullah ibn Zəb’əri Səhminin kafir olduğu zaman yazdığı cahillik kin-küdurətini xatırladan şe’rini oxuyaraq deyirdi: «Kaş indi mənim Bədr döyüşündə vuruşub Xəzrəc qəbiləsinin əzabını çəkməli olmuş əcdadım burada olub sevinərək deyəydilər ki Yezid çox sağ ol! Əli (əleyhissəlam) övladlarına Bədr gününün acısını dadızdırdın və intiqamımızı onlardan aldın. »
Xanım Zeynəbin (səlamullahi əleyha) fəryadı
Əgər məclis bununla (yuxarıda dediklərimizlə) başa çatsaydı, Yezid qalib hesab olunardı yaxud göstərişi ilə görülən işlər bir o qədər də pis nəticələnməzdi. Ancaq xanım Zeynəb (səlamullahi əleyha) işin bu cür qurtarmasına imkan vermədi və Yezid üçün fərəh hesab olunan şadlığı onun üçün zəhərdən də acı etdi. Oradakılara göstərdi ki onların qarşısında ayaq üstə duran adamlar o Peyğəmbərin qızlarıdır ki indi Yezid həmən Peyğəmbərin adı ilə hökumət başına gəlmişdir. Xanım Zeynəb (səlamullahi əleyha) son dərəcə mətanət şücaət və vüqarla sözə başlayıb Yezidə xitab edərək belə buyurdu: «Allah və Onun Peyğəmbəri doğru buyurmuşlar ki pis əməl sahiblərinin aqibəti budur ki Allahın ayətlərini yalan sayıb onlara rişxənd edərlər.
Yezid belə fikirləşirsən ki yeri-göyü bizə daraltmaqla bizi əsirlər kimi bu şəhərdən o şəhərə aparmaqla bizi rüsvay edib özünü hörmətləndirdin? Elə bilirsən ki bu işinlə yüksək məqama nail olub ona-buna təkəbbürlük edirsən? Qüdrətin hazır olub hakimiyyətini səliqə-sahmanda gördükdə, sevincindən dərinə sığışmırsan. Bilmirsən ki sənə verilən bu fürsət ondan ötrüdür ki əsl həqiqətini iç üzünü camaata açıb göstərəsən? Məgər Allahın «Küfr edənlər onlara verdiyimiz möhləti heç də özləri üçün xeyirli sanmasınlar! Bizim onlara verdiyimiz möhlət ancaq günahlarını daha da artırmaları üçündür. Onlar zəliledici bir əzab görəcəklər» deyə buyurduğunu unutmusan?
Ey azad edilmişlərin oğlu!1 Heç bu ədalətdirmi ki sənin qadın qız və kənizlərin pərdə arxasında otursun ancaq sən Peyğəmbərin qızlarını əsir edəsən onların hörmət pərdəsini parçalayasan onların səslərini boğazlarında boğasan və yad (naməhrəm) kişilər onları dəvələrlə o şəhərdən bu şəhərə dolandırsınlar? Heç ədalətdəndirmi ki kimsə onlara yer verməsin kimsə onları qorumasın və öz kişilərindən heç biri onların yanında olmasın?
Axı ürəyi bizim hirs və qəzəbimizdən dolu olan bir şəxsdən bundan artıq nə gözləmək olar? Deyirsən ki kaş Bədr döyüşündə ölən əcdadın indi burada olaydı və bunu deyərək Peyğəmbər balasının dişlərinə vurursan? Nə üçün də etməyəsən? Sən yer üzünün ulduzları olan Peyğəmbər balalarının və Əbdülmüttəlib ailəsinin qanını tökməklə iki nəsil arasında olan düşmənçiliyi yenidən bərpa etdin. Sevinmə! Tezliklə Allah dərgahında hazır olacaqsan. Həmən gün arzulayacaqsan ki kaş kor lal olaydın və bu günü görməyəydin kaş «indi əcdadım bu məclisdə olsaydı, sevinclərindən dərilərinə sığmazdılar» deməyəydin. İlahi bizə zülm edən şəxsdən Özün haqq və intiqamımızı al!
And olsun Allaha Peyğəmbər onun Əhli-beyti və ciyərparaları Allahın lütf-mərhəmətində qərar tapacaqları gün (Qiyamət günü) Sən Allah qarşısında öz ətini-dərini didib-dağıdacaqsan. Allah Öz və’dəsinə əməl edəcəyi gün künc-bucaqda qalmış bu məzlumları bir yerə yığacaq. Allah Özü buyurur ki, «Allah yolunda öldürülənləri şəhid olanları heç də ölü zənn etmə! Xeyr onlar öz Rəbbinin yanında diri olub ruzi Cənnət ruzisi yeyirlər.» Ancaq səni nahaqdan müsəlmanların boynunda otuzduran şəxs (Müaviyə) ədalət Allah məhkəməsi Məhəmməd (səlləllahu əleyhi və alih) və sənin öz əl-ayağın sənin cinayətlərinə şəhadət verəcəyi gün biləcək ki sizlərdən hansınız daha bədbəxtsiniz.
Yezid ey Allahın düşməni və Allah düşməninin oğlu! And olsun Allaha sən mənim gözümdə elə dəyərli deyilsən ki mən səni danlayam (yə’ni sənin heç danlanmağa da ləyaqətin yoxdur) sənin heç təhqir olunmağa da ləyaqətin yoxdur. Ancaq nə edim yaş gözlərimdə həlqələnib ah-nalə sinəmdə fəqan edir. Hüseyn (əleyhissəlam) öldürüldükdən sonra Şeytan ordusu Peyğəmbər ailəsinin hörmətini qırmaqla müsəlmanların beytül-malından mükafat almaq üçün bizi Kufədən ağılsızlar məmləkətinə gətirdikdən sonra bu cəlladların əli bizim qanımıza sirab olduqdan sonra ac qurdlar pak cənazələrin üstündə at çapdıqdan sonra səni danlamaq tə’nə etmək hansı dərdə məlhəm olar? Əgər bizi öldürüb əsir etməklə xeyir qazandığını güman edirsənsə tezliklə başa düşəcəksən ki qazandığın ziyandan başqa bir şey deyil. Qiyamət günü gördüyün işin nəticəsindən başqa heç nə qazanmayacaqsan. O gün sən ibn Ziyadı öz köməyinə çağıracaq ibn Ziyad da səndən kömək istəyəcək. Sən və sənin yolunu gedənlər həmən gün Allahın ədalət məhkəməsində yığışacaq onda biləcəksən ki Müaviyənin sənin Axirət səfərin üçün hazırladığı ən yaxşı tədarük Peyğəmbər balalarını öldürməyin olub. And olsun Allaha ki mən Allahdan başqa heç kimdən qorxmur və Ondan başqa heç kəsə şikayət etmirəm! Hər nə istəyirsən elə! Hər nə hiylən var istifadə et! Hər nə düşmənçiliyin var göstər! Allaha and olsun sənin adına yapışan bu ləkə heç vaxt silinməyəcək. Allaha şükürlər olsun ki Cənnət gənclərinin ağasının (İmam Hüseynin) aqibətini səadətlə nəticələndirdi və Behişti onlara vacib etdi. Allahdan istəyirəm ki onların məqamını daha da ucaltsın və Öz rəhmətini onlara daha çox şamil etsin. Allah bacarıqlı himayədar və yaxşı köməkçidir.»1
Dağlanmış ciyərdən təqvalı qəlbdən qüvvət alan bu çıxışın necə nəticə verməsi mə’lumdur. Ən daşürəkli insan belə iman və təqva ilə üzləşdikdə, öz zəifliyini və rəqibin güclülüyünü görür bir neçə anlığa da olsa, bir qərar çıxarmaqdan aciz olur. Bütün saray ölüm sükutuna qərq olmuşdu. Yezid məclisdəkilərin simasında narazılıq əlaməti müşahidə edib dedi: «Allah öldürsün Mərcanənin oğlunu – (ibn Ziyadı) – mən Hüseyn əleyhissəlamın öldürülməsinə razı deyildim. »
Dördüncü İmamın təbliği mübarizələri
Zillət və alçaqlıqdan qurtarmaq izzət şərəf və azadlıq qazanmaq həqiqi təhriflər zülm və haqsızlara qarşı cəmiyyətdə əsaslı inqilab əmələ gətirmək üçün camaatı oyatmaq və ziyalılandırmaqdan başqa yol yoxdur. Deməli camaatın məs’uliyyət hiss etməsi üçün onları oyatmaq lazımdır. Bundan sonra inqilab öz-özünə yaranacaq.
Bu İmam Hüseyn əleyhissəlamın hərəkatının bir hissəsi idi. Birinci mərhələni özü və dostları şəhadətə çatmaqla yerinə yetirdilər. Ancaq inqilabın ikinci mərhələsi yə’ni Kərbəla inqilabını camaata çatdırmaq isə İmam Səccad (əleyhissəlam) və xanım Zeynəbin (səlamullahi əleyha) öhdəsində idi. Təkcə bu cür mübarizə ilə Bəni-Üməyyənin otuz neçə illik tör-töküntülərini aradan aparmaq Bəni–Üməyyəyə qarşı camaatı inqilaba çəkib Yezidin və Əməvilərin sarayını birdəfəlik yerindən tərpədib söküb-dağıtmaq olardı.
Əhli-beytin məzlumiyyətini ehtiva edən və Aşura gününün günortasından başlayan mübarizənin ikinci mərhələsi Həzrət Əli (əleyhissəlam) qızı xanım Zeynəbin (səlamullahi əleyha) Kufə bazarında ondan sonra isə elə həmən şəhərdə İmam Zeynül-abidin əleyhissəlamın kiçik və sadə lakin çox şüurlu və tə’sirli çıxışları ilə davam etdi.
Böyük əksəriyyəti əsirlərə tamaşa etməyə gəlmiş camaata İmam Səccad (əleyhissəlam) sakit olmalarını bildirdi. Hamı sakitləşdi. İmam Allaha həmd-səna etdikdən sonra buyurdu: «Camaat məni tanıyan tanıyır tanımayana isə indi özümü tanıtdıraram. Mən Əbu Talibin oğlu Əlinin oğlu Hüseyn oğlu Əliyəm. Mən hörmətini sındırdığınız mal-dövlətini qarət etdiyiniz və qohum-əqrəbasını əsir aldığınız şəxsin oğluyam. Mən Fərat çayı kənarında başı kəsilmiş adamın oğluyam. Halbuki, o nə bir kimsəyə zülm etmiş nə də kimə qarşısa hiylə işlətmişdi. Mən başı arxadan kəsilən şəxsin oğluyam. Bu mənim üçün böyük bir şərəfdir. Camaat siz atama məktub yazmadınızmı? Onunla bey’ət etmədinizmi? Onunla əhd-peyman bağladıqdan sonra onunla vuruşmağa başlamadınızmı? Nə pis iş nə pis düşüncə və hərəkətdir!
Əgər Allahın Peyğəmbəri sizə desə ki siz mənim övladlarımı öldürdünüz mənim hörmətimi qırdınız siz mənim ümmətimdən deyilsiniz onda nə üzlə ona baxarsınız?»
Bu qısa və ürəktitrədici sözlər o vahiməli və sıxıcı mühitdə tufan qaldırıb Kufə camaatının ruhunda elə tə’sir bağışladı ki dərhal hər tərəfdən şivən səsi ucaldı. Camaat bir-birinə deyirdi: “Bilmirsiniz bədbəxt oldunuz!” Əli ibn Hüseyn (əleyhissəlam) (İmam Səccad) buyurdu: «Mənim nəsihətimi qəbul edən və dediklərimi Allaha və Peyğəmbərinə xatir qulaqlarında sırğa edən şəxsi Allah bağışlasın. Bizim davranışımız Peyğəmbərin davranışı kimi olmalıdır. Çünki onun davranışı ən gözəl davranışdır.» Hamı dedi: “Ey Peyğəmbər balası! Biz sənə qulaq asır sənə itaət edib sənə vəfadarıq. Səndən ayrılmarıq kiminlə desən vuruşar kiminlə desən sülh edərik. Yezidi tutarıq. Biz zülmkarların sənə qarşı hərəkətinə nifrət edirik.” İmam Səccad (əleyhissəlam) buyurdu: «Heyhat (əsla) ey hiyləgərlər! Ey şəhvətlərinin (nəfslərinin) əsiri olanlar! Əcdadımla etdiyiniz rəftarı mənimlə də etmək istəyirsiniz? Yox, Allaha and olsun, hələ vurduğunuz yaradan qan axır, sinəm atam və qardaşlarımın ölümündən yaralıdır. Bu qəm-qüssənin acısı adamı boğur. Mənim qüssəm təsəlli tapmazdır. Sizdən istəyirəm ki nə bizdən nə də bizim əleyhimizə olasınız.»
İmam Səccad əleyhissəlamın ibn Ziyadla söhbəti
Ötən səhifələrdə qeyd etdik ki Bəni-Üməyyə hökuməti Cəbriyyə məzhəbindən istifadə edir və öz günahlarını Allahın iradəsi ilə əsaslandırırdılar. Bu yolla da camaatın fikrini azdırırdılar. İmam Səccad (əleyhissəlam) və xanım Zeynəb (səlamullahi əleyha) düşmənin bu hiyləsindən xəbərdar olduqları üçün ona qarşı ciddi mübarizə aparırdılar. Bu mübarizənin bariz nümunələrindən biri İmam Səccad əleyhissəlamın Kufədə ibn Ziyadla söhbətidir. Əhli-beyt əsirlərini ibn Ziyadın sarayındakı ümumi məclisə gətirdikdən və xanım Zeynəb (səlamullahi əleyha) ilə ibn Ziyad arasında kəskin söz-söhbət getdikdən sonra ibn Ziyadın gözü İmam Səccad əleyhissəlama sataşdı və dedi: “Bu kimdir?” Məclisdəkilərdən bə’ziləri dedilər: “Əli ibn Hüseyndir.” İbn Ziyad: “Məgər Allah Əli ibn Hüseyni öldürmədi?”
İmam Səccad (əleyhissəlam): “Mənim qardaşım var idi camaat ona da Əli İbn Hüseyn deyirdi. Siz onu öldürdünüz.”
İbn Ziyad: “Yox onu Allah öldürdü.”
İmam Səccad (əleyhissəlam): «Allah əcəli çatan kimsələrin canlarını ruhlarını onlar öldüyü zaman ölməyənlərin hələ əcəli çatmayanların canlarını isə yuxuda alar. Çünki yuxu da ölüm kimi bir şeydir yuxu zamanı ruhun bədənlə əlaqəsi kəsilir.
İbn Ziyad: “Nə cür’ətlə belə cavab verirsən? Aparın onun boynunu vurun.”
Bu zaman İmamət əmanətinin (İmam Səccadın) qoruyucusu xanım Zeynəb (səlamullahi əleyha) buyurdu: «Ey Ziyadın oğlu! Bizim kişilərimizdən birini də sağ qoymadın əgər onu öldürmək istəyirsənsə məni də onunla birlikdə öldür!»
İmam Səccad (əleyhissəlam) buyurdu: «Bibi sakit ol qoy onunla mən söhbət edim.» İmam sonra buyurdu: «Ey Ziyadın oğlu! Məni öldürməklə hədələyirsən? Bilmirsən ki ölüm bizim üçün adi bir iş şəhadət bizim üçün şərəfdir?»
İmam Səccad əleyhissəlamın Şamda buyurduğu xütbə
Bundan öncə də qeyd etdik ki Əhli-beyt əsirlərinin Şama səfəri İmam Hüseyn əleyhissəlamın inqilabının xəbərini yaymaqda və Yezidin çirkin və nankor hakimiyyətinin əsl mahiyyətini tanıtdırmaqda böyük rol oynadı. Onlar əsirlik libası ilə eynilə İmam Hüseyn əleyhissəlamın şəhadət libası ilə apardığı müqəddəs cihadı yerinə yetirdilər. Əsirlərin Şamda saxlanılması Müaviyənin qırx illik təbliğləri nəticəsində İslam və Peyğəmbər ailəsi haqqında düzgün mə’lumatı olmayan Şam camaatına İslam və Peyğəmbər (səlləllahu əleyhi və alih) barəsində düzgün mə’lumat verilməsi üçün yaxşı fürsət yaratdı. Buna görə də, əsirlər yeri gələn kimi bu barədə hərəkət edirdilər. Şamda olan günlərin birində İmam Səccad əleyhissəlamın buyurduğu xütbə bu arada çox əsaslı rol oynadı və Yezidi bütün camaat arasında rüsvay etdi.
Mərhum Əllamə Məclisi «Mənaqib» kitabının müəllifinə və başqa yazıçılara istinad edərək yazır: «Rəvayət edirlər ki bir gün Yezid məclis təşkil edib vaizə dedi ki Hüseyn (əleyhissəlam) və Əli əleyhissəlamın pisliklərinə dair söhbət etsin. Vaiz minbərə qalxıb Allaha həmd-səna etdikdən sonra Əli (əleyhissəlam) və İmam Hüseyn əleyhissəlamı pisləməyə başladı sonra da Müaviyə və Yezidi kifayət qədər tə’riflədi. İmam Səccad (əleyhissəlam) camaatın arasından uca səslə qışqırdı: «Vay sənin halına ey vaiz! Camaatın razılığını Allahın qəzəbi ilə dəyişdin və Cəhənnəmdə özünə yer hazırladın!» Sonra İmam Səccad (əleyhissəlam) əlavə edib buyurdu: «Yezid icazə verirsən bu çubuqların (minbərin) üstünə çıxım və Allahın Rizayəti olan və camaata əcr-savab verəcək bir neçə kəlmə söz deyim?» Yezid icazə vermədi. Camaat dedi: “Əmir icazə ver minbərə çıxsın bəlkə ondan bir söz eşitdik. (Görək nə deyir?)” Yezid dedi: “Əgər o bu minbərə çıxsa məni və Əbu Süfyanın ailəsini rüsvay etməyincə aşağı enməyəcək.”
Bir nəfər dedi: “Əmir məgər bu (gənc əsir) nə bilir və nə edə bilər?” Yezid dedi: “O elə bir ailədəndir ki onlar elmi uşaqlıqda südlə birgə əmmiş və elm onların qanına qatışmışdır.”
Camaat o qədər tə’kid etdi ki Yezid nəhayət icazə verdi. İmam Səccad (əleyhissəlam) minbərə qalxıb əvvəl Allaha həmd-səna etdi sonra isə elə bir xütbə buyurdu ki gözlərdən yaş axmağa ürəklər titrəməyə başladı.
İmam Səccad (əleyhissəlam) buyurdu: «Camaat Allah bizə (Peyğəmbər ailəsinə) altı üstünlük vermiş və yeddi fəzilətə görə bizi başqalarından üstün tutmuşdur.
Bizim altı üstünlüyümüz budur ki Allah bizə elm helm səxavət fəsahət şücaət vermiş və mö’minlərin qəlbində bizə qarşı məhəbbət hissi oyatmışdır. Yeddi fəzilətimiz isə odur ki Allahın seçilmiş peyğəmbəri doğru danışan (Əli ibn Əbu Talib (əleyhissəlam)) Cə’fər Təyyar Allahın və Allah peyğəmbərinin şiri (Həmzə) bu ümmətin iki böyük rəhbəri-Həsən (əleyhissəlam) və Hüseyn (əleyhissəlam) və Fatimeyi-Zəhra (səlamullahi əleyha) (ya da Həzrət Məhdi (əleyhissəlam)) bizdəndir.
Camaat kim ki məni tanıyır heç kim də tanımırsa indi özümü ona tanıtdıraram. Mən Məkkə və Minanın oğluyam. Mən Zəmzəm və Səfanın oğluyam. Mən Həcərül-əsvədi (Məkkədəki qara daşı) öz əbası arasında qaldırıb yerinə qoyan şəxsin oğluyam. Mən ehram bağlayıb təvaf və sə’y edən şəxsin oğluyam. Mən insanların ən yaxşısının (Peyğəmbərin) oğluyam. Mən (me’rac gecəsi) Məscidül-həramdan Məscidül-əqsaya aparılan şəxsin oğluyam. Mən (me’rac zamanı yeddinci göydəki) Sidrətül-müntəhaya çatan şəxsin oğluyam. Mən me’rac zamanı Allaha yaxın olduğundan onunla Allah arasında iki kamandan da az məsafə qalan şəxsin oğluyam. Mən asiman mələkləri ilə namaz qılan şəxsin oğluyam! Mən böyük Allahın ona vəhy etdiyi şəxsin oğluyam. Mən Məhəmməd Mustafanın (səlləllahu əleyhi və alih) oğluyam. Mən Əliyyi–Murtəza əleyhissəlamın oğluyam. Mən müşriklərə «La ilahə illəllah» deyənə qədər (müsəlman olanadək) vuruşan şəxsin oğluyam. Mən Allah Peyğəmbərinin hüzurunda iki qılınc və iki nizə ilə vuruşan şəxsin oğluyam. Mən iki dəfə hicrət edən Peyğəmbərlə iki dəfə bey’ət edən Hüneyn döyüşündə qəhrəmancasına vuruşan və bir an belə Allaha şəkk etməyən şəxsin oğluyam. Mən mö’minlərin ən salehinin peyğəmbərlər varisinin kafirləri məhv edən müsəlmanların rəhbəri mücahidlərin nuru abidlərin zinəti (Allah qorxusundan) ağlayanların fəxri sayılan səbirlilərin ən dözümlüsü Allah Peyğəmbərinin ailəsindən çıxmış ən yaxşı inqilab edən şəxsin oğluyam. Mənim nəslim (cədd-əqrəbam) o şəxsdir ki Cəbrail onun himayədarı Mikail onun köməkçisi özü də müsəlmanların himayədarı və namuslarının mühafizəçisidir. Mən dindən çıxanlarla (mariqinlə) əhd-peymanını dananlarla (nakisinlə) zalımlarla (qasitinlə) mübarizə aparıb Allahın kinli düşmənlərinə qarşı cihad edən şəxsin oğluyam. Mən Peyğəmbərə (səlləllahu əleyhi və alih) hamıdan qabaq iman gətirən müsəlmanların qabaqcılı olan və Qüreyşin ən üstün şəxsiyyəti sayılanın oğluyam. O zalımların düşməni müşrikləri məhv edən münafiqləri qırmaq üçün atılmış Allah oxu abidlərin hikmət dili Allah dininin köməkçisi Allahın tə’yin etdiyi rəhbər Allah hikmətinin gülzarı və Allah elminin mərkəzi idi. »
İmam Səccad (əleyhissəlam) daha sonra əlavə edib buyurdu: «Fatimeyi-Zəhranın (səlamullahi əleyha) oğlu mənəm. Qadınlar şahının (Xanımlar xanımının) oğlu mənəm. »
İmam Səccad (əleyhissəlam) özünü əslində isə İmamət şəcərəsini tanıtdırmaq üçün o qədər söz dedi ki camaatın ağlamaq səsi göyə ucaldı.
Yezid çaxnaşma düşəcəyindən qorxub azançıya əmr etdi ki azan versin. Azançı ayağa qalxıb azan deməyə başladı: «Əllahu əkbər Əllahu əkbər.»
İmam Səccad (əleyhissəlam) buyurdu: «Bəli heç bir şey Allahdan böyük deyil.»
Azançı «Əşhədu əlla ilahə illəllah» deyəndə, İmam Səccad (əleyhissəlam) buyurdu: «Bəli mənim tük dəri ət və qanım Allahın təkliyinə şəhadət verir.» Elə ki azançı «Əşhədu ənnə Muhəmmədən rəsulullah» dedi İmam Səccad (əleyhissəlam) minbərin üstündən üzünü Yezidə tutub buyurdu: «Yezid Məhəmməd (səlləllahu əleyhi və alih) mənim cəddimdir yoxsa sənin cəddin? Əgər desən ki, sənin cəddindir yalan demiş və haqqı danmış olarsan. Yox əgər desən ki mənim cəddimdir bəs onda nə üçün onun övladlarını öldürdün?»
Təxminən on dördüncü əsr tarixçisi İmaməddin Təbəri «Kamili-Bəhayi» kitabında İmam Səccad əleyhissəlamın xütbəsinin sonunda yazır: (İmam Səccad (əleyhissəlam)) buyurdu: «Ey Yezid! Bu hörmətli və kəramətli Peyğəmbər mənim cəddim olmuşdur yoxsa sənin cəddin? Əgər desən sənin cəddin olub bütün camaat biləcək ki sən yalan deyirsən yox əgər desən ki, mənim cəddim olub bəs onda nə üçün atamı günahı olmaya-olmaya şəhid edib mal-dövlətini qarət edərək ailəsini əsir aldın?» Bunu deyib əlini atdı yaxasına yaxasını cırıb ağlayaraq buyurdu: «And olsun Allaha əgər dünyada bir nəfər varsa ki Peyğəmbər onun cəddi olmuş olsun o da mənəm. Bəs nə üçün bu kişi (Yezid) mənim atamı zalımcasına öldürdü və bizi (Roma imperiyasından tutulmuş) əsirlər kimi gətirdi?» İmam sonra əlavə edib buyurdu: «Ey Yezid! Bu cür iş görürsən sonra da «Muhəmmədun rəsulullah» deyib üzü qibləyə durursan? Vay olsun sənin halına! Qiyamət günü atam və cəddim sənin düşmənin olacaqlar.»
Məl’un Yezid bu zaman azançının üstünə qışqırdı ki iqamə de. Məclisdə böyük səs-küy əmələ gəldi. Kimisi namaz qılıb kimisi də namaz qılmadan dağılıb getdi.»

Mətn /PDF/ Səs

İmam Hüseyn əleyhissəlamın həyatı barədə qısa mə’lumat
Üçüncü mə’sum İmamımız Həzrət Hüseyn (əleyhissəlam) hicrətin dördüncü ili Şə’ban ayının üçü (ya dördü) Mədinə şəhərində dünyaya gəlmişdir. O Həzrət Əli (əleyhissəlam) və Peyğəmbər qızı xanım Zəhranın (səlamullahi əleyha) ikinci övladı idi.
Hüseyn ibn Əli (əleyhissəlam) öz həyatı boyu zülm və haqsızlığa qarşı mübarizədə şücaət və azadlıqsevərliyi ilə məşhur olmuşdur.
