Press "Enter" to skip to content

Azərbaycan memarları Beynəlxalq Memarlıq Müsabiqəsində qalib olublar

Ölkəmizin tarixində ilk dəfə olaraq bütün hakimiyyət və məsuliyyət tamlığı bir əldə – Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əlində cəmlənmişdir. İndi hara müraciət etmək və kimdən tələb etmək aydındır . Ölkədə vəziyyət nəzərəçarpacaq dərəcədə yaxşılığa doğru dəyişib: kimin harda və necə gəldi istədiyi tərzdə bina ucalda bildiyi memarlıq vakxanaliyasına son qoyulub.

Azərbaycan memarı: «Bakıda memarlıq vakxanaliyasına son qoyuldu»

Azərbaycanda inşaatçılar nə üçün xarici mütəxəssislərlə işləməyə üstünlük verirlər? Bakıda memarlıq şedevrləri və eybəcər layihələri kim yaradır? Yerli mütəxəssislər XIX əsrin memarlığını niyə kopyalayırlar? Dalma Newsə müsahibəsində bu və digər sualları Memarlıq və şəhərsalma sahəsində tanınmış mütəxəssis, sənətşünaslıq doktoru, professor Elçin Əliyev cavablandırmışdır.

Elçin Əliyev 30 ildir ki, memarlıqla məşğul olur. Xüsusilə, onun layihəsinə əsasən, Azərbaycan paytaxtında Müqəddəs Jen-Mironosits pravoslav kilsəsi, bərpa olunmuş, Bakı şəhərində Müqəddəs və bakirə Məryəm Katolik kilsəsi, Abşeron yarımadasındaki Zirə kəndində məscid tikilmişdir və s. O, dünyanın üç aparıcı dini — pravoslav, katolik və müsəlman dinləri üçün ibadətgahları layihələşdirən və inşa edən nadir memarlardan biridir.

– Müasir Bakının memarlığı Sizə necə təsir bağışlayır?

— Bakı memarlığın bütün dövrlərində öz gözəlliyi ilə məşhur olub. Şəhərin küçələrində gəzişərkən Azərbaycan paytaxtının sakinləri və qonaqları bir memarlıq dövründən digərinə keçirlər ki, bu da istənilən qədim tarixi şəhər üçün səciyyəvidir. Bizim ən əsas memarlıq abidəmiz eramızdan əvvəl II əsrdə tikilmiş Qız Qalasıdır. Lakin bu abidə ilə yanaşı, Bakının yerləşdiyi Abşeron yarımadasında orta əsrlərə aid bir çox digər memarlıq abidələri — qalalar, qəsrlər də var.

Müqəddəs Jen-Mironosits pravoslav məbədi

Tarixə nəzər salsaq, XIX əsrin sonu – XX əsrin əvvəllərində «Art Nouveau» dövründə şəhərdə Avropa və Azərbaycan memarlığının bir çox tanınmış ustaları fəaliyyət göstərirdilər. Məhz onların layihələri sayəsində Bakının mərkəzi tarixi hissəsi bizi öz memarlıq gözəlliyi ilə valeh edir. Memar-mütəxəssislər Azərbaycanın paytaxtını 1920-1930-cu illərin konstruktivizm dövrünün arxitekturası üzrə çox yaxşı tanıyırlar. Ümumiyyətlə, bu illərin əsərləri, zənnimcə, şəhərin vizit kartıdır. Lakin xoşbəxtlikdən, son illərdə rus memarı Aleksey Şusevin layihəsi əsasında inşa edilmiş «Köhnə İnturist» mehmanxanası bərpa edilmiş, memarlar Konstantin SençixinMoisey Qusmanın «Dinamo» cəmiyyəti binası çox gözəl şəkildə yenidən qurulmuşdur.

Şəhərimiz 1940-1950-ci illərin «Stalin» dövrü arxitekturası ilə də fəxr edir. Yeri gəlmişkən, mən son illər Azərbaycanda bu çox maraqlı memarlıq dövrünə həsr olunmuş nəşr üzərində çalışıram.

Zirə kənd məscidi

Azərbaycan memarları 1970-1980 – ci illərin sosializmi dövründə də ciddi məhdudiyyətlər çərçivəsində Sovet modernizminin möhtəşəm əsərlərini qurub yaradırdılar. Paytaxtın müasir memarlığına gəlincə, biz 1990-2010-cu illərdə müstəqilliyin bərpasından sonraki dövrün yaradıcılığı ilə fəxr edib qürur hissi duyuruq.

