Press "Enter" to skip to content

Azerbaycan neftli qazli hovzeler

Tərtib olunmuş yeni neft-qaz-geoloji rayonlaşdırmada müasir struktur-tektonik xüsusiyyətlərlə yanaşı, Mezozoy, Paleogen-Miosen və Pliosen çöküntü komplekslərinin lito­fa­sial xüsusiyyətləri, onların toplandıqları paleotek­tonik şəraitlər nəzərə alınaraq neftli-qazlı və mümkün neftli-qaz­­lı rayonlar ayrılmışdır. Rayonların neft-qaz-geoloji rayon­laşdırma ierarxiyası üzrə daha böyük vahidləri olan neftli-qazlı vilayətə, neftli-qazlı subəyalətə və hansı neftli-qazlı əyalətə mənsub olduğu geoloji cəhətdən əsaslandırıl­mışdır.

Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

Neft-qaz yataqları axtarışının səmərəli istiqamətlə­ri­nin müəyyən edilməsində neft-geoloji rayonlaşdırmanın əhə­miy­yəti çox böyükdür. Neft-qaz-geoloji rayonlaşdırma çökün­tü­top­lanma hövzələrinin müxtəlif miqyaslı neftli-qazlı ərazilə­rə bölünməsindən ibarətdir. Əsas məqsədi perspektivli neftli-qazlı ərazilərin müəyyən edilməsi olan bu bölgü sistemində KH-lərin generasiya, miqrasiya və akkumulyasiya kriteri­yaları, eyni zamanda ərazinin mü­asir geotektonik quruluşu, onun geostruktur elementlərinin əsas xüsusiyyətləri və ərazi­də yayılan çöküntülərin litostratiqrafik xüsusiyyətləri də nə­zə­rə alınmalıdır.

Son illərdə alınmış geoloji-geofiziki işlər, eyni za­man­­da müəlliflər tərəfindən müxtəlif neftli-qazlı rayonla­rın geo­loji quruluşlarının paleotektonik təqiqatları və neft-qazlılıq perspektivliklərinin qiymətləndirilməsi üzrə apa­rıl­mış elmi-tədqiqat işlərinin nəticələri əsasında, Azərbay­ca­nın quru ərazisinin müasir regional tektonik quruluşu dəqiq­­ləşdirilmiş və prinsipcə yeni tektonik və neft-qaz-geoloji rayonlaş­dı­rılma aparılmışdır.

Tərtib olunmuş yeni neft-qaz-geoloji rayonlaşdırmada müasir struktur-tektonik xüsusiyyətlərlə yanaşı, Mezozoy, Paleogen-Miosen və Pliosen çöküntü komplekslərinin lito­fa­sial xüsusiyyətləri, onların toplandıqları paleotek­tonik şəraitlər nəzərə alınaraq neftli-qazlı və mümkün neftli-qaz­­lı rayonlar ayrılmışdır. Rayonların neft-qaz-geoloji rayon­laşdırma ierarxiyası üzrə daha böyük vahidləri olan neftli-qazlı vilayətə, neftli-qazlı subəyalətə və hansı neftli-qazlı əyalətə mənsub olduğu geoloji cəhətdən əsaslandırıl­mışdır.

Rayonlaşdırma həm hövzə, həm də struktur-tektonik prinsiplərə əsaslanmışdır. Bu rayonlaşdırma xəritəsinin tər­ti­bi zamanı neft-geoloji rayonlaşmanın böyük bölgüləri hövzə, orta və kiçik vahidləri isə struktur-tektonik prinsipə əsaslanıb. Xəritənin tərtibi zamanı maksimum məlumatla təmin olunmuşdur. Neftli-qazlı rayonların daxilində neftli-qazlı və perspektivli neftli-qazlı zonalar ayrılmış, zonala­rda neftli-qazlı sahələrin yerləşmə xüsusiyyətləri göstəril­miş­dir.

Aparılmış elmi-tədqiqat işləri nəticəsində Mezozoy, Paleogen-Miosen və Pliosen-Antropogen komplekslərində əsas neftli-qazlı və perspektivli obyektlər ayrılmış, bu obyektlərdə KH-in toplanması, qorunub saxlanılması üçün əlverişli olan struktur və litostratiqrafik tip tələlərdə axtarış-kəşfiyyat işlərinin aparılması təklif olunmuşdur.