İmam Hüseyn əleyhissəlamın həyat mərhələləri
Hüseyn ibn Əli (əleyhissəlam) uşaqlıq dövrünün altı ilini babası Peyğəmbərin (səlləllahu əleyhi və alih) yanında keçirmişdir. Peyğəmbərin (səlləllahu əleyhi və alih) vəfatından sonra otuz il atası Əli əleyhissəlamla birgə yaşamış və Əli əleyhissəlamın hakimiyyəti dövründə irəli çıxan çətinliklərdə fəal iştirak etmişdir. Əli əleyhissəlamın şəhadətindən sonra (hicrətin qırxıncı ilindən) siyasi və ictimai səhnələrdə qardaşı Həsən ibn Əli əleyhissəlamla çiyin-çiyinə çalışmışdır. İmam Həsən əleyhissəlamın şəhadətindən sonra (hicrətin əllinci ilindən) on il müddətinə qədər Müaviyə ibn Əbu Süfyanın hakimiyyəti dövründəki İslami vəzifələr İmam Hüseyn əleyhissəlamın boynuna düşmüşdür. Müaviyənin ölümündən sonra hakimiyyət başına gələn Yezidin dövründə inqilab etmiş və nəhayət, hicrətin altımış birinci ili məhərrəm ayının onunda Kərbəla çölündə şəhid olmuşdur.
İmam Hüseyn əleyhissəlamın həyat mərhələlərinin sonuncusu yə’ni o Həzrətin İmamət dövrü onun həyatının ən əsas hissəsi hesab olunur. Elə bu kitabda da, əsasən, bu hissədən söhbət edəcəyik.
Hüseyn ibn Əli əleyhissəlamın İmamətdən qabaqkı mübarizələri
Hüsyen ibn Əli (əleyhissəlam) gənclik dövründən başlayaraq İslam hökumətinin əsl yolundan döndüyünü müşahidə etdiyi vaxtdan atasının siyasi mövqeyini himayə etmiş və ona tabe olmuşdur. Bir gün İmam Hüseyn (əleyhissəlam) Ömər ibn Xəttabın hakimiyyəti dövründə məscidə girib gördü ki Ömər minbərdə oturmuşdur. Bunu görcək, tez minbərin başına qalxıb Ömərə dedi: «Mənim atamın minbərindən aşağı düş və get öz atanın minbərində otur.» Ömər özünü itirmiş halda dedi: «Mənim atamın minbəri olmayıb.» Sonra Ömər onu yanında əyləşdirdi. Minbərdən düşdükdən sonra İmam Hüseyn əleyhissəlamı öz evinə aparıb ondan soruşdu: «Bu sözü sənə kim öyrədib?» İmam Hüseyn (əleyhissəlam): «Heç kim» –deyə cavab verdi.
İMAM HÜSEYN (ƏLEYHISSƏLAM) CƏMƏL VƏ SIFFEYN DÖYÜŞLƏRINDƏ
İmam Hüseyn (əleyhissəlam) atasının hakimiyyəti dövründə siyasi və nizami səhnələrdə atası ilə çiyin-çiyinə çalışmışdır. O atasının hakimiyyəti dövründə baş vermiş hər üç döyüşdə fəal iştirak etmişdir.
Cəməl döyüşündə ordunun sol cinahının başçılığı İmam Hüseyn əleyhissəlamın öhdəsində idi. Siffeyn döyüşündə istər ordunu döyüşə həvəsləndirmək məqsədilə etdiyi çıxışlarda istərsə də düşmənlə mübarizədə əsas rol oynamışdır. Əbu Musa Əş’əri ilə Əmr ibn As arasında gedən danışıqlarda da İmam Hüseyn (əleyhissəlam) Əli (əleyhissəlam) tərəfindən seçilmiş əsas şahidlərdən biri idi.
İmam Hüseyn (əleyhissəlam) atasının şəhadətindən sonra zəmanənin rəhbər və İmamı İmam Həsən əleyhissəlamla birgə olmuşdur. İmam Həsən əleyhissəlamın ordusu Şama tərəf hərəkət edəndə, mübarizə meydanında İmam Hüseyn (əleyhissəlam) İmam Həsən əleyhissəlamla çiyin-çiyinə olmuşdur. Müaviyə İmam Həsən əleyhissəlama sülh təklif etdikdə, İmam Həsən (əleyhissəlam) İmam Hüseyn (əleyhissəlam) və Abdullah ibn Cə’fəri çağırıb bu təklif barədə onlarla məsləhət etdi. Nəhayət sülh müqaviləsi bağlanandan sonra qardaşı ilə birlikdə Mədinəyə qayıtdı və elə orada da yaşamağa başladı.
İmam Hüseyn əleyhissəlamın İmaməti dövründəki siyasi-ictimai vəziyyət
Səqifədən başlayaraq İslamın əsl yolundan həqiqi xəttindən uzaqlaşmağa başlayan və Osmanın hakimiyyəti dövründə öz yolunu İslamdan uzaqlaşdıran hakimiyyət İmam Hüseyn əleyhissəlamın dövründə artıq həddini aşıb daşmışdı.
O dövrlərdə Müaviyə ikinci və üçüncü xəlifə tərəfindən Şama vali seçilmişdi. Müaviyə vali olduğu bu müddətdə öz mövqeyini daha da möhkəmlətmiş və İslam ölkəsinin taleyini həll edərək xəlifə kimi hakimiyyəti ələ keçirmişdi. Beləliklə də, o İslamın qatı düşməni olan Əməvilər sülaləsini müsəlmanların başı üstündə rəhbər etmiş və Ziyad Əmr ibn As Səmürə ibn Cündüb kimi zalım şəxslərin köməyi ilə zor gücünə hökumət təşkil verərək İslamı alt-üst etmişdi. Müaviyə bir tərəfdən həqiqi müsəlmanlara qarşı siyasi və iqtisadi çətinlik siyasətini yeridərək qırğın qətl əzab-əziyyət onları aclıqda saxlamaqla hər hansı bir müxalifət hərəkatının qarşısını alır digər tərəfdən də millət və qəbilələrarası rəqabəti ortaya ataraq qəbilələri bir-birinin canına salırdı. Onun hökumətinə bir təhlükə yetişməsin deyə, bu yolla onların gücünü zəiflədirdi. Başqa bir tərəfdən isə onun hökuməti üçün işləyən nökər və muzdurların vasitəsilə yalançı hədislər söyləmək Qur’anı öz xeyrinə təfsir etməklə camaatın hökumətin əleyhinə yönəlmiş fikrini dağıdır və öz hökumətinə şər’i və İslami ad verirdi. İslamın tam ziddinə olan bu siyasət həmçinin, Müaviyənin siyasəti ilə əqidə cəhətdən üst-üstə düşən «Murciə» və «Cəbriyyə» kimi batil firqələrin yayılmasına şərait yaratmaq cəmiyyətdə pis və acınacaqlı tə’sirlər yaradaraq cəmiyyəti zillətlə dolu olan bir sükut (mə’nəvi ölüm) meydanına çıxartdı. Bu acınacaqlı siyasət nəticəsində İslam cəmiyyətinin əsl mahiyyəti itib batdı və İslami dəyərlər bir-birinə dəydi. Belə ki müsəlmanların İslamın onlara din adı ilə rəhbərlik edən zalım xəlifələri dəstəkləmək icazəsini vermədiyini bildikləri halda, yenə də onlar qorxudan xəbərsizlik və zəiflik ucbatından həmin xəlifələri dəstəkləyirdilər. Bu siyasət nəticəsində müsəlmanlar Qur’an məntiqi və Peyğəmbər (səlləllahu əleyhi və alih) tə’liminin əksinə olaraq qorxaq zahirbaz və saziş qəbul edən şəxslərə çevrilmişdilər.
Müsəlmanların həyatının bu mərhələsi tarixi azğınlığın bütün cəmiyyətə yayılması və cəmiyyəti özünə tərəf çəkməsi nümunələri ilə doludur.
Müsəlmanların Osman və onun tərəfdarlarının yeritdiyi siyasətin müqabilindəki əks tədbirlərini Müaviyənin tutduğu siyasətə qarşı seçdikləri yol ilə müqayisə etdikdə, bu şeytani siyasətin cəmiyyətdə yaranan acınacaqlı nəticələri açıq-aşkar göz qabağında durur. Çünki müsəlmanlar Osmanın siyasətinə qarşı ümumi qiyama qalxmaqla onun bu siyasətinə cavab verdilər. Bu qiyam İslam ölkəsinin böyük şəhərlərinə yə’ni Mədinə Məkkə Kufə Bəsrə Misir və digər şəhər və kəndlərə yayılmış və əhali qiyamda iştirak etmişdi. Ancaq Müaviyənin dövründə zülmün qat-qat artmasına qətl və hədələmələrin sayının çoxalmasına müsəlmanların öz hüquqlarından gəlirlərindən açıq-aşkar məhrum olmalarına baxmayaraq, onun İslama zidd olan hökumətinə qarşı belə bir ümumi qiyam baş vermədi. Əksinə, camaat kor-korana Müaviyəyə itaət edirdi. Düzdür arabir Hicr ibn Ədiyy Əmr ibn Həmiqi Xüzai və bu kimi şəxslərin pərakəndə e’tirazları olurdu. Bu da göstərir ki camaat Müaviyənin zülmü altında əl-qol atırdı. Ancaq pərakəndə olan bu e’tirazlar lazımi nəticəni vermir və ümumxalq hərəkatına çevrilmirdi. Buna görə də, bu e’tirazların qarşısı tezliklə alınırdı. Çünki dövrün hökuməti qiyam başçılarını öldürür məntəqədəki hərəkatı boğur camaat isə heç bir əks tədbir göstərə bilmirdi.
Müaviyə dövründə qiyamın maneələri
Müaviyənin qüdrətinin hakim olduğu belə acınacaqlı vəziyyətdə bir çox şeyləri nəzərə almaqla, o vaxtda qiyam etməyə nə imkan var idi nə də qiyamın bir faydası olacaqdı. Aşağıdakı iki səbəbi Müaviyənin dövründə İmam Hüseyn əleyhissəlamın inqilabına mane olan əsas iki amil kimi qeyd etmək olar.
1. İmam Həsən əleyhissəlamin Müaviyə ilə sülh müqaviləsi
Əgər İmam Hüseyn (əleyhissəlam) Müaviyənin dövründə qiyam etsəydi Müaviyə İmam Həsən əleyhissəlamın onunla bağladığı və İmam Hüseyn əleyhissəlamın da təsdiqlədiyi sülh müqaviləsini bəhanə gətirib İmam Hüseyn əleyhissəlamı sülh müqaviləsini pozmaqda ittihamlandıracaqdı. Çünki hamı bilirdi ki İmam Həsən (əleyhissəlam) və İmam Hüseyn (əleyhissəlam) nə qədər ki Müaviyə sağdır onun hökuməti qarşısında sükut edəcəklərinə və heç bir qiyama əl atmayacaqlarına söz veriblər. Əgər belə bir vaxtda İmam Hüseyn (əleyhissəlam) qiyam etsəydi Müaviyə İmamı vəzifətələb və əhd-ilqar sındıran bir şəxs kimi qələmə verərdi. Düzdür İmam Hüseyn (əleyhissəlam) Müaviyə ilə bağlanan müqaviləyə əməl etməyi vacib bilmirdi. Çünki bu müqavilə azad könüllü və ixtiyari şəkildə deyil məcburiyyət qarşısında və danışıqların heç bir fayda verməyəcəyi bir dövrdə bağlanmış bir müqavilə idi. Bundan əlavə, artıq Müaviyənin özü müqaviləni pozmuş və daha müqavilənin şərtlərinə riayət etmirdi. Deməli belə bir müqaviləyə (baxmayaraq ki əslində düzgün müqavilədir) İmam Hüseyn (əleyhissəlam) əhəmiyyət verməzdi. Çünki Müaviyə özü onu pozmuş və onun pozulmasında əlindən gələni əsirgəmirdi. Ancaq nə qədər müqavilə var idi Müaviyə onunla İmam Hüseyn əleyhissəlamın qiyamına qarşı bəhanə gətirə bilərdi. Digər tərəfdən də baxmalıyıq ki görək camaatın İmam Hüseyn əleyhissəlamın qiyamı barədə fikri necədir?
Mə’lumdur ki İmam Hüseyn əleyhissəlamın dövründəki camaatda qiyam həvəsi yox idi. Onlar qılınclarını açıb kənara qoymuşdular. Salamatçılıq ardınca olan bu camaatın beynində təbii ki İmam Hüseyn (əleyhissəlam) Müaviyə ilə sülh bağlayıb (sülhə razı olub) indi də ona əməl etməlidir fikirləri dolanırdı. Deməli belə bir vaxtda əgər İmam Hüseyn (əleyhissəlam) qiyam etsəydi Müaviyə onun qiyamını qeyri-qanuni və sülh müqaviləsinin əksinə olan bir üsyan kimi qələmə verəcəkdi. Əvvəldə də qeyd etdik ki o dövrün camaatında qiyam həvəsi olmadığına görə onlar da Müaviyənin sözlərini təsdiqləyəcəkdilər.
2. Müaviyənin dini jesti
İmam Hüseyn əleyhissəlamın Yezidin dövründə etdiyi inqilab o qədər qüvvətli idi ki camaatın qəlbində əbədi qalmışdır. Müşahidə etdiyimiz kimi üstündən neçə əsrlər keçməsinə baxmayaraq, camaat indi də Kərbəla şəhidlərini özləri üçün örnək nümunə qərar verərək fədakarlıq qəhrəmanlıq meydanlarında onlardan ilham alırlar. Əgər İmam Hüseyn (əleyhissəlam) Müaviyənin dövründə qiyam etsəydi çox ehtimal ki onun qiyamı belə nəticə verməyəcəkdi. Bu məsələnin sirrini Müaviyənin nüfuzu hoqqabazlığı hiyləsi və dini jestində və onun müşkülatı həll etməkdə seçdiyi xüsusi yolda axtarmaq lazımdır. Düzdür Müaviyə hökumətində İslamı tamamilə təhrif etmiş Bəni–Üməyyəni İslamın sadə hökumətinin əvəzinə hökumətə gətirmiş və İslami cəmiyyəti qeyri-İslami cəmiyyətə çevirmişdi. Ancaq o bunu da yaxşı bilirdi ki camaata İslam adı altında rəhbərlik etdiyi üçün dinə zidd olan işlər görməməlidir. Əksinə o həmişə çalışırdı ki öz işlərinə dini ad qoysun. Bununla da gördüyü işləri tutduğu mövqeylə uyğunlaşdırırdı. Şər’i görülməsi mümkün olmayan işləri isə gizlində görürdü. Bə’zi tarixi sənədlər göstərir ki Müaviyə dinsiz və heç nəyə inanmayan bir insan olmuşdur. Belə ki özü elə də əməlli və düzgün adam olmayan Müğeyrə ibn Şü’bə Müaviyənin xüsusi məclislərində onun özündən eşitdiyi sözlər barədə fikirləşərək narahat olub deyirdi: «Müaviyə camaat arasında ən pis adamdır.» Ancaq bununla belə, Müaviyənin dinin bə’zi zahiri işlərinə riayət etməsi onun əsl mahiyyətini anlamaqda camaat üçün çox çətin olmuşdu. Müaviyə öz hökumətini dini hökumət kimi göstərmək üçün vəziyyət və şəraitdən lazımi qədər istifadə edirdi. O bir tərəfdən Osmanın qisasını bəhanə edir digər tərəfdən də, Əbu Musa Əş’əri ilə Əmr ibn As arasında gedən danışıqlardan İmam Həsən əleyhissəlamla sülh bağladıqdan və camaatın onunla bey’ət etməsindən sonra özünü camaatın gözündə xəlifəliyə layiq qələmə verirdi. Buna əsasən, əgər İmam Hüseyn (əleyhissəlam) onun dövründə qiyam etsəydi Müaviyə asanlıqla İmam əleyhissəlamın qiyamını haqqın batilə qarşı qiyamı kimi yox hökumət və vəzifə üstündə siyasi mübarizə kimi qələmə verəcəkdi.
İmam Hüseyn əleyhissəlamın Müaviyənin hökumətinə qarşı mübarizələri
Qeyd etdiyimiz maneələrin heç biri İmam əleyhissəlamın Müaviyənin saysız-hesabsız bid’ətlərinə və zülmlərinə qarşı sükut etməsinə mane olmurdu. İmam Hüseyn (əleyhissəlam) heç kəsin e’tiraz etməyə cür’əti olmadığı bir dövrdə ayağa qalxıb bacardığı qədər Müaviyənin zülmlərinə qarşı mübarizə aparırdı. İndi İmam Hüseyn əleyhissəlamın Müaviyə ilə apardığı mübarizələrdən üçünü araşdırmağa başlayırıq.
1) E’tirazlı məktublar və çıxışlar
İmam Hüseyn əleyhissəlamın Müaviyə ilə həmzaman olduğu on il İmamət dövründə onunla Müaviyə arasında bir çox məktublaşmalar olmuşdur. Bu da İmam Hüseyn əleyhissəlamın Müaviyənin müqabilində tutduğu inqilabi və möhkəm mövqeyinin nişanəsidir. İmam (əleyhissəlam) Müaviyənin İslam dininə zidd olan hər hansı bir hərəkətindən sonra onu möhkəm danlayır tənqid edir və həmən işə öz e’tirazını bildirirdi. Bu işlərin ən əsasından biri Yezidin vəliəhdliyi idi.
Yezidin vəliəhdliyinə qarşı mübarizə
Müaviyə Yezidi vəliəhd tə’yin etmək məqsədi ilə irəli sürdüyü siyasəti davam etdirərək Mədinə şəhərinin camaatından xüsusən də, başda İmam Hüseyn (əleyhissəlam) olmaqla şəhərin adlı-sanlı şəxsiyyətlərindən Yezid üçün bey’ət almaq məqsədi ilə Mədinə şəhərinə gəldi. Müaviyə Mədinəyə gəldikdən sonra İmam Hüseyn (əleyhissəlam) və Abdullah ibn Abbasla görüşüb söhbət əsnasında Yezidin vəliəhdliyi məsələsini ortaya atdı. O çalışırdı ki onları bu işə razı salsın. İmam Hüseyn (əleyhissəlam) Müaviyənin bu sözü qarşısında bir müqəddimə (ön söz) qeyd etdikdən sonra sözə belə başladı:
«Sən özünü üstün tutmaqla ifrata düçar olmusan. Camaatın ümumi malını qəsb etməklə zülm etmisən! Sən camaatın malını onların özlərinə qaytarmaqdan çəkindin və bu işdə xəsislik etdin. Açıq-aşkar o qədər qarətlər etdin ki öz həddini aşdın. Haqq sahiblərinin haqqını özlərinə qaytarmadığın üçün Şeytan (səni yoldan çıxarmaqda) öz arzusuna çatdı. Yezid üçün saydığın fəzilətləri və İslam ümmətini idarə etmək üçün qeyd etdiyin ləyaqətləri başa düşdüm. Sən camaata elə adamı tanıtdırmaq istəyirsən ki elə bil camaat onun həyat sabiqəsini tanımır. Sanki, burada olmayan bir nəfərdən xəbər verirsən ki camaat onu görməyib. Elə bil ki onu ancaq sən tanıyırsan. Xeyr Yezid öz batinini açıb aşkar etmişdir. Yezidi olduğu kimi tanıtdır. Yezid itbaz quşbaz və keyf adamıdır. O ömrünü çalmaq oxumaq və əyyaşlıqla keçirir. Yezidi bu cür tanıtdır. Bu boş təbliğlərini kənara qoy! Bu ümmətin müqabilində boynuna yığdığın öz günahların bəsdir. Elə bir iş görmə ki Allah qarşısında günahların bundan da ağır olsun. Sən o qədər öz batil və zülm yoluna davam edib ağılsızlıq düşüncəsizlik üzündən zülmlər etdin ki artıq camaatın səbr kasasını doldurmusan. İndi səninlə ölüm arasında bir göz qırpımından artıq vaxt qalmayıb. Bunu bil ki sənin bütün əməllərin Allah yanında qorunub saxlanır və sən onlardan ötrü cavab verməli olacaqsan.»
Müaviyənin İmam Hüseyn əleyhissəlamın qiyamından nigarançılığı
Elə həmən günlərdə Müaviyə tərəfindən bir il Mədinəyə vali seçilmiş Mərvan ibn Həkəm Müaviyəyə yazır: «Əmr ibn Osman xəbər verib ki İraq və Hicazın nüfuzlu şəxsiyyətləri İmam Hüseyn əleyhissəlamın yanına get-gəl edirlər.» Daha sonra bildirmişdi: «Mən inanmıram ki o qiyam etməsin.» Mərvan məktubda əlavə edib demişdi: «Bu haqda axtarış aparmışam. Əldə olan mə’lumata görə hələ onun qiyam etmək fikri yoxdur. Ancaq inanmıram ki gələcəkdə də bu cür olsun. İndi bu barədə öz fikrini bildir.»
Müaviyə bu xəbəri eşitdikdən sonra Mərvanın məktubuna cavabından əlavə aşağıdakı məzmunda Hüseyn ibn Əli əleyhissəlama da bir məktub yazdı:
«Sənin gördüyün bə’zi işlər barədə mənə xəbər çatmışdır. Əgər bunlar doğrudursa mən səni bu işlərə layiq görmürəm. (Bu işlər sənə yaraşmaz.) And olsun Allaha kim bir nəfərlə əhd bağlasa gərək əhdinə vəfa etsin. Əgər mənə gəlib çatan xəbərlər yalan olarsa sən bu işə (əhdə vəfalı olmağa) ən layiq adamsan. Özündən muğayat ol və əhdinə vəfa et. Əgər mənimlə müxalifətçilik etsən müxalifətçiliklə əgər pislik etsən pisliklə üzləşərsən. Ümmətin arasında ixtilaf salmaqdan çəkin.»
İmam Hüseyn əleyhissəlamın Müaviyəyə yazdığı tarixi cavab
İmam Hüseyn (əleyhissəlam) Müaviyənin məktubunun cavabında belə yazdı:
«Sənin məktubunu aldım. Yazmısan ki mənim barəmdə sənə bə’zi xəbərlər çatır və sən məni o işlərə layiq görmürsən. Bunu deyim ki insanı yaxşı işlərə tərəf cəlb edən və yaxşı işlər görməyə kömək edən yalnız Allahdır. Mənim barəmdə sənin qulağına çatmış xəbərlərin hamısı boş və əsassız sözlərdir. Bu sözləri sənin yalan danışan yaltaqların özlərindən deyirlər. Bu dinsiz yalançılar yalan demişlər. Mən sənə qarşı nə döyüş tədarükü görmüşəm nə də sənə qarşı qiyam etmək məqsədim var. Sənin özünün və dinsiz, zalım və Şeytanın qardaşları olan dostlarının əleyhinə qiyam etməməyimin səbəbi də Allahdan olan qorxumdur.
Hicr ibn Ədiyy və dostlarının qatili sən deyilsən? Onların hamısı namaz qılan Allaha itaət edən insanlar idi. Onlar bid’ətlərə qarşı mübarizə aparan şəxslər idi. Onların işi yalnız əmr be-mə’ruf və nəhy əz-münkər idi. Sən onlara aman verdikdən keçmiş işlərinə görə onlara heç bir əziyyət verməyəcəyinə and içdikdən sonra andını pozaraq onları vəhşicəsinə qətlə yetirdin. Bu işinlə Allaha hörmətsizlik edib öz əhdini pozdun.
Təqvalı müsəlman ibadətin çoxluğundan bədəni zəifləmiş Əmr ibn Həmiqi sən öldürmədinmi? Sən onlara əziyyət verməyəcəyin barədə söz verib əhd bağladıqdan sonra onları öldürdün. Əgər o əhd-peymanı çöl ceyranlarına da versəydin, dağlardan aşağı enərdilər.
(Süməyyənin oğlu) Ziyadı özünə qardaş edən və onu Əbu Süfyanın oğlu qələmə verən sən deyilsənmi? Halbuki Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurmuşdur: «Uşaq ataya bağlıdır zinakar isə daşqalaq edilməlidir.» (Ziyad da zinadan olmuş bir insan idi.) Kaş iş bununla sona yetəydi. Ancaq belə olmadı. Hələ bu azmış kimi Süməyyənin oğlunu özünə qardaş e’lan etdikdən sonra müsəlmanların başı üstünə gətirdin. O da sənin gücünə arxalanaraq müsəlmanları öldürdü. Əl-ayaqlarını kəsdi onları xurma ağaclarından asdı.
Ey Müaviyə! Sən müsəlmanların vəziyyətini elə çətinləşdirdin ki elə bil heç sən bu ümmətin adamı və bu ümmət də sənin camaatın deyil.
Həzrəmini öldürən sən deyilsənmi? Onun günahı bu idi ki Ziyad sənə xəbər vermişdi ki o Əli əleyhissəlamın şiələrindəndir. Əli əleyhissəlamın dini elə əmisi oğlu Məhəmmədin (səlləllahu əleyhi və alih) dinidir. İndi sən həmən din adı ilə camaata başçılıq edirsən. Əgər bu din olmasaydı sən və əcdadın indi də cahiliyyət içində yaşayardınız. Sizin ən şərəfli işiniz ildə iki dəfə – yayda və qışda Yəmən və Şama getmək idi. Ancaq Allah biz Əhli-beytin sayəsində sizi bu acınacaqlı yaşayışdan qurtardı.
Ey Müaviyə! Sənin sözlərindən biri də bu idi ki deyirsən mən camaat arasında ixtilaf və fitnə yaratmayım. Mən bu ümmət üçün sənin hökumətindən böyük fitnə tanımıram.
Sözlərindən bir başqası bu idi ki deyirsən rəftarımdan muğayat olum və öz dinimi və Məhəmməd (səlləllahu əleyhi və alih) ümmətinin dinini qoruyum. (Mən öz vəzifəmi düşünüb özümün və Məhəmməd (səlləllahu əleyhi və alih) ümmətinin dininə fikir verəndə) səninlə vuruşmaqdan böyük vəzifə görmürəm. Bu vuruş Allah yolunda cihad olacaq. Əgər (bə’zi səbəblər üzündən) sənə qarşı qiyam etməkdən çəkinirəmsə bunun üçün Allahdan üzr istəyirəm. (Çünki ola bilər mənim bu səbəblərim Allah dərgahında üzürlü sayılmaya.) Allahdan istəyirəm ki məni Özü razı olan işə yönəltsin.
Ey Müaviyə! Sənin sözlərindən biri də bu idi ki əgər sənə pislik etsəm sən də mənə pislik edəcəksən səninlə düşmənçilik etsəm sən də mənimlə düşmənçilik edəcəksən. Qoy bunu deyim ki bu dünyada yaxşı insanlar daima pis insanların düşmənçiliyi ilə üzləşiblər. Mən ümid edirəm ki sənin düşmənçiliyin mənə bir ziyan vurmayacaq pis fikirlərinin ziyanı hamı özünə deyəcək və öz əməllərini məhv edəcək. Elə isə nə qədər bacarırsansa düşmənçilik et.
