Press "Enter" to skip to content

Azerbaycan kitabxanalar tarixi

üçüncü istiqamətdə isə təlim-tədris prosesində məlumat bazaları və qabaqcıl nəşriyyat evləri veb saytlarında yerləşdirilən elektron resurslardan geniş istifadə olunmasına imkan yaradılması,

Azərbaycanda kitabxanalar

Azərbaycan kitabxanaların siyahısı — Azərbaycan Respublikasındakı kitabxanaların ümumi siyahısı. Siyahı əlifba sırası ilə verilmişdir.

  1. AMEA Mərkəzi Elmi Kitabxana
  2. Azərbaycan Milli Kitabxanası
  3. Azərbaycan Respublikası Milli Məclisinin kitabxanası
  4. Bakı Dövlət Universitetinin Elmi Kitabxanası
  5. Bərdə rayon Səməd Vurğun adına Mərkəzi Kitabxanası
  6. Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası
  7. Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası
  8. Mirzə Ələkbər Sabir adına Mərkəzi Şəhər Kitabxanası
  9. Naxçıvan Muxtar Respublika Kitabxanası
  10. Respublika Elmi-Texniki Kitabxanası
  11. Respublika Gözdən Əlillər Kitabxanası

Həmçinin bax

  • Azərbaycanda təhsil
  • Azərbaycan mədəniyyəti

September 06, 2021
Ən son məqalələr

E.ə. 331

E.ə. 333

E.ə. 348

E.ə. 340

E.ə. 342

E.ə. 355

E.ə. 356

E.ə. 357

E.ə. 359

E.ə. 350

Ən çox oxunan

Azərbaycanda vergi işçilərinin peşə bayramı günü

Azərbaycanda vergilər

Azərbaycanda voleybol

Azərbaycanda xristianlıq

Azərbaycanda yayılmış balıqların siyahısı

azərbaycanda, kitabxanalar, azərbaycan, kitabxanaların, siyahısı, azərbaycan, respublikasındakı, kitabxanaların, ümumi, siyahısı, siyahı, əlifba, sırası, ilə, verilmişdir, amea, mərkəzi, elmi, kitabxana, azərbaycan, milli, kitabxanası, azərbaycan, respublikası. Azerbaycan kitabxanalarin siyahisi Azerbaycan Respublikasindaki kitabxanalarin umumi siyahisi Siyahi elifba sirasi ile verilmisdir AMEA Merkezi Elmi Kitabxana Azerbaycan Milli Kitabxanasi Azerbaycan Respublikasi Milli Meclisinin kitabxanasi Baki Dovlet Universitetinin Elmi Kitabxanasi Berde rayon Semed Vurgun adina Merkezi Kitabxanasi Cefer Cabbarli adina Respublika Gencler Kitabxanasi Firidun bey Kocerli adina Respublika Usaq Kitabxanasi Mirze Elekber Sabir adina Merkezi Seher Kitabxanasi Naxcivan Muxtar Respublika Kitabxanasi Respublika Elmi Texniki Kitabxanasi Respublika Gozden Eliller KitabxanasiHemcinin bax Redakte Azerbaycan portaliAzerbaycanda tehsil Azerbaycan medeniyyetiMenbe https az wikipedia org w index php title Azerbaycanda kitabxanalar amp oldid 5944329, wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, hersey,

ne axtarsan burda

en yaxsi meqale sayti, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, seks, porno, indir, yukle, sex, azeri sex, azeri, seks yukle, sex yukle, izle, seks izle, porno izle, mobil seks, telefon ucun, chat, azeri chat, tanisliq, tanishliq, azeri tanishliq, sayt, medeni, medeni saytlar, chatlar, mekan, tanisliq mekani, mekanlari, yüklə, pulsuz, pulsuz yüklə, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar.

KİTABXANA

Kitabxana 1948-ci ildən APİ-nin kitabxanasından köçürülmüş 7000-ə qədər kitab və 4 nəfər işçi ilə fəaliyyətə başlamışdır. İlk illərdə kitab fondu Kitabxana Kollektoru vasitəsilə komplektləşdirilməklə yanaşı bağışlamalar yolu ilə də zənginləşdirilmişdi. 1952-ci ildə Dövlət Arxitektura İdarəsi institutun kitabxanasına 499 nüsxə kitab hədiyyə etmişdi. Həmin illərdə tələbələrin dərsliyə olan ehtiyacı əsasən ödənilirdi.

1951-ci ildə kitabxanadan 806 nəfər, 1952-ci ildə 936 nəfər, 1953-cü ildə isə 880 nəfər oxucu istifadə etmişdir. Xidmət işini yaxşılaşdırmaq məqsədilə kabinetlərdə məlumat ədəbiyyatından ibarət kiçik fondlar yaradıldı və bu fondlara ən çox istifadə olunan nüsxələr və dövri mətbuat qoyuldu. İnstitutun əsas binasında, eləcə də Balaxanı qəsəbəsindəki 38 nömrəli yataqxanada səyyar kitabxana təşkil etməklə tələbələrin kitabla daha yaxşı təmin edilməsinə nail olundu.

1959-cu ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu M.F.Axundov adına Rus Dili və Ədəbiyyatı İnstitutu ilə birləşdiyi üçün iki institutun kitabxanası da birləşdirilərək M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun kitabxanası kimi indiki R.Behbudov, 134 ünvanında fəaliyyət göstərməyə başladı.