Bakıda xüsusilə, Heydər Əliyev Mərkəzinin layihəsilə dünya memarlığının Zaha Hadid kimi görkəmli ustalarının, «HOK International» memarlıq bürosunun həmkarlarım olan əməkdaşlarının Alov Qüllələri, Heerim Architects ilə SOCAR qülləsi və AzərSu layihəsilə Chapman Taylor «Port Baku» kompleksilə, Franz YansWalter Mari Xalça Muzeyi layihəsi, «Koop Himmelbay» layihə bürosundan memar Wolf Prix Konqres Mərkəzinin Ağ Şəhər layihəsi ilə Arkins International «Beynəlxalq hava limanının yeni binası» və s. şah əsərləri yaranmışdır.

— Azərbaycan memarı tərəfindən həyata keçirilən müasir layihələrdən ən çox bəyəndiyiniz nədir?

—Mənim fikrimcə, görkəmli həmkarım Nəriman İmaməliyevin layihəsi əsasında tikilən «City Point» biznes mərkəzinin parlaq binası xüsusilə seçilir. Ancaq Azərbaycanda istedadlı mütəxəssislər çoxdur. Məsələn, mən İlqar Bəylərov, Nazim Vəliyev, Sənan Salamzadə, Kamal MusaxanovCahangir Axundovun, memar Əbdül Hüseynovun, Nazim Fərəczadənin, Aleksandr Qarber, Rəhim Seyfullayev yaradıcılıq tandeminin və keyfiyyətli müasir Azərbaycan memarlığını yaradan digər dostlarımın pərəstişkarıyam.

— Bəs uğursuz layihələr haqqında nə deyərdiniz

— Təəssüf ki, belə obyektlər çoxdur. Mütəxəssis-memar XXI əsrin əvvəllərində bilərəkdən XIX əsrin memarlığını köçürürsə,mən bunu anlaya bilmirəm. Bu, düzgün deyil. Təsəvvür edirsinizmi, 2019-cu ildə məşhur avtosalona daxil olur və 1913-cü ilin avtomobil modelini almaq istəyirsiniz.

Sizə təəccüblə baxır və cavab verirlər ki, «Əzizim, artıq XXI əsrdir, yeni texnologiyalar, yeni materiallar, dizaynda yeni tendensiyalar dövrüdür. Bizim dövrdə yüz il əvvəlin istehsalı olan avtomobil almaq sadəcə olaraq gülünc və səriştəsizlikdir!». Memarlıqda da belədir. XXI əsrin əvvəllərində XIX əsrin memarlığının miskin və qeyri-peşəkar oxşarlığını yaratmaq gülüncdən də gülüncdür. Amma çox təəssüf ki, əksər sifarişçilər belə hesab etmirlər, halbuki şəhərimizin memarlığını məhz onlar formalaşdırır. Belə bir ifadə var ki, «memar – öz sifarişçilərinin həyatının rejissorudur». Bu gün sifarişçilərin əksəriyyəti XIX əsrin interyerlərində yaşayır ki, bu, ölkənin inkişafı üçün əsl psixoloji əyləcdir.

— Sizcə, uğurlu memarlıq layihəsinin təməlində nə dayanır?

— Memarın peşəkarlığı, dürüstlüyü və vicdanlılığı. Məsələ ondadır ki, təcrübəli memarlar peşəkar psixoloq və yaxşı danışıq aparanlardır. Və, açıq etiraf edirəm, əgər istəsək, sifarişçini nəyə desən, bizim təklif etdiyimiz hər hansı qərara inandıra bilərik. Xüsusilə, bizə etibar edəndə, bu isə həmişə olur, çünki bizə kimsə «küçədən» nadir hallarda müraciət edir, hər şey proteksiya—tanışlıq, dostbazlıq və himayəçiliklədir. Hər bir mütəxəssis özü üçün layihənin üzərində işə nə dərəcədə dərinləşəcəyini, öz sifarişini nə qədər vicdanla yerinə yetirəcəyini özü müəyyənləşdirir. Əsl peşəkar qonorarın həcmi və ya digər amillərdən asılı olmayaraq, öz işinə məsuliyyətlə yanaşacaqdır. Bununla yanaşı, həmçinin öz peşənizi sevməlisiniz, bütün vaxtınızı, enerjinizi, zehni və fiziki güvvənizi ona həsr etməlisiniz.