Ey Müaviyə! Allahdan qorx bil ki bütün günahların istər böyük istərsə də kiçik Allah yanında qorunub saxlanır. Bunu da bil ki Allah sənin törətdiyin cinayətləri sırf güman nəticəsində camaatı qətlə yetirməyini ittiham edərək onları tutub həbs etməyini şərabxor və itbaz bir uşağı hökumət başına gətirməyini heç vaxt unutmayacaq. Sən bu işinlə özünü fəlakətə saldın (öz başına iş açdın) öz dinini əlindən verdin və millətin hüququnu tapdaladın.»
2) İmam Hüseyn əleyhissəlamın böyük həcc mərasimində ifşaedici və sərt çıxışı
Müaviyənin ölümündən bir (ya da iki) il qabaq onun hökumətinin şiələrə qarşı əzab-əziyyət və işkəncələrinin kulminasiya nöqtəsinə çatdığı bir dövrdə İmam Hüseyn (əleyhissəlam) həcc ziyarətinə getdi. Abdullah ibn Abbas və Abdullah ibn Cə’fər də o Həzrətlə idilər. O vaxt camaat arasında təqva xeyir və paklıqla tanınan Peyğəmbərin (səlləllahu əleyhi və alih) səhabələri tabein və bütün Bəni Haşim nümayəndələri İmam Hüseyn əleyhissəlamın Minadakı çadırına yığışmaq istədilər. İki yüz nəfər Peyğəmbər səhabəsi və yeddi yüz nəfər tabein İmam Hüseyn əleyhissəlamın çadırının yanına toplaşdı. İmam Hüseyn (əleyhissəlam) ayağa qalxıb aşağıdakı məzmunda bir çıxış etdi:
«Gördünüzmü bu zalım və qəddar kişi biz və şiələrimizlə necə rəftar etdi? Mən indi bə’zi məsələlərə toxunmaq istəyirəm. Əgər (dediklərim) düz olarsa təsdiq edin yox əgər yalan olarsa,, təkzib edin. Mənim sözlərimi eşidin və danışığımı yazın. Elə ki, öz şəhərlərinizə qayıtdınız, mənim sözlərimi e’tibarlı və inanılmış şəxslərə çatdırın və onları bizə tabe olmağa də’vət edin. Mən bundan qorxuram ki bu məsələ (camaatın biz Əhli-beyt tərəfindən idarə olunması) tamamilə unudula və haqq məğlub olub aradan gedə.»
Sonra İmam (əleyhissəlam) atasının və Əhli-beytin parlaq sabiqəsini onların fəzilətlərini sadaladı və Müaviyənin hökumətinin bid’ətlərini cinayətlərini və İslama zidd olan hərəkətlərini açıqladı. Beləliklə də, Müaviyənin pozğun hökumətinə qarşı böyük bir təbliğ edərək qiyam üçün zəminə yaratdı.
Dördüncü əsrin (hicri tarixi ilə) görkəmli alimi Həsən ibn Əli ibn Şü’bə «Tühəfül-üqul» kitabında İmam Hüseyn əleyhissəlamdan tarixi və harada söylənildiyi mə’lum olmayan bir xütbə qeyd etmişdir. Ancaq bə’zi nişanələrdən və xütbənin məzmunundan mə’lum olur ki bu xütbə elə İmam Hüseyn əleyhissəlamın Minada (həcc mərasimində) buyurduğu xütbədir. İndi həmən xütbəni mövzumuza münasib bilib bə’zi hissələrinin tərcüməsini oxucuların nəzərinə çatdırırıq:
«. Ey qüdrətli kişilər! Siz camaat arasında elmlə xeyirxahlıqla tanınmış adamlarsınız. Siz Allahın dini sayəsində camaatın qəlbində yer tapmısınız. Şərəfli insanlar sizlərdən ad aparır zəiflər sizə hörmət edirlər. Sizinlə bərabər olan insanlar onlara heç bir minnətiniz olmadığı halda, sizi özlərindən üstün hesab edirlər.
Mən (sizin keçmişinizdən və imanınızdan xəbərdar olub) sizin Allahın boynuna minnət qoyduğunuz üçün Allah tərəfindən sizə əzab gəlməsindən qorxuram. Çünki siz başqalarının çatmadığı böyük məqamlara çatmısınız. Buna görə də, başqalarından üstünsünüz. Yaxşı və pak insanlara hörmət etmirsiniz. Halbuki, siz özünüz Allaha xatir camaat arasında hörmət sahibi olmusunuz.
Allahın qayda-qanunlarının əhdinin pozulmasını siz öz gözlərinizlə görürsünüz. Ancaq bundan heç qorxmursunuz. Öz atalarınızın əhd-peymanının pozulmasından təşvişə düşürsünüz ancaq peyğəmbərin əhdinin pozulmasından ona qarşı hörmətsizlik olmasından heç narahat olmursunuz. Kor lal çolaq insanlar İslam ölkəsində başsız qalmış və onlara heç bir rəhm olunmur. Siz öz məqam və mövqeyinizin müqabilində heç bir iş görmür bu yolda öz vəzifəsini yerinə yetirən adama da kömək etmirsiniz. Zalımlarla saziş bağlayıb özünüzü rahat edirsiniz. Allah, pis işlərdən çəkinməyi və camaatı pisliklərdən qorumağı əmr etmişdir ancaq siz bundan qafilsiniz. Siz – ümmət alimlərinin müsibəti hamıdan çoxdur. Çünki din alimlərinin məqamı qəsb olunmuşdur. Kaş ki bunu başa düşəydiniz.
Hökuməti Allahın ehkamından xəbərdar olan halal-haramı tanıyan adam ələ almalıdır. Bu məqama siz layiq olduğunuz halda, onu sizin əlinizdən alıblar. Bu məqamı o vaxt sizin əlinizdən aldılar ki siz haqqın ətrafından uzaqlaşdınız. Açıq-aşkar sübutlar ola-ola Peyğəmbər sünnəsində ixtilaf yaratdınız. Əgər Allah yolunda müşkülata qatlaşıb əzab-əziyyətə dözsəydiniz indi hökumət sizin əlinizdə olar və bütün işlərə siz nəzarət edərdiniz. Ancaq siz zalımları öz işlərinizə rəhbər tutdunuz və Allahın əmanətini (hökuməti) onlara verdiniz. Onlar da halalı harama qatıb öz həvayi-həvəslərinə məşğul oldular. Onları hökumətə gətirən ancaq sizin ölümdən qaçıb bir-iki günlük həyata bel bağlamağınız oldu. Siz vəzifənizdə bu cür tənbəllik etməklə məzlumları onlara əlaltı etdiniz. Onlar da bunun nəticəsində bir dəstəni özlərinə nökər xidmətçi bir dəstəni isə daima acınacaqlı həyat sürməyə məcbur etdilər. Onlar zalımlara itaət edərək Allah qarşısında süstlük etmək nəticəsində hökuməti öz meylləri əsasında idarə edib həvayi-həvəsə tabe oldular. Onlar bütün şəhərlərdə (öz məqsədlərinə nail olmaq üçün) minbər başına təbliğatçılar göndərirlər. İslam ölkəsi tamamilə onların ixtiyarındadır. Əlləri hər yerdə açıqdır və camaat onların nökərinə çevrilmişdir. Bu çarəsiz camaata hər hansı istədikləri zülmü edirlər camaat isə özünü müdafiə edə bilmir. Onların bə’ziləri elə zalımdırlar ki hər bir məzluma əziyyət verir bə’ziləri elə hakimlərdir ki heç insanı dirildən və öldürən Allaha da e’tiqadı yoxdur.
Bu vəziyyət çox təəccüblüdür! Necə təəccüb etməyim halbuki ölkə zalım və dılğır bir şəxsin ixtiyarındadır və o mö’minlərə ürəyi yanmadan və rəhmsizcəsinə başçılıq edir. Aramızdakı bə’zi ixtilaflara Allah Özü hakimdir və Öz hökmü ilə qəzavət edir.
İlahi! Bizim hərəkətimiz (qiyamımız) nə hökumət başına gəlmək üçündür nə də mal-dövlətə yiyələnmək üçün. Məqsədimiz yalnız budur ki Sənin dininin nişanələrini camaata göstərək və islahatı İslam ölkəsində həyata keçirək. Qoy bunun nəticəsində məzlum bəndələr zalımlar əlindən amanda olsunlar və Sənin ehkamın və peyğəmbərin sünnəsi həyata keçsin.
İndi (ey ümmətin qabaqcılları) əgər siz mənə kömək etməsəniz, zalımlar sizə qalib gələcək və peyğəmbərimizin nurunu söndürmək üçün çalışacaqlar. »
3) Dövlət əmlakının müsadirə edilməsi
Elə həmən günlərdə bir qədər beytül-mal daşıyan bir karvan Yəməndən çıxıb Mədinəni keçərək Şama tərəf gedirdi. Bundan xəbər tutan İmam Hüseyn (əleyhissəlam) karvanın qarşısını kəsib malları müsadirə edərək onu Bəni–Haşim yoxsulları və digər yoxsullar arasında bölüşdürdü. Sonra aşağıdakı məzmunda Müaviyəyə bir məktub yazdı:
«Yəməndən gələn karvan buradan keçirdi. Onlar sənin üçün pul müxtəlif parçalar və ətriyyat gətirirdilər ki sən onları alıb Dəməşq xəzinəsinə tökəsən və sonra onları qarın və cibləri indiyədək beytül-mal yeməkdən dolan qohumların arasında bölüşdürəsən. Mənim o mallara ehtiyacım var idi, ona görə də, onları müsadirə etdim. Vəssəlam!»
Müaviyə İmamın bu hərəkətindən bərk narahat olub İmama qəzəbli bir məktub yazdı.
Şübhəsiz ki İmamın bu hərəkəti Müaviyənin hökumətinin qanunsuz və qeyri-şər’i tanıtdırması yolunda atılmış aşkar addım hesab olunur. Elə bir zamandada belə bir hərəkəti görməyə İmam Hüseyn əleyhissəlamdan başqa heç kim cür’ət etməzdi.
Aşura inqilabının mahiyyəti və səbəbləri
İmam Hüseyn əleyhissəlamın inqilabı barədə bir sıra suallar vardır ki o Həzrətin inqilabının səbəblərinin aydın olması məhz o sualların cavabından asılıdır. Suallar belədir:
1. Əgər Yezid İmam Hüseyn əleyhissəlamdan bey’ət almaq üçün onu sıxışdırmasaydı İmam Hüseyn (əleyhissəlam) yenə qiyam edəcəkdi?
2. Kufə camaatı İmam Hüseyn əleyhissəlamı Kufəyə də’vət etməsəydi, yenə bu qiyam baş verəcəkdi?
3. Bu qiyam və çevriliş bu günkü zəmanədə materialistlərin irəli sürdüyü kor-korana və hesabsız ictimai partlayışdır yoxsa hesab-kitablı və əvvəlcədən hazırlıqlı bir qiyam?
Bu sualların cavablarının aydın olması üçün əvvəlcə bunu qeyd etməliyik ki adətən təkmahiyyətli olan təbii şeylərdən fərqli olaraq ictimai hadisələr ola bilsin bir neçə mahiyyətə malik olsun. Məsələn, bir filiz eyni zamanda həm qızıl həm də mis mahiyyətini daşıya bilməz. Ancaq ictimai hadisələrin eyni zamanda həm bir neçə cəhəti ola bilər və həm də onun meydana çıxmasında bir neçə vasitə tə’sir göstərə bilər. Məsələn, bir inqilab ola bilər bir işə qarşı reaksiya olsun yə’ni onun mahiyyəti bir işə qarşı reaksiyadan ibarət olur. Lakin eyni zamanda həmin inqilabın hücum mahiyyəti də ola bilər. Üstəlik reaksiya mahiyyəti daşıdığı anda ola bilər bir hadisəyə qarşı mənfi reaksiya versin digər bir hadisəyə isə müsbət reaksiya.
İmam Hüseyn əleyhissəlamın inqilabı da bu cür hadisələrdən idi və bu cəhətlərin hamısı onda mövcud olmuşdur. Çünki həmən inqilabın müxtəlif səbəbləri olmuşdur. İndi həmən səbəbləri sizin nəzərinizə çatdırırıq.
İmam Hüseyn əleyhissəlamın inqilabının səbəbləri
Aşağıda qeyd edəcəyimiz üç səbəbin İmam Hüseyn əleyhissəlamın inqilabında böyük tə’siri olmuşdur:
1. İmam Hüseyn əleyhissəlamdan Yezid üçün bey’ət almaq və bu məqsədlə İmam Hüseyn əleyhissəlama təzyiqlər göstərmək;
2. Kufə camaatının İmam Hüseyn əleyhissəlamı İraqa (Kufəyə) də’vət etməsi;
3. Əmr be-mə’ruf və nəhy əz-münkər amili. İmam Hüseyn əleyhissəlamın Mədinədən çıxdığı andan şüarı da məhz bu olmuşdur.
İndi bu səbəblərin hər birini ayrı-ayrılıqda izah edəcəyik. Bununla da, İmam Hüseyn əleyhissəlamın inqilabının bu səbəblərini nəzərə alaraq hansı mahiyyət daşıdığını və bu səbəblərin inqilabın yaranmasında nə qədər tə’sir göstərdiyini biləcəyik.
1. Yezidə bey’ət etməyə qarşı müxalifət
Zaman nöqteyi-nəzərindən İmam Hüseyn əleyhissəlamın inqilabının ilk səbəbi, Yezidin hökuməti tərəfindən İmam Hüseyn əleyhissəlamdan bey’ət istəmək və o Həzrətin bununla müxalifəti olmuşdur. Tarixçilərin dediyi kimi hicrətin altımışıncı ili rəcəb ayının on beşində Müaviyə öldükdən sonra Yezid Mədinənin valisi Vəlid ibn Ütbə ibn Əbu Süfyana məktub yazdı ki İmam Hüseyn əleyhissəlamdan onun üçün bey’ət alsın və bu işi əsla yubatmasın. Məktub çatan kimi Mədinənin valisi İmam Hüseyn əleyhissəlamı çağırtdırıb onu məsələdən agah etdi. Hələ Müaviyənin sağlığında Yezidin vəliəhdliyi ilə müxalif olan İmam Hüseyn (əleyhissəlam) bu dəfə də bey’ətdən boyun qaçırtdı. Çünki Yezidə bey’ət etmək təkcə Yezid kimi alçaq bir şəxsin hakimiyyətini təsdiqləmək deyil, həm də əsasını Müaviyə qoymuş diktatura rejimi kimi böyük bir bid’əti təsdiqləmək demək idi.
Mədinənin hakimi tərəfindən bir neçə gün təzyiqlər davam etdi. Ancaq bu təzyiqlər Hüseyn ibn Əli əleyhissəlamın müqavimətini qıra bilmədi. Təzyiqlərin artması nəticəsində İmam Hüseyn (əleyhissəlam) rəcəb ayının iyirmi səkkizində ailəsi və Bəni–Haşimdən olan bir dəstə ilə birlikdə Mədinəni Məkkə məqsədi ilə tərk etdi və şə’ban ayının üçü Məkkəyə çatdı. Şəhərlər arasından məhz Məkkəni seçməyin səbəbi oranın əmin-amanlıq yeri olması idi. Bundan da əlavə, qarşıdan həcc mərasimi gəlirdi. Hacıların tez bir zamanda Məkkəyə yığılacağını nəzərə aldıqda, bu şəhər İmam Hüseyn əleyhissəlamın öz məqsədini müsəlmanlara çatdırması üçün ən münasib yer idi.
İmam Hüseyn əleyhissəlamın inqilabı bura qədər reaksiya mahiyyəti daşıyırdı. Özü də qeyri-şər’i bir istəyə qarşı mənfi reaksiya. Çünki Yezid hökuməti ondan zor gücünə bey’ət almaq istəyir amma İmam Hüseyn (əleyhissəlam) da buna razı olmurdu. Hər necə olur-olsun bu məsələ mə’lumdur ki İmam Hüseyn əleyhissəlamı Kufə əhalisi də’vət etməzdən qabaq o Həzrət Yezid hökumətinin təzyiqlərinə qarşı müxalifət edirdi. Əgər Kufə əhalisinin də’vəti olmasaydı da, İmam Hüseyn (əleyhissəlam) Yezidə bey’ət etməyəcəkdi.
2. Kufəlilərin də’vəti
İmam Hüseyn (əleyhissəlam) şə’ban ayının üçündə Məkkəyə çatıb orada düşərgə saldı və hökumətin əsl mahiyyətini açıb söyləməyə məşğul oldu. İmam Hüseyn əleyhissəlamın Yezidin hökumətinə qarşı müxalifəti və onun Məkkədə düşərgə salması xəbəri İraqa çatdı. Təxminən iyirmi il qabaq Həzrət Əli əleyhissəlamın ədalətli hakimiyyəti yadında qalmış o Həzrətin tə’lim-tərbiyəsi hələ tamamilə yadlarından çıxmamış Kufə əhalisi o Həzrətin böyütdüyü yetimlər və himayəsinə aldığı dul qadınlar bir yerə toplaşaraq vəziyyəti yoxladıqdan sonra qərara gəldilər ki Yezidin hakimiyyətinə qarşı çıxaraq İmam Hüseyn əleyhissəlamı Kufəyə də’vət edib ona itaət etsinlər.
Bu müzakirədən sonra Kufə şiələrinin başçıları o cümlədən Süleyman ibn Sürəd Müsəyyib ibn Nəcəbə Rüfaə ibn Şəddadi Bəcəli və Həbib ibn Məzahir İmam Hüseyn əleyhissəlama məktub yazıb onu də’vət etdilər ki İraqa gəlib onlara rəhbərlik etsin. İlk məktub hicrətin altımışıncı ili ramazan ayının onunda İmam Hüseyn əleyhissəlama çatdı.
Hər gün Kufənin müxtəlif şəxsiyyət və dəstələri tərəfindən məktublar gəlməkdə davam edirdi. Belə ki İmam Hüseyn əleyhissəlama təkcə bir gündə altı yüz məktub gəlib çatdı. Məktubların ümumi sayı təxminən on iki minə çatırdı. İmam Hüseyn (əleyhissəlam) camaatın müsbət reaksiya göstərməsini məktubların axınını və istəkləri nəzərə alaraq iraqlıların də’vətinə müsbət cavab verməyi qərara aldı. Buna görə də, əmisi oğlu Müslim ibn Əqili oranın vəziyyətini araşdırıb nəticəni ona xəbər vermək üçün İraqa göndərdi. Əgər (İraq) Kufə camaatı əməldə, yazdıqlarına vəfalı qalacaqdılarsa İmam (əleyhissəlam) özü də ora yola düşəcəkdi.
Göründüyü kimi İmam Hüseyn əleyhissəlamın kufəlilərin də’vətinə qarşı münasibəti və münasibətin mahiyyəti müsbət olmuş və iraqlılarla bir növ həmkarlıq xüsusiyyəti daşımışdır. Tarixi faktlardan mə’lum olur ki İmam Hüseyn əleyhissəlamın Məkkədə Yezidin hökumətinə bey’ət etməməkdən başqa vəzifəsi yox idi. Onu da yerinə yetirmişdi. (Yə’ni bey’ət etməkdən imtina etmişdi.) Ancaq Kufə camaatının də’vəti hadisəyə təzə bir cəhət verdi və İmam Hüseyn (əleyhissəlam) üçün yeni bir məs’uliyyət ortaya çıxdı. Elə bil İmam Hüseyn (əleyhissəlam) belə bir nəticəyə gəldi ki əgər Kufə camaatı bu cür həvəslə məni də’vət edirsə onda mən də İraqa getməliyəm. Əgər və’dələrinə vəfa etsələr çox yaxşı əgər vəfa etməsələr onda yenə də Məkkəyə qayıdaram ya da başqa bir İslami məntəqəyə gedərəm.
Buna əsasən, zaman nöqteyi-nəzərindən İmam Hüseyn əleyhissəlamın Yezidə bey’ət etməkdən imtina etməsi kufəlilərin də’vətindən qabaq olmuşdur. Kufədən gəlmiş ilk məktub İmam Hüseyn (əleyhissəlam) Məkkəyə çatdıqdan qırx gün sonra yetişmişdir. Məsələ belə deyil ki Kufə camaatı İmamı də’vət etdiyi üçün İmam Hüseyn (əleyhissəlam) Yezidə bey’ət etməkdən imtina etmişdi və Kufə olmasaydı camaat məktub göndərməsəydi İmam Yezidə bey’ət edəcəkdi. Xeyr hətta yer üzünü İmama darısqal etsəydilər də, yenə İmam Hüseyn (əleyhissəlam) Yezidə bey’ət etməyəcəkdi.
3. Əmr be-mə’ruf və nəhy əz-münkər amili
İmam Hüseyn (əleyhissəlam) ilk gündən Mədinədən əmr be-mə’ruf və nəhy əz-münkər şüarı ilə hərəkət etmişdi. Bu cəhətdən məsələ belə deyildi ki İmam Hüseyn əleyhissəlamdan bey’ət tələb olunduğuna görə o inqilab etmişdi. Xeyr İmamdan bey’ət istəməsəydilər belə, yenə İmam inqilab edəcəkdi. Həmçinin, məsələ belə deyildi ki Kufə camaatı İmamı də’vət etdiyinə görə İmam inqilab etmişdi. Bundan əvvəl qeyd edildiyi kimi İmamın bey’ətdən imtina etməsindən bir ay yarım sonra Kufə camaatının məktubları gəlməyə başlamışdı. Bu baxımdan İmam Hüseyn əleyhissəlamın məntiqi İslama zidd olan hökumətə qarşı yönəlmiş e’tiraz və hücum məntiqidir. İmam Hüseyn əleyhissəlamın məntiqi bu idi ki İslam aləmini fəsad bürüdüyü və hakimiyyətin fəsadın mənbəyinə çevrildiyi üçün o öz şər’i və Allah qarşısında olan borcunu yerinə yetirməkdən ötrü inqilab edir.
* * *
Öncə də qeyd etdiyimiz kimi bu üç səbəbin hər birinin İmam Hüseyn əleyhissəlamın inqilabında rolu olmuş onların hər biri İmam üçün yeni bir təklif və vəzifə irəli çıxartmışdı. İmam Hüseyn əleyhissəlamın bu üç amilə nisbət mövqeyi bir-birindən fərqli olmuşdur.
Birinci amil baxımından İmam Hüseyn (əleyhissəlam) müdafiə rolunu oynayırdı. Çünki ondan zorla bey’ət istəyirdilər o da bundan imtina edirdi.
İkinci amil baxımından İmam Hüseyn (əleyhissəlam) köməkçi rolunu ifa edirdi. Çünki onu (Kufə camaatı) həmkarlığa də’vət etmiş o da bu də’vətə müsbət cavab vermişdi.
Üçüncü amil baxımından isə İmam Hüseyn (əleyhissəlam) e’tiraz edərək hücuma keçmişdi. Çünki İmam Hüseyn əleyhissəlamdan heç bey’ət istəməsəydilər də o hökumətə qarşı inqilab edib onu qeyri-İslami hökumət adlandıracaqdı.
Hər üç amilin öz dəyəri
İndi gəlin görək bu üç amildən hansı biri daha çox əhəmiyyət daşıyır?
Şübhəsiz Kufə camaatının də’vətini qəbul etmək amilinin özünəməxsus əhəmiyyəti vardır. Çünki İmam Hüseyn (əleyhissəlam) Yezidin qanunsuz hakimiyyətinə e’tiraz edib İmamı rəhbər olmağa də’vət edən camaata öz hazırlığını bildirdi. Əgər şərait yaxşı olsaydı şübhəsiz İmam İslami hökumət quracaqdı. Lakin İmam Hüseyn əleyhissəlamın Yezidə bey’ət etməkdən imtina etməsi amili bundan daha çox əhəmiyyət daşıyır. Çünki İmam Hüseyn (əleyhissəlam) dəfələrlə e’lan etmişdi ki nəyin bahasına olursa olsun, bütün təzyiqlərə dözüb Yezidə bey’ət etməyəcək. Bu İmam Hüseyn əleyhissəlamın təzyiqə və zorakılığa qarşı dözüm və müqavimətini göstərir.
Bunlardan daha çox əhəmiyyəti isə üçüncü amil yə’ni əmr be-mə’ruf və nəhy əz-münkər amili daşıyır. Çünki burada İmam Hüseyn əleyhissəlamın hərəkəti nə hökumətə qarşı bir reaksiya nə müdafiə nə də köməklik və də’vətə qarşı cavab idi. İmamın hərəkəti yalnız hökumətə qarşı e’tiraz və hücum idi.
Əgər Kufə camaatının də’vəti əsas səbəb olsaydı, kufəlilərin vəfasızlıq xəbəri o Həzrətə yetişərkən öz məqsədindən dönüb mövqeyini dəyişərək İraq səmtinə hərəkətini saxlayardı. Ancaq görürük ki İmam Hüseyn əleyhissəlamın ən əsas xütbələri ən həyəcanlı və təhrikedici çıxışları məhz Həzrət Müslimin şəhadətindən sonra olmuşdur. Buradan İmam Hüseyn əleyhissəlamın əmr be-mə’ruf və nəhy əz-münkər amilinə nə qədər üstünlük verməsi və Yezidin azğın hökumətinə nə qədər kəskin e’tiraz edib hücuma keçməsi mə’lum olur.
Bura qədər verdiyimiz şərhlərdən sonra bu bölmənin əvvəlindəki birinci və ikinci sualın cavabı aydın oldu. Mə’lum oldu ki əgər Yezid İmam Hüseyn əleyhissəlamdan bey’ət almaq üçün onu təzyiqlərə mə’ruz qoymasaydı da, İmam Hüseyn (əleyhissəlam) yenə Yezidin hakimiyyətinə qarşı müxalifətçilik edəcəkdi. Həmçinin, əgər kufəlilər İmam Hüseyn əleyhissəlamı də’vət etməsəydilər belə, yenə bu inqilab həyata keçəcəkdi.
İndi isə üçüncü sualın cavabının aydın olması üçün bu inqilabda İmam Hüseyn əleyhissəlamın əmr be-mə’ruf və nəhy əz-münkər amilinə nə dərəcədə diqqət yetirməsini göstərən bir neçə canlı sənədi nəzərinizə çatdırırıq.
1) İmam Hüseyn əleyhissəlamın əqidəvi-siyasi vəsiyyətnaməsi
İmam Hüseyn (əleyhissəlam) Mədinədən hərəkət etməzdən əvvəl qardaşı Məhəmməd Hənəfiyyəyə bir vəsiyyətnamə yazdı. Vəsiyyətnamədə İmam öz inqilabının səbəbini İslam ümmətinin islah edilməsi əmr be-mə’ruf və nəhy əz-münkər və cəddi Peyğəmbər (səlləllahu əleyhi və alih), atası Əli əleyhissəlamın sünnəsinin dirçəldilməsi olduğunu bildirmişdir. İmam Hüseyn (əleyhissəlam) bu vəsiyyətnamədə özünün tövhid nübüvvət və məada olan əqidəsini bildirdikdən sonra belə yazmışdır:
«. Mən Mədinədən nə özümü qorumağa nə azğınlığa nə həvayi-nəfsə tabe olmağa, nə də fəsad və zülm törətməyə görə çıxmıram. Mənim bu hərəkətdən məqsədim cəddimin ümmətinin fəsadını islah əmr be-mə’ruf və nəhy əz-münkəri icra etməkdir. Mən cəddimin və atamın sünnəsi ilə hərəkət etmək istəyirəm. Kim haqqın hörmətini qorumaq xatirinə bu yolda mənə qoşularsa, mən öz yolumla hərəkət edəcəyəm. Qoy Allah mənimlə bu qövm arasında hakim olsun. Həqiqətən O hakimlərin ən yaxşısıdır.»