1973-cü ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü və göstərişi ilə institutlar ayrılaraq müstəqil ali məktəblərə çevrildikdən sonra kitabxanadakı kitablar profilə uyğun bölünərək hər institutun kitab fondunun əsasını təşkil etdi. SSRİ-nin 50 illiyi adını daşıyan APXD-nin kitabxanasında əsasən xarici dillərdə olan kitablar, o cümlədən tədris proqramına müvafiq olaraq Azərbaycan və rus dillərində dərslik, dərs vəsaiti, elmi, ictimai-siyasi və bədii ədəbiyyat saxlanıldı.

2000-ci ildə ümummilli lider Heydər Əliyevin sərəncamı ilə Azərbaycan Dövlət Dillər İnstitutunun profili genişləndirilməklə Azərbaycan Dillər Universiteti yaradıldı. Kitabxananın yeni modelini yaratmaq məqsədilə ilkin addım kimi universitetin Təbriz küçəsindəki yeni binasında kitabxana üçün kifayət qədər yer ayrıldı və 2007-ci ildən başlayaraq kitabxana fondunun böyük əksəriyyəti geniş, işıqlı, təmiz və quru zallara köçürüldü. Binanın birinci mərtəbəsində müəllim, aspirant, magistr və tələbələr üçün yeni texnologiyalarla təchiz edilmiş, müasir standartlarına cavab verə biləcək 2 oxu zalı, biblioqrafiya-informasiya xidmətləri şöbəsi, xidmət şöbəsi və onun kitab fondu böyük zala yerləşdirildi. Kitabxananın maddi-texniki bazası gücləndirildi, müasir texniki avadanlıqlar alınmasına xüsusi diqqət verildi.

Hazırda kitabxanadakı rəqəmsallaşma prosesi üzərində ciddi iş aparılır. Bununla yanaşı universitet müəllimlərinin elmi əsərlərindən ibarət tam mətnli məlumat bazalarının yaradılması sahəsində də iş aparılır.

Universitetimizdə hər bir ali məktəbin arzu edə biləcəyi geniş kitabxana şəbəkəsi yaranmışdır. Artıq yeddi ilə yaxındır ki, fəaliyyət göstərən Alman mənbə mərkəzinin, Avstriyanın mədəniyyət və iqtisadi məsələlər üzrə mərkəzinin oxu zalları, Fransa, Norveç, ABŞ, İtaliya, Yaxın Şərq və İsrail, Koreya, İndoneziya, Yaponiya, Hindistan və b. ölkələrin mənbə mərkəzlərinin kitabxanalarından universitetimizin professor-müəllim heyəti və tələbələri ilə yanaşı kənar şəxslər də istifadə edə bilir.

Prezident cənab İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli sərəncamı ilə nəşr olunan kitablarla pulsuz komplektləşdirilir. İndiyə qədər kitabxanamız bu yolla 7 000 nüsxədən çox Azərbaycan və dünya yazıçılarının əsərlərini, folklor nümunələrini hədiyyə kimi almışdır.

Kitabxana oxuculara hərtərəfli xidmət etmək məqsədilə elmi fəaliyyətlə də məşğuldur. 2005-ci ildən başlayaraq respublika ali məktəbləri arasında ilk dəfə universitetimizdə işləyən əməkdaşların xaricdə və ölkəmizdə nəşr olunmuş əsərlərinin “Biblioqrafiya”sı hər il kitab şəklində çap edilir. Bundan əlavə, 1948-ci ildən 2010-cu ilə qədər Azərbaycan Dillər Universitetində işləmiş bütün əməkdaşların nəşr olunmuş əsərləri haqqında Azərbaycan və rus dillərində 2 cilddən ibarət Biblioqrafik göstərici çap olunmuşdur.

Kitabxana illər boyunca formalaşaraq Azərbaycanda, çoxdilli, dərslik və digər materiallara görə ən böyük universitet kitabxanasıdır.

Kitabxananın əsas və mühüm məqsədlərindən biri tədris prosesinə informasiya dəstəyi göstərməkdən ibarətdir və bu proses üç istiqmətdə həyata keçiriləcək:

birinci istiqamətdə, təlim-metodik vəsaitlərin tərkibinə daxil olan dərs vəsaitləri və dərsə aid elektron resursların kataloqlaşdırılması və tələbələrin istifadəsinə verilməsi nəzərdə tutulur,

ikinci istiqamətdə ADU-nun professor-müəllim heyətinin elmi-tədqiqat işlərinin, eləcə də dərslik və dərs materiallarının universitetimizə məxsus ünvanlı DSpace elektron arxivdə yerləşdirilməsi və Sərbəst girişlə istifadəçilərin ixtiyarına verilməsi reallaşdırılıb,

üçüncü istiqamətdə isə təlim-tədris prosesində məlumat bazaları və qabaqcıl nəşriyyat evləri veb saytlarında yerləşdirilən elektron resurslardan geniş istifadə olunmasına imkan yaradılması,

ADU-nun Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzi tələbələrə bir çox tədris materialları ilə yanaşı həmçinin lazımı məlumatın əldə olunmasına yardım edəcək mütəxəssis məsləhətləri təklif edir.

Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzinın məqsədi oxucuların sərbəst surətdə informasiya almaq hüququnu təmin etmək, onların kitablara, dövri nəşrlərə və kitabxana fondunu təşkil edən digər sənədlərə olan tələbatını ödəmək məqsədilə maarifləndməni dəstəkləmək, universitetin informasiya ehtiyaclarını qarşılamaq kitabxanada toplanıb saxlanılan informasiya vasitələrinin mübadiləsinə imkan verən vahid informasiya sisteminin yaradılması məkanının liderliyini saxlamaqdan ibarətdir.

Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzinın strategiyası məqsədlərimizi həyata keçirtmək üçün universitet çərçivəsində və xaricində əməkdaşlıq yaratmaq, kitabxana daxilində yenilik mədəniyyəti tətbiq etmək və xidməti hədəflərimiz, peşəkar inkişafa dair öhdəliyi artırmaqdır.

EKİXM xidmətlərini, resurslarını universitet birliyi daxilində milli və dünya mədəniyyəti sərvətlərinə yiyələnməyə yönəldilən informasiya sisteminin yaradılması ilə yanaşı xaricdə tanıtmaq, əlaqələr yaratmaqla genişləndirir.

İctimai və beynəlxalq əlaqələr ilə tədqiqat, tədris və təlim üçün kolleksiyalarla fiziki və rəqəmsal istifadə imkanlarını genişləndirmək üçün əməkdaşlıq edir.

Təhsil və tədqiqat, eyni zamanda sosial-intellektual əlaqələr üçün münasib görüş yeri kimi kitabxana imkanlarını genişləndirir.

Məqsəd və strategiya

Universitetin missiyası və tələblərinə uyğun olaraq istifadəçilərin bütün kateqoriyalarının məlumatlarını təmin etmək,

Universitetin təhsil və tədqiqat proqramlarını dəstəkləyib, onların istifadəsi üçün uyğun mühiti təşkil etmək, müəllim heyəti, tələbələr və işçilər tərəfindən elmi tədqiqat üçün zəruri məlumat mənbələri ilə təmin etmək,ADU-nun missiyasına uyğun, tədris və elmi tədqiqatların yayılması üçün müasir İnformasiya texnologiyalardan istifadə etmək,

Strateji məqsədlərimizi, hədəflərimizi dəstəkləmək, həyata keçirtmək üçün Universitet çərçivəsində və xaricində əməkdaşlıqlar yaradıb, Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzi daxilində yenilik mədəniyyəti tətbiq edərək xidməti hədəflərimizi, peşəkar inkişafa dair öhdəliyi artıramaqdır.

Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzi xidmətləri daha yüksək tələblərə cavab verən mühitlə təmin olunmuş olacaq. EKİXM hər bir fənn sahəsinə uyğun olaraq, ənənəvi və elektron resursları birləşdirərək “hibrid kitabxana” xidmətini təklif etməyi davam etdirəcək. Elektron resursların artımı, ənənəvi kitabxana resurslarının istifadəsinin və ya nəşrlərin eyni dərəcədə azalması ilə müşayət olunmayacaq. Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzi daxili prosesləri asanlaşdırmaqla rəqəmsal resurslara girişi sürətləndirir və vaxtaşırı Azərbaycan Kitabxana İnformasiya Konsorsiumuyla əməkdaşlıq etməklə, akademik resurslara girişi təkmilləşdirir.

Mənbələrdən səmərəli istifadənin təmin edilməsi,

Lazımlı məlumatların sürətli alınmasını təmin etmək,

Kadrların lazımi biliklər əldə etmələrinə imkan yaratmaq və onları təkmilləşdirmək,

Təhsil və tədqiqatın dəstəklənməsi,

Düşüncə azadlığına hörmət edilməsi,

İstifadəçilərin ehtiyaclarına prioritet verilməsi,

Digər təşkilat və informasiya mərkəzləri ilə sıx əməkdaşlıq etmək,

İşçilər arasında peşəkar və sosial həmrəylik,

Kollektiv qrupda işləmək,

Bütün məlumat mənbələrinin qorunması

Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzi davam edəcək

Onlayın kataloq vasitəsi ilə kolleksiyalara girişi təkmilləşdirməyə,

Veb imkanlarından bütünlüklə istifadə etməklə, kolleksiya və resursların giriş imkanının artıqmağa.

“İstifadəçi birliyinin ehtiyacları” anlayışını dərinləşdirməyə

Akademik Tədqiqat üçün Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzinin dəstəyini gücləndirmək

Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzi, xüsusilə, Dspace texnologiyasına əsaslanan (Azırbaycan Dillər Universiteti Rəqəmsal Arxivinin) təmin edilməsi ilə Universitetin İnformasiya Strategiyasının həyata keçirilməsində əsas rol oynayacaq.

Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzi Rəqəmsal Axiv vasitəsi ilə tədqiqat
resurslarına səmərəli girişin təmin edilməsi, tədqiqatçıların öz sahələrindəki tərəqqi barəsində cari məlumatlılığın saxlanılmasına kömək edilməsi və fakültə ilə işləməklə tədqiqatçıların tədqiqat metodologiyası, informasiya-axtarış bacarıqlarında səriştəli olmalarına zəmanət yaratmaqla, akademik tədqiqatı dəstəkləyəcək.