Azerbaycan neftli qazli hovzeler

Neft Daşları unikal sənaye obyekti olaraq dünyada ilk dəniz neftinin hasil edildiyi məkandır.

“Neft Daşları” yatağı Xəzər dənizinin akvatoriyasında, Abşeron neftli-qazlı rayonunda, Bakı şəhərindən 110, Pirallahı adasından 50 kilometrlik məsafədə yerləşir. Yataq “Neft Daşları” Neft və Qazçıxarma İdarəsi (NQÇİ) tərəfindən istismar olunur. İdarənin istismar etdiyi digər yataq “Palçıq Pilpiləsi”dir. İndiyədək bu yataqlarda 2286 quyu qazılıb, 185 milyon 710 min ton neft, 14 milyard 327 milyon kubmetr qaz hasil edilib.

“Möcüzələr adası” adını almış bu məkan polad dirəklər üstündə qərar tutan əfsanəvi dəniz şəhəri kimi 70 ildir dünyanı heyrətə gətirir.

“Neft Daşları” bir müəssisə kimi şöhrətini qoruyaraq köhnə yataqlarda hasilatı nəinki sabit saxlamağa, hətta artırmağa nail olur.

“Neft Daşları” dərinliyindəki zəngin qara qızıl sərvəti ilə Azərbaycana hələ çox töhfələr verəcək.

“Yeddi gəmi adası”

Xəzər dənizi akvatoriyasında neftin varlığı barədə ilk mənbələr XVIII əsrə təsadüf edir. Neft Daşlarının təbii yanacaq sərvətləri haqqında akademik Q.V.Abix hələ 1863-cü ildə məlumat verib. Burada XIX yüzillikdə və XX əsrin birinci yarısında da tədqiqatlar aparılıb. 1943-1944-cü illərdə keçmiş SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının sessiyalarında Pirallahı adasında böyük neft yatağının, Çilov adasında və “Qara daşlar”da neft təzahürünün olması barədə məruzələr edilib.

1945-ci ildə geoloq Ağaqurban Əliyevin başçılığı ilə SSRİ Elmlər Akademiyasının ekspedisiyası “Neft Daşları”nın tədqiqatına başlayır və bu iş 1948-ci ilə qədər davam edir.

Lakin istər Bakıda, istərsə də Moskvada kəşfiyyat və qazma işlərinin aparılması əleyhinə çıxan qüvvələr işə mane olmağa cəhd göstərirlər. Bunlar əlbəttə ki, erməni millətinin rəhbər dairələrdə oturan nümayəndələri idi. Lakin geologiya-mineralogiya elmləri doktoru, professor Ağaqurban Əliyev Azərbaycanın görkəmli alim və mütəxəssislərinin müdafiəsi və respublika rəhbərliyinin dəstəyi ilə Neft Daşlarının işlənməsi təklifinin qəbul edilməsinə nail olur.

Neft dənizin dibindən baş qaldırıb bir hissəsi suyun üzərinə çıxan qara daşlar yaxınlığında müşahidə olunduğundan buranı ilk vaxtlar “Qara daşlar” adlandırıblar. Böyük neft təşkilatçısı Sabit Orucovun, təcrübəli qazma mühəndisi Yusif Səfərovun və kəşfiyyatçı geoloq Ağaqurban Əliyevin təklifi ilə Bakı gəmi təmiri zavodlarında istifadədən silinmiş 7 iritonnajlı gəmi gətirilərək “Qara daşlar”ın yanında basdırılıb. Bundan sonra ərazini “Yeddi gəmi adası” adlandırmağa başlayıblar. Bu qeyri-adi ada Xəzərin fatehlərini fırtınalardan qoruyan sığınacağa və dənizin dərin qatlarına nüfuz etmək üçün istinad nöqtəsinə çevrilib.