— Müasir memarlıq obyektləri bu gün ən müxtəlif istiqamətlərin və üslubların vəhdətini təmsil edən əsl incəsənət əsərləridir. Necə düşünürsünüz, azərbaycanlı memarlar dəbdə olan meyillərə riayət edə bilirlərmi?

— Əsl uğurlu layihələr memarlıqda dəyişkən moda, ani tendensiyalar üzərində dayanır. Azərbaycanda artıq Avropa universitetlərində təhsil almış və müasir dəbli arxitektura layihələşdirən gənc memarlar nəsli yetişmişdir. Lakin hələlik, kağız layihələrdən o yana geçmək mümkün olmur. Hər şey texnologiya və tikintinin dəyərindən, lakin daha çox müştərinin şüurluluğundan asılıdır. Belə bir məsəl var: «Memarı sifarişçi memar edir»,yəni sifarişçi necədirsə, arxitektura da elə onun kimidir. Sifarişçilərimiz isə çox mühafizəkar insanlardır.

— Bəs Azərbaycan sahibkarları kimlərlə əməkdaşlıq etməyə üstünlük verirlər — yerli və ya xarici mütəxəssislərlə?

— İstənilən sahibkara peşəkarlarla ünsiyyət qurmaq daha rahatdır. Azərbaycan memarlarının xidmətlərinin xarici memarlardan xeyli ucuz olmasına baxmayaraq, sahibkarlar xarici memarlara üstünlük verirlər. Və mən onların nə üçün belə seçim etmələrini başa düşürəm. Yaxşı memarlıq ideyasını düşünmək azdır—onu peşəkarcasına cızmaq, elə formalaşdırmaq lazımdır ki, sifarişçi çoxsaylı çertyojlar əsasında layihəni müstəqil şəkildə həyata keçirə bilsin. Mənim yerli həmkarlarımın işində məhz bu mərhələ ən zəifidir.

Xarici memarların layihələri yüzlərlə səhifədən ibarət bütöv albomlardır ki, burada hətta kiçik detallara belə onlarla çertyoj həsr olunmuşdur. Həqiqətən, «rəsm çəkmək – peşə, onları satmaq isə incəsənətdir». Və neçə ki, biz öz işimizi satmağı öyrənməmişik – belə vəziyyət dəyişməyəcəkdir.

Əlbəttə, bunun nə üçün baş verməsinin digər amilləri də var. Məsələn, Azərbaycan memarlarının texniki təchizatı da çox geridə qalır, lazımi baha lisenziyalı proqram təminatı yoxdur. Bu işdə və bir çox digər peşəkar məsələlərdə Azərbaycan Memarlar İttifaqı bizə kömək etməli idi, amma bu, baş vermir.

—Bu gün Bakı üçün ən mühüm layihələrdən hansılarının icra edildiyi Sizə məlumdurmu?

— Son illər ölkəmizdə baş verən ən mühüm hadisə Bakıda şəhərsalma və memarlığın idarə edilməsi prinsiplərindəki inqilabi dəyişikliklərdir. Ölkəmizin bütün tarixi ərzndə ilk dəfə olaraq bütün hakimiyyət və məsuliyyət tamlığı bir əldə – Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əlində cəmlənmişdir. İndi hara müraciət etmək və kimdən tələb etmək artıq aydındır.

Ölkəmizin tarixində ilk dəfə olaraq bütün hakimiyyət və məsuliyyət tamlığı bir əldə – Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əlində cəmlənmişdir. İndi hara müraciət etmək və kimdən tələb etmək aydındır . Ölkədə vəziyyət nəzərəçarpacaq dərəcədə yaxşılığa doğru dəyişib: kimin harda və necə gəldi istədiyi tərzdə bina ucalda bildiyi memarlıq vakxanaliyasına son qoyulub.

Azərbaycan memarları Beynəlxalq Memarlıq Müsabiqəsində qalib olublar

Azərbaycan memarları Beynəlxalq Memarlıq Müsabiqəsində qalib olublar Azərbaycan memarları Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən Beynəlxalq Memarlıq Müsabiqəsində Qran-pri qazanıblar.