Daha münasib elmi nəşrlər üçün təşəbbüslərə imkan yaratmaq və dəstəkləmək

Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzi mümkün elmi əlaqələri təmin edən strategiyaları həyata keçirməyə davam edəcək. Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzi ADU-nun akademik birliyi, digər universitetlər və akademik kitabxanalarla razılığa əsasən, ADU-nun elmi jurnallarına açıq girişi təmin etməklə, tədqiqat nəticələrini yaymaq üçün alternativ strategiyalar axtarmağa davam edəcək.

Təhsil və tədqiqat, eyni zamanda sosialllll-intelektual əlaqələr üçün münasib görüş yeri kimi kitabxana və informasiya xidməti mərkəzinin imkanlarını genişləndirmək

Elektron xidmətlərimiz və elmi ədəbiyyatın ofislərdə istifadəsinin artmağa davam etdiyi bir müddətdə bizim əyani vəsait xüsusən tələbələr tərəfindən həddən artıq istifadə olunur və yüksək dərəcədə qiymətləndirilir. Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzi təchizatı yeniləşdirmək, qrup halında çalışan, həm sakit, həm sosial mühiti inkişaf etdirməkl və dəyişən istifadə nümunələrinə cavab verən imkanları genişləndirməyə davam etdirəcək.

Azerbaycan kitabxanalar tarixi

Kitabxanalar tarixi yaddaşımız, milli-mənəvi xəzinəmizdir

“Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir. Ona görə də kitabxanaya daimi hörmət xalqımızın mədəniyyətini nümayiş etdirən amillərdən biridir”.

Tariximizi, mənəvi sərvətlərimizi qoruyub saxlayan, nəsildən-nəslə ötürən məbədlərdən biri də kitabxanalarımızdır. Təhsil sisteminin ayrılmaz atributu, insanların bələdçisi olan kitabxanaların əhəmiyyətini, onun zəngin mədəni irsimizin gələcək nəsillərə çatdırmaq istiqamətindəki rolunu yüksək qiymətləndirən ulu öndər Heydər Əliyev bu sahəni daim diqqət mərkəzində saxlamış və ona xüsusi qayğı ilə yanaşmışdır. Bu diqqətin təzahürü olaraq Heydər Əliyev 27 iyul 1996-cı ildə “Azərbaycan Respublikasında kitabxana işinin vəziyyəti və onu yaxşılaşdırmaq tədbirləri haqqında” sərəncam imzalamışdı. Milli Məclis 29 dekabr 1998-ci ildə “Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanununu qəbul etmiş, həmin qanunun tətbiqi ilə bağlı Heydər Əliyev 12 mart 2000-ci il tarixli fərman vermişdir. Fərmanın ən mühüm cəhətlərindən biri budur ki, orada Azərbaycan xalqının əsrlərdən bəri yaradıb formalaşdırdığı kitabxana işi çox yüksək qiymətləndirilmişdir: “Azərbaycan kitabxanaları Azərbaycan xalqının milli sərvətidir”. “Kitabxana işi haqqında” qanunda bir sıra məsələlərlə yanaşı, kitabxanalarda iş prosesinin avtomatlaşdırılması, qiymətli nəşrlərin elektron daşıyıcılarına köçürülməsi, informasiya sisteminə qoşulması ön plana çəkilmişdir. Qəbul edilmiş qanun bu gün də ölkəmizdə kitabxana qanunvericiliyinin baza sənədi olaraq qalmaqdadır. Kitabxanalarımızın, kitabxanaçılarımızın hüquqlarının müdafiəsində, sosial problemlərinin həllində bu qanunun müddəaları müstəsna əhəmiyyət kəsb edir.

XXI əsrdə Azərbaycanın qlobal informasiya məkanına daxil olması kitabxana işinə də müsbət təsir göstərmiş və onun informasiya-kommunikasiya texnologiyaları ilə təminatını zəruri etmişdir. Ölkə başçısı cənab İlham Əliyevin 20 aprel 2007-ci ildə imzaladığı “Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında” sərəncama əsasən, ölkə kitabxanalarının bu istiqamətdə təminatı sürətləndirilmiş, cəmiyyətin informasiya qəbulunda tutduğu mühüm yer müəyyənləşdirilmişdir.

Bütün bunlara baxmayaraq, bu gün çoxumuzu düşündürən əsas problemlərdən biri də gənclər arasında kitaba, mütaliəyə marağın azalmasıdır. Nə üçün kitabxanalarda oxucularımızın sayı günbəgün azalır, xüsusilə yeniyetmə və gənclərimiz bu məbədgahlara gəlmək arzusunda deyillər? Bizcə, problemin əsas səbəblərindən biri kitabxanaların maddi-texniki bazasının zəifliyidir.

Maddi-texniki bazası möhkəm olmayan kitabxana oxuculara yüksək səviyyədə xidmət göstərə bilməz. Kitabxanaya onun tabe olduğu idarə, müəssisə və ya nazirlik tərəfindən lazımi maddi vəsait ayrılmalı, hər cür şəraiti olan binalarda yerləşdirilməli, bütün lazımi avadanlıqla təmin edilməlidir.