1948-ci ilin sonunda ilk quyunun qazılacağı yer təyin edilir. 1949-cu ilin əvvəlində Neft Daşlarına Bakı vaqon təmiri zavodunun hazırladığı ilk ev gətirilir. Həmin ilin aprel ayında buruğun, daha sonra qazma avadanlığının quraşdırılmasına başlanır və bu iş tezliklə sona çatdırılır. Kəşfiyyat Qazma İdarəsi rəhbərinin əmri ilə Mixail Kaveroçkin ilk qazma briqadasının ustası təyin edilir. İyunun 24-də isə birinci kəşfiyyat quyusunun qazılmasına başlanır.

Quyudan götürülən nümunələr debiti 100 tona yaxın ilk neft fontanının yaxınlaşmasını xəbər verir. Beləliklə, 1949-cu il noyabrın 7-də Xəzərin açıq qoynunda ilk neft quyusu fontan vurur. Ertəsi gün “YAK-6” kateri ilə buraya SSRİ-nin və Azərbaycanın bir qrup rəhbər işçisi, alim və mütəxəssisi gələrək neftçilərin sevincinə şərik olur.

70 il əvvəlin təqvimindəki 7 noyabr günü sonralar Neft Daşları adını almış mədən-şəhərin “doğum günü” olmaqla bərabər, həm də tarixə dünyada dəniz nefti erasının başlandığı gün kimi düşüb.

Xəzərlə ülfət bağlayanlar

1951-ci ildən “Neft Daşları”nın, 1963-cü ildən isə “Palçıq Pilpiləsi”nin sənaye əhəmiyyətli işlənməsinə başlanıb. Həmin vaxtdan indiyədək bu yataqlardan fasiləsiz olaraq neft və qaz çıxarılır. “Neft Daşları” NQÇİ-nin hər iki yataqdan ümumilikdə qalıq çıxarıla bilən neft ehtiyatı 23 milyon 577 min ton təşkil edir.

İstismar quyu fondu 520 quyudan ibarətdir. Onlardan 504-ü fəaliyyətdə olan quyulardır. İdarənin gündəlik neft hasilatı 3014 ton təşkil edir. Son dövrlərdə göstəricilər ildən-ilə yaxşılaşır. Ötən 5 ilə aid rəqəmlər bunu bir daha təsdiqləyir. Belə ki, idarədə 2013-cü ildə 820, 2014-cü ildə 838, 2016-cı ildə 907, 2017-ci ildə 924, 2018-ci ildə 945 min ton neft hasil olunub. Qazçıxarmada keçən il son onilliklərin ən yüksək göstəricisi qazanılıb – 83 milyon kubmetr hasil edilib. Cari ilin 9 ayında da tapşırıqlara artıqlaması ilə əməl olunub. 721 min ton neft, 66 milyon kubmetr qaz çıxarılıb.

Bütün bunlar Xəzərin fırtınalı qoynunda ekstremal şəraitdə işləyən Azərbaycan neftçisinin fədakar əməyinin, ona hərtərəfli qayğısını getdikcə artıran Azərbaycan dövlətinin dəstəyinin nəticəsidir.

. Estakadalar sağdan-soldan bir-birinə calanaraq açıq dənizdə müxtəlif istiqamətlərə doğru şaxələnib. Uzaqdan baxanda onlar yollara bənzəyir. Amma bunlar adi yollar deyil. Sularla əhatə olunduqları üçün hər iki yandan polad məhəccərlərlə örtülüb. İndi dəniz şəhərindəki bu bənzərsiz yolların uzunluğu 200 kilometri ötür.

Estakadalar boyunca rəngbərəng borular uzanır. Bu yaşıl, mavi, qırmızı, sarı, ağ boruların təyinatları da müxtəlifdir. Biri neft, digəri qaz, üçüncüsü lay suları daşıyır. Başqa biri ehtiyat xətdir. Onlara estakadaüstü kəmərlər də deyirlər. Bir sözlə, bütün bunların hamısını neftçilər özləri daha yaxşı bilirlər.

Bu da neftçilər. Operatorlar, ustalar, qazmaçılar, təmirçilər, inşaatçılar. Hərə öz işi ilə məşğuldur.