Göründüyü kimi İmam Hüseyn (əleyhissəlam) bu vəsiyyətnamədə aşağıdakı dörd şeyi öz inqilabının səbəbi kimi qeyd etmişdir:
1) Ümməti islah etmək;
2) Əmr be-mə’ruf;
3) Nəhy əz-münkər;
4) Babası Peyğəmbərin (səlləllahu əleyhi və alih), atası Əli əleyhissəlamın sünnəsinə itaət etmək və onların sünnəsini cəmiyyətdə dirçəltmək.
2) Bağışlanılmaz sükut
İmam Hüseyn (əleyhissəlam) İraqa gedərkən yolda Beyzə adlı bir məntəqədə Hürrün qoşunu ilə üz-üzə gəldi. İmam Hüseyn (əleyhissəlam) üzünü Hürrün qoşununa tərəf tutub bir xütbə söylədi və xütbədə öz inqilabının səbəbini belə açıqladı:
«Camaat! Allahın peyğəmbəri buyurmuşdur: “Kim Allahın haramını halal edən Allahın əhdini sındıran Peyğəmbərin (səlləllahu əleyhi və alih) qanun və sünnəsinə müxalif olub Allahın bəndələri arasında günah fəsad və düşmənçilik edən bir hökmdarla üzləşsə və bu cür bir hökmdara qarşı əməli hərəkəti və ya sözü ilə e’tiraz etməsə Allah (sükut edən) həmən şəxsi o hökmdarın düçar olacağı əzaba (Cəhənnəm əzabına) düçar edər.
Camaat! Agah olun bunlar (Bəni–Üməyyə) Allahın itaətindən çıxmış və Şeytana itaət etməyi özlərinə vacib bilmişlər. Bunlar fəsadı yaymış Allahın qanunlarının icra olunmasının qarşısını almışlar. Peyğəmbər ailəsinə məxsus olan payı özlərinə götürmüşlər. Mən müsəlman cəmiyyətini hidayət edib onlara rəhbərlik etməkdə, cəddimin dinini min cür fəsadlarla dəyişmiş bir hökumətə qarşı inqilab etməkdə hamıdan layiqliyəm. »
3) Sünnənin məhv olması bid’ətlərin yayılması
İmam Hüseyn (əleyhissəlam) Məkkəyə gəldikdən sonra Bəsrə şəhərindəki qəbilələrin başçılarına məktub yazdı. O məktubda keçmiş xəlifələrin dövründə İslamın həqiqi rəhbərlərinin siyasət səhnəsindən uzaqlaşdırıldığını, onların ixtilaf və təfriqənin qarşısını almaq və İslamın ali məsləhətləri naminə bu vəziyyətə dözmələrini vurğuladıqdan sonra belə yazır:
«. Mən öz qasidimi bu məktubla sizə tərəf göndərirəm. Sizi Allahın kitabı və peyğəmbərin sünnəsinə də’vət edirəm. İndi elə bir vəziyyətdəyik ki peyğəmbərin sünnəsi tamamilə itib batmış aradan getmiş və onun yerini bid’ətlər tutmuşdur. Əgər mənim sözümə qulaq assanız sizi düz yola hidayət edərəm. Allahın salamı rəhməti və bərəkəti sizə olsun!»
4) Artıq haqqa əməl olunmur
Hüseyn ibn Əli (əleyhissəlam) İraq yolunda Zi-Husum adlı bir yerdə ayağa qalxıb öz səhabələrinə aşağıdakı xütbəni buyurdu:
«Vəziyyəti artıq özünüz görürsünüz. Zəmanə doğrudan da, dəyişmişdir. Pisliklər meydana çıxmış yaxşılıqlar və fəzilətlər isə aradan getmişdir. Fəzilətlərdən isə ancaq su qabının dibində bir-iki damcı su qaldığı kimi qalmışdır. Camaat zillət və alçaqlıq içində ömür sürür. Həyat səhnəsi daş-kəsəkli az otlu bir otlağa çətin və əziyyətli bir yerə çevrilmişdir. Görmürsünüz ki daha haqqa əməl olunmur və batilin qarşısı alınmır? Belə bir vaxtda imanlı bir şəxsin (canından keçib) Allaha qovuşmağa haqqı var. Belə bir çirkin və alçaq həyatda mən ölməyi səadət zalımlarla bir yerdə yaşamağı isə zillət və alçaqlıq hesab edirəm. Bu camaat dünyanın qullarıdır. Din onların dilində lağlağaya çevrilib. Nə qədər ki, asayiş və rifahdadırlar dinə kömək edirlər elə ki imtahana çəkilirlər, sayları azalır.»
Düşünülmüş və hazırlıqlı qiyam
Bu günkü zamanda materialistlərin qiyam üçün verdiyi təfsirə görə qiyam cəmiyyətdə buxar qazanının havasının çıxmağa yeri olmadığı zaman partlaması kimidir. Bu vəziyyətdə insan istəsə də, istəməsə də, buxarın çoxalıb sıxlaşması nəticəsində partlayış olacaq. Cəmiyyətdəki təbəqələr arasında çətinliklər və ziddiyyətlər artdıqda, camaat daha zülmə dözə bilmir təbii ki belə bir vəziyyətdə də qiyam baş verməlidir. Başqa sözlə desək qiyam – kiçik miqyasda qəzəblənmiş və kinli bir şəxsin səbr kasası dolduqda ürəyində olanları bayıra çıxarmasıdır. Hətta ola bilər sonradan buna peşiman da olsun.
İmam Hüseyn əleyhissəlamın tarixi məktub və çıxışlarından (qeyd etdiyimiz çıxışlardan) gözəl mə’lum olur ki bu böyük şəxsiyyətin qiyamı bu cür ictimai partlayış olmamışdır. Onun qiyamı agahlıq əsasında məs’uliyyət hiss etmək nəticəsində və bütün təhlükələri nəzərə almaqla baş vermişdir. İmam Hüseyn (əleyhissəlam) təkcə özü agah halda şəhadətə tərəf getmədi hətta səhabələrə də şəhadəti könüllü olaraq seçməyi aşıladı. Bu səbəbdən İmam Hüseyn (əleyhissəlam) Aşura gecəsi səhabələrini bir yerə yığıb onlara bildirdi ki onların hamısı azaddır kim istəsə, çıxıb gedə bilər. Sabah onunla qalanların hamısı şəhid olacaqdır. Səhabələr də bunların hamısını nəzərə alaraq qaldılar və şəhadətə qovuşdular.
Bundan əlavə, materialistlərin fikrincə qiyamda rəhbərin və qiyamçıların bir o qədər də rolu olmur. Sadəcə olaraq onlar uşaq doğulanda, uşaq tutan dayə rolunu oynayırlar. Onların qiyam qəhrəmanları bu cür inqilab həyata keçirmək iqtidarında olmadıqlarından inqilabları da heç bir əxlaqi dəyərlərə malik olmur. Lakin İmam Hüseyn əleyhissəlamın Kərbəla qiyamındakı rolu heç kəsə namə’lum qalmamışdır.
Əməvilərin iqtidar daxilində nüfuzu
İmam Hüseyn əleyhissəlamın inqilabında əmr be-mə’ruf və nəhy əz-münkərin rolu barədə dediklərimizdən mə’lum oldu ki o Həzrətin qiyam etməsinin əsas səbəbi İslami hökumətin öz əsl xəttindən uzaqlaşması və bunun ardınca bid’ətlərin yayılması Peyğəmbər sünnəsinin itib batması fəsad pozğunluq və İslama zidd olan hərəkətlərin artması olmuşdur.
İndi bu barədə bir az ətraflı danışaq.
Bir daha xatırladırıq ki o vaxt İslam hakimiyyəti və müsəlmanların bütün işləri İslamla zidd olan cahil Bəni–Üməyyə dəstəsinin əlində idi. Bu dəstə İslam peyğəmbərinə qarşı illərlə mübarizə etdikdən sonra nəhayət Məkkənin fəthində zahirdə müsəlman oldular. Ancaq öz küfr və münafiqliyini gizlədib peyğəmbərin vəfatından sonra islamnüma şəkildə öz gizli fəaliyyətlərinə başlayaraq yavaş-yavaş hökumətdə nüfuz tapıb xilafətin əsas işlərini öz əllərinə keçirdilər. Axırda da Həzrət Əli əleyhissəlamın şəhadətindən sonra Müaviyənin başçılığı ilə hökumət başına gəldilər.
Düzdür bu dəstənin əsas başda olanları və idarəedici qüvvələri öz çirkin məqsədlərini (daxildən İslama zərbə vurmaq planını və insanların «cahiliyyət» dövrünün adət-ən’ənələrinə qaytarmaq fikirlərini) üzə çıxarmadılar ancaq onların gördükləri işləri mütaliə etmək bu mə’nanı açıq-aşkar bəyan edir. Eləcə də, onlar öz aralarında təşkil vermiş və söz-söhbətlərinin kənara çıxmamasını güman etdikləri məclislərdə öz məqsədlərini açıb söyləyirdilər. Misal üçün qeyd etmək olar ki bu dəstənin başında duran Əbu Süfyan Osmanın (Bəni–Üməyyənin birinci xəlifəsi) xilafət başına gəldiyi birinci gün Bəni–Üməyyə Osmanın evinə yığışıb qapını bağladıqları vaxtda dedi: «Sizdən başqa burada kimsə var? » (Artıq o vaxt Əbu Süfyanın gözləri tutulmuşdu.) Dedilər: «Xeyr.» Əbu Süfyan dedi: «İndi ki hökumət sizin əlinizə düşüb onu bir top kimi bir-birinizə ötürün. Çalışın ki hökumət Bəni–Üməyyədən qırağa çıxmasın. Mən and içirəm əqidə bəslədiyim şeyə nə əzab var nə hesab-kitab nə Cənnət var nə Cəhənnəm nə də Qiyamət.»
Həmən bu Əbu Süfyan Osmanın xəlifəlik dövründə bir gün Ühüd qəbiristanlığının ətrafından keçirdi.O, təpiklə Həmzənin qəbrinə vurub dedi: «Dünən sizinlə üstündə qılıncla vuruşduğumuz şey bu gün bizim uşaqlarımızın əlindədir və onlar onunla oynayırlar.»1
Müaviyənin İslama zidd olan hərəkətləri
Müaviyə ibn Əbu Süfyan öz xəlifəlik dövründə bir gecə (öz valilərindən biri olan) Müğeyrə ibn Şü’bə ilə oturub söhbət edərkən özünün İslamı aradan aparmaq arzusunu açıqlamışdır. Bu xəbər Müğeyrənin oğlu Mütərrif tərəfindən faş edildi. Mütərrif deyir: «Atam Müğeyrə ilə birlikdə Dəməşqdə Müaviyənin qonağı idik. Atam tez-tez Müaviyənin sarayına gedər və onunla söhbət edərdi. Qaldığımız yerə qayıtdıqda, onun ağıl-kamalından danışar onu tə’rifləyərdi. Ancaq bir gecə Müaviyənin sarayından qayıdanda gördüm ki atam bərk narahatdır. Başa düşdüm ki onun narahatlığına səbəb olan bir hadisə baş vermişdir. Narahatlığının səbəbini soruşduqda, mənə dedi: «Oğlum mən indi dünyanın ən çirkin adamının yanından gəlirəm.» Dedim: «Məgər nə olub?» Cavab verdi: «Müaviyə ilə tək oturmuşduq ona dedim: “İndi ki öz arzuna çatıb hökuməti ələ keçirmisən heç olmasa ömrünün axırlarında camaatla ədalət və yaxşılıqla davran, Bəni–Haşimlə bu qədər bədrəftar olma. Axı onlar necə olsa, yenə sənin qohumlarındırlar bundan da əlavə, onlar indi elə bir vəziyyətdədirlər ki daha onlardan sənə bir xətər yetişməz.» Müaviyə cavab verdi: «Əsla əsla! Əbu Bəkr xəlifə oldu ədalətlə davrandı ölümündən sonra təkcə adı qaldı. Ömər də on il xəlifə oldu zəhmətlər çəkdi ancaq ölümündən sonra təkcə qalan adı oldu. Sonra şərafətdə heç kəs ona çata bilməyən bizim Osman qardaşımız xəlifə oldu. O ölən kimi adı da özü ilə dəfn olundu. Ancaq İslam aləmində hər gün bu Haşimi kişinin (peyğəmbərin) adını beş dəfə çəkərək «əşhədu ənnə Muhəmmədən rəsulullah» deyirlər. İndi (o üç nəfərin adının itib batdığı lakin Məhəmmədin (səlləllahu əleyhi və alih) adının yaşadığı) bu vəziyyətdə onun adını itirib batırmaqdan başqa hansı yol var?»
Müaviyənin küfr simasının üzərindən pərdə götürən bu söz rəvayətçilər tərəfindən (Abbasi xəlifəsi) Mə’munun qulağına çatdıqda, o İslam ölkəsinin hər tərəfinə əmr verir ki camaat Müaviyəni lə’nətləsin.
Cahiz “Süfyaniyyə” kitabında yazır: “Əbuzər Şama sürgün olunduğu vaxt Müaviyə ilə danışıqlarının birində şiddətlə ona e`tirazını bildirərək demişdi: Səninlə atan Allah və Peyğəmbərin düşmənisiniz. Zahirdə özünüzü müsəlman kimi göstərib kafir olduğunuzu gizlədirsiniz və Peyğəmbər dəfələrlə səni lə`nətləmişdir.”
Həmçinin İbn Əbil Hədid Mö`təzili yazır: “Bizim şeyxlərimizin − Allah onlara rəhmət eləsin − (alim və bilicilərimiz) nəzərinə görə Müaviyənin müsəlman olmağı şübhəlidir və onun kafir olduğu ehtimalı vardır. Bu barədə mən “Nəqdis Süfyaniyyə” kitabında şeyximiz Əbu Osman əl-Cahizlə əshabımızın “kəlam” kitablarında nəql etdiyi Müaviyənin Peyğəmbər (s)-ə qarşı mülhid və müxalif fikirdə olduğunu, həmçinin ondan “cəbr” və digər küfr doğuran ideyaları təzahür etdiyini göstərən materialların ətrafında söhbətimizi qeyd etmişəm.”
Bunlar Əməvilərin İslamı dağıtmaq fikrini və onların mürtəce bir hərəkətə başçılıq etdiyini göstərir.
Yezidin fəsadları
Belə bir ailədə tərbiyə alaraq bu cür adamların mədəniyyəti ilə böyümüş Yezidin İslam dini adı ilə camaata başçılıq etmək istədiyi dinə zərrə qədər də olsun e’tiqadı yox idi.
Yezid təcrübəsiz şəhvətpərəst özbaşına ehtiyat və uzaqgörənliyi olmayan bir gənc idi. O ağılsız qorxu bilməyən kefcil əyyaş və düşüncəsi az olan bir insan idi. Hakimiyyətə gəlməzdən əvvəl həvayi-həvəs nəfsani meyllər əlində əsir olmuş Yezid, hakimiyyətə gələndən sonra heç olmasa atası kimi İslamın zahirinə də əməl etmədi. O ruhunun qorxmazlığı və həvayi-nəfs nəticəsində İslamın müqəddəs işlərini də açıqcasına ayaq altına ataraq şəhvətini doyuzdurmaqdan ötrü əlindən gələni etdi. Yezid açıq-aşkar şərab içir və günah edirdi. O gecə məclislərində ə’yan-əşrafla oturub şərab içərkən heç bir qorxu hiss etmədən aşağıdakı məzmunda şe’rlər deyərdi: «Ey mənim piyalə dostlarım! Qalxın və xoşavaz xanəndələrin səsinə qulaq asın. Şərab piyalələrini bir-birinin ardınca başınıza çəkin və elmi-ədəbi söhbətləri bir qırağa qoyun. Saz-avaz sədası mənə azan və «Allahu əkbər» səsini eşitməkdən daha xoşdur. Mən (nisyə olan) Behişt hurilərini (nəqd olan) şərabla dəyişməyə hazıram. Nəqd mal bizim nisyə isə Qiyamətə əqidəsi olanların olsun!» Yezid bu cür həyasızlığı ilə İslamın müqəddəs e’tiqadını ələ salırdı. O peyğəmbərlik və Həzrət Məhəmmədə (səlləllahu əleyhi və alih) vəhy nazil olmasını açıq-aşkar inkar edir bunların hamısını cəddi Əbu Süfyan kimi xam xəyal hesab edirdi. İmam Hüseyn əleyhissəlama zahiri qələbə çaldıqdan sonra bu məzmunda bir şe’r deyir: «Haşim hökumət və mülklə oyun oynamışdır. Nə qeybdən bir xəbər gəlib nə də vəhy nazil olmuşdur.» Sonra İslam bayrağı altında Bədr döyüşündə vuruşaraq Yezidin qohum-əqrəbasını qılıncdan keçirmiş İslam fədailərinə olan kin-küdurətini aşkar edərək İmam Hüseyn əleyhissəlamı öldürməyi bunlara əvəz kimi hesab edib deyir: «Kaş Bədr döyüşündə ölmüş böyüklərimiz indi sağ olub deyəydilər: Afərin Yezid! »
Bir dəfə Müaviyə Yezidi Roma imperiyası ilə döyüşə göndərdi. (Müaviyə bununla bildirmək istəyirdi ki Yezid təkcə kef adamı deyil həm də mübarizə və döyüş adamıdır.) Süfyan ibn Ovf Qamidini də onunla göndərdi. Yezid sevimli arvadı Ummu Külsümü də özü ilə apardı. Süfyan Yeziddən qabaq ordu ilə birlikdə Roma imperiyasının torpaqlarına daxil oldu. Oranın pis iqlimi nəticəsində İslam ordusu Qəzqəzunə adlı bir yerdə qızdırma xəstəliyinə tutuldu. Belə bir vəziyyətdə Yezid öz kefi ilə məşğul olub deyir:
«Dəyri-Murran adlı bir yerdə Ummu Külsüm də yanımdadır daha nəyimə lazımdır ki İslam ordusu Qəzqəzunədə qızdırmaya tutulub ölür.»
Mə’lumdur ki ölkənin cavanlarına və ordusuna bu qədər biganə olan şəxs hakimiyyətə gələrsə, İslam ümmətinin başına gör nələr gətirər?
Yezidin sarayı günah mərkəzinə çevrilmişdi. Onun sarayındakı günahların mənfi nəticəsi o qədər yayılmışdı ki onun qısa müddətli hakimiyyəti dövründə hətta Məkkə və Mədinə kimi şəhərlərin müqəddəs mühiti də pozulmuşdu.
Yezid axırda öz kefinə görə canını əldən verdi və çox şərab içmək onun zəhərlənməsi və nəhayət ölümü ilə nəticələndi.
İslam aləminin görkəmli tarixçilərindən olan Məs’udi deyir: «Yezid camaatla Fir’on kimi davranırdı bəlkə də Fir’onun rəftarı ondan yaxşı idi.»
Yezidin fəsad və pozğunluğuna alçaq həyat sürməsinə və zalım hökumətinə dair şahid və faktlar o qədərdir ki onların hamısını bu qısa bəhsdə qeyd etmək mümkün deyil. Güman edirik ki bu deyilənlər Yezidin əsl mahiyyətini tanımaq üçün kifayət edər.
Yezidin təhrif olunmuş məsihiyyətə meyli
Bu deyilənlərdən əlavə, Yezid əsasən, məsihi tə’lim-tərbiyəsi ilə böyümüş ya da ən azı məsihiyyətə meylli olmuşdur. Ustad Abdullah Əlaili buna işarə edərək yazır:
«Yezidin məsihi tə’lim-tərbiyəsi altında böyüməsi haqda az da olsa, xəbərimiz yoxdur. Bəlkə də əziz oxucu bu məsələni ilk baxışda inkar edər. Ancaq Yezidin ana tərəfdən İslamdan qabaq məsihi olmuş Bəni–Kəlb qəbiləsindən olduğunu nəzər alsaq, daha buna təəccüb yeri qalmaz. Çünki bütün camaat bilir ki bir millətin əsas adət-ən’ənələri ictimai dəyərləri və mədəniyyətinin mənbəyi olan əqidəni tamamilə aradan aparmaq üçün uzun müddət vaxt lazımdır. Tarix bizə deyir ki Yezid gənclik dövrünə qədər bu qəbilədə böyümüşdü. Bunun mə’nası isə o deməkdir ki o tərbiyəçilərin diqqətini cəlb edən tərbiyə dövrünü belə bir mühitdə keçirmişdir. Beləliklə də, məsihiyyətdən tə’sir görməyindən əlavə, kəndin və səhranın təbiətinin çətinlikləri də onun ruhiyyəsinə qarışmışdı.
Bunlardan əlavə, bə’zi tarixçilərin o cümlədən məsihi alimi Lamensin «Müaviyə» və «Yezid» adlı kitablarında dediyinə görə Yezidin bə’zi ustadları Şam şəhərinin xristianlarından olmuşdur. Müsəlmanlara rəhbərlik etmək istəyən bir şəxsdə bu tərbiyənin mənfi tə’sirləri heç kimə na’məlum qalmayıb.»
Əlaili əlavə edərək deyir: «Yezidin məsihi şairi Əxtəli Ənsarı tə’nə edib danlamağa məcbur etməsinin eləcə də bütün tarixçilərin dediyinə görə oğlunu tərbiyələndirmək üçün bir nəfər məsihiyə tapşırmasının da səbəbi onun özünün məsihi tərbiyəsi görməsi nəticəsindədir.» Tarix şahiddir ki Yezidin özü məsihiyyətə olan meylini gizlətmir əksinə açıq-aşkar deyirdi: «Əgər şərab Əhmədin (İslam peyğəmbərinin) dinində haramdırsa onda onu Məsihin dininə əsasən iç.» (Əlbəttə, qeyd etmək lazımdır ki həqiqi xristian dinində də şərab içmək haram sayılır.)
Ümumiyyətlə, qeyd etmək lazımdır ki Roma imperiyası Bəni–Üməyyənin sarayında böyük nüfuz tapmışdı. Bə’zi Roma məsihiləri Şam sarayında məsləhətçi idilər. Tarixçilərin hamısı bir nəfər kimi deyir ki İmam Hüseyn (əleyhissəlam) Kufəyə tərəf hərəkət etdikdə Yezid romalı Sərcunun məsləhəti ilə o vaxtadək Bəsrənin valisi olan Übeydullah ibn Ziyadı (Bəsrəni də onun ixtiyarında saxlamaqla) Kufənin valisi tə’yin edir. O vaxta qədər Kufəyə No’man ibn Büşeyr başçılıq edirdi.
İndi ki Yezidin alçaq siması və onun İslama qarşı olan düşmənçiliyi mə’lum oldu onda İmam Hüseyn əleyhissəlamın onun qanunsuz hökumətinə qarşı qaldırdığı inqilabın səbəbi yaxşı aydın olur. Başa düşürük ki Yezidin hökuməti təkcə irsi səltənət rejiminin bid’ətçisi baxımından deyil həm də Yezidin səlahiyyətsiz olduğu cəhətdən onun hökuməti İmam Hüseyn əleyhissəlamın yanında qeyri-qanuni hökumət sayılırdı. Buna əsasən, Müaviyənin ölümü ilə onun dövründəki maneələrin çəkildiyi bir vaxtda növbə İmam Hüseyn əleyhissəlamın müxalifətinə yetişmişdi. Əgər İmam Hüseyn (əleyhissəlam) Yezidə bey’ət etsəydi bu bey’ət Yezidin hökumətinə haqq qazandıran və onu şər’i sayan ən böyük sübut olardı.
İmam Hüseyn əleyhissəlamın müxalifətçiliyinin səbəbi o Həzrətin məktub və çıxışlarında açıq-aşkar görünür. İmam Hüseyn (əleyhissəlam) elə Mədinədəki ilk günlərdə ondan bey’ət almaq üçün çətinliklərlə üzləşdiyi zaman Yezidə bey’ət etmək məsələsini irəli sürən (Mədinə valisi) Vəlidin cavabında buyurdu: “İndi ki, müsəlmanlara Yezid kimi bir şəxsiyyət başçılıq edir onda İslamın fatihəsi oxunmalıdır.” Həmçinin, kufəlilərin məktublarına yazdığı cavabda müsəlmanların başçısının hansı xüsusiyyətlərə malik olmasını belə açıqladı: «. Müsəlmanların rəhbəri elə bir adam olmalıdır ki Allahın kitabına (Qur’ana) əməl etsin ədalətlə rəftar etsin haqqı müdafiə edərək bütün qüvvəsi ilə Allahın qayda-qanununa tabe olsun.»
Kərbəla qiyamının mübəlliğləri
Hər bir inqilab əsasən iki hissədən – qan və xəbərdən (müraciətdən) ibarət olur. Qandan məqsəd qanlı və silahlı mübarizədir. Təbii ki, bu da müqəddəs məqsədlər uğrunda ölmək öldürmək və candan keçməyi tələb edir. Xəbərdən məqsəd isə qiyamın xəbərini yaymaq və onun müqəddəs məqsədlərini açıb bəyan etməkdir.
Bir inqilabın qələbə çalmasında ikinci hissənin əhəmiyyəti birinci hissənin əhəmiyyətindən heç də az deyil. Çünki inqilabın məqsədləri camaat arasında bəyan olunmasa onda camaat inqilabı himayə etməyəcək bunun nəticəsində də inqilab tamamilə unudulacaq bəlkə düşmənlər tərəfindən inqilabda bə’zi təhrif və dəyişikliklər də baş verəcək. İmam Hüseyn əleyhissəlamın inqilabını araşdırdıqda, bu iki hissə tam şəkildə nəzərə çarpır. Çünki İmam Hüseyn əleyhissəlamın inqilabında Aşura gününün günortasına qədər birinci hissə yə’ni qan və şəhadət hissəsi cilvələnirdi. Bunun başında da, İmam Hüseyn əleyhissəlamın özü dururdu. Aşura gününün günortasından sonra isə inqilabın ikinci hissəsi başladı. Buna isə İmam Səccad əleyhissəlamla xanım Zeynəb (səlumullahi əleyha) başçılıq edirdilər. Onlar İmam Hüseyn əleyhissəlamın və səhabələrinin qanlı şəhadətini öz kəskin söz və çıxışları ilə camaata çatdırdılar və çirkin Əməvi hakimiyyətini rüsvay etdilər.