Hazırda bir çox kitabxana texniki vəsaitlərlə vaxtlı-vaxtında təmin edilmədiyindən keçmiş sovet dövründən qalmış avadanlıq da köhnəlib sıradan çıxmaq üzrədir. Bəzi kənd kitabxanaları şəraiti olmayan rütubətli, təmirsiz binalarda və ya otaqlarda yerləşdirilmişdir. Belə kitabxanalara lazımi vəsait ayrılmadığından texniki vasitələr, təzə kitablar ya az, ya da heç alınmır.

Oxucunu kitabxanaya cəlb edən başlıca amillər fondun zənginliyi, yeni kitabların və dövri mətbuatın vaxtlı-vaxtında alınmasıdır. Hər bir kitabxana azı 20 adda qəzet-jurnala abunə olmalı və profilinə uyğun kitablarla təmin edilməlidir.

İndi respublikada 12000 kitabxana fəaliyyət göstərir. Onlardan 3000-i şəhərlərdə, 9000-i isə rayon, qəsəbə və kəndlərdə yerləşir. Son 17 il ərzində 30-a yaxın kitabxana filialı oxucusu olmadığına, binası qəza vəziyyətinə düşdüyünə və müasir tələbata cavab vermədiyinə görə bağlanmışdır. Bununla yanaşı, bir sıra regionlarda kitabxanalar və onların bəzilərinin nəzdində informasiya mərkəzləri açılmışdır. 2006-cı ildə Goranboyda kitabxana-informasiya mərkəzi açılmış, bir ildən sonra Uşaq kitabxanası-intellekt mərkəzi yaradılmışdır. Dövlət Neft Şirkətinin dəstəyi ilə Balakən rayon Mərkəzi kitabxanası istifadəyə verilmiş, bu günlərdəYevlax Mərkəzi kitabxanasında kompüter mərkəzi açılmış və onun bazasında yaxın vaxtlarda elektron kitabxana yaradılması nəzərdə tutulmuşdur. Eyni zamanda, ölkə ərazisindəki bir neçə kitabxana binası, o cümlədən Naxçıvan MR-dəki M.S.Ordubadi adına Respublika kitabxanasında, Neftçala, Şamaxı və Salyan rayon kitabxanalarında təmir-bərpa işləri aparılmış, Masallıda Mərkəzi rayon kitabxanasının 3-4 filialı açılmışdır.

Respublika kitabxanaları idarə, müəssisə, nazirlik, Milli Kitabxana, kitab mağazaları tərəfindən, ayrı-ayrı idarə və təşkilatların, şəxsi adamların bağışladığı kitablar və ya kitabxanalar, eyni zamanda mübadilə və əvəz alınan ədəbiyyatlar hesabına komplektləşdirilir. Ölkə başçısı cənab İlham Əliyevin 12 yanvar 2004-cü ildə imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamı ilə təsdiq edilmiş siyahıda göstərilən kitabların respublikanın bütün kütləvi kitabxanalarına, o cümlədən ali və orta tədris müəssisələrindəki kitabxanalara verilməsini təmin etmək məqsədilə “Latın qrafikası ilə 2004-cü ildə yenidən çap olunmuş kitabların bölgüsünün təsdiq edilməsi haqqında” sərəncam imzalanmışdır. Bu sənədə uyğun olaraq AMEA-nın Rəyasət Heyəti İşlər İdarəsinin təşkilatçılığı ilə 25000 nüsxə tirajla çap olunan hər bir kitabdan, oxucu kontingenti nəzərə alınmaqla 3-5 nüsxə kitabxanalara hədiyyə edilir.

Təsdiqlənən siyahı əsasında ayrı-ayrı rayonlara göndərilən ədəbiyyatların hər birindən rayon mərkəzi kitabxanalarına 10 nüsxə, filiallara isə 2 nüsxə verilir. Qeyd edək ki, həmin siyahıda gəncləri daha çox maraqlandıran müasir yazıçıların əsərləri, ali məktəblər üçün dərsliklər, hüquq, uşaq və digər sahələrə aid ədəbiyyatlar yoxdur.

Bəzi kəndlərdə aylarla qapısı açılmayan, təmirsiz, şəraitsiz, rütubətli otaqlarda yerləşən, fonduna Prezidentin sözügedən siyahısında yer alan ədəbiyyatdan başqa illərlə yeni kitablar daxil olmayan (belə kitabxanaların dövri mətbuata abunə yazılmasından danışmaq mənasızdır) və bunların nəticəsində oxucu üzünə həsrət qalan kitabxanaların hansı fəaliyyətindən söz açmaq olar? Şəhər kitabxanaları informasiya və kommunikasiya texnologiyaları, kompüterlərlə təmin olunduğu halda, bu müasir texnologiyalar kənd kitabxanalarına hələ də gedib çıxmamışdır. Hətta bəzi kəndlərdə elə kitabxanalar var ki, gənc nəsil nəinki ora müraciət etmir, hətta bu məbədgahların yolunu belə tanımır.