32 ildir Neft Daşlarında çalışan Murad Adıgözəlov dənizdə neft-mədən hidrotexniki qurğular sahəsinin rəis müavinidir. Deyir ki, düşünməyin, Neft Daşları qocalır. O bir yandan yaşa dolduqca, bir yandan gəncləşir. Sıradan çıxan qurğular təzələnir, yəni yeni estakadalar, meydançalar tikilir.

Son 5 ildə “Neft Daşları” yatağında onlarca stasionar dəniz özülü, geniş sahəsi olan estakadayanı meydançalar, ümumi uzunluğu 100 metrlərlə ölçülən estakadalar inşa edilib. Növbəti 5 il ərzində “Neft Daşları” və “Palçıq Pilpiləsi” yataqlarının hər birində dörd meydançanın tikintisi planlaşdırılıb. Bütün qurğuların saz vəziyyətdə olması daim diqqət mərkəzindədir. Odur ki, mütəmadi olaraq yataqların ərazisində cari təmir işləri də həyata keçirilir.

İkinci neft və qazçıxarma sahəsinin ustası Namiq Səmədov əlavə edir ki, bu cavanlaşma kollektiv üzvlərinin tərkibində də özünü göstərir. Məsələn, onun işlədiyi sahədə həm yaşlı, həm cavan neftçilər çalışır. Təcrübəli işçilər öz səriştə və bacarıqlarını səxavətlə gənclərə ötürürlər. Burada hamı bir-birinə kömək, arxa-dayaqdır. Elə bu birliyin nəticəsidir ki, 2-ci sahədə də tapşırıqlar artıqlaması ilə yerinə yetirilir. Yeri gəlmişkən, sahənin sutkalıq neft hasilatı planı 368 tondur.

Dəniz neftçilərinin dostluğu möhkəm, yoldaşlığı etibarlı olur. Dəli-dolu Xəzər onları çox sınaqdan keçirir. Elə burada da həmin fədakar neftçilərdən daha bir neçə nəfəri ilə – qara qızılı dənizin dərin qatlarından üzə çıxarmaq üçün qazma işləri aparan insanlarla, qazmaçılar Niftalı Abbasov, Oqtay Rzayev, qazmaçı köməkçisi Rüstəm Nəzirovla rastlaşırıq. Bura son illərdə tikilən meydançalardan biri – 331 nömrəli meydançadır. Qazmaçılar burada artıq 3 yeni quyu qazaraq mənimsəyib, 4-cü quyuya keçiblər.

Həmsöhbət olduğumuz bu insanların hər biri özlərinin neçə-neçə həmkarının adlarını çəkir, işləri, cəsurluqları barədə danışırlar. Hamısının adını, soyadını yazmaqla siyahı bitən deyil. Odur ki, Neft Daşlarındakı tibb-sanitar hissəsində həkim-oftalmoloq işləyən Məlahət Cabbarovanın sözlərini fikrimizə söykək tuturuq: “Neft Daşlarında işləyən qardaşlarımızın hərəsi bir qəhrəmandır. Bir ömrün yarısını açıq dənizin, özü də Xəzər kimi bir coşqun dənizin qoynunda keçirmək asandırmı? İradəsi möhkəm, məqsədi aydın olmayan kəs buradan elə birinci qasırğanı görəndən sonra çıxıb gedər. ”

Qalanlar isə Xəzərlə ülfət bağlayan, dənizi seçənlər və dənizin seçdikləridir.

Ulu Öndər Heydər Əliyev dəniz neftçilərinə həmişə qayğı göstərirdi. Hələ 1967-ci ildə təhlükəsizlik orqanlarında rəhbər vəzifədə işləyərkən Heydər Əliyev Neft Daşlarına gəlmiş, müdafiə, təhlükəsizlik məsələləri ilə bağlı mühazirələr oxumuş, fərdi söhbətlər aparmışdı. Neft Daşları rəhbərliyi ilə görüşərək klubda, kitabxanada, yaşayış evlərində olmuş, neftçilərin şəraiti, məişəti, istirahəti, asudə vaxtının təşkili ilə maraqlanmışdır.