24 Dekabr , 2019 09:34

https://static.report.az/photo/68160e1e-6917-449f-97af-c99da84c79bc.jpg

Report / Sultana Ahmadbayli

Azərbaycan memarları Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən Beynəlxalq Memarlıq Müsabiqəsində Qran-pri qazanıblar. “Report” xəbər verir ki, dünyanın müxtəlif ölkələrindən 200-dək iştirakçının qatıldığı müsabiqədə memar Nəriman İmaməliyevKamal Musaxanov müxtəlif nominasiyalar üzrə 1-ci yerin qalib olaraq Qran-pri qazanıblar. Memar Rasim Babakişiyev isə 2-ci yeri tutub. Nəriman İmaməliyev müsabiqəyə “DOST Mərkəzi”nin binasını, Kamal Musaxanov “Vurğun Residence” (Cahangir Axundovla birgə) layihəsini, Rasim Babakişiyev isə restavrasiya nominasiyası üzrə İçərişəhərdə yerləşən “Şah Palace” otelinin memarlıq layihəsini təqdim edib. Tbilisidən qələbə ilə qayıdan N.İmaməliyev, K.Musaxanov və R.Babakişiyev “Report”un qonağı olublar. R.Babakişiyev bildirib ki, onlar əvvəlki illərdə də sözügedən müsabiqədə iştirak ediblər: “Nəriman İmaməliyev 2 dəfə, Kamal Musaxanov isə 3-dəfə Qran-prinin sahibi olub. Mən də bir dəfə birinci yerin qalibi olmuşam. Bu dəfə keçirilən 8-ci müsabiqəyə yenə də kifayət qədər sanballı işlər təqdim olunmuşdu. Bu dəfə də uğurlu nəticələr qazandıq. Layihələrimizə çox böyük qiymət verildi. Mənim İtaliyadan olan çox güclü rəqibim vardı, nəticədə ikinci yerin mükafatına layiq görüldüm”. Memarlıq sahəsində hansı problemlərin olduğu barədə sualımıza cavab olaraq müsahiblərimiz bildiriblər ki, onlar sənətlərinə daha yüksək qiymət verilməsini arzulayırlar. “Hörmətli cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva bizim sənətimizə diqqət ayırırlar. Hər zaman da sənətimizi yüksək qiymətləndiriblər. Hər üçümüz ölkə başçısının sərəncamı ilə “Əməkdar memar” fəxri adına layiq görülmüşük. Beynəlxalq müsabiqələrdə yer tutan memarlar kimi ölkəyə daha böyük töhfələr vermək arzusundayıq. Məsələ burasındadır ki, Azərbaycanda ölkə başçısının təltif etdiyi 50-dən artıq əməkdar memar olmasına baxmayaraq, bəzi məmurlar müəyyən işlərin görülməsi üçün xaricdən, ümumiyyətlə, tanınmayan memarlar dəvət edirlər. Əlbəttə ki, xaricdən böyük layihələrə cəlb edilən məşhur memarlardan söhbət getmir. Bir çox məmurlar hətta xırda layihələri də xaricdən olan memarlara həvalə edirlər. Mən Azərbaycan Respublikası Memarlar İttifaqının Peşəkarlıq etikası Komissiyasının sədriyəm. Memarlar gəlib şikayət edirlər ki, işimiz yoxdur. Amma bir də xəbər tuturuq ki, hansısa xırda bir işin görülməsinə xaricdən tanınmamış, işini bilməyən bir memarı cəlb ediblər”, – R.Babakişiyev bildirib. Memar təklif edir ki, xaricdən gələn memarların yerli memarlarla birgə fəaliyyət göstərməsi daha məqsədəuyğun olduğu üçün bunu reallaşdırmaq lazımdır: “İstərdik ki, bu məsələ memarlıqla bağlı qanunvericilikdə də öz əksini tapsın. Biz irad və təkliflərimizi Dövlət Şəhərsalma və Arxitektura Komitəsi nin rəhbəriyinə də bildirmişik. İstəyirik ki, nəyə qadir olduğumuzu öz ölkəmizdə göstərək. Xarici memar gəlir, işini görür, pulunu da öz ölkəsinə aparır. Özü də onlar bizdən qat-qat artıq pul istəyirlər”. Memar Nəriman İmaməliyev isə hesab edir ki, Azərbaycanda elan olunan layihələrlə bağlı müsabiqələrə həm xarici, həm yerli memarları cəlb etmək lazımdır ki, bu da memarlıq sahəsinin inkişafına səbəb ola bilər.

Comments are closed, but trackbacks and pingbacks are open.