Keçmiş SSRİ dövründə respublika ərazisində fəaliyyət göstərən bütün kitabxanalar ardıcıl və məqsədyönlü şəkildə Kitabxana kollektoru tərəfindən komplektləşdirilirdi. Bu qurum sifarişlə 15 müttəfiq respublikanın 80 mərkəzi, 120 kənar, eyni zamanda ölkənin 200 nəşriyyatından texniki ədəbiyyat alaraq köçürmə yolu ilə yerlərə göndərirdi. Ancaq neçə illərdir ki, MDB ölkələri ilə əlaqələr kəsilmişdir. Müqayisə üçün deyək ki, o vaxtlar Kitabxana kollektoru kitabxanaların sifarişi əsasında hər kitabdan 10.000-15.000 nüsxə alırdısa, hazırda Azərbaycanda rəsmi fəaliyyət göstərən 150 nəşriyyatdan bir neçəsi ilə əlaqə qurmaqla hər kitabdan cəmi 200 nüsxə alır. Bu müəssisə 2008-ci ildə 12000 kitabxanası olan respublikanın cəmi 63 rayon, 11 şəhər kitabxanası ilə 164123 manat məbləğində müqavilə bağlaya bilmişdir. Bu vəsaitdən isə Kitabxana kollektoruna cəmi 133903 manat daxil olmuşdur. Kitabxanalara vəsait az ayrıldığından müqavilənin tələbləri yerinə yetirilməmişdir. Həmin idarə Bakıda fəaliyyət göstərən kitabxanalardan cəmisi 17-si ilə 6415 manat həcmində müqavilə bağlamışdır. Bu məbləğ özü paytaxt kitabxanalarının necə “komplektləşdirilməsinin” göstəricisidir. Odur ki, ölkə kitabxanalarının öz profillərinə uyğun olaraq düzgün və vaxtlı-vaxtında komplektləşdirilməsi üçün Kitabxana kollektorunun fəaliyyəti genişləndirilməlidir.

Kitabxana fondlarının komplektləşdirilməsi onlara ayrılan maliyyə vəsaiti ilə bağlıdır. Təəssüf ki, Maliyyə Nazirliyi tərəfindən rayon kitabxanalarına kitab alınmasına və digər məqsədlər üçün ayrılan vəsait olduqca azdır. Bunu nazirliyin rayonlara müxtəlif məqsədlər, o cümlədən kitabxanalara kitab alınması üçün təsdiq etdiyi sənədin 225.413-cü – “Digər alışlar və xidmətlər” yarımmaddəsindən də aydın təsəvvür etmək olar; “. müəyyən edilmiş qaydada tamaşa müəssisələrinə transferlərin verilməsi, dramatik, musiqi və bədii əsərlərin alınması (sifariş), xarici ölkələrlə mədəni əlaqələr və xarici qonaqların qəbulu üzrə tədbirlərin keçirilməsi, büst və heykəllərin layihələndirilməsi və hazırlanması, kəşf, ixtira və səmərələşdirici təkliflərlə bağlı xərclərin ödənilməsi, qan preparatlarının keyfiyyətlərinin müəyyən edilməsi üçün qanköçürmə məntəqələri tərəfindən heyvanların alınması, tədris müəssisələri və başqa təşkilatlar tərəfindən elmi-tədqiqat işləri və təcrübə keçirilməsi üçün heyvanların və mal-qaranın alınması, idman atları üçün yem tədarükünün alınması, uşaq müəssisələrində uşaqlarla məşğələlər keçirmək üçün müxtəlif ləvazimatların, məktəb və rəsmxət ləvazimatlarının, materialların və təhsil, laboratoriya məşğələləri üçün inventarların alınması; təhsil proqramlarının nəşri və alınması; tədris müəssisələri üçün sinif jurnallarının, blankların, diplomların, şəhadətnamələrin, tələbə biletlərinin, kitabçaların və digər sənədlərin alınması, kitabxanalar üçün kitabların alınması, açıq kitabxana şəbəkəsi, tədris müəssisələri, məktəblər, xəstəxanalar, sanatoriyalar və digər idarələrdə fəaliyyət göstərən kitabxanalar üçün kitab alınması, şagirdlərə pulsuz verilən dərsliklərin alınması, kitabxana fonduna aid edilən jurnal və nəşrlərin alınması, mədəniyyət evləri, klublar, məktəblər, xəstəxanalar üçün dövri mətbuatın alınması, kitabların cildlənməsi, kitabxanalar üçün kitabxana əşyalarının və uçot sənədlərinin alınması, arxiv materiallarından istifadə edilməsi, həmçinin 225-411, 225-412-ci yarımmaddələrə daxil olmayan maddələr də aiddir”.

Yaxşı olardı ki, həmin maddəyə yalnız kitabxanalara kitab və texniki vəsaitlər alınması üçün xüsusi bənd əlavə ediləydi. Hazırkı vəziyyətdə isə rayon kitabxanalarının ağır durumunun ümumi mənzərəsini təsəvvür etmək o qədər də çətin deyil. Məsələyə aydınlıq gətirmək üçün qeyd edək ki, 2008-ci ildə Abşeron rayonundakı 17 kitabxanaya 10.000 manat, Qubanın 106 kitabxanasına 9000, Şəmkirin 95 kitabxanasına 4000, Bərdənin 119 kitabxanasına 6000, Kürdəmirin 64 kitabxanasına 4800, Bakının Nərimanov rayonundakı A.Qaydar adına kitabxanaya 200, A.Şaiq adına uşaq kitabxanasına 4000, Əzizbəyov rayonundakı Pirallahı qəsəbə kitabxanasına 70, Binə qəsəbə kitabxanasına 70 və Türkan qəsəbə kitabxanasına 50 manat vəsait ayrılmışdır. Buradan aydın görünür ki, Bakıətrafı kənd və qəsəbə kitabxanalarının həm fondu, həm də yerləşdiyi binalar olduqca yarıtmaz vəziyyətdədir. Müqayisə üçün 2005-ci ildə 73315 nüsxə kitab fondu olan Binəqədi rayonundakı Səkkizinci mikrorayon kitabxanasının ötən illərdə necə komplektləşdirilməsinə nəzər yetirək; həmin il kitabxanaya 4741 nüsxə, 2006-cı ildə 842 nüsxə və 2007-ci ildə 2518 nüsxə kitab daxil olmuşdur.