1969-cu il avqust plenumunda Heydər Əliyevin təklifi ilə Azərbaycan KP MK-nın neft sənayesinin inkişafını sürətləndirmək tədbirləri barədə qəbul etdiyi qərar respublikada “qara qızıl” hasilatının enmə tempinin qarşısını almaq üçün geniş proqram müəyyənləşdirdi. Neftçilər qürurla qeyd edirlər ki, bundan sonra Neft Daşları da yeni inkişaf mərhələsinə qədəm qoydu.

O zaman “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin tərkibində istismar olunan “Günəşli” yatağında ilk quyuların qazılması, ilk platformanın qoyulması, daha dərin yerlərdə özüllərin qurulmağa başlaması və digər önəmli işlər dəniz neftində inqilab yaratdı.

1972-ci ildə respublikanın rəhbəri Heydər Əliyev başda olmaqla böyük bir nümayəndə heyəti Neft Daşlarına gəldi. Kiyev Şəhər Partiya Komitəsinin birinci katibinin rəhbərlik etdiyi heyət də bu tərkibdə idi. Neft Daşlarında gözəl tədbir düzənləndi. Ulu Öndərin ömür-gün yoldaşı, akademik Zərifə xanım Əliyeva ilə görüşlər, səmimi söhbətlər neftçi qadınların ürəyincə oldu, uzun müddət xatirələrdən silinmədi.

1975-ci ildə Azərbaycan KP MK Neft Daşlarının 25 illik yubileyinin qeyd olunması barədə qərar qəbul etdi. Yubiley təntənələri 1975-ci il iyunun 17-də keçirildi. Ümummilli Lider Heydər Əliyev və digər nümayəndələr “Möcüzələr adası”na gəmi ilə gəldilər. Gəmi meydançasında neftçilər Ulu Öndəri böyük sevinclə, gül-çiçəklə qarşıladılar. Heydər Əliyevlə birlikdə SSRİ Neft Sənayesi naziri V.A.Şaşin, respublikamızın nümayəndələri və incəsənət ustalarından ibarət böyük bir dəstə gəlmişdi.

Mitinqdə Heydər Əliyev çıxış edərək dəniz neftinin tarixindən, neftçilərin uğurlarından ətraflı söhbət açdı, qabaqcılların təltifat mərasimini keçirdi. Ulu Öndər elə oradaca yenicə bünövrəsi qoyulmuş beşmərtəbəli yaşayış binalarının inşasını sürətləndirmək barədə əlaqədar təşkilatlara göstəriş verdi. Neft Daşlarında söylənən bütün təklif və qeydlərə həssaslıqla yanaşan Ulu Öndər məsələlərin həllinə dair konkret tapşırıqlar verdi. O cümlədən, neftin sahilə boru xətti ilə nəql olunması, elektrik stansiyasının tikilməsi və digər əhəmiyyətli məsələlər Ümummilli Lider Heydər Əliyevin köməyi ilə öz müsbət həllini tapdı.

Yubiley tədbirləri ertəsi gün Bakıda, indiki Heydər Əliyev Sarayında davam etdirildi.

1999-cu ildə Neft Daşlarının 50 illiyi artıq müstəqil ölkəmizdə böyük təntənə ilə qeyd olundu.

Neft Daşlarına bu münasibət Azərbaycan dövlətinin bugünkü iqtisadi siyasətində, Prezident İlham Əliyevin dəniz şəhərinin inkişafına və onun əməkçilərinə göstərdiyi qayğıda öz təcəssümünü tapır. Neft Daşlarının 55 və 60 illik yubileylərində dövlət başçısı polad özüllər üzərində qurulmuş şəhərin, fədakar neftçilərin qonağı olmuş, 65 illik yubileyində isə “Möcüzələr adası”nın əməkçilərinin böyük bir dəstəsini yüksək mükafatlarla təltif etmişdir.