Əməvi hökumətinin Müaviyənin dövründən başlayaraq Əhli-beytə qarşı zidd təbliğat yaymasını (xüsusilə də Şamda) nəzərə aldıqda, aydın olur ki əgər İmam Hüseyn əleyhissəlamın inqilabından sonra İmam Səccad (əleyhissəlam) və Həzrət Zeynəb (səlamullahi əleyha) Əməvi hökumətini rüsvay etməyə və camaatı oyatmağa məşğul olmasaydılar İslam düşmənləri və iqtidarın yaltaq qulluqçuları İmam Hüseyn əleyhissəlamın əbədi və böyük inqilabını tarix səhifəsində çirkin bir qiyam kimi qələmə verər və onu olduğunun əksinə qiymətləndirərdilər. Necə ki onlardan bə’ziləri İmam Həsən əleyhissəlamın ölümünü o Həzrətin ciyərinin şişməsi ilə əlaqələndirmişlər. Bir dəstə belə iddia edirdi ki İmam Hüseyn (əleyhissəlam) xərçəng xəstəliyindən dünyadan getmişdir. Ancaq Aşura inqilabının təbliğçiləri əsirlikdə olarkən Yezidin ağılsız düşmənçiliyi onlara bu fürsəti verdi ki onlar geniş təbliğat nəticəsində İmam Hüseyn əleyhissəlamın düşmənlərinə onun inqilabını təhrif etmək və dəyişdirmək icazəsi verməsinlər.
İndi Kərbəlanın azadlıq bəxş edən əsirlərinin camaatın fikrini oyatmaqda və İmam Hüseyn əleyhissəlamın inqilabını camaata çatdırmaqda göstərdikləri fəaliyyətin yaxşı aydın olması üçün bir az geri qayıtmalı və Müaviyənin Şamdakı hakimiyyətinə nəzər salmalıyıq.
Müaviyənin Şamdakı hakimiyyət dövrü
Qeyd etməliyik ki Şam şəhəri müsəlmanların əlinə keçən gündən Vəlidin oğlu Xalid və Əbu Süfyanın oğlu Müaviyə kimi şəxslər tərəfindən idarə olunmuşdu. Buranın əhalisi nə Peyğəmbər moizələri (söhbətləri) eşitmiş nə onun səhabələrini görmüş nə də İslamı heç olmasa Mədinədə yayıldığı kimi tanımışdılar. Düzdür bu şəhər alınarkən peyğəmbərin yüz on üç səhabəsi burada olmuş və ya sonradan yaşamaq üçün bura köçmüşlər ancaq onların tərcümeyi-hallarına nəzər yetirdikdə, mə’lum olur ki onların bir neçəsindən başqa qalanları peyğəmbəri çox az görmüş və o Həzrətdən bir ya da bir neçə hədisdən artıq hədis eşitməmişdilər. Bundan da əlavə, onların əksəriyyəti Müaviyənin hakimiyyətindən qabaq Ömər və Osmanın hakimiyyəti dövründə dünyadan getmişdilər. İmam Hüseyn əleyhissəlamın inqilabı baş verən zaman onlardan yalnız on bir nəfəri sağ qalıb Şamda yaşayırdı. Onlar da artıq yetmiş-səksən yaşlarına çatmış və künc-bucaqda qalmağı cəmiyyətə qoşulmaqdan üstün tutmuşdular. Onların cəmiyyət arasında heç bir nüfuzu yox idi. Bunun nəticəsində də onların (Yezid yaşda olan) gənc nəsli həqiqi İslamdan xəbərsiz idi. Bəlkə də onlar elə bilirdilər ki İslam bu vaxtadək onlara rəhbərlik etmiş xəlifələrin hökuməti kimi bir hökumətdir. Müaviyənin sarayının gözəl görünüşlü olması iqtidarda olan qüvvələrin camaatın haqqını kəsib böyük saraylar düzəltməsi keşikçilər təşkil etmək ə’yan-əşraf toplamaq və nəhayət müxalif qüvvələri tutub həbs etmək sürgünə göndərmək və ya öldürmək onlara təbii məsələ kimi gəlirdi. Çünki təxminən yarım əsr qabaq hökumətdə olmuş xəlifələr də bu işləri görürdülər. Orada olanlar da belə fikirləşirdilər ki Peyğəmbər dövründəki Mədinə şəhəri də bu cür olmuşdur. Bunun nəticəsində də Şam əhalisi Əbu Süfyanın oğlu Müaviyənin rəftarını tam İslam rəftarı kimi qəbul edirdi.
Müaviyə təxminən qırx iki il Dəməşqdə hakimiyyətdə olub. Beş il ikinci xəlifə tərəfindən on iki il isə üçüncü xəlifə tərəfindən Şamın valisi olmuşdur. Beş ildən az Həzrət Əli əleyhissəlamın dövründə və təxminən altı ay da İmam Həsən əleyhissəlamın zahiri hakimiyyəti dövründə Şamın valisi olub. İyirmi ildən az da İslam hökumətinin xəlifəsi olmuşdur.
Çirkin təbliğlər
Müaviyə uzunmüddətli hakimiyyəti dövründə Şam əhalisini elə “tərbiyələndirmişdi” ki onlar din barədə az da olsa, xəbərdar deyildilər. Onlar Müaviyənin sözünə can-başla boyun əyib tabe olurdular. Müaviyə bu müddətdə Şam əhalisini təkcə nizami və siyasi cəhətdən öz əmri altına almamış üstəlik öz dediklərini onlara İslam tə’lim-tərbiyəsi kimi qəbul etdirmək üçün onları, fikri və məzhəbi cəhətdən də kor-koranə yetişdirmişdi. O özünəməxsus hiyləsi ilə bu sahədə öz istəklərinə nail oldu. Bunlar hamısı nəzəri cəlb edən məsələlərdir. Onun Həzrət Əli (əleyhissəlam) kimi bir şəxsiyyətin (camaatın fikrində) əsl simasını dəyişdirmək üçün işlətdiyi hiylələri o Həzrəti söyməyi bir bid’ət kimi cəmiyyətdə yaydığını hamı bilir. Peyğəmbər (səlləllahu əleyhi və alih) (İslamın qocaman pak və doxsan yaşlı mücahidi) Əmmar Yasirin zalımların əli ilə şəhadətə yetişməsi barədə qabaqcadan xəbər verdiyi halda, Əmmar Yasir Siffeyn döyüşündə Həzrət Əli əleyhissəlamın ordusunda şəhid olduqdan sonra Müaviyə adam aldadan hiyləsi ilə Şam ordusu arasında xəbər yaydı ki Əmmarın qatili Əlidir. Çünki onu döyüş meydanına Əli (əleyhissəlam) göndərmişdir.
Müaviyənin adamlarının erkək dəvəni dişi dəvədən seçə bilməmələri Müaviyənin rəhbərliyi ilə həftənin üçüncü günü biabırçı şəkildə cümə namazının qılınması da bir daha bu mə’nanı təsdiqləyir. Bunlar o qədər aydın məsələlərdir ki daha əlavə izahata heç ehtiyac da yoxdur.
Bəni–Üməyyənin çirkin hökuməti əks təbliğlər və şəxsiqərəzlər nəticəsində Peyğəmbərin (səlləllahu əleyhi və alih) pak ailəsini Şam əhalisinin fikrində pis pozğun bunun müqabilində isə Bəni–Üməyyəni Peyğəmbərin (səlləllahu əleyhi və alih) ailəsi kimi qələmə verirdi. Belə ki tarixçilər yazırlar: «Abbasilərin qiyamının qələbəsindən sonra Əbül Abbas Səffah hakimiyyətə gələndə, Şam əmirlərindən on nəfəri onun yanına gedib hamılıqla and içərək bildirdilər ki biz (sonuncu Əməvi xəlifəsi) Mərvanın ölümünə qədər peyğəmbərin Bəni–Üməyyədən başqa qohumu olduğunu bilmirdik. Nəhayət siz hakimiyyətə gəldikdən sonra biz bunu bildik.»
Buna əsasən, tarix kitablarında yazılmış aşağıdakı ibarələri oxuduqda heç də təəccüblənməməliyik:
«Kərbəla əsirləri Şama daxil olduqda bir kişi İmam Zeynülabidin əleyhissəlamın qarşısında durub dedi: «Həmd olsun o Allaha ki sizi öldürməklə camaatı sizin şərrinizdən qurtardı və Əmirəl-mö’minini (Yezidi) sizin üzərinizdə qalib etdi.»
İmam Səccad (əleyhissəlam) sakit qalıb gözlədi. Şamlı kişi bütün ürəyində olanları dedi. Sonra İmam Səccad (əleyhissəlam) ondan soruşdu:
— Qur’an oxumusan?
— Bəli!
— Bu ayəni oxumusanmı? «De: Mən sizdən bunun (risaləti təbliğ etməyimin) müqabilində Əhli-beytimə məhəbbətdən başqa bir şey istəmirəm.»
— Bəli!
— Bəs bu ayəni necə? «Qohum-əqrəbanın haqqını ödə.»
— Bəli!
— Bu ayəni də oxumusan? «Ey peyğəmbərin Əhli-beyti Allah sizdən çirkinliyi yox etmək və sizi tərtəmiz pak etmək istəyir.»
— Bəli!
— Ey qoca bu ayələr bizim haqqımızda nazil olmuşdur. Bizik Peyğəmbərin qohum-əqrəbası hər cür çirkinlikdən uzaq olanlar bizik.
Qoca bildi ki bu əsirlər barədə eşitdikləri doğru deyil. Onlar heç də xarici deyillər əksinə, Peyğəmbər övladlarıdırlar. Buna görə də, dediyindən peşman olub dedi: «İlahi mən bunlara qarşı ürəyimdə olan kin-küdurətdən Sənə pənah aparıram! Mən Məhəmməd (səlləllahu əleyhi və alih) və Ali-Məhəmmədin (səlləllahu əleyhi və alih) düşmənlərinə nifrət edirəm!»
Əsirlərin səfər sovqatı
Peyğəmbər ailəsinin ziddinə yayılmış bu geniş təbliğatı nəzərə aldıqda, Kərbəla əsirlərinin Şama səfərinin mahiyyəti çox yaxşı şəkildə aydın olur. Çünki onlar bu səfərdə qırx illik əks təbliğatı aradan apararaq Əməvilər sülaləsinin əsl mahiyyətini aşkar etdilər. Həmçinin, Şam camaatının yatmış fikirlərini oyadıb məsələyə diqqətlə baxmalarına səbəb oldular. Bu əsirlər barədə qətiyyətlə demək olar ki onlar Mədinəyə qayıdanda öz borcunu lazımıncasına yerinə yetirmiş fateh bir ordu rolunu oynayırdılar.
İndi Kərbəla inqilabının təbliğinin göstərdiyi fəaliyyət və risalətin nə dərəcədə böyük olduğunu tam şəkildə başa düşmək üçün iki tarixi nümunəyə işarə edək.
1. İmamət ailəsinin «Hirrə» faciəsində qorunması
İmam Hüseyn əleyhissəlamın şəhadətindən sonra İslam ölkəsinin digər şəhərləri ilə həmzaman olaraq Peyğəmbərin qohum-əqrəbasının əsas yaşayış yeri olan Mədinə şəhəri də yavaş-yavaş həyəcana gəldi. Mədinənin hakimi öz fikrinə görə belə bir tədbir töküb gənc xəlifəni (Yezidi) yaxından görmək və onun mərhəmətindən bəhrələnmək üçün şəhərin böyüklərini Şama göndərdi ki onlar Mədinəyə qayıtdıqdan sonra camaatı Yezidə itaət etməyə cəlb etsinlər. Lakin nə düzgün tərbiyəsi nə tədbir və uzaq görənliyi olan və nə də İslamın zahirinə əməl edən Yezid Mədinə şəhərinin nümayəndələri qarşısında da şərab içməyə it oynatmağa və şəriətdən kənar olan işlər görməyə başladı. Nümayəndələr Şamdan qayıdan kimi fəryad çəkib dedilər: «Yezid şərab içən it oynadan fasiq bir adamdır. Belə bir şəxs müsəlmanların rəhbəri ola bilməz!» Nəhayət şəhərin hər tərəfində qiyam qalxdı və qiyamçılar Mədinə hakimini və Əməvi sülaləsini şəhərdən qovdular. Bu xəbər Şama çatdıqda, Yezid Mədinə camaatını cəzalandırmaq üçün bir ordu toplayıb qoca bir kişi olan Müslim ibn Üqbəni orduya başçı tə’yin etdi. Müslim Mədinəni mühasirəyə aldı. Bir müddətdən sonra şəhər əhalisi orduya müqavimət göstərə bilməyib təslim oldu. Şam ordusu üç gün Mədinədə kütləvi qırğın törətdi və heç bir çirkinlikdən çəkinmədi. Nə qədər dindar təqvalı və mö’min kişilər qırıldı nə qədər hörmətsizliklər oldu nə qədər qadın və qızlar bu vəhşi ordunun təcavüzünə mə’ruz qaldılar. Bu hadisə tarixdə «Hirrə» faciəsi adı ilə məşhur oldu.
Lakin bu böyük faciədə İmam Zeynül-abidin (əleyhissəlam) və Bəni–Haşimdən olanların evi hər hansı bir zorrakılıqdan toxunulmaz qalmışdı. Məhz buna görə də, Mədinə şəhəri mühasirədə olan zaman onlarla müsəlman ailəsi o Həzrətin evinə gəlməklə təcavüzdən qorunmuşdu. Təbəri yazır:
Yezid Müslim ibn Üqbəni Mədinəyə göndərəndə, ona dedi: «Əli ibn Hüseynin (İmam Zeynül-abidin əleyhissəlamın) qiyamçılara heç bir qarışacağı yoxdur. Ona toxunma və onunla yaxşı rəftar et!»
Şeyx Müfid yazır: «Müslim ibn Üqbə Mədinəyə daxil olduqda İmam Zeynül-abidin əleyhissəlamı yanına də’vət etdi. İmam Zeynül-abidin (əleyhissəlam) gəldikdə, Müslim ona çox hörmət edib yanında əyləşdirdi və dedi: «Əmirəl-mö’minin (Yezid) mənə tapşırıb ki sənə yaxşılıq edəm və səni başqalarından fərqləndirəm.» İmam Zeynül-abidin (əleyhissəlam) ona öz təşəkkürünü bildirdi. Sonra Müslim ətrafında olanlara dedi: «Mənim qatırımı onun üçün yəhərləyin.» Sonra isə İmam Zeynül-Abidin əleyhissəlama dedi: «Ailənin yanına qayıt. Bəlkə də, biz onları qorxutduq və səni bura gəlməyinlə zəhmətə saldıq. Əgər bizim ixtiyarımızda bir şey olsaydı, sənə əta edərdik. Həqiqətən sən buna layiqsən.»
Dördüncü İmamın həyatından bəhs edərkən deyəcəyimiz səbəblərə görə şübhə yoxdur ki Müslimin İmamla yaxşı rəftar etməsinin əsas səbəblərindən biri bu idi ki İmam Zeynül-abidin (əleyhissəlam) qiyamın əvvəlindən kənara çəkildi və qiyamçılarla əlbir olmadı. Ancaq bu da mə’lumdur ki İmam Hüseyn əleyhissəlamın şəhadəti Yezidə baha başa gəlmişdi və hələ o törətdiyi bu böyük cinayətə görə ümumi camaatın fikir təzyiqinə mə’ruz qalmışdı. Buna görə də, Yezid İmamət ailəsinə yenidən əziyyət verməklə öz adını daha da pisləşdirmək istəmirdi.
2. Əbdülməlik ibn Mərvanın Həccaca əmri
Yə’qubi yazır:
«Əbdülməlik ibn Mərvan Hicaza vali tə’yin etdiyi Həccaca yazır: «Məni Əbu Talibin balalarının qanına bulaşdırma. Çünki mən özüm gördüm ki Əbu Süfyanın ailəsi onlarla mübarizə apardı axırda özləri məhv oldu.»
Əbdülməlik ibn Mərvanın Bəni–Üməyyənin siyasətçi və fərasətli bir xəlifəsi olduğunu bildiyimiz halda və onun Kərbəla hadisəsindən beş il sonra hakimiyyət başına gəldiyini nəzərə aldıqda, bu e’tirafın hansı dəyərə malik olduğunu hiss edirik. Bu əmr göstərir ki Əbu Süfyanın ailəsi Əbu Talibin ailəsinə qarşı göstərdikləri bu qədər təcavüz və zorakılıqlara baxmayaraq, onlar yenə də öz çirkin məqsədlərinə nail ola bilmədilər. Onlara qalan isə təkcə üzüqaralıq və lə’nət oldu.
Əməvilərin ideoloji təbliğatı
Bəşəriyyət aləmində zalım və mürtəce hökumətlər nə qədər güclü olsalar da, yenə onlara dayaq olan ideologiyaya ehtiyac duyurlar. Yə’ni onların yaratdıqları ideologiya iqtisadi–siyasi durumlarına arxa olur. Başqa sözlə desək zalım hökumətlər nizami qüvvədən əlavə camaatı asanlıqla özlərinə tabe etmək üçün güclü ideologiyaya da malik olmalıdırlar. Əgər xalq sağlam fikirli olub hökuməti qeyri-qanuni hökumət bilərsə, heç vaxt onun hakimiyyətini qəbul etməz. Bu baxımdan belə hökumətlərin ideologiyaya olan ehtiyacı daha aydın şəkildə büruzə çıxır. Əlbəttə, ideologiya cəmiyyətlərin fərqli olmasına görə müxtəlif şəkillərdə ola bilər. Zalım və İslama zidd olan Bəni–Üməyyə hökumətinin də təbii ki belə bir ideologiyaya ehtiyacı var idi. Ölkədə İslam cəmiyyəti hakim olduğundan onlar da öz cinayətlərinin üstünü şər’i bəhanələrlə ört-basdır etməyə və xalqın fikrini məzhəbi təbliğatla qarışdırmağa məcbur idilər. Belə deyildi ki Bəni-Üməyyə xalqın hökm və rə’yinə qarşı e’tinasızlıq etsin və özlərinin cinayətlərinə qarşı xalqda oyanan fikirlərə məhəl qoymasınlar. Xeyr onlar camaatın fikrini qəflətdə saxlamaq üçün insanların hazırkı vəziyyətini ən yaxşı vəziyyət bilib bu vəziyyətin qorunub saxlanmasına görə bir sıra ideoloji təbliğatlara ehtiyac duyurdular.
Cəbriyyə məzhəbinə meyl
İnsanların fikrini yayındırıb onları ram etməyin yollarından biri də insanlar arasında iradə məcburiyyəti əqidəsini yaymaqdır. Ümumiyyətlə, zalım hökumətlər öz cinayətlərinə bəhanə gətirəndə iradə məcburiyyəti əqidəsinə meylli olurlar. Yə’ni hər şeyi Allahın adına yozaraq “bu Allahın işidir” –deyə öz cinayətlərini boyunlarından atırlar. Onlar “Allah məsləhət bilməsəydi, belə olmazdı və heç Allahın Özü işin bu cür olmasına şərait yaratmazdı” kimi ifadələrdən məharətlə istifadə edirlər. Məcburiyyətə meylliliyin məntiqi budur ki nə ki var elə o da olmalıdır və nə də ki yoxdur o da olmamalıdır.
Bəni–Üməyyə hakimiyyətinin ideoloji dayaqlarından biri iradə məcburiyyəti əqidəsi idi. Onlar camaat arasında cəbriyyə əqidəsini yayıb hər şeyi Allahın işi kimi qələmə verməklə camaatın ehtimal verilən hər hansı bir e’tirazını dəf etmək istəyirdilər. Əməvilər öz hakimiyyətlərini qoruyub saxlamaq və eləcə də xalqın qiyamının qarşısını almaq üçün Cəbriyyə firqəsini genişləndirir və onu himayə edirdilər. Bunun müqabilində isə onlar Qədəriyyə məzhəbinin yayılması təhlükəsi ilə üz-üzə gəlirdilər. Bu məzhəb insanı öz əməli qarşısında azad bilir və belə bir məntiq irəli sürür ki insan hər hansı bir işi görürsə, öz iradəsi və istəyi ilə görür. Əməllərində azad olduğu üçün də məs’uliyyət daşıyır. Çünki hər bir azadlıq məs’uliyyət tələb edir.
Bu məzhəb müsəlmanların müxalifətçiliyindən qorxan Əməvilər üçün böyük təhlükə hesab olunurdu. Buna görə də, onlar Qədəriyyə məzhəbinin başçılarını təzyiqlərə mə’ruz qoyur bu məzhəbin qarşısında duran Cəbriyyə məzhəbini isə himayə edirdilər. Səbəbi də bu idi ki Cəbriyyə məzhəbi siyasi mübarizə meydanında Əməvilərin məqsədi ilə tam uyğun gəlirdi. Bu məzhəb camaata deyirdi: «Əməvilər və onların əməlləri nə qədər pis və haqdan uzaq olsa da, Allahın təqdiridir və heç cür bunu dəyişmək olmaz. Buna görə də, onlara qarşı müxalifətçiliyin heç bir əhəmiyyəti yoxdur.» Müaviyə öz çirkin əməllərini Allahın təqdiri qəza-qədəri kimi adlandırmaq və bunların dəyişilməsinin heç cür mümkün olmadığını bildirmək üçün zahirdə özünü Cəbriyyə məzhəbinə mənsub edirdi. Bundan əlavə, Müaviyə İslam xəlifəsi olduğu üçün onun elədiyi günahlar onun məqamına heç bir zərər yetirmir və bu günahlar onunla müxalifət etməyə əsas vermirdi.
Aydındır ki Müaviyə kimi mühüm mənfəətləri güdən bir şəxs onun bu istəklərini ehtiva edən Cəbriyyə məzhəbindən qəflətdə qala bilməzdi. Müaviyə və Əməvilərin digər nümayəndələri yaxşı bilirdilər ki onların hökuməti müsəlmanlar üçün dözülməzdir. Onlar yaxşı bilirdilər ki bir sıra müsəlmanların gözündə onlar hiyləgər yalançı Peyğəmbər ailəsinin düşməni günahsız və təqvalı insanların qatili kimi tanınmışlar. Bunu da yaxşı bilirdilər ki camaatı onların əleyhinə qiyamdan saxlaya bilən yeganə məzhəb varsa o da Cəbriyyə məzhəbidir. Bu elə bir məzhəbdir ki camaata deyir: «Allah ilk gündən yazıb ki bu sülalə hakimiyyətə gəlsin. Buna görə də, onların bütün əməlləri Allahın qəza-qədəridir.» Bu baxımdan bu cür fikirləri müsəlmanların zehnində yaymaq tamamilə Əməvilərin xeyrinə idi.
Məstedici ədəbiyyat
Bu fikirləri təsdiq etməkdən ötəri yuxarıda dediyimiz dini bəhanələrdən əlavə, şe’r variantından da istifadə olunurdu. Müaviyə müasirləri olan şairlərin fövqəl’adə nüfuzundan camaatın ümumi fikrində öz məqsədlərini həyata keçirmək üçün istifadə edirdi. Müaviyə və eləcə də ondan sonrakı digər Əməvi xəlifələri onların hökumətini tə’rifləyib Allahın istədiyi hökumət olduğunu bildirən şairlərin şe’rlərini şən əhval-ruhiyyə və son dərəcə Rizayətlə dinləyir və hətta onları heç bir imanlı şəxsin qiyam etmək fikrinə düşməməsi üçün şe’r deməyə məcbur edirdilər. Müaviyənin adamları belə göstəriş almışdılar ki Müaviyənin xüsusi fikirlərini qəliblərə salıb avam camaatın arasında asanlıqla yaysınlar. İstər peyğəmbərin dilindən rəvayətlər söyləməklə istərsə də şe’r deməklə.
Xanım Zeynəb İbn Ziyadın sarayında
Aşura hadisəsindən sonra Yezidin adamları yuxarıda dediyimiz variantdan istifadə edərək təbliğə başlayıb Yezidin qələbəsini Allahın istəyi kimi qələmə verirdilər.
Übeydullah ibn Ziyad İmam Hüseyn əleyhissəlamın şəhadətindən sonra camaatı Kufənin Cami məscidinə yığıb öz işlərinə məzhəbi don geydirdirərək dedi: «Həmd olsun o Allaha ki haqqa qələbə qazandırdı Əmirəl-mö’mininə (Yezidə) və onun tərəfdarlarına kömək etdi və yalançı oğlu yalançını (İmam Hüseyn əleyhissəlamı) öldürdü.» Buna cavab olaraq düşmənin təbliğ vasitəsindən xəbərdar olan İmam Zeynül-abidin (əleyhissəlam) və xanım Zeynəb (səlamullahi əleyha) Bəni-Üməyyənin bu fikir dayağını hədəfə olaraq öz əsaslı və mətanətli sözləri ilə ona cavab verərək Yezid və onun davamçılarının öz əməlləri qarşısında məs’uliyyət daşımalarını bildirdilər. Bir-birinin ziddinə olan iki təfəkkür tərzinin toqquşmasının nümunələrindən biri Əhli-beyt qadın və uşaqlarının Übeydullah ibn Ziyadın sarayına daxil olduğu zaman olmuşdur.
Həmən gün ibn Ziyad sarayda ümumi görüş e’lan etmiş və əmr etmişdi ki İmam Hüseyn əleyhissəlamın kəsilmiş başını onun qarşısında qoysunlar. Sonra əsirləri saraya daxil etdilər. Xanım Zeynəb (səlamullahi əleyha) ən dəyərsiz paltarlarını geymiş və onun dövrəsini əhatə etmiş qadınlar və kənizlər arasında namə’lum şəkildə içəriyə daxil oldu və heç kəsə e’tina etmədən bir güncdə əyləşdi. Übeydullahın gözü ona sataşdıqda, soruşdu: «Özünü kənara çəkmiş və digər qadınlar onun dövrəsinə toplaşmış bu qadın kimdir?» Xanım Zeynəb (səlamullahi əleyha) cavab vermədi. Übeydullah sualını bir daha təkrar etdi. Kənizlərdən biri dedi: «O Peyğəmbər qızı Fatimənin (səlamullahi əleyha) qızı Zeynəbdir.» Übeydullah üzünü Zeynəbə (səlamullahi əleyha) tutub dedi: «Həmd olsun o Allaha ki sizin ailənizi rüsvay edib qırdı və göstərdi ki sizin dediyiniz, yalandan başqa bir şey deyil.»