Bakının Xətai rayonundakı 68000 nüsxə kitab fondu olan Ş İ.Xətai adına kitabxanaya 2005-ci ildə 9667, 2006-cı ildə 1367, 2007-ci ildə 1595 və 2008-ci ildə 2958 nüsxə ədəbiyyat daxil olmuşdur. Son illərdə paytaxtda əhali artdığı halda kitabxanaların bu cür komplektləşdirilməsi olduqca yarıtmazdır. Bundan başqa, Bakı və onun ətrafındakı kitabxanaların əksəriyyəti təmirsiz və şəraitsiz binalarda yerləşdirilmişdir. Milli-mənəvi sərvətimizə bu cür münasibət dözülməzdir.

Yeri gəlmişkən, ali və orta ixtisas təhsili müəssisələrində fəaliyyət göstərən bəzi kitabxanalara da vəsait az ayrılır. Maliyyə Nazirliyi ayrı-ayrı rayonlara müxtəlif məqsədlər, o cümlədən kitabxanalara kitab və texniki vəsaitlər alınması üçün maddi vəsait ayırarkən kitabxanaların payına nə düşürsə, bəzi ali və orta ixtisas məktəblərində də vəsait bölgüsü aparılarkən kitabxanaçılara münasibət həmin tərzdə olur.

Rayon kitabxanaları ilə müqayisədə Bakıdakı mərkəzi kitabxanaların bəzilərinin vəziyyəti nisbətən yaxşıdır. Respublika ərazisində fəaliyyət göstərən 4500 kütləvi kitabxanadan 65-i Bakıda yerləşir. Bundan başqa, paytaxtda 2 mərkəzləşdirilmiş kitabxana sistemi və 17 uşaq kitabxanası oxucuların ixtiyarındadır. Kütləvi kitabxanalardan dördü – M.Qorki adına mərkəzi səyyar kitabxana fondu, M.Seyidzadə adına Mərkəzi şəhər uşaq kitabxanası, M.Ə.Sabir adına Mərkəzi şəhər kitabxanası və M.Ə.Sabir adına klub-kitabxana Bakı Şəhər Mədəniyyət İdarəsinin büdcəsindən, qalanları isə yerli büdcələr hesabına maliyyələşdirilir. 2007-ci ildə M.F.Axundov adına Milli Kitabxanada Mədəniyyət və Turizm Nazirliyi və Bakı Şəhər Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə “Bakı kitabxanaları: müasir vəziyyət və gələcək perspektivlər” mövzusunda keçirilən seminar-müşavirədə Bakı kitabxanalarının ümumi vəziyyəti, kitabxana fondu və kataloq sistemi haqqında ətraflı danışılmış və onların dünya standartlarına hələ də cavab vermədiyi bildirilmişdi. Qeyd olunmuşdu ki, bir sıra kitabxanalarda məzmunca köhnəlmiş və oxucular tərəfindən yararsız hala salınmış ədəbiyyatların silinməsi məsələsinə ehtiyatla yanaşılır. Bunun nəticəsində fondlarda kütləvi surətdə yararsız ədəbiyyat yığılıb qalmışdır. Bakı şəhərində fəaliyyət göstərən kütləvi kitabxanalar müasir oxucuların tələbatlarına cavab vermədiyi üçün onlar təkmilləşdirilməli, elektron kataloqlar yaradılmalıdır.

Son vaxtlar bu istiqamətdə bir sıra tədbirlər görülmüşdür və bu proses davam etməkdədir. Əsas məqsəd kitabxanaları informasiya məkanına çevirmək və bununla oxucuların kitabxanalarda mütaliəsini təşkil etməkdir. M.Qorki adına kitabxananın nəzdində İnformasiya Mərkəzinin, M.Seyidzadə adına kitabxanada Kitabxana-mağazanın yaradılması bu istiqamətdə atılan müsbət addımlardandır.

Kitabxanaların fondlarının komplektləşdirilməsi də düzgün aparılmır. Başqa sözlə, kitabxana və kitabxananı komplektləşdirmə şöbəsinin müdirləri bu prosesdən kənarda saxlanılır. Fond kitabxananın tabe olduğu müəssisənin rəhbərliyi və mühasibatı tərəfindən komplektləşdirilir. Bu da profilə uyğun olmayan ədəbiyyatın fonda daxil olmasına və “ölü fond”un yaranmasına səbəb olur.