Onlar bu qayğıya layiqdirlər

Azərbaycan dövləti neftçi əməyini yüksək dəyərləndirir. Prezident İlham Əliyev demişdir: “Neft Daşları Azərbaycan xalqının, Azərbaycan dövlətinin ayrılmaz bir dəyəridir, çox gözəl inkişaf nümunəsidir. Azərbaycanda neftçilər bütün dövrlərdə böyük hörmətə malik adamlar olmuşlar, bu gün də belədir. Neftçi peşəsi çox şərəfli peşədir və neftçilər həmişə dövlət tərəfindən yüksək qiymətləndirilir və bundan sonra da belə olacaqdır”.

Bu, özünü onlar üçün yaradılan iş və məişət şəraitində də aydın göstərir. Ətraf mühitin ekoloji təmizliyinə, işçilərin təhlükəsizlik şəraitində çalışmasına böyük diqqət göstərilir. Onların hamısı xüsusi geyimlə təchiz edilib.

Neft Daşlarında “Xəzər İaşə” MMC-nin yeməkxanası və çörək zavodu fəaliyyət göstərir. Neftçilər yeməkxanadan səhər, günorta və axşam məmnuniyyətlə istifadə edirlər. Yeməklərin və çörəyin keyfiyyətindən çox razıdırlar. Deyirlər ki, hətta sahilə dönəndə buradan evlərinə də “dəniz çörəyi” alıb aparmaq istərdilər.

İşdən yorğun qayıdan neftçiləri 5 və 9 mərtəbəli yataqxanalarda işıqlı, səliqəli otaqlar gözləyir. Hər birində soyuducu, kondisioner, televizor quraşdırılıb. Yataqxanalara gecə-gündüz fasiləsiz olaraq isti və soyuq su verilir.

Neft Daşlarında – bir qarış torpağı olmayan ərazidə yamyaşıl park salınıb, cürbəcür gül-çiçək əkilib. Əlbəttə, qurudan torpaq gətirməklə. (Bu da “Möcüzələr adası”nın daha bir möcüzəsi).

İstirahət saatlarında ikimərtəbəli “Çay evi”, qapalı idman zalı neftçilərin üzünə öz qapılarını geniş açır.

Sosial şöbənin əməkdaşı Rahin Abbasov təkcə bu ilin əvvəlindən işçilərin rahatlığı üçün görülən tədbirlərdən danışdı:

– Bütün ərazidə, o cümlədən yataqxana korpuslarında, işçilərin sərnişin gəmisinə minib-düşmə meydançalarında təmizlik işləri aparılıb, 400 qızılgül kolu alınaraq mərkəzi parkda basdırılıb. Neft və qazçıxarma sahələrinə, stasionar dəniz özüllərinə ehtiyaclarından asılı olaraq əşya və avadanlıqlar, məsələn, elektrik samovarı və sobası, su dispenseri, soyuducu, yataq dəstləri və s. verilib. Yeməkxana üçün soyuducular, ətçəkən və şirəçəkən, xəmiryoğuran cihazlar və s. alınıb. Dəniz şəhərinə doqquz ay ərzində gəmi ilə 64 min tona yaxın içməli su gətirilib. Bundan əlavə, ƏKS OSMOS qurğularında gündəlik tələbata uyğun həcmdə dəniz suyu təmizlənərək və qızdırılaraq yataqxana korpuslarına verilir.

Neft Daşlarında bütün dövlət bayramları və milli bayramlar, tarixi günlər təntənə ilə qeyd edilir. Bunlar neftçinin rahatlığı üçün həyata keçirilən tədbirlərin yalnız bir hissəsidir.

. Bu bənzərsiz məkana hər gün yenə də vertolyotlar enir, gəmilər yan alır. Buradakı bütün qurğu və tikililər kimi onlar da müasirləşib. Yaşının üstünə yaş gəldikcə dəniz şəhərində neftçi nəsilləri dəyişir. Qurbanların, Mixaillərin, İsrafillərin, Bəxtiyarların hünəri indi Firatların, İlqarların, Azərlərin, İsraillərin işində-əməlində yaşayır. Ulu Öndər Heydər Əliyevin Azərbaycan neftçilərinin qəhrəmanlıq abidəsi adlandırdığı Neft Daşlarının qəhrəmanlıq salnaməsi davam edir.

Ağaəli MƏMMƏDOV (foto),

Comments are closed, but trackbacks and pingbacks are open.