Xanım Zeynəb (səlamullahi əleyha) cavab verdi: «Həmd olsun o Allaha ki bizi (bizim ailədən çıxmış) Peyğəmbərin vasitəsilə əzizlədi və çirkinliklərdən uzaq etdi. Fasiqdən başqa heç kəs rüsvay olmaz pis adamdan başqa heç kəs yalan deməz. Şükürlər olsun ki pis adam biz deyilik başqalarıdır. (Yə’ni siz və dəstənizdir.)»
İbn Ziyad: “Gördün, Allah ailənizin başına nə gətirdi?”
Xanım Zeynəb: “Yaxşılıqdan başqa heç bir şey görmədim. Allah onların şəhadətini qabaqcadan müəyyənləşdirmişdi. Onlar da itaət edib öz Axirət mənzillərinə yollandılar. Tezliklə Allah səni və onları (Qiyamət günü) bir-birinizlə üzləşdirəcək onlar səndən Allaha şikayət edib ədalət tələb edəcəklər. İndi fikirləş, gör o gün kim qalib gələcək? Anan sənin matəmində otursun, ey Mərcanənin oğlu!”
İbn Ziyad (Xanım Zeynəbin açıq-aşkar və mətanətlə dediyi sözlərdən və onu pozğun nənəsi Mərcanənin adı ilə çağırmasından) bərk qəzəbləndi və pis qərar çıxarmaq istədi. Məclisdə olanlardan biri Əmr ibn Həris adlı bir şəxs dedi ki ey hökmdar bu bir qadındır və heç kim qadını sözlərinə görə cəzalandırmaz.
İbn Ziyad yenə xanım Zeynəbə (səlamullahi əleyha) üz tutaraq dedi: “Allah boyunəyməyən qardaşının və qiyamçı ailənizin öldürülməsi ilə qəlbimə şəfa verdi”.
Xanım Zeynəb (səlamullahi əleyha) buyurdu: «Canıma and olsun mənim (əzizimi qardaşımı ağamı) öldürdün belimi qırdın və kökümü kəsdin əgər sən bu işinlə şəfa tapırsansa onda şəfa tapmısan.»
Xanım Zeynəbin (səlamullahi əleyha) sözlərinin gözəlliyinin tə’sirindən qəzəblənən ibn Ziyad qəzəb və rişxəndlə dedi: «Bu da atası kimi sözdüzəldəndir. Canıma and olsun atan da şair idi və qafiyə ilə (yerli-yerində) söz deyirdi.»
Xanım Zeynəb (səlamullahi əleyha) buyurdu: Qadının qafiyə ilə nə işi var? (İndi qafiyə vaxtı deyil ki?)
İbn Ziyad sübut eləmək istəyirdi ki döyüş meydanında hansı tərəf zahirdə məğlub olubsa o da rüsvay olmuşdur. Məğlub olan tərəf haqq olsaydı qalib gələrdi.
İbn Ziyadın haradan danışdığını çox yaxşı bilən xanım Zeynəb onun fikir dayağını söküb dağıtdı. O bu sözləri ilə sübut etdi ki şərəf və fəzilətin ölçüsü və əsası qüdrətdə yox həqiqət axtarmaq və haqtələblikdədir. Xanım Zeynəb (səlamullahi əleyha) bildirdi ki Allah yolunda şəhid olan şəxs rüsvay olmaz. Rüsvay o şəxs olar ki zülm haqsızlıq etsin və haqq yolundan çıxsın.
Übeydullah ibn Ziyad belə güman edirdi ki başı müsibətlər çəkmiş əzizini itirmiş Zeynəb (səlamullahi əleyha) kiçik bir tə’nə ilə təslim olub göz yaşı tökəcək ağlayıb-sıtqıyacaq. Lakin şirürəkli Zeynəb (səlamullahi əleyha) onun sözlərini ağzındaca dondurub onun qürurunu sındırdı.
Doğrudan bəşəriyyət tarixində hansı bir qadını tapmaq olar ki onun yeddi (bu barədə tarixçilər müxtəlif versiyalar irəli sürmüşlər) qardaşını öldürsünlər oğlunu şəhadətə yetirsinlər on qardaşoğlu və əmioğlusunu qılıncdan keçirsinlər sonra da özünü bütün bacıları və qardaşı uşaqları ilə birlikdə əsir alsınlar belə bir vaxtda o əsir ola-ola öz haqqını və eləcə də şəhid olanların haqqını müdafiə etsin? Özü də elə bir şəhərdə elə bir binada ki atasının hakimiyyət mərkəzi olmuş və atası təqribən hakimiyyətinin dörd ilini həmən binada keçirmişdi. Belə bir vəziyyətdə və bu cür narahatçılıqlarla nə təkcə başına gələnlərdən narazı deyil hətta qətiyyətlə bildirir ki biz öz meylimizə zidd olan heç bir iş görməmişik. Əgər bizim kişilərimiz şəhadətə yetişiblərsə elə gəlişlərindən məqsədləri də bu olmuşdur. Əgər bundan başqa bir iş olsaydı onda narahat olmağa dəyərdi. (Yə’ni biz öz istəyimizə çatmışıq.) İndi ki onlar Allah qarşısındakı öz vəzifələrini çox yüksək səviyyədə yerinə yetirib şəhadət zirvəsinə nail olublar biz bu işin müqabilində Allah qarşısında şükürdən başqa hansı layiqli bir iş görə bilərik?
Xanım Zeynəbin (səlamullahi əleyha) Kufədə buyurduğu xütbə
Bura Kufədir. Kufənin Dəməşqlə çox fərqi var. Kufə həmən şəhərdir ki iyirmi il bundan qabaq (Aşura hadisəsindən qabaq) Həzrət Əli əleyhissəlamın hökumət mərkəzi olmuşdur. Bu şəhər şiələrin mərkəzi idi. Bir hissəsi iraqlılardan ibarət olan şəhərin əhalisi ədalətli İslam hökuməti qurulmasını zalımların əlindən azad olmalarını istəyən Əhli-beyt tərəfdarıdır. Ancaq onlar bu cür ne’mətə çatmağa hələ hazır deyildilər. Bunlar həm maddi həyat mal-dövlət və vəzifə həm də zalımların əlindən azad olmaq istəyirdilər. Ancaq əgər bunlara azacıq təzyiq olunsa yaxud mal-dövlətlərini təhlükədə görsələr, bütün arzularından və məqsədlərindən əl çəkərlər. Bunlar ikiüzlü adamlardırlar. Bir növ daxili ziddiyyətə malik olan şəxslərdirlər. Bir tərəfdən böyük həvəslə Peyğəmbər balasını öz şəhərlərinə də’vət edir digər tərəfdən də təzyiqlərə mə’ruz qaldıqları üçün nə təkcə öz və’dlərini (də’vətlərini) unudur üstəlik Peyğəmbər balasının qətlinə də hazırlaşırlar. Deməli bunları ayıltmaq lazımdır. Onlara səhvlərini anlatmaq lazımdır. Onlara demək lazımdır ki Hüseyn ibn Əli əleyhissəlamı öldürməklə böyük bir cinayətə yol vermişlər.
Onları oyatmaq vəzifəsi bütün qadınlardan çox xanım Zeynəbin (səlamullahi əleyha) boynuna düşürdü. Çünki yaşı otuzu keçmiş bütün Kufə qadınları iyirmi il bundan qabaq (bu hadisədən qabaq) Həzrət Əli əleyhissəlamın hakimiyyəti dövründə Zeynəbi (səlamullahi əleyha) bu şəhərdə görmüş onun Həzrət Əli (əleyhissəlam) yanındakı və eləcə də, onun öz ataları və ərləri (yə’ni həmən qadınların ataları-ərləri) yanındakı hörmətini öz gözləri ilə müşahidə etmişdilər. Onlar Zeynəbi (səlamullah əleyha) çox yaxşı tanıyırdılar. İndi xanım Zeynəbin (səlamullahi əleyha) digər əsirlər arasında acınacaqlı şəkildə əsir düşməsi, ötən xatirələri fikirlərdə oyadırdı. Zeynəb (səlamullahi əleyha) bu fürsətdən istifadə edib söhbətə başladı. Səs camaata tanış gəldi. Elə bil Əli (əleyhissəlam) söhbət edirdi. Elə bil boğaz Əli əleyhissəlamın boğazı səs Əli əleyhissəlamın səsi idi. Doğrudan da, danışan Əli (əleyhissəlam) idi yoxsa Əli əleyhissəlamın qızı? Bəli danışan Zeynəbi-Kübra (səlamullahi əleyha) idi.
İbn Təyfur adı ilə tanınmış Əhməd ibn Əbu Tahir (204-280 h.q) qədim tarixi qaynaqlardan biri sayılan İslam və ərəb qadınlarının bəlağətli çıxışları toplanmış «Bəlağatun-nisa» kitabında yazır:
«Xədim Əsədi deyir: «Hüseyn ibn Əli əleyhissəlamın şəhadətə yetişdiyi hicrətin altımış birinci ili Kufə şəhərinə getdim. Gördüm ki Kufənin qadınları yaxalarını cırıb ağlayırlar. Əli ibn Hüseyn əleyhissəlamı (İmam Səccadı) da orada gördüm. Xəstəliyi onu lap əldən salmışdı. Əli ibn Hüseyn (əleyhissəlam) başını qaldırıb buyurdu: “Ey Kufə əhli! Bizim məzlumiyyət və müsibətimizə ağlayırsınız? Məgər bizi öldürənlər elə siz deyildiniz?” Bu zaman xanım Zeynəb (səlamullahi əleyha) əli ilə camaata işarə edib onların sakit olmasını istədi. Onun işarəsi ilə nəfəslər sinələrdə boğuldu. Dəvələrin zınqırovlarının səsi kəsildi. Bundan sonra xanım Zeynəb (səlamullahi əleyha) söhbətə başladı. Mən ondan hayalı ondan fəsahətli söhbət edən qadın görməmişdim. Elə bil Əli əleyhissəlamın dilindən danışırdı. Zeynəbin (səlamullahi əleyha) söhbəti belə idi: «Ey Kufə camaatı! Ey hiyləgər və xain insanlar! Sizi görüm heç vaxt gözünüzdən yaş əskilməsin! Siz o qadına bənzəyirsiniz ki bütün əlindəkiləri əyirir sonra da bütün əyirdiklərini söküb-tökür. Sizin nə əhdinizin bir dəyəri var nə də andınızın bir e’tibarı! Sizin öyünmək kənizlər kimi yaltaqlanmaq boş-boşuna danışmaqdan başqa nəyiniz var? Siz peyinlikdə bitmiş bitkilərə və qəbirə vurulmuş zinət əşyalarına bənzəyirsiniz. Axirətiniz üçün nə pis tədarük hazırladınız –Allah qəzəbi və Cəhənnəm əzabı! Ağlayırsınız? Bəli ağlayın Allaha and olsun ki siz ağlamağa layiqsiniz. Çox ağlayın az gülün! Bu cür alçaqlıq qazandığınız halda nəyə görə də ağlamayasınız? Elə bir alçaqlıq ki onu heç bir su ilə yumaq olmaz. Peyğəmbər balasını və Cənnət cavanlarının ağasını öldürməkdən böyük nə alçaqlıq ola bilər? Elə bir şəxs ki sizin yolunuzun çırağı dar gününüzün köməkçisi idi. Ölün! Xəcalətli başlarınızı aşağı salın! Keçmişinizi bütünlüklə bir dəfəyə itirdiniz gələcəyiniz üçün də heç nə qazanmadınız. Bundan sonra gərək alçaqlıq içərisində yaşayasınız. Çünki Allahın qəzəbinə düçar oldunuz. Elə bir iş gördünüz ki az qaldı göy yerə tökülsün yer yarılsın və dağlar parça-parça olsun.
Bilirsiniz nə qan tökdünüz? Açıq-açığına küçə-bazara çıxardığınız bu qız-gəlinlərin kim olduğunu heç bilirsiniz? Peyğəmbərin ciyərini parçaladığınızı anlayırsınızmı? Nə pis və axmaq iş tutdunuz! Elə pis iş gördünüz ki onun pisliyi bütün dünyanı doldurub. Göydən qan damcılarının dammasına təəccüb edirsiniz?! Ancaq bunu bilin ki Qiyamət əzabının rüsvayçılığı daha da acınacaqlı olacaq. Əgər Allah gördüyünüz günaha görə indi sizi cəzalandırmırsa bundan sevinməyin. Allah günahın cəzasını elə o saat vermir. Ancaq məzlumların da qanını cəzasız qoymur. Allah hər şeyin hesabını çəkəcək.»
Od tutub yanan qəlbdən gələn və Allaha olan imandan qüvvə alan bu gözəl ifadəli sözlər hamını dəyişdirdi. Dinləyicilər peşimançılıq əlaməti olaraq barmaqlarını dişləri ilə sıxır və təəssüflənirdilər. (Ancaq necə deyərlər: «Sonrakı peşmançılıq fayda verməz.») Belə qəmli və ibrət dərsi olan bir səhnədə Bəni-Cü’fi qəbiləsindən olan saqqalı göz yaşından islanan bir kişi bu məzmunda belə bir şe’r dedi: «Bu sülalənin oğulları ən yaxşı oğullardır. Bu sülalənin oğullarının adına heç vaxt alçaqlıq ləkəsi yapışmamışdır.»
Xanım Zeynəb (səlamullahi əleyha) Yezidin sarayında
Yezid əmr etdi ki əsirləri şəhidlərin kəsilmiş başları ilə birlikdə Şama göndərsinlər. Əsirlər karvanı Şama tərəf hərəkət etdi. İbn Ziyadın adamları çox bədxasiyyətli idilər. Şam şəhərinin saray adamları (Yezid və onun adamları) böyük fəth və qələbə hesab olan bu karvanın yetişməsi üçün dəqiqələri sayırdı. Tarixçilərin dediyinə görə əsirlər karvanı minlərlə tamaşaçının gözü qarşısında şəhərə (Şama) daxil oldu. Həmən gün Şam şəhəri sevinc və fərəh içində idi və camaat Yezidin qələbəsini bayram edirdi. Əsirlər karvanı camaatın arası ilə küçələri bir-bir arxada qoyaraq Yezidin böyük hökumət sarayına yetişdi.
Saraydakılar xüsusi yerlərdə oturmuş Yezid taxtın üzərində qürur və təkəbbürlə əsirləri görmək intizarında idi. Übeydullah ibn Ziyadın məclisindən fərqli olaraq Yezidin məclisinə hər adam gələ bilmirdi. Ancaq ölkə böyükləri qəbilə başçıları və bə’zi xarici ölkələrin nümayəndələri iştirak edirdilər. Buna görə də, bu məclis çox əhəmiyyətli bir məclis hesab olunurdu.
Əsirlər saraya daxil olub onlar üçün nəzərdə tutulmuş yerdə dayandılar. Yezidin gözü Peyğəmbər ailəsindən olan əsirlərə sataşdıqda, onları öz qarşısında ayaq üstə durmuş görüb əmr etdi ki İmam Hüseyn əleyhissəlamın başını bir ləyənə qoysunlar. Sonra o əlində olan çubuqla İmam Hüseyn əleyhissəlamın dişlərinə vura-vura Abdullah ibn Zəb’əri Səhminin kafir olduğu zaman yazdığı cahillik kin-küdurətini xatırladan şe’rini oxuyaraq deyirdi: «Kaş indi mənim Bədr döyüşündə vuruşub Xəzrəc qəbiləsinin əzabını çəkməli olmuş əcdadım burada olub sevinərək deyəydilər ki Yezid çox sağ ol! Əli (əleyhissəlam) övladlarına Bədr gününün acısını dadızdırdın və intiqamımızı onlardan aldın. »
Xanım Zeynəbin (səlamullahi əleyha) fəryadı
Əgər məclis bununla (yuxarıda dediklərimizlə) başa çatsaydı, Yezid qalib hesab olunardı yaxud göstərişi ilə görülən işlər bir o qədər də pis nəticələnməzdi. Ancaq xanım Zeynəb (səlamullahi əleyha) işin bu cür qurtarmasına imkan vermədi və Yezid üçün fərəh hesab olunan şadlığı onun üçün zəhərdən də acı etdi. Oradakılara göstərdi ki onların qarşısında ayaq üstə duran adamlar o Peyğəmbərin qızlarıdır ki indi Yezid həmən Peyğəmbərin adı ilə hökumət başına gəlmişdir. Xanım Zeynəb (səlamullahi əleyha) son dərəcə mətanət şücaət və vüqarla sözə başlayıb Yezidə xitab edərək belə buyurdu: «Allah və Onun Peyğəmbəri doğru buyurmuşlar ki pis əməl sahiblərinin aqibəti budur ki Allahın ayətlərini yalan sayıb onlara rişxənd edərlər.
Yezid belə fikirləşirsən ki yeri-göyü bizə daraltmaqla bizi əsirlər kimi bu şəhərdən o şəhərə aparmaqla bizi rüsvay edib özünü hörmətləndirdin? Elə bilirsən ki bu işinlə yüksək məqama nail olub ona-buna təkəbbürlük edirsən? Qüdrətin hazır olub hakimiyyətini səliqə-sahmanda gördükdə, sevincindən dərinə sığışmırsan. Bilmirsən ki sənə verilən bu fürsət ondan ötrüdür ki əsl həqiqətini iç üzünü camaata açıb göstərəsən? Məgər Allahın «Küfr edənlər onlara verdiyimiz möhləti heç də özləri üçün xeyirli sanmasınlar! Bizim onlara verdiyimiz möhlət ancaq günahlarını daha da artırmaları üçündür. Onlar zəliledici bir əzab görəcəklər» deyə buyurduğunu unutmusan?
Ey azad edilmişlərin oğlu!1 Heç bu ədalətdirmi ki sənin qadın qız və kənizlərin pərdə arxasında otursun ancaq sən Peyğəmbərin qızlarını əsir edəsən onların hörmət pərdəsini parçalayasan onların səslərini boğazlarında boğasan və yad (naməhrəm) kişilər onları dəvələrlə o şəhərdən bu şəhərə dolandırsınlar? Heç ədalətdəndirmi ki kimsə onlara yer verməsin kimsə onları qorumasın və öz kişilərindən heç biri onların yanında olmasın?
Axı ürəyi bizim hirs və qəzəbimizdən dolu olan bir şəxsdən bundan artıq nə gözləmək olar? Deyirsən ki kaş Bədr döyüşündə ölən əcdadın indi burada olaydı və bunu deyərək Peyğəmbər balasının dişlərinə vurursan? Nə üçün də etməyəsən? Sən yer üzünün ulduzları olan Peyğəmbər balalarının və Əbdülmüttəlib ailəsinin qanını tökməklə iki nəsil arasında olan düşmənçiliyi yenidən bərpa etdin. Sevinmə! Tezliklə Allah dərgahında hazır olacaqsan. Həmən gün arzulayacaqsan ki kaş kor lal olaydın və bu günü görməyəydin kaş «indi əcdadım bu məclisdə olsaydı, sevinclərindən dərilərinə sığmazdılar» deməyəydin. İlahi bizə zülm edən şəxsdən Özün haqq və intiqamımızı al!
And olsun Allaha Peyğəmbər onun Əhli-beyti və ciyərparaları Allahın lütf-mərhəmətində qərar tapacaqları gün (Qiyamət günü) Sən Allah qarşısında öz ətini-dərini didib-dağıdacaqsan. Allah Öz və’dəsinə əməl edəcəyi gün künc-bucaqda qalmış bu məzlumları bir yerə yığacaq. Allah Özü buyurur ki, «Allah yolunda öldürülənləri şəhid olanları heç də ölü zənn etmə! Xeyr onlar öz Rəbbinin yanında diri olub ruzi Cənnət ruzisi yeyirlər.» Ancaq səni nahaqdan müsəlmanların boynunda otuzduran şəxs (Müaviyə) ədalət Allah məhkəməsi Məhəmməd (səlləllahu əleyhi və alih) və sənin öz əl-ayağın sənin cinayətlərinə şəhadət verəcəyi gün biləcək ki sizlərdən hansınız daha bədbəxtsiniz.
Yezid ey Allahın düşməni və Allah düşməninin oğlu! And olsun Allaha sən mənim gözümdə elə dəyərli deyilsən ki mən səni danlayam (yə’ni sənin heç danlanmağa da ləyaqətin yoxdur) sənin heç təhqir olunmağa da ləyaqətin yoxdur. Ancaq nə edim yaş gözlərimdə həlqələnib ah-nalə sinəmdə fəqan edir. Hüseyn (əleyhissəlam) öldürüldükdən sonra Şeytan ordusu Peyğəmbər ailəsinin hörmətini qırmaqla müsəlmanların beytül-malından mükafat almaq üçün bizi Kufədən ağılsızlar məmləkətinə gətirdikdən sonra bu cəlladların əli bizim qanımıza sirab olduqdan sonra ac qurdlar pak cənazələrin üstündə at çapdıqdan sonra səni danlamaq tə’nə etmək hansı dərdə məlhəm olar? Əgər bizi öldürüb əsir etməklə xeyir qazandığını güman edirsənsə tezliklə başa düşəcəksən ki qazandığın ziyandan başqa bir şey deyil. Qiyamət günü gördüyün işin nəticəsindən başqa heç nə qazanmayacaqsan. O gün sən ibn Ziyadı öz köməyinə çağıracaq ibn Ziyad da səndən kömək istəyəcək. Sən və sənin yolunu gedənlər həmən gün Allahın ədalət məhkəməsində yığışacaq onda biləcəksən ki Müaviyənin sənin Axirət səfərin üçün hazırladığı ən yaxşı tədarük Peyğəmbər balalarını öldürməyin olub. And olsun Allaha ki mən Allahdan başqa heç kimdən qorxmur və Ondan başqa heç kəsə şikayət etmirəm! Hər nə istəyirsən elə! Hər nə hiylən var istifadə et! Hər nə düşmənçiliyin var göstər! Allaha and olsun sənin adına yapışan bu ləkə heç vaxt silinməyəcək. Allaha şükürlər olsun ki Cənnət gənclərinin ağasının (İmam Hüseynin) aqibətini səadətlə nəticələndirdi və Behişti onlara vacib etdi. Allahdan istəyirəm ki onların məqamını daha da ucaltsın və Öz rəhmətini onlara daha çox şamil etsin. Allah bacarıqlı himayədar və yaxşı köməkçidir.»1
Dağlanmış ciyərdən təqvalı qəlbdən qüvvət alan bu çıxışın necə nəticə verməsi mə’lumdur. Ən daşürəkli insan belə iman və təqva ilə üzləşdikdə, öz zəifliyini və rəqibin güclülüyünü görür bir neçə anlığa da olsa, bir qərar çıxarmaqdan aciz olur. Bütün saray ölüm sükutuna qərq olmuşdu. Yezid məclisdəkilərin simasında narazılıq əlaməti müşahidə edib dedi: «Allah öldürsün Mərcanənin oğlunu – (ibn Ziyadı) – mən Hüseyn əleyhissəlamın öldürülməsinə razı deyildim. »
Dördüncü İmamın təbliği mübarizələri
Zillət və alçaqlıqdan qurtarmaq izzət şərəf və azadlıq qazanmaq həqiqi təhriflər zülm və haqsızlara qarşı cəmiyyətdə əsaslı inqilab əmələ gətirmək üçün camaatı oyatmaq və ziyalılandırmaqdan başqa yol yoxdur. Deməli camaatın məs’uliyyət hiss etməsi üçün onları oyatmaq lazımdır. Bundan sonra inqilab öz-özünə yaranacaq.
Bu İmam Hüseyn əleyhissəlamın hərəkatının bir hissəsi idi. Birinci mərhələni özü və dostları şəhadətə çatmaqla yerinə yetirdilər. Ancaq inqilabın ikinci mərhələsi yə’ni Kərbəla inqilabını camaata çatdırmaq isə İmam Səccad (əleyhissəlam) və xanım Zeynəbin (səlamullahi əleyha) öhdəsində idi. Təkcə bu cür mübarizə ilə Bəni-Üməyyənin otuz neçə illik tör-töküntülərini aradan aparmaq Bəni–Üməyyəyə qarşı camaatı inqilaba çəkib Yezidin və Əməvilərin sarayını birdəfəlik yerindən tərpədib söküb-dağıtmaq olardı.
Əhli-beytin məzlumiyyətini ehtiva edən və Aşura gününün günortasından başlayan mübarizənin ikinci mərhələsi Həzrət Əli (əleyhissəlam) qızı xanım Zeynəbin (səlamullahi əleyha) Kufə bazarında ondan sonra isə elə həmən şəhərdə İmam Zeynül-abidin əleyhissəlamın kiçik və sadə lakin çox şüurlu və tə’sirli çıxışları ilə davam etdi.
Böyük əksəriyyəti əsirlərə tamaşa etməyə gəlmiş camaata İmam Səccad (əleyhissəlam) sakit olmalarını bildirdi. Hamı sakitləşdi. İmam Allaha həmd-səna etdikdən sonra buyurdu: «Camaat məni tanıyan tanıyır tanımayana isə indi özümü tanıtdıraram. Mən Əbu Talibin oğlu Əlinin oğlu Hüseyn oğlu Əliyəm. Mən hörmətini sındırdığınız mal-dövlətini qarət etdiyiniz və qohum-əqrəbasını əsir aldığınız şəxsin oğluyam. Mən Fərat çayı kənarında başı kəsilmiş adamın oğluyam. Halbuki, o nə bir kimsəyə zülm etmiş nə də kimə qarşısa hiylə işlətmişdi. Mən başı arxadan kəsilən şəxsin oğluyam. Bu mənim üçün böyük bir şərəfdir. Camaat siz atama məktub yazmadınızmı? Onunla bey’ət etmədinizmi? Onunla əhd-peyman bağladıqdan sonra onunla vuruşmağa başlamadınızmı? Nə pis iş nə pis düşüncə və hərəkətdir!
Əgər Allahın Peyğəmbəri sizə desə ki siz mənim övladlarımı öldürdünüz mənim hörmətimi qırdınız siz mənim ümmətimdən deyilsiniz onda nə üzlə ona baxarsınız?»