Hazırda bütün dünyada əhalinin kitabxanalara marağının azalması və mütaliədən uzaqlaşması problemə çevrilmişdir. Bəzən bu, gənclərin zövqünün dəyişməsi, informasiya texnologiyalarına və şou proqramlara daha çox meyilli olmaları ilə əlaqələndirilir. Ancaq bir həqiqət də var ki, əgər kitabxanalarda mütaliə üçün lazımi şərait yaradılsa və oxucu ona lazım olan ədəbiyyatla təmin edilsə, o, heç vaxt oradan uzaqlaşmaz. Hazırda nəinki respublikamızın rayon mərkəzlərindəki və ucqar kəndlərindəki kitabxanalarda, hətta Bakıdakı bəzi müəssisələrdə də oxucunun işləməsi üçün lazımi şərait yoxdur. Bir çox kitabxanalarda istilik, su, kanalizasiya sistemləri normal işləmir, kondisionerlər quraşdırılmamışdır. Bəziləri elektrik pilətələri ilə qızdırılır. Bir sözlə, yayın istisində və qışın soyuğunda oxucuların mütaliə ilə məşğul olması nəzərə alınmamışdır.

Kitabxana işçilərinə münasibət də dəyişməlidir. Adətən bu peşə sahibləri hansı şəraitdə işləmələrindən asılı olmayaraq, onlara müraciət edən oxucuların müxtəlif sorğularına daim səbirlə, təmkinlə cavab verməyə, onları maraqlandıran ədəbiyyatla təmin etməyə çalışırlar. Odur ki, müxtəlif sorğulu oxuculara yüksək səviyyədə və operativ xidmət etmək üçün lazımi şərait yaradılmalıdır. Kitabxanaların əksəriyyətində, xüsusilə tədris müəssisələrinin nəzdindəki kitabxanalarda mərtəbələrarası liftlər işləmədiyindən və əl arabası olmadığından kitabxanaçılar ədəbiyyatı kitabxanaya, daha sonra fonda daxil edəndə, fonddan oxucuya verəndə və ya silib çıxaranda qucaqlarında daşıyırlar. Kitabxanaçıların ağır işlərindən xəbərsiz olanlar onlara günlərini istirahətdə keçirən işçilər kimi baxırlar. Əsas bir amili unutmamalıyıq ki, kitabxana işi nə qədər elektronlaşdırılıb avtomatlaşdırılsa da, kitabxanaıların əməyini heç nə ilə əvəz etmək olmaz. Bu sahəyə ən müasir texnologiyaların tətbiqi işinin arxasında da məhz həmin peşə sahibləri durur. Yazılı mənbələrimizi qoruyan və onların istifadəsində əvəzsiz vasitəçi olan kitabxana işçilərinə xüsusi münasibət olmalıdır.

Kitab fondları tozdan, yayda istidən, qışda soyuqdan qorunmalı, normal temperaturda saxlanılmalıdır. Bunun üçün kondisionerlər quraşdırılmalı, pəncərələrə pərdələr vurulmalı, kitabxanaların özü isə rütubət olmayan, münasib binalarda yerləşdirilməlidir. Təəssüflər olsun ki, bir çox kənd kitabxanası bu gün də rütubətli, darısqal, ümumiyyətlə, şəraiti olmayan otaqlardadır. Nəticədə kitabların üz qabıqlarının rəngi solmuş, vərəqləri kövrəlmiş və bir-birinə yapışaraq yararsız hala düşmüşdür.

Kitabxanalara gedən çox adam kitabların və dövri mətbuatın səhifələrinin qoparılıb çıxarıldığının, kitablarda müxtəlif yazıların və cızmaqaraların şahidi olub. Hətta elə nadir nüsxələr var ki, onları bərpa etmək olduqca çətindir və bəzi oxucular belə nüsxələri də yararsız hala salmaqdan çəkinmirlər. Yazılı mənbələrə bu cür münasibət gələcək nəsillərə xəyanətdir. Unutmayaq ki, kitab milli-mənəvi və mədəni sərvətimizdir. Kitabı sevmək, onu kitabxanalarda mühafizə edib nəsildən-nəslə ötürmək hamımızın borcudur.

Похожие статьи

  • Azerbaycan kitabxana isi tarixi

    Azərbaycanın qədim kitabxanaları Lokal şəbəkədə oxucuların istifadəsinə “Rusiya Federasiyasının Qanunvericilik Bazası” təqdim olunur. Azerbaycan…

  • Azerbaycan kitabxana isi tarixi yukle

    Azerbaycan kitabxana isi tarixi yukle DOWNLOAD Dundee, Scotland, 1862. After the mill of businessman Matthew Beaumont burns to the ground, Detective…

  • Azerbaycan tarixi bdu

    Bakı Dövlət Universitetinin yaranma tarixi Sonradan Azərbaycan tarixi hansı məşəqqətlərlə üzləşdisə Bakı Dövlət Universiteti da paralel olaraq həmin…

  • Azerbaycan tarixi 5ci cild

    Azerbaycan tarixi 5ci cild Bundan əlavə, Rusiya 1836-cı ildə müstəqil Alban kilsəsini ləğv etdi və onu erməni Qriqorian kilsəsinin tabeçiliyinə verdi….

  • Azerbaycan dilinin tarixi qrammatikasi

    Azərbaycan dilinin ilk elmi qrammatikası Azərbaycan dünya mədəniyyəti xəzinəsinə çox dahilər vermişdir: Əbülhəsən Bəhmənyar Azərbaycani, Nizami Gəncəvi,…

Comments are closed, but trackbacks and pingbacks are open.