Bu qısa və ürəktitrədici sözlər o vahiməli və sıxıcı mühitdə tufan qaldırıb Kufə camaatının ruhunda elə tə’sir bağışladı ki dərhal hər tərəfdən şivən səsi ucaldı. Camaat bir-birinə deyirdi: “Bilmirsiniz bədbəxt oldunuz!” Əli ibn Hüseyn (əleyhissəlam) (İmam Səccad) buyurdu: «Mənim nəsihətimi qəbul edən və dediklərimi Allaha və Peyğəmbərinə xatir qulaqlarında sırğa edən şəxsi Allah bağışlasın. Bizim davranışımız Peyğəmbərin davranışı kimi olmalıdır. Çünki onun davranışı ən gözəl davranışdır.» Hamı dedi: “Ey Peyğəmbər balası! Biz sənə qulaq asır sənə itaət edib sənə vəfadarıq. Səndən ayrılmarıq kiminlə desən vuruşar kiminlə desən sülh edərik. Yezidi tutarıq. Biz zülmkarların sənə qarşı hərəkətinə nifrət edirik.” İmam Səccad (əleyhissəlam) buyurdu: «Heyhat (əsla) ey hiyləgərlər! Ey şəhvətlərinin (nəfslərinin) əsiri olanlar! Əcdadımla etdiyiniz rəftarı mənimlə də etmək istəyirsiniz? Yox, Allaha and olsun, hələ vurduğunuz yaradan qan axır, sinəm atam və qardaşlarımın ölümündən yaralıdır. Bu qəm-qüssənin acısı adamı boğur. Mənim qüssəm təsəlli tapmazdır. Sizdən istəyirəm ki nə bizdən nə də bizim əleyhimizə olasınız.»
İmam Səccad əleyhissəlamın ibn Ziyadla söhbəti
Ötən səhifələrdə qeyd etdik ki Bəni-Üməyyə hökuməti Cəbriyyə məzhəbindən istifadə edir və öz günahlarını Allahın iradəsi ilə əsaslandırırdılar. Bu yolla da camaatın fikrini azdırırdılar. İmam Səccad (əleyhissəlam) və xanım Zeynəb (səlamullahi əleyha) düşmənin bu hiyləsindən xəbərdar olduqları üçün ona qarşı ciddi mübarizə aparırdılar. Bu mübarizənin bariz nümunələrindən biri İmam Səccad əleyhissəlamın Kufədə ibn Ziyadla söhbətidir. Əhli-beyt əsirlərini ibn Ziyadın sarayındakı ümumi məclisə gətirdikdən və xanım Zeynəb (səlamullahi əleyha) ilə ibn Ziyad arasında kəskin söz-söhbət getdikdən sonra ibn Ziyadın gözü İmam Səccad əleyhissəlama sataşdı və dedi: “Bu kimdir?” Məclisdəkilərdən bə’ziləri dedilər: “Əli ibn Hüseyndir.” İbn Ziyad: “Məgər Allah Əli ibn Hüseyni öldürmədi?”
İmam Səccad (əleyhissəlam): “Mənim qardaşım var idi camaat ona da Əli İbn Hüseyn deyirdi. Siz onu öldürdünüz.”
İbn Ziyad: “Yox onu Allah öldürdü.”
İmam Səccad (əleyhissəlam): «Allah əcəli çatan kimsələrin canlarını ruhlarını onlar öldüyü zaman ölməyənlərin hələ əcəli çatmayanların canlarını isə yuxuda alar. Çünki yuxu da ölüm kimi bir şeydir yuxu zamanı ruhun bədənlə əlaqəsi kəsilir.
İbn Ziyad: “Nə cür’ətlə belə cavab verirsən? Aparın onun boynunu vurun.”
Bu zaman İmamət əmanətinin (İmam Səccadın) qoruyucusu xanım Zeynəb (səlamullahi əleyha) buyurdu: «Ey Ziyadın oğlu! Bizim kişilərimizdən birini də sağ qoymadın əgər onu öldürmək istəyirsənsə məni də onunla birlikdə öldür!»
İmam Səccad (əleyhissəlam) buyurdu: «Bibi sakit ol qoy onunla mən söhbət edim.» İmam sonra buyurdu: «Ey Ziyadın oğlu! Məni öldürməklə hədələyirsən? Bilmirsən ki ölüm bizim üçün adi bir iş şəhadət bizim üçün şərəfdir?»
İmam Səccad əleyhissəlamın Şamda buyurduğu xütbə
Bundan öncə də qeyd etdik ki Əhli-beyt əsirlərinin Şama səfəri İmam Hüseyn əleyhissəlamın inqilabının xəbərini yaymaqda və Yezidin çirkin və nankor hakimiyyətinin əsl mahiyyətini tanıtdırmaqda böyük rol oynadı. Onlar əsirlik libası ilə eynilə İmam Hüseyn əleyhissəlamın şəhadət libası ilə apardığı müqəddəs cihadı yerinə yetirdilər. Əsirlərin Şamda saxlanılması Müaviyənin qırx illik təbliğləri nəticəsində İslam və Peyğəmbər ailəsi haqqında düzgün mə’lumatı olmayan Şam camaatına İslam və Peyğəmbər (səlləllahu əleyhi və alih) barəsində düzgün mə’lumat verilməsi üçün yaxşı fürsət yaratdı. Buna görə də, əsirlər yeri gələn kimi bu barədə hərəkət edirdilər. Şamda olan günlərin birində İmam Səccad əleyhissəlamın buyurduğu xütbə bu arada çox əsaslı rol oynadı və Yezidi bütün camaat arasında rüsvay etdi.
Mərhum Əllamə Məclisi «Mənaqib» kitabının müəllifinə və başqa yazıçılara istinad edərək yazır: «Rəvayət edirlər ki bir gün Yezid məclis təşkil edib vaizə dedi ki Hüseyn (əleyhissəlam) və Əli əleyhissəlamın pisliklərinə dair söhbət etsin. Vaiz minbərə qalxıb Allaha həmd-səna etdikdən sonra Əli (əleyhissəlam) və İmam Hüseyn əleyhissəlamı pisləməyə başladı sonra da Müaviyə və Yezidi kifayət qədər tə’riflədi. İmam Səccad (əleyhissəlam) camaatın arasından uca səslə qışqırdı: «Vay sənin halına ey vaiz! Camaatın razılığını Allahın qəzəbi ilə dəyişdin və Cəhənnəmdə özünə yer hazırladın!» Sonra İmam Səccad (əleyhissəlam) əlavə edib buyurdu: «Yezid icazə verirsən bu çubuqların (minbərin) üstünə çıxım və Allahın Rizayəti olan və camaata əcr-savab verəcək bir neçə kəlmə söz deyim?» Yezid icazə vermədi. Camaat dedi: “Əmir icazə ver minbərə çıxsın bəlkə ondan bir söz eşitdik. (Görək nə deyir?)” Yezid dedi: “Əgər o bu minbərə çıxsa məni və Əbu Süfyanın ailəsini rüsvay etməyincə aşağı enməyəcək.”
Bir nəfər dedi: “Əmir məgər bu (gənc əsir) nə bilir və nə edə bilər?” Yezid dedi: “O elə bir ailədəndir ki onlar elmi uşaqlıqda südlə birgə əmmiş və elm onların qanına qatışmışdır.”
Camaat o qədər tə’kid etdi ki Yezid nəhayət icazə verdi. İmam Səccad (əleyhissəlam) minbərə qalxıb əvvəl Allaha həmd-səna etdi sonra isə elə bir xütbə buyurdu ki gözlərdən yaş axmağa ürəklər titrəməyə başladı.
İmam Səccad (əleyhissəlam) buyurdu: «Camaat Allah bizə (Peyğəmbər ailəsinə) altı üstünlük vermiş və yeddi fəzilətə görə bizi başqalarından üstün tutmuşdur.
Bizim altı üstünlüyümüz budur ki Allah bizə elm helm səxavət fəsahət şücaət vermiş və mö’minlərin qəlbində bizə qarşı məhəbbət hissi oyatmışdır. Yeddi fəzilətimiz isə odur ki Allahın seçilmiş peyğəmbəri doğru danışan (Əli ibn Əbu Talib (əleyhissəlam)) Cə’fər Təyyar Allahın və Allah peyğəmbərinin şiri (Həmzə) bu ümmətin iki böyük rəhbəri-Həsən (əleyhissəlam) və Hüseyn (əleyhissəlam) və Fatimeyi-Zəhra (səlamullahi əleyha) (ya da Həzrət Məhdi (əleyhissəlam)) bizdəndir.
Camaat kim ki məni tanıyır heç kim də tanımırsa indi özümü ona tanıtdıraram. Mən Məkkə və Minanın oğluyam. Mən Zəmzəm və Səfanın oğluyam. Mən Həcərül-əsvədi (Məkkədəki qara daşı) öz əbası arasında qaldırıb yerinə qoyan şəxsin oğluyam. Mən ehram bağlayıb təvaf və sə’y edən şəxsin oğluyam. Mən insanların ən yaxşısının (Peyğəmbərin) oğluyam. Mən (me’rac gecəsi) Məscidül-həramdan Məscidül-əqsaya aparılan şəxsin oğluyam. Mən (me’rac zamanı yeddinci göydəki) Sidrətül-müntəhaya çatan şəxsin oğluyam. Mən me’rac zamanı Allaha yaxın olduğundan onunla Allah arasında iki kamandan da az məsafə qalan şəxsin oğluyam. Mən asiman mələkləri ilə namaz qılan şəxsin oğluyam! Mən böyük Allahın ona vəhy etdiyi şəxsin oğluyam. Mən Məhəmməd Mustafanın (səlləllahu əleyhi və alih) oğluyam. Mən Əliyyi–Murtəza əleyhissəlamın oğluyam. Mən müşriklərə «La ilahə illəllah» deyənə qədər (müsəlman olanadək) vuruşan şəxsin oğluyam. Mən Allah Peyğəmbərinin hüzurunda iki qılınc və iki nizə ilə vuruşan şəxsin oğluyam. Mən iki dəfə hicrət edən Peyğəmbərlə iki dəfə bey’ət edən Hüneyn döyüşündə qəhrəmancasına vuruşan və bir an belə Allaha şəkk etməyən şəxsin oğluyam. Mən mö’minlərin ən salehinin peyğəmbərlər varisinin kafirləri məhv edən müsəlmanların rəhbəri mücahidlərin nuru abidlərin zinəti (Allah qorxusundan) ağlayanların fəxri sayılan səbirlilərin ən dözümlüsü Allah Peyğəmbərinin ailəsindən çıxmış ən yaxşı inqilab edən şəxsin oğluyam. Mənim nəslim (cədd-əqrəbam) o şəxsdir ki Cəbrail onun himayədarı Mikail onun köməkçisi özü də müsəlmanların himayədarı və namuslarının mühafizəçisidir. Mən dindən çıxanlarla (mariqinlə) əhd-peymanını dananlarla (nakisinlə) zalımlarla (qasitinlə) mübarizə aparıb Allahın kinli düşmənlərinə qarşı cihad edən şəxsin oğluyam. Mən Peyğəmbərə (səlləllahu əleyhi və alih) hamıdan qabaq iman gətirən müsəlmanların qabaqcılı olan və Qüreyşin ən üstün şəxsiyyəti sayılanın oğluyam. O zalımların düşməni müşrikləri məhv edən münafiqləri qırmaq üçün atılmış Allah oxu abidlərin hikmət dili Allah dininin köməkçisi Allahın tə’yin etdiyi rəhbər Allah hikmətinin gülzarı və Allah elminin mərkəzi idi. »
İmam Səccad (əleyhissəlam) daha sonra əlavə edib buyurdu: «Fatimeyi-Zəhranın (səlamullahi əleyha) oğlu mənəm. Qadınlar şahının (Xanımlar xanımının) oğlu mənəm. »
İmam Səccad (əleyhissəlam) özünü əslində isə İmamət şəcərəsini tanıtdırmaq üçün o qədər söz dedi ki camaatın ağlamaq səsi göyə ucaldı.
Yezid çaxnaşma düşəcəyindən qorxub azançıya əmr etdi ki azan versin. Azançı ayağa qalxıb azan deməyə başladı: «Əllahu əkbər Əllahu əkbər.»
İmam Səccad (əleyhissəlam) buyurdu: «Bəli heç bir şey Allahdan böyük deyil.»
Azançı «Əşhədu əlla ilahə illəllah» deyəndə, İmam Səccad (əleyhissəlam) buyurdu: «Bəli mənim tük dəri ət və qanım Allahın təkliyinə şəhadət verir.» Elə ki azançı «Əşhədu ənnə Muhəmmədən rəsulullah» dedi İmam Səccad (əleyhissəlam) minbərin üstündən üzünü Yezidə tutub buyurdu: «Yezid Məhəmməd (səlləllahu əleyhi və alih) mənim cəddimdir yoxsa sənin cəddin? Əgər desən ki, sənin cəddindir yalan demiş və haqqı danmış olarsan. Yox əgər desən ki mənim cəddimdir bəs onda nə üçün onun övladlarını öldürdün?»
Təxminən on dördüncü əsr tarixçisi İmaməddin Təbəri «Kamili-Bəhayi» kitabında İmam Səccad əleyhissəlamın xütbəsinin sonunda yazır: (İmam Səccad (əleyhissəlam)) buyurdu: «Ey Yezid! Bu hörmətli və kəramətli Peyğəmbər mənim cəddim olmuşdur yoxsa sənin cəddin? Əgər desən sənin cəddin olub bütün camaat biləcək ki sən yalan deyirsən yox əgər desən ki, mənim cəddim olub bəs onda nə üçün atamı günahı olmaya-olmaya şəhid edib mal-dövlətini qarət edərək ailəsini əsir aldın?» Bunu deyib əlini atdı yaxasına yaxasını cırıb ağlayaraq buyurdu: «And olsun Allaha əgər dünyada bir nəfər varsa ki Peyğəmbər onun cəddi olmuş olsun o da mənəm. Bəs nə üçün bu kişi (Yezid) mənim atamı zalımcasına öldürdü və bizi (Roma imperiyasından tutulmuş) əsirlər kimi gətirdi?» İmam sonra əlavə edib buyurdu: «Ey Yezid! Bu cür iş görürsən sonra da «Muhəmmədun rəsulullah» deyib üzü qibləyə durursan? Vay olsun sənin halına! Qiyamət günü atam və cəddim sənin düşmənin olacaqlar.»
Məl’un Yezid bu zaman azançının üstünə qışqırdı ki iqamə de. Məclisdə böyük səs-küy əmələ gəldi. Kimisi namaz qılıb kimisi də namaz qılmadan dağılıb getdi.»

Aşura inqilabının nəticələri
İmam Hüseyn əleyhissəlamın inqilabı İslam cəmiyyətinə böyük tə’sir və nəticələr bağışladı. İndi həmin nəticələrin bir neçəsini nümunə üçün qeyd edib araşdıracağıq.
1. Hakim dairələrin rüsvayçılığı
Bəni-Üməyyə sülaləsi öz hakimiyyətinə din adı verib İslam hökuməti adlandırdığı həmçinin, Peyğəmbər canişini adı ilə camaata hakim olduqları və öz dini mövqelərini cəmiyyətdə qoruyub saxlamaq cürbəcür üsullardan (məsələn, yalançı hədis düzəltməklə şair və tarixçiləri özlərinə cəlb etməklə Cəbriyyə kimi məzhəbləri yaymaqla) istifadə etdikləri üçün İmam Hüseyn əleyhissəlamın inqilabı onların hökumətinə ağır zərbə vuraraq onları rüsvay etdi. Xüsusilə qeyd etmək lazımdır ki Yezidin qoşunu Aşura hadisəsində su yolunu bağlamaq, uşaqları öldürmək, Peyğəmbər ailəsini, arvad-uşaqları əsir etmək kimi insanlıqdan uzaq olan bir sıra işlər onların rüsvayçılığında böyük rol oynadı və bununla da, Yezid özünə camaatın nifrətini qazandı. Belə ki həmən dövrün şəxsiyyətlərindən biri olan Mücahid deyir: “And olsun Allaha camaat hamı bir nəfər kimi Yezidi lə’nətləyib söydü və ona eyb tutub ondan üz döndərdi.”
Yezid qələbəsinin əvvəlində şad və qürurlu görünməsinə baxmayaraq camaatın e’tirazı nəticəsində bu şadlığı itirib İmam Hüseyn əleyhissəlamın öldürülməsinin günahını Übeydullah ibn Ziyadın (Kufə hakiminin) boynuna atdı. Tarixçilər deyirlər: “Yezid Aşura hadisəsindən sonra Übeydullah ibn Ziyadı göstərdiyi xidmətə görə mükafatlandırmaq üçün Dəməşqə də’vət etdi. Ona çoxlu mal-dövlət və bahalı hədiyyələr verdi. Onu öz yanında otuzdurub məqamını yüksəltdi öz hərəmxanasına aparıb özünə həmsöhbət etdi.” Ancaq camaatın e’tirazı artdığı üçün tez bir zamanda özünü kənara çəkib bütün məs’uliyyəti ibn Ziyadın boynuna atdı.
İbn Əsir yazır: “Elə ki İmam Hüseyn əleyhissəlamın başını Yezidin hüzuruna apardılar İbn Ziyadın mövqeyi onun yanında möhkəmləndi onun bu hərəkətindən xoşhal olub ona hədiyyə verdi. Ancaq çox çəkmədi, Yezidə xəbər çatdı ki camaat onun bu işindən bərk qəzəblənmiş və onu lə’nətləyib söyür. Buna görə də, Yezid İmam Hüseyn əleyhissəlamı öldürməkdən peşiman oldu. O deyirdi: “Kaş əziyyətə qatlaşıb Hüseyn əleyhissəlamı öz evimə gətirəydim İslam Peyğəmbərinə xatir və Hüseyn əleyhissəlamın ona olan qohumluğu hörmətinə hökuməti ona təhvil verəydim. Allah Mərcanənin oğluna (İbn Ziyada) lə’nət etsin. Hüseyn əleyhissəlamı bu işə o məcbur etdi. Halbuki, İmam Hüseyn (əleyhissəlam) bildirmişdi ki, o, bey’ət etməyəcək, ya onu azad buraxsınlar ya da onun sərhəd kənarlarından birinə çəkilməsinə izn versinlər. Ancaq Mərcanənin oğlu onun bu təklifi ilə razılaşmadı onu qətlə yetirməklə camaatda mənə qarşı kin-küdurət nifrət yaratdı və müsəlmanların qəlbində mənə qarşı düşmənçilik toxumu səpdi. İndi hər yerindən duran mənimlə düşmən olmuşdur. Bu nə müsibət idi ki Mərcanənin oğlu mənim başıma gətirdi? Allah ona lə’nət eləsin və onu Öz qəzəbinə düçar etsin.” Digər tərəfdən də, Yezid əvvəl Əhli-beyt əsirləri ilə kobud rəftar etmiş və onların xaraba bir evdə saxlanılmasına əmr vermişdi. Ancaq camaatın e’tirazı nəticəsində çox çəkmədi ki onlarla mülayim davranmağa başladı yerlərini dəyişərək dedi: “İstəyirsinizsə, sizi Mədinəyə göndərim.”
İmadəddin Təbəri bu barədə yazır: “Xanım Zeynəb (səlamullahi əleyha) Yezidin yanına bir nəfər göndərib İmam Hüseyn əleyhissəlama əzadarlıq etmək üçün icazə istədi. Yezid icazə verib bildirdi ki onları əzadarlıq etmək üçün Darul-hicarəyə aparsınlar, qoy orada ağlasınlar. Yeddi gün orada əzadarlıq etdilər. Hər gün oraya o qədər qadın gəlirdi ki, heç sayı-hesabı yox idi. Camaat Yezidin evinə tökülüb onu öldürmək istəyirdi. Mərvan bu işdən xəbər tutub Yezidin yanına gəldi və dedi ki Əhli-beytin orada qalması sənin taxt-tacın üçün heç məsləhət deyil. Yaxşı olar ki onları Mədinəyə göndərəsən. And olsun Allaha bu qadınlar sənin hökumətinin axırına çıxacaqlar.
Yezid İmam Səccad əleyhissəlamı yanına çağırıb öz kənarında əyləşdirdi şirin-şirin danışaraq dedi: “Allah Mərcanənin oğluna lə’nət eləsin. Əgər mən sənin atanın tərəf müqabili olsaydım işi bu yerə çatmağa qoymazdım və məndən nə istəsəydi razılaşardım. Ancaq olan oldu keçən keçdi. Mədinəyə çatdıqdan sonra bir işin olsa mənə məktub yaz.” İmam Səccad əleyhissəlama xalat verib qadınlar üçün də hədiyyələr göndərdi. Ancaq deyirlər ki qadınlar hədiyyələrin heç birini qəbul etmədilər.”
Yezid Aşura hadisəsindən sonra cəmi dörd il yaşadı. Ancaq onun bu nankorluğu Bəni-Üməyyə üçün əbədi rüsvayçılıq miras qoydu. Belə ki, Yeziddən sonrakı azacıq ağlı olan Əməvi xəlifələri Yezidin gördüyü işləri təkrar etməkdən çəkinirdilər. Bu barədə İslamın görkəmli tarixçisi Yə’qubi yazır: “Əbdülməlik ibn Mərvan (öz hakimiyyəti dövründə) onun tərəfindən Hicaza vali seçilmiş Həccaca yazdı ki məni Əbu Talibin övladlarının qanına bulaşdırma. Mən özüm gördüm ki Hərbin (Əbu Süfyanın) ailəsi onlarla düşmənçilik etdi nəticədə süquta uğradı.”
2. Şəhadət sünnəsinin dirçəlməsi
İslam Peyğəmbəri Allaha iman əsasında qurulmuş yeni bir din gətirməklə şəhadət sünnəsini yaydı. Tarixin şahidliyinə əsasən, müsəlmanların şanlı qələbələrinin bir çoxunun səbəbi onların Allah yolunda haqqın qalib gəlməsi üçün şəhadətin pişvazına çıxmaları olmuşdur. Ancaq Peyğəmbərin vəfatından sonra İslam hökumətinin öz həqiqi yolundan çıxması şəhərlərin fəth olunmasının artması əldə olunan qənimətlərin xilafət mərkəzinə keçməsi və bir çox başqa səbəblər nəticəsində yavaş-yavaş müsəlmanlar öz döyüş ruhiyyələrini itirib başlarını rifah və asayişə qatdılar. Belə ki hər kəs hər hansı yolla olursa-olsun, hökuməti ələ keçirir camaat da rahat yaşayışın əldən çıxacağından qorxub heç bir müqavimət göstərmədən ona tabe olurdu. İslam adı ilə camaata hakimlik edən zalım hakimlər də bundan istifadə edirdilər.
Bəni-Üməyyənin hökuməti möhkəmləndikcə, bu vəziyyət daha da artırdı. Müaviyənin ömrünün axır-axırında və Yezidin hakimiyyətinin əvvəllərində isə bu vəziyyət öz kuliminasiya nöqtəsinə çatdı.
O dövrdə qəbilə başçıları əsasən mal-dövlət və gücə tabe idilər. Öz vicdan və şəxsiyyətlərini dünyanın dəyərsiz mal-dövlətinə satırdılar. O dövrün dini–siyasi rəhbərləri Übeydullah ibn Ziyadın ailəsindən tamamilə xəbərdar olduqları halda yenə də onun qarşısında baş əyirdilər. Bu cür adamlar nə təkcə Yezid və İbn Ziyadın hətta onların köməkçilərinin də qarşısında mumiya kimi yumşaq və sözəbaxan idilər. Çünki mal-dövlət ad-san hamı onların ixtiyarında idi və bu cür adamlar onlara yaxınlaşmaqla mal-dövlət əldə edib ad-san qazana bilərdilər.
Alçaqlıqda birinci dəstədən heç də geri qalmayan ikinci dəstə isə avam camaatın başını aldadan “mö’minlər” və “zahidlər” idilər. Onlar riyakarlıqla özlərini təqvalı göstərir və bu yolla yağlı tikələr əldə edirdilər. Öz dövrlərinin zalım hakimlərinin rəğbətini qazandıqda onların ətrafındakılarla bir sırada dururdular.
O dövrün camaatı bu cür insanları çox yaxşı tanıyırdı. Bu cür insanların çirkin əməlləri ilə o qədər ünsiyyətdə olmuşdular ki daha onların gördüyü işlər camaatın nəzərində adi və təbii görünür və heç bir e’tiraza səbəb olmurdu. O dövrün adi camaatının yaşayışı da belə idi ki onların yeganə məqsəi öz şəxsi ehtiyaclarını tə’min etmək idi. Hamı öz şəxsi həyatı üçün iş görür hərə öz şəxsi məqsədinə çatmaq üçün çalışırdı və heç kəsin şəxsi məqsəddən başqa heç bir fikri yox idi. Cəmiyyəti və onun böyük çətinliklərini heç bir adi şəxs nəzərə almırdı. Diqqətlərini cəlb edən yekanə şey vardısa, o da məvaciblərinin kəsilməməsi idi və buna çox diqqətlə yanaşırdılar. Camaat məvacibinin kəsilməsindən qorxub qəbilə başçılarının əmrlərini əyər-əskiksiz yerinə yetirirdi. Elə buna görə də, zülm və haqsızlıqla üzləşdikdə, heç bir e’tiraz etmirdilər.
İmam Hüseyn əleyhissəlamın inqilabı bu vəziyyəti tamamilə dəyişdirdi və cəmiyyət arasında şəhadət sünnəsini şəhadət ruhiyyəsini oyatdı. İmam Hüseyn (əleyhissəlam) öz inqilabı ilə müsəlmanların olacaq həyatı üzərindəki pərdəni kənara çəkərək onlara yeni bir yol göstərdi. Düzdür bu yolda çətinliklər, məhrumiyyətlər var ancaq rüsvay olmaq alçalmaq yoxdur.
İmam Hüseyn (əleyhissəlam) inqilabının cəmiyyətdə igidlik və hünər ruhiyyəsini oyatmasının tə’sir dərəcəsinin aydın olması üçün nəzərə almaq lazımdır ki İslam cəmiyyəti Aşura hadisəsi baş verməmişə qədər (“Hicr hərəkəti” kimi səthi e’tirazlar istisna olmaq şərti ilə) iyirmi il sükut içərisində yaşamış və nisbətən çox olan bu müddətdə inqilab üçün şəraitin hazırlanmasına baxmayaraq kiçik də olsa, belə bir ictimai e’tiraz baş verməmişdi.
Həzrət Müslim əleyhissəlamın gəlişi nəticəsində yaranmış Kufə camaatının hərəkatı da yalançı bir hədə-qorxu – Şam ordusunun gəlişi ilə dağıldı.
Kərbəla inqilabı cəmiyyətin dini vicdanını oyatdı və elə bir ruhiyyə dəyişikliyi əmələ gətirdi ki onun şüası hər tərəfi bürüdü. Bu da camaata öz din şəxsiyyət və şərafət hörmətini qorumaq camaat arasında itib batmış mübarizə ruhiyyəsini oyatmaq və ölmüş qəlblərə yeni nəfəs verib onları həyata qaytarmaq üçün kifayət edirdi. Bu dəyişiklik və oyanışın ilkin nümunəsi Abdullah ibn Əfif Əzdinin Kufədə etdiyi e’tiraz idi. İbn Ziyad döyüşdən sonra qələbə münasibətilə söylədiyi birinci çıxışını İmam Hüseyn əleyhissəlama nalayiq sözlər deməyə başladığı zaman kor bir kişi olan Abdullah ibn Əfifin e’tiraz sədası ilə üzləşdi. İbn Ziyad onun həbs olunmasını əmr etdi. Abdullahın qəbiləsindən olan adamlar onu aradan çıxarıb tez evə çatdırdılar. İbn Ziyad onu tutmaq üçün bir dəstə mə’mur göndərdi. Abdullah onlara qarşı şücaətlə müqavimət göstərsə də, axırda tutulub şəhadətə yetişdi.
3. İslam ümmətində qiyam
İmam Hüseyn əleyhissəlamın böyük və hünər yaradan inqilabı İslam cəmiyyətində baş vermiş çoxsaylı qiyam və hərəkatların başlanğıcı oldu. İndi onlardan bir neçəsini oxucuların nəzərinə çatdırırıq.
a) Təvvabin qiyamı
İmam Hüseyn əleyhissəlamın şəhadətinin ilk müsbət nəticəsi Kufə şəhərində “Təvvabin” hərəkatı oldu. Elə ki İmam Hüseyn (əleyhissəlam) şəhadətə yetişib ibn Ziyad Nüxeylədəki hərbi hissəsindən şəhərə qayıtdı Aşura hadisəsində İmam Hüseyn əleyhissəlamın yanında olma fürsətini əldən vermiş şiələr özlərini möhkəmcə danladılar. Onlar indi başa düşdülər ki böyük səhvə yol veriblər. Çünki onlar əvvəl İmam Hüseyn əleyhissəlamı Kufəyə də’vət etmiş sonra isə ona kömək etməkdən imtina etmişdilər. İmam Hüseyn (əleyhissəlam) da onların bu də’vətinə əsasən, İraqa gəlmiş onların şəhəri yaxınlığında şəhadətə çatmış onlar isə heç yerlərindən belə tərpənməmişdilər. Onlar başa düşdülər ki İmam Hüseyn əleyhissəlamın qatillərindən qisas almayınca ya da bu yolda ölməyincə bu alçaqlıq ləkəsi onların üstündən götürülməyəcək. Bu fikrə əsasən, şiələr Kufədə olan beş nəfər rəhbərlərinin – Süleyman ibn Sürəd Xüzai Müsəyyib ibn Nəcəbə Fəzari Abdullah ibn Sə’d Nüfeyl Əzdi Abdullah ibn Val Təmimi və Rüfaə ibn Şəddad Bəcəlinin yanına getdilər. Süleyman ibn Sürədin evində məclis quruldu. Əvvəl Müsəyyib ibn Nəcəbə sözə başlayıb kiçik bir müqəddimədən sonra belə dedi: “. Biz həmişə öz mövhumi xeyirlərimizin ardınca olub öz dostlarımızı tə’rifləmişik. Ancaq Allahın Peyğəmbər balası üçün irəli çıxardığı bu imtahanda bizim yalanımız aşkar oldu. Biz bu imtahandan başıaşağı və xəcalətli çıxdıq və hər cəhətdən Peyğəmbər balasına soyuq yanaşdıq. Hüseyn (əleyhissəlam) – Peyğəmbər balası bizə məktublar yazdı qasidlər göndərdi və dəfələrlə istər aşkara istərsə də, gizlicə bizdən kömək istədi və hər cür bəhanənin qarşısını aldı. Biz isə onun yolunda canımızı əsirgədik. Nəticədə bizim qulağımız dibində (yaxınlığımızda) acınacaqlı şəkildə şəhid edildi. Biz o qədər süstlük etdik ki nə dil və əməlimizlə ona kömək etdik nə öz mal-dövlətimizlə onun köməyinə tələsdik nə də öz qəbilələrimizi onun köməyinə çağırdıq. İndi Allah və Onun Peyğəmbəri qarşısında nə üzrümüz var? And olsun Allaha, üzrümüz ancaq bu ola bilər ki ya Hüseyn əleyhissəlamın qatillərini öz cəzalarına çatdıraq ya da bu yolda ölək. Bəlkə Allah bizdən razı qala. ”
Sonra isə bir neçə nəfər də sərt çıxışlar etdi. Daha sonra isə bu dəstəyə başçı seçilmiş Süleyman ibn Sürəd Xüzai aşağıdakı məzmunda bir çıxış etdi: “Biz Peyğəmbər ailəsinin gəlməsinin intizarında idik və onlara kömək və’dəsi verib İraqa gəlməsini dəstəklədik. Ancaq elə ki bizim istəyimiz yerinə yetdi və Peyğəmbər balası bizim diyara gəldi biz süstlük edib zəiflik göstərdik. Günü-günə satmaqla vaxt keçirib hadisələrin intizarında oturduq. Nəticədə də, Peyğəmbər balası şəhid edildi. İndi ayağa qalxın və qılınca əl atın! Çünki Allahın qəzəbinə düçar olmusunuz. Nə qədər ki Allahın Rizayətini cəlb etməmisiniz arvad-uşaqlarınızın yanına qayıtmayın. Peyğəmbər balasının qanını almayınca, Allah sizdən razı olmayacaq. Ölümdən qorxmayın. And olsun Allaha kim ki ölümdən qorxur o zillət və məğlubiyyətə məhkumdur. Gərək Bəni-İsrail kimi olasınız. Musa Peyğəmbər onlara buyurdu: “Siz buzova sitayiş etməklə həqiqətən özünüzə zülm etdiniz. Buna görə də, yaradanınıza tərəf üz tutaraq tövbə edin özünüzü (Tanrı bilən adamlarınızı) öldürün.”
Bu yığıncaqdan sonra Süleyman ibn Sürəd, Sə’d ibn Hüzeyfə ibn Yəmana və digər Mədain şiələrinə məktub yazaraq hadisənin gedişatını onlara çatdırdı və onlardan kömək istədi. Onlar Süleymanın də’vətini qəbul etdilər. Həmçinin, Süleyman ibn Sürəd Müsənna ibn Müxrimə Əbdiyə və digər Bəsrə şiələrinə də məktub yazdı. Onlar da Süleymana müsbət cavab verdilər.
Təvvabin hərəkatının səbəbi
Təvvabin dəstəsi bu fikirdə idi ki İmam Hüseyn əleyhissəlamın qətlinin günahkarı ilk növbədə camaat yox Bəni-Üməyyə hökumətidir. Buna görə də, intiqam məqsədi ilə Şama tərəf hərəkət edib dedilər ki Bəni-Üməyyədən intiqam aldıqdan sonra Kufə cinayətkarlarının işinə yetişəcəyik.
Qeyd etdiyimiz kimi bu hərəkatın səbəbi günahdan peşiman olmaq və səhvi düzəltmək idi. Təvvabin dəstəsinin çıxış məktub və xütbələrindən peşmançılıq və günahı aradan aparmaq fikri açıq-aydın hiss olunur. Kim onların bu çıxış məktub və xütbələrini oxusa bu mövzunu asanlıqla dərk edə bilər. Elə bu səbəbə görə də, Təvvabin hərəkatı zahiri araşdırmada intiharamiz bir qiyam şəklində nəzərə çarpır. Təvvabinin yeganə məqsədi intiqam almaq və öz günahlarını yumaq idi və bundan başqa heç bir ayrı fikirləri yox idi. Onlar nə qələbə etmək fikrində idilər nə də hökumətə gəlmək istəyirdilər. Təkcə məqsədləri intiqam idi. Onlar evlərindən çıxarkən yəqin bilirdilər ki bir daha geri dönməyəcəklər. Onlar öz məqsədlərinə çatmaq uğrunda ölmək arzusunda idilər. Hətta düşmən onlara aman da vermişdi ancaq onlar bu amandan imtina etmişdilər. Çünki onlar amanı hərəkatın məğlub olmasına uğrayacaq bir tor bilirdilər.
Təvvabin hərəkatının qüvvələri
Təvvabin hərəkatına qoşulanlar təkcə şiələr deyildi. O cümlədən vəziyyətin dəyişməsini istəyən və Əməvi hökumətinin zülmündən qanlı bir hərəkatla azad olmaq istəyən bütün qüvvələr də Təvvabin hərəkatına qoşulmuşdular. Düzdür bu qiyamın əsasən intiqam xarakteri daşımasına və qiyamçıların şəhadət fikrində olduqlarına görə bir çoxları bu hərəkata qoşulmadılar. Süleyman ibn Sürədin siyahısında on altı min nəfər ad yazdırmış və bu ədədin yalnız beş min nəfəri qiyamda iştirak etmişdi. Şam ordusunun sayı isə otuz min nəfər idi. Əlbəttə, bunun da səbəbi mə’lumdur. Öz məsləki uğrunda yüksək səviyyədə fədakarlıq göstərib şəhadət tələb edən şiələrin vurğunu olan şəxslər təbii ki hər zaman azlıq təşkil edirlər.
Təvvabin hərəkatının əməliyyatı
Təvvabin hərəkatı hicrətin altımış birinci ilində başlandı. Təvvabin bu tarixdən e’tibarən döyüş hazırlıqları görüb camaatı gizlicə İmam Hüseyn əleyhissəlamın intiqamını almağa çağırırdı. Camaat da istər şiə istərsə də başqaları onlara birləşirdi. Təvvabin qiyamı hazırlanan zaman Yezid öldü. Təvvabin camaatla həmkarlıq etmək üçün ətraf məntəqələrə qasidlər göndərdi. Bu zaman qiyamçılar ehtiyatı kənara qoyub açıq-aşkar silah toplamağa başladılar. Nəhayət hicrətin altımış beşinci ili rəbiüs-sani ayının beşinci günü cümə axşamında qiyamın ilk şö’ləsi alovlandı. Həmən gecə Təvvabin İmam Hüseyn əleyhissəlamın pak məzarına tərəf hərəkət etdi. Elə ki İmam Hüseyn əleyhissəlamın qəbrinin üstünə yetişdilər ürəkdən bir fəryad edib özlərindən çıxaraq aşağıdakı cümlələri göz yaşlarına qatdılar: “İlahi! Biz Peyğəmbər (səlləllahu əleyhi və alih) balasına kömək etmədik. Bizim ötən günahlarımızı bağışla və tövbəmizi qəbul et! Hüseyn (əleyhissəlam) və onun şəhid olmuş həqiqi dostlarının ruhuna rəhmət göndər. Biz şəhadət veririk ki Hüseyn əleyhissəlamın şəhid olduğu məslək fikrindəyik. İlahi! Əgər bizim günahlarımızı bağışlamasan bizə rəhmət gözü ilə baxmasan ziyankar və bədbəxt olarıq. ”
Bu şüurlu və həyacanlı hadisədən sonra şəhidlərin qəbrindən aralanıb Şama tərəf hərəkət edərək Eynül-vərdə adlı bir yerdə Şam ordusu ilə üz-üzə gəldilər. Şam ordusuna Übeydullah ibn Ziyad başçılıq edirdi. Üç gün davam edən ağır döyüşdən sonra Təvvabin qiyamı məğlubiyyətə uğradı. Hərəkatın başçıları Rüfaə ibn Şəddad Bəcəli istisna olmaqla hamı şəhid oldu. Ordunun qalan hissəsi Rüfaənin başçılığı ilə Kufəyə qayıdıb orada fəaliyyət göstərən Muxtarın tərəfdarlarına birləşdi.
Təvvabin qiyamının ictimai və aydın bir məqsəd güdməsinə və tez bir zamanda məğlub olmasına baxmayaraq o Kufə camaatına böyük tə’sir bağışladı və ümumi fikri bəni-Üməyyəyə qarşı mübarizə etməyə hazırladı.
b) Muxtar qiyamı
Hicrətin altımış altıncı ili Muxtar ibn Əbu Übeyd Səqəfi İmam Hüseyn əleyhissəlamın qatillərindən intiqam almaq üçün İraqda qiyam etdi.
Həzrət Müslim (əleyhissəlam) Kufəyə gəldikdən sonra Muxtar onunla yaxından həmkarlıq edirdi. Həzrət Müslim əleyhissəlamın ibn Ziyad tərəfindən tutulub şəhid olması ilə həmzaman Muxtar da ibn Ziyadın əmrilə tutulub həbs edilmişdi. O Aşura hadisəsindən sonra (bacısının həyat yoldaşı) Abdullah ibn Ömərin Yezidin yanındakı vasitəçiliyi ilə həbsdən azad edildi. O vaxt Abdullah ibn Zübeyr Məkkədə qiyam qaldırıb özünü müsəlmanların xəlifəsi e’lan etdiyi üçün Muxtar da Məkkəyə tərəf yola düşüb Abdullah ibn Zübeyrlə əlbir oldu.
Hicrətin altımış dördüncü ili Yezidin ölümündən beş ay sonra Muxtar İraq camaatının Bəni-Üməyyə hökumətinə qarşı qiyama hazır olduğunu və onların Abdullah ibn Zübeyrin hakimiyyətinə meylsiz olduqlarını görüb Kufəyə gələrək öz fəaliyyətinə başladı.
Abdullah ibn Zübeyrin İraqdakı nakamlığının səbəbi
İraq camaatının əvvəl Abdullah ibn Zübeyrin ətrafına toplaşmasını sonra isə Muxtarın də’vətini qəbul edib Abdullah ibn Zübeyrə qarşı e’tiraz etməsinin səbəbini bilmək üçün nəzərə almalıyıq ki İraq əhalisinin o dövrdə iki əsas tələbi var idi: Biri ictimai islahat və mövliyaları (Bəni-Üməyyə hakimiyyəti altında zülm çəkən qeyri-ərəb müsəlmanlardan) himayə etmək ikincisi isə Bəni–Haşimin qanının qisasını Əməvilərdən almaq. Bu iki tələbin yerinə yetiriləcəyinə ümid edərək İraq camaatı Abdullah ibn Zübeyrin başına toplaşdı. Çünki o həm Əməvilərin düşməni idi həm də zahirdə özünü zahid şəxs kimi göstərib dünyaya e’tinasız yanaşırdı. Əmələ gəldikdə isə, mə’lum oldu ki Abdullah ibn Zübeyrin hakimiyyətinin Bəni–Üməyyə hakimiyyəti ilə heç də elə bir fərqi yoxdur. Düzdür Abdullah ibn Zübeyr İraqı Əməvilərin hakimiyyəti altından çıxara bildi lakin Aşura faciəsində çox böyük cinayətlər törətmiş Şimr ibn Zil-Cövşən Şəbəs ibn Rəbiə Əmr ibn Həccac kimi canilər nə təkcə hələ də Kufədə yaşayırdılar hətta hökumətin (Abdullah ibn Zübeyrin hökumətinin) ən yaxın adamlarından olmuşdular. Abdullah ibn Zübeyr ədalətin icra olunması nöqteyi-nəzərindən də, iraqlıların istəyini tə’min etmədi. Çünki mövliyalar hələ də Bəni–Üməyyə hakimiyyəti dövründə olduğu kimi məhrumiyyət içərisində güzəran keçirirdilər. Bütün qüdrət və imkanlar yenə də qəbilə başçılarının əlində idi. İraqlıların bu iki tələbinin tə’min olunmaması camaatın Abdullah ibn Zübeyrin ətrafından dağılıb Muxtarı himayə etməsinə səbəb oldu.
Muxtar öz də’vətinin Həzrət Əli əleyhissəlamın oğlu Məhəmməd Hənəfiyyə ilə bağlılığını bildirdi. Elə bu da camaatın onun hökumətinə qarşı arxayınçılığına səbəb oldu. O “Hüseyn əleyhissəlamın qanının intiqamı naminə irəli” şüarı altında hərəkata başladı ki bu məsələ də iraqlıları öz tələblərinin tə’min olunacağına ümidvar edirdi. Muxtar hakimiyyət başına gələndən sonra mövliyaları himayəyə götürərək onların ictimai hüquqlarının tə’min olunması üçün mühüm addımlar atdı. Muxtarın bu hərəkəti ərəb qəbilə başçılarının onun əleyhinə çıxış etməsinə səbəb oldu. Onlar Abdullah ibn Zübeyrin ordusundan kömək alaraq Muxtarla döyüşə hazırlaşdılar. Müxalif dəstələrin başında İmam Hüseyn əleyhissəlamın qatilləri dururdu. Bu məsələ də qiyamçıların (Muxtarın dəstəsinin) təmkinli olmasına və sonadək müqavimət göstərib qələbə qazanmaq fikrində olmalarına səbəb oldu.
Muxtar İmam Hüseyn əleyhissəlamın qatillərini möhkəm izləyərək onları öz cəzalarına çatdırdı. Belə ki bir gün ərzində onlardan iki yüz səksən nəfərini qətlə yetirdi və qaçıb aradan çıxmış bir neçə cinayət başçılarının evlərini viranəliyə çevirdi. O cümlədən Məhəmməd ibn Əş’əsin evini sökdürüb əmr etdi ki onun ev ləvazimatı ilə vaxtikən Həzrət Əli əleyhissəlamın fədakar dostu olub şəhid olmuş Hicr ibn Ədinin Ziyad ibn Mərcanə tərəfindən sökülmüş evini tə’mir etsinlər.
4. Bəni-Üməyyənin süqutu
Təvvabin və Muxtar qiyamları haqqında qısaca mə’lumatları ona görə verdik ki bu qiyamlar İmam Hüseyn əleyhissəlamın şəhadətindən az sonra baş vermişdir. Ancaq bunu da bilirik ki İmam Hüseyn əleyhissəlamın inqilabından nəş’ələnmiş hərəkatlar təkcə bu iki qiyamla bitmir. Sonrakı illərdə də neçə-neçə qiyamlar baş vermişdir. Onların ən böyüyü hicrətin yüz otuz ikinci ilində qələbə ilə başa çatan və Bəni-Üməyyənin hökumətinə son qoyan Abbasilər qiyamı olmuşdur. Abbasilər qiyamının qalib gəlməsinin ən başlıca səbəbi Bəni-Üməyyənin Bəni-Haşimə qarşı etdiyi zülmləri və həmçinin, bu sülalənin məzlumiyyətini aşkar etmələri oldu. Camaatın qəzəbini Bəni-Üməyyəyə qarşı artırmaq baxımından İmam Hüseyn əleyhissəlamın şəhadətini xatırlatmaq böyük tə’sir bağışlamışdı. Tarixçilər yazırlar: “Elə ki sonuncu Əməvi xəlifəsi Mərvanın kəsilmiş başını ilk Abbasi xəlifəsi Əbül-Abbasın hüzuruna gətirdilər Əbül-Abbas uzun-uzadı bir səcdə etdi. Başını səcdədən qaldırdıqdan sonra Mərvanın kəsilmiş başına xitab edərək dedi: “Şükr olsun Allaha ki mənim qisasımı səndən və qəbiləndən aldı. Şükr olsun Allaha ki mənə sənin üzərində qələbə qazandırdı.” Sonra əlavə edib dedi: “İndi mənim üçün nə vaxt öləcəyim mühüm deyil çünki Hüseyn əleyhissəlamın intiqamı naminə Bəni-Üməyyədən iki min nəfəri öldürdüm.”
Bəni–Üməyyə nümayəndələrinin sağ qalanlarının ölümcül cəsədlərini Əbül-Abbasın hüzurunda bir-birinin üzərinə yığdıqdan sonra o əmr etdi ki cəsədlərin üstündə süfrə salıb yemək hazırlasınlar. Özü isə cəsədlərin üstündə oturub yemək yeməyə başladı. Cəsədlərin bir neçəsi hələ də onun altında o tərəf-bu tərəfə çırpınırdı. Yeməyi yeyib qurtardıqdan sonra dedi: “Heç ömrümdə bu cür iştaha ilə yemək yeməmişdim.” Sonra əlavə edib dedi: “Bunların ayaqlarından tutub sürükləyərək yollara atın. Qoy camaat bunları öləndən sonra da lə’nətləsin. Çox çəkmədi camaat gördü ki itlər əyinlərində bahalı və zərli tikişlərlə tikilmiş paltarlar olan cənazələri yerlə sürükləyirlər.”

KİTAB ADASI

Kitab yalnız həyat kitabdan daha maraqlı olanda bağlanır…

E-Kitabxana

  1. Corc Oruell-1984 (Azərbaycanca)
  2. Orhan Pamuk – Gizli uz (Azərbaycanca)
  3. Charles Dickens-Buyuk umutlar (Türkçə)
  4. Susanna Tamaro-Ürəyinin apardığı yerə get (Azərbaycanca)
  5. Orhan Pamuk-Masumiyyet Muzesi (Türkçə)
  6. Ataturk-Ben de bir insanim(Azərbaycanca)
  7. Charles Bukowski-Sevimli bir aşk hikayesi (Türkçə)
  8. Fyodor Mixaylovi Dostoyevski-Qumarbaz (Azərbaycanca)
  9. Oğuz Atay- Tutunamayanlar (Türkçə)
  10. Ayşe Kulin – Bir Gün (Türkçə)
  11. John Steinbeck-Fareler ve İnsanlar (Türkçə)
  12. İki Kere İki Aşk – Adem Özbay (Türkçə)
  13. Agatha Christie – Ölüm Büyüsü (Türkçə)
  14. Stefan Sveyq- Naməlum qadının məktubu
  15. David-Nicholls – Bir gun (İngiliscə)
  16. Orxan Pamuk- Qara Kitab (Türkçə)
  17. Osho-Zeka (Türkçə)
  18. Alexandre Dumas-Monte Cristo (Türkçə)
  19. Xalid Hüseyni-Min möhtəşəm günəş (Azərbaycanca)
  20. Peyami Safa-Fatih Harbiye (Türkçə)
  21. Paulo Koelyo Kimyager_ (Türkçə)
  22. Canan Tan-Yüreğim Seni Çok Sevdi (Türkçə)
  23. Ahmet Batman Sabah uykum (Türkçə)
  24. Den Braun. Da vinçi şifrəsi (Türkçə)
  25. Cerom Selincer. Covdarlıqda uçurumdan qoruyan (Azərbaycanca)
  26. Albert Kamyu. Taun (Azərbaycanca)
  27. Elif Şafak. Araf (Türkcə)
  28. Sabaheddin Ali. Kürk mantolu Madonna (Türkcə)
  29. Patrick Zuskind. Ətriyatçı (Azərbaycanca)
  30. Paulo Coelho. Zahir (Türkcə)
  31. Onore de Balzak. Qori ata (Türkcə)
  32. Lane Austen. Eşq və Qürur (Türkcə)
  33. F. M. Dostoyevski. Əzilənlər (Türkcə)
  34. Frans_Kafka. Atama_Mektub (Azərbaycanca)
  35. Franz Kafka. Milenaya mektuplar (Türkcə)
  36. Xalid Hüseyini. Çərpələng uçuran (Türkcə)
  37. Tolstoy. İvan İlyiçin ölümü (Türkcə)
  38. Sinan Yağmur . Aşkın Gözyaşları 1 Şems-i Tebrizi (Türkcə)
  39. Paulo Koelyo. Rio Pyedranın sahilində oturdum və ağladım (Türkcə)
  40. Paulo Coelho. Zahir (Türkcə)
  41. Elif Şafak. Qara süd (Türkcə)
  42. Viktor Hüqo. Səfillər. I-II hissələr (Azərbaycanca)
  43. Erix Maria Remark. Lissabon gecesi (Azərbaycanca)
  44. Erix Maria Remark. Zəfər Tağı (Azərbaycanca)
  45. Xalid Hüseyini. Min möhtəşəm günəş (Türkcə)
  46. Deyl Karnegi. Dostu necə qazanmalı (Azərbaycanca)
  47. Agatha Christie . Beklenmeyen Misafir (Türkcə)
  48. Dostoyevski. Gülməli adamın yuxusu (Azərbaycanca)
  49. İlqar Fəhmi. Aktrisa (Azərbaycanca)
  50. Corc Oruel. Heyvanıstan (Azərbaycanca)
  51. Frans Kafka. Atama məktub (Azərbaycanca)
  52. Qurban Səid. Əli və Nino (Azərbaycanca)
  53. Leonardo Şaşa “Mafiyalar vesterni”. Dino Buttsati. “Kabus” (Azərbaycanca)
  54. Ann Filip. Bir göz qırpımında (Azərbaycanca)
  55. Mark Tven. İblislə sövdələşmə (Azərbaycanca)
  56. Düna uşaq ədəbiyatından seçmələr
  57. Elif Şafak. Eşq (Türkcə)
  58. Aqata. Tələ (Azərbaycanca)
  59. Cek London. Yol ayrıcında (Azərbaycanca)
  60. Şekspir. Kral Lir (Azərbaycanca)
  61. Şekspir. Hamlet (Azərbaycanca)
  62. Dostoyevski. Cinayət və Cəza (Azərbaycanca)
  63. Tolstoy-Bir Gencin Dramı (Türkçə)
  64. John Steinbeck-Yukari Mahalle (Türkçə)
  65. Gogol – Ölü canlar (Türkçə)
  66. TeodorDrayze-Cenni Herhardt (Türkçə)
  67. Paulo Coelho-Şeytan və gənc qadın (Azərbaycanca)
  68. Elif Şafak – Mahrem (Türkçə)
  69. Elif Şafak – Siyah Süt (Türkçə)
  70. Orhan Pamuk-Yeni Hayat (Türkçə)
  71. Lev Nikolayeviç Tolstoy – Her Şeye Rağmen Sevgi (Türkçə)
  72. Stephen King – Karanlık Öyküler (Türkçə)
  73. Adolf Hitler – Siyasi Vasiyetim (Türkçə)
  74. Qabriel Qarsia Markes-“Patriarxın payızı” (Türkçə)
  75. Atilla Ilhan – Kimi sevsem sensin (Türkçə)
  76. Can Yucel-Rengaheng (Türkçə)
  77. Charles Bukowski – Kaptan Yemeğe Çıktı ve Tayfalar Gemiyi Ele Geçirdi (Türkçə)
  78. Cek London- Martin İden (Azərbaycanca)
  79. Qurban Səid-İstanbullu qız (Rusca)
  80. Məmməd Əmin Rəsulzadə-Çağdaş Azərbaycan tarixi (Azərbaycanca)
  81. Stefani Mayer-Tutulma (Rusca)
  82. Stefani Mayer-Yeni Ay (Rusca)
  83. Gogol-Bir Delinin Hatira Defteri (Türkçə)
  84. Den Braun- Da Vinçi şifrəsi (Türkçə)
  85. Maksim Gorki-Ana (Azərbaycanca)
  86. Ahmet Batman: “Soguk Kahve” (Türkçə)
  87. Mark Levi- Bir birimizə demədiyimiz sözlər (Rusca)
  88. Frans Kafka- Milenaya məktublar (Türkçə)
  89. Seselia Ahern_ P.S. Səni sevirəm (Türkçə)
  90. David Nichols- Bir gün
  91. Mark Levi- haradsan (Türkçə)
  92. Qurban Səid- Əli və Nino (Azərbaycanca)
  93. Mario Puzo- Xaç atası

Comments are closed, but trackbacks and pingbacks